Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-15/2021 04.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Şahid, müəllim- psixoloq X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Şəmkir rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1977-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşaq olan, işsiz, əvvəllər məhkum olmamış, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla Gədəbəy rayonu, Daşbulaq kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə 14 radələrində Gədəbəy rayonu, Daşbulaq kəndində yaşadığı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs həmin gün günorta saatlarında xx.xx.2013-cu il təvəllüdlü oğlu X1 mübahisə edib ağlatdığına görə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı aşkar surətdə köməksiz vəziyyətdə olan, azyaşlı olduğu üçün müqavimət göstərmək imkanına malik olmayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs əlində olan ağacla qəsdən topuq nahiyəsinə zərbə vuraraq ona sağ bayır topuğun çatı (yer dəyişməyən sınığı), oynağın hemartrozu ilə nəticələnən, həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, X2 ilə 2003-cü ildə evlənmiş və həmin vaxtdan Gədəbəy rayonu, Daşbulaq kəndində yaşayır. Bu evlilikdən xx xxxxxx 2013-cü il təvəllüdlü Gündüz adlı bir uşaqları var. Zərərçəkmiş şəxs və onun valideyinlərini tanıyır. Onlar qonşudur. Onlarla münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ədavətləri olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14:30-da həyətdə oynayan 2013-cü il təvəllüdlü oğlu Gündüzün ağlamaq səsini eşitmiş və evin həyətinə çıxmışdır. Gündüzün yanına getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs oğlu Gündüzün yanında olmuşdur. Gündüz ağlaya-ağlaya ona demişdir ki, Nurlan onunla dalaşıb onu ağlatmışdır. O, Nurlana təpinmək üçün ayağına əlində olan kiçik ağac parçası ilə vurmuşdur. O, hazırda əməlindən səmimi peşmandır. Gündüz yeganə övladı olduğundan və Nurlan ondan iki yaş böyük olduğuna görə belə etmişdir. Onlar barışmışlar və qonşu kimi mehriban yaşayırlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid qızının və müəllim psixoloq S.L.Əsgərovun iştirakları ilə verdiyi ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Daşbulaq kəndidndə ailə üzvləri ilə birlikdə yaşayır. Gədəbəy rayon Daşbulaq kənd ümumi orta məktəbin dördüncü sinfində oxuyur. Sevda onun qonşusudur. Sevdanın oğlu Gündüz isə dostudur. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində Gündüz ona qarşı söyüş söydüyündən üstünə getmiş, lakin onu vurmamışdır. Nurlan ağlamış, qonşusu Nurlanın anası Təqsirləndirilən şəxs əlində ağacla ona tərəf gəlib topuğundan iki dəfə zərbə ilə vurmuşdur. O, ağrıdan yeriyə bilməmiş və anasını çağırmışdır. Anası gəlib onu xəstəxanaya aparmış, xəstəxanada ayağına gibs qoyub sarımışlar. Hazırda o Sevda xala və Gündüzlə barışmışdır. Şahid məhkəmə iclasında ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Daşbulaq kəndində yaşayır. Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs isə qonşusudur. Sevda ilə münasibətləri yaxşı olmuş, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində evdə olduğu zaman oğlu Nurlanın ağlamaq səsini eşidib evin həyətinə çıxmışdır. Oğlu Nurlanın ağlaya-ağlaya pilləkənin üzərində uzandığını görmüşdür. Nurlandan bunun səbəbini soruşmuş, Nurlan isə Sevdanın onun ayağına ağacla vurduğunu demişdir. O, Sevdanın əlində ağacla dayandığını görüb ona iradını bildirmişdir. Sonra polis əməkdaşları onlara gəlmiş, Təqsirləndirilən şəxs ondan şikayət etdiyini bildirmişdir. xx xxxxxx 2020-ci ildə oğlu Nurlanın ayağının şişdiyini görüb onu Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışdır. Xəstəxanada Nurlanın ayağına gibs qoymuşlar. Hazırda o Sevda ilə barışmışdır. Sevdadan heç bir şikayət və tələbləri yoxdur. Onlara vurulmuş ziyan ödənilmişdir. Bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 570 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş bədən xəsarətləri sağ bayır topuğu çatı (yer dəyişməyən sınığı), oynağın hemartrozu Küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər. Az yaşlı Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. -Hadisə yerinə baxış keçrilməsi haqqınıda xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Daşbulaq kəndi ərazisindən asfalt örtüklü yoldan 3.2 kilometr uzaqlıqda kəndin mərkəzində yerləşən Şahid yaşadığı fərdi yaşayaış evinin qarşısıdır. Şahid və Zərərçəkmiş şəxs deməsinə görə Təqsirləndirilən şəxs evin qarşısında setka ilə əhatə olunmuş ərazinin iç tərəfində Zərərçəkmiş şəxs xəsarət yetrimişdir. - Şahid tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar. Onlara dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir iddia və tələbi yoxdur. -Gədəbəy RİH başçısının Qaradağ kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. - Dogum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 oğlu 22 yanvar 2013-cü ildə anadan olmuş, anası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək törətdiyi cinayəti etiraf etdi. Onun etirafedici ifadəsi zərər çəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdiyi ifadələri ilə, eləcə də məhkəmə tibbi ekspertizasının rəyi ilə tam təsdiq olundu. Məhkəmə tədqiq olunmuş hər bir sübutu ayrılıqda və bir biri ilə müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan xx.xx.2013-cü il təvəllüdlü G.R.Süleymanovun əlində olan ağacla qəsdən topuq nahiyyəsinə vuraraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə tövsif olunması ilə razılaşır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə əlaqədar aşagıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Zərər çəkmiş şəxslə barışıb ona dəymiş ziyanı ödəməsini, himayəsində bir nəfər azyaşlı uşaq olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs qızının cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Çingiz qızının barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, qeyd etməyi zəruri sayır ki, o, əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxslə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyan tam ödənilmişdir. O, qadındır və himayəsində bir azyaşlı uşaq var. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə hesab edir ki, şəxsiyyəti səciyələndirən halları, himayəsində olan azyaşlı uşağın mənafeyini və digər diqqətəlayiq halları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs qızına təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsinin xx xxxxxx 2013-ci ildə anadan olmuş X4 14 yaşına çatanadək təxirə salınması ədalətli və məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs qızının barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi himayəsində olan xx xxxxxx 2013-cü il təvəllüdlü X4 14 yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-15/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-15/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver