Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-13/2023 23.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs,təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, AİMC-də operator işləyən, Gədəbəy Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 15 % islah işləri cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayan, barəsində 01 noyabr 2022-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 fevral 2023-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı Gədəbəy rayonu, Qaradağ kəndindəki evinə gedərək onunla birgə nikahından dünyaya gəlmiş 06 dekabr 2016-cı il təvəllüdlü azyaşlı X6a nalayiq ifadələr öyrətməsi səbəbindən Zərərçəkmiş şəxs yaşadığı evin qonaq otağında aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı sonuncunun əvvəlcə burununa yumruq zərbəsi vuraraq, onu yerə yıxdıqdan sonra əlində olan dəmir tava ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona burunun şişkinliyi və sol yan səthinin əzilmiş səthi yarası, sağ bazunun qançırı, alt dodağın sol yarısının şişkinliyi və qaçırı qismində sağlamlığa zərər vurmayan xəsarətlər və başın, sağ qaşın əzilmiş yaraları qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Hazırda AİMC-də operator vəzifəsində işləyir. Gədəbəy rayonu,Qaradağ kənd sakini Zərərçəkmiş şəxs 15 ildir ki ər-arvad münasibətində yaşayırlar. Onur adlı oğlan övladları var. 2019-cu ildə boşanmışlar. 23 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı evə gəlmişdir. Evdə təxminən, 200 qram araq içmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs həmkəndlisi Şahid idarə etdiyi taksi ilə evə gəlmişdir. Zərərçəkmiş şəxs evə daxil olan zaman o, yemək yeyərək spirtli içki qəbul edirdi. Yemək yeyən zaman evin təmizliyi ilə əlaqədar aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı sərxoş olduğu üçün masanın üzərində olan qab-qacağı əli ilə itələyib yerə atmışdır. Bundan sonra aralarında olan mübahisə yaranmış, o, Zərərçəkmiş şəxs vurmuş və ona xəsarət yetirmişdir. Sərxoş olduğu üçün hadisənin hallarını yaxşı xatırlamır. Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə məlumat vermiş, Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlib, onu Gədəbəy Rayon Polis Şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, ona vurduğu ziyanı aradan qaldırmış, onunla barışmışdır. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs Nəriman oğlu ilə 2015-ci ildə ailə həyatı qurmuş, 2019-cu il tarixdə rəsmi olaraq boşanmışlar. Ailə münaisbətlərindən Onur adlı oğlan övladı var. X6 və qızı Jalə onunla birlikdə yaşayır. 23 sentyabr 2022-ci il tarixdə keçmiş əri Təqsirləndirilən şəxs oğlu Onuru məktəbdən götürərək yaşadığı evə gətirmişdir. Həmin günü saat 19 radələrində birlikdə fəhləlik etdiyi Tahirə Əliyeva və Şahid ilə yaşadığı evə gəlmişdir. Şahid idarə etdiyi VAZ markalı avtomobilindən evin qarşısında düşən zaman keçmiş əri Təqsirləndirilən şəxs evin içərisində X6a əxlaqsız və nalayiq ifadələr öyrətməsini görmüşdür. Evə daxil olaraq, Məmmədə irad bildirmış, ondan evi tərk etməsini tələb etmişdir. Məmmədin qolundan tutub bayıra çıxararkən, o, çıxış qapısının yanında olan dabankeşi götürüb qapının 2 ədəd şüşəsini sındırmışdır. Onun pəncərələrini sındırdığını görən Şahid Məmmədi sakitləşdirib oradan uzaqlaşdırmışdır. Evdə olan və qorxmuş oğlu Onuru sakitləşdirmək üçün otağa daxil olmuşdur. Oğlu Onuru sakitləşdirən zaman Məmməd onun xəbəri olmadan evə daxil olmuş, onun burun nahiyyəsinə yumruq zərbəsi endirmişdir. Bu zərbənin təsirindən özünü itirib yerə yıxılmışdır. Yerdə uzandığı vəziyyətdə Təqsirləndirilən şəxs dəmir tava ilə onun baş və bədən nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxtı evdə olan Tahirə Quluyeva özünə gəlməyə kömək etmişdir. Şahid isə Məmmədi evdən çıxarmağa çalışmışdır. Məmməd evdən çıxan zaman aynabəndə olan qab yığmaq üçün mebeli və mebeldə olan qab-qacağı sındırmışdır. Bundan başqa, soyuducu, televizor və pəncərələrin şüşələrini də sındırmışdır. Şahid Təqsirləndirilən şəxs sakitləşdirib oradan uzaqlaşdırmişdir. Bir qədər sonra Tahirə Quluyevanın köməkliyi ilə özünə gəlmiş, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda təqsirləndirlən şəxs ondan üzr istəmiş, ona vurduğu zərəri aradan qaldırmış, onunla barışmışdır. Ona görə də təqsirləndirlən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş Şahid ifadəsindən görünür ki, o, Gədəbəy rayonu, Qaradağ kənd sakinləri Zərərçəkmiş şəxs və onun keçmiş əri Təqsirləndirilən şəxs tanıyır. Heç biri ilə aralarında narazılıq və ədavət baş verməmişdir. 23 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində idarə etdiyi VAZ-21174 markalı ** BC *** dövlət nömrə nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs və X4 rayonu, Slavyanka kəndində işlədikləri kartof sahəsindən evə gətirmişdir. Zəminə və Tahirəni avtomobildən düşürüb evdən 200 metr uzaqlaşdıqdan sonra Zəminənin evinin həyətindən səs-küy gəlməsini eşitmişdir. Avtomobili geri verib, oraya gəldikdə Zərərçəkmiş şəxs evdə əri Təqsirləndirilən şəxs isə həyətdə duraraq, mübahisə etdiklərini və Təqsirləndirilən şəxs evin bir necə pəncərəsini sındırmasını görmüşdür. Məmmədi sakitləşdirib evin həyətindən bayıra çıxarıb onların yenidən dalaşmasının qarşısını almışdır. Bundan bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Geri qayıdıb gələnə kimi Məmməd artıq Zəminəni vurmuşdur. Oraya gəlib Məmmədi oradan uzaqlaşdıran zaman evin aynabəndinin pəncərələrinin sındırılmasını görmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmasını konkret olaraq görməmişdir. Səs-küy gələn yerə gələn zaman orada Zəminə və Məmməddən başqa onlarla birlikdə fəhləlik edən Tahirə adlı qadını görmüşdür. Hadisə yerinə başqa kənar şəxslər toplaşmamışdır. Hadisə yerinə qayıdıb Məmmədi oradan uzaqlaşdırmağı təxminən 10 dəqiqə davam etmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X5 tərəfindən verilmiş 24 sentyabr 2022-ci il tarixli 523 nömrəli canlı şəxsin Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın, sağ qaşın əzilmiş yaraları, burunun şişkinliyi və sol yan səthinin əzilmiş səthi yarası, sağ bazunun qançırı, alt dodağın şişkinliyi və qançırı küt əşyanın təsirindən, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 23 sentyabr 2022-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən başın, sağ qaşın əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, eləcə də onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2017-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində 15 % islah işləri cəzasına məhkum olunmuşdur. İşdə olan Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 10 noyabr 2022-ci il tarixli 83 saylı məktubundan görünür ki, Gədəbəy rayonu, Qaradağ kənd sakini Həsənov X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 15 % dövlət nəfinə tutulmaqla 01 il müddətində islah işləri cəzasına məhkum edilmişdir. İslah işləri növündə cəzanın Təqsirləndirilən şəxs iş yerinə yönəldilməklə icrası təmin edilmiş və 12 oktyabr 2020-ci il tarixdə cəzası başa çatmış, hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan Gədəbəy RİHB-nın İnəkboğan Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs şikayətinin olmadığını, onunla barışdığını bildirmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidlərin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə əməlindən pеşman olmuş və zərərçəkmiş şəхslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini ağırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərinə əsasən iş üzrə maddi sübut kimi tanınmış bir ədəd dəmir dabankeş və bir ədəd dəmir tava zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmalıdırlar. İş üzrə ekspertiza xərci olan 50 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd dəmir dabankeş və bir ədəd dəmir tava zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsınlar. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-13/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-13/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver