Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-99/2024 13.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxx 1980-ci ildə Kürdəmir rayonu Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, xeyli miqdarda təmiz çəkisi 0.297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-ci il tarixdə saat 22:10 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ ön kiçik cibindən 01 ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamla özünü təqsirli bilmir. O, Kürdəmir rayonu Şıxımlı kəndində validenləri ilə birlikdə yaşayır və subaydır. Özü əvvəllər məhkum olunmuş və cəzasını çəkib qurtarmışdır və onun heç bir məhkumluğu yoxdur və xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etmir. xx.xx.2024-cü il tarixdə o, tanışı Asiflə körpünün yanında rastlaşmış və bir az söhbət etdikdən sonra çay içib nərd oynamaq qərarına gəlmişlər. Buna görə də yol uzaq olduğu üçün taksiyə oturub Asifgilin evinin yanında olan çayxanaya getmək qərarına gəlmişlər. Bundan sonra onlar taksi saxlatdırıb taksiyə əyləşmiş və Asifgilin evlərinə tərəf gedərkən həyətə girişdə Asif bir avtomobilin yolu kəsdiyini görüb həmin avtomobildən yoldan çıxmasını demiş. Sonradan həmin avtomobilin polis əməkdaşları tərəfindən idarə edildiyini görüb avtomobili geri çevirərək başqa yolla getmişlər. Onlar Asifgilin həyətinə çatasndan sonra yerə düşmək istəyərkən bir az əvvəl yolu kəsən avtomobildən 2 nəfər polis əməkdaşı, Zamiq və Anar onlara yaxınlaşıb onlara yoldan çıx deməsini irad tutmuş və başlarına oyun açacağını bildirərək onlarla birlikdə polis şöbəsinə getmələrini tələb etmişlər. Onlar da heç bir söz demədən polis əməkdaşlarının avtomobilinə əyləşib polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə onu döydükdən sonra ona təklif etdikləri bükümü boynuna götürməsini tələb etmiş, əks təqdirdə onu Ağır Cinayətlər Məhkəməsinə göndərəcəkləri ilə hədələmişlər. O, məcbur olub hazırki bükümü götürmüşdür. Əslində onda heç bir narkotik vasitə olmamışdır. O, heç bir cinayət əməli törətməmişdir, Odur ki, ona bəraət verilməsini xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs oğlu sərbəst şəkildə verdiyi ifadəsinə göstərmişdir ki, o, narkotik vasitə heroindən ara bir istifadə etmişdir. Təxminən 3-4 gün əvvəl Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində küçədə piyada hərəkətdə olarkən yerdən siqaret qurusunun üzərində olan selefonun içərisində qara rəgli kağız büküm görmüşdür. Sonra həmin bükümü selefondan çıxarmış icərisinə baxmış, narkotik vasitə heroin olduğunu müəyyən etmişdir. Həmin kütləni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşmış narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib RPŞ-yə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra o əynində olan qara rəngli şalvarın sağ ön kiçik cibindən 01 ədəd qara rəngli bükümü çıxarıb təqdim etmiş, içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o 01 ədəd cib dəsmalı, 01 ədəd “Vest” markalı siqaret qutusu, 01 ədəd salfet və 1 manat pul təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçrilmiş üzərində qanunsuz hər hansı əşya və ya predment aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd cib dəsmalı, 01 ədəd “Vest” markalı siqaret qutusu, 01 ədəd salfet və 1 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Sonra təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli kütlə narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra həmin kütlə kağızla birlikdə Cin istesalı olan elektron tərəzidə çəkilmişdir. 0.46 qram çəkisi olması müəyyən edilmişdir. Sonra mütəntiq tərəfindən 01 ədəd kağız büküm qablaşdırılmış, üzəri yazılmış, sonra möhürlənmiş ekspertizaya təqdim olunması üçün götürülmüşdür. O narkotik vasitələrin satışı ilə məşğul olmamış, Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmiş, polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı formada təzyiq göstərilməmiş, aşkar olunan kütlənin ona məxsus olduğunu, məhkəmə narkoloji ekspertizadan keçrilərkən üzərindən aşkar olunan narkotik vasitədən önəmli olmadığını düşünüb ekspertizada xəbəri olmadığını bildirdiyini, lakin o üzərimdə aşkar olunan narkotik vasitəni tapdığını, həmin vasitəni istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitədən tutulandan sonra istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Şıxımlı kəndində Təqsirləndirilən şəxs oğlunu rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs oğlunun qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. Sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş, məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-ci il tarixdə saat 23 radələrində Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində hərəkət edən zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra o əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd qara rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bükümün içərisinə müstəntiq tərəfindən baxış keçirilmiş, heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş üzərindən qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd bükümdə kütlə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 da X5 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi vəkil Müdafiəçi2 vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ramil oun bibisigilin qonşuluğunda yaşayır. Əvvəldən də münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə təsadüfən körpünün yanında rastlaşmış və bir az söhbət etdikdən sonra çay içib nərd oynamağa razılaşmışlar. Yol uzaq olduğu üçün taksilərin birinə əyləşib evlərinin yanında yerləşən çayxanaa gedərkən onların yolunu tanımaqdıqları avtomobil kəsmiş və o, həmin avtomobilə yoldan çıxmasını demiş, sonradan həmin avtomobili idarə edənin polis əməkdaşı olduğunu bildikdən sonra gəldikləri taksini geri çevirərək başqa yolla getmiş və həyətlərinə çatıb avtomobildən yerə düşmək istəyəndə bir az öncə onların yolunu kəsən avtomobil dayanmış və iki nəfər polis əməkdaşı avtomobildən düşərək polisə yoldan çıx deməsini irad tutaraq onu və Ramili Kürdəmir RPŞyə aparmışlar. Onlar avtomobildə hərəkətdə oalrkən adını sonradan bildiyi Zamiq ona əl qol atmışdır. Onlar şöbəsyə gətirildikdən sonra Cinayət Axtarış Bölməsinin rəisi Zamiq ona nalayiq ifadələrlə təhqir etdiyi üçün o, da Zamiqi eyni ifadələrlə təhqir etmiş, və Zamiq onun başına oyun açacağını söyləmişdir. Bundan sonra onun qarşısına obrez və böyük miqdarda narkotik qoymuş və bunlardan birini seçməsini tələb etmişdir. Eyni hərəkətlər də Ramilə olunmuşdur və Ramil də məcbur olub bükümdə olan narkotik vasitəni öz üzərinə götürmüşdür. Əslində Ramildə heç bir narkotik vasitə olmamışdır. Çünki o, Ramildən narkotik vasitə istifadə edib-etməməsini soruşmuş, Ramil də 7-8 ildir ki, heç bir narkotik vasitə istifadə etmədiyini demişdir. Lakin o, Ramilin üzərində şəxsi axtarış aparılmasını və üzərindən aşkar ediləni görməmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs oğlu saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ ön kiçik cibindən 01 ədəd qara rəngli bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. 01 ədəd cib dəsmalı, 01 ədəd “Vest” markalı siqaret qutusu, 01 ədəd salfet və 1 manat pul təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilmiş üzərində qanunsuz hər hansı əşya və ya predment aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd cib dəsmalı, 01 ədəd “Vest” markalı siqaret qutusu, 01 ədəd salfet və 1 manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra həmin kütlə kağızla birlikdə Çin istesalı olan elektron tərəzidə çəkilmişdir. Çəkisinin 0.46 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd qara rəngli kağız büküm qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs təxminən 3-4 gün əvvəl Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində yerdə olan siqaret qutusu diqqətini cəlb etdiyini, həmin siqaret qutusunu götrüb nəzər salanda qutunun üzərində olan selefonun içərisində 01 ədəd kağız büküm olduğunu gördüyünü, həmin bükümə nəzər salanda içərisində narkotik vasitə heroin olduğunu müəyyən etdiyini, sonra həmin kütləni şəxsi istifadə etmək üçün üzərində saxladığı, 3-4 il əvvəl narkotik vasitə istifadə etdiyini, həmçinin üzərində aşkar olunan bükmün ona məxsus olduğunu, satmaq məqsədi olmadığını, polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı zor və güc tədbiq olunmadığını bildirmişdir. (bax: - i/v 32-33) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini, hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitənin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamışdır. Onun həmin narkotik vasitəni naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, o narkotik vasitə olan heroini istifadə etmək üçün üzərində saxlamışdır. (bax: - i/v 88) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-18/425 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində: Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,297 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi – 0,297 qram, tədqiqata cəmi 0,05 qram sərf edildikdən sonra 0,247 qram qalıq qalmışdır. (bax iş vər,40-41) İş materialalrında olan “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-397/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlu “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər, 63) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1175 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 103) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Mövlayev X4 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli AMNİSTİYA qərarı əsasında cəzanın qalan hissəsindən azad edilmişdir. Mövlayev X4 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli AMNİSTİYA qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkumluğu ödənilmişdir. (bax iş vər. 73-74) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 655 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu valideyləri ilə birlikdə yaşayır. (bax iş vər, 104) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Atkişili kənd İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs oğluna verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (bax iş vər. 92) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2024-ci il tarixdə saat 22.30-da tutulmuşdur. (bax iş vər. 13-14) İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməklə MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx.xx.2024-ci il tarixdə saat 20.30-da MSY-dən azad edilmişdir. (bax iş vər. 56-57) Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğlunun özünü təqsirli bilmədiyini göstərsə də iş üzrə dindirilmiş şahid ifadələri, habelə iş materialları ilə sübut olundu ki, o, satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtdа və mənbədən, xeyli miqdarda təmiz çəkisi 0.297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə еdib üzərində saxlayaraq daşımış, xx.xx.2024-ci il tarixdə saat 22:10 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ ön kiçik cibindən 01 ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.297 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, önun üzərindən heç bir narkotik vasitə aşkar olunmadığını, həmin narkotik vasitəni polis əməkdşları tərəfindən qoyulduğunu və ona fiziki təsirlər göstərildiyini bildirməsi cinayət işi üzrə istintaq zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edilmiş və cinayət işinin materiallarına uyğun olmamışdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilməməsi heç bir fakta və dəlilə əsaslanmır, özünün müdafiəsinə yönəlmişdir. Onun göstərdikləri xüsusatların işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli həbs olunduğu gündən, yəni 13 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs oğlunun məcburi müalicəyə ehtiyacı vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra heroinin 0,247 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə video görüntülərin qeydə alındığı 01 ədəd disk cinayət işi materialına əlavə edilməlidir. Təqsirləndirilən şəxs oğlundan 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlunun məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs oğlunun məhkəmədə hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs oğlunun müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 120 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlandığı 02 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 13 avqust 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,247 qram narkotik maddə olan heroinin qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı video görüntülərin qeydə alındığı 01 ədəd disk cinayət işi materialına əlavə edilsin. Təqsirləndirilən şəxs oğlundan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğlunun məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 20 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 120 (bir yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-99/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-99/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver