Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-14/2022 10.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, fərdi qaydada işləyən, Gədəbəy rayonu, Köhnəqışlaq kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 mart 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Gədəbəy rayonu Köhnəqışlaq kəndində yerləşən yaşadığı evin həyətində aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş narazılıqlara görə yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpiklə baş və qarın nahiyyələrindən qəsdən vuraraq, ona sifətin sol və sağ yarsının dəri altı hematoması, geniş ölçülü qançırları, qarının sol aşağı nahiyyəsinin geniş ölçülü qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Köhnəqışlaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olur. Zərərçəkmiş şəxs onun baldızıdır. Rahilə ilə heç bir düşmənçiliyi olmamışdır. Lakin Zərərçəkmiş şəxs və ailə üzvləri ilə aralarında ədavət yaranmışdır. Belə ki, Rahilənin oğlu Dağıstan İsmayılov onun qızı Təranə Hüseynova ilə ailə qurmuşdur. Lakin aralarında şəxsi münasibətlər zəminində narazılıq olduğu üçün 02 fevral 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin qərarına əsasən boşanmışlar. Təranə Hüseynova ilə Dağıstan İsmayılovun birgə nikahından doğulan azyaşlı uşaqları Ayan İsmayılova və Zəhra İsmayılova qızının himayəsində yaşayırlar. Hazırda qızı Təranə azyaşlı uşaqları ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri ərazisində yerləşən evdə yaşayır. Dağıstan da həmin evdə yaşayır. X3 verməli olduğu 2000 manatdan artıq aliment borcunu ödəmir. Bu səbəbdən aralarında narazılıqlar var. Dağıstanın anası Rahilə isə Təranənin ya evdən çıxmasını, ya da alimentdən imtina etməsini tələb edir. 25 oktyabr 2021-ci il tarixdə təxminən 11 radələrindən Zərərçəkmiş şəxs bu məslə ilə əlaqədar razılıq əldə edilməsi üçün onların həyərinə gəlmişdir. Onunla söhbət zamanı mübahisələri yaranmış və o, əsəbləşərək, Zərərçəkmiş şəxs vurmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmişdir. Amnistiya qərarına əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Novo Saratovka kəndində əri X4 və qızı Şahid1 ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Təqsirləndirilən şəxs dayısı oğlu, bacısı Şahila Hüseynovanın əri, həm də oğlunun qayınatasıdır. Afiqin qızı Təranə Hüseynova ilə oğlu Dağıstan İsmayılov təxminən 10 il əvvəl ailə qurmuş, lakin aralarında narazılıqlar olduğu üçün iki il əvvəl boşanmışlar. Dağıstan və ailə üzvləri Bakı şəhərində ona məxsus evdə yaşayırlar. Boşandıqdan sonra isə Təranə bir müddət ayrı yaşamışdır. Lakin daha sonra Təranə barışmaq üçün yenidən evə gəlmiş, ancaq oğlu ilə barışmamışdır. Təranənin evə yerləşmək məqsədilə gəldiyi ona sonradan məlum olmuşdur. Təranə alimentdən nə imtina etmiş, nə də evdən çıxmamışdır. Bu səbəbdən aralarında narazılıqlar yaranmışdır. 25 oktyabr 2021-ci ii tarixdə saat 11 radələrində aralarında olan narazılıqlarla bağlı Afiq və bacısı Şəhila ilə söhbət etmək üçün sonuncuların yaşadığı Gədəbəy rayonu, Köhnə Qışlaq kəndində yerləşən eviə getmiş, evin həyətində Afiqlə rastlaşmış, Afiqin həyətdə hasarın üzərində işlə məşğul olduğunu görmüşdür. O, Afiqə dalaşmaq məqsədilə gəlmədiyini bildirmişdir. Lakin Afiq onu nalayiq söyüşlər söymüş, onu təhqir etmişdir. Afiq hasardan yerə düşüb, yumruqla sifətinə və başına vurmuş, sonra isə təpiklə qarın nahiyyəsinə vurub xəsarət yetirmişdir. O, zərbənin təsirindən yıxılmış, həm də huşunu itirmiş, bir qədər sonra ayılmış, ayılanda Afiq yenə də qolundan tutub onu evinin zirzəmisinə tərəf aparmaq istəmiş, ona zorluyacağını demişdir. O, Afiqdən mərhəmət edib onu buraxmasını xahiş etmiş, ancaq Afiq yenə də qollarını tutub üzünə tüpürmüş, sonra isə əynindəki jiletini başına çəkərək onu iki dəfə boğmuşdur. Afiq daha sonra onu qollarından tutub çəkərək həyətdən küçəyə çıxartmışdır. Hadisə vaxtı bacısı Şəhila da evdə olmamış, küçəyə çıxanda bir qədər özünə gəlmək üçün əyləşmiş, elə orada qulağındakı qızıl sırqanın bir tayının Afiqin onu döydüyü vaxt düşüb itdiyini müəyyən etmişdir. Həmin vaxt bacısı Bəsti təsadüfən onun yanına gəlmiş, Bəstidən gedib sırqasını tapıb gətirməsini xahiş etmişdir. Ancaq bir qədər sonra Bəsti geri qayıdıb, Afiqin sırqanı axtarmasına imkan vermədiyini ona söyləmişdir. O, piyada evinə gedərkən yolda huşunu itirmiş və yıxılmış, kənd sakinləri ailə üzvlərinə məlumat vermiş və qızı Rəsmiyyə gəlib onu təcili yardım avtomobili ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin gün Afiqin onu döyüb xəsarət yetirməsi barədə polisə ərizə vermişdir. Hadisə 25 oktyabr 2021ci il tarixdə Afiqin yaşadığı evin həyətində əxminən 15-20 dəqiqə ərzində baş vermiş, Afiqin onu döyməsini heç kim görməmişdir. Təqsirləndirilən şəxsə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Çobankənd kəndində ailə üzvləri ilə birgə yaşayır. X5 bacısıdır. Təqsirləndirlən şəxs X9 da bacısı Şəhila Hüseynovanın əridir. Afiqlə heç bir düşmənçiliyi yoxdur. Lakin Zərərçəkmiş şəxs və ailə üzvləri ilə Təqsirləndirilən şəxs və ailə üzvləri arasında ədavət yaranmışdır. Belə ki, Rahilənin oğlu X1 Hüseynova ilə evlənmişdir. Lakin aralarında şəxsi münasibətlər zəminində narazılıq olduğu üçün rəsmi qaydada boşanmış, aralarında aliment və ev üstündə narazılıqlar yaranmışdır. 25 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Gədəbəy rayonu, Çobankənd kəndindən Rahilənin yaşadığı Novo Saratovka kəndinə gəlmiş, Rahilə ilə görüşmüş, Rahilə ona Afiq və Şəhila ilə söhbət edib, Təranə və Dağıstanın məsələsini həll etmək üçün Köhnəqışlaq kəndinə getmək istədiyini bildirmişdir. O, Rahiləyə birgə getməyi təklif etmiş, ancaq Rahilə ehtiyac olmadığını söyləmişdir. O, Rahilə ilə birlikdə Köhnəqışlaq kəndinə gedib çatmışdır. O, Köhnəqışlaq kəndində bir neçə nəfərdən satdığı məişət əşyalarının pulunu almaq üçün getmişdir. O, işini bitirdikdən sonra Rahilə ilə görüşüb yenidən kəndə qayıtmalı olduğu halda, təxminən, yarım saat Rahilənin gəlməsini gözləmiş, ancaq Rahilənin gəlmədiyini görüb, Afiqin evinə tərəf getmişdir. O, Afiqin evinə çatanda Rahiləni boynunun arxasından tutub, sürüyərək evindən çıxarıb küçəyə tulladığını görmüşdür. Rahilə xəsarət almış, Rahilənin döyüldüyünü başa düşmüşdür. Rahiləni ayağa qaldırmış, hətta Rahiləyə Afiqin evinə getməsinə görə irad bildirmişdir. Rahilə isə sırqasının düşüb itdiyini söyləmiş, o, Afiqdən sırqanı almaq üçün getmişdir. Ancaq Afiq sırqanın onda olmadığını bildirmişdir. Afiq Rahilənin və onun ünvanına nalayiq söyüşlər söymüş, onu polis çağırmaqla hədələmişdir. Bundan sonra Rahiləyə kömək edib evinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, zərərçəkmiş anası, təqsirləndirlən şəxs isə xalası Şəhila Hüseynovanın əridir. X8 və xalası qızı Təranə Hüseynova ailə qurmuş, lakin münasibətləri pozulmuş və ayrılmışlar. 25 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində anası Zərərçəkmiş şəxs onları barışdırmaq üçün söhbət eləmək məqsədilə Şahila Hüseynova və Təqsirləndirilən şəxs yaşadıqları Gədəbəy rayonu, Köhnəqışlaq kəndinə getmişdir. Təxminən saat 12-30 radələrində anası Rahilə ona zəng etmiş və Şəhilanın əri Afiqin onu döyüb, xəsarət yetirdiyini bildirmişdir. Anasının dediyinə dörə, Afiq əvvəlcə onu döymüş, bu zaman anasının qulağında olan sırğanın bir tayı həyətdə qulağından qopub düşmüş, sonra da anasını həyətdən çıxarmışdır. Onun digər xalası Bəsdi də bu zaman Köhnəqışlaq kəndində olmuş, hadisəni eşidib Afiqgilin həyətinə gəlmiş və sırğanın tayını taparaq, gətirib anasına vermişdir. O, Təqsirləndirilən şəxs anasını döyməsi barədə dərhal polisə məlumat vermiş, kəndə gəlib anasını xəstəxanaya aparmışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X14 Şəxsinin Gədəbəy Rayon Şöbəsinin 26 oktyabr 2021-ci il tarixli, 703 saylı ekspert Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: -sifətin sol və sağ yarsının dəri altı hematoması, geniş ölçülü qançırları, qarının sol aşağı nahiyyəsinin geniş ölçülü qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 25.10.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. -Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, onun həmin xəsarətləri özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat aşkar edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın İnəkboğan Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Mclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən barəsində olan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlızın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sazlamlıza yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Mclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtmiş və “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməsini xahiş etmişdir. Ona görə də onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməldir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-14/2022
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-14/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver