Məhkəmə qərarları › İş №1(041)-99/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-99/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-99/2023 11.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində yaşadıqları Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində, həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonucuya olan pul borcunu qaytarmaması səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq ona sağ gözətrafı yumşaq toxumalarda şişkinlik-qançır, göz yarığının daralması, göz almasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəmir rayonu Sor-Sor kəndində yaşayır, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təxminən 6 ay bundan əvvəl pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs 360 manat borca pul alaraq qısa müddətdə qaytaracağına söz vermişdir, 1 həftə əvvəl Əli ona zəng edərək borcunu tələb etmiş, Əliyə sosial müavinətlər veriləndə borcunu qaytaracağına söz vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 17-radələrində yaşadığı kəndin ərazisində yerləşən həmkəndlisi Şahid1 məxsus mağazanın qarşısında bibisi oğlu Məhərrəmlə dayanan vaxt Əli ona telefonla zəng vurub borcunu istəmiş və telefonda aralarında sözlə mübahisə yarandığı üçün telefonu söndürmüşdür. Elə həmin gün saat 18radələrində həmkəndlisi Ağaya məxsus mağazanın qarşısında olan zaman Əli onun yanına gələrək borcunu qaytarmasını tələb etmiş, hazırda pulu olmadığını dedikdə Əli onunla sözlə mübahisə edərək ünvanına nalayiq ifadələr işlətdiyindən əsəbləşərək bir neçə dəfə yumruqla Əlinin sifət nahiyyəsinə vurmuşdur. Həmin vaxt bibisi oğlu Şahid2 və həmkəndlisi Ağa Mirrzaliyev oraya gələrək onları aralamışdır. Aralarında baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada həmkəndlisi Ağa Mirzəliyev və bibisi oğlu Şahid2 olmuş və ətrafa kənar şəxslərin toplaşmamışdır. İçkinin təsirindən etdiyi əmələ görə sonradan peşman olduğu üçün bir neçə dəfə Zərərçəkmiş şəxsla barışmaq istəmiş, lakin Əli onunla barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həmkəndlisi Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və düşmənçiliyi olmayıb, təxminən 6 ay bundan əvvəl Təqsirləndirilən şəxs 360 manat borca pul vermiş, lakin Fariz pulu alanda bir ay müddətinə qaytaracağını bildirməsinə baxmayaraq verdiyi sözə əməl etməmiş, bir neçə dəfə Farizdən pulunu istəsə də, ona olan borcunu qaytarmaqdan boyun qaçırmışdır. xx.xx.2023-cü il tarixdə, saat 17-radələrində Farizin istifadəsində olan mobil nömrəyə zəng vurub ondan borcunu istəyərkən telefonda aralarında mübahisə döşdüyündən telefonu söndümüşdür. Həmin gün saat 18-radələrində özünə məxsus qoyunları kəndin örüş sahəsindən yaşadığı evə gətirən zaman yolda Şahid1 məxsus olan mağazanın qarşısında Farizi və onun qohumu Məhərrəmi görmüş, Farizi mağazanın yaxınlığından keçən küçəyə çağırıb nə səbəbə görə pulunu qaytarmadığını soruşanda aralarında mübahisə düşmüş və mübahisə zamanı Fariz onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, onu söydüyünə görə Farizə öz iradını bildirən zaman Fariz yumruqla onun sifət nahiyəsinə qəsdən bir neçə dəfə vurmuşdur. Həmin vaxt həmkəndliləri Şahid2 və Şahid1 oraya gələrək onları aralamışlar. Mübahisədən sonra baş verənlər barədə Azərbaycan Respublikası DİN 102 mərkəzi zəng xidmətinə zəng vurub məlumat vermişdir. Hazırda da Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi, Təqsirləndirilən şəxs isə dayısı oğludur, onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə, saat 18-radələrində Farizlə birlikdə yaşadıqları kəndin ərazisində yerləşən Şahid1 məxsus mağazanın qarşısında olan zaman Əlinin Farizə telefonla zəng vurduğunu görmüş, Farizlə Əlinin arasında sözlə mübahisə yarandığından Fariz telefonu söndürmüşdür. Həmin gün təxminən 30-35 dəqiqədən sonra Əli özünə məxsus qoyunlarla həmkəndlisi Ağaya məxsus mağazanın qarşısından keçən zaman Farizi yaxınlıqda olan küçəyə çağırdığını və Farizin də Əlinin yanına getdiyini, Əli ilə Farizin arasında borc pul üstündə mübahisənin başladığını, mübahisə zamanı Əlinin Farizi nalayiq ifadələrlə söyüb təhqir etdiyini, ona görə də Farizin əsəbləşərək bir neçə dəfə Əlinin sifət nahiyyəsinə yumruqla vurduğunu görmüşdür. Dərhal həmkəndlisi Ağa ilə birlikdə Əli ilə Farizin yanına gedərək onları biri-birilərindən ayırmışlar. Əli ilə Farizin arasında baş vermiş mübahisə təxminən 5-10 dəqiqə çəkmiş, mübahisə zamanı onun yanında həmkəndlisi Ağadan başqa heç kimin olmamış və ətrafa kənar şəxslər toplaşmamışdır. İş materiallarında olan, məhkəmə-tibb ekspertinin 12 sentyabr 2023-cü il tarixli 441 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sağ gözətrafı yumşaq toxumalarda şişkinlik-qançır, göz yarığının daralması, göz almasına qansızma-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 11 sentyabr 2023-cü il tarixdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına alınmış cavabda görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 18-radələrində Kürdəmir rayonu Sor-Sor kəndində ərazisində Şahid1 məxsus olan mağazanın yaxınlığında olan küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahiə zamanı sonuncunu qəsdən döyərək xəsarət yetirmiş, onlar arasında baş vermiş hadisə qısa zaman kəsiyində baş verdiyinə görə hadisə yerinə kənar şəxslər toplaşmamış və ictimai qayda pozulmamış, hadisəni kənd sakinləri Şahid2 və Şahid1 görmüşdür. Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 Filialının verdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1\2- 210196\2023 nömrəli məktubda xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Fondun 1 saylı X3 filialında heç bir növ pensiya, müavinət və ya təqaüd almır. Kürdəmir rayon X2 Hüquqi Şəxsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18-1-49/2- 603/2023 nömrəli məktubdan görünür ki, Kürdəmir rayon Sor-Sor kəndində yaşayan Təqsirləndirilən şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nın 221-ci maddəsinin əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs adına alınmış tələbnamədən görünür ki, onun barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə istintaqında müəyyən edildi ki, 11 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ilə qohumu Şahid2 və mağazanın sahibi Şahid1 gözü qarşısında mübahisə etmiş və mübahisə zamanı yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq ona sağ gözətrafı yumşaq toxumalarda şişkinlik-qançır, göz yarığının daralması, göz almasına qansızma ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə ictimai qaydanı pozmuş və cəmiyyətə açıq hörmətsizlik etmişdir. Cinayət Məcəlləsinin 128-ci maddəsinin dispozisiyasına görə qəsdən sağlamlığa yüngül zərər vurma dedikdə sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş zərər vurma başa düşülür. Zərər vurmanın şəxsi münasibətlər və ya xuliqanlıq niyyəti ilə törədilməsi əldə edilən sübutlar əsasında müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hazırki iş üzrə də, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında mübahisə və mübahisə zamanı sonuncuya yetirilmiş xəsarətlər xuliqanlıq niyyəti ilə deyil, pul borcunu qaytarmaması səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 441 nömrəli nömrəli rəyi ilə, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs R.M.Vəliyev təyin ediləcək cəza məsələsinə gəldikdə, CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə araşdırması zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışlarını, himayəsində az yaşlı uşaqlarının olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Mərdanov X1 rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Sor- Sor kəndində yerləşən ünvanını gecə saat 23-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Müdafiəçi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən müdafiəçi X.Q.Babayevə dövlət hesabına hər iş saatına 6 manat hesab edilməklə sərf etdiyi 20 saat üçün cəmi 60 manat məbləğində əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən evini gecə saat 23-00-dan səhər saat 07-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şabran rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar