Məhkəmə qərarları › İş №1(042)-12/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-12/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-12/2022 10.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, оrtа тəhsilli, ailəli, məhkumluğu olmayan, fərdi əməklə məşğul оlаn, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 41-də qеydiyyаtdа оlаn və Sumqayıt şəhəri, Stansiya Sumqayıt, ev 52-də yаşаyаn, bаrəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi, ondan 23 yanvar 2017-ci il tarixdən başlayaraq 06 sentyabr 2003-cü il tarixdə anadan olmuş X6 və 14 sentyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 117 manat, ümumilikdə, cəmi 234 manat məbləğində pulu və uşaqların xəstəliyi ilə əlaqədar 100 manat əlavə xərc alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli, 2(008)-10023/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Gədəbəy Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 3(042)- 1/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 22 iyun 2020-ci il, 15 iyul 2020-ci il, 07 sentyabr 2020-ci il və 06 yanvar 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 21 aprel 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə, 12235,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyinə görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə ittiham edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, 2001-ci ildə Sabunçu rayonunda kafelərin birində Zərərçəkmiş şəxs ilə tanış olmuş, onunla faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə faktiki nikahlarından 06 sentyabr 2003-cü il tarixdə Anar və 14 sentyabr 2006-cı il tarixdə Fatimə adlı övladları doğulmuşlar. Aralarındakı ailə münasibətlərinin pozulması nəticəsində 2013-cü ildə Zərərçəkmiş şəxs ayrılaraq başqa bir ünvanda yaşamağa başlamışdır. Bir müddət sonra, yəni, 2016-cı ildə Zərərçəkmiş şəxs ondan uşaqların saxlanılması üçün aliment alınmasına görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin məhkəmə 23 yanvar 2017-ci il tarixdən başlayaraq 06 sentyabr 2003-cü il tarixdə doğulmuş Anar İsmayılovun və 14 sentyabr 2006-cı il tarixdə doğulmuş Fatimə İsmayılovanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat, cəmi, 234 manat miqdarında və uşaqların xəstəliyi ilə əlaqədar 100 manat əlavə xərcin ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair qətnamə çıxarmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. O, icra vərəqəsi üzrə bu vaxta qədər cəmi, 3129 manat aliment ödəmiş, 30 noyabr 2020-ci il tarixə 12235 manat aliment borcu yaranmışdır. Borcu ödəmədiyi üçün 2020-ci ildə Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 500 manat cərimə edilmişdir. Ona bundan sonra da borcu ödəməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Onda ikinci qrup əlillik var. Lakin əlilliklə əlaqədar müavinət verilməsi müvəqqəti saxlanıldığına görə bir müddətdir ki, aliment ödəmir. Zərərçəkmişlə ailə münasibətləri pozulduqdan sonra yeni ailə qurmuşdur. Bu ailədə də hazırda iki azyaşlı uşaq var. Daimi iş yeri yoxdur. Əgər ona vaxt verilərsə, borcundan 1000 manat ödəməyə çalışacaqdır. Borcu tam olaraq ödəmək imkanları yoxdur. Ona görə də qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizələr göndərərk, Gədəbəy rayonuna gəlmək üçün maddi və fiziki imkanlarının olmadığını bildirmiş və cinayət işini baxılması üçün Bakı şəhərində olan məhkəmlərədən birinə göndərilməsini xahiş etmişdir. Lakin cinayət işinə baxılması Gədəbəy Rayon Məhkəməsinin aid olduğu üçün zərərçəkmişin ərizələri baxılmamış saxlanılmış və məhkəmə zərərçəkmişin itirakı olmadan məhkəmə istintaqının aparılmasını və onun ibtidai istintaq zamanı verdiyi ifadənin elan edilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, o, 1989-cu ildə təqsirləndirlən şəxslə ailə qurmuşdur. Birgə nikahlarından 2003-cü ildə Anar və 2005-ci ildə Fatimə adlı övladları doğulmuşlar. 2013-cü ildə təqsirləndirlən şəxsdən ayrılmışdır. 2016-cı ildə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə aliment tələbi haqqında iddia ərizəsi ilə müraciət etmişdir. Həmin məhkəmə 23 yanvar 2017-ci il tarixdən başlayaraq 06 sentyabr 2003-cü il tarixdə doğulmuş Anar İsmayılovun və 14 sentyabr 2006-cı il tarixdə doğulmuş Fatimə İsmayılovanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat, cəmi, 234 manat sabit miqdarda aliment və uşaqların xəstəliyi ilə əlaqədar 100 manat əlavə xərcin alınaraq, ona verilməsinə dair qətnamə çıxarmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin təqsirləndirlən şəxs aliment ödəmədiyi üçün, 2020-ci ildə inzibati qaydada 500 manat cərimə edilmişdir. Təqsirləndirlən şəxs müəyyən miqdarda aliment ödəmiş, lakin onun 12235 manat aliment borcu yaranmışdır. Uşaqlar xəstədirlər. Onların müalicəsi üçün külli miqdarda vəsaitə ehtiyac var. Təqsirləndirlən şəxs fərdi qaydada dizayn işləri görməklə qazanc əldə edir. Bundan başqa o, dəbdəbəli toy edərək, yeni ailə qurmuşdur. Yəni, onun borcunu tam ödəmək imkanları var. Əgər imkanı yoxdusa, evini satıb borcu ödəməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadə verərək, bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsilə 06 sentyabr 2003-cü il tarixdə doğulmuş Anar İsmayılovun və 14 sentyabr 2006-cı il tarixdə doğulmuş Fatimə İsmayılovanın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat, cəmi, 234 manat miqdarında və uşaqların xəstəliyi ilə əlaqədar 100 manat əlavə xərcin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Təqsirləndirlən şəxs icra vərəqəsi üzrə bu vaxta qədər cəmi, 3129 manat aliment ödəmiş, 30 noyabr 2020-ci il tarixə 12235 manat aliment borcu yaranmışdır. Təqsirləndirlən şəxs aliment ödəmədiyi üçün 2020-ci ildə inzibati qaydada 500 manat cərimə edilmişdir. Bundan başqa, Gədəbəy Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadı ilə təqsirləndirlən şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırlmışdır. Ona 22 iyun 2020-ci, 15 iyul 2020-ci və 07 sentyabr 2020-ci il tarixlərdə borcu ödəməyəcəyi təqdirdə cinayət Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıqlar edilmişdir. İcra tədbirləri nəticəsində təqsirləndirlən şəxsin əlilliyə görə 259 manat pensiya aldığı müəyyən edilmişdir. Aliment tələbi onun pensiyasının 70 faizinə yönəldilmişdir. Təqsirləndirlən şəxs tərəfindən cəmi, 3129 manat aliment ödənilmiş, onun 12235 manat borcu yaranmışdır. İş üzrə tələbkar ərizə ilə şöbəyə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. İcraat dövründə iş üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, o, icra sənədi üzrə tam ödəniş etməmiş, bununla bağlı hər hansı üzrlü səbəb bildirməmiş, iş axtaran kimi aidiyyəti orqanda qeydiyyatdan keçməmiş, yəni, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid1 Şahid2 ilə eyniməzmunlu ifаdə vеrmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan 19 noyabr 2021-ci il tarixli Baxış Protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi” markalı mobil telefon aparatını istintaqa könüllü təqdim etmiş, telefonun mobil tətbiqinin şəkillər bölməsində “Mercedes-Benz 220 Minik” markalı nəqliyyat vasitəsini icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olması, həmin nəqliyyat vasitəsinin, qeydiyyat şəhadətnaməsinin və avtomaşının salon hissəsində bərkidilmiş vizit kartı olaraq üzərində “24 saat ölkədaxili sifariş qəbul olunur AZƏR” (istifadəsində olan mobil nömrələr olmaqla) əks olunduğu fotoşəkilləri mövcuddur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Qarnizonunun Hərbi Tribunalının 04.05.2000-ci il tarixli hökmünə əsasən CM-nin 243-cü maddəsi ilə (01.09.2000-ci il tarixinədək qüvvədə olan) təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.03.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 25.02.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir hazırda və məhkumluğu ödənilmişdir. İşdə olan X4 21 saylı Ərazi Məşğulluq Mərkəzinin 19.04.2021-ci il tarixli Məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 qaprel 2020-ci il tarixdən X10 işaxtaran vətəndaş kimi qeydiyyatdan keçmiş, lakin işlə təmin olunmaq üçün mərkəzə müraciət etməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik və tibbi-sosial ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 2275 saylı Rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyinin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş və təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Həmçinin hazırkı psixi vəziyyətinə görə stasionar müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda şizofreniya paranoid forma xroniki psixi xəstəliyinin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır və onun cinayət məsuliyyətinə cəlb olunması mümkündür. İşdə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs ünvanlanmış tələbin könüllü icra edilməsinə dair Bildirişdən, Gədəbəy Rayon Məhkəməsinin inzibati xəta haqqında 18 may 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli, 2(008)-10023/2016 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşdə olan Gədəbəy Rаyоn Məhkəməsinin 18 may 2020-ci il tаriхli, 3(042)- 105/2019 saylı inzibati xəta haqqında iş üzrə qərаrından görünür ki, Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı İХM-nin 528.1-ci mаddəsi ilə təqsirli bilinib 500 manat cərimə növündə inzibati tənbeh edilmişdir. İşdə olan X2 surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X8 25 oktyabr 2012-ci il tarixdə, X7 isə 21 iyul 2014-cü il tarixdə doğulmuşlar. İşdə olan Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup ümumi xəstəlik əlillik var. İşdə olan Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs və şahidlərin ifadələri, işdə olan istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 23 yanvar 2017-ci il tarixdən başlayaraq 06 sentyabr 2003-cü il tarixdə anadan olmuş X6 və 14 sentyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 117 manat, ümumilikdə, cəmi 234 manat məbləğində pulu və uşaqların xəstəliyi ilə əlaqədar 100 manat əlavə xərc alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli, 2(008)-10023/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyi üçün Gədəbəy Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 3(042)- 1/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və ona icra sənədlərindəki tələbi icra etməsi üçün 22 iyun 2020-ci il, 15 iyul 2020-ci il, 07 sentyabr 2020-ci il və 06 yanvar 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 21 aprel 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə, 12235,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etməmiş və bununla da Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən himayəsində iki azyaşlı övladının olmasını, ümumi xəstəlikdən İİ qrup əlilliyini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1. və 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, ümumi xəstəlikdən İİ qrup əlilliyini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə bərabər, nəzərə alır ki, təqsirləndirilən şəxsin borcu böyük miqdardadır. O, fərdi qayfdada əmək fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, uzun müddət ərzində aliment borcunu ödəməmişdir. Onun barəsində qanunda nəzərdə tutulan daha ağır cəzanın tətbiq edilməyəcəyi təqdirdə zərərçəkmişə olan aliment borcunun ödənilməyəcəyi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmasının və ədalət mühakiməsinin nüfuzunun bərpa edilməsinin mümkün olmayacağı ehtimalları vardır. Ona görə də məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ağır cəza, yəni, azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar