Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-10/2023 23.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Gədəbəy rayonu, Yenikənd doğulmuş, Azərbaycan Respublikası vətəndаşı, orta təhsilli, subay, əvvəllər məhкum оlunmаmış, işləməyən, Gədəbəy rayonu, Yenikənd kəndində yаşаyan, 16 noyabr 2022-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 fevral 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixində saat 20 radələrində Novo Saratovka-Gədəbəy avtomobil yolunun Gədəbəy rayonu, Düz-Yurd kəndi ərazisindən keçən hissəsində idarə etdiyi VAZ-21099 markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobillə üzü Gədəbəy şəhəri istiqamətinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və mövcud şəraitdə həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, onun hərəkəti istiqamətində yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq sonuncuya alın nahiyyəsinin, sol əlin 3-cü barmağının, hər iki diz nahiyyəsinin, sol baldırın orta üçdə birinin ön səthinin əzilmiş cırılmış yaraları, döş qəfəsinin sol yarısının əzniyi, sağ bud sümüyünün aşağı üçdə birinin qapalı yerini dəyişmiş sınığı və sol diz bağının tam cırılması ilə nəticələnən ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Yenikənd kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 16 oktyabr 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin iştirakçısı olan Vaz 21099 markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında X2 almışdır. Gədəbəy rayonu, Miskinli kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 16 oktyabr 2021-ci il tarixdə 20 radələrində Gədəbəy rayonu, Qarıkənd kəndində işdən sonra idarə etdiyi Vaz 21099 markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gədəbəy rayonu, Yenikənd kəndi istiqamətində 60 km\saat sürətlə hərəkət etmişdir. Gədəbəy rayonu, Düzyurd kəndi ərazisinə çatanda, Zərərçəkmiş şəxs anidən hərəkət etdiyi istiqamətdə yolun solundan sağına doğru keçmək istədiyini görmüş, elə bu anda Zərərçəkmiş şəxs avtomobilimin sağ yan hissəsinə yəni sağ yan şüşəsinə çırpılmış, fırlanaraq, alın şüşəsinin sol küncünə dəyməsi nəticəsində yerə yıxılmış, avtomobilinin alın şüşəsi də həmin yerdən zədələnmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs ciddi xəsarət almış, o, hadisə yerinə təcili yardım avtomobili çağırmış, Zərərçəkmiş şəxs təcili yardım almaq üçün xəstəxanaya aparılmışdır. O, Zərərçəkmiş şəxs kömək etmək üçün Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına getmiş, hadisədən sonra Zərərçəkmiş şəxs müalicə xərcləri üçün 4 min manat məbləğində pul xərcləmiş, həmin pulu xərcləməsi barədə qəbzlər olmadığı üçün istintaqa təqdim edə bilməmişdir. Lakin Zərərçəkmiş şəxs ondan əlavə olaraq xəstə olduğu müddətin hər ayı üçün 300 manat pul verməsini tələb etmiş, ancaq maddi imkanı olmadığı üçün razılaşmamış, bu səbəbdən Zərərçəkmiş şəxs ilə aralarında narazılıq yaranmışdır. Hadisə vaxtı sərxoş olmamış, nə də avtomobilində sərnişin və yük olmamışdır.Törətdiyi əməldən peşmandır. Amnistiya qərarına əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs və ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir ədavət və düşmənçilik də olmamışdır. Lakin hazırki hadisədən sonra Təqsirləndirilən şəxslə aralarında ədavət yaranmışdır. Belə ki, 16 oktyabr 2021-ci il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən qardaşı Şahid1 icarə əsasında işlətdiyi kafeyə sonuncuya kömək etmək üçün getmişdir. Həmin gün saat 20 radələrinə qədər Mehmana kömək etdikdən sonra qeyd etdiyi saatda Gədəbəy rayonu, Miskinli kəndindəki evinə getmək üçün kafedən çıxmışdır. Həmin kafe Gədəbəy-Novo Saratovka avtomobil yolunun sağ kənarında yerləşir. O, yeməkxananın qarşısından piyada düzünə hərəkət edərək yolun digər tərəfində Gədəbəy rayonu, Düzyurd və Miskinli kəndləri istiqamətinə gedən avtomobil yoluna çıxmaq istəmiş, adi yerişlə piyada hərəkətinə davam edərək, Gədəbəy-Novo Saratovka avtomobil yolunun ortasına qədər çatmış, hərəkət hissələrini bir birindən ayıran xətdə dayanıb, Gədəbəy şəhəri istiqamətində avtomobilin yüksək sürətlə hərəkət etdiyini görmüş və təhlükə hiss edərək, avtomobilin sərbəst ötüb keçməsi üçün yerində dayanmışdır. Bu vaxtı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu vurması nəticəsində, fırlanaraq həmin avtomobilin alın şüşəsinə çırpılmış və avtomobilin üzərindən aşaraq, yerə yıxılmışdır. Hadisə nəticəsində aldığı xəsarətlərdən huşunu itirmiş, hadisədən sonra Təqsirləndirilən şəxs avtomobili dayandırıb ona yaxınlaşmış, yaxınlıqdakı kafedə olan qardaşı Şahid1 və digər şəxslərin köməyi ilə onu təcili yardım avtomobili ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmin gündən sonra Təqsirləndirilən şəxs onun ilkin müalicə xərclərinə kömək etsə də, daha sonra müalicənin davam etdirilməsinə kömək etməmişdir. Təqsirləndirilən şəxs hazırda da müalicə xərclərinə kömək etmədiyi üçün səhhəti yaxşılaşmamışdır. Hazırda sərbəst yeriyib hərəkət edə bilmir, bu səbəbdən Təqsirləndirilən şəxs müalicə xərclərinə kömək etməsini tələb edərək, cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hadisə anında sürücü Ramil Tağıyev avtomobili təxminən 80-90 km\saat sürətlə idarə etmişdir. Hadisənin şahidi qardaşı Şahid1 olmuşdur. Məhkəmə iclasında şahid X3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Miskinli kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs bacısıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2021-ci ilin oktyabr ayı ərzində Gədəbəy rayonu, Düzyurd kəndi ərazisində yerləşən “Düz Yurd” yeməkxanasını icarə əsasında işlətmişdir. 16 oktyabr 2021-ci il tarixdə 12 radələrində bacısı Yeganə ona kömək etmək üçün işlətdiyi yeməkxanaya getmişdir. Yeganə həmin gün axşam saatlarına kimi ona kömək etmiş, saat 20 radələrində bacısı Gədəbəy rayonu, Miskinli kəndində yerləşən evinə getmək üçün yeməkxanadan çıxmış, asfalt yolu keçib, Düz Yurd və Miskinli kəndləri istiqamətində gedən yola çıxmaq üçün hərəkət edərkən Gədəbəy şəhəri istiqamətində hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Yeganəni vurmuşdur. Hadisə nəticəsində Yeganə xəsarət almış, sürücü Təqsirləndirilən şəxs təcili yardım avtomobili çağırıb, Yeganəni xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs Yeganənin əməliyyat edilməsi və müalicəsi üçün müəyyən yardımlar etmiş, lakin müalicə başa çatmamışdır. Bacısı Yeganə hazırda da gəzə bilmir. Lakin Təqsirləndirilən şəxs ona yardım etməkdən imtina edir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki, o, 2008-ci ildən daxili işlər orqanlarında işləyir. 2021-ci ildən hazıradək Gədəbəy RPŞ DYPB-nin yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir. Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır.16 oktyabr 2021-ci il tarixdə 21:00 dəqiqədə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından Gədəbəy rayonu, Miskinli kənd sakini Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında ilkin olaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gedərkən hadisəni törədən Vaz 21099 markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs vurulan piyadanı hadisə yerindən xəstəxanaya gətirməsi məlum olmuşdur. O, dərhal hadisə yerini müəyyən edərək, hadisə yerinə gedib digər polis əməkdaşları kimi hadisə yerinə baxışda iştirak etmişdir. Məlum olmuşdur ki, 16 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Düzyurd və Miskinli kəndləri istiqamətində gedən yola çıxmaq üçün piyada hərəkət edərkən Gədəbəy şəhəri istiqamətində hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 markalı, ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin onu vurması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilərkən onun ayıq olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus avtomobilin şöbənin mühafizə olunan duracağına yerləşdirilməsini təmin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan 19 oktyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında Protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, hadisə baş verən zaman düz, hamar olmaqla hər iki istiqamətə hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə vaxtı hava şəraiti dumanlı, asfalt örtüyü isə yaş olmuşdur. Yоlun hərəkət hissəsinin eni isə 7 metrdir. Yol hər iki tərəfdən yol çiyni ilə birləşir. Yolun hər iki tərəfindən ehtiyyat hissəsi, ehtiyyat hissəsindən sonra sağda yeməkxana və ticarət obyektləri yerləşir, sol tərəfdə isə boş ərazi və avtomobil yolu vardır. Həmin ərazidə yol avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Qəzanın baş verdiyi yerdə qarşı-qarşıya nəqliyyat axınını bir-birindən ayıran uzun xətt vardır. Yolda sürət məhdudlaşdırıcı yol nişanı və ya bundan başqa hər hansı bir yol nişanı da yoxdur. Hadisə baş vermiş ərazi yaşayış məntəqəsi olmaqla sürət məhdudiyyəti 60 km\saat-dır. Hadisə yerinə baxış Gədəbəy rayonu, Düzyurd kəndindən Novo-Saratovka kəndi istiqamətində keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21099 markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gədəbəy rayonu, Düzyurd kəndində asfalt yolda rayonun Yenikənd kəndi (Gədəbəy şəhəri) istiqamətində hərəkətdə olmuşdur. Baxış zamanı piyadanın vurulma yerinin sürücü Təqsirləndirilən şəxs hərəkət istiqamətində yolun sağından mərkəzinə doğru 3,4 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Yəni piyadanın vurulması nöqtəsi Vaz 21099 minik markalı avtomobilin hərəkətdə olduğu zolaqda yerləşir. Hadisənin baş verdiyi ərazidə avtomobilin təkərlərindən qala biləcək tormoz izi müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Tovuz RQİ və TB Şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli, 016-51 nömrəli məktubdan görünür ki, Gədəbəy rayonu, Yenikənd kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “BC” kateqoriyalı AB-715681 saylı sürücülük vəsiqəsi verilmişdir, o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 01 iyul 2022-ci il tarixli 8\1565 nömrəli ekspert Rəyindən görünür ki, Vaz 21099 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir Rayon Şöbəsinin 31 yanvar 2022-ci il tarixli 85 saylı canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin, sol əlin 3-cü barmağının, hər iki diz nahiyəsinin, sol baldırın orta üşdə birinin ön səthinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin sol yarısının əziyi, sağ bud sümüyünün aşağı üşdə birinin qapalı yerini dəyişmiş sınığı və sol diz bağının tam cırılması küt əşyaların təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 16 oktyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İşdə olan protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan Təqsirləndirilən şəxs məxsus VAZ-21099 minik markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobil maddi sübut hesab edilmiş və saxlanılması üçün sahibinə qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat aşkar edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın Gərgər Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan Arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2006; 2008 və 2010-cu illərdə doğulmuş üç övladı var. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Mclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2. və 263.1-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Mclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtmiş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Ona görə də onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməldir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərinə əsasən iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış VAZ-21099 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün təqsirləndirlən şəxsə təhvil verilməsini nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 85 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ-21099 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-10/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-10/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver