Məhkəmə qərarları › İş №1(042)-13/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-13/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-13/2025 17.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Gədəbəy rayonu, Çobankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Çobankənd kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitenisiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxxx 2001-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitenisiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxxxxxxx 2002-ci il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitenisiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcələsinin 133.2.3, 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Əliyev X6 rayonunun Arıqıran kənd sakini Zərərçəkmiş şəxs, onun Əyrivəng kəndində yaşayan arvadı Şahid1 Əbülfəz qızına sonuncudan xoşunun gəlməsi və onunla evlənmək istəməsi barədə Gədəbəy rayonu, Əyrivəng kənd sakini Şahid3 Eldar qızı vasitəsilə xəbər göndərməsini bilib, Zərərçəkmiş şəxs bu kimi hərəkətinə görə döyərək cəzalandırmaq və adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməklə bağlı Şahid1 əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə razılığa gəlib onunla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 01 iyun 2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs söhbət etmək adıyla Gədəbəy rayonunun Arıqıran kəndi ərazisindən keçən çayın kənarına çağırmış, orada Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, qəsdən yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs döydükdən sonra, Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmaqla onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edərək arvadı Şahid1 üzr istəməsi üçün sonuncunun yaşadığı evin yerləşdiyi Əyrivəng kəndi istiqamətində aparmış, Arıqıran kəndi ərazisindən keçərkən yolda onlara qoşulmuş tanışı Təqsirləndirilən şəxs3 ilə də Zərərçəkmiş şəxs etdiyi hərəkətinə görə döyərək cəzalandırmaq və adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməklə bağlı razılığa gəlmiş, Gədəbəy rayonunun Arıqıran kəndi ərazisində, Əyrivəng kəndinə gedən yolda qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birlikdə sonuncuların əldə edib gətirdikləri ipi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etdikləri Zərərçəkmiş şəxs boğazına bağlamaqla dartaraq ona boynunun sıyrığı kimi dərəcəsi təyin edilməyən, sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib, döyməklə habelə ünvanına nalayiq ifadələr işlətməklə və Zərərçəkmiş şəxs qarşı etdikləri hərəkətləri özlərində olan mobil telefon vasitəsilə videoya çəkməklə Gədəbəy rayonunun Arıqıran və Əyrivəng kəndləri ərazisində gəzdirdikdən sonra Zərərçəkmiş şəxs qayınanası Şahid2 yaşadığı evin həyətinə gətirərək sonuncunun ayağından öpməyə məcbur etmiş, bu kimi hərəkətlər nəticəsində psixoloji təzyiqə məruz qalan və psixi iztirab keçirən Zərərçəkmiş şəxs orada yenidən yumruq və təpiklə qəsdən bədəninin müxtəlif nahiyələrinə vurmaqla, ona güclü fiziki ağrı keçirməsi ilə nəticələnən başın şişkinliyi, sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin olunmayan, döş qəfəsinin və sağ böyrək nahiyəsinin geniş ölçülü qançırları kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə, güclü fiziki ağrı və psixi iztirablar verməklə Zərərçəkmiş şəxs əzab vermiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Əliyev X13 rayonunun Arıqıran kənd sakini Zərərçəkmiş şəxs, onun tanışı Təqsirləndirilən şəxs1 Əyrivəng kəndində yaşayan arvadı, həmçinin özünün əmisi qızı Şahid1 Əbülfəz qızına sonuncudan xoşunun gəlməsi və onunla evlənmək istəməsi barədə xəbər göndərməsini bilib, Zərərçəkmiş şəxs bu kimi hərəkətinə görə döyərək cəzalandırmaq və adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməklə bağlı Təqsirləndirilən şəxs1lə razılığa gəlib onunla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 01 iyun 2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs söhbət etmək adıyla Gədəbəy rayonunun Arıqıran kəndi ərazisindən keçən çayın kənarına çağırmış, orada Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, qəsdən yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs döydükdən sonra, Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmaqla onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edərək Şahid1 üzr istəməsi üçün sonuncunun yaşadığı evin yerləşdiyi Əyrivəng kəndi istiqamətində aparmış, Arıqıran kəndi ərazisindən keçərkən yolda onlara qoşulmuş tanışı Təqsirləndirilən şəxs3 ilə də Zərərçəkmiş şəxs etdiyi hərəkətinə görə döyərək cəzalandırmaq və adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməklə bağlı razılığa gəlmiş, Gədəbəy rayonunun Arıqıran kəndi ərazisində, Əyrivəng kəndinə gedən yolda qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs3la birlikdə əldə edib gətirdiyi ipi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etdikləri Zərərçəkmiş şəxs boğazına bağlamaqla dartaraq ona boynunun sıyrığı kimi dərəcəsi təyin edilməyən, sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib, döyməklə habelə ünvanına nalayiq ifadələr işlətməklə və Zərərçəkmiş şəxs qarşı etdikləri hərəkətləri özlərində olan mobil telefon vasitəsilə videoya çəkməklə Gədəbəy rayonunun Arıqıran və Əyrivəng kəndləri ərazisində gəzdirdikdən sonra Zərərçəkmiş şəxs qayınanası Şahid2 yaşadığı evin həyətinə gətirərək sonuncunun ayağından öpməyə məcbur etmiş, bu kimi hərəkətlər nəticəsində psixoloji təzyiqə məruz qalan və psixi iztirab keçirən Zərərçəkmiş şəxs orada yenidən yumruq və təpiklə qəsdən bədəninin müxtəlif nahiyələrinə vurmaqla, ona güclü fiziki ağrı keçirməsi ilə nəticələnən başın şişkinliyi, sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin olunmayan, döş qəfəsinin və sağ böyrək nahiyəsinin geniş ölçülü qançırları kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə, güclü fiziki ağrı və psixi iztirablar verməklə Zərərçəkmiş şəxs əzab vermiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Təqsirləndirilən şəxs3 Gədəbəy rayonunun Arıqıran kənd sakini Zərərçəkmiş şəxs, onun tanışı Təqsirləndirilən şəxs1 Əyrivəng kəndində yaşayan arvadı Şahid1 Əbülfəz qızına sonuncudan xoşunun gəlməsi və onunla evlənmək istəməsi barədə xəbər göndərməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 iyun 2024-cü il tarixdə saat 15 radələrində həmin hərəkətlərinə görə Zərərçəkmiş şəxs söhbət etmək adıyla ünvan 2 ünvanına nalayiq ifadələr işlədib, qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq döymələri, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmaqla onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edərək Şahid1 üzr istəməsi üçün sonuncunun yaşadığı evin yerləşdiyi Əyrivəng kəndi istiqamətində aparmaları barədə bilib, Zərərçəkmiş şəxs etdiyi hərəkətinə görə döyərək cəzalandırmaq və adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməklə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə razılığa gəlib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, Gədəbəy rayonunun Arıqıran kəndi ərazisində, Əyrivəng kəndinə gedən yolda Təqsirləndirilən şəxs2lə birlikdə əldə edib gətirdikləri ipi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etdikləri Zərərçəkmiş şəxs boğazına bağlamaqla dartaraq ona boynunun sıyrığı kimi dərəcəsi təyin edilməyən, sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib, döyməklə habelə ünvanına nalayiq ifadələr işlətməklə və Zərərçəkmiş şəxs qarşı etdikləri hərəkətləri özlərində olan mobil telefon vasitəsilə videoya çəkməklə Gədəbəy rayonunun Arıqıran və Əyrivəng kəndləri ərazisində gəzdirdikdən sonra Zərərçəkmiş şəxs qayınanası Şahid2 yaşadığı evin həyətinə gətirərək sonuncunun ayağından öpməyə məcbur etmiş, bu kimi hərəkətlər nəticəsində psixoloji təzyiqə məruz qalan və psixi iztirab keçirən Zərərçəkmiş şəxs orada yenidən yumruq və təpiklə qəsdən bədəninin müxtəlif nahiyələrinə vurmaqla, ona güclü fiziki ağrı keçirməsi ilə nəticələnən başın şişkinliyi, sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin olunmayan, döş qəfəsinin və sağ böyrək nahiyəsinin geniş ölçülü qançırları kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi döyməklə, güclü fiziki ağrı və psixi iztirablar verməklə Zərərçəkmiş şəxs əzab vermiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncunu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə uzaq qohumları, Gədəbəy rayonunun Əyrivəng kəndindən olan Şahid1 ilə evlənmiş, 2015-ci ildə Nigar adlı qızları və 2017-ci ildə Tunar adlı oğlanları doğulmuş, sonradan Natibə onun anası ilə yola getmədiyi üçün məhkəmə qaydasında ayrılmışlar və Natibə uşaqları da götürüb anasıgilə getmişdir. Onlar ayrılsalar da daim uşaqlarına və ailəsinə maddi və mənəvi dəstək göstərmişdir. Daha sonra onlar barışmışlar, lakin Natibə anası ilə yola getmədiyi üçün təkrar onların evinə gəlməmiş, öz anasıgildə yaşamağa davam etmişdir. Əliyev X10 əmisi oğludur. Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, onu məlum hadisə günü tanımışdır. Sonuncu dəfə yemək yemək üçün Natibənin anası Nailəgilə getmiş, evdə qanqaraçılıq olduğunu görmüşdür. Bunun səbəbini soruşduqda Natibə Nicat adlı bir şəxsin onu narahat etdiyini bildirmişdir. Bu barədə söhbət etdikdə Natibə ətraflı olaraq demişdir ki, uşağı məktəbə apara bilmir, belə ki, Nicat təxminən 3-4 gün qabaq bir dəfə onun qabağını kəsərək ondan xoşu gəldiyini və buna görə də onu zorla maşınına mindirəcəyini bildirmiş, yanındakı uşaq da qorxub ağlamışdır. Bundan başqa uşağı hər dəfə məktəbə aparanda Nicat avtomobili ilə onun yanından keçərək sözlər atır, başqa uyğunsuz hərəkətlər edir. Həmçinin həmin gün Əyrivəng kənd sakini Sevda adlı qadın Natibənin mobil telefonuna “WhatsApp” proqramından mesaj yazmış və Nicatın ondan xoşu gəldiyini, onunla evlənmək istədiyini, onun “Natibənin uşaqları var” sözünə cavab olaraq isə uşaqlarını da qəbul edəcəyini və Natibəni maşınına qoyub aparacağını bildirmişdir. Bundan sonra o, Sevdanın mobil telefonuna zəng edib danışıb onun evinə getmiş, X14 xoşu gəldiyini və Natibəni ona düzəltməyi müqabilində ona pul və hədiyyə vəd etdiyini bildirmişdir. Bu zaman o, Sevda ilə dalaşmış və Nicatın telefon nömrəsini almışdır. O, Nicatı məhz həmin gün tanımış, bundan əvvəl onu tanımamış, münasibətləri olmamışdır. Bundan sonra Nicata zəng edib kim olduğunu demiş və görüşə çağırmışdır. Nicat danışıq zamanı onu təhqir edərək işi ilə məşğul olmağını bildirmişdir. O, bundan sonra Təginlə əlaqə saxlayıb vacib işi olduğunu deyib görüşməyi təklif etmişdir. Təgin təklifini qəbul etmişdir. Bundan sonra təkrar Nicatla əlaqə saxlamış və onu Arıqıran kəndi ərazisindəki dərənin ətəyində yerləşən çayın yanına çağırmışdır. Təginlə həmin yerdə görüşmüş, Təgin atla gəlmiş, sonra Nicat da həmin yerə gəlmişdir. 01 iyun 2024-cü il tarixdə, saat 15 radələrində Nicatdan məlum məsələ barədə soruşduqda Nicat əvvəlcə etdiklərini dandığı üçün sonuncuya Sevda adlı həmin qadına zəng etməsini və səsucaldanla danışmasını bildirmişdir. Nicat bundan imtina etdikdə sonuncunu vurmuş və bundan sonra Nicat səsucaldanla Sevda adlı qadına zəng edib danışmışdır. Danışıq zamanı onun məcburiyyəti əsasında Nicat Sevdadan ona tapşırdığı işin nə yerdə olduğunu soruşmuş, Sevda isə cavabında Natibənin ərinin onlara gəldiyini və onunla dava etdiyini, xatasını ondan uzaq etməsini bildirmişdir. Bundan sonra o, Təginlə birlikdə Nicatı döymüş və bunu Təgin videoya çəkmişdir. Bu ərəfədə tanımadığı bir nəfər şəxs yanında 2- 3 nəfərlə birlikdə yanlarına gəlmiş və davanı yekunlaşdırmalarını bildirmişdir. O, etdiyi hərəkətə görə Nicatı aparıb üzr istətdikdən sonra buraxacağını demiş və adamlar oradan uzaqlaşmışdır. Daha sonra Nicat qaçmağa çalışsa da onlar Nicatı tutmuş və o, Təginlə birlikdə Nicatı qaynanasıgilin yaşadığı Əyrivəng kəndinə aparmaq üçün yola düşmüşlər. Yolda olarkən ağlına gəlmişdir ki, etdiyi hərəkətə görə Nicatın boynuna ip salmaqla onu kəndin içində gəzdirsinlər, beləcə həm Nicatı cəzalandırmış olar, həm də camaata ibrət olar ki, camaatın ailəsinə, arvadına sataşmağın axrı yaxşı deyil. Bu məqsədlə Təginə ip tapıb gətirməsini demiş və Təgin ip gətirmək üçün getmişdir. Təxminən 15-20 dəqiqə sonra Təgin əlində ip yanında isə sonradan Təginin dostu və adının Cəbrayıl olduğunu bildiyi bir nəfərlə gəlmişdir. Cəbrayıl ilkili vəziyyətdə olmuşdur. O, Təgin və Cəbrayıla ipi Nicatın boğazına salmalarını demiş, həmin ipi kimin Nicatın boynuna salmasını isə bilməmişdir. Bundan sonra boynunda iplə atın belində Nicatı kənd içində gəzdirmişdir. Onlar kəndin içərisində insan olmayan yerdə Nicatı kəndirlə gəzdirmiş, insan olan yerdə kəndiri çıxarmışlar. O, Nicatı ip ilə çəkmiş, Cəbrayıl onları telefona çəkmiş, Təgin isə yanlarına getmişdir. Onlar Nicatı qaynanasıgilin həyətinə salmışlar. Həyətə Cəbrayıl girməmişdir. Həyətdə Nicatı vurmuşdur. X18 vurmamışdır. Arvadı Natibə həyətə çıxmadığı üçün Nicatı qaynanası Nailədən və oğlundan üzr istəməyə məcbur etmişlər. Bu hərəkətləri etməkdə məqsədi Nicatın birdə belə hərəkətlərə yol verməməsi olmuşdur. Törətdiyi əməldən peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcəyinə söz verir, zərərçəkmiş şəxs olan Nicatdan üzrxahlıq etmiş, Nicat onlarla barışmışdır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əmisi qızı X5 əridir. Natibə ilə Səddam əvvəllər küsülü olsalar da məlum hadisədən bir müddət əvvəl barışmışlar. Buna baxmayaraq Natibə qaynanası ilə yola getmədiyi üçün hələ də Əyrivəng kəndində, atasının evində yaşamışdır. 2024-cü ilin may ayının sonlarında, xatırlamadığı tarixdə eşitmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs onun əmisi qızı Natibənin qarşısını kəsib tanış olmaq istəmiş, Natibə də bundan imtina edib və bu barədə əri Səddama məlumat vermişdir. Nicatın bu kimi hərəkəti ona pis təsir etdiyindən Nicata ismarıc göndərmişdir ki, əmisi qızı Natibədən uzaq dursun və bir daha bu cür hərəkətlərə yol verməsin. Bundan bir neçə gün sonra Səddam onunla görüşüb bildirmişdir ki, Nicat Sevda adlı qadına verəcəyi 20 manat pul və hədiyyə qarşılığında Sevda Natibə ilə Nicatın görüşməsinə şərait yaradacaq, habelə X14 xoşu gəldiyini və evlənməklə bağlı təklifini Natibəyə çatdıracaqdır. 01 iyun 2024-cü il tarixdə, saat 15 radələrində o, özünə məxsus atla Arıqıran kəndinin mərkəzinə gəlib orada Səddamla görüşmüşdür. Səddam orada zəng edərək söhbət etmək adıyla Nicatı yanlarına çağırmışdır. Heç 5 dəqiqə keçməmiş Nicat özü tək onların yanına gəlmiş və söhbət etməyə başlamışlar. Onlar söhbət edə-edə Arıqıran kəndi ərazisindən keçən çayın axdığı dərəyə düşmüşlər. Orada üçündən başqa heç kim olmamışdır. X11 Sevda adlı qadın vasitəsilə söz göndərib-göndərmədiyini soruşmuşlar. Nicat Natibəyə hər hansı qadınla söz göndərmədiyini dedikdə Nicata Sevdaya zəng etməsini demişlər. Belə olduqda Nicat özü mobil telefonundan Sevda adlı qadına zəng etmişdir. Telefon səsucaldana qoşulduğu üçün danışığı hamı eşitmişdir. Sevda Nicata “Sənə demədimmi, 20 manat pulu və dediyin padarkanı gətir, o qızı sənə düzəldəcəm. Onu da bil ki, o qızın əri bizim evə gəlmişdi, səni axtarırdı, mənimlə də dalaşdı ki, sən kimsən ara düzəldirsən” deyə bildirdikdə Səddam “Bəs buna nə deyəcəksən” demişdir. Nicat isə cavabında “Yaxşı eləmişəm” demişdir. Bu zaman Səddam və o, Nicatın bu kimi hərəkətinə əsəbiləşib Nicatı oradaca döyməyə başlamışlar. Hətta o, Səddamın mobil telefonu ilə Nicatı döymələrini videoya çəkmişdir. Səddam və o, Nicatın başına- bədəninə yumruq təpiklə zərbələr endirərək ünvanına nalayiq söyüşlər söymüşlər. Bunu ona görə etmişlər ki, Nicatı başa salsınlar ki, camaatın ailəsinə sataşmaq olmaz. Nicatı bərk döydükləri üçün həmkəndliləri yoldan keçən soyadını bilmədiyi atasının adı Balakişi olan Vüqar adlı şəxs yanında olan 2 və ya 3 nəfər tanımadığı şəxslə onlara yaxınlaşmış və Nicatı döyməmələrini istəmişdir. Belə olduqda onlar Nicatı döyməyi dayandırmışlar. Həmin şəxslər çıxıb getdikdən sonra o və Səddam Nicata demişlər ki, “gedək bizim yanımızda Natibədən və onun azyaşlı oğlundan üzr” istə. Belə ki, Nicat hətta bir dəfə Natibənin azyaşlı oğlunu məktəbə apararkən qarşısını kəsib zorla maşınına mindirmək istəmişdir. Buna görən Natibənin az yaşlı oğlu da qorxub ağlamışdır. Yolda o, su və siqaret almaq üçün dükana getdikdə həmkəndlisi Cəbrayılla rastlaşmış və Nicatın etdiyi hərəkətlər barədə danışıb Səddamla birlikdə onu döydüklərini demişdir. Bu vaxt Cəbrayıl ona onlarla birlikdə getmək istədiyini demişdir. Beləliklə o və X1 yerə gəlib çatmışlar. Orada Səddam bildirmişdir ki, Nicatın boynuna ip salıb gəzdirsinlər ki, hamı bunu görsün və hamıya ibrət olsun ki heç kimin ailəsinə arvadına sataşmaq olmaz. Belə olduqda o və Cəbrayıl həmin vaxt öz məhləsində kartof alaq edən Validə adlı qadını səsləyib ondan ip istəmişlər. Validə də onlara həyətdə ip olduğunu və götürə biləcəklərini demişdir. Belə olduqda o və Cəbrayıl həyətdən təxminən 2-3 metr uzunluğunda kəndiri götürüb Nicatla Səddamın olduğu yerə gəlmişlər. X16 əllərindən tutmuş, o, isə Səddamla birlikdə ipi Nicatın boğazına keçirmişlər. Nicatın boynuna kəndir salmaq Səddamla onun fikri olmuşdur. Cəbrayıl Nicata cəmi bir-iki sillə vurmuşdur. Bundan sonra Səddam at belində, o və Cəbrayıl isə piyada Nicatı boynuna bağladıqları kəndirlə Arıqıran və Əyrivəng kəndləri ərazisində dartıb gəzdirmişlər. Hətta o və Cəbrayıl özlərində ola mobil telefonla etdikləri hərəkətlərin videosunu çəkmişlər. Sonra belə qərara gəlmişlər ki, Nicatı aparsınlar Natibədən və oğlundan üzr istəsin. Nicatın boynundakı ipi qapıda o, çəkmişdir. Onlar evə çatanda Natibə evdə olmamış, evdə Natibənin anası Nailə və Natibənin oğlu olmuşdur. Həyətə Cəbrayıl girməmişdir. Onlar həyətdə də Nicatı döymüşlər. Onlar orada Nicatı məcbur etmişlər ki, etdiyi hərəkətlərə görə Natibənin oğlundan üzr istəsin. Nicat bundan imtina etdikdə onlar həyətdə də Nicatı döymüşlər. Bundan sonra onlar Nicata uşaqdan üzr istətmişdir. Törətdiyi əməldən peşmandır. Nicatdan üzrxahlıq etmiş, sonuncu onunla barışmışdır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və sonradan onun keçmiş arvadı oluğunu bildiyi X7 əvvəllər tanımamış, onlarla heç bir əlaqəsi, münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 uşaq yaşlarından həmkəndlisi kimi tanıyır, dost münasibətləri olmuş, aralarında ədavət düüşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. 01 iyun 2024-cü il tarixdə, saat 12 radələrində evlərində olaraq yemək yeyib tək araq içmişdir. Bundan sonra qərara gəlmişdir ki, kənd ərazisinə çıxıb bir az gəzsin. Təxminən 2 saat kənd ərazisində gəzib kəndin mərkəzinə gəlib çıxmışdır. Orada olarkən Təqsirləndirilən şəxs2 marketə girdiyini görmüşdür. Marketdən çıxdıqdan sonra Təgindən tələsik və əsəbi şəkildə hara getdiyini soruşduqda sonuncu, Zərərçəkmiş şəxs onun əmisi qızına sataşdığını, buna görə də Təqsirləndirilən şəxs1lə birlikdə cəza olaraq Nicatı döydüklərini və Nicatı aparıb əmisi qızından üzr istədəcəklərini demişdir. Belə olduqda o, Təginə onlarla birlikdə getmək istədiyini demiş və onlara qoşulmuşdur. Yolda olarkən Təgin Nicatın əmisi qızına sataşdığını, hətta bir dəfə əmisi qızının uşağını məktəbə apararkən yolda qabağını kəsdiyini bildirmiş və buna görə Nicatı cəzalandırcaqlarını, Nicatı aparıb əmisi qızı və uşağından üzr istədəcəklərini demişdir. Yolda olarkən Təgin cibindən ip çıxardaraq həmin ipi Nicatın boğazına keçirib kənd ərazisində onu gəzdirəcəklərini bildirmişdir. Bunun səbəbi o, olmuşdur ki, camaata örk olsun ki, camaatın ailəsinə, arvadına sataşmaq olmaz. X8 yerə çatmış və Nicatın boğazına ipi salmışlar. Bu zaman o və Təgin mobil telefonları ilə bunu videoya çəkmişlər. Daha sonra Nicatın boğazında iplə Səddamın qaynanasıgilə gətirmişlər. Nicatı həmin yerə gətirtməkdə məqsədləri onu Səddamın arvadı və uşağından üzr istətmək olmuşdur. Lakin Səddamın arvadı evdə olmamışdır. Buna görə də Nicata Səddamın qaynanasından üzr istətmişlər. O, həyətdə olarkən Nicatı vurmuş, bundan əvvəl vurmamışdır. O, həmin zaman içkili vəziyyətdə olmuşdur. Ona görə də, hadisələr tam yadından qalmamışdır. Həmçinin içkili vəziyyətdə olduğuna görə Təginlə birlikdə gedib bu əməli törtəmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş, onunla barışıq əldə olunmuşdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təgin və Cəbrayılı uzun müddətdir ki tanıyır, həmin şəxslərlə bir kənddə yaşayır. Həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 01 iyun 2024-cü il tarixdə, saat 15 radələrində tanımadığı Səddam adlı şəxs zəng edərək onunla işinin olduğunu deyib onu Arıqıran kəndinin girəcəyinə çağırmışdır. O, Səddama sözünü telefonda deməsini bildirsə də, sonuncu sözünü üzbəüz deyəcəyini bildirmişdir. Bundan sonra o, qonşuluqda olan toydan çıxıb evə gedən zaman Səddam və kəndlisi Təgin onun qabağını kəsmişlər. O, həmin şəxslərlə söhbət edə-edə kəndin aşağı tərəfinə, yəni çayın qırağına gəlib çıxmışdır. Həmin şəxslər yolda olan zaman ona heç nə deməmiş, onlar çayın kənarına çatan zaman Səddam guya ki, onun həyat yoldaşına zəng etdiyini, həyat yoldaşının qabağını kəsdiyini demişdir. O, isə həmin şəxslərə elə bir şey etmədiyini, ümumiyyətlə həyat yoldaşının kim olması barədə məlumatlı olmadığını demişdir. Səddam ondan Sevdaya zəng vurmasını tələb etmiş və onlar çayın yanında olan zaman Təgin onun əl-qolunu tutmuş, Səddam isə onun sinə və baş nahiyəsindən yumruqla vurmağa başlamışdır. Bu zaman 5 nəfər həmkəndlisi gələrək onları ayırmış, Səddamgil onlara söz vermişdir ki, onu aparıb qayınanasıgildən üzr istədirəcək və başqa heçnə baş verməyəcəkdir. Bundan sonra həmin şəxslər oradan uzaqlaşmışdır. Bundan sonra onlar Əyrivəng kəndi istiqamətinə getmişlər. Yolda Təgin onlardan uzaqlaşaraq bir qadından ip alıb gətirmiş və bundan sonra Cəbrayılda onlara qoşulmuşdur. Bundan sorna həmin şəxslər onu döyə-döyə ipi boğazına salmışdır. İpi almağa Təgin getmiş, lakin ip Cəbrayılın cibindən çıxmışdır. Cəbrayıl onun qolundan tutmuş, Təgin ipi onun boğazına salmış, Səddam isə atın belində olmuşdur. Həmçinin Cəbrayıl onu belindən vurmuşdur. Bu zaman Vüqar adlı şəxs onlara yaxınlaşmış və həmin şəxslər yenə heçnə etməyəcəklərinə söz vermişlər və yollarına davam etmişlər. Lakin həmin şəxslər yenə öz hərəkətlərini davam etdirmişdir. Bir müddət onlar yolla getdikdən sonra Səddamın göstərişi ilə Təgin kəndiri onun boğazından çıxarmış, Səddamın qayınanasıgilin evinə 50-60 mert qalmış Təgin ipi onun boğazına keçirmişdir. Bu hərəkətləri edərkən Cəbrayıl və Təgin onu telefona çəkmişdir. Onlar Səddamın qayınanasıgilin evinə çatdıqda o, Səddamın qayınanasından və oğlundan üzr istəmişdir. Həmin zaman da Səddma və Təgin onu vurmuşdur. Bu zaman Rizvan adlı şəxs onları görmüş, onların üstünə qışqıraraq onu həmin şəxslərin əlindən almişdır. Sonradan təqsirləndirilən şəxslər ondan üzrxahlıq etmiş, o da hər üç təqsirləndirilən şəxslə barışmışdır, onlardan şikayət və tələbi yoxdur, hər üçünə yüngül cəza təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək ona dəymiş zərərin ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə Gədəbəy rayonu Çobankənd kənd sakini Təqsirləndirilən şəxs1 ilə ailə qurmuş. Onların birgə nikahlarından 2017-ci il təvəllüdlü Nigar Əliyeva, 2018-ci il təvəllüdlü Tunar Əliyev adında övladları dünyaya gəlmişdir. Buna baxmayaraq Səddamın anası ilə onun münasibətləri yaxşı olmadığına görə 2 il Gəncə şəhərində Sevinc qəsəbəsində Səddam ilə birlikdə yaşamışlar. 2024-cü ilin yanvar ayının əvvəllərindən azyaşlı övladları və əri Səddamla birlikdə Gədəbəy rayonu Əyrivəng kəndində valideyinlərinin evinə qayıtmış və orada yaşamışlar. Səddam mütəmadi evə gəlib-getsə də bəzi vaxtlar Çobankənd kəndində yerləşən valideyinlərinə məxsus olan evdə qalmışdır. Gədəbəy rayonu Arıqıran kəndində yaşayan Zərərçəkmiş şəxs uzun illərdir tanıyır və Nicat ilə uzaq qohumluq əlaqələri vardır. Nicat mütəmadi onu kənd ərzisində görərkən yaxınlaşmış və onunla qeyri-rəsmi münasibət qurmaq istəmiş, dəfələrlə avtomobili ilə yüksək səsdə mahnıya qulaq asmaqla onların evinin qarşısından kemişdir. Lakin, Nicata iki azyaşlı övladlarının olduğunu, həyat yoldaşı ilə ayrılmadığını desə də Nicat onunla münasibət qurmaqda israr etmişdir. 01 iyun 2024-cü il tarixdə təxminən saat 13 radələrində evin həyətində olarkə n həyat yoldaşı Səddam onun mobil telefonunda “WhatsApp” proqramına baxarkən orada Sevda adlı yaxın qonşusu ilə olan yazışmanı oxumuşdur. Belə ki, Sevda həmin yazışmada ona Nicatın onu sevdiyini, onunla münasibət qurmaq istədiyini yazmış, o isə ona cavabında ailəli olduğunu bu söz söhbətin mümkünsüz olduğunu yazmışdır. Səddam mesajları oxuduqdan sonra, ondan bu barədə soruşduqda o, Səddama mütəmadi olaraq Nicat tərəfindən narahat edildiyini bildirmişdir. Səddam isə ona Nicatla görüşüb, söhbət edəcəyini demiş və getmişdir. Həmin gün axşam saatlarında evə gələrkən ona məlum olmuş ki, Səddam və əmisi oğlu Təqsirləndirilən şəxs2 və sonradan tanıdığı Təqsirləndirilən şəxs3 Nicatla görüşüb, söhbət etmişlər və Nicat onu narahat etdiyinə görə cəzalandırmaq məqsədilə Nicatı döymüşlər, onun boğazına ip salaraq kəndi gəzdirmişlər. Həmçinin onların yaşadıqları evin həyətinə gətirmişlər ki, onun anası Nailədən üzür istəsin. Lakin, o, həmin prosesləri görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Əyrivəng kəndində yaşayır. Gədəbəy rayonu Arıqıran kəndində yaşayan Zərərçəkmiş şəxs uzun illərdir tanıyır, sonuncu ilə uzaq qohumluq əlaqələri vardır. Qızı Şahid1 2015-ci ildə Gədəbəy rayonunun Çobankənd kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə ailə qurmuş və onların iki övladları olmuşdur. Lakin, qızı Natibə ilə qayınanası yola getmədiklərinə görə Səddam Natibə və azyaşlı uşaqlarını özü ilə götürmüş, Gəncə şəhərinə aparmış, orada kirayədə qalmışdır. Buna baxmayaraq Natibə ilə Səddamın aralarında narazılıqlar olduğu üçün Natibə məhkəmə yolu ilə Səddamdan boşanmış, iki uşaq üçün Səddama aliment kəsdirmişdir. 2024-cü ilin yanvar ayında Natibə ilə Səddam barışmışlar və onun evinə köçərək orada yaşamağa başlamışlar. Səddam bəzi vaxtlar Çobankənd kəndində valideyinləri ilə yaşamış, bəzi vaxtlarda isə onun evində qalmışdır. Zərərçəkmiş şəxs kənddə qızının qarşısını kəsərək münasibət qurmaq istədiyini deyərək onu narahat etmişdir. 01 iyun 2024-cü il tarixdə təxminən saat 15 radələrində həyətdə olarkən Səddam at belində, Zərərçəkmiş şəxs isə boynunda ip olmaqla həmin ipin ucu qaynı oğlu Təqsirləndirilən şəxs2 əlində yanlarında isə Arıqıran kənd sakini Təqsirləndirilən şəxs3 olmaqla Nicatı onun həyətinə gətirmişlər. Səddam, Təgin və Cəbrayıl Nicatdan ondan üzr istəməsini tələb etmişlər, Səddam, Təgin və Cəbrayılı danlayaraq, etdikləri hərəkətin düz olmadığını demişdir. Bu zaman onun qonşusu Rizvan yanına gələrək Nicatın boğazındakı kəndiri çıxarıb, sonuncunu kənara aparmışlar. Səddam, Təgin və Cəbrayılı Nicatı onun yanında döyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Eldar qızı ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Əyrivəng kəndində yaşayır. Gədəbəy rayonu Arıqıran kəndində yaşayan Zərərçəkmiş şəxs və onun ailə üzvlərini uzun illərdir tanıyır. Onlar onunla qonşu kənddə yaşayır. Şahid1 onunla həmkəndlidir və onun özünü və ailə üzvlərini yaxından tanıyır. Onun Natibə və Nicat ilə heç bir qohumluğu olmamışdır. Həmçinin onlarla arasında heç bir ədavət, düşmənçilik olmamışdır. Natibə bir müddətdir ki, həyat yoldaşı Səddamdan boşanaraq Əyrivəng kəndinə atası evinə qayıtmış və iki azyaşlı övladları ilə birlikdə atası evində qalmışdır. Həmçinin eşidib-bildiyinə görə Natibə iki azyaşlı övladlarına görə əri Səddama aliment də kəsdirmişdir. 2024-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs ona zəng edərək bildirmişdir ki, həmkəndlisi Şahid1 xoşu gəlir və onunla evlənmək istəyir. Buna görə də Nicat ondan xahiş etmişdir ki, Natibəyə bu barədə deyib, onun fikrini öyrənsin. O, Nicatın xahişi ilə Natibənin “WhatsApp” nömrəsinə Nicatın onu sevdiyini, onunla ailə qurmaq istədiyini yazmışdır. Natibə isə ona cavabında iki azyaşlı övladı olduğunu və buna görə də heç kimlə ailə qurmaq fikri olmadığını yazmışdır. O, bu barədə Nicata demiş və bundan sonra Natibə ilə onun heç bir yazışması və telefon danışığı olmamışdır. 01 iyun 2024-cü il tarixdə eşidib-bilmişdir ki, onun Natibəyə Nicatın onu sevməsi və onunla evlənmək istəməsi barədə yazdığı mesajları Natibənin əri Səddam oxumuş, buna görə də Səddam əsəbləşərək Nicatı dalaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Arıqıran kəndində yaşayır. 01 iyun 2024-cü il tarixdə Gədəbəy rayonu Arıqıran kəndinin Əlismayıl kəndi tərəfində yaşayan İmanın oğlunun böyük toy məclisindən çıxıb Kamilin avtomobili ilə Farizlə yaşadığı evə getmişlər. Onlar Gədəbəy rayonunun, Arıqıran kənd məktəbinin alt tərəfindən axan kiçik çayın kənarına çatdıqda orada tanıdığı Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mübahisə etdiklərini görmüşlər. Belə olduqda avtomobildən düşüb onlardan nə baş verdiyi soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs1 onlara Zərərçəkmiş şəxs onun arvadı Natibəyə mesajlar yazıdğını və ona sataşdığını bu səbəbdən onu cəzalandırmaq istədiyini, həmçinin arvadı Natibədən üzr istəməli olduğunu demişdir. Belə olduqda onları sakitləşdirib Nicata da əgər elə bir səhf edibsə üzr istəməyinin məsləhət olmasını demişdir. Nicat da bununla razılaşmış və üzr istəyəvəyini bildirmişdir. Bundan sonra avomobilə əyləşmişlər və oradan uzaqlaşmışlar. Səddam, Təgin və Nicat isə orada qalmışlar. Sonradan eşitmiş ki, Səddam tanışları Təgin və Cəbrayılla Zərərçəkmiş şəxs boğazına ip keçirib və ona xoşagəlməz hərəkətlər etmişdir. İş üzrə şahidlər Şahid7 və Şahid8 Şahid6 ilə eyni məzmunlu iafdələr verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01 iyun 2024-cü il tarixdə təxminən saat 16 radələrində yaşadığı evin həyətində olarkən görmüşdür ki, onun yaxın qonşusu Nailənin evinin həyətində bir neçə nəfər yığışmışdır. Buna görə də o, oraya yaxınlaşmış, nə baş verməsi ilə maraqlanmaq istəmişdir. Nailənin evinin həyətinə yaxınlaşarkən Səddam, Təgin və Cəbrayılın əllərində olan ipi Nicatın başına keçirmələrini, Nicatın ünvanına nalayiq ifadələr işlədərək onun Nailədən üzr istəməsini tələb etdiklərini görmüşdür. Buna görə də o, onlara yaxınlaşmış və Nicatın boynundakı ipi açmaqlarını və onu buraxmaqlarını tələb etmişdir. Həmin vaxt Nailə də onunla ilə birlikə onlardan ipi Nicatın boynundan çıxarmaqlarını tələb etmişdir. Səddam onunla Nailənin tələblərindən sonra ipi Nicatın boynundan çıxarmışdır. Bundan sonra o, Nicatın qolundan tutaraq, evlərinə getməsini istəmişdir. Buna görə də Nicat oradan piyada uzaqlaşmış və evlərinə getmişdir. O, nə baş verdiyini soruşduqda Səddam ona Nicatın onlara qarşı səhv etdiyini bildirmişdir. Onların Nicatı döyməklərini görməmişdir. İş üzrə şahid olan Şahid4 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Arıqıran kəndində yaşayır. Zərərçəkmiş şəxs və ailə üzvlərini uzun illərdir tanıyır. Onlarla arasında heç bir ədavət, düşmənçilik olmamış, həmkəndli kimi münasibətləri yaxşı olmuşdur. Gədəbəy rayonu Əyrivəng kəndində yaşayan Şahid1 və onun ailə üzvlərini yaxından tanıyır. Natibəgilin yaşadığı kəndə qonşu kənddə yaşadıqlarına görə onlar ilə münasibətləri həmkəndli kimi olmuş, aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. 01 iyun 2024-cü il tarixdə təxminən saat 15 radələrində yaşadığı evdə olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs2 onun yaşadığı evin həyətinə gəlmiş və ona ip lazım olduğunu demişdir. O Təqsirləndirilən şəxs2 ipi hansı səbəblə istədiyini soruşmamışdır. Belə ki, Təginin heyvan bağlamaq istədiyini düşünmüş və həyətdən Təginə təxminən 3 metr uzunluğunda olan ipi vermişdir. 02 iyun 2024-cü il tarixdə həmkəndlilərindən eşidibbilmişdir ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı Şahid1 həmkəndlisi Zərərçəkmiş şəxs sevgi sözləri göndərməsinə əsəbləşmiş, Nicatı cəzalandırmaq məqsədilə 01 iyun 2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs boynuna Təqsirləndirilən şəxs2 ondan aldığı 3 metr uzunluğunda olan ipi bağlamışlar və onu Arıqıran, Əyrivəng kəndlərində gəzdirmişlər. Daha sonra Səddam, Cəbrayıl və Təgin onun həmkəndlisi Nicatı təpik, yumruqla döymüş, sonuncunu döymələrini və boğazına ip bağlayaraq kənd arasında gəzdirib, cəzalandırmaqlarını video görüntüyə qeyd etmişlər. Təqsirləndirilən şəxs2 onun yaşadığı evin həyətinə təkcə gəlmiş, ipi ondan istəyərkən hansı məqsədlə lazım olması barədə ona məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Videogörüntülərə baxış keçirilməsi haqqında 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxasında tutaraq onu döyməklə yanaşı ünvanına nalayiq söyüşlər söymüş, bir dəqiqə ərzində onu yumruq, təpiklə döymüşdür. Növbəti videoda Zərərçəkmiş şəxs boğazında olan ipi Təqsirləndirilən şəxs2 çəkir, Təqsirləndirilən şəxs3 isə qeyd edilənləri vidio görütüyə alaraq “buna bax ay qaaa itdi eyy itt” deyir. Təgin Əhmədov isə “belə peysərlərin, sonu budu belə olmalıdı brat” deyərək Nicatın boynuna bağlanmış ipi əlində tutub, dartışdıraraq aparmağa davam edir. Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs2 “bunu hara aparırsan, bunu hansı itlə boğuşdurasısan, qaqa alaşla boğuşduracaqsan, yoxsa qaraşla” demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 qayınanası X9 yaşadığı evin həyətinə gedir. Onun arxasınca isə Təqsirləndirilən şəxs2 əlində Zərərçəkmiş şəxs boynunda olan iplə birlikdə daxil olaraq Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs dizini yerə qoymasını, yerdə sürünəsürünə gəlməsini tələb edərək ona “iməkləyə-iməkləyə gəl üzr istə” demişdir. At belində görüntüləri qeydə alan Təqsirləndirilən şəxs3 isə Nicata Kazımova “ay it tez ol, tez tez get” demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs “anamdan üzr istəyəcəksən, deyəcəksənki qələt etmişəm” deyərək Təqsirləndirilən şəxs3 “ailə çəkmə qaqam” demişdir. Təqsirləndirilən şəxs3 isə “ailə çəkmirəm qaqa” demişdir. Növbəti videoda at belində olan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs boynuna keçirilmiş ipi əlində tutaraq Nicatı dartışdırıb, vidiogörüntüləri qeydə alan Təqsirləndirilən şəxs3 “o, bizonu aç yarı-yarıya içək qaqam” demişdir. Təqsirləndirilən şəxs3 isə “məndə var brat” demişdir. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs3 “onun bizonunu aç mənə ver qaqa” demişdir. Daha sonra Səddam atı çaparaq oradan uzaqlaşır və əlində Zərərçəkmiş şəxs boynunda olan ipi tutması səbəbindən sonuncu da Təqsirləndirilən şəxs1 çapdığı atın arxasınca qaçır. Təqsirləndirilən şəxs3 isə “ay qaqa saxla ay qaqa saxla” deyir. Növbəti videoda Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs boynuna keçirilmiş ipi əlində fırlayaraq “buna bax bu itdi it bunun var yoxunu ... (nalayiq ifadə)” demişdir. Təgin Əhmədov isə “görürsən əəə görürsən adamı nətər aparırlar sənin var yoxunu ... (nalayiq ifadə) fırla əəəə qaqa fırla bunun var yoxunu ... (nalayiq ifadə) fırla bu iti, fırla bunu məktəbin yanına apar qaytar” demişdir. Cəbrayıl isə “peysər gəl peysər” demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Nicata yaxınlaşaraq boynunda olan ipi bir daha bağlamışdır. Məhkəmə tibbi ekspertizasının 03 iyun 2024-cü il tarixli 203 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər başın şişkinliyi, sıyrığı, boyunun qançırı, döş qəfəsinin və sağcböyrək nahiyyəsinin geniş ölçülü qanşırları küt əşyaların tısirindın törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 01 iyun 2024-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin və sağ böyrək nahiyyəsinin geniş ölçülü qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qurupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlətin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16 avqust 2024-cü il tarixli 2387 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməllər dövründə baş verənləri düzgün qavramaq və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs hal-hazırda iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərində iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafı, intellektual imkanları normaya uyğundur. Zərərçəkmiş şəxs onunla edilən hərəkətləri adekvat olaraq qavramaq, xarakter və mənasını anlamaq və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ünsiyyətcillik, konfliktə və münaqişəyə meyilli olmamaq, adaptivlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurub danışmağa meyllilik aşkar olunmamışdır. Zərərçəkmiş şəxs hadisə zamanı, ona qarşı edilən hüquqazidd hərəkətlər edilərkən psixiemosional vəziyyətində qorxu, həyəcan, psixi-emosional gərginlik, stress yaranmış, həmin halın yaranması ona qarşı edilmiş fiziki və psixoloji təzyiqlə şərtləşmişdir. Zərərçəkmiş şəxs qarşı hadisə zamanı edilən hərəkətlər sonuncunun psixi-emosional vəziyyətində qorxu, həyəcan, stress, psixi-emosional gərginlik yaratmışdır. Həmin hərəkətlər (Zərərçəkmiş şəxs boğazına ip keçirilərək kəndin arasında gəzdirmələri, yumruq və təpik zərbələri ilə döymələri, nalayiq ifadələrlə təhqir etmələri, Nailə adlı qadının ayağından öpməzsə onu mundarlayacaqlarını söyləmələri, onu qadının ayaqlarından öpməyə məcbur etmələri, Səddamın ona onunla cinsi əlaqədə olduğu halda onu bağışlayacağını bildirməsi, meşəyə aparmaq istəmələri və s.) psixoloji təzyiq kimi qiymətləndirilir. Hadisə zamanı Zərərçəkmiş şəxs qarşı edilmiş hərəkətlər (boğazına ip keçirilərək kəndin arasında gəzdirmələri, yumruq və təpik zərbələri ilə döymələri, nalayiq ifadələrlə təhqir etmələri, Nailə adlı qadının ayağından öpməzsə onu mundarlayacaqlarını söyləmələri, onu qadının ayaqlarından öpməyə məcbur etmələri, Səddamın ona onunla cinsi əlaqədə olduğu halda onu bağışlayacağını bildirməsi, meşəyə aparmaq istəmələri və s.), yəni fiziki və psixoloji təzyiqə məruz qalması şəxsin psixi iztirab keçirməsi ilə nəticələnmişdir. Gədəbəy Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmışdır. Gədəbəy Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmışdır. Gədəbəy Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmışdır. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum ounlmamışdır. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2n əvvəllər məhkum olunmamışdır. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 2015-ci il təvəllüdlü Nigar və 2017-ci il təvəllüdlü Tunar adlı uşaqları var. Gədəbəy RİHB-nın Arıqıran və Çobankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 133.2.3, 145.2.4 və 145.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 133.2.3, 145.2.4 və 145.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilmələrinə əsas yoxdur, onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, hiamyəsində iki azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini, həmçinin, təqsirləndirilən şəxslərin əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, ilk dəfə olaraq az ağır cinayət əməli törətmələrini, cinayətləri səmimi etiraf edib əməllərindən peşman olmalarını, zərərçəkmişlə barışıq əldə etmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, bundan başqa, gənc olmalarını, göstərilən halların məcmusunu müstəsna hal hesab edib barələrində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilərək onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqin Əliyev və Təqsirləndirilən şəxs3 CM-nin 133.2.3-ci, 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirli bilinərək, barələrində CM-nin 62-ci maddəsi tətbiq edilməklə onlara qeyd olunan maddələrin sanksiyada nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az cəza təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməli, onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilən, içərisində baş vermiş cinayət hadisəsini əks etdirən videogörüntülərin olduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə, Azərbaycan Respublikası CM-nin 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 133.2.3-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə, Azərbaycan Respublikası CM-nin 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 133.2.3-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə, Azərbaycan Respublikası CM-nin 145.2.4 və 145.2.5-ci maddələri ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilən, içərisində baş vermiş cinayət hadisəsini əks etdirən videogörüntülərin olduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan (həbsdə olan şəxslərə təqdim edildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar