Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-14/2023 14.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X38 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs5, onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs4, onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, xx.xx.1974-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 nəfər azyaşlı uşaq olan, orta təhsilli, 2-ci qrup əlil, Tovuz rayonu Öskən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1974-cü ildə Beyləqan rayonu, Əlinəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, sürücü işləyən, Beyləqan rayonu, Orta Əlinəzərli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.2004-cü ildə Tovuz rayonu, Qəribli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Tovuz rayonu, Qəribli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 178.2.1-ci maddəsi ilə, xx.xx.1992-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs3 və xx.xx.1995-ci ildə Gədəbəy rayonu, Zamanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gədəbəy rayonu, Novo Saratovka kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gədəbəy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs5 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin iyul-noyabr ayları ərzində Tovuz şəhəri M.Musayev küçəsində yerləşən “Nəsimi Ticarət Mərkəzində” Tovuz rayon Qazqulu kənd sakini Zərərçəkmiş şəxs10 pensiya təyin etdirəcəyi adı ilə yalan vədlər verib onu inandıraraq sonuncudan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 2000 manat nağd pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel-may ayları ərzində dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Tovuz rayonu Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs9 yaşadığı ünvanda sonuncunun oğlu Malik Məmmədalıyevin barəsində Tovuz rayon prokurorluğunda Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə olan cinayət işi məhkəməyə göndərildikdən sonra ona daha yüngül cəza təyin etdirəcəyi adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs9 inandıraraq sonuncudan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 8000 manat nağd pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X41 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 2021-ci ilin may-iyun ayları ərzində Tovuz rayonu İsakənd kənd sakini Zərərçəkmiş şəxs8 oğlu Vüsal Məmmədovun barəsində Tovuz rayon polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət işi məhkəməyə göndərildikdən sonra onu cinayət məsuliyyətindən azad etdirərək azadlığa buraxdıracağı adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs8 inandırıb sonuncudan ümumilikdə digər qrup üzvləri ilə birlikdə 18630 manat pulu ələ keçirmək niyyətilə əhatə olunan qəsdlə hissə-hissə, yəni, Gəncə şəhəri inzibati ərazisində 1000 manat və Tovuz rayonu inzibati ərazisində isə 12200 manat, ümumilikdə qeyd edilən dövr ərzində 13200 manat pulu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X41 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək Tovuz rayonu Əhmədabad kənd sakini Zərərçəkmiş şəxs5 pensiya təyin etdirəcəyi adı ilə yalan vədlər verib sonuncunu inandıraraq ondan 26 iyul 2021-ci il tarixdə Tovuz rayonu İbrahimhacılı kəndində 2000 manat nağd pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X41 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 2021-ci ilin avqust-sentyabr ayları ərzində Tovuz rayonu Ağacqala kənd sakini Zərərçəkmiş şəxs4 oğlu Aslan Quliyevin barəsində Tovuz rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan cinayət işi məhkəməyə göndərildikdən sonra onu cinayət məsuliyyətindən azad etdirərək azadlığa buraxdıracağı adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs4 inandırıb sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, yəni Gəncə şəhəri inzibati ərazisində 2900 manat və Tovuz rayonu Qovlar şəhəri ərazisində 2100 manat, ümumilikdə qeyd edilən dövr ərzində digər qrup üzvü ilə birlikdə vahid niyyətlə əldə edilmiş 5000 manat puldan 2000 manatını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X41 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 2021-ci ilin iyul ayında dəqiq tarixi istinta qaməlum olmayan vaxtda Tovuz rayonu Dönük Qırıqlı kəndi ərazisində X8 qızı Mətanət Ələkbərovanın barəsində Tovuz rayon Məhkəməsində çıxarılmış evə köçürülmə və aliment ödənilməsi ilə bağlı qətnamələri icra etdirəcəyi adı ilə yalan vədlər verib onu inandıraraq 1000 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 18 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Hökməli qəsəbəsində yaşayan X25 Fövqəladə Hallar Nazirliyinə operator kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs6 yaşadığı ünvanda 800 manat nağd pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı X46 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 05 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs3 məxsus olan Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən anbarın giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs3 mülkiyyətində olan 480 manat dəyərində 16 kisə Rusiya Federasiyasının “Nevinnomisk Azot” şirkətində istehsal olunmuş gübrəni gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs4, X14 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 05 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 məxsus olan Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən fermanın giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan fermadan Zərərçəkmiş şəxs1 çobanı X26 mülkiyyətində olan 01 ədəd 70 manat dəyərində Türkiyə istehsallı “Eurolux” firmasından olan elektrik yemək isidə sobanı, 01 ədəd 80 manat dəyərində Türkiyə istehsallı “Galaxy” firmasından olan elektrik çörək bişirəni, 01 ədəd 40 manat dəyərində 07 litrlik Türkiyə istehsallı “Galaxy” firmasından olan elektrik samovarı, 01 ədəd 60 manat dəyərində Türkiyə istehsallı” Galaxy” firmasından olan elektrik qazanı, 01 ədəd 40 manat dəyərində Türkiyə istehsallı “Galaxy” firmasından olan 3 gözlü yemək bişirən qaz piltəsini, 01 ədəd 8 manat dəyərində Rusiya Federasiyasında alüminium materialından hazırlamış 3 litr su tutarı olan qazanı, 01 ədəd 10 manat dəyərində Rusiya Federasiyasında alüminium materialında hazırlanmış 4 litirlik su tutarı olan qazanı və Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 350 manat dəyərində 700 metr uzunluğunda AS-32 markalı alüminum materialından olan elektirik naqilini ümumilikdə 658 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış Təqsirləndirilən şəxs5 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 2021-ci ilin may-iyun ayları ərzində Tovuz rayonu İsakənd kənd sakini Zərərçəkmiş şəxs8 oğlu Vüsal Məmmədovun barəsində Tovuz rayon polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət işi məhkəməyə göndərildikdən sonra onu cinayət məsuliyyətindən azad etdirərək azadlığa buraxdıracağı adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs8 inandırıb sonuncudan ümumilikdə digər qrup üzvləri ilə birlikdə 18630 manat pulu ələ keçirmək niyyətilə əhatə olunan qəsdlə hissə-hissə, yəni Gəncə şəhəri inzibati ərazisində 400 manat və Tovuz rayonu inzibati ərazisində isə 130 manat, ümumilikdə qeyd edilən dövr ərzində 530 manat pulu alıb ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 18 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Hökməli qəsəbəsində yaşayan X25 Fövqəladə Hallar Nazirliyinə operator kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs6 yaşadığı ünvanda 800 manat nağd pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs4, X14 və Təqsirləndirilən şəxs5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 05 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 məxsus olan Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən fermanın giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan fermadan Zərərçəkmiş şəxs1 çobanı X26 mülkiyyətində olan 01 ədəd 70 manat dəyərində Türkiyə istehsallı “Eurolux” firmasından olan elektrik yemək isidə sobanı, 01 ədəd 80 manat dəyərində Türkiyə istehsallı “Galaxy” firmasından olan elektrik çörək bişirəni, 01 ədəd 40 manat dəyərində 07 litrlik Türkiyə istehsallı “Galaxy” firmasından olan elektrik samovarı, 01 ədəd 60 manat dəyərində Türkiyə istehsallı” Galaxy” firmasından olan elektrik qazanı, 01 ədəd 40 manat dəyərində Türkiyə istehsallı “Galaxy” firmasından olan 3 gözlü yemək bişirən qaz piltəsini, 01 ədəd 8 manat dəyərində Rusiya Federasiyasında alüminium materialından hazırlamış 3 litr su tutarı olan qazanı, 01 ədəd 10 manat dəyərində Rusiya Federasiyasında alüminium materialında hazırlanmış 4 litirlik su tutarı olan qazanı və Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 350 manat dəyərində 700 metr uzunluğunda AS-32 markalı alüminum materialından olan elektirik naqilini ümumilikdə 658 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3, X14 və Təqsirləndirilən şəxs5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 05 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 məxsus olan Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən fermanın giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan fermadan Zərərçəkmiş şəxs1 çobanı X26 mülkiyyətində olan 01 ədəd 70 manat dəyərində Türkiyə istehsallı “Eurolux” firmasından olan elektrik yemək isidə sobanı, 01 ədəd 80 manat dəyərində Türkiyə istehsallı “Galaxy” firmasından olan elektrik çörək bişirəni, 01 ədəd 40 manat dəyərində 07 litrlik Türkiyə istehsallı “Galaxy” firmasından olan elektrik samovarı, 01 ədəd 60 manat dəyərində Türkiyə istehsallı” Galaxy” firmasından olan elektrik qazanı, 01 ədəd 40 manat dəyərində Türkiyə istehsallı “Galaxy” firmasından olan 3 gözlü yemək bişirən qaz piltəsini, 01 ədəd 8 manat dəyərində Rusiya Federasiyasında alüminium materialından hazırlamış 3 litr su tutarı olan qazanı, 01 ədəd 10 manat dəyərində Rusiya Federasiyasında alüminium materialında hazırlanmış 4 litirlik su tutarı olan qazanı və Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 350 manat dəyərində 700 metr uzunluğunda AS-32 markalı alüminum materialından olan elektirik naqilini ümumilikdə 658 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 ona CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 177.2.1, 177.2.2, 177.2.3 və 170.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonunun Öskən kəndində yaşayır. İşləmir və üçüncü qrup əlil olduğuna görə təqaüd alır. Tovuz rayon Qazqulu kəndin sakini Zərərçəkmiş şəxs10 Nurəddin qızını Tovuz şəhəri ərazisində yerləşən “Nəsimi Ticarət Mərkəzi”ndə təxminən 2020-ci ilin iyun ayından tanıyır. 2020-ci ilin iyun ayında Zərərçəkmiş şəxs10 işlədiyi yeməkxanada olarkən pensiya düzəldilməsindən söhbət düşmüş, Məhəbbətin özünə pensiya düzəltdirmək niyyəti olduğunu bilmişdir. O, Məhəbbətə xəstəliyə görə pensiya düzəldə biləcəyini demiş, buna görə əvvəlcə ondan 3000 manat pul istəmişdir. Həmin pulun 2000 manatını əvvəlcədən, yəni pensiya kartı verilənədək verilməli olduğunu, qalan 1000 manat hissəsini isə pensiya kartını götürəndən sonra verəcəyini demişdir. Məhəbbət onun sözlərinə inanmış və razılaşmışdır. Əlaqə saxlamaq üçün Məhəbbətin, Məhəbbət də onun mobil nömrəsini götürmüşdür. Həmin söhbətdən təxminən 1 ay sonra, 2020-ci ilin iyul ayının əvvəllərində Məhəbbətin mobil telefon nömrəsinə zəng etmiş, sonra Zərərçəkmiş şəxs10 işlədiyi yerə gedib ondan 1500 manat məbləğində pul almışdır. Məhəbbət maddi imkanın olmadığını qalan 1500 manat pulun isə pensiya kartını aldıqdan sonra verəcəyini demişdir. 2020-ci ilin oktyabr və ya noyabr ayında o, Məhəbbətin yaşadığı evə gedib pul lazım olduğunu demiş, Məhəbbətin yeməkxanasına getmiş, Məhəbbət ona əlavə olaraq 500 manat pul vermişdir. O, Məhəbbətdən aldığı pulları ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs9 2020-ci ilin dekabr ayında mərhum X36 vasitəsilə tanımışdır. Söhbət Zərərçəkmiş şəxs9 X7nun arvadını qətlə yetirməsindən düşmüşdür. Şahmarın oğlu barəsində Tovuz rayon prokurorluğunda cinayət işinin olduğunu öyrənmiş, söhbətə müdaxilə edib “bunu həll edə bilərəm” demiş, üçü də həmin mövzu barədə daha rahat söhbət etmək üçün Şahmarın Tovuz rayon Aşağı Quşçu kəndində yerləşən evinə getmişlər. X33 əməlini Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsindən daha yüngül maddəyə keçirdəcəyini bildirmiş, bunun müqabilində 1500 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs9 onunla razılaşmış, hazırda üzərində pulunun olmadığını bildirib müəyyən müddətdən sonra pulu tapıb hazır edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs9 mobil telefon nömrələrini götürmüşdür. Təxminən 2-3 gün sonra Zərərçəkmiş şəxs9 evinə getmiş və onun mərhum arvadı Şəfiqədən ilkin olaraq 1000 manat pul almışdır. Bundan sonra Zərərçəkmiş şəxs9 inandıraraq ondan əlavə 500 manat pul almışdır. Vaxt qazanmaq üçün Zərərçəkmiş şəxs9 ilə birlikdə Gəncə şəhərinə getmiş, oradan tanışı və özünü Fuad adı ilə təqdim etmiş İlham Qənzadə ilə telefonda danışmışdır. İlhamın Goranboy rayonunda olduğunu öyrənmişdir. Şahmarla Goranboy rayonuna getmişlər. X62 “oğluna 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasına köməklik edəcəm, türmədə olanda isə şəraitinin yaxşı olmasına çalışacam və sənin oğlunun bir gününü iki gün deyə saydıracam” demişdir. X73 ilə pul söhbəti olmamışdır. Lakin İlham və Şahmar bir-birinə telefon nömrələrini vermişlər. Sonra evə geri qayıtmışlar. Zərərçəkmiş şəxs9 cəmi 1500 manat pul almış, yalandan ona 8000 manat pul verdiyini bildirmişdir. Şahmardan cəmi 1500 manat pul almışdır. Tovuz rayon İsakənd kənd sakini Zərərçəkmiş şəxs8 uşaqlıq çağlarından etibarən tanımışdır. Təxminən 2021-ci ilin may ayının əvvəllərində günorta yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs8 öz doğma övladı Rövşən və qohumu, həmkəndlisi Tofiq Əsgərov ilə birlikdə onun evinə gəlmişlər. Söhbət zamanı onlar Zərərçəkmiş şəxs8 oğlu X63 Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini və Vüsal Məmmədovun cinayət məsuliyyətindən azad olunmasını, yəni azadlığa buraxılmasını istədiklərini bildirmişlər. Onlara “sizə bu işdə kömək edə biləcək elə bir adam var” demişdir. Bu səbəbdən də elə həmin şəxslərin yanında mobil telefonla Beyləqan rayon sakini Təqsirləndirilən şəxs1 zəng etmişdir. Təqsirləndirilən şəxs1la tanışlığı mərhum qaynatası X42 vasitəsilə olmuşdur. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs1la danışıb ona Zərərçəkmiş şəxs8 oğlu Vüsalın işi barədə danışmış və ondan Zərərçəkmiş şəxs8 oğlunun azadlığa buraxılıb-buraxıla bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə telefon danışığı zamanı ona “Fuad adlı bir tanışım var, Ədliyyə Nazirliyində polkovnikdir. O sizin işinizi həll edə bilər” demiş və Fuad deyə təqdim etdiyi şəxsin mobil telefon nömrəsini ona vermişdir. Həmin telefon nömrəsi ilə o, Fuad deyə tanıdığı həmin şəxsə zəng vurmuş və onunla tanışlıq yaratmışdır. Onunla Zərərçəkmiş şəxs8 oğlu Vüsal Məmmədovun azadlığa buraxılması işi ilə bağlı danışmış, X13 Məmmədovun işini həll etməyə şifahi olaraq razılıq vermiş və onlarla Gəncə şəhərində görüşmək barədə razılaşmışlar. Elə həmin gün Nurəddin, oğlu Rövşən, Tofiq Əsgərovla birlikdə özünə məxsus avtomobillə Gəncə şəhərinə getmişlər. Zərərçəkmiş şəxs8 üzərində 1500 manat məbləğində pul götürmüşdür ki, ehtiyac olsa Fuad deyə tanıdıqları həmin şəxsə versin. Beləliklə həmin gün saat 17 radələrində Gəncənin “çöl yolu” deyilən ərazisində, adını bilmədiyi kafelərin birində adı sonradan ona məlum olan İlham Qənizadə (Fuad deyə tanıdığım şəxslə) və Sənan adlı şəxslə görüşmüşlər. Kafedə söhbət zamanı X3 cəzadan azad olunması, yəni azadlığa buraxılması müqabilində Zərərçəkmiş şəxs8 13000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs8 isə üzərində 1500 manat pulun olduğunu bildirərək həmin 1500 manat məbləğində nağd pulu cibindən çıxarıb Fuad deyə tanıdıqları həmin şəxsə vermişdir. Fuad isə həmin 1500 manat məbləğində nağd pulu sürücüsü kimi bildiyi üçüncü şəxsə vermişdir ki, aparıb avtomobilə qoysun. Həmin 1500 manat puldan ona 400 manat verilmişdir. Bundan sonra isə onlar hərəsi öz yaşadıqları evlərə qayıtmışlar. Bundan təxminən bir həftə sonra Zərərçəkmiş şəxs8 öz istifadəsindəki mobil telefon nömrəsi ilə zəng edib Fuadın (X21) Tovuz rayonuna gəldiyini və onun da yanında olmasını istəmişdir. Nurəddinlə ona məxsus avtomobillə Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən “Yeni Həyat” adlı restorana getmişlər. Orada Fuad deyə tanıdıqları X41 ilə görüşmüşlər. İlham Qənizadə oraya tək gəlmişdir. Zərərçəkmiş şəxs8 özü ilə 11000 manat məbləğində nağd pul götürmüşdür. Onlar orada yemək yedikdən sonra Zərərçəkmiş şəxs8 onun avtomobilinə deyil, İlham Qənizadənin avtomobilinə əyləşmiş, pulu ona özünün verəcəyini bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs8 İlham Qənizadəyə bir dəfəyə 11000 manat məbləğində pul vermişdir. İlham həmin puldan 5000 manatını ona vermişdir. Bundan bir ay sonra isə Zərərçəkmiş şəxs8 ona zəng edib İlham Qənizadə (Fuad) ondan daha 3000 manat pul istədiyini demişdir. İlham Qənizadə sonra ona zəng edib Zərərçəkmiş şəxs8 ona gətirib 3000 manat pul verəcəyini demişdir. Təxminən 2021-ci ilin iyun ayının ortalarında Nurəddinlə telefonda danışmışlar. O, işləri ilə əlaqədar olaraq Nürəddinlə görüşə bilməyəcəyini bildirmiş və pulu aparıb evində qızına verməsini demişdir. Həmin gün də Nurəddin onun qızı Türkan Əhmədovaya 2000 manat məbləğində pul vermişdir. Həmin pulu özündə saxlamışdır. 05 iyul 2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs8 ona zəng edib İlham Qənizadənin ondan daha bir qədər pul istədiyini bildirmişdir. Həmin gün saat 19 radələrində Tovuz-Ağbaşlar avtomobil yolunun Öskən kəndindən keçən hissəsində, camaat arasında “Qoşa çinarın yanı” kimi bilinən yerdə o Nurəddinlə görüşmüşdür. Zərərçəkmiş şəxs8 orada ona təklikdə 1500 manat nağd pul vermişdir. Pulu verəndə isə mobil telefon vasitəsilə İlhamla danışmışdır. Bundan təxminən bir həftə sonra Nürəddin Məmmədov ilə saat 16 radələrində Tovuz-Ağbaşlar avtomobil yolunun İsakənd kəndindən keçən hissəsində görüşmüşdür. Orada Fuadla telefonda danışdıqdan sonra Nurəddin ona əlavə 1500 manat məbləğində pul vermişdir. Bir neçə gündən sonra X77 rayonu Qovlar şəhərinə gəlmişlər. Onlar üçü orada görüşmüşlər. Həmin vaxt 5000 manat puldan 4000 manatını öz avtomobilində Sənana vermişdir. Qalıq qalan 1000 manat pulu isə İlhama vermişdir. Onlar pulu aldıqdan sonra çıxıb getmişlər. Nəticədə isə Nürəddin Məmmədovun oğlunu azadlığa buraxdıracaqları adı ilə aldadıb 17500 manat pulunu ələ keçirmişlər. Nürəddin Məmmədovdan aldıqları 17500 manat puldan onun payına 6000 manat pul düşmüşdür. Nürəddin Məmmədov ondan gizli Sənan və İlhamla “Bəhrəm Təpə” adlnanan kafedə görüşmüş və onlara əlavə 130 manat pul vermişdir. Nürəddin Məmmədov onlara ümumilikdə 17630 manat pul vermiş, yalandan əlavə olaraq 1000 manat da verdiyini bildirərək ona 18630 manat maddi ziyan dəydiyini bildirmişdir. O, həmin puldan payına düşən 6000 manat əvəzinə öz avtomobilini vermişdir. Zərərçəkmiş şəxs5 uşaqlıq çağlarından etibarən tanımışdır. 12 iyul 2021-ci il tarixində Şahid1 oğlu İlkin Hüseynovun toy mərasimində olan zaman söhbət Zərərçəkmiş şəxs5 pensiya düzəldilməsindən düşmüşdür. Bunun üçün Fuada, yəni X28 zəng etmişdir. X68 Səfərovanın pensiya məsələsini 2000 manat müqabilində həll edə biləcəyini demişdir. Onlar razılaşmışlar. İlham həmin şəxsə pensiya üçün bir sıra sənədlərin də lazım olduğunu bildirmişdir. Bir neçə gün sonra Şahid1la birlikdə Qazax rayonuna gedərək oradakı xəstəxanadan Zərərçəkmiş şəxs5 tibbi sənədlərini götürmüşlər və İlhamla Yevlax rayonunda görüşmüşlər. X2 vermişlər. Təxminən 26 iyul 2021-ci il tarixdə İlkanə, İlkanənin atası Vahid və o “Unibank”ın Tovuz rayon filialına gedib Zərərçəkmiş şəxs5 adına 3600 manat məbləğində kredit götürmüşlər. Zərərçəkmiş şəxs5 2000 manat məbləğində nağd pul götürmüş, pulu götürüb öz yaşadığı evə gəlmiş, növbəti gün isə X41 onun yaşadığı evə gəlib həmin pulun 1000 manatını ondan götürmüşdür. İlkanədən alınmış pul tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs4 ilə tanışlığı təxminən 02 il bundan əvvəl yeyib-içmək məclislərinin birində təsadüfən yaranmışdır. Zərərçəkmiş şəxs4 X80 barəsində oğurluğa görə həbs seçilmişdir. 2021-ci ildə Zərərçəkmiş şəxs4 ilə rastlaşmışdır. Söhbət zamanı Əkbər oğlunun oğurluq cinayəti törətdiyi üçün Gəncə türməsində olduğunu bildirmişdir. Əkbərə uşağını azadlığa buraxdıracağını demiş, bunun üçün 3500 manat pul lazım olduğunu demişdir. Əkbər inandığı üçün onunla razılaşmışdır. Bir-birinin mobil telefon nömrələrini götürmüşlər. Söhbətdən təxminən 3-4 gün sonra mobil telefonla Zərərçəkmiş şəxs4 zəng edib “pulu gətir, gedək Fuadla görüşək görək nə deyir, pulu da ona verək” - demişdir. Həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxs4 ilə birlikdə ona məxsus olan “VAZ 2107” markalı avtomobillə Gəncə şəhərinə getmişlər. Orada tanımadığı kafedə o, Zərərçəkmiş şəxs4, İlham və onyunla birlikdə gəlmiş adını bilmədiyi şəxslə əyləşib söhbət etmişlər. İlham Qənizadə 3500 manat pul müqabilində Əkbərin oğlunu həbsdən azadlığa buraxdıracağına söz vermişdir. Zərərçəkmiş şəxs4 üzərində 2900 manat pul olduğunu, qalan pulu isə sonra verə biləcəyini demişdir. Əkbər X1 ilə görüşüb çıxdıqdan sonra elə oradakı təcridxananın qarşısında 2900 manat məbləğində nağd pulu ona vermişdir. Pulu götürüb cibinə qoymuş, İlham Qənizadə ilə Zərərçəkmiş şəxs4 bir-birilərinin mobil nömrələrini götürmüşlər. Aldıqları pulu İlhamla ikisi aralarında bölmüşlər. Təxminən 1 həftə sonra Zərərçəkmiş şəxs4 ona zəng vuraraq görüşməyi təklif etmişdir. Tovuz rayonu Qovlar şəhəri ərazisində Qovlar Polis bölməsinin yaxınlığındakı adını bilmədiyi kafelərin birində görüşmüşlər. Həmin kafedə Zərərçəkmiş şəxs4 ona 1600 manat da pul vermişdir. Pulu götürdükdən sonra “sən otur kafedə gözlə, biz gedib zərərçəkənlə danışaq, pulu ona verək. O da ərizəsini geri götürsün” deyib, kafedən çıxıb bir qədər kənarlaşdıqdan sonra pulu İlhamla aralarında bölmüşlər. Pulu ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs4 aldığı pulun 3000 manat hissəsini geri qaytarmışlar. Onlar Zərərçəkmiş şəxs4 ümumilikdə 4500 manat pul almışlar, Əkbər yalandan 5000 manat verdiyini bildirmişdir. 2021-ci il tarixdə yay aylarında Tovuz rayonu Əhmədabad kəndində çayxanada olan zaman təsadüfən Nürəddin Ələkbərov ilə görüşmüşlər. Söhbət zamanı X10 problemlərindən danışmışdır. Nürəddinə tanışı olan Fuad adlı şəxsin vasitəsi ilə kömək edə biləcəyini bildirmişdir. Nürəddin Ələkbərovun yanında X41 ilə telefonla danışmışdır. X15 xeyrinə Tovuz rayon Məhkəməsində çıxarılmış “evə köçürmə və aliment” tələbi barədə olan qətnaməni icra etdirə biləcəyini demişdir. Onlar ona məxsus VAZ-2106 markalı avtomobillə həftənin bazar günü İlham Qənizadə ilə görüşmək üçün Yevlax rayonuna getmişlər. Yevlax rayonunda yolun kənarında olan çayxanada görüşmüşlər, İlham telefonla danışmış və 3500 manat pul lazım olduğunu demişdir. Nürəddin 3000 manat pul verə biləcəyini demiş, İlham Qənizadə isə Nürəddinin təklifi ilə razılaşmışdır. Nürəddin Ələkbərov maddi imkanın yaxşı olmadığını, ona 2-3 günə 1000 manat pul düzəldib verə biləcəyini demişdir. Təxminən 2-3 gün sonra Tovuz rayon Dönük Qırıxlı kəndi ərazisində yerləşən kafedə Nürəddin Ələkbərov və arvadı X18 ilə birlikdə görüşüb 1000 manat pulu almışdır. Sonra mobil telefonla İlham Qənizadə ilə danışıb 1000 manat pulu aldığını demişdir. Bundan bir həftə sonra İlham Qənizadə ilə Nürəddin Ələkbərovun yaşadığı evə qonaq getmişlər. Nürəddin Ələkbərovun evində yeyib içdikdən sonra çıxıb getmişlər. 1000 manat pulu yarı bölmüşlər. Tovuz rayon Qəribli kənd sakini Təqsirləndirilən şəxs2 tanıyır. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2 ona zəng etmiş, bir nəfər Ramalə adlı tanışı olduğunu, onu Fövqəladə Hallar Nazirliyinə operator kimi işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. X58 Nazirliyində operator işi olduğunu bildirmiş, Ramaləni həmin işə düzəldə biləcəyini demişdir. Bunun üçün 5000 manat pul lazım olduğunu demiş, İzzət Ramalənin 5000 manat pulunun olmadığını, ilkin olaraq 800 manat pul verə biləcəyini, işə düzəldikdən sonra işləyərək pulun qalan hissəsini ödəyəcəyini bildirmişdir. O, razılaşmışdır. İzzət Xırdalan dairəsi adlanan yerdə ona 800 manat pul vermişdir. Həmin puldan İzzətə 300 manat məbləğində pul vermiş, pulun bir hissəsini isə Bakı şəhərində müxtəlif yerlərdə İzzətlə birlikdə xərcləmişlər. Eləcə də o, bildirdi ki, Təqsirləndirilən şəxs2 cinayətə cəlb etmədiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Ağaməməd qızını əvəllər tanımamış, onunla İzzət vasitəsilə tanış olmuş, Ramaləni işə düzəltmək üçün ilk olaraq İzzət ona zəng vurmuş, uzaq qohumu olsa da, İzzətin yetkinlik yaşına çatmadığını bilməmişdir. Hadisədən sonra bu barədə məlumatı olmuşdur. Həmçinin, o, bildirdi ki, Gədəbəy rayonu Novosaratovka kəndində yaşayan Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Gədəbəy rayonu Novo Saratovka kəndində yaşayan Təqsirləndirilən şəxs3 təxminən bir ay olardı ki, qonşusu Fikrətin Gədəbəy rayonu Novosaratovka kəndində yaşayan qızı Vüsalənin əri Bəxtiyar Həsənova və onun oğlu Zülfüqara görə tanımışdır. Təqsirləndirilən şəxs3 işlətdiyi kafeyə gedib-gələrkən Rauf Quliyevi orada görüb tanış olmuşdur. Təxminən 2022-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs3 işlətdiyi Novo Saratovka kəndi ərazisində yerləşən Paşanın kafesində olarkən Rauf Quliyev cibindən bir ədəd plastik kart çıxararaq “mənim torpağımın kartıdı, ona azot gübrəsi verilib kafenin həyətində olan anbara yığımışam, alıcı var, aparaq ona verək “ deyib ondan taksi kimi getməsini xahiş etmişdir. O da buna görə təxminən saat 22 radələrində idarə etdiyi avtomobilini gübrələr yığılmış yerə sürmüş, Rauf və o iki kisə gübrəni avtomobilin yük yerinə yığmışlar. Həmin gübrələri Novo Saratovka kəndi ərazisində yerləşən Quşçu küçəsində tanımadığı bir nəfər şəxsin qapısına aparmışdır. Həmin şəxs gübrənin bir kisəsini 20 manatdan hesablamış və ona 40 manat pul vermişdir. Gübrələri ora düşürdüb geri qayıtdıqda ona yol haqqı kimi 5 manat pul vermişlər. Bundan sonra müxtəlif günlərdə hər dəfə iki kisə olmaqla əlavə 4 kisə azot gübrəsini də həmin tanımadığı şəxsin evinə aparıb düşürmüşdür. Hər dəfədə gedəndə yol pulu kimi ona 5 manat pul vermişlər. Gədəbəy rayonu Qızıl Torpaq kəndində yaşayan Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. 2022-ci ilin yanvar ayının axırlarında Zülfüqar ilə Təqsirləndirilən şəxs3 Novosaratovka kəndində işlətdiyi kafeyə gəlmiş və orada Eminlə tanış olmuşdur. Özünə məxsus olan VAZ-2107 markalı avtomobillə taksilik etdiyinə görə mütəmadi olaraq Rasimin kafesinə gedib-gəlmiş, Emin, Zülfüqar və Rasimlə bu səbəbdən yaxın münasibətləri yaranmışdır. Bir neçə dəfə avtomobili ilə gedib, Rasimlə birgə sonuncunun yaşadığı evin həyətindən yeməkxanaya yandırmağa odun da gətirmişdir. 05 fevral 2022-ci ildə axşam saat 22 radələrində o, Rasimlə, Emin və Zülfüqarla birlikdə oturub kafedə çay içib söhbət edərkən Rasim Zərərçəkmiş şəxs1 fermasına gedən elektrik naqilini kəsib satmağı təklif etmişdir. Onun pula ehtiyacı olduğuna görə həmin gecə saat 01 radələrində Rasim, Emin və Zülfüqar ilə birlikdə onun idarə etdiyi Vaz 2107 markalı avtomobildə oturub Novosaratovka kəndinin ərazisindəki, Zərərçəkmiş şəxs1 məxsus olan yatağın yanına gəlmişlər. Maşını yatağın yanında saxlamış, birlikdə maşından düşmüşlər və Rasim özü ilə gətirdiyi kəlbətinlə üzərindən elektrik naqili keçən və üzərində pilləkanları olan dəmir boruya çıxıb, dirəyin üstündən keçən 700 metr uzunluğunda olan elektrik naqilini hissə-hissə kəsib yerə atmış, onlar naqilləri onun idarə etdiyi avtomobilin yük yerinə və salonuna yığmışlar. Sonra fermanın həyətində olan iki ədəd hər biri 3-4 litr olan aliminum qazanları da fermanın həyətindən götürüb, maşına qoymuşlar. 06 fevral 2022-ci ildə saat 04:00 radələrində işlərini fermada yekunlaşdırıb Rasimin kafesinə gələrək çay içdikdən sonra Tovuz rayonu Qovlar şəhərinə getmişlər və saat 10 radələrində Qovlar şəhərinə çatmışlar. Qazax-Bakı avtomagistral yoluna çatanda Tovuz rayonunun Əyyublu kəndində yolun qırağında olan çayxanaya gəlib çayxanada olanlardan dəmir, metal yığanların nömrəsini almışlar, Ramin adlı şəxslə əlaqə saxılayıb ona həmin alminum məftli və qazanları satıb qayıtmışlar. Rasim məftil və qazanların cəmi 96 manat pul çıxarmasını deyib ona cəmi beş manat vermiş, 8 manatlıq avtomobilinə benzin tökərək, qalan pula yolda sok və yemək şeyləri almışdır. Bundan sonra o, avtomobili ilə Rasimi və dostu Emini Gədəbəy rayonu Novosaratovka kəndinə düşürüb geri qayıtmışdır. Həmçinin o, Emin, Rasim və Zülfüqarla birlikdə Zərərçəkmiş şəxs1 fermasına oğurluğa gedəndə yalnız 700 metr uzunluğundakı elektrik naqilini və həyətdən iki ədəd alminium qazan aparmışlar, fermanın saxlanc yerlərinə daxil olmamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu Əlinəzərli kəndində yaşayır və sürücü işləyir. Tovuz rayon Öskən kənd sakini Təqsirləndirilən şəxs5 və X29 tanıyır. Sonuncular ilə əvvəllər aralarında narazılıq və ədavət baş verməmişdir. Tovuz rayon Qəribli kənd sakini X19 Təqsirləndirilən şəxs5 vasitəsi ilə tanımışdır. Uzun illər kartof alveri ilə məşğul olmuş və Yusifin qayınatası X5 alveri zamanı tanıdıqdan sonra Mirzənin kürəkəni kimi Təqsirləndirilən şəxs5 da tanımışdır. 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs5 onun ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq “əmim oğlu Tovuz rayonunda narkotik vasitə ilə tutulub atasının yaxşı pulu var gətirim ikimiz alaq xərcliyək” demişdir. O, Yusifə bir nəfər dövlət qulluqçusu var, ona məsləhət etdikdən sonra xəbər edəcəyini bildirmiş və tanışı Beyləqan rayon Məhkəməsində işləyən X28 zəng vurub Yusifin dediyi məsələ barədə söhbət etmişdir. İlham işlə tanış olub, qutarmaq yox, qismən azaltdıra biləcəyini bildirmiş və o, bu barədə Yusifə zəng edib məlumat vermişdir. Yusif Gəncə şəhərində İlham və onunla birlikdə oturub bir yerdə söhbət etməklərini təklif etdiyi üçün səhəri gün o, Beyləqan rayonundan tanımadığı taksi sürücüsü ilə Gəncə şəhərinə çöl yolu deyilən yerə gəlmişdir. Kafedə İlham, Yusif, sonuncu ilə gəlmiş Nürəddin Məmmədov və adını bilmədiyi daha iki nəfər şəxslərlə bir masada əyləşib, söhbət edərkən Nürəddin oğlu Vüsalın işi barədə söhbət etmişdir. Yusif yanında olan Nurəddini əmisi oğlu kimi, o isə İlhamı məhkəmə işçisi kimi həmin şəxslərə təqdim etmişdir. İlham Nürəddinin övladı Vüsala məhkəmədə veriləcək cəzanı qismən azaltdıra biləcəyini, bunun üçün 15000 manat pul lazım olacağını bildirdikdə Nürəddin imkanının olmadığını deyərək və 14000 manat pul verə biləcəyini bildirərək cibindən 1500 manat pul çıxarıb Təqsirləndirilən şəxs5 vermiş və sonuncu pulu masanın üzərinə qoyaraq alın sayın dedikdə İlham Qənizadə ondan pulu saymasını istəmişdir. O, masanın üzərində olan pulu götürmüş, kafenin yan tərəfinə keçmiş və orada İlham və Yusif birlikdə söhbət edərkən Yusif həmin 1500 manatdan ona 400 manat pul vermişlər. O, həmin puldan İlhama nə qədər çatmasını bilməmişdir. Bundan sonra İlham ilə birlikdə Beyləqana qayıtmışlar və həmin həftənin bazar günü İlham Qənizadə ilə Tovuz rayonuna gəzməyə getmişlər. Orada “Bəhrəm Təpə” restoranında əyləşərkən Nurəddinə zəng edib, gəlməsini istədiklərinə görə sonuncu bir nəfər şəxslə birlikdə oraya gəlmişdir. Nurəddinlə söhbət zamanı həftənin birinci günü oğlunun işinin yoluna qoyulacağını bildirmişlər. İlham Qənizadə ona Nürəddindən yol pulu istəməsini bildirmiş və o, Nurəddinə yol pulları olmadığını dedikdə sonuncunun yanında olan oğlu Rövşən cibindən 130 manat pul çıxarıb ona vermişdir. O, həmin 130 manat pulu İlham Qənizadəyə vermiş, İlhamla birlikdə Beyləqana geri qayıtmışlar. O, X35 işini düzəltməyə söz verdiyi həftəni gözləyib, sonra Nürəddin ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və sonuncu artıq oğlunun işini başqa şəxs ilə gördüyünü demişdir. Bundan sonra olan müddət ərzində onun İlham Qənizadə və Təqsirləndirilən şəxs5 ilə heç bir pul alınmasında iştirakı olmamışdır. Nürəddin Məmmədovun onun yanında verdiyi 1500 manatdan ona cəmi 400 manat çatmış və bundan başqa heç bir məbləğdə İlham və Yusifdən Nürəddinin işi ilə bağlı pul almamışdır. Həmçinin o, X29 Təqsirləndirilən şəxs5, Nürəddin Məmmədov və qeyrilərinə Fuad adı ilə təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X37 ona Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Qəribli kəndində yaşayır və fərdi əməklə məşğul olur. Tovuz rayonu Öskən kənd sakini Təqsirləndirilən şəxs5 uzaq qohumudur, əvvəllər aralarında narazılıq və ədavət baş verməmişdir. Zərərçəkmiş şəxs6 Ağaməməd qızını Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Sənan marketdə işləyərkən birlikdə işlədikləri üçün tanımışdır. Ramalə ilə münasibətləri yaxşı olmuş və o, işdən çıxdıqdan sonra Tovuz rayonuna geri qayıtmışdır. Bundan sonra Ramalə ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. 2021-ci ilin dekabr ayında Ramalə ilə telefonda danışarkən sonuncu işdən çıxdığını bildirib, iş tapmasında ona kömək etməsini istəmişdir. O, Təqsirləndirilən şəxs5 ilə bu barədə danışmış və sonuncu Fövqəladə Hallar Nazirliyində operator işi olduğunu bildirib, Ramiləni oraya düzəldə biləcəyini bildirdiyi üçün o, bu barədə Ramiləyə bildirmişdir. Razılıq aldıqdan sonra yenidən Təqsirləndirilən şəxs5 ilə danışmışdır. Yusif işə düzəltmək üçün 5000 manat pul lazım olduğunu bildirmiş və o, bu barədə Ramaləyə bildirdikdə sonuncu həmin məbləğin onda olmadığını 800 manat pulunun olmasını ilkin olaraq 800 manat pul verə biləcəyini, işə düzəldikdən sonra işləyərək pulun qalan hissəsini verə biləcəyini bildirmişdir. O, bu barədə Yusifə bildirmiş və sonuncu razılaşdıqdan sonra o, Binəqədi rayonu Hökməli qəsəbəsində yerləşən Ramilənin evində sonuncu ilə görüşərək ondan 700 manat pul və içərisində 100 manat pul olan Unibankın Albalı plus kartını almışdır. O, kartdakı pulu nağdlaşdırıb 800 manat pulu birlikdə Xırdalan dairəsi adlanan yerdə Yusifə vermiş, sonuncu həmin puldan ona 30 manat verib, qalan pulun bir hissəsini isə Bakı şəhərində müxtəlif yerlərdə özlərinə xərcləmişlər. Ona Yusif heç bir vəd verməmiş, hədə qorxu gəlməmişdir. Onun 18 yaş olmaması barədə Yusiflə heç bir danışığı olmamışdır. Onun sadəcə Ramaləyə köməklik etmək niyəti olmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs6 Ağaməməd qızından aldıqları 800 manatı ona qaytarmışlar və istintaq zamanı bu barədə Ramalə ərizə də vermişdir. Dövlət büdcəsinə isə əlavə pul ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Novo Saratovka kəndində yaşayır. Yaşadığı kənddə icarəyə kafe götürüb işlətmişdir. Gədəbəy rayonu Qızıltorpaq kəndində yaşayan Zərərçəkmiş şəxs1 Novo Saratovka kəndinin meşə gözətçisi kimi tanımış, həmçinin Zərərçəkmiş şəxs1 Novosaratovka kəndinin ərazisində heyvan saxladığı ferması olmaqla fermadan yaylaq kimi istifadə etməsi barədə məlumatı olmuşdur. 2022-ci ilin yanvar ayının axırlarında saat 13-14 radələrində Tovuz rayonu Öskən kənd sakini Təqsirləndirilən şəxs5 işlətdiyi kafeyə gəlmiş, dostu Təqsirləndirilən şəxs4, həmkəndlisi X14 və Yusif birlikdə oturub çay içərkən sonuncu söhbət ərəfəsində pula ehtiyacının olduğunu deyib kömək istəmişdir. O, Emin, Zülfüqar və Yusif ilə birlikdə sonuncuya məxsus “VAZ-2107” markalı avtmobillə kafedə yandırmaq üçün meşədən quru odun gətirməyə getmişlər. Zərərçəkmiş şəxs1 fermasına gedən yüksək gərginlikli aliminium materialdan olan elektrik naqilini Yusifə göstərib “ay Yusif bax, bu məftili kəsək aparıb sataq sənin də problemini, öz problemimizi də həll edək” demişdir. 05 fevral 2022-ci ildə saat 22.00 radələrində o, Eminlə söhbət edərkən Yusif yenidən kafeyə gəlmiş və çay içib söhbət edərkən yenidən pula ehtiyacı olduğunu bildirmişdir. Həmin axşam saat 00:30 radələrində o, Emin və Zülfüqar birlikdə Yusifin idarə etdiyi VAZ-2107 markalı avtomobili ilə Novosaratovka kəndinin ərazisindəki Zərərçəkmiş şəxs1 məxsus olan yatağın yanına getmişlər. Yusif maşını yatağın yanında saxlamış və birlikdə maşından düşmüşlər. Yusifin avtomobilindən götürdüyü kəlbətinlə üzərindən elektrik naqili keçən və üzərində pilləkanları olan dəmir borudan olan dirəyə çıxıb dirəyin üstündən keçən elektrik naqilini hissə-hissə kəsib yerə atmışdır. Yerdə həmin naqilləri Yusif, Zülfüqar və Emin götürüb Yusifin idarə etdiyi avtomobilin yük yerinə yığmışlar. Zülfüqar evlərinə getmişdir. Eminlə birlikdə Yusifin idarə etdiyi avtomobilə oturmuş və Tovuz rayonu Qovlar şəhərinə getmişlər. Saat 10 radələrində Qazax-Bakı avtomagistral yoluna çatanda Tovuz rayonu Əyyublu kəndində yaşayan maşın ustası işləyən Ramin adlı tanışından aliminium metal alan şəxs tapmasını istəmişdir. Yusiflə dostu Emin çayxanada qalmış, o Yusifin maşını ilə aparıb Zərərçəkmiş şəxs1 məxsus fermaya gedən naqildən kəsmiş olduqları naqilləri metal alan şəxsə 96 manata satmışdır. Həmin pulu üçü öz aralarında bölmüşlər. Bundan sonra Yusif avtomobili ilə onu və Emini Novosaratovka kəndinə düşürüb geri qayıtmışdır. O, vurulmuş ziyanı tam şdəmişdir. Təqsirləndirilən şəxs3 əlavə olaraq ifadəsində göstərdi ki, Gədəbəy rayonu Novo Saratovka kəndində yaşayan Zərərçəkmiş şəxs3 tanıyır həmkəndlisidir. Eləcə də onun kafesini icarəyə götürüb işlədir. 2022-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs3 ona anbara yığdığı gübrələrin bir neçəsinin əskik olmasını bildirmişdir. Bu barədə məlumatı olmadığını demişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs3 onun anbarından gübrələri Rauf Quliyevin və Təqsirləndirilən şəxs5 apardığını bilmişdir. Bu barədə Rauf Quliyevdən soruşmuş, gübrələri Təqsirləndirilən şəxs5la birlikdə apardığını və həmkəndlisi Elnura satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs4lə birlikdə Elnurun yaşadığı evə getmişlər. Elnur Yusifin və Raufun ona hər kisənin qiyməti 20 manat olmaqla gübrə satdığını, buna görə Yusifə 100 manat verdiyini bildirmişdir. O, kübrələrin Müseyb Məmmədovun anbarından oğurlanaraq ona satıldığını demişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Novo Saratovka kəndində yaşayır və fərdi əməklə məşğul olmaqla yaşadıqları kənddə həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə icarəyə kafe götürüb işlətmişdir. Gədəbəy rayonu Qızıltorpaq kəndində yaşayan, Zərərçəkmiş şəxs1 Novosaratovka kəndinin ərazisində heyvan saxladığı ferması olmasını və yaylaq kimi istifadə etməsini bilmişdir. Akif və sonuncunun ailəsi ilə ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin yanvar ayının axırlarında saat 13-14 radələrində Tovuz rayonu Öskən kənd sakini Təqsirləndirilən şəxs5 işlədiyi kafeyə gəlmişdir. Dostu Təqsirləndirilən şəxs3, həmkəndlisi X14 və Təqsirləndirilən şəxs5 ilə birlikdə oturub çay içərkən Yusif söhbət əsasında pula ehtiyacının olduğunu deyib onlardan kömək istəmişdir. O, Rasim, Zülfüqar və Yusif ilə birlikdə sonuncuya məxsus “VAZ-2107” markalı avtmobillə kafedə yandırmağa meşədən quru odun yığıb gətirmək üçün meşəyə getmişlər və meşəyə gedəndə Rasim Zərərçəkmiş şəxs1 fermasına gedən yüksək gərginlikli aliminium materialdan olan elektrik naqilini göstərib Yusifə, “ay Yusif bax, bu məftili kəsək aparıb sataq sənin də problemini, öz problemimizi də həll edək” demişdir. xx.xx.2022-ci ildə saat 22.00 radələrində o, Təqsirləndirilən şəxs3lə kafedə oturub söhbət edərkən Yusif yenə kafeyə gəlmiş və birlikdə oturub, çay içərkən uşağının xəstə olduğunu, pula ehtiyacının olduğunu demişdir. Həmin gün saat 00-30 radələrində Rasim və Zülfüqarla birlikdə Yusifin idarə etdiyi VAZ 2107 markalı avtomobili ilə Novosaratovka kəndinin ərazisindəki, Zərərçəkmiş şəxs1 məxsus olan yatağın yanına gəlib, yaxınlıqda avtomobili saxladıqdan sonra birlikdə maşından düşmüşlər. Yusif avtomobilindən götürdüyü kəlbətinlə üzərindən elektrik naqili keçən və üzərində pilləkanları olan dəmir borudan olan dirəyə çıxıb əlindəki kəlbətinlə dirəyin üstündən keçən təxminən 700 metr uzunluğunda olan elektrik naqilini hissə-hissə kəsib yerə atmış, həmin naqilləri Zülfüqar və o toplayaraq Yusifin idarə etdiyi avtomobilin yük yerinə yığmışlar. Həmçinin fermanın həyətində olan iki ədəd aliminium qazanları da Yusiflə Zülfüqar avtomobilə qoymuşdur. Zülfüqar evlərinə getmiş, o Rasimlə Yusifin idarə etdiyi avtomobilə oturub Tovuz rayonu Qovlar şəhərinə gəlmişlər. Qazax-Bakı avtomagistral yoluna çatanda Tovuz rayonu Əyyublu kəndində Rasim telefonla Ramin adlı metal yığana zəng etmiş, o, Yusiflə çayxanada qalmış, Rasim isə Yusifin maşını ilə aparıb Zərərçəkmiş şəxs1 məxsus fermaya gedən naqildən kəsmiş olduqları məftli həmin şəxsə vermişdir. Həmin şəxs məftli Rasimdən alıb məftlin müqabilində 96 manat pul vermiş və həmin pulu üçü öz aralarında bölmüşlər. Sonra Yusif idarə etdiyi VAZ 2107 markalı avtomobili ilə onu və dostu Rasimi Gədəbəy rayonu Novosaratovka kəndinə düşürüb getmişdir. Təqsirləndirilən şəxs4 əlavə olaraq bildirdi ki, Gədəbəy rayonu Novosaratovka kənd sakini Zərərçəkmiş şəxs3 həmkəndlisidir. 2022-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs3 icarəyə verdiyi kafeyə gələrək evinin anbarına yığdığı gübrələrin əskik olmasını bildirmişdir. Bu barədə məlumatı olmadığını demiş, Zərərçəkmiş şəxs3 onun və Rasimin yanında Təqsirləndirilən şəxs5 zəng vurmuşdur. Yusif gübrələri apardığını etiraf etmiş, gübrələri yaxud da pulunu qaytarcağını demişdir. Təqsirləndirilən şəxs5 gübrələri Novosaratovka kəndində Quşçu küçəsi adlanan yerdə yaşayan Elnur adlı şəxsə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs3lə birlikdə Elnurun yaşadığı evə getmişlər. Elnur gübrənin bir kisəsini 20 manata aldığını və gübrələrin oğurluq olmasından xəbərinin olmadığını, Təqsirləndirilən şəxs5 cəmi 100 manat pul verdiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayon Ağacqala kəndində yaşayır. Təqsirləndirilən şəxs5 iki il əvvəl təsadüfən tanımış, əvvəllər ədavət və düşmənçilikləri olmamışdır. X23 oğurluq cinayəti törətdiyinə görə barəsində həbs qətimkan tədbiri seçilmiş, oğlunun həbsdə olmasından narahatlıq keçirib, azadlığa buraxılması üçün yollar axtarmağa çalışmışdır. 2021-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs5 ilə görüşüb, oğlunun Gəncə türməsində olduğunu, onu azadlığa çıxarmaq üçün yol axtardığını bildirdikdə, Yusif ona “Fuad adlı dostu olduğunu, Ədliyyə Nazirliyində işlədiyini və oğlunu bir həftəyə azadlığa buraxdıra biləcəyini, bunun üçün 3500 manat lazım olduğunu demişdir. Onunla razılaşmış və pulu yaxın vaxtda gətirəcəyinə söz verərək evinə gəlmiş, heyvanlarını satıb, qohum-qonşudan borca pul götürüb 3500 manat pul düzəltmişdir. Yusif ona zəng edib “pulu gətir, gedək Fuadla görüşək, pulu verək”- demiş, o həmin gün Yusiflə birlikdə ona məxsus olan “VAZ-2107” markalı avtomobillə Gəncə şəhərinə getmişdir. Kafelərin birində Yusifin tanışı olan, özünü Fuad kimi təqdim edən, əslində İlham Qənizadə olan şəxs və 30 yaşlarında olan digər şəxslə görüşmüşlər. Fuad söhbət zamanı ona bildirmişdir ki, 3500 manat pulun müqabilində oğlunu həbsdən azadlığa buraxdıraqcaqdır. O, üzərində 3500 manat pul olmadığını, cəmi 2900 manat pulun olduğunu bildirib pulun qalan hissəsini sonra düzəldib verə biləcəyimi demişdir. İlham onun təklifi ilə razılaşmış, o, Gəncə türməsində gedib oğlu ilə görüşüb, təcridxananın qarşısında 2900 manat pulu İlhamın yanında Təqsirləndirilən şəxs5 vermişdir. O, İlhamın mobil telefon nömrəsini götürüb, öz nömrəsini də ona vermişdir. Bundan bir həftə sonra İlham ona zəng edib, Bakı şəhərində olduğunu qalan 600 manatı düzəldib Yusifə verməsini istəmişdir. O, Yusiflə zəngləşib Tovuz rayonu Qovlar şəhəri ərazisində, Qovlar PB-nin yaxınlığındakı, adını bilmədiyi kafelərin birində təkcə görüşüb, 600 manat məbləğində nağd pulu Yusifə vermişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində telefon danışıqları zamanı İlham və Yusif ona əlavə 1500 manat pul lazım olduğunu demişlər. O, borc-xərc tapıb, 3-4 gün sonra Tovuz rayon Qovlar şəhəri ərazisindəki, adını bilmədiyi kafedə İlham və Yusiflə görüşmüş, 1500 manat məbləğində pulu İlhama vermişdir. Həmin vaxtdan xeyli keçməsinə baxmayaraq oğlu azadlığa buraxılmamış, o bu barədə İlham və Yusifdən soruşduqda müxtəlif bəhanələr gətirib, yaxın günlərdə oğlunun azadlığa çıxacağına dair yalan vədlər vermişlər. İlham və Yusifə zəng edərək pulunu geri qaytarmaqlarını tələb etmiş, hissə-hissə cəmi 3000 manat məbləğində pulunu qaytarmışlar. Qalan 2000 manat məbləğində pulu hazırkı vaxta qədər qaytarmamışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Tovuz rayon Yanıqlı kəndində yaşayır, evdar qadın olmaqla himayəsində iki azyaşlı övladı var. X24 2020-ci ildə vəfat etmişdir. Təqsirləndirilən şəxs5 uşaqlıq vaxtından tanıyır. 2020-ci ilin mart ayında Qazax rayon Xəstəxanasında mədəsindən əməliyyat olunmuş, əməliyyatdan sonra xəstəliyi əmək fəaliyyətinə mane olmuşdur. 12 iyul 2021-ci il tarixində Yusif qardaşı İlkin Hüseynovun toyu ilə əlaqədar evlərinə qonaq gəlmiş və söhbət əsasında ona “ay qızım, adam tanıyıram, DTX-də işləyir, istəyirsənmi sənə xəstəliyinlə bağlı pensiya düzəldim, 2500 manat pulun varmı?” demişdir. O, pulunun olmadığını və 2500 manat deyil, 2000 manat kredit götürüb verə biləcəyini bildirmişdir. Yusif telefon vasitəsilə Fuad adlı şəxslə əlaqə saxlamış, bu barədə bildirmişdir. Yusif sonra demişdir ki, onun xətrinə pensiyanı Fuad 2000 manata düzəltdirə bilər. 14-15 iyul 2021-ci il tarixində səhər saatlarında Təqsirləndirilən şəxs5 onun yaşadığı evə gəlmiş və lazımi sənədləri aparıb Fuad adlı həmin şəxsə təqdim etmək lazım olduğunu bildirmişdir. Ssonra atasından öyrənmişdir ki, atası Şahid1, Yusiflə birlikdə Qazax rayona gedib, xəstəxanadan onun tibbi sənədlərini götürüb, həmin gün Fuad adlı şəxslə Yevlax rayonunda görüşmüş, onun övladlarının şəxsiyyət vəsiqələrinin kopyasını, o cümlədən tibbi sənədlərini Fuad adlı həmin şəxsə vermişdir. 26 iyul 2021-ci il tarixində o “Unibank”ın Tovuz rayon filialından öz adına 3600 manat məbləğində kredit götürmüş, xalası Bəsdigilin Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən evində, xalası oğlu Buludxan, xalası qızı Naibə, xalası Bəsdi və atası Vahidin yanında 2000 manat pulu Təqsirləndirilən şəxs5 vermişdir. Sonuncu həmin şəxslərin yanında ona ömürlük, əlillik pensiyası təyin etdirəcəyi, hər ay 270 manat məbləğində pensiya alacağına dair vəd vermişdir. Vəd edilən bir ay tamam olduqda Fuad ilə əlaqə saxlamışlar və sonuncu onun pensiya məsələsinin düzəlməsinin yanvar ayına qalmasını bildirmişdir. O, həmin vaxt aldadıldığını anlamış, Yusifdən pulunu geri tələb etmişdir. dikdə, sonuncu 05 noyabrda qaytaracağını demişdir. Şahid1 və Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsinə uyğun ifadə verdilər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs5 şikayət və tələbi olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, Tovuz rayon Aşağı Quşçu kəndində yaşayır və təqaüdçüdür. Təqsirləndirilən şəxs5 2020-ci ilin yanvar ayında camaatın Zakir Nəsirov kimi tanıdığı, 2020-ci ilin dekabr ayında ölmüş qonşusu X36 vasitəsilə tanımış və əvvəllər Yusiflə aralarında ədavət və düşmənçilik olmamışdır. Yusif mütəmadi Zakir Nəsirovun evinin yaxınlığına gəlib söhbət edərkən X7nun arvadını qətlə yetirməsindən söhbət düşmüşdür. Belə ki, oğlu Malik arvadı Rəqsanəni bıçaqlamış, arvadı aldığı xəsarətlər səbəbindən vəfat etmiş və barəsində Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. Oğlunun işinin yüngülləşdirilməsini istədiyini dedikdə Yusif “bu məsələni mən özüm həll edə bilərəm” demişdir. O, bu mövzu barədə daha rahat söhbət etmək üçün Yusif və Zakirlə birlikdə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən evinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs5 Malikin işini yüngülləşdirəcəyini,ona yüngül cəza təyin olunacağını bildirib bunun üçün 5000 manat pul istəmişdir. Yusiflə bir-birlərinin mobil telefon nömrəsini götürmüşlər.İki gün sonra Yusif evinə gəlib, ona “təcili olaraq pul lazımdır, prokurora, müstəntiqə və məhkəməyə verəcəm ki, rahat işimizi bilək” demişdir. Pulu olmadığına görə qızı Elnarə Bakı şəhərindəki iş yoldaşlarından birinə zəng edib öz adına kredit götürüb ona göndərməsini xahiş etmişdir. İki gün sonra Elnarənin iş yoldaşı ona 5000 manat pul göndərmişdir. Növbəti gün yaşadığı evdə Təqsirləndirilən şəxs5la görüşüb əlbəəl 5000 manat pulu ona vermişdir. Yusif ona “elə et ki, mərhumun ailəsi, vəkil və digər şəxslər bu pulu mənə verməyini bilməsinlər” demişdir. Bundan 4 ay sonra, 2020-ci ilin aprel və ya may ayında oğlu Malikin maddəsi dəyişməmiş, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına keçmiş və o, buna görə Yusifə öz narazılığını bildirmişdir. Yusif bu məsələni məhkəmə vasitəsilə həll edəcəyini demişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs5 iş üçün daha 2000 manat pul lazım olduğunu, həmin pulu sədrə verəcəyini, oğluna 12 il deyil, məhz 05 il azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyini bildirmişdir. O, qohumqonşudan 1000 manat borc pul tapmış, oğlu Elşadla pulu Yusifə göndərmişdir. Bundan bir həftə sonra Yusiflə Tovuz rayon Aşağı Quşçu kəndi ərazisində görüşüb, Yusifin avtomobilində, tək olmaqla 1000 manat pulu Təqsirləndirilən şəxs5 vermişdir. Daha sonra ayrı- ayrı vaxtlarda yenidənYusifə ümumilikdə 1000 manat pul vermişdir. Yusif isə həmin pulu müxtəlif vəzifəli şəxslərə çatdıracağını demişdir. Həmçinin o, bildirdi ki, Təqsirləndirilən şəxs5 onu Goranboy rayonuna apararaq, Fuad adlı şəxslə görüşdürmüş, Fuadın mobil telefon nömrəsini götürüb öz nömrəsini ona vermişdir. O, Fuada pul verməmişdir. Oğlu X4 Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Yusifə vermiş olduğu ümumilikdə 8000 manat pulunu geri tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirib pulu qaytarmamışdır. O, ona dəymiş ziyanın ödənilməsini tələb edir və Yusifin tutulmasını istəmir. Şahid X12 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsinə uyğun ifadə verdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Tovuz rayon İsakənd kəndində yaşayır. X31 övladıdır. Vüsal 28 mart 2021-ci il tarixində külli miqdarda narkotik vasitə olan marixuananı satış məqsədilə qanunsuz olaraq yaşadıqları evdə saxladığı üçün onun barəsində Tovuz rayon Polis şöbəsində cinayət işi istintaq olunaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, məhkəmənin hökmü ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 10 may 2021-ci il tarixində arvadının qohumu və həmkəndlisi olan X54 onun evinə gəlib, “Yusif deyir ki, adam var, Vüsalın işində köməklik göstərə bilər” demiş və o, dərhal Tofiqlə birlikdə Yusifin evinə getmişdir. Orada Yusiflə söhbət zamanı bildirmişdir ki, pul versə Vüsalı azadlığa buraxdıra bilər. O, Yusifin təklifi ilə razılaşmışdır. Əvvəlcə Sənan, daha sonra Fuad dediyi tanışına zəng edərək bu məsələ barədə söhbət etmiş, məsələnin mümkün olduğunu bildirmişdir. O, üzərində 1500 manat pul olduğunu demiş, Yusif isə “eybi yoxdur, hələlik bəri başdan 1500 manatı verək, qalanını sonra verərik” demişdir. Həmin gün Yusifə məxsus “VAZ 2107” markalı avtomobillə Tofiq Əsgərovla birlikdə Tovuz rayonundan Gəncə şəhərinə gəlib, saat 17 radələrində Gəncənin “çöl yolu” deyilən ərazisində, adını bilmədiyi kafelərin birində Yusifin tanışı olan Fuad (sonradan bilmişdir ki, onun adı İlhamdır) və Sənan adlı şəxslərlə, o cümlədən İlhamın öz sürücüsü kimi təqdim etdiyi, lakin adını bilmədiyi şəxslə görüşmüşlər. İlham özünü Ədliyyə Nazirliyində yüksək vəzifədə işləyən biri kimi təqdim etmiş, lakin Sənan harada işləyib-işləməməsi barədə heç bir söz deməmişdir. Oğlu Vüsalın 06 il 06 ay müddətinə azadlıqdan məhrum olunduğunu və apellyasiya şikayəti verdiyini bildirib, Vüsalın azadlığa çıxması üçün əlindən gələn qədər pul verəcəyini, bu məsələdə Yusifə güvəndiyini bildirmişdir. Yusif və İlham Vüsalın “türmədən” azadlığa buraxılacağına onu inandırmışlar. Bunun müqabilində ondan 13000 manat müqabilində pul istəmişlər. Üzərində olan 1500 manat pulu İlhama, o isə həmin pulu sürücüsü kimi təqdim etdiyi şəxsə avtomobilə qoyması üçün vermişdir. İlham ilə bir-birlərinin telefon nömrələrini götürmüşlər və evinə qayıtdıqdan sonra Tovuz rayon Qovlar şəhərində yerləşən digər evini 12.000 manata satmışdır. Bundan bir həftə sonra, günorta İlham ona zəng edib, Qazax rayonunda olduğunu, 13000 manatdan qalan pulu istəmişdir. Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən “Yeni Həyat” adlı restoranda İlham və Yusiflə görüşüb, əlbəəl olmaqla, bir dəfəyə 11000 manat məbləğində pulu İlhama vermiş, qalan 500 manat pulu isə tapa bilmədiyini deyib İlham və Yusifi razı salmışdır. Yusifin tanışı olan İlham 12.500 manat məbləğində pul vermişdir. Bir müddət sonra X77 rayon İbrahimhacılı kəndinə gəlib, onu çağırmışlar və oğlu Vüsalın işi ilə bağlı olaraq Bakı şəhərindən gəldiklərini bildirib, öz benzin pullarını ondan istədiklərinə görə o, elə orada 130 manat pulu Sənana vermişdir. Bundan bir ay sonra İlham ona zəng edib, verdiyi pulun yetərli olmadığını, daha 3000 manat pul lazım olduğunu demişdir. O, qohumlarının adına kredit götürüb İlhamın dediyi məbləğdə pulu hazırlamış və 2021-ci ilin iyun ayının ortalarında Yusifə zəng edib, bu barədə bildirmişdir. Yusif məsələdən xəbərdar olduğunu demiş o, həmin tarixdə Tovuz rayonu Öskən kəndinə Yusifin evinə gedib onun qızına əlbəəl 2000 manat pul vermişdir. 05 iyul 2021-ci il tarixdə İlham yenidən ona zəng edərək, verdiyi pullardan əlavə 3000 manat da pul istəmiş, pulu Yusifə verməsini bildirmişdir. Həmin gün saat 19:00 radələrində Tovuz-Ağbaşlar avtomobil yolunun Öskən kəndindən keçən hissəsində Yusiflə görüşüb, təklikdə ona əlbəəl 1500 manat pul vermişdir. Bir həftə sonra isə İlham yenə də zəng edib, pulun qalan hissələrini istəmiş, yenə də pulu Yusifə verməsini bildirmişdir. Tovuz-Ağbaşlar avtomobil yolunun İsakənd kəndindən keçən hissəsində Yusiflə görüşüb 1500 manat pulu təklikdə, əlbəəl Yusifə vermişdir. Bir həftə sonra İlham yenə də zəng edib, pulun geriyə qalan hissəsini istəmiş, yenə də pulu Yusifə verməsini istədiyi üçün saat 14 radələrində Tovuz rayon Əhmədabad kəndində Yusiflə görüşüb 1000 manat pulu təklikdə, əlbəəl Yusifə vermişdir. O, Yusifə pul verəndən müəyyən müddət sonra İlhamla əlaqə saxlamış, pulun ona çatıb-çatmadığını soruşmuş, sonuncu bütün pulların ona çatdığını bildirmişdir. Bundan xeyli vaxt keçməsinə baxmayaraq Yusif və İlham heç bir iş görməmiş, o aldadıldığını başa düşüb pulunu geri tələb etdikdə İlham və Yusif müxtəlif bəhanələr, yalan vədlər verərək hazırkı vaxta qədər ondan ələ keçirdikləri ümumilikdə 18500 manatı ələ keçirmiş, əlavə 130 manatı isə benzin-yanacaq pulu adı ilə aldadıb almışlar. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, 4900 manat İlham tərəfindən ona qaytarılmış, Yusif ona 6000 manat əvəzində maşınını vermiş, Təqsirləndirilən şəxs1 tərəfindən isə 1000 manat ona ödənilmişdir. O, Yusifin tutulmasını istəmir. Onun ziyanının qalan hissənin ödənilməsini istəyir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Əhmədabad kəndində yaşayır. Təqsirləndirilən şəxs5 əvvələr tanımamışdır. Aralarında narazılıq və ədavət olmamışdır. Əsgərova Mətanət onun qızıdır. Qızı 17 il əvvəl həmkəndliləri X48 ilə ailə həyatı qurmuş, onların iki oğlan övladları olmuşdur. Mətanət məhkəmədə uşaqlarına aliment və evə köçürmə tələbi ilə bağlı iddia qaldırmış, məhkəmə onun tələbini təmin etmişdir. Həmin qətnamənin icrasında problem olmuşdur. 2021-ci ilin yay aylarında yaşadığı kəndə çayxanada olarkən təsadüfən Təqsirləndirilən şəxs5la görüşüb söhbət etmişdir. Yusifə qızı Mətanətin problemlərindən danışmış, Yusif ona Fuad adlı şəxsin vasitəsi ilə bu məsələdə Mətanətə kömək edə biləcəyini bildirmişdir. Həmçinin Yusif onun yanında Fuad kimi tanıdıqları lakin, X41 olan şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və sonuncu bu barədə köməklik edə biləcəyini bildirmişdir. Yusif ona X52 rayonuna gələcəyini demiş, orada üzbə-üz görüşüb söhbət etməyi təklif etmişdir. O, razılaşmış, Yusifin idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə Yevlax rayonuna getmişlər. Yolun kənarında olan çayxanada söhbət zamanı İlham Qənizadə kimləsə bu məsələ haqqında mobil telefon vasitəsi ilə danışıb məsələnin həlli üçün 3500 manat pul lazım olduğunu demişdir. O, 3000 manat verə biləcəyini demiş, İlhamla danışıb razılaşmış, 2-3 günə 1000 manat pul düzəldib verəcəyini, qalan pulu isə Mətanətin xeyrinə məsələ həll edildikdən sonra verməyi razılaşmışlar. 2-3 gün sonra Tovuz rayon Dönük Qırıxlı kəndi ərazisində yerləşən kafedə arvadı X18 ilə birlikdə Təqsirləndirilən şəxs5la görüşüb 1000 manat pulu Təqsirləndirilən şəxs5 vermiş, Yusif isə İlhama zəng edərək 1000 manatı alması barədə məlumat vermişdir. Bundan bir həftə sonra Təqsirləndirilən şəxs5, İlham Qənizadə və yanlarında olan adını bilmədiyi bir nəfər şəxslə birlikdə onun evinə qonaq gəlmişlər. İlham onlara Mətanətin xeyirinə olan qətnaməni Tovuz rayonunda icra etdirəcəyini bildirmiş və evdə yeyib içdikdən sonra çıxıb getmişlər. Bir müddət sonra İlhamla telefon vasitəsi ilə danişmış, İlham ona Tovuz rayon İcra və Probasiya şöbəsinə icra vərəqəsi göndərildiyini bildirmiş, o, icra şöbəsinə getmiş, Mətanətin işi ilə bağlı heç bir icra vərəqəsi gəlmədiyini öyrənmişdir. O, aldandığını bilmiş, İlhamla telefonla əlaqə saxlaya bilməmiş, Yusifin yanına getmişdir. Yusif İlhama zəng edərək bu barədə bildirmiş, sonra Yusif tezliklə məsələnin həll olacağını bildirmişdir. İlham ona 500 manat qaytarmış, Yusif isə qalan pulu qaytarmır. O, da Yusifin tutulmasını istəmir və ziyanın ödənilməsini istəyir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Çeşməli kəndində yaşayır və Gədəbəy rayonu Tikdaş kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan fermer təsərrüfatında çobanlıq edir. Yaz-yay aylarında Gədəbəy rayonu Novo-Saratovka kəndi ərazisində Zərərçəkmiş şəxs1 məxsus fermada heyvan saxlayır və fermadakı olacaqda yaşayır. Heyvanlar 2021-ci ilin oktyabr ayından qış otlaq sahəsi olan Tovuz rayon ərazisində yerləşən Ceyran çöl qış otlaq sahəsinə aparmış və Akifə məxsus fermada heç kim qalmamışdır. Fermanın qapıları bağlı olmaqla Akif hərdən fermaya baş çəkmək üçün getmişdir. 07 fevral 2022-ci il tarixdə günorta saatlarında Akif həmin fermaya baş çəkmək üçün getmiş və fermaya çəkdiyi aliminum materialından olan elektirik naqilinin kəsilib oğurlanmasını, fermaya baxış keçirərkən yaşadıqları otağın bir pəncərəsinin qırılmasını görmüşdür. Bu barədə ona məlumat vermişdir. Onun bir ədəd elektrik yemək isidən, bir ədəd elektrik samovar, bir ədəd elektrik çörək bişirən, bir ədəd elektrik qazan və bir ədəd yemək bişirmək üçün nəzərdə tutulmuş üç gözlü qaz plitəsi, bir ədəd aliminum materialından hazırlamış, 3 litir su tutarı olan, itlərə yem vermək üçün istifadə etdiyi qazan və bir ədəd 4 litrlik su tutarı olan, itlərə yem vermək üçün istifadə etdiyi alimunum qazan oğurlanmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Tovuz rayon Aşağı Öysüzlü kəndində yaşayır və Tovuz rayon “Nəsimi Ticarət Mərkəzi” də yerləşən yeməkxanada aşpaz işləyir. Təqsirləndirilən şəxs5 2020-ci ilin iyun ayında onun işlədiyi yeməkxanaya gəlib yemək yeyərkən tanış olmuş, əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. Yusiflə işlədiyi yeməkxanada söhbət edərkən pensiyaya çıxmaq niyyəti olmasını bildirmiş, Yusif “mən elə bu işlərlə məşğulam, tanışım var sənə xəstəliyə görə pensiya düzəldə bilərəm” deyib, bunun üçün 3000 manat pul istəmişdir. Pensiya kartı ona verilənədək Yusifə ilkin olaraq 2000 manat, kartı götürəndən sonra isə 1000 manat məbləğində də pul verməyi razılaşmışdır. Bir-birlərinin mobil telefon nömrələrini əlaqə saxlamaq üçün götürmüşlər. Bundan sonra 2020-ci ilin iyul ayının əvvəllərində Yusif onun işlədiyi yeməkxanaya gəlib, təklikdə görüşmüş və o, əlbəəl 1500 manat məbləğində nağd pulu ona vermişdir. Qalan 1500 manat pulu isə pensiya kartı gəldikdən sonra verəcəyinə vəd vermişdir. 2020-ci ilin oktyabr və ya noyabr ayında Təqsirləndirilən şəxs5 onun yaşadığı evə gəlib, pul lazım olduğunu, onu Bakıdan sıxıb, tələsdirib pul istəmələrini deyərək qalan pulu verməsini istəmişdir. Növbəti gün saat 10 radələrində Yusiflə əlaqə saxlayıb, yeməkxanasında görüşərək ona təklikdə 500 manat da pul vermişdir. 2021-ci ilin yanvar ayında Yusifdən pensiya kartını tələb edəndə mart ayında alacağını bildirib ondan gözləməsini istəmişdir. 2021-ci ilin mart ayında Yusifə bu işin əvvəlcə aprel ayında, daha sonra isə may ayında həllini tapacağını bildirdikdə o xeyli müddət keçməsini, lakin pensiyasının düzəlməməsini Yusifin onu aldadaraq pulunu ələ keçirməsini görüb şikayət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, əri Amil Məmmədovdan rəsmi olaraq boşanmış, həmin evlilikdən Rəhim Məmmədov və Turqay Məmmədov adlı oğlan övladları var. Uşaqları ilə birlikdə Binəqədi rayonu Hökməli qəsəbəsində özünə məxsus evdə yaşayır. Tovuz rayon Qəribli kənd sakini Təqsirləndirilən şəxs2 Hövsan qəsəbəsində yerləşən Sənan marketdə satıcı işləyən zaman tanımış və 2021-ci ilin dekabr ayında həmin marketdən işdən çıxmışdır. Həmin ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ona zəng edib, hal əhval soruşmuş, o, işsiz olduğunu və iş axtardığını demiş, yanında olan tanışının ona yaxşı yerdə işə düzəldə biləcəyini demiş və telefonu Təqsirləndirilən şəxs5 vermişdir. Yusif adlı şəxs onun harada işləmək istədiyini soruşmuşdur. Dövlət işində işləmək istədiyini demiş, Yusif ondan Fövqəladə Hallar Nazirliyində işləyib işləyə bilməyəcəyini soruşduqda razı olduğunu demişdir. Səhəri gün Təqsirləndirilən şəxs2 ona Fövqəladə Hallar Nazirliyində operator kimi işə düzəlmək üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. O həmin məbləğə gücü çatmadığını demiş, Yusifin beh kimi 1000 manat pul istədiyini bildirmişdir. İzzətə 800 manatı olduğunu demiş, onunla razılaşmışdır. 18 dekabr 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 onun evinə gəlmiş, o, 700 manat pul və içərisində 100 manat pul olan “Unibank” ın Albalı kartını Təqsirləndirilən şəxs2 vermişdir. İzzət yeni il bayramından sonra işinin düzəlcəyini demişdir. Bundan sonra mütəmadi İzzət ilə telefon vasitəsilə əlaqə saxlamış və sonuncu hər dəfə ona müxtəlif bəhanələr danışmışdır. Bundan sonra o, İzzət və Təqsirləndirilən şəxs5 tərəfindən aldadadıldığını başa düşüb Binəqədi RPİ-nə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Tikdaş kəndində yaşayır və fərdi əməklə məşğul olur. Gədəbəy rayon Novosaratovka kəndi ərazisində özünə məxsus ferma olmaqla yaz-yay aylarında orada özünə və heyvanlarına çobanlıq edən Zərərçəkmiş şəxs2 məxsus heyvanları orada saxlamışlar. Heyvanlar 2021-ci ilin oktyabr ayından qış otlaq sahəsi olan Tovuz rayon ərazisində yerləşən Ceyran çöl qış otlaq sahəsinə aparıdıqdan sonra fermada heç kim olmamış, fermanın qapıları bağlı olmuşdur. Bəzi vaxtlar fermaya baş çəkmək üçün gedibgəlmişdir. 07 fevral 2022-ci il tarixdə günorta saatlarında fermaya baş çəkmək üçün getmiş və fermaya çəkdiyi aliminum materialından olan elektrik naqilinin kəsilməsini aşkar etmişdir. Sonra fermaya baxış keçirib, çobanın yaşaması üçün nəzərdə tutulmuş otağın bir pəncərəsinin qırıldığını, digər olacağın qapısının qıfılının qırıldığını və qapının açıq olduğunu, açıq qapıdan girdiyində həmin otaqdan çoban Zərərçəkmiş şəxs2 məxsus olan bir ədəd televizorun, bir ədəd yemək bişirmək üçün nəzərdə tutulmuş üç gözlü qaz sobasının, bir ədəd elktirik çaynikinin və bir ədəd elektrik nəhrə aparatının yerində olmadığını görmüşdür. O, bu barədə Gədəbəy rayon X79 X45 müraciət etmişdir. 2005-ci ildə çəkdiyi aliminum materialından olan elektirik naqilinin ümumi uzunluğu 700 metr olmuş və ona 800 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə göndərərək, ona dəymiş ziyanın ödənildiyini və şikayətinin olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Novo Saratovka kəndində yaşayır və fərdi əməklə məşğul olur. Özünə məxsus 1,30 ha torpaq sahəsi üçün 2021-ci ilin sentyabr ayında dövlət tərəfindən ona 8 kisə Rusiya Federasiyasında Nevinnomısk Azot şirkətində istehsal olunmuş 50 kiloqramlıq Azot gübrəsi verilmişdir. Gübrənin bəs etmiyəcəyini düşünüb bir kisəsini 30 manatdan olmaqla 12 kisə eyni markalı gübrədən yenidən almış və gübrələri əkin vaxtı əkin sahəsinə vermək məqsədilə yaşadığı evinin həyətində yerləşən təssərrüfat təyinatlı tikilinin içərisinə yığmışdır. 2022-ci ilin fevral ayının əvvəllərində gübrələri yığdığı yerə baş çəkən zaman ilkin olaraq 3-4 kisə gübrənin yerində olmadığını müəyyən etsə də gübrələri kiməsə verdiyini düşünüb səthi yanaşmışdır. Bundan bir neçə gün sonra yenidən gübrə yığdığı yerə baş çəkən zaman tikilinin girişində olan taxta qapının üzərində olan açarla bağlamadığı qıfılın açıq olmasını görüb, içəri baxış keçirərkən oraya yığdığı 20 kisə gübrədən 4 kisə gübrə qalmasını müəyyən etmişdir. Buna görə də oğurluq barədə Gədəbəy rayon X75 X45 bu barədə ərizə ilə müraciət etmişdir. Gübrələrin oğurlanması nəticəsində ona 480 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Novo Saratovka kəndində yaşayır və fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs3 həmkəndlisidir. Tovuz rayon Öskən kənd sakini Təqsirləndirilən şəxs5 əvvəllər tanımamış və sonuncular ilə arasında ədavət, narazılıq baş verməmişdir. Yaşadığı kəndin ərazində payızlıq taxıl məhsulu əkmiş və həmin sahəyə gübrə vermək lazım olduğu gübrə satışı ilə məşğul olan şəxslərə bu barədə məlumat vermişdir. 2022-ci ilin yanvar ayında həmkəndlisi olan Arıx ləqəbli Rauf Quliyev ona zəng edərək azotdu ağ gübrə olmasını, bir kisəsini 25 manata verdiyini bildirmişdir. Raufla öz aralarında danışıb, kisəsinin birini 20 manatdan olmaqla almağa razılaşmışdır. Həmin gün hava qaralan vaxtı Rauf həmin gün tanış olduğu Təqsirləndirilən şəxs5 və yanlarında olan bir nəfər tanımadığı şəxslə birlikdə göy rəngli VAZ-21074 markalı avtomobilə evinə gəlmişlər. Yusifin taksi sürücüsü kimi gəlməsini başa düşmüş və Rauf Quliyev 3 ədəd 50 kiloqramlıq kisədə olan gübrələri həmin avtomobilin yük yerindən düşürərək onun yaşadığı evin həyətinə yığmışlar. 3 kisə gübrə üçün Raufa 60 manat pul vermişdir. Bundan bir-iki gün sonra Rauf ona zəng edərək yenidən gübrə lazım olub-olmadığını soruşmuş və o, iki kisə gübrə lazım olduğunu demişdir. Bundan 2 gün sonra Rauf taksi sürücüsü Təqsirləndirilən şəxs5 idarə etdiyi göy rəngli VAZ-21074 markalı avtomobilə yenidən onun ünvanına 2 ədəd 50 kiloqramlık kisədə azot gübrəsi gətirmişdir. Raufdan nə üçün axşam vaxtı gətirdiyini soruşduqda sonuncu ona Təqsirləndirilən şəxs3 işlətdiyi kafedə kababçı işlədiyini sonuncunun iş vaxtı ona getməyə icazə vermədiyini bildirmişdir. Həmin iki kisə gübrə üçün Raufa 40 manat pul vermişdir. Bundan 20-25 gün sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşadığı evə gələrək Rauf Quliyevin ona satdığı gübrələri həmkəndliləri Paşa ləqəbli Zərərçəkmiş şəxs3 məxsus anbardan oğurlanılaraq ona satılmasını bildirib, həmin gübrələri geri verməsini istəmişlər. Gübrələr üçün Rauf Quliyevə 100 manat pul verdiyini həmin pulu geri aldıqdan sonra gübrələri qaytaracağını bildirmişdir. Bundan bir müddət sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları evinə gəlib, Rauf Quliyevdən əldə etdiyi gübrələrin oğurluq olmasını bildirmişdir. Bundan başqa Rauf Quliyev ona gübrələrin onun pay torpaq sahəsinə dövlət tərəfindən verildiyini bildirmişdir. Ümumilikdə 5 ədəd 50 kiloqramlıq kisədə istehsal firması yadında qalmayan azot gübrəsini Raufdan almış və sonuncunun başqa kiməsə gübrə satmaları barədə məlumatı olmamışdır. Rauf Quiyev gübrələri gətirən zaman hava qaranlıq olduğu üçün Yusifin avtomobilinin arxa oturacağında əyləşmiş digər şəxsin kim olmasını görməmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşayır, ailəsinin dolanışığı üçün fərdi əməklə məşğul olur. Köhnə dəmir və metalların alqı satqısı ilə məşğul olur. Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Tovuz rayonu Öskən kənd sakini Təqsirləndirilən şəxs5 əvvəllər tanımamış, onlarla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 06 fevral 2022-ci ildə həmkəndlisi və yaxın dostu Ramin Mehman özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək aliminium metal olduğunu, alıbalmayacağını soruşmuşdur. Əvvəl pulu olmadığı üçün ala bilməyəcəyini dedikdə Ramin eybi yoxdur pulunu sonra da verə bilərsən demişdir. Ramin həmkəndlisi və yaxını olduğuna görə ona inanmışdır. Həmin vaxt Ramin yanında olan həmin gün ilk dəfə gördüyü Rasim adlı şəxsin idarə etdiyi VAZ-2107 markalı avtomobillə Əyyublu kəndində yanına gəlmişdir. Raminlə gələn Rasim adlı şəxsin gətirmiş olduğu əzilmiş vəziyyətdə olan aliminium məftilləri və iki ədəd 3-4 letrlik alminium qazanları çəkmiş, həmin aliminum metalın çəkisi cəmi 48 (qırx səkkiz) kq olmuşdur. Həmin 48 (qırx səkkiz) kq aliminium üçün mən Raminlə gələn Rasim adlı şəxsə 96 (doxsanaltı manat pul vermişdir. Sonra Rasimdən aldığı aliminum məftili və qazanları həmin gün Gəncə şəhərinə aparmış, orada metal alqı-satqısı ilə məşğul olan Eldəniz adlı şəxsə 150 (yüz əlli) manata satmışdır. Sonra qayıdıb yaşadığı kəndə Əyyublu kəndinə gəlmişdir. Rasim adlı şəxsin gətirib satmış olduğu aliminium məftilin və iki ədəd aliminium qazanın oğurluq olmasını bilməmişdir. Şahid8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu Əyyublu kəndində yaşayır, heç bir yerdə işləmir, ailəsinin dolanışığı üçün avtomobil təmiri ilə məşğul olur. Gədəbəy rayonu Novo Saratovka kəndində yaşayan Təqsirləndirilən şəxs3 iki il əvvəl avtomobilini yanına təmir gətirən zaman tanımışdır. 06 fevral 2022-ci il tarixdə təxminən saat 10 radələrində Təqsirləndirilən şəxs3 VAZ-2107 markalı avtomobillə işlədiyi sexə gəlmişdir. Söhbət əsnasında köhnə aliminium metal tullantılarının olduğunu deyib metal alqı-satqısı ilə məşğul olan şəxs axtardığını demişdir. Həmin vaxt istifadəsində olan 051- 505-81051 saylı mobil nömrədən tanışı Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək aliminium metal olduğunu və alıb-almadığını soruşmuşdur. Həmin vaxt avtomobil sahibi onun sexində qalmış, Rasimlə birlikdə onun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Əyyublu kəndinə Yusifin yanına getmişdir. Yusif Raminin gətirmiş olduğu əzilmiş vəziyyətdə olan aliminium məftilləri və iki ədəd 3-4 litrlik aliminium qazanları çəkmiş, həmin aliminium metalın çəkisi 48 kiloqram olmuşdur. Həmin 48 kiloqram aliminium üçün Rasimə 96 manat pul vermişdir. Sonra Rasim onu gətirib sexinə düşürüb getmişdir. Rasim adlı şəxsin gətirib Yusifə satmış olduğu aliminium məftilin və iki ədəd aliminium qazanın oğurluq olmasını bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 07 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Novo Saratovka kəndində yerləşən vətyəndaş Zərərçəkmiş şəxs1 məxsus fermadır. Hazırda fermada yaşayış və mal-qara yoxdur. Fermanın 35 met uzunluğunda çardağı vardır, çardağın hər iki baş tərəfində yaşayış üçün otaqlar vardır. Çardağın sol tərəfində olan otağın qapısının qıfılı sındırılmış vəziyyət olmaqla açıq vəziyyətdədir. Həmin otağın içərisində 2 ədəd dəmir çarpayı və məişət əşyaları vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin otaqdan 1 ədəd televizor, 1 ədəd elektrik sobası, 1 ədəd elektrik qazanı, 1 ədəd samovar, 1 ədəd qaz peçi və çardağın qarşısından fermaya dəmir dirəklərlə çəkilmiş 750-800 metr uzunluğunda elektrik naqilinin kəsilib oğurlandığını bildirmişdir. Hadisə yerinə baxış keçirilən zaman hadisənin yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. - İfadənin yerində yoxlanılması haqqında 05 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə hadisə yerində ona məxsus fermadan kəsilib aparılmış elektrik naqillərinin kəsildiyi yerlər ölçülmüş və 700 metr uzunluğunda AC-35 markalı içərisi aliminium olan elektrik naqilinin kəsilməsi müəyyən edilmiş, eyni zamanda Zərərçəkmiş şəxs1 fermada olan yaşayış otağından çobanı Zərərçəkmiş şəxs2 məxsus məişət əşyalarının oğurlandığı yerləri ardıcıl olaraq göstərmişdir. - hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Qaraməmmədli-Şınıx avtomobil yolunun Novo Saratovka kənd ərazisində keçən hissəsində yolun sağ kənarında yolun hərkətə hissəsindən 50 metr kənarda yerləşən bir mərtəbəli qırmızı kərpicdən tikilmiş tikilidir. Tikilinin giriş qapısı taxta materialından olan bir taxtalı qapıdır. Tikilinin içərində müxtəlif təyinatlı məişət əşyaları vardır. Tikilinin içərində girişdən sağ tərəfdə 4 ədəd kisədə gübrələr onların yanında iki kisə üzərində “Ak Deniz” yazıları olan kisələr vardır. Kisələr taxta materialların üzərinə yığılmışdır. - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 aprel 2022-ci il tarixli 9/2197 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş nümunəyə əsasən üzərində markalanma yazısı olmayan, izoliyasyasız, 7 damarı burulmuş məftil şəkillərində olan, alüminum əsaslı ərintidən hazırlanmış AC-35 tipli, 700 metr uzunluğunda elektirik naqilinin 2022-ci ilin fevral ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 290.00 manat müəyyən olunur. O cümlədən; 01 ədəd Türkiyə istehsalı Eurolux firmasından olan elektirik yemək isidən- 70, 00 manat, 01 ədəd Türkiyə istehsalı Qalaxy firmasından olan elektirik çörək bişirən – 80,00 manat, 01 ədəd Türkiyə istehsalı Qalaxy firmasından olan, 07 litrlik samovar – 40,00 manat, 01 ədəd Türkiyə istehsalı Qalaxy firmasından olan elektirik qazan – 60, 00 manat, 01 ədəd Türkiyə istehsalı Qalaxy firmasından olan 03 gözlü yemək bişirən qaz piltəsi – 40, 00 manat. Qeyd olunan xüsussatla müvafiq qaydada aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət mərkəzlərində, yerli internet saytlarında mövcüd olan qiymətlərdən, eləcədə mərkəzdə olan məlumatlardan istifadə etməklə, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında üzərində markalanma yazısı olmayan, izolasiyasız, 7 damarla burulmuş, məftillər şəklində olan aliminum əsaslı ərintidən hazırlanmış AC-35 tipli, 700 metr uzunluğunda eletirik naqilinin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 350,00 (700 x 0,50) manat, təqdim edilməyən istifadə olunmuş 5 adda malların nəzəri qaydada ümumi qiymətləri təxminən 290, 00 manat müəyyən olunmuşdur. - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2022-ci il tarixli 9/3118 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 kisə Rusiya Federasiyasında “Nevinnomisk Azot” şirkətində istehsal olunmuş 50 kiloqramlıq azot gübrəsinin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 30,0 manat, 16 kisə 480,0 manat müəyyən edilir. - məhkəmə-psixatriya ekspertizasının xx.xx.2022-ci il tarixli 09 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 hazırkı cinayət əməlini törədərkən və hal-hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müainə məqsədilə onun statsionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 83 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 hal-hazırda “Paranoid Şizofreniya” müəyyən edilir. Təqsirləndirilən şəxs4 törətdildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 hal-hazırkı müayinə zamanı paranoid şizofreniya xəstəliyinə xas əlamətlər aşkar olunur. Buna baxmayaraq, Təqsirləndirilən şəxs4 müşahidə olunan paranoid şizofreniya xəstəliyinin gedişində tam remissiya vəziyyəti olması səbəbindən həmin şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs4 hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2.-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. - Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X9 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2020-ci il tarixdən etibarən sıx əlaqə olmuş və mütəmadi telefon danışıqları baş tutmuşdur. Həmçinin baxış zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs5 atası Şahid1 istifadədində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs5 qeyd olunan mobil telefon arasında, adları çəkilən şəxslərin ifadələrində göstərdikləri tarixlərə uyğun olaraq mütəmadi olaraq telefon danışıqları olmuşdur. Bununla yanaşı baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs5 qeyd olunan mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən etibarən mütəmadi telefon danışqları baş tutmuşdur. Həmçinin cinayət işi üzrə Zərərçəkmiş şəxs4 istifadəsindəki ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs5 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdən etibarən həmin şəxslərin bir-biri ilə sıx əlaqədə olması aşkar edilmişdir. Baxış zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs10 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs5 istifadəsindəki yuxarıda qeyd olunan mobil nömrə arasında istər 2020-ci ildə, istərsə də 2021-ci il tarixdə mütəmadi telefon danışıqlarının baş tutması müəyyən edilir. Həmçinin baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə cinayət prosesinin digər iştirakçısı X21 istifadəsində olan ***-***-**-** və ***-***- **-** saylı nömrələr, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında yuxarıda göstərilən tarixlərə uyğun olaraq mütəmadi telefon danışıqları baş tutmuşdur. - Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət prosesinin iştirakçısı olan Təqsirləndirilən şəxs5 istifadəsindəki ***-***-**-** saylı mobil nömrəsi ilə cinayət prosesinin digər iştirakçısı X21 istifadəsindəki ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri arasında ifadələrdə göstərilən tarixlərə uyğun olaraq mütəmadi olaraq telefon danışıqları baş tutmuşdur. Eyni zamanda həmin CD diskə baxış zamanı müəyyən edildi ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərin ifadələrinə uyğun şəkildə, adları çəkilən şəxslərin ifadələrində göstərilən yerlərdə olmaları və onların istifadələrində olan mobil cihazların da həmin ərazidə fəaliyyət göstərən antennaların əhatə dairəsində olmaları ilə öz təsdiqini tapmaqdadır. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi, Zərərçəkmiş şəxs5 istifadəsindəki ***-***-**-**, sonuncunun atası Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi, Zərərçəkmiş şəxs8 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi və Zərərçəkmiş şəxs4 istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsi ilə cinayət prosesinin iştirakçısı olan X21 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə arasında adları çəkilən şəxslərin ifadələrində göstərdikləri tarixlərə uyğun şəkildə mütəmadi telefon danışıqları olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 yol hərəkəti və nəqliyyat İstismarı qaydalarını pozduğuna görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham olunaraq Kürdəmir rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun məhkumluğu yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statitstik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət işinin icraatına xitam verilmiş və o cinayət məsuluyyətindən azad edilmişdir. Bundan əlavə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Onun məhkumluğu yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olmamışdır. - Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında Gədəbəy rayon Polis şöbəsinin müstəntiqi X22 xx.xx.2023-cü il arixli qərarından görünür ki, 10 dekabr 2022-ci il tarixdə ********* saylı cinayət işindən X32 barəsində CM-nin 177.2.1-ci və 177.2.3-cü maddəsi ilə, X21 barəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış, cinayət işi üzrə X41 tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 4900 manat, Zərərçəkmiş şəxs4 5000 manat ziyandan 3000 mantını, Zərərçəkmiş şəxs5 2000 manat, Zərərçəkmiş şəxs7 500 manat, əlavə olaraq X16 1001 manat, 626 manat, 251 manat, 126 manat və 251 manat ödənildiyindən barəsində olan cinayət təqibinə hissəvi xitam verilmişdir. - 19063 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən dövlət büdcəsinə 132.50 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə istintaqı gedişində müəyyən edildi ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri X14 11 iyul 2023-cü il tarixdə həqiqi hərbi xidmətə getmişdir. Azərbaycan Respublikası CPM-nin 50.1-ci madəsinə əsasən, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirak etmiş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxs digər şəxslərlə birlikdə cinayət təqibinə məruz qalarsa, onun barəsindəki icraat ibtidai araşdırma zamanı mümkün qədər ayrıca icraata ayrılmalıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, cinayət təqibi üzrə icraatın ayrılması müstəntiqin, prokurorun və ya məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə digər təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxslərin və digər cinayət prosesi iştirakçılarının hüquqlarının təmin edilməsi, cinayət işi üzrə tədqiq olunmalı sübutların mühüm hissəsinin araşdırılmaqla tədqiq olunduğunu, Z.B.Həsənzadə barəsində ayrıca cinayət işinin ayrılmasının digər təqsirləndirilən şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığını, eləcə də ittiham tərəfinin vəsatətini, bunu müdafiə edən müdafiə tərəfinin fikrini nəzərə alaraq cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X14 barəsində ayrıca icraata cinayət işinin ayrılması barədə qərar qəbul etmişdir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 178.2.1, 178.2.2, 178.2.4-cü, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1-ci, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən eirafları ilə yanaşı, məhkəmə iclasında alınmış zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, elan olunaraq tədqiq olunmuş ekspert rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş mötəbər sübutların məcmusu ilə təsdiq edilir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 “elektrik yemək isidə sobanı, elektrik çörək bişirəni, elektrik samovarı, elektrik qazanı, üç gözlü yemək bişirən qaz piltəsini, alüminium materialından hazırlamış 3 litr su tutarı olan qazanı, alüminium materialından hazırlanmış 4 litirlik su tutarı olan qazanı oğurlamamaları” barədə ifadələrinə tənqidi yanaşır, həmin ifadələri onların özünü müdafiə cəhdi kimi qiymətləndirir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və A.Tomiyevin ifadələri, şahid ifadələri, onların ifadələrini tamamlayan və üst- üstə düşən hadisə yerinə baxış istintaq hərəkəti protokolu və digər sübutlarla təkzib edilir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs5 əməlinin Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 178.2.1, 178.2.2, 178.2.4cü, Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası CM-in 178.2.1-ci, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərinin Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilməsi ilə razılaşır. Ona görə də onlar həmin maddələrlə təqsirli bilinməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilib-edilməməsi, təyin ediləcək cəzanın növü və həddi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə himayəsində bir nəfər azyaşlı uşaq olmasını, 2-ci qrup əlil olmasını, dəymiş zərərin qismən ödənilməsini Təqsirləndirilən şəxs5, özünə aid hissədə dəymiş zərərin tam ödənməsini, cinayət əməlini yetkinlik yaşına çatmadığı vaxtda törətməsini Təqsirləndirilən şəxs2, oğurluq cinayətləri üzrə dəymiş ziyanın tamamilə ödənilməsini, zərər çəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzaslarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, eləcə də onların əməlində cəzanı yüngülləşdirən halların olduğunu və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alıb belə hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən islah etmək mümkündür, ona görə də onlara cinayət hadisəsi törədərkən qüvvədə olan cinayət qanununun sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməsi cəzanın məqədlərinə nail olunması baxımındanda yetərlidir. Eləcə də, məhkəmə qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs2 cinayət törədərkən yetkinlik yaşına çatmadığından ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 84-92-ci maddələrində nəzərdə tutulan xüsusiyyətlər də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işi materiallarından görünür ki, Gədəbəy rayon Polis şöbəsinin istintaq bölməsinin qərarları ilə Təqsirləndirilən şəxs5 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək, Təqsirləndirilən şəxs3 17 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək, Təqsirləndirilən şəxs2 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək, Təqsirləndirilən şəxs4 17 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş, eləcə də Əliyev X49 rayon Məhkəməsinin qərarı ilə 30 mart 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 gün müddət, Təqsirləndirilən şəxs2 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 gün müddət, Təqsirləndirilən şəxs4 17 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 gün müddət, Təqsirləndirilən şəxs3 17 fevral 2022ci il tarixdən 19 fevral 2022-ci il tarixədək tutulduğu 3 gün müddət, 30 mart 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 138 gün, cəmi 141 gün həbsdə və ev dustaqlığında qaldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının bir günü həbsdə saxlamanın iki gününə bərabər tutulmaqla onlara təyin edilmiş cəzadan çıxılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbiri və Təqsirləndirilən şəxs3 barəsində olan ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, belə nəticəyə gəlir ki, onun cinayət məsuliyyətindən azad olması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri iqtisadi cinayətlər olmaqla mülkiyyət əleyhinə cinayətlərdir. Bu cinayət əməlləri iştirakçılıqla törədilmişdir və odur ki, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən paylarının müəyyən olunması zəruridir. İttiham tərəfindən Təqsirləndirilən şəxs1 iştirakçiliqla törədilən dələduzluq cinayətində payı 4000 manat məbləgində müəyyən edilsə də, məhkəmə iclasında bu hal təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat zamanı verdiyi, həm də məhkəmə iclasında verdiyi ifadəsində Gəncə şəhərində çöl yolu deyilən yerdə kafedə İlham, Yusif, Nürəddin Məmmədov və adını bilmədiyi daha iki nəfər şəxslərlə bir masada əyləşdiklərini, Nürəddinin 1500 manat pul çıxarıb Təqsirləndirilən şəxs5 verdiyini, Yusifin həmin 1500 manatdan ona 400 manat pul verdiyini, eləcə də, həmin həftənin bazar günü İlham Qənizadə ilə Tovuz rayonuna gəzməyə getdiyini, orada “Bəhrəm Təpə” restoranında Nurəddinin oğlundan 130 aldığını qeyd etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 müxtəlif vaxtlarda ifadələr alınmış, yalnız sonuncu dəfə verdiyi ifadəsində sonradan Təqsirləndirilən şəxs1 4000 manat verdiyini bildirmiş, məhkəmə iclasında ifadəsində Nurəddindən alınmış puldan cəmi 6000 manat verildiyini bildirdiyi halda, sonradan 4000 manatı nə üçün hansı iştiraka görə Təqsirləndirilən şəxs1 verdiyini əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, İlham Qənizadə ilə tanışlıq üçün vasitəçilik edən, faktiki olaraq X70 Qənizadə ilə ilk dəfə tanış etdikdən sonra verilmiş 1500 manat puldan və 130 manat puldan başqa, digər pulların alınmasında iştirakdan kənarlaşdırılmış heç bir rolu olmayan şəxsə 4000 manat pulun sonradan verilməsi inandırıcı və ağlabatan deyildir. Məhkəmə hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs5 vurulmuş zərərin bir hissəsindən yaxa qurtarmaq, bununla da məsuliyyətini yüngülləşdirmək məqsədi daşayır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında bu iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq onun cinayətin törədilməsində payı 530 manat təşkil edir ki, bu məbləğ də zərər çəkmiş şəxsə ödənilmiş, zərər çəkmiş şəxs ondan şikayət və tələbinin olamamasını bildirmişdir. Eləcə də, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir və bu barədə qəbz məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs1 CM-nin 73-1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanın onun payına düşən hissəsini ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin məhkəməyədək icraat zamanı toplanmış, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə elan olunmuş ittihamla razılaşmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsinə əsasən, on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə cinayət məsuliyyəti yaradır. Qeyd olunan cinayətin obyektini yetkinlik yaşına çatmayanların normal inkişafı, tərbiyyəsi, onların şəxsiyyətinin formalaşmasnın mənəvi-əxlaqi tərəfi ilə əlaqədar ictimai münasibətlər təşkil edir. Cinayətin obyektiv cəhətini yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmədə ifadə olunur. Eləcə də, bu cinayət formal tərkibli cinayətdir. Cinayətin subyekti xüsusu subyekt olmaqla yetkinlik yaşına çatmış anlaqlı şəxsdir. Subyektiv cəhətinə görə bu cinayət birbaşa qəsdlə törədilir. Təqsirləndirilən şəxs5 hərəkətlərində CM-nin 170.1-ci maddəsinin bütün tərkib əlamətləri olması məhkəmə iclasında tədqiq olunmuş sübutlarla sübuta yetmir. Belə ki, Təqsirləndirilən şəxs5 oğu məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 cinayətə cəlb etmədiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Ağaməməd qızını əvəllər tanımadığını, onunla İzzət vasitəsilə tanış olduğunu, Ramaləni işə düzəltmək üçün ilk olaraq İzzətin ona zəng vurduğunu, uzaq qohumu olsa da, İzzətin yetkinlik yaşına çatmadığını bilmədiyini, şikayət olduqdan sonra bu barədə məlumatı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 da ifadəsində Zərərçəkmiş şəxs6 Ağaməməd qızının onun tanışı olduğunu, işsiz olduğundan ona köməklik etmək istədiyini, Ramalənin işə düzəldilməsi üçün Yusifə zəng etdiyini, ona Təqsirləndirilən şəxs5 tərəfindən hər hansı vədlər verilmədiyini və hədə-qorxu gəlinmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində danışıqların İzzətlə apardığını, Təqsirləndirilən şəxs2 onun evinə gəldiyini, 700 manat pul və içərisində 100 manat pul olan “Unibank” ın Albalı kartını Təqsirləndirilən şəxs2 verdiyini, İzzətin ona yeni il bayramından sonra işinin düzəlcəyini deməsini, mütəmadi İzzət ilə telefon vasitəsilə əlaqə saxladığını, İzzətin hər dəfə ona müxtəlif bəhanələr danışdığını bildirmişdir. Bu da onu sübut edir ki, Təqsirləndirilən şəxs2 əvvəlcədən Zərərçəkmiş şəxs6 aldatmaq niyyəti yaranmış, bu niyətlə Təqsirləndirilən şəxs5la əlaqəyə girərək qrup təşkil edərək dələduzluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs5 tərəfindən aldadılması, ona vədlər verilməsi və ya hədəqorxu gəlinməsi məhkəmə iclasında tədqiq olunmuş heç bir sübutla təsdiqini tapmır. İstintaq orqanının Təqsirləndirilən şəxs2 cinayətkar fəaliyyətə cəlb etməsi barədə gəldiyi nəticə ehtimallara, yəni qohum olduğuna görə yetkinlik yaşına çatmasını bilmək ehtimalına əsaslanmışdır ki, bu da Təqsirləndirilən şəxs5 CM-nin 170.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirləndirilməsi üçün qanuni əsaslar və sübut hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) . Azərbaycan Respublikası CPM-nın 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nın 145.3-cü maddəsində qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nın 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Əsas Qanunun bu müddəası Azərbaycan Respublikası CPM-nın 21-ci maddəsində də daha geniş formada əksini tapmışdır. Həmin maddədə də qeyd olunur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsiri olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunmalıdır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Odur ki, məhkəmə CM-nin 170.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi epizodu üzrə bütün qeyd olunan ziddiyyətli və şübhə doğuran halların təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilməsini əsas götürərək, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs5 əməlində Azərbaycan Respublikası CM-in 170.1-ci maddəsinin tərkibi yoxdur və ona həmin maddə ilə bəraət verilməlidir. Eləcə də, Şəmkir rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi2 məhkəməyə hesabat təqdim edərək, cinayət işi üzrə dövlət hesabına göstərdikləri hüquqi yardım üçün haqqlarının ödənilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məhkəməsinin 19 və 91-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamaq imkanı olmadıqda, onun hüquqlarının müdafiəsi dövlət hesabına təmin edilməlidir. Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs5 məhkəmədə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 müdafiəçi qismində təyin olunmuş və məhkəmədə iştirak etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 saylı, 01 fevral 2001-ci il tarixli 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarın 4-cü bəndinə əsasən, bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir Məhkəməyə təqdim olunmuş hesabatdan məlum olur ki, məhkəmə iclaslarına, cinayət işinin materialları ilə tanış olmağa, qeyd edilən təqsirləndirilən şəxslərinin hüquqlarının müdafiəsinin təşkilinə vəkil Müdafiəçi6 57 saat, vəkil Müdafiəçi2 60 saat, vəkil Müdafiəçi4 60 saat, vəkil Müdafiəçi3 60 saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, müdafiəçilərin hüquqi yardım göstərməsi ilə əlaqədar haqqları dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 münasibətdə Tovuz rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 münasibətdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci-100 manat Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ******************** ) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 347, 349, 351-354, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs5 hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs5 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 03 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs5 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 üzərinə Tovuz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 6i ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, cəza müddətində zərər çəkmiş şəxslərə vurulmuş ziyanı ödəmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs5 barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz sayılsın və ona həmin maddə ilə Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 17 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək tutulduğu 3 gün, 30 mart 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 138 gün, cəmi 141 gün həbsdə və ev dustaqlığında qaldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 08 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək Gədədbəy rayonu, Novo Saratovka kəndi ünvanda olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində olan ev dustaqlığı qətimkan tədbiri hökm qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 17 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək tutulduğu 3 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək Gədədbəy rayonu, Novo Saratovka kəndi ünvanda olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək tutulduğu 3 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Tovuz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 7i ünvanda olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM-nin 73-1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanın onun payına düşən hissəsini ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci-100 manat Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ******************** ) köçürülsün. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi6 məhkəmədə Təqsirləndirilən şəxs4 hüquqlarını müdafiə etdiyinə və ixtisaslı hüquqi yardım göstərdiyinə görə vəkil haqqı olaraq 342 manat, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etdiyinə və ixtisaslı hüquqi yardım göstərdiyinə görə vəkil haqqı olaraq 360 manat, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə Təqsirləndirilən şəxs5 hüquqlarını müdafiə etdiyinə və ixtisaslı hüquqi yardım göstərdiyinə görə vəkil haqqı olaraq 360 manat, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etdiyinə və ixtisaslı hüquqi yardım göstərdiyinə görə vəkil haqqı olaraq 360 manat dövlət büdcəsindən Şəmkir rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 münasibətdə Tovuz rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 münasibətdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətinə Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə protest və şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-14/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-14/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver