Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-13/2024 18.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1977-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində 17 sentyabr 2023-cü il tarixdən polisin nəzarəti altına vermə qəтimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona görə ittiham edilmişdir ki, o, 2023-cü ilin sentyabr ayının əvvələrində istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu ərazisindən keçən Kür çayının sahilindən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 326.50 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində və özünə məxsus olmaqla idarə etdiyi VAZ-21061 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamış, gəzdirmiş və daşımış, 16 sentyabr 2023-cü il tarixdə saat 00:30 dəqiqədə daxil olmuş əməliyyat məlumatı əsasında Gədəbəy Rayon Polis X7 Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində o, Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd salfetkaya bükülü vəziyyətdə yarım kibrit qutusunun içərisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 1.50 qram və ona məxsus VAZ-21061 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində olan rezinin alt hissəsindən bir ədəd göy rəngli sellofan torbanın içərisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 325 qram narkotik vasitə olan qurudulmuş maruixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona verilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır. Özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Taksi fəaliyyəti ilə Şəmkir rayonunda məşğul olur, lakin müştəri olduqda, Gədəbəy rayonuna gedib gəlir. Təxminən 3-4 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 15 sentyabr 2023-cü il tarixində müştəri olduğu üçün Gədəbəy rayonuna taksi kimi gəlmişdir. Təxminən saat 17 radələrində Gədəbəy rayonuna çatmış və gecə saatlara kimi Şəmkir rayonuna qayıtmaq üçün müştəri gözləmişdir. Təxminən saat 23 radələrində müştəri olmadığı üçün Gədəbəy rayon mərkəzindən Şəmkir rayonu istiqamətində getməyə başlamışdır. O, həmin vaxt yorğun olmuş və Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində ətrafda heç kəsin olmadığını görüb avtomobilində həmçinin üzərində gəzdirdiyi narkotik vasitə olan marixuandan istifadə etmək qərarına gəlmişdir. 16 sentyabr saat 24 radələrindən sonra o, avtomobilini Slavyanka kəndi ərazisində yol kənarında saxlayıb narkotik vasitə olan marixuandan istifadə etməyə hazırlaşan zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ona rayon polis şöbəsinə gətirmişlər. Gədəbəy Rayon Polis Şöbəsində ona narkotik vasitələrin istifadəsində və üzərində saxlanılmasında şübhəli olduğu üçün gətirildiyini bildirmiş. Bundan sonra bir neçə polis əməkdaşının və müdafiəçinin iştirakı ilə onun üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində olan şəxsi istifadəsi üçün üzərində saxladığı ağ rəngli salfetkaya bükülü vəziyyətdə ikiyə böldüyü kibrit qutusunun içərisindən narkotik vasitə olan çətənə bitkisini təqdim etmişdir. Həmin kütlə orada əczaçı tərəzisində çəkilmiş və təqdim etdiyi kütlənin kağız salfetka və yarım kibrit qutusu ilə birlikdə çəkisi 04 qram olmuşdur. Bundan sonra üzərində axtarış aparılmış, üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə kağız zərfə qoyularaq, qablaşdırılmışdır. Həmin zərfin üzəri polis əməkdaşları, müdafiəçisi və onun tərəfindən imzalanmaqla möhürlənmişdir. Bundan sonra protokol tərtib olunmuşdur. Bundan başqa, ona məxsus olan VAZ 2106 markalı avtomobildə də narkotik vasitə olan marixuananın olmasını bildirmiş, müdafiəçisinin, onun və polis əməkdaşlarının iştirakları ilə maşına baxış keçirilmişdir. Baxış zamanı o, avtomobilinin yük yerində olan rezinin altında göy rəngli sellofan torbada saxladığı narkotik vasitə olan marixuananı da polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyim həmin kütlə də tərəzi ilə çəkilmiş və həmin kütlənin sellofan torba ilə birlikdə çəkisi 349 qram olmuşdur. Avtomobilimə baxış zamanı aşkar edilmiş narkotik vasitə olan marixuana da təhqiqatçı tərəfindən ağ rəngli içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş və ucadan oxunduqdan sonra imzalanmıdır. O, narkotik vasitənin marixuana növündən istifadə etdiyinə görə çətənə bitkisini yaxşı tanıyır. 2023-cü ilin sentyabr ayının əvvəllərində Kür çayının kənarına çimmək və istirahət etmək üçün gedən zaman orada yabanı halda bitmiş olan çətənə bitkisinin yarpaqlarından yığıb özü istifadə etmək üçün qurutmuşdur. O, üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə hesab edilən marixuanadan heç kimə satmamışdır. Üzərində saxladığı və maşınında aşkar olunmuş həmin narkotik vasitəni satmaq fikri olmamışdır. O, 04 mart 2024-cü il tarixdə üzərində narkotik vasitə aşkar olunduğu üçün Baş Mütəşəkkil Çinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılmış, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi tətəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin əslində üzərində heş bir narkotik vasitə olmamışdır. Qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 16 sentyabr 2023-cü il tarixdə xidməti otağında olan zaman ona əməliyyat məlumatı daxil olmuşdur ki, Şəmkir rayonu sakini Həsənov X6 rayonu ərazisində narkotik vasitə saxlamasında və üzərində daşımasında şübhəlidir. O, narkotik vasitədən istifadə etdiyi üçün üzərində saxlayır. O, şöbə rəhbərliyinə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi məqsədi ilə raprot yazmış, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ilə əlaqədar əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 iştirakılar ilə əməliyyat tədbirləri keçirmiş və 16 sentyabr 2023-cü il tarixdə saat təxminən 00:30-da Şəmkir rayon sakini Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində özünə məxsus **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını bildirərək, onu Gədəbəy RPŞ-ə gətirmişlər. Polis şöbəsində təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan ağ rəngli salfetkaya bükülü kibrit qutusunun içərisində olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin marixuana olduğunu, həmin kütləni Kür çayının kənarından toplamasını və əlavə olaraq idarə etdiyi VAZ 2106 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilində də narkotik vasitə olan marixuananı saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə əczaçı tərəzisində çəkilmiş və kütlənin çəkisi kibrit qutusu ilə 4 qram olması müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq, möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə özünün, müdafiəçisinin və onların iştirakı ilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomoilinin yük yerini açaraq, yük yerində olan rezinin altından üzərində “Mələk, Angel” yazıları olan göy rəngli sellofan torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlə də tərəzidə çəkilmiş və kütlənin təmiz çəkisi 349 qram olmuşdur. Bundan sonra həmin kütlə də qablaşdırılaraq, möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki, Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 16 sentyabr 2023-cü il tarixdə xidməti iş otağında olan zaman əməliyyat müvəkkili Şahid1 ona Şəmkir rayonu sakini Təqsirləndirilən şəxs Gədəbəy rayonu ərazisində narkotik vasitə saxlamasında və üzərində daşımasında şübhəli olması barədə məlumatın daxil olmasını, şöbə rəhbərliyi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verildiyini bildirmişdir. Bununla əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilli Şahid3 da iştirakı ilə müvafiq əməliyyat tədbirləri keçirmiş və 16 sentyabr 2023-cü il tarixdə saat təxminən 00:30-da Şəmkir rayonu sakini Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində özünə məxsus **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edib polis işçiləri olduqlarını bildirərək, onu Gədəbəy RPŞ-ə gətirmişlər. Polis şöbəsində təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan ağ rəngli salfetkaya bükülü kibrit qutusunun içərisində olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin marixuana olduğunu, həmin kütləni Kür çayının kənarından toplamasını və əlavə olaraq idarə etdiyi VAZ 2106 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilində də narkotik vasitə olan marixuananı saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə əczaçı tərəzisində çəkilmiş və kütlənin çəkisinin kibrit qutusu ilə 4 qram olması müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzəri imzalanaraq 75 saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs avtomoilinin yük yerini açaraq, yük yerində olan rezinin altından üzərində “Mələk, Angel” yazıları olan göy rəngli sellofan torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin kütlə də tərəzidə çəkilmiş və kütlənin təmiz çəkisi 349 qram olmuşdur. Bundan sonra həmin kütlə də qablaşdırılaraq 75 saylı möhürlə möhürlənmiş və zərfin üzəri imzalanmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır, onun əvvəllər narkotik vasitə alması və satması barədə heç bir məlumatı olmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan 16 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən ağ rəngli kağız salfetkaya bükülü vəziyyətdə ikiyə bölünmüş kibrit qutusunun içərisindən yaşıl rəngli ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər 04 (dörd) qram çəkidə kütlə aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. İşdə olan 16 sentyabr 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus VAZ 2106 markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindəki rezinin altından göy rəngli üzərində “mələk, angel” yazıları olan sellofan torbanın içərisində yaşıl rəngli ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər 349 (üç yüz qirx doqquz) qram çəkidə kütlə aşkar edilmiş, qablaşdırılaraq, götürülmüşdür. İşdə olan məhkəmə bioloji ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 16/928 nömrəli Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd salfet bükümün içərisində yarı bölünmüş kibrit qutusunda təmiz çəkisi 1.50 qram bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Təhqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 325 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş 2 (iki) ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 11 dekabr 2023-cü il tarixli 2020 saylı Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə İşdə olan cinayət törətməkdə şübhənilən şəxsin tutulması protokolu və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2023ci il tarixdə saat 00-30 dəqiqədə tutulmuş və 17 sentyabr 2023-cü il tarixdə saat 23-50 dəqiqədə azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3 hissəsi ilə təqsirli bilinərək barəsində 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 02 il şərti sınaq müddəti təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sankt-Peterburq Moskva rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin “A”, “B”,”Q” bəndləri ilə təqsirli bilinib 01 il 04 ay azadlıqdan məhrum edilmiş və xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 31/182 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Moskva rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. İşdə olan X2, Şəxsiyyət Vəsiqələrinin surətləri və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2010-cu il tarixdə X3 ilə nikah bağlamış, onun övladları X8 26 iyul 2007-ci il tarixdə X4 isə 15 iyun 2011-ci il tarixdə doğulmuşlar. İşdə olan Şəmkir RİHB-nin Şəmkir Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtombildən 16 sentyabr 2023-cü il tarixdə aşkar edilərək götürülmüş iki ədəd zərfdə 1.50 qram və 325 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış iki ədəd zərfdə 1.45 qram və 324.95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işi materialları ilə tanış olduqdan sonra Gədəbəy RPŞ-ə məsul saxlanca verilmişdir. İşdə olan Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən X5 barəsində 04 mart 2024-cü il tarixdən 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvələrində istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu ərazisindən keçən Kür çayının sahilindən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 326.50 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində və özünə məxsus olmaqla idarə etdiyi VAZ-21061 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində saxlamış, gəzdirmiş və daşımış, 16 sentyabr 2023-cü il tarixdə saat 00:30 dəqiqədə daxil olmuş əməliyyat məlumatı əsasında Gədəbəy Rayon Polis X7 Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində o, Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd salfetkaya bükülü vəziyyətdə yarım kibrit qutusunun içərisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 1.50 qram və ona məxsus VAZ-21061 markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində olan rezinin alt hissəsindən bir ədəd göy rəngli sellofan torbanın içərisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 325 qram narkotik vasitə olan qurudulmuş maruixuana aşkar edilərək götürülmüşdür. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 15.1. və 15.3-cü maddələrindən görünür ki, Təqsirləndirilən şəxs az ağır cinayət törədilməsində ittiham edilir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4. və 59.2-ci maddələrinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını,təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən şəxsiyyətini səciyyələndirən halları, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsirini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın ədalətli olması və onun islah olunmasına təsirini təmin etmək məqsədilə hesab edir ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yəni, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində iki gün müddətində tutulması nəzərə alınmalı və ona təyin edilən azadlıqdan məhrumetmə cəzasından çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxsin hazırda həbsdə olması nəzərə alınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, o, narkomaniyadan məcburi müalicə ediməli və yaşayış yeri üzrə müalicə müəssisəsində narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra xalis çəkiləri 1.45 və 324.95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 32,40 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Gədəbəy Rayon Polis Şöbəsi, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə tapşırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPMnin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdən 17 sentaybr 2023-ci il tarixədək, yəni, iki gün tutulması nəzərə alınmaqla, üzərində qəti olaraq, 07 ay (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın və onun Nərimanov Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qərarı ilə 04 mart 2024-cü il tarixdən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və yaşayış yeri üzrə müalicə müəssisəsində narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 32 (otuz iki) manat 40 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış tədqiqatdan sonra xalis çəkiləri 1.45 və 324.95 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsin. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına, Gədəbəy Rayon Polis Şöbəsinə və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs hökmün surətinin ona verildiyi andan 20 gün müddətində, Gədəbəy Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəqulyev
Məhkəmə qərarları › İş №1(042)-13/2024
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-13/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver