Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-1/2025 01.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx xxxxx 1980-ci ildə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 iyun 2023-cü il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, İnəkboğan kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində olan zaman keçmiş kürəkəni Zərərçəkmiş şəxs azyaşlı uşaqları ilə görüşmək üçün ora gələrək münaqişə etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı sonuncunu qəsdən yumruq və təpik zərbələri ilə vuraraq ona sol qulaq arxası nahiyəsinin sıyrığı, burunun və dilin əzilmiş səthi yaraları, sol saidin qançırı, sağ əlin 3-cü barmağının səthi dişlənmiş yaraları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri, başın şişkinliyi, qançırı və sıyrığı döş qəfəsinin arxa səthinin, qarının arxa səthinin, sol bazunun, sol bazu oynağının, sol budun, sol sağrının, sağ budun, sağ baldırın geniş ölçülü qançırları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri və sağ göz ətrafı yumşaq toxumaların hematoması, qançırı, alt göz qapağının əzilmiş yarası, ağlı qışaya massiv qansızma ilə müşaiyət olunan sağ gözün iç və alt divarının sınıqları (üz skleti sümüklərinin) qismində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızının əri olmuş, onlar ayrılmışlar. Zərərçəkmiş şəxs tez-tez onların evinin yanından keçərkən onların ünvanına nalayiq söyüşlər söyərək, onları təhqir etmişdir. 2023-cü ilin iyun ayının 3-də o yaylaqda olmuş, anası, qızı və nəvələri evində olmuşdur. Ona evdən zəng gəlmiş və Zərərçəkmiş şəxs içkili vəziyyətdə evinin həyətinə gəlməsi və onları nalayiq söyüşlərlə söyməsini bildirmişlər. O, Nihadı yola vermələrini bildirmiş, təxminən yarım saatdan sonra Nihad getmişdir. O, Nihadın qardaşına bu barədə məlumat vermək üçün zəng vursa da, qardaşı onun telefonuna cavab verməmişdir. Bir müddət keçdikdən sonra telefonuna təkrarən zəng gəlmiş və Nihadın yenidən gəldiyini bildirmişlər. O, ata minərək dağdan kəndə gəlmişdir. Evdə oturub çay içdiyi zaman nəvəsi bayıra çıxmış və evin qapısını bağlamamış, qapının açıq olmasını görən Zərərçəkmiş şəxs təkrar evin həyətinə daxil olmuş və anası Əntiqəni çağırmağa başlamışdır. Sonra evə daxil olmuş, o, Nihada fikir verməmişdir. Nəvəsi Nihada yaxınlaşmış, Nihad isə nəvəsini itələyərək yerə yıxmışdır. X7 sakitləşdirmək istəyən zaman Nihad anasını da vurmuş və yerə yıxmışdır. Həmin gün, saat 18 radələrində Nihadın bıçaq çıxarmasını görərək, evdə olan ağacını götürərək, onun əlindəki bıçağı vurub yerə salmış, sonra onlar əlbəyaxa olaraq dalaşmış, bu zaman Nihadı vuraraq, ona xəsarət yetirmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişə vurduğu ziyanı ödəmiş, onunla barışmışdır. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs keçmiş qaynatasıdır. O, Təqsirləndirilən şəxs qızı ilə evli olmuş, 27 mart tarixində həyat yoldaşı heç bir səbəb olmadan ata evinə getmək istəməsini bildirmiş və getmişdir. O, əvvəlcədən keçmiş arvadının ailə üzvlərinə bu barədə məlumat vermiş, sonda Ozal Qarayevi çağırıb bacısının nə üçün getmək istəməsinin aydınlaşdırmasını istəmişdir. Onlar getdikdən sonra Ozaldan heç bir xəbər çıxmamış, o, dəfələrlə Ozala zəng vurmuş, sonra arvadı onunla danışmış və onunla yaşamaq istəmədiyini, boşanmaq istədiyini bildirmişdir. Bundan sonra arvadı uşağını ona göstərməməyə başlamışdır. Təqsirləndirilən şəxs qışlaqdan gəlmiş, bu barədə məlumatı olduqdan sonra o, Mübarizə zəng vuraraq danışmaq və məsələlərini həll etmək istəməsini bildirmiş, Mübariz əvvəlcə razı olmasa da, sonradan gəlməsinə etiraz etməmiş, o, danışmaq üçün Təqsirləndirilən şəxs evinə getmişdir. Onlar evdə danışmış, Mübarizə qızının səbəbsiz yerə qaçıb getməsini, əvvəlcə başqasını istəməsini, ona zorla vermələrini bildirməsini demişdir. Həmin gün Təqsirləndirilən şəxs onu hörmətsiz şəkildə evindən yola salmışdır. O, Mübarizə nəvəsinin onun da uşağı olmasını, görüşmək istəməsini bildirsə də, ona daima uşağını görmək üçün maneə yaratmışlar. 03 iyun 2023-cü il tarixdə saat 11 radələrində o, kənddəki mağazadan şirniyyat almış və uşağını görmək üçün Təqsirləndirilən şəxs evinə getmişdir. Həmin vaxt evdə Ozal Qarayev də olmaqla Mübarizin ailə üzvləri olmuş, lakin Mübariz olmamışdır. Ona Mübarizin evdə olmadığını, sonra gəlməsini bildirmişlər. O, ikinci dəfə gəldikdə ona yenidən Mübarizin gəldikdən sonra gəlməsini bildirdikdə o iradını bildirmiş, uşağını görmək istədiyini demişdir. Sonra o, getmiş və saat 6 radələrində mobil telefonla Mübarizə zəng vurmuş, Mübariz ona cavab verməmişdir. Yenidən evlərinə getdikdə Mübarizin evinə girdiyini görmüş, içəri girərək onu çağırmış, bu zaman Ozal Qarayev pəncərədən başını çıxarmış, Ozala atasını çağırmasını bildirdikdə Ozal evə gəlməsini demişdir. O, evə daxil olduqda onların hazırlıqlı vəziyyətdə olmalarını, ipin ortalıqda olmasını görmüş, içəri daxil olan kimi Mübariz onu sağ tərəfindən tutaraq çəkmiş və baş nahiyyəsinə yumruqla vurmuş, o, yerə yıxılmışdır. Ozal üstünə tullanaraq, onu vurmağa başlamışdır. Bundan sonra, onun əllərini və ayaqlarını bağlamışlar. Ozal onu döydükdən sonra oradan getmişdir. Daha sonra hadisə yerinə əməliyyat qrupunun əməkdaşları gəlmiş, icra nümayəndəsinin və kənd camaatının yanında onun əllərini və ayaqlarını açmışlar. Hazırda təqsirləndirilən şəxs ondan üzür istəmiş, ona dəymiş ziyanı aradan qaldırmışdır. O, təqsirləndirlən şəxsi bağışlamış, onunla barışmışlar. Ona görə də təqsirləndirlən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 03 iyun 2023-cü il tarixdə iki dəfə onların evinə gəlmiş, əvvəlcə avtomobil ilə yoldan keçərkən ucadan nalayiq ifadələr işlədərək onları təhqir edərək keçmişdir. İkinci dəfə həyətə gəlmiş və nalayiq ifadələr işlədərək getmişdir. Nihad yenə gəlmiş, bu zaman qapı bağlı olduğu üçün getmişdir. Nəvəsi həyətə çıxıb gəlmiş, gələn zaman qapını açıq qoymuş, bu zaman Nihad yenidən gələrək evə daxil olmuşdur. Nihad onun nəvəsini vurmuş, bu zaman o, özünü Nihadın qarşısına atmışdır. Nihad onu da vurmuş, bunu görən oğlu Mübariz ayağa qalxmışdır. Nihadın əlində bıçaq olmuş, oğlu Mübariz Nihadın əlindən vuraraq bıçağı yerə salmışdır. Onlar polisə məlumat vermişlər və polis əməkdaşları gələrək Nihadı və Mübarizi aparmışlar. Hadisə zamanı evdə o, oğlu Mübariz, nəvəsi Mahirə və nəvəsinin uşaqları olmuşdur. Nihad onu vurub yıxdıqdan sonra bıçağı çıxarmış, oğlu Mübariz ağacla vuraraq, bıçağı yerə salmışdır. Bundan sonra oğlu Mübariz Nihad ilə əlbəyaxa olmuş, sonra Nihadın əlini bağlamışdır. Bağlamaq üçün ipi nəvəsi Mahirə gətirmişdir. Nəvəsi Ozal hadisə günü səhər evdən çıxmış, hadisə baş verən zaman evdə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, təqsirləndirilən şəxs onun atasıdır. Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs onunla ailəli olan zaman hər gün spirtli içki qəbul edərək, evə gəlmiş, evdə mütəmadi olaraq dava-dalaş salmışdır. O, bu səbəbdən aprel ayında evdən çıxmış və atası evinə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs hər dəfə atası evinin yanından keçdikdə onların ünvanına ucadan nalayiq ifadələr işlədərək, onları təhqir etmişdir. 03 iyun 2023-cü il tarixdə Nihad üç dəfə yaşadığı yerə gələrək onları təhqir etdikdən sonra getmiş, dördüncü dəfə gəldikdə evə daxil olmuş, səs-küy salaraq yuxarı qalxmış, bu zaman qızı Nihan Nihadın qabağına gedərək sakitləşməsini dava salmamasını dedikdə Nihad qızını itələyərək yerə yıxmış, nənəsi Əntiqə Nihada uşağı vurmasını irad bildirərək, yaxınlaşdıqda Nihad Əntiqəni də vurmuşdur. Həmin gün qızı yerə su tökdüyü üçün döşəmə ağacı ilə yeri silmiş və ağacı orada qalmış, Nihad cibindən bıçaq çıxarmış, bu zaman atası Mübariz otaqda olan ağacla Nihadın əlindən vuraraq, bıçağı yerə salmış, bıçaq yerə düşən zaman atası ondan bıçağı yerdən götürməsini istəmiş, o, yerdən bıçağı götürmüş, atası ilə Nihad səs-küy salaraq əlbə-yaxa olmuşlar. O, uşaqlarını götürərək evin zirzəmisinə düşmüş, bir müddətdən sonra atası və nənəsi onu çağıraraq kəndir gətirməsini bildirmişlər. O, kəndiri gətirmiş, Mübariz Nihadın əllərini bağlamış, bundan sonra ora Seymur, daha sonra isə polis əməkdaşları gəlmiş, atasını və Nihadı götürərək polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. 03 iyun 2023-cü il tarixdə X3 onlara gəlmiş, Nihadla dalaşdığını bildirmiş, polisin ondan soruşacağı halda onun işində problem yaranmamağı üçün hadisə vaxtı onlarda olmasını deməsini bildirmişdir. Ozalın üzərində hər hansı xəsarət izi, paltarlarında yırtıq görməmişdir. O, məhkəmə iclasında verdiyi ifadəini təsdiq edir. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəni oxumamış, ifadəsində yalnız Ozalın onlara gəlməsini bildirmiş, ifadəsinə oxumadan qol çəkmişdir. İşdə olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 222 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsərətlər-başın şişkinliyi, qançırı və sıyrığı, sol qulaq arxası nahiyənin sıyrığı, burunun əzilmiş, səthi yaraları, sağ göz ətrafı yumşaq toxumaların hematoması, qançırı, alt göz qapağının əzilmiş yarası, ağlı qişaya massiv qansızma ilə müşaiyət olunan sağ gözün iç və alt divarının sınıqlar (üz skleti sümüklərinin), dilin əzilmiş səthi yarası, döş qəfəsinin arxa səthinin, qarının arxa səthinin, sol bazunun, sol bazu oynağının, sol budun, sol sağrının, sağ budun, sağ baldırın geniş ölçülü qançırları, sol saidin aşağı üçdə birinin qançırı küt əşyaların təsirindən, sağ əlin 3-cü barmağının səthi yaraları isə ola bilsin dişlənmə nəticəsində törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 03 iyun 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ göz ətrafı yumşaq toxumaların hematoması, qançırı, alt göz qapağının əzilmiş yarası, ağlı qişaya massiv qansızma ilə müşaiyət olunan sağ gözün iç və alt divarının sınıqları (üz skleti sümüklərinin) sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, başın şişkinliyi, qançırı və sıyrığı, döş qəfəsinin arxa səthinin, qarının arxa səthinin, sol bazunun, sol bazu oynağının, sol budun, sol sağrının, sağ budun, sağ baldırın geniş ölçülü qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər-sol qulaq arxası nahiyəsinin sıyrığı, burunun və dilin əzilmiş səthi yaraları, sol saidin qançırı, sağ əlin 3-cü barmağının səthi dişlənmiş yaraları sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan DİN BƏSİİ-dən аlınmış tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın İnəkboğan Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, onun barəsində cinayət işinin icraatına xitam vеrilməsini məhkəmədən xahiş еdir. İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işi üzrə üzrə icraata xitam vеrilməsini məhkəmədən xahiş edir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş (şikayət vermiş) şəxslə barışdığı, ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə CM-nin 73.2ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilməli, maddi sübut olan, ona məxsus olmaqla Gədəbəy RPŞ-də saxlanılan 01 ədəd mayka və 01 ədəd qısaqol köynək özünə qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs Qiys oğluna məxsus olmaqla Gədəbəy RPŞ-də saxlanılan 01 ədəd mayka və 01 ədəd qısaqol köynək sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-1/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-1/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver