Məhkəmə qərarları › İş №1(041)-98/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-98/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-98/2025 08.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Qağacılı kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı Kürdəmir rayonu Qağacılı kəndindəki evində, telefon zənglərinə cavab verməməsi səbəbindən arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs sol ayağına yumruqla isə sol qoluna qəsdən bir neçə dəfə zərbə ilə vuraraq ona sol dirsək oynağının sol saidin yuxarı nahiyyəsinə qədər uzanan hematoması, sol aşıq-topuq nahiyyəsinin hematoması ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadı olduğunu, Sevinclə 2007-ci ildə ailə quraraq hazırda 3 övladlarının olduğunu bildirdi. 02 iyun 2025-ci il tarixdə saat 17 radələrində arvadı Zərərçəkmiş şəxs işlədiyi məktəbdən evlərinə gəldikdə ona "niyə görə sənə dəfələrlə zəng etmişəm, niyə görə telefonumu götürmürsən" deyərək irad tutduğunu, Sevinc də ona "sənin zəngini eşitməmişəm" bildirdiyini, elə bu mövzuda aralarında yaranmış mübahisə zamanı hirslənərək təpiklə Sevincin sol ayağına bir neçə dəfə vuraraq ona xəsarətlər yetirdiyini, həmin vaxt evdə başqa heç kimin olmadığını, sonradan isə Sevinc bu barədə anası Rəfiqəyə zəng vuraraq bildirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşiman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ailə quraraq hazırda 3 övladlarının olduğunu, 02 iyun 2025-ci il tarixdə, saat 17 radələrində işdən yaşadığı evə gəldikdə əri Rəşad ona “sənə zəng etmişəm, nəyə görə telefonumu götürmürsən” deyərək irad tutduğunu, ona sənin zəngini eşitməmişəm bildirdiyini, elə bu mövzuda aralarında yaranmış mübahisə zamanı əri Təqsirləndirilən şəxs təpiklə ona bir neçə dəfə vuraraq xəsarət yetirdiyini, həmin vaxt evdə başqa heç kimin olmadığını, hadisəni başqa heç kimin görmədiyini, lakin sonradan bu barədə anası Rəfiqəyə zəng vuraraq bildirdiyini, anası Şahid bu barədə polisə zəng vuraraq məlumat verdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs ilə barışdığını, onu bağışladığını, hazırda ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən onun barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirimiş icraat materialında olan və məhkəmə istintaqında tədqiq edilmiş: -məhkəmə-tibb ekspertinin xx.xx.2025-ci il tarixli 222 nömrəli rəyində göstərilmişdir ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətləri müəyyən edilmişdir: sol dirsək oynağının sol saidin yuxarı nahiyyəsinə qədər uzanan hematoması, sol aşıq-topuq nahiyyəsinin hematoması. Həmin xəsarətlər küt əşya təsirindən törənmişlər, müddəti xx.xx.2025-ci il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəmə-tibb ekspertizasından müayinədən keçərkən əri Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə birgə yaşdıqları evdə təpik və yumruqla onu döyməsi nəticəsində xəsarət almasını bildirmişdir. - RPŞ-nə verilmiş tapşırığa alınmış 18 iyun 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, həyata keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı təpik və yumruqla arvadı Zərərçəkmiş şəxs döyərək ona xəsarətlər yetirmişdir. Hadisəni başqa kənar şəxslər görməmişdilər. Hadisə zamanı və dərhal sonra hadisə yerinə kənar şəxslər toplaşmamış və ictimai qayda pozulmamışdır. - 20 iyun 2025-ci il tarixli cinayət təqibinin hissəvi rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nın 221-ci maddəsinin əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət təqibi başlanması rədd edilmişdir. - Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 Filialının verdiyi xx.xx.2025-ci il tarixli 3-17- 1/2-141241\2025 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 61-80% pozulmasına görə (İİ qrup) əmək pensiyası ödənilir. - Kürdəmir rayon X2 Hüquqi şəxsinin verdiyi 18-1-49/2-590/2025 nömrəli xx.xx.2025ci il tarixli məktubundan görünür ki, ünvan 1ində yaşayan Başirov Rəşad Minnər oğlunun Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın va narkoluqun qeydiyyatında durmur. - Kürdəmir RİHB-nın Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 5 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu Məhəmmədəli-xx.xx.2009, qızı Xədicə-xx.xx.2014, qızı Nərmin-xx.xx.2015) ünvan 1ində qeydiyyatda olmaqla yaşayır. Onun barəsində Xırdapay kənd icra nümayəndəliyinə şifahi olaraq ailə münaqişəsi barəsində məlumat daxil olmuşdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bəşirov X1 rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə 02 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Respublikası CM-nin 128-ci maddəsi ilə olan işin icraatına xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 222 nömrəli nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Hazırki iş üzrə də, cinayət əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışsa da, onun cinayət məsuliyyətindən azad edilməsi qanunamüvafiq hesab edilməmişdir. Belə ki, işdə olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş, lakin zərərçəkmiş şəxslə barışdığı üçün CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə cinayət əməli törətmiş şəxsə cəza təyin edərkən onun əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışıb ona dəymiş maddi ziyanı tamamilə ödəməsini və himayəsində 2 azyaşlı övladı olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu, Qağacılı kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Qağacılı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir şəhər ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Qağacılı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar