Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-12/2023 12.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs1 Nurəddin oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 Nurəddin oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi 29 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğundan Gədəbəy rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə hazırlıq iclası 12 yanvar 2023-cü il tarixə, saat 11:00-a təyin edilmiş, məhkəmə iclasının yeri və vaxtı barədə təqsirləndirilən şəxslərə, zərərçəkmiş şəxslərə, dövlət ittihamçısına və müdafiəçiyə məlumat verilmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Nurəddin oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi Gədəbəy rayon Məhkəməsinin yurisdiksıyasına deyil, Goranboy rayon Məhkəməsinin yurisdiksıyasına aid olan işdir. Eləcə də, cinayət işinin göndərilmə məktubu Goranboy rayon Məhkəməsinə ünvanlanmış, lakin, cinayət işi səhvən Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 67.4-ci maddəsinə əsasən, hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksıyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.1. təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; 300.1.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; 300.1.7. cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Nurəddin oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə düzgün göndərilmədiyindən və Gədəbəy rayon Məhkəməsində baxılmalı olmadığından Goranboy rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 67.4, 74.1, 299, 300.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs1 Nurəddin oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi aidiyyəti üzrə Goranboy rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-12/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-12/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver