Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-14/2024 25.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kolegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki nəfər az yaşlı uşaq olan, işləməyən, Gədəbəy rayonu Arıxdam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdə saat 08 radələrində atası Şahid məxsus olmaqla idarə etdiyi MAZ-5549 yük markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Gədəbəy rayonu Söyüdlü kəndində ikinci dərəcəli yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, dayanmadan keçmək qadağandır üstünlük nişanının (2.5) tələbini pozaraq yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələri keçmək növbəliliyini gözləməli olduğu təqdirdə həmin tələbləri yerinə yetirməklə hadisənin qarşını almağa texniki imkanı olduğu halda, buna əməl etməyib, baş yola yəni, Şəmkir-Gədəbəy avtomobil yoluna çıxaraq rayonunun Arıxdam kəndi istiqamətində hərəkətini davam etdirən zaman həmin vaxt baş yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21061 minik markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobilə toqquşması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına burunun qançırı və sıyrıqları, sol yanağın sıyrığı, yuxarı və aşağı ətrafların sıyrıqları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, alt dodağın əzilmiş yarası ilə müşaiyət olunan alt çənə sümüyünün sınığı qismində sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır və döş qəfəsinin qapalı küt travması, ağ ciyərlərin arxa səthlərinə qansızmalar, ürəyin sol mədəciyin üst səthinə və aortanın başlanğıc hissəsinə qansızma nəticəsində inkişaf edən ürəyin tamponadası qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs 25 iyul 2023-cü il tarixdə Gədəbəy rayonu Qaradağ kəndində yerləşən yaşadığı evdə ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. **-BD-*** dövlət nömrə nişanlı MAZ-5549 yük markalı avtomobil atası Şahid məxsusdur. 21 iyul 2023-cü il tarixdə saat 08 radələrində idarə etdiyi **-BD-*** dövlət nömrə nişanlı avtomobil ilə Söyüdlü kəndindən gələn yol ilə Gədəbəy- Şəmkir avtomobil yoluna çıxmaq istəyən zaman sağ və sol tərəfə baxmış, heç bir təhlükə görmədiyi üçün yola düzəlmişdir. Asfalt yol ilə yaşadığı kəndə gedən torpaq yolda hərəkətdə olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21063 minik markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobil ilə onun idarə etdiyi MAZ-5549 yük markalı avtomobilin yük yerinin sağ alt hissəsi ilə toqquşmuşdur. Toqquşma baş verdikdən sonra avtomobildən düşmüşdür. Zərərçəkmiş şəxs Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılmasını təmin etmişdir. Bundan sonra valideyinləri Zərərçəkmiş şəxs Gəncə şəhərində və Qazax rayonunda yerləşən xəstəxanalarda müalicəsi üçün tədbirlər görmüşlər. Zərərçəkmiş şəxs özünü yaxşı hiss etmiş, onu yaşadığı evə buraxmışlar. Zərərçəkmiş şəxs özü-özünü idarə edə bilmiş, heç bir problemi olmamışdır. 25 iyul 2023-cü il tarixdə gecə Zərərçəkmiş şəxs yaşadığı ünvanda vəfat etmişdir. Ailə üzvləri Zərərçəkmiş şəxs dəfn və digər xərclərini qarşılamışlar. Hal-hazırda onun yaxın qohumlarının ondan qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs gəldiyini görmədiyi və artıq torpaq yola düzəldiyi üçün hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. O, əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs oğludur. 21 iyul 2023-cü il tarixdə saat 08 radələrində Gədəbəy rayonu Arıxdam kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi MAZ-5549 yük markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil ilə Gədəbəy rayonu Söyüdlü kəndindən gələn yoldan Şəmkir-Gədəbəy avtomobil yoluna çıxmış, baş yolda üzü Gədəbəy şəhəri istiqamətində hərəkətdə olan oğlu Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21063 minik markalı, **-DU-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Toqquşma zamanı oğlu Zərərçəkmiş şəxs bədənində müxtəlif xəsarətlər almış və Gədəbəy rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur. Bu xəbəri eşitdikdən sonra xəstəxanaya gəlmişdir. Oradan Təqsirləndirilən şəxs atası Şahid o və oğlu Alimi Gəncə şəhəri Abbas Səhət adına xəstəxanaya aparmışlar. Müayinədən sonra birlikdə yaşadığı evə gəlmişdir. 22 iyul 2023-cü il tarixdə oğlu Alimi müayinə etmək üçün yenidən Şahid ilə birlikdə Qazax rayon Mərkəzi xəstəxanasına aparmışlar. Oğlunun çənəsində sınıq olduğu üçün onun çənəsini bağlamışlar. Oğlu Alim özünü normal hiss etmiş və özü yerimişdir. 25 iyul 2023-cü il tarixdə saat 02 radələrində oğlu Alim vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq olunmuş ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid ifadəsində göstərdi ki, **-BD-*** dövlət nömrə nişanlı MAZ-5549 markalı avtomobil ona məxsusdur. 21 iyul 2023-cü il tarixdə saat 08 radələrində oğlu Bayram ilə MAZ-5549 yük markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobil ilə Gədəbəy rayon Söyüdlü kəndindən gələn yol ilə Gədəbəy-Şəmkir avtomobil yoluna çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21063 minik markal, **-DU-*** dövlət nömrə nişanlı avtomobil ilə oğlunun idarə etdiyi MAZ markalı avtomobilin yük yerinin sağ alt hissəsi ilə toqquşmuşdur. Toqquşma baş verdikdən sonra oğlu Bayram və o avtomobildən düşmüş, Zərərçəkmiş şəxs Gədəbəy RMX-na aparılmasını təmin etmişlər. Zərərçəkmiş şəxs müayinə etdirmək üçün yaxın qohumları ilə birlikdə Gəncə şəhərinə, sonra isə Qazax rayon Mərkəzi xəstəxanasına aparmışlar. Orada Zərərçəkmiş şəxs çənə nahiyyəsində sınıq olduğunu bildirdikləri üçün bir gecə xəstəxanda qalmışdır. Səhərisi gün çənəsində olan sınığa görə əməliyyat edilmişdir. Zərərçəkmiş şəxs heç bir şikayəti olmamışdır. 24 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspartizasından keçirmişlər. 25 iyul 2023-cü ildə Alim vəfat etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - hadisə yerinə baxış keçirilməsi haqqında 21 iyul 2023-cü il tarixli və 17 avqust 2023-cü il tarixli istintaq hərəkəti protokollarından görünür ki, hadisə yeri Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu Arıxdam kəndi ərazisindən keçən hissəsində yolun 8ci kilometrliyində yerləşən eni 6,80 metr olan iki tərəfli yoldur. Zərərçəkmiş şəxs idarə etdiyi **-DU-*** dövlət nömrə nişanlı avtomobil MAZ-5549 yük markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin sağ tərəfi ilə yolun ehtiyyat hissəsində torpaq döşəməli hissədə toqquşmuşdur. MAZ-5549 yük markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobil ikinci dərəcəli yoldan baş yola çıxaraq yolu tam keçmiş, həmin vaxt baş yolda hərəkətdə olan VAZ-21061 minik markalı avtomobilin hərəkət zolağında toqquşmaya qədər 52 mter uzunluğunda tormozlama izi vardır. MAZ-5549 yük markalı avtomobilin hərəkətdə olduğu yolda 2.5 dayanmadan keçmək qadağandır nişanı (STOP) vardır. Hadisənin baş verdiyi yolda MAZ-5549 yük markalı avtomobilin yolun sağ tərəfində görünüş məsafəsi 100 metr, sol tərəfində isə görünüş məsafəsini kifayət qədər olmuş, VAZ-21061 minik markalı, **-DU- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün görünüş məsafəsini məhdudlaşdıran hər hansı bir maneə olmamış, görünüş məsafəsi 200 mterdən çox olmuşdur. Yolayrıcından Gədəbəy şəhəri istiqamətindən 6 metr məsafədə piyada yol keçdi nişanı vardır. Hadisənin baş verdiyi ərazi yaşayış məntəqəsidir, 5.22 yol nişanı vardır, maksimum sürət həddi 60km\saatdır. VAZ 21061 minik markalı avtomobilin hərəkətdə olduğu yol eniş olmuş, eniş 8.12 % təşkil etmişdir. - Meyidə baxış keçirilməsi haqqında 25 iyul 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, baxış keçirilən meyit kişi cinsi olub, düzgün bədən qurluşlu, kafi qidalıdır, uzunluğu 170sm-dir. Əllə toxunduqda meyit bir qədər istidir. Meyit qacıması müayinə olunan əzələlərdə bir qədər zəif inkşaf etmişdir. Gövdənin arxa səthində çəhrayımtıl rəngli meyit ləkələri vardır ki, barmaqla təzyiq etdikdə itir,2-3 dəqiqədən sonra əvvəlki vəziyyətinə bərpa olunur. Başın tüklü hissəsində hər hansı bir xəsarət və deformasya yoxdur. Göz qapaqları yarı açıqdır, bəbəklər dairəvi olub, 0,7sm diamertindədir, ağlı qişalarda qansızma yoxdur. Burun sümük və qığırdaqları əllədikdə tamdırlar,burun boşluğundan ifrazat yoxdur. Burunun uc hissəsində-ətli hissəsində 1,5x0,3sm, 1x0,2sm ölçüdə qəhvəyımtıl-qonur qartmaqlı sıyrıq vardır. Sol yanağın orta üçdə birində xətti formalı 1,5x0,2sm ölçüdə qəhvəyımtıl-qonur qartmaqlı sıyrıq vardır. Ağzı yarı açıq vəziyyətdədir, üst və alt dişlər bir-biri ilə fiksə edilmişdir (breket qoyulmuşdur). Alt dodaq haşiyəsini və qismən dəri hissəsini əhatə edən 1,5x0,4sm ölçüdə qəhvəyımtıl qartmaqlı nahamar kənarlı yara vardır,həmin proyeksiyada selikli qişada qırmızımtıl rəngli qansızma vardır. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və qalınlıqdadır. Döş qəfəsi silindirik olub, simmetrikdir. Qarnı qabırğa qövsü səviyyəsindədir, köpməmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün formalaşmışdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir. Yuxarı ətraflar düzgün formalaşmışdır, əllədikdə sümükləri tamdır. Sağ saidin aşağı üçdə birinin arxa səthində arası kəsilən 4x2sm, sağ əlin üst səthində-2-ci daraq sümüyü proyeksiyasında 0,8x0,3sm, sol əlin üst səthində-2-ci daraqfalanqa oynağı proyeksiyasında 1x0,6sm, sağ əlin 2-ci barmağının üst səthində 1,6x0,6sm, sol dizin ön səthində 2,5x1sm ölçüdə qəhvəyımtıl-qonur qartmaqlı sıyrıq vardır. Meyitin xarici müayinəsində yuxarda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilmədi. - Məhkəmə tibbi ekspertizasının 24 iyul 2023-cü il tarixli, 330 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- burunun qançırı və sıyrıqları, sol yanağın sıyrığı, alt dodağın əzilmiş yarası ilə müşaiyət olunan alt çənə sümüyünün sınığı, döş qəfəsinin qapalı küt travması,ağ ciyərlərin arxa səthlərinə qansızma,ürəyin sol mədəciyinin üst səthinə və aortanın başlanğıc hissəsinə qansızma nəticəsində inkişaf edən ürəyin tamponadası, yuxarı və aşağı ətrafların sıyrıqları küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 21 iyul 2023-cü il tarixli avtomobil qəzası- Jiquli markalı minik avtomobilinin MAZ markalı yük avtomobili ilə toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin qapalı küt travması, ağ ciyərlərin arxa səthlərinə qansızmalar, ürəyin sol mədəciyinin üst səthinə və aortanın başlanğıc hissəsinə qansızma nəticəsində inkişaf edən ürəyin tamponadası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, alt dodağın əzilmiş yarası ilə müşaiyət olunan alt çənə sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurma, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamələrinə malikdirlər. - Məhkəmə tibbi ekspertizasının 25 iyul 2023-cü il tarixli, 12 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - burunun qançırı və sıyrıqları, sol yanağın sıyrığı, alt dodağın əzilmiş yarası ilə müşaiyət olunan alt çənə sümüyünün sınığı, döş qəfəsinin qapalı küt travması, ağ ciyərlərin arxa səthlərinə qansızma, ürəyin sol mədəciyinin üst səthinə və aortanın başlanğıc hissəsinə qansızma nəticəsində inkişaf edən ürəyin tamponadası, yuxarı və aşağı ətrafların sıyrıqları küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 21 iyul 2023-cü il tarixli avtomobil qəzası-Jiquli markalı minik avtomobilinin MAZ markalı yük avtomobili ilə toqquşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin qapalı küt travması, ağ ciyərlərin arxa səthlərinə qansızmalar, ürəyin sol mədəciyinin üst səthinə və aortanın başlanğıc hissəsinə qansızma nəticəsində inkişaf edən ürəyin tamponadası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, alt dodağın əzilmiş yarası ilə müşaiyət olunan alt çənə sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurma,digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamələrinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə ürəyin sol mədəciyinin üst səthinə və aortanın başlanğıc hissəsinə qansızma nəticəsində inkişaf edən ürəyin tamponadası səbəb olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 4-6 saat əvvəl müddətə baş vermişdir. - Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 8/2577 saylı ekspert rəyindən görünür ki, MAZ-5549 markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərkətlərində “Yol hrəkəti haqqında “ Azərbaycan Respublikası qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “ Dayanmadan keçmək qadağandır” üstünlük nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol polisi idarəsinin 29 iyul 2023-cü il tarixli 016-379 saylı məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixə kimi BC- 131410 saylı “ B1, B, C1,C “ kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Vətəndaşın adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Məhkəmə cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı toplanmış sübutları ayrı-ayrılıqda və müqayisəli təhlil edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri sayır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadəsini, məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş istintaq hərəkətləri protokolları, ekspertiza rəyləri və digər sübutlarla müqayisəli təhlil edib həmin sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasları kimi mötəbər sübutlar kimi qəbul edir, həmin sübutları qiymətləndirərək belə nəticəyə gəlir Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. Cinayət işi materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsi, səmimi peşmançılıq nümayiş etdirərək hadisədən dərhal sonra zərər çəkmiş şəxsə lazımi yardım göstərilməsi, zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmaması, himayəsində iki nəfər azyaşlı uşaq olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmasını və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını cəza təyini zamanı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şikayət və tələbinin olmamasını, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən cəzanın çəkilib-çəkilməməsi məsələsini müzakirə edərkən yüngülləşdirici halları, hazırkı cinayət hadisənin törədilməsində iştirakı dərəcəsini, onun cinayət hadisəsi baş verərkən və ondan sonrakı davranışını və əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır, həmçinin, qeyd edir ki, təqsirləndirilən şəxs cinayət hadisəsi törədildikdən sonra əməlindən səmimi peşmançılıq çəkdiyini nümayiş etdirmişdir. O, hadisədən dərhal sonra zərər çəkmiş şəxsin xəstəxanalara aparılmasında, zərərin aradan qaldırılması üçün fəal iştirak etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Cinayət hadisəsindən sonra təqsirləndirilən şəxs islah yolunda olduğunu hərəkətləri ilə təsdiq etmişdir ki, bu da təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəliliyinin olmaması, onun cəza çəkmədən islah olunmasının mümkün sayılmasına əsas verir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından mümkün hesab edir. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldıqdan sonra hesablanmalı, barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməlidir. Azərbaycan Respublikası CPM-nin 197.-ci və 197.1.4-cü maddəsinə əsasən, mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi materiallarından görünür ki, iş üzrə məhkəmə ekspertizaları keçirilmiş, ekspertə ödənilməli haq 228 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - 228 manat Təqsirləndirilən şəxs tutularaq Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.1 və 132.1.5-ci maddələrinə əsasən, iş üzrə maddi sübut olan, Gədəbəy rayon Polis şöbəsinin duracağında saxlanılan VAZ- 21061 minik markalı, **-DU-*** dövlət qeydiyyat nömrə nişanlı və MAZ-5549 yük markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılmalıdır. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci - 228 manat Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut - Gədəbəy rayon Polis şöbəsinin duracağında saxlanılan VAZ- 21061 minik markalı, **-DU-*** dövlət qeydiyyat nömrə nişanlı və MAZ-5549 yük markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılsın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-14/2024
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-14/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver