Məhkəmə qərarları › İş №1(042)-15/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-15/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-15/2022 28.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və onların müdafiəçisi X6 iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Bakı şəhəri 2-ci Alatava, ev 79 A-da yaşayan, barəsində 10 fevral 2020-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.2; 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxx 1992-ci ildə Gədəbəy şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy şəhəri, Nizami küçəsi, ev 42də yaşayan, barəsində 11 dekabr 2020-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3; xx xxxxxx 1997-ci il ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 75 A, mənzil 13-də yaşayan, barəsində 18 yanvar 2020-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun; xx xxxx 1995-c ildə Xaçmaz rayonu, Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan və hazırda Bakı şəhəri, Yasamal rayonu, Alatava prospekti 2-də yaşayan, barəsində 11 fevral 2020-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 və xx xxxxxx 1994-cü il tarixdə Xaçmaz rayonu, Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Söhbətli kəndində yaşayan, barəsində 11 fevral 2020-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3. və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 28 aprel 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.2; 177.2.3. və 177.2.4-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Şahid2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 2019-cu ilin dekabr ayında, istintaqa məlum olmayan vaxtda gecə saatlarında Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 7000 qutu, cəmi 9800 (doqquz min səkkiz yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti, hər bir qutusunun qiyməti 1 manat, ümumi dəyəri 24 manat təşkil edən 24 qutu 250 mlqram çəkidə HELL energy içkisi və 160 manat dəyərində kamerası Çin istehsalı olan EURONET firmasına məxsus X24 4CH AHD DV 2 MP markalı təhlükəsizlik kamerasını, ümumilikdə 9984 (doqquz min doqquz yüz səksən dörd) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs4, Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 07 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 3500 qutu, cəmi 4900 (dörd min doqquz yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti, hər bir qutusunun qiyməti 1,50 (bir manat əlli qəpik) manat, ümumi dəyəri 750 manat təşkil edən 500 qutu Caspian Galaxy MM tərəfindən Azərbaycan Respublikası ünvan 2 ünvanında istehsal olunmuş MAGNA markalı siqareti, hər bir qutusunun qiyməti 0,60 manat, ümumi dəyəri 28,80 manat təşkil edən 48 qutu 120 qram çəkisi olan ünvan 3 ünvanında “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasimlərində istifadə olunan qənd və hər bir qutusunun qiyməti 1 manat, ümumi dəyəri 24 manat təşkil edən 24 qutu 250 mlqram çəkidə HELL energy içkisini, ümumilikdə 5702,80 (beş min yeddi yüz iki manat səksən qəpik) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 2019-cu ilin dekabr ayında, istintaqa məlum olmayan vaxtda gecə saatlarında Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 7000 qutu, cəmi 9800 (doqquz min səkkiz yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti, hər bir qutusunun qiyməti 1 manat, ümumi dəyəri 24 manat təşkil edən 24 qutu 250 mlqram çəkidə HELL energy içkisi və 160 manat dəyərində Çin istehsalı olan EURONET firmasına məxsus X24 4CH AHD DV 2 MP markalı təhlükəsizlik kamerasını, ümumilikdə 9984 (doqquz min doqquz yüz səksən dörd) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları X16, Şahid1 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 09 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 6500 qutu, cəmi 9100 (doqquz min yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 Mirzə oğlu, Şahid1 və Şahid2 qabaqcadan əlbir olan bir qrup təşkil edərək 07 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 3500 qutu, cəmi 4900 (dörd min doqquz yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti, hər bir qutusunun qiyməti 1,50 (bir manat əlli qəpik) manat, ümumi dəyəri 750 manat təşkil edən 500 qutu Caspian Galaxy MM tərəfindən Azərbaycan Respublikası ünvan 2 ünvanında istehsal olunmuş MAGNA markalı siqareti, hər bir qutusunun qiyməti 0,60 manat, ümumi dəyəri 28,80 manat təşkil edən 48 qutu 120 qram çəkisi olan ünvan 3 ünvanında “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasimlərində istifadə olunan qənd və hər bir qutusunun qiyməti 1 manat, ümumi dəyəri 24 manat təşkil edən 24 qutu 250 mlqram çəkidə HELL energy içkisini, ümumilikdə 5702,80 (beş min yeddi yüz iki manat səksən qəpik) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları X16, Şahid1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 09 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 6500 qutu, cəmi 9100 (doqquz min yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Semral və Şahid1 qardaşlarını və Təqsirləndirilən şəxs4 uzun müddətdir ki, tanıyır. Münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs5 Nurlanın qohumu kimi tanımış, münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs2 isə taksi sürücüsü kimi tanımışdır. “Bəbəş” ləqəbli Təqsirləndirilən şəxs3 isə bibisi nəvəsidir, münasibətləri normal olmuşdur. Əliağanın Mersedes markalı, Qəribşahın Lada priora markalı, Nurlanın Lada VAZ-2114 minik markalı Rusiya Federasiyası nömrə nişanlı və Bahadurun isə Vaz-21010 markalı avtomobili olmuşdur. 2019-cu ildə “Aron Servisdə” ayıq sürücü vəzifəsində işləmiş, həmin servisdə Qəribşah, Əliağa və Bahadur da ayıq sürücü vəzifəsində işləmişlər. Sonradan Bahadurun avtomobilinin matorunda nasazlıq olduğu üçün o, işdən çıxmışdır. Təxminən 2019-cu ilin dekabr ayının ikinci ongünlüyündə, o, Bahadur və Semral birlikdə söhbət edən zaman, Bahadur onlara Gədəbəy rayonuna gəzməyə getməklərini məsləhət bilmişdir. Əvvəlcə Bahadura havanın soyuq olduğunu, Gədəbəydə hər yerin qar olduğunu desə də, sonradan onlar Gədəbəy rayonuna gəzməyə gəlməyi qərara almışlar. Bunun üçün də Bahadurla birlikdə Semralın VAZ-21114 minik markalı avtomobil ilə Gədəbəy rayonuna gəlmişlər. Yolboyu gələn zaman Bahadur rayonda ərzaq mağazasının anbarı olduğunu və orada xeyli sayda siqaret olduğunu və oradan oğurluq etməyin asan olduğunu bildirmişdir. Həmin vaxt o, əvvəlcə razı olmasa da, sonradan Bahadurla razılaşaraq anbara girməyəcəyini və bayırda onları gözləyəcəyini demişdir. Bahadur və Semral onunla razılaşmış və Semral avtomobili Bahadutrun dediyi ünvana sürmüşdür. Həmin vaxt təxminən saat 02 radələri olmuşdur. Bahadur avtomobili ara küçədə saxlatdırmış və avtomobildən düşmüşlər. Gədəbəy rayonunda əvvəllər yaşadığı üçün oraları tanımış və yol ilə hərbi komissarlıq istiqamətində getmişdir. Semral və Bahadur isə anbara tərəf getmişlər. Təxminən 20 dəqiqədən sonra Bahadur və Semral avtomobilə minmişlər. O da tez avtomobilə yaxınlaşmış və avtomobilə minəndə avtomobilin salonunda ayaqaltında siqaret bloklarını görmüşdür. Həmin siqaretlər ARGO markalı qalın siqaret olmuşdur. Sonra da Semral avtomobili idarə etmiş və Gədəbəy rayonundan Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Semral və Bahadur yolda olan zaman anbarın təhlükəsizlik kamerasını da sökdüklərini bildirmişlər və Yasamal dağının enişli-yoxuşlu yolunda onu dərəyə atmışlar. Onlar təxminən səhər saat 09 radələrində Bakı şəhərində olmuşlar. Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə olan zaman Bahadur avtomobildən düşüb getmişdir. Sonra da o, Semraldan ayrılıb evlərinə gedən zaman təxminən 3-4 blok siqaret götürmüşdür. Semral da evə gedəcəyini bildirmişdir. O evə gedib yatmış və həmin günü axşam saatlarında Semral ona zəng vurmuş və görüşmək istədiyini bildirmişdir. O, Bahadura zəng vurmuş və Semralın zəng etdiyini, siqaretləri satdığını və görüşmək istədiyini bildirdikdə, Bahadur da gələcəyini demiş və Semralla “Şamaxinkada” görüşmüşlər. Semral siqareti satdığını bildirmiş və ona 1000 manat pul vermişdir. Həmin vaxt Semral Bahadura daha artıq miqdarda pul verdiyini bildirmişdir. Semralın siqaretdən hansı məbləğdə pul almasından xəbəri olmamış, Semraldan da soruşmamışdır. Oğurluq etdiyinə görə çox narahat olmuş, əldə etdiyi puldan bir baş erkək alıb qurban kəsərək paylamış və qalıq qalan pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 06 yanvar 2020-ci il tarixdə o, evdə olan zaman tanışı Nurlan whatsapp sosial şəbəkə vasitəsilə ona zəng etmiş və ona Gədəbəy rayonuna oğurluğa getmək istədiyini bildirmişdir. Həmin vaxt o, başa düşüb ki, Semral oğurluq barədə Nurlana məlumat vermişdir. Nurlana qorxduğunu və oğurluq etmək istəmədiyini desə də, Nurlan ona israrla heç bir narahatçılıq olmayacağını və anbarda külli miqdarda siqaret olduğunu və qohumu Qəribşaha da dediyini bildirmişdir. Nurlana onlarla birlikdə Gədəbəy rayonuna gedəcəyini bildirsə də, anbara girməyəcəyini və onlardan uzaq duracağını demişdir. Nurlan da onunla razılaşmış və qardaşı Semralın da razı olduğunu, ancaq Bahadurun xəbərinin olmadığını bildirmişdir. Həmin gün saat 18 radələrində onlar Nurlana məxsus VAZ-2114 markalı avtomobil ilə Bibiheybət yoluna getmişlər. Azneft dairəsi yaxınlığında Qəribşah özünə məxsus Priora markalı avtomobil ilə onları gözləmişdir. Nurlan avtomobili orada saxlamış və Qəribşahın avtomobili ilə Gədəbəy rayonuna gəlmişlər. Həmin vaxt Qəribşaha məxsus avtomobildə meymun maskası olmuşdur. Semral həmin maskanı götürmüş və anbara girəndə başına taxacağını demişdir. Onlar dördü də Gədəbəy rayonuna gəlmişlər. Saat təxminən 02-03 radələrində avtomobillə bir neçə dəfə anbarın ətrafında gəzmişlər və avtomobili yolun kənarında saxlamışlar. Bundan sonra o, avtomobildən düşərək komissarlıq küçəsinə tərəf getmişdir. Onlar isə anbara yaxınlaşmışlar. Təxminən 15-20 dəqiqədən sonra o, Nurlangilə yaxınlaşmış və sükan arxasında oturmuş və avtomobili idarə edərək Bakı şəhəri istiqamətində hərəkətə etmişdir. Yolda hərəkətdə olarkən uşaqlar oğurladıqları iki qutunun içərisində qənd olduğunu demiş və bir qutusunu yolun kənarına atmışlar. Eyni zamanda bir qutu Hell enerji içkisi də götürdüklərini demişlər və bir banka da ona vermişlər. Gədəbəy rayonunda olanda o, uşaqlara yolun kənarında pir kimi olan yeri göstərmişdir. Həmin vaxt Qəribşah namaz qılan olduğu üçün avtomobili saxlatdırmış və avtomobildən düşüb pirə 1 manat nəzir qoymuşdur. Yolboyu oğurladıqları Hell enerji içkisini içib qurtarmışlar. Həmin günü təxminən səhər saat 08 radələrində Bakı şəhərinə çatmışlar. Oğurladıqları siqareti kimin satıb-satmasını bilməmişdir. Sonradan eşitmişdir ki, siqareti kiminsə vasitəsilə Nizami adlı şəxsə satmışlar və əldə etdikləri pulu aralarında bölmüşlər və adama 750 manat pul düşmüşdür. Siqaretdən aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişidir. 08 yanvar 2020-ci il tarixdə isə işləmək üçün Rusiya Federasiyasına bilet aldığı üçün Rusiya Federasiyasına getmişdir. Rusiya Federasiyasında olan zaman evdən ona zəng edib Gədəbəy rayonunda oğurluq olduğunu və onun da həmin oğurluqda iştirak edib-etmədiyini soruşmuşlar. Əvvəlcə etiraf etməmiş və sonradan Nurlangiln polis əməkdaşları tərəfindən Gədəbəyə aparıldığını və onlar törətmiş olduqları cinayət əməlini etiraf etdiklərini eşitmişdir. Atasına və qardaşına zəng vurub oğurluq etdiyini etiraf etmişdir. 01 fevral 2020-ci il tarixdə də Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş, evdə valideynlərinə oğurluq etdiyini və dəymiş ziyanın ödənilməli olduğunu bildirmişdir. Bunun üçün də atası Çingiz 3000 manat pul düzəldib maddi ziyanının ödənilməsi üçün müstəntiqə qəbzlə vermişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişdən üzr istəmiş, ona vurulmuş ziyanın özünə düşən hissəsini ödəmişdir. Zərərçəkmiş onları bağışlamışdır. Ona görə də qərar çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dayısı oğludur. Elmir Bakı şəhərində yaşayır, münasibətləri normal olmuşdur. Bakı şəhərində yaşadığı müddət ərzində icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan avtomobilin mühərriki xarab olduğu üçün avtomobili sahibinə qaytarmışdır. Həmin vaxtlar boş olduğuna görə dayısı oğlu Elmir onu taksi şirkətinə ayıq sürücü kimi işə düzəltmişdir. Həmin vaxtlar orada digər taksi sürücüsü Təqsirləndirilən şəxs2 ilə tanışlığı olmuş münasibətləri yaranmışdır. Gədəbəy şəhər sakini Zərərçəkmiş şəxs çoxdan tanıyır, onun sahibkar olduğunu və ərzaq mağazasından əlavə anbarı olduğunu bilir. İlhamla aralarında hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təxminən 2019-cu ilin dekabr ayında Elmirlə söhbət edən zaman Elmir iş-güc olmadığını, pulsuz olduğunu və oğurluq etmək istədiyini bildirmişdir. Elmirə İlhamın mağazası və anbarı olduğunu və oradan oğurluq edə biləcəklərini demişdir. Elmir də razılaşmış, həmin obyektə baxmaq lazım olduğunu demişdir. Elmirə heç bir narahatçılıq olmadığını gedib baxacağını demişdir. Həmin gün axşam Elmirin bir nəfər adını sonradan bildiyi Semral adlı tanışı gəlmiş və onlar Semrala məxsus Vaz-2114 markalı Rusiya Federasiyası nömrəsi olan avtomobillə Gədəbəy şəhərinə gəlmişlər. Həmin günün dəqiq tarixi yadında qalmamışdır. Gədəbəy şəhərinə çatanda təxminən saat 24 radələri olmuşdur. Elmirgilə yolu izah etmiş və onlar anbarın yaxınlığına gəlmişlər. Ətrafa baxıb, heç kəsin olmadığına əmin olandan sonra anbarın giriş qapısına yaxınlaşmış və Elmirgil avtomobildən dəmir parçası götürüb, anbarın giriş qapısının qıfılını sındırmışdırlar. O, Elmirin tanışı Semral ilə içəri girmiş, Elmir isə çöldə ətrafa nəzarət etmişdir. Həmin şəxslə birlikdə anbardan 14 qutu siqaret çıxarıb, VAZ-2114 markalı avtomobilə yükləmişdir. Anbarın içərisində olan zaman anbara quraşdırılmış kameranı gördüyü üçün kameranı söküb çıxarıb və yaddaş bazasını da özləri ilə götürüb avtomobilə qoymuşlar. Sonra da bir qutu HELL enerji içkisi götürüb, avtomobilə minib Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Şəmkir rayonu ərazisində yerləşən Yasamal dağını enən zaman anbarın videokameranının qurğularını dağdan dərəyə tullamışlar. Hell enerji içkisini isə yolboyu içmişlər. Səhərə yaxın Bakı şəhərinə çatıb, “Şamaxinka” deyilən yerdə gözləmişlər. Elmir və tanışı siqareti satmaq üçün getmişlər. Təxminən yarım saatdan sonra Elmirgil gəlib, ona 1500 manat pul vermişlər. Pulu götürüb onlardan uzaqlaşmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan Elmir və tanışı Semral ondan bir neçə dəfə yenidən Gədəbəyə getmək üçün xahiş etmişlər. Lakin onlara rədd cavab vermişdir. Sonradan onların özlərinin gəlib oğurluq etdiklərini eşitmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişdən üzr istəmiş, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus “Mersedes Benz E250 minik” markalı, **-SS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs3 Bakı şəhərində taksi şirkətində ayıq sürücü işləyən zaman tanımışdır. Belə ki, o, da “Aron” ayıq sürücü taksi şirkətində sürücü işləmiş, orada Bahaduru “Bəbiş” ləqəbi ilə tanımışdır. Bahaduru onunla Elmir tanış etmişdir və qohumu olduğunu bildirmişdir. Şahid1 və Şahid2 yaşadığı məhəllədə yaşayan insanlar kimi tanımış, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs5 və Tural adlı şəxsi isə Şahid1 vasitəsilə tanımışdır. Nurlanın qardaşı Semral isə onların yaşadığı məhəllədə bərbərlik fəaliyyəti ilə məşğul olur, onunla da münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs4 da salona gəlib gedən zaman tanımış və onun Zamanın əmisi oğlu olduğunu, Nurlan və Semralla dayıoğlu, bibioğlu olduqlarını bilmişdir. Təqsirləndirilən şəxs1 da uşaqlıqdan tanımış, belə ki, onunla bir məhəllədə yaşadığı üçün münasibətləri normal olmuş, hər hansı bir ədavət və ya düşmənçilikləri olmamış, sonradan isə birlikdə ayıq sürücü işləmişlər. 08 yanvar 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Nurlan, Zaman və Tural Bakı şəhərində yaşadıqları məhəllədə çayçıda oturub çay içib söhbət edən zaman Nurlan ona rayona gedəcəyini bildirmiş və onunda gedibgetməyəcəyini soruşmuşdur. O da ona heç bir problem olmadığını, gedəcəyini demiş və hansı rayona gedəcəklərini soruşanda, Nurlan ona əvvəlcə Ucar rayonuna gedəcəklərini demişdir. Həmin vaxt söhbət əsnasında Nurlan Gədəbəy rayonuna gedəcəklərini, orada mağazanın anbarı olduğunu, həmin anbardan siqaret oğurayacaqlarını demişdir. O, Nurlandan nə məsələ olduğunu, necə oğurlayacaqlarını soruşanda Nurlan əvvəlcə demək istəməsə də, sonradan onlara yüz faizlik işə getiklərini və hər şey qaydasında olduğunu, öz maşını ilə Gədəbəy rayonuna gəlib-getdiyini bildirmişdir. O da Nurlanla razılaşmış və onlarla birlikdə Gədəbəy rayonuna oğurluğa gələcəyini demişdir. Eyni zamanda Zaman Nurlana ora ehtiyatla getmələrini və qapını açmaq üçün nəsə açar dəmir alət götürməyin lazım olduğunu bildirmişdir. Bundan sonra Zaman ondan avtomobildə açar olubolmadığını soruşanda, Zamana avtomobil təkərini açıb bağlamaq üçün açar olduğunu demişdir. Həmin vaxt o, Nurlandan ona 100 manat verməsini, həmin pulu atasına verib maşını atasından alacağını və rahat gedib-gələcəklərini demiş, Nurlan da onunla razılaşmışdır. Bunun üçün də Nurlan evə gedərək evdən 100 manat pul götürmüşdür. Həmin puldan 24 manatına avtomobilə dizel yanacağı tökmüşlər və təxminən saat 20:30 radələrində Bakı şəhərindən çıxmışlar. Yol ilə gələn zaman 19 manata mağazadan şirniyyat, su siqaret almışlar və söhbət edə-edə Gədəbəy rayonuna gəlmişlər. Gədəbəy rayonunun girəcəyində pir kimi yer olduğu üçün Zaman avtomobildən düşmüş və ondan 2 manat alıb həmin pirə nəzir kimi qoymuş və sonra avtomobilə minərək avtomobili idarə edib Gədəbəy şəhərinə gəlmişlər. Gədəbəy şəhərində işıqforu keçəndən sonra Nurlan anbarın olduğu yerə gedən yolu göstərmiş və avtomobili anbarın yaxınlığına sürmüşdür. Onlar bir neçə dəfə avtomobili anbarın ətrafında sürmüş, heç kəsin olmadığına əmin olduqdan sonra o, avtomobili anbardan 25-30 metr aralıda saxlamış və avtomobildən düşmüşlər. Avtomobilin yük yerindən təkər açmaq üçün istifadə olunan açarı Turala vermiş və Turalla Zaman anbara yaxınlaşmışlar. O, Nurlanla birlikdə avtomobilin yanında dayanıb ətrafa nəzarət etmişlər. O, anbardan aşağıda daş olan yerdə durmuş, Nurlan isə avtomobilin yanında dayanmışdır. Həmin vaxt Nurlan Zamana zəng vurmuş və onunla danışan zaman qapını açıb-açmadıqlarını soruşmuş, Zaman da Nurlana birinci qıfılı, sonra ikinci qıfılı və nəhayət üçüncü qıfılı sındırdıqlarını demişdir. Zaman Nurlana qapının qıfıllarını sındırıb içəri girəndən sonra sola, sonra isə sağa dönmələrini və qarşılarına piştaxta çıxacağını və siqaret qutularının ora yığıldığını bildirmişdir. Həmin vaxt o, yuxarı tərəfdən səs gəldiyini eşitdiyi üçün Nurlana yaxınlaşmış və səs gəldiyini demişdir. Nurlan da səs gələn tərəfə gedərək heç nə olmadığını bildirmişdir. Sonra Nurlan anbarın giriş qapısına tərəf gedərək əlində iki qutu siqaret gətirmişdir. O da tez anbara yaxınlaşaraq qapıdan içəri girmiş və Zamanın əlindən iki qutu siqareti götürmüş və maşına tərəf aparmışdır. Siqareti aparanda gücü çatmadığı üçün qutunun birini Nurlana vermiş, Nurlan ondan qutunu alandan sonra ona aşağı tərəf baxmağını və kimsə gələrsə xəbər verməsini bildirmişdir. Nurlan avtomobili idarə edib anbarın yaxınlığına sürmüşdür. O, geri qayıdana kimi Zaman və Tural bir neçə qutu siqareti bayıra çıxarmışlar. O, və Zaman 3-4 qutu siqareti avtomobilin yük yerinə, Nurlan və Tural isə siqaretləri qutudan çıxardıb salona yığmışlar. Təxminən 13 qutu siqaret götürmüş, sonra Tural sındırılmış qıfılları da götürmüş, Nurlan qabaq sağ oturacaqda, Zaman və Tural isə arxa oturacaqda oturmuş və Bakı istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt Nurlanın qucağında siqaret qutuları olduğu üçün yolu güclə gördüyünü bildirmişdir.Onlar anbardan uzaqlaşandan sonra avtomobili saxlamış və qutuların ağzını açıb siqaretləri avtomobilin salonuna boşaltmışlar. Lakin bir qutunu boşalda bilməmişlər. Yolda həmin bir qutu siqareti da avtomobilin salonuna boşaltmışlar. Şəmkir rayonunda yerləşən yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq doldurmuşlar və yenə öz yollarına davam etmişlər. Həmin günü təxminən saat 06 radələrindən sonra Bakı şəhərinə çatmış və Nurlanın kirayədə yaşadığı Xırdalan şəhərinə getmişlər. Xırdalan şəhərində o, qıfılları bir tərəfə tullamışdır. Siqaretləri Nurlanın kirayə tutduğu evə yığmışlar. Bundan sonra dördü də əldə etdiyi siqaretləri harada satmaq barədə söhbət etməyə başlamışlar. Həmin vaxt Nurlan bir nəfər şəxslə danışmış, lakin həmin şəxsdən xəbər çıxmamışdır, o, evə getmək qərarına gəlmişdir. Evə gedəndə Nurlandan 100 manat pul almış, eyni zamanda Nurlanın Bakı şəhərindən Gədəbəy rayonuna gedən zaman evdən götürmüş olduğu 100 manat puldan qalıq qalan 20 manat pulu da həmin 100 manatın üstünə qoymuş və 120 manat pulu evdə atasına vermiş və atasına Şəmkir rayonuna müştəri aparıb gətirdiyini bildirmişdir. Atası ona heç nə deməmişdir. Yorğun və yuxusuz olduğu üçün yatmışdır. Səhərisi günü isə o, Nurlanla görüşmüş və oğurladıqları ARGO markalı siqaretdən 200 blok, yəni 2000 ədəd siqareti götürüb avtomobilə yükləmişlər. Bundan sonra Nurlanla birlikdə Şabran rayonuna getmişlər. Həmin vaxt Nurlan 30 manat pul vermiş və 10 manat da avtomobilə yanacaq doldurmuşdur. Şabran şəhərində Nurlanla birlikdə kafeyə dönmüşlər, Nurlanın dostu gəlmiş və siqareti onlardan götürüb getmişdir. Təxminən 3-4 saatdan sonra Nurlanın dostu gəlmiş və Nurlanla haqq-hesab etmişdir. O, isə Nurlanı avtomobildə gözləmiş, Nurlan gələndən sonra ona siqaretdən cəmi 1500 manat pul əldə etdiyini və həmin puldan 300 manatını dostunun götürdüyünü bildirmişdir. Sonra da Nurlan avtomobilə 10 manatlıq yanacaq doldurmuş və 70 manat pul vermiş və Bakı şəhərinə gəlmişlər. Qalıq qalan siqaretləri isə Zamanla Tural satmaq üçün maşın tutub Şabran rayonuna getmişlər. Zaman və Turalın siqareti necə və harada satmasından xəbəri olmamışdır. Ancaq danışıq zamanı həmin əldə olunan puldan ona 500 manat verəcəklərini demişlər. Nurlanı evə düşürüb yaşadığ ünvana getmiş və atasına 100 manat pul vermiş və Şabran rayonuna müştəri olduğunu aparıb-gətirdiyini bildirmişdir. Atası da ondan şübhələnərək avtomobilin açarını ondan alaraq Şəmkir rayonundan 120 manat, Şabrandan isə 100 manat almağında nəsə qaranlıq bir iş olduğunu bildirmişdir. Bundan sonra o, Nurlangillə görüşməmişdir. Sonra onların etdiyi oğurluğu polis əməkdaşları bilmişlər və onları Bakı şəhərində saxlayıb Gədəbəy rayonuna gətirmişlər. Hadisə zamanı istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Nurlangilin danışığından Gədəbəy rayonunda oğurluq edəcəkləri yeri Nurlanın yaxşı tanıdığını, Nurlanın qohumu Qəribşahgilin onlardan əvvəl gəlib həmin anbardan oğurluq etdiklərini başa düşmüşdür. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Öna görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı məhəllədə yaşayan insanlar kimi tanımış, münasibətləri normal olmuşdur. Şahid1 bibisi oğludur, Semral onun qardaşıdır. Semral bərbərlik fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs5 əmisi oğludur, onunla da münasibətləri normal olmuşdur. Özünün LADA PRİORA markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili, Nurlanın isə VAZ-21114 minik markalı Rusiya Federasiyası dövlət qeydiyyat nömrə nişanı olan avtomobili vardır. 06 yanvar 2020-ci il tarixdə işdə olan zaman whatsapp sosial şəbəkə vasitəsilə Nurlan onunla əlaqə saxlamış və Gədəbəy rayonuna oğurluğa getmək istədiklərini bildirmişdir. O, da Nurlana heç bir problem olmadığını, lakin pulunun olmadığını demişdir. Nurlan da ona Elmirə də deyəcəyini və birlikdə pul qoyub ona məxsus maşınla gedib gələcəklərini və onun işdən çıxmağını gözləyəcəklərini demişdir. Həmin günü saat 18 radələrində işdən çıxandan sonra Nurlanla whatsapp sosial şəbəkə vasitəsilə əlaqə saxlamış və razılaşmışlar ki, Elmir, Semral və Nurlan üçü birlikdə ona məxsus avtomobillə Gədəbəy rayonuna gəlsinlər. Özünə məxsus Lada Priora markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərində Azneft dairəsində Elmirgili gözləmişdir. Bir qədər sonra Elmir, Nurlan və Semral Nurlana məxsus Vaz-2114 markalı avtomobillə gəlmiş və Nurlanın avtomobilini orada saxlayıb ona məxsus avtomobilə minmişlər. Həmin vaxt ona məxsus avtomobildə meymun maskası olmuş, Semral həmin maskanı götürərək anbara girəndə başına taxacağını demişdir. Dördü də pullarını bir yerə yığıb avtomobilə yanacaq tökmüşlər. Gədəbəy rayonunun girişində olan zaman Elmir ondan sükanı ona verməyini və buraları o tanıdığını bildirmiş və sükan arxasında Elmir oturmuşdur. Elmir onları oğurluq edəcəkləri anbarın yanına gətirmişdir. Həmin vaxt saat təxminən 03 radələri olmuş, avtomobillə bir neçə dəfə anbarın ətrafında gəzdikdən sonra Elmir avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra avtomobildən düşərək anbarın qapısının qıfılını sındırmaq üçün avtomobildən təkər açarını çıxarmışlar və anbara yaxınlaşmışlar. Nurlanla birlikdə anbarın qapısının qıfılını sındırmış, Elmir isə ətrafa nəzarət etmişdir. İçəri daxil olub siqaret qutularını çıxardıb yolun kənarında olan daş hasarın üzərinə qoymuşlar, Elmir isə daşıyıb avtomobilin yük yerinə yığmışdır. Onunla bərabər Nurlan və Semral da içəridən siqaret qutularını gətirmişdir. Onlar ümumilikdə 10 qutu siqaret və bir qutu da HELL enerji içkisi götürmüşlər. Siqaret qutularının ağzını açıb siqaretləri salona və yük yerinə boşaltmışlar, qutuları boşaldan zaman qutulardan ikisinin xeyir şər mərasimlərində istifadə olunan kəllə qənd olduğunu görmüşlər. Qəndləri də avtomobilə yükləmişlər. Elmir avtomobili idarə edib üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Yolda oğurladıqları qəndlərdən bir neçə qutusunu yolun kənarına atmışlar. Gədəbəy rayonunda olanda Elmir yolun kənarında pir kimi yer göstərdiyi üçün Elmirdən avtomobili saxlamasını xahiş etmiş, Elmir də avtomobili saxladığı üçün düşüb pirə 1 manat nəzir qoymuşdur. Həmin vaxt yorğun olduğundan yatmış və ayılanda Bakı şəhərində olduğunu görmüşdür. Təxminən saat 08 radələrində Bakı şəhərində Yasamal rayonunda olmuşlar. Onlardan kimsə siqaret alqısatqısı ilə məşğul olan şəxsə zəng vurmuş və həmin şəxs də BMV markalı avtomobillə gələrək siqaretləri həmin avtomobilə yükləmiş və ümumilikdə 3070 manat pul vermişdir. Həmin puldan 70 manatını Gədəbəy rayonuna gələndə götürdükləri borcunu qaytarmaq üçün götürmüş və 3000 manat pulu isə dördünün arasında bölmüş, adama 750 manat düşmüdür. Pulu alandan sonra oradan iş yerinə getmişdir. Həmin hadisədən bir neçə gün sonra Elmir ölkə ərazisini tərk etmiş və Rusiya Federasiyasına getmişdir. Elmir Rusiya Federasiyasında olan zaman bibisi oğlu Nurlana whatsapp sosial şəbəkə vasitəsilə səs göndərmiş və bildirmişdir ki, Gədəbəydə prioradan şübhələnmişlər, maşını gizlədin. Nurlan da ona bu barədə məlumat vermiş, lakin o, gizlənməmişdir. Sonra da evdə olan zaman polis işçiləri ona yaxınlaşaraq cinayətin üstünün açıldığını bildirmişlər. Anbardan 7 qutu ARGO, bir qutu isə MAGNA markalı siqaret oğurlamışlar. Hadisə zamanı istifadəsində ***- ***-**-**; ***-***-**-** saylı mobil nömrələr, Nurlanın istifadəsində ***-***-**-** saylı mobil nömrə, Semralın istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur, Elmirin istifadəsində olan nömrəni isə xatırlamır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Öna görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dinridilmiş Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Şahid1 və Şahid2 onun bibisi oğlanları, Təqsirləndirilən şəxs4 əmisi oğlu, X17 isə bibisi oğlu Semralın qayınıdır. Onların hamısı ilə münasibətləri normal olmuş, əvvəllər aralarında hər hansı bir ədavət və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə bibisi oğlanları Nurlanın və Semralın vasitəsilə tanımış, onlarla da münasibətləri normal olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Əliağanın “Mercedes” markalı, Qəribşahın “Lada Priora” markalı, Nurlanın isə “Lada Vaz-2114 minik” markalı avtomobilləri olmuşdur. 08 yanvar 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, Nurlan, Əliağa və Tural ilə birlikdə Bakı şəhərində Nurlangilin yaşadığı məhəllədə çayçıda oturmuş və çay içib söhbət etmişlər. Söhbət zamanı Nurlan onlara rayona gedəcəyini və Əliağadan onu apara bilib-bilməyəcəyini soruşmuşdur. Əliağa Nurlandan hansı rayona gedəcəyini soruşanda, Nurlan ona əvvəlcə Ucar rayonuna gedəcəyini demişdir. Sonra söhbət əsnasında Nurlan onlara Gədəbəy rayonuna gedəcəklərini və orada mağazanın anbarı olduğunu, həmin anbardan siqaret oğurlayacaqlarını bildirmişdir. Nurlandan nə məsələ olduğunu, siqaretləri necə oğurlayacaqlarını soruşanda, Nurlan onlara əvvəlcə demək istəməsə də sonradan onlara yüz faizlik işə gedəcəklərini, hər şey qaydasında olduğunu və öz maşını ilə Gədəbəy rayonuna gəlib-getməsini demişdir. O, pula ehtiyacı olduğunu və krediti olduğuna görə Nurlanla razılaşmış və onlarla birlikdə Gədəbəy rayonuna oğurluğa gələcəyini bildirmişdir. Həmin vaxt o, Nurlanın özünə tam əmin olduğunu yəqin ki, tutulmayacaqlarını, yüz fazilik iş olduğunu fikirləşərək, həmin vaxt tərəddüd edən Əliağaya Allahın köməkliyi ilə işin yaxşı həll olunacağını demişdir. Bundan sonra onlara anbarın qapısını açmaq üçün nəsə dəmir alət götürmək lazım olduğunu demiş və Əliağadan avtomobildə açar olub-olmadığını soruşmuşdur. Əliağa da ona avtomobil təkəri açıb-bağlamaq üçün açar olduğunu demişdir. Bundan sonra onlar Gədəbəy rayonuna gəlib anbardan siqaret oğurlamaq qərarına gəlmişlər. Bunun üçün də Nurlan evə getmiş və evdən 100 manat pul götürmüşdür. Həmin puldan 24 manatına avtomobilə dizel yanacağı tökmüşlər və təxminən saat 20:30 radələrində Bakı şəhərindən çıxmışlar. Yol ilə gələn zaman 19 manata mağazadan şirniyyat, su siqaret almışlar və söhbət edə-edə Gədəbəy rayonuna gəlmişlər. Gədəbəy rayonunun girəcəyində pir kimi yer olduğu üçün o, avtomobili saxlatdırmış və Əliağadan 2 manat alıb həmin pirə nəzir kimi qoymuş və sonra avtomobilə minib Gədəbəy şəhərinə gəlmişlər. Nurlan özü avtomobildə qabaq sağ oturacaqda oturmuş və avtomobili idarə edən sürücü Əliağaya yolu göstərmişdir. Onlar anbarın yaxınlığına gəlmişlər və bir neçə dəfə avtomobillə anbarın ətrafına gəzmiş, heç kəsin olmadığına əmin olandan sonra Əliağa avtomobili anbardan 25-30 metr aralıda saxlamış və onlar avtomobildən düşmüşlər. Əliağa avtomobilin yük yerindən təkər açmaq üçün istifadə olunan açarı Turala vermiş və o, Turalla anbara yaxınlaşmışdır, Əliağa ilə Nurlan isə avtomobilin yanında qalmışlar. Tural açarla qıfılı sındırmağa başlamışdır. Bu zaman Nurlan ona zəng vuraraq vəziyyəti soruşanda ona qıfılları sındırdığını dedikdə Nurlan içəri girən kimi sola dönməyi və düz gedib sonra sağa dönəndə qarşısına piştaxta çıxacağını və siqaret qutularının orada olacağını bildirmişdir. Nurlanın dediyi kimi anabara daxil olmuş və qarşısına siqaret qutuları çıxmışdır. Turalla birlikdə siqaret qutularını anbardan bayıra çıxarmışlar. Nurlan və Əliağa isə qutuları avtomobilə tərəf aparmışlar. Sonra da Nurlan avtomobili idarə edib anbarın qarşısına gətirmiş və siqaret qutularının bəzilərini açıb avtomobilin salon və yük baqajına boşaltmışlar, bəzilərini isə qutu ilə birlikdə avtomobilin salonuna qoymuşlar. Cəmi, 13 qutu siqaret götürmüşlər. Sonra da o, və Tural zorla avtomobilin arxa oturacağına oturmuş, Nurlan qabaq sağda əlində siqaret qutusu oturmuş, Əliağa isə avtomobili idarə etmişdir. Bir qədər gedəndən sonra siqaret qutusu narahatçılıq etdiyi üçün avtomobili saxlamışlar və bir neçəsini avtomobilə boşaltmış və qutunu kənara atmışlar. Bir qədərdən sonra bir qutunu da boşaltmışlar və yollarına davam etmişlər. Onlar gəldikləri yolla Bakı şəhərinə gedən zaman yenə də Gədəbəy rayonunun girəcəyində olan pirin qarşısında avtomobili Əliağa saxlamış və avtomobildən düşüb 5 manat nəzir qoymuşdur. Bundan sonra yola davam etmişlər. Yolda həmin bir qutu siqareti də avtomobilin salonuna boşaltmışlar. Şəmkir rayonunda yerləşən yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq doldurmuşlar və yenə öz yollarına davam etmişlər. Həmin günü təxminən saat 06 radələrində Bakı şəhərinə çatmışlar və Nurlanın kirayədə yaşadığı Xırdalan şəhərinə getmişlər. Xırdalan şəhərində Turalın götürdüyü qıfılları Əliağa avtomobildən kənara tullamışdır. Onlar siqaretləri Nurlanın kirayə tutduğu evə yığmışlar. Bundan sonra onlar siqaretləri harada satmaq barədə söhbət etməyə başlamışlar. Həmin vaxt Nurlan bir nəfər şəxslə danışmış, lakin, həmin şəxsdən xəbər çıxmadığı üçün Əliağa evə gedəcəyini bildirmiş və Nurlandan da atasına vermək üçün 100 manat pul almış və 20 manat da üzərində olmuşdur. Əliağa həmin 120 manatı atasına verəcəyini və müştəriyə görə evə getmədiyini deyəcəyini bildirmişdir. Həmin günü onlar yatıb istirahət etmişlər, sonra da siqaretləri satmağa qərar vermişlər. Bunun üçün də Nurlan və Əliağa oğurladığı ARGO markalı siqaretdən 200 blok, yəni 2000 ədəd siqareti avtomobilə mindirib Şabran rayonuna getmişdir. Tural taksi çağırmış və onlar 450 blok, yəni 4500 ədəd siqareti avtomobilə mindirmiş və Siyəzən rayonuna getmişlər. Orada Tural avtomobildən düşərək mağazalara tanışlarının mağaza açdığını və ziyana düşdüyü üçün malları satdığını, yalnız siqareti qaldığını və satmaq istədiklərini demişdir. Tanımadığı mağaza sahibi siqaretin hamısına 2500 manat verə biləcəyini bildirmişdir. Onlar da razılaşmışlar və siqareti həmin şəxsə satmışlar. Həmin puldan o, 1200 manat götürmüşdür. Sonra polis əməkdaşlarının onları axtardığını bilmiş və dövlət sərhədini keçmək istəyən zaman sərhəddə saxlanılmış və Gədəbəy RPŞ-dən çıxışın bağladığını bildirmişlər. Onları polis bölməsinə aparmışlar və həmin günün axşamı onları Gədəbəy RPŞ-nin əməkdaşlarına təhvil vermişlər. Ona oğurluq etməyi Nurlan təkilf etmiş və yüz faizlik iş olduğunu, heç kimin onların olduğunu bilməyəcəyini dediyi üçün onunla razılaşmışdır. Hadisə zamanı istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Bundan başqa sonradan bilmişdir ki, Qəribşahgil onlardan əvvəl gəlib həmin anbardan oğurluq etmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə vurduğu ziyanı ödəmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy şəhərində sahibkarlıqla məşğul olur. Özünə məxsus Gədəbəy şəhəri, X29 küçəsində yerləşən ərzaq mağazasının anbarından 2019-cu ilin dekabr ayının sonlarında və 07 yanvar 2020-ci il tarixdə gecə saatlarında oğurluq hadisəsi olmuşdur. Belə ki, 2019-cu ilin dekabr ayının ikinci on günlüyündə səhər saatlarında özünə məxsus ərzaq mağazasının anbarına yaxınlaşanda, anbarın giriş qapısının sındırıldığını və içəriyə naməlum şəxslərin daxil olduğunu aşkar etmişdir. Anbara yaxınlaşıb içəri daxil olanda anbarın içərisindən siqaret qutularının və anbara quraşdırdığı təhlükəsizlik kamerasının yaddaş qurğusunun oğurlandığını aşkar etmişdir. Anbarda olan satış üçün nəzərdə tutuduğu əmlakı nəzərdən keçirmiş və müəyyən olunmuşdur ki, anbardan hər bağlamasında 500 qutu olmaqla cəmi 14 ədəd bağlamada 7000 qutu Argo markalı siqareti, 24 qutu 250 mlqram çəkidə HELL energy içkisi və təhlükəsizlik kamerasının yaddaş qurğusu oğurlanmışdır. Həmin vaxt mağazadan baş vermiş oğurluq hadisəsində mağazanın işçilərindən şübhələndiyi üçün bu barədə polisə məlumat verməmişdir. 07 yanvar 2020-ci il tarixdə də səhər saatlarında anbara yaxınlaşmış və anbarın giriş qapısının açıq olduğunu, giriş qapısının qarşısında yol tərəfdə boş siqaret qutularının olduğunu görmüşdür. O, anbara daxil olmuş və anbardan 7 bağlamada cəmi 3500 qutu ARGO markalı siqaretin, 1 ədəd bağlamada 500 qutu MAGNA markalı siqaretin, 2 bağlamada 24 qutu olmaqla cəmi 48 ədəd 120 qram çəkisi olan Gəncə şəhərində “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasiminlərində istifadə olunan qəndin və 24 qutu 250 mlqram çəkidə HELL energy içkisinin oğurlandığını aşkar etmişdir. Bunun üçün də oğurlanmış əmlakın siyahısını tutmuş, mağazada və anbarda işləyən işçilərinə bu barədə məlumat vermişdir. İşçilərindən də heç kəs mağazadan və anbardan oğurluq etmədiyini bildirdikləri üçün polisə məlumat vermək qərarına gəlmişdir. 09 yanvar 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq anbara getmişdir. Yenə də anbara gedəndə anbarın giriş qapısının açıq olduğunu, anbarın giriş qapısının yaxınlığında yerləşən bulağın ətrafında siqaret qutularının boş qablarını, bir bağlamada 500 qutu olmaqla siqaretin bulağın ətrafında olduğunu aşkar etmişdir. O, şöbəyə gəlmiş və polisə şikayət ərizəsi yazmışdır. Polislə birlikdə hadisə yerinə baxış keçirilən zaman iştirak etmiş, baxış zamanı anbarın yaxınlığıdna qalmış 500 qutu siqaret olan bağlamanı anbara qoymuş və məlum olmuşdur ki, anbardan 13 ədəd bağlamada cəmi 6500 qutu argo markalı siqaret oğurlanmışdır. Argo markakı siqaretin satış qiyməti 1,10 manat olmuş, anbarda olan təhlükəsizlik kamerası Çin istehsalı olan EURONET firmasına məxsus X24 4CH AHD DV 2 MP markalı təhlükəsizlik kamerası olmuş, hansı qiymətə aldığı yaddaşında qalmamışdır.Təqsirləndirlən şəxslər ona dəymiş ziyanı ödəmişlər. Ona görə də təqsirləndirlən şəxslərdən şikayəti yoxdur, onları bağışlayır və onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər bərbərlik fəaliyyəti ilə məşğul olub ailəsini saxlamışdır. Şahid1 qardaşıdır, onun Lada VAZ-2114 minik markalı Rusiya Federasiyası nömrə nişanlı avtomobili vardır. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 dayısı oğlanlarıdır, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs2 isə taksi sürücüsü kimi tanımış, onunla heç bir münasibəti olmamışdır. X16 isə qaynıdır. Əliağanın Mersedes markalı, Qəribşahın isə Lada Priora markalı avtomobili vardır. 2020-ci ilin əvvəllərində ailəsində şəxsi problemləri olmuş, belə ki, azyaşlı uşağı ağır xəstə olmuşdur. Həmin vaxt bərbərliklə məşğul olsa da, uşağının müalicəsini tam etdirə bilməmişdir. Təxminən 2019cu ilin dekabr ayının ikinci ongünlüyündə Elmirlə birlikdə söhbət edən zaman, Elmirin tanışı adını sonradan bildiyi Bahadur adlı şəxs onların yanına gəlmiş və onlar söhbət edən zaman Gədəbəy rayonuna gəzməyə getməyi məsləhət bilmişdir. Onlar əvvəlcə Bahadura havanın soyuq olduğunu, Gədəbəydə hər yerin qar olduğunu desələr də, sonradan onlar Gədəbəy rayonuna gəzməyə getməyi qərara almışlar. Bunun üçün də onlar Nurlana məxsus VAZ-21114 minik markalı avtomobillə Gədəbəy rayonuna gəlmişlər. Yolboyu gələn zaman Bahadur onlara rayonda ərzaq mağazasının anbarı olduğunu, orada xeyli siqaret olduğunu və oradan oğurluq etməyin asan olduğunu bildirmişdir. Həmin vaxt o, əvvəlcə razı olmasa da, sonradan Bahadurun danışıqlarına uymuş və onunla razılaşmış, lakin özü anbara girməyəcəyini və bayırda onları gözləyəcəyini demişdir. Bahadur və Elmir onunla razılaşaraq Bahadurun dediyi ünvana getmişlər. Həmin vaxt təxminən saat 02 radələri olmuş o, avtomobili ara küçədə saxlamış və onlar avtomobildən düşümüşlər. Avtomobildə onları gözləyən zaman yuxu tutduğu üçün yatmışdır. O, ayılanda Bahadur və Elmirin avtomobilin salonuna və baqajına siqaret qutularını yığdıqlarını görmüşdür. Həmin siqaretlər ARGO markalı qalın siqaret olmuşdur. Sonra da avtomobili idarə etmiş və Gədəbəy rayonundan Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda olan zaman Bahadurla Elmir anbarın təhlükəsizlik kamerasını da sökdüklərini bildirmişlər və Yasamal dağının enişli-yoxuşlu yolunda onu dərəyə atmışlar. Onlar təxminən səhər saat 09 radələrində Bakı şəhərində olmuşlar. Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə olan zaman Bahadur avtomobildən düşüb getmişdir. Elmir isə ona avtomobildə gözləməyini demiş və Nizami adlı şəxsə zəng vurub tanış adamın mağazasının bağlandığını, onda siqaret olduğunu bildirmiş və satmaq istədiyini bildirmişdir. Nizami də alacağını bildirdiyi üçün Yasamal rayonuna getmişlər. Elmir siqareti Nizami adlı şəxsə satmış və 3000 manatdan yuxarı məbləğdə pul almışdır. Həmin vaxt Elmir ona 1000 manat pul vermiş, qalıq qalan pulu cibinə qoymuş və Bahadura da verəcəyini bildirmişdir. Oğurluğla əldə etdiyi pulu uşağın müalicəsinə xərcləmişdir. Bundan başqa 06 yanvar 2020-ci il tarixdə işlədiyi bərbərxanada olan zaman Elmir və qardaşı Nurlan da yanında olmuşdur. Elmirə pula ehtiyacı olduğunu, uşağının müalicəsini etdirəcəyini bildirmişdir. Elmir və Nurlana pula ehtiyacı olduğunu bildirdikdə, Elmir ona Gədəbəy rayonunda siqaret olduğunu və gedib siqareti gətirib satıb, pulunu verəcəyini bildirmişdir. Onlarla razılaşmış və həmin günü saat 18 radələrində Nurlana məxsus VAZ-2114 markalı avtomobil ilə Bibiheybət yoluna getmişdir. Azneft dairəsi yaxınlığında Qəribşah özünə məxsus Priora markalı avtomobil ilə onları gözləmişdir. Nurlan avtomobili orada saxlamış və Qəribşahın avtomobili ilə Gədəbəy rayonuna gəlmişdir. Həmin vaxt Qəribşaha məxsus avtomobildə meymun maskası olmuşdur. Həmin maskanı götürmüş və siqareti götürən zaman başına taxacağını demişdir. Dördü birlikdə Gədəbəy rayonuna gəlmişlər, həmin vaxt saat təxminən 02-03 radələri olmuşdur. Avtomobillə bir neçə dəfə anbarın ətrafında gəzmiş və avtomobili yolun kənarında saxlamışlar. Bundan sonra anbarın qapısının qıfılını sındırmaq üçün avtomobildən təkər açarını çıxarmışlar və onlar anbara yaxınlaşmışlar. Qəribşah Nurlanla birlikdə anbarın qapısının qıfılını sındırmışlar, Elmir isə ətrafa nəzarət etmişdir. Bundan sonra onlar içəri daxil olmuşlar və içəridən siqaret qutularını çıxarıb yolun kənarında olan daş hasarın üzərinə qoymuş, Elmir isə daşıyıb avtomobilin yük yerinə yğmışdır. Onunla bərabər Nurlan və Qəribşah da içəridən siqaret qutularını gətirmişdir. Ümumilikdə 10 qutu siqaret götürmüşlər və bir qutu da HELL enerji içkisi götürmüşlər. Siqaret qutularının ağzını açıb siqaretləri salona və yük yerinə boşaltmışlar. Qutuları boşaldan zaman qutulardan ikisinin xeyir şər mərasimlərində istifadə olunan kəllə qənd olduğunu görmüşlər. Onlar qəndləri də avtomobilə yükləmişlər və Elmir avtomobili idarə edərək Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda oğurladıqları qəndlərdən bir neçə qutusunu yolun kənarına atmışlar. Gədəbəy rayonunda olanda, Elmir onlara yolun kənarında pir kimi yer göstərdiyi üçün Qəribşah Elmirdən avtomobili saxlamasını xahiş etmiş, Elmir avtomobili saxlamış və o, düşüb pirə 1 manat nəzir qoyaraq öz yollarına davam etmişlər. Təxminən saat 08 radələrində Bakıda şəhərində Yasamal rayonunda olmuşlar. Həmin vaxt əvvəllər tanıdığı və topdan satış siqaret alqı-satqısı ilə məşğul olan Nizami adlı şəxsə zəng etmiş və onlarda siqaret olduğunu demişdir. Nizami ondan nə siqaret olduğunu deyəndə ona dükanı olduğunu və hazırda bağladığını və bir qutusunu 90 qəpiyə satacağını demişdir. Nizami də gəlib baxacağını demiş və bir qədər sonra həmin şəxs BMV markalı avtomobillə yanlarına gəlmiş və siqaretləri həmin avtomobilə yükləmişdir. Ümumilikdə, ondan 3070 manat pul almışlar, həmin puldan 70 manatını Gədəbəy gedəndə götürdükləri borca çıxmışlar və 3000 manat pulu isə dördü arasında bölmüş, adama 750 manat pul düşmüşdür. Pulunu alandan sonra oradan xəstəxanaya getmiş, əldə etdiyi pulu uşağının müalicəsinə xərcləmişdir. Həmin hadisədən bir neçə gün sonra Elmir ölkə ərazisini tərk etmiş və Rusiya Federasiyasına getmişdir. Lakin bir müddət sonra polis əməkdaşları onların oğurluq etdiklərini müəyyən etmiş və onları saxlamışlar. Törətdiyi əməldən peşmandır. O, bu əmələ görə artıq məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 şahid qismində dindirilmə protokolundan görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Şahid2 qardaşıdır. Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 dayısı oğludur, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışları, X16 isə qardaşı Semralın qaynıdır. Bəbəş ləqəbli Bahadur adlı şəxsi isə Elmirin qohumu kimi tanımış, münasibətləri normal olmuşdur. Əliağanın “Mercedes” markalı, Qəribşahın “Lada priora” markalı, Şahid1 isə Lada “VAZ-2114 minik” markalı Rusiya Federasiyası nömrə nişanlı avtomobili vardır. 2019-cu ilin dekabr ayının ikinci on günlüyündə Bahadur və Elmir söhbət edən zaman imkansızlıqdan söz düşdüyü üçün Bahadur Gədəbəy şəhərində bir nəfər şəxsin mağazası və böyük anbarı olduğunu və anbarda siqaret və digər məhsullar saxladığını və oradan oğurluq etməyin mümkün olduğunu, heç kəsin onlardan şübhələnməyəcəyini bildirmişdir. 06 yanvar 2020-ci il tarixdə Bahadurin dediyi obyektə gedib oradan oğurluq etməyi qərara almışdır. Bunun üçün də istifadəsində olan ***-***-**-** saylı mobil nömrə əsasında işlətdiyi whatsapp sosial şəbəkə vasitəsilə Qəribşahın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə əsasında işlətdiyi whatsapp sosial şəbəkəsinə zəng etmiş və Gədəbəy rayonuna oğurluğa getmək istədiklərini bildirmişdir. Qəribşah da işdə olduğunu və heç bir problem olmadığını, lakin pulu olmadığını demişdir. Həmin vaxt o, Qəribşaha Elmirə də deyəcəyini, birlikdə pul qoyub Qəribşahın maşını ilə gedib gələcəklərini və onun işdən çıxmasını gözlədiyini demişdir. Bundan sonra Elmirlə əlaqə saxlamış, Elmir ona qardaşım Semralla birlikdə olduğunu bidirmişdir. Elmirə Gədəbəyə oğurluğa gedəcəklərini demiş. Elmir və Semral da onunla razılaşmışlar. Həmin gün saat 18 radələrində özünə məxsus VAZ-2114 markalı avtomobil ilə Elmir və Semralla birlikdə Bibiheybət yoluna getmişlər. Həmin vaxt Azneft dairəsi yaxınlığında Qəribşah özünə məxsus Priora markalı avtomobil ilə onları gözləmişdir. Avtomobili orada saxlamış və Qəribşahın avtomobili ilə Gədəbəy rayonuna gəlmişlər. Həmin vaxt Qəribşaha məxsus avtomobildə meymun maskası olmuşdur. Semral həmin maskanı götürüb və anbara girəndə başına taxacağını demişdir. Onlar Gədəbəy rayonunun girişində olan zaman Elmir sükan arxasına keçmiş və oğurluq edəcəkləri anbarın yanına gətirmişdir. Həmin vaxt saat təxminən 03 radələri olmuşdur. Onlar avtomobillə bir neçə dəfə anbarın ətrafında gəzdikdən sonra Elmir avtomobili yolun kənarında saxlamış, sonra onlar avtomobildən düşərək anbarın qapısının qıfılını sındırmaq üçün avtomobildən təkər açarını çıxararaq anbara yaxınlaşmışlar. Qəribşahla birlikdə anbarın qapısının qıfılını sındırmışlar. Elmir isə ətrafa nəzarət etmişdir. Bundan sonra Qəribşah içəri daxil olaraq içəridən siqaret qutularını çıxardıb yolun kənarında olan daş hasarın üzərinə qoymuş, Elmir isə daşıyıb avtomobilin yük yerinə yğmışdır. O, isə aşağıda ətrafa nəzarət etmişdir. Qəribşahla birlikdə Semral da içəridən siqaret qutularını daşımışdır. Ümumilikdə, 14 qutu siqaret və bir qutu da HELL enerji içkisi götürmüşlər. Onlar siqaret qutularının ağzını açıb siqaretləri salona və yük yerinə boşaltmışlar. Qutuları boşaldan zaman qutulardan ikisinin xeyir-şər mərasimlərində istifadə olunan kəllə qənd olduğunu görmüşlər. Qəndləri də avtomobilə yüklədikdən sonra Elmir avtomobili idarə etmiş və Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda oğurladıqları qəndləri yolun kənarına atmışdır Gədəbəy rayonunda olanda Elmir yolun kənarında pir kimi yer göstərmişdir. Həmin vaxt Qəribşah namaz qılan olduğu üçün Elmirdən avtomobili saxlasını xahiş etmişdir. Elmir də avtomobili saxlamış və Qəribşah avtomobildən düşüb pirə 1 manat nəzir qoymuşdur. Onlar təxminən saat 08 radələrində Bakı şəhərində olmuşlar, həmin vaxt uşaqlardan kimsə siqaret alqı-satqısı ilə məşğul olan şəxsə məlumat vermiş və həmin tanımadığı şəxs də BMV markalı avtomobillə gələrək onlardan siqaretləri həmin avtomobilə yükləmiş və 3070 manat pul alıblar. Həmin puldan 70 manatını Gədəbəy gedəndə xərclədikləri pula çıxmışlar və 3000 manat pulu isə dördünün arasında bölmüşlər, hərəsinə 750 manat pul düşmüşdür. Qəribşah pulu alandan sonra çıxıb iş yerinə, o biriləri isə öz evlərinə getmişdir. O, əldə etdiyi pul vasitəsilə özünə məxsus avtomobilin nasaz yerlərini təmir etdirmişdir. Bundan başqa 08 yanvar 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, Əliağa, Zaman və Tural Bakı şəhərində Əliağaya məxsus Merdes markalı avtomobildə oturub söhbət edən zaman onlara Gədəbəy rayonunda ərzaq mağazasının anbarı olduğunu və həmin anbardan oğurluq etməyi və olardan heç kimin şübhələnməyəcəyini demişdir. Uşaqlar nə oğurlayacaqlarını soruşanda, onlara siqaret oğurlayacaqlarını demişdir. Onlar da bununla razılaşmışlar, Əliağa həmin vaxt onlardan atasına vermək üçün 100 manat pul istəmişdir. Həmin vaxt onlar Əliağa ilə razılaşmışlar, bunun üçün də yol pulu üçün evdən 100 manat pul götürmüşlər. Onlar həmin puldan 24 manatına avtomobilə dizel yanacaq tökmüşlər və təxminən saat 20:30 radələrində Bakı şəhərindən çıxmışlar. Yol ilə gələn zaman 19 manata mağazadan şirniyyat, su siqaret alıblar və söhbət edə-edə Gədəbəy rayonuna gəlmişlər. Gədəbəy rayonunun girəcəyində pir kimi yer olduğu üçün Zaman avtomobildən düşərək Əliağadan da 2 manat alıb həmin pirə nəzir kimi qoyaraq avtomobilə minmişdir. Əliağa avtomobili idarə edib Gədəbəy şəhərinə gəlmişlər. Gədəbəy şəhərində işıqforu keçəndən sonra Əliağaya anbarın olduğu yerə gedən yolu göstərmiş və anbarın yaxınlığına gəlmişlər. Bir neçə dəfə avtomobillə anbarın ətrafına fırlananmışlar və heç kəsin olmadığına əmin olandan sonra Əliağa avtomobili anbardan 25-30 metr aralıda saxlamış və onlar avtomobildən düşmüşlər. Əliağa avtomobilin yük yerindən təkər açmaq üçün istifadə olunan açarı Turala vermiş və Turalla Zaman anbara yaxınlaşmışdır. O, isə Əliağa ilə birlikdə avtomobilin yanında dayanıb ətrafa nəzarət etmişdir. Həmin vaxt vəziyyəti öyrənmək üçün Zamana zəng vurmuş və onunla danışan zaman qapını açıb-açmadıqlarını soruşmuşdur. Zaman da birinci qıfılı, sonra ikinci qıfılı və nəhayət üçüncü qıfılı sındırdıq deyə bildirmişdir. Zamanla danışan zaman əvvəl anbara girdiyi üçün Zamana qapıdan içəri girəndən sonra sola, sonra isə sağa dönmələrini və qarşılarına piştaxta çıxacağını və siqaret qutularını ora yığıldığını bildirmişdir. Həmin vaxt Əliağa ona yaxınlaşaraq yuxarı tərəfdən səs gəldiyini demişdir. Əliağanın dediyi yerə baxmış, lakin heç kim olmadığı üçün geri qayıtmışdır. Sonra da Əliağa ilə birlikdə anbarın giriş qapısının yanından siqaret qutularını gətirib avtomobilə yığmış və qutuların bəzilərini ora atmışdır. Sonra da maşını idarə edib anbarın giriş qapısının yaxınlığına aparmış və Zamanla Turalın bayıra çıxadığı siqaret qutularını avtomobilin yük yerinə və salonuna yığmışlar. Həmin vaxt 13 qutu siqaret götürdükdən sonra, Tural anbarın sındırmış olduğu qıfıllarını da götürmüşdür. Qabaq sağ oturacaqda oturmuş, Zaman və Tural isə arxa oturacaqda oturmuşlar və Bakı istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt qucağında siqaret qutuları olduğundan anbardan uzaqlaşandan sonra avtomobili saxlayıb qutuları avtomobilin salonuna boşaltmışlar. Lakin bir qutunu boşalda bilməmişlər. Bakı şəhərinə gedən zaman Gədəbəy rayonun girəcəyində olan pirin qarşısında avtomobili Əliağa saxlamış və avtomobildən düşüb 5 manat nəzir qoymuşdur. Bundan sonra onlar yola davam etmişlər. Yolda həmin bir qutu siqareti də avtomobilin salonuna boşaltmışlar. Şəmkir rayonunda yerləşən yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq doldurub və yenə öz yollarına davam etmişlər. Həmin günü təxminən saat 06 radələrində Bakı şəhərinə çatmışlar və siqaretləri kirayədə yaşadığı evə yığmışlar. Bundan sonra dördü də əldə etdiyi siqaretləri harada satmaq barədə söhbət etməyə başlamışlar. Həmin vaxt o, bir nəfər şəxslə danışmış, lakin, həmin şəxsdən xəbər çıxmadığı üçün Əliağa çıxıb evlərinə getmiş və həmin vaxt Əliağa ondan 100 manat pul almış və atasına verəcəyini bildirmişdir. Həmin günün səhərisi Əliağa ilə görüşüb və evdən oğurladığı ARGO markalı siqaretdən 200 blok, yəni 2000 ədəd siqareti götürüb avtomobilə yükləmiş. Bundan sonra onlar birlikdə Şabran rayonuna getmişlər. Həmin vaxt Əliağanın avtomobilinə 30 manat pul vermiş və 10 manat da avtomobilə yanacaq doldurmuş. Şabran şəhərində kafeyə dönmüşlər. O, düşüb orada dükan işlədən şəxslərə satlıq siqaret olduğunu, dostunun mağaza işlədiyini və ziyana düşdüyünü, bunun üçün də siqaretləri satmaq üçün gəldiklərini bildirmişlər. Həmin vaxt bir nəfər tanış ondan siqaretləri götürüb və çıxıb getmişdir. Təxminən 3-4 saatdan sonra həmin uşaq gəlmiş və ona 1500 manat pul veribmiş. Həmin puldan yenə də 10 manatlıq avtomobilə yanacaq tökmüşlər və 70 manat da Əliağaya vermişlər. Bakı şəhərinə gəlmişlər. Qalıq qalan siqaretləri isə Zamanla Tural satmaq üçün maşın tutub Şabran rayonuna getmişlər. Zaman və Turalın siqareti necə və harada satmasından xəbri olmadığını bildirmişdir. Zamangili satdığı siqaretdən ona 500 manat pul vermiş və o, yenə də həmin pulu avtomobilimə xərcləmiş. Bundan bir neçə gün sonra Elmir ona vatshaap sosial şəbəkə vasitəsilə səs göndəribi, Rusiyada olduğunu və dayısı oğlu Qəribşahın abtomobilindən Gədəbəydə polislərin şübhələndiyini və maşını gizlətmələrini bildirmişdir. O da heç bir narahatçılıq olmadığını demiş. Həmin avtomobil Rusiya Federasiyasında qeydiyyatda olduğu üçün 15 yanvar 2020-ci il tarixdə Tural və Zamanla birlikdə Rusiyaya getmişlər. Sərhəd keçid məntəqəsində olan zaman onları saxlamış və Gədəbəy Rayon Polis Şöbəsindən çıxışa qadağa qoyulduğunu bildirmiş və onları polis bölməsinə aparmışlar. Həmin günü gecə saatlarında da Gədəbəy RPŞ-nin əməkdaşları gəlib Gədəbəy RPŞ-ə gətirmişlər. Gədəbəy rayonundan oğurluq etməyi Bəbiş ləqəbli şəxs demişdir və həmin oğurluq olunan obyekti də ona və Elmirə göstərmişdir. Hadisə zamanı istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Gədəbəy rayonundan oğurluq etdikləri anbarı Bəbiş onlara göstərmişdir, lakin, Bəbişlə oradan hər hansı bir oğurluq etməmişdir. Birinci dəfə oğurladıqları siqaretlərdən bir qutu, yəni 50 blok MAGNA olmuş, qalanı ARGO markalı siqaret olmuş, ikinci dəfə oğurladığı siqaretlərin hamısı ARGO markalı olmuşdur. Həmin siqaretlərin hamısı qalın ölçüdə olmuşdur. İşdə olan Hadisə yerinə baxış keçirilməsi haqqında 09 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc anbarıdır. Anbar asfalt yoldan 20 metr aralıda sağ tərəfdə yerləşir. Anbarın giriş qapısı iki taylı dəmir qapıdan hazırlanmış, hər iki tayın yuxarı hissəsi karton materialla bağlanmışdır. Anbar bir mərtəbəli olmaqla üstü köhnə şiferlərlə örtülmüşdür. Anbarın qarşısında bulaq vardır, bulağın yaxınlığında olan arxın içərisində üzərində "xxxx" yazısı yazılan “Argo” markalı siqaretin yığıldığı iki boş qutu aşkar olundu. Bulağın arxasına yığılmış qumun üzərində içərisində 500 qutu olan üzərinə "xxxx" sözləri yazılmış dolu bir bağlama aşkar olundu. Baxış zamanı anbarın giriş qapısının üzərinə bağlanmış asma qıfılın yerində olmadığı və anbarın qapısının açıq vəziyyətdə olması müəyyən olundu. Anbarın içərisinə baxış zamanı Zərərçəkmiş şəxs anbarda sağ tərəfdən 13 bağlama “Argo” markalı siqaretlərin oğurlandığı yeri göstərmişdir. İşdə olan Avtomobilə baxış keçirilməsi və əşyanın götürülməsi haqqında 10 fevral 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil Lada Priora markalı olmaqla **-BK-*** dövlət qeydiyyat nişanlıdır, ağ rəngdədir. Avtomobilin salonuna baxış zamanı iş üçün əhəmiyyət kəsb edilən predment aşkar edilməmişdir. Avtomobilin baqaj yük yerinə baxış keçirilən zaman oradan gündəlik geyim paltarları, “Taxı” tanınma nişanı və 6 künc formasında açıq yaşıl rəngdə, 120 qram çəkidə ünvan 5 ünvanında “Tamlı Qənd” adı ilə istesal olunmuş və xeyir-şər mərasimlərində istifadə olunması üçün nəzərdə tutulmuş 20 qutu qənd aşkar olundu. Baxış zamanı avtomobil sahibi Təqsirləndirilən şəxs4 aşkar olunmuş qəndləri 07.01.2020-ci il tarixdə Gədəbəy rayonundan anbardan siqaret oğurlayan zaman oğurladıqlarını və həmin vaxtdan avtomobildə saxladığını bildirmişdir. Həmin 20 qutu qənd iş üçün əhəmiyyət kəsb etdiyindən fotoşəkilləri çəçilərək götürülmüşdür. İşdə olan Məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 mart 2020-ci il tarixli 3177 nömrəli rəyindən görünür ki, tədqiq edilən maddi sübutların 08-09 yanvar 2020-ci il tarixə respublikadaxili orta bazar satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: - 1 qutu "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istesal olunmuş Argo markalı qalın siqaret 1,40 manat. - 1 qutu Caspian Galaxy MM tərəfindən Azərbaycan Respublikası ünvan 6 ünvanında istehsal olunmuş MAGNA markalı qalın siqaret 1,50 manat. - 1 qutu 250 ml çəkidə HELL Energy Drink içkisi 1,00 manat. - 1 qutu 120 qram çəkisi olan ünvan 3 ünvanında “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasimlərində istifadə olunan qənd 0,60 manat. İşdə olan Məhkəmə əmtəəşünaslıq ekspertizasının 04 mart 2020-ci il tarixli 3178 nömrəli rəyindən görünür ki, tədqiq edilən 1 qutu "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istesal olunmuş Argo markalı qalın siqaretin 08-09 yanvar 2020-ci il tarixə, respublikadaxili orta bazar satış qiymətləri təxminən 1,40 manat müəyyən edilir. İşdə olan Məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2020-ci il tarixli 9/4704 nömrəli rəyindən görünür ki, tədqiq edilən bir ədəd təhlükəsizlik kamerasının yaddaş qutusunun karton qutusunda olan məlumatlara əsasən, Çin istehsalı olan “Evronet” firmasına məxsus X24 CH AHD DV 2 MP markalı təhlükəsizlik kamerasının yaddaş qutusunun 2019-cu ilin dekabr ayına, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən 160 manat müəyyən edilir. İşdə olan “Bakcell MMC”-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 25 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 13 dekabr 2019-cu il tarixdə saat 19:28 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsinin antenna dairəsində olmuş və həmin dəqiqədən etibarən Gədəbəy rayonu istiqamətində hərəkətdə olduğu üçün mobil telefonun antenası keçdiyi rayonların antena dairəsində qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 14 dekabr 2019-cu il tarixdən saat 01:29 dəqiqədən saat 03:09 dəqiqəyədək Gədəbəy rayonu inzibati ərazisinin antenna dairəsində qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 06 yanvar 2020-ci il tarixdə saat 16:03 dəqiqədə Bakı şəhəri Moskva prospekti 73 ünvanının antenna dairəsində olmuş və həmin dəqiqədən etibarən Gədəbəy rayonu istiqamətində hərəkətdə olduğu üçün mobil telefonun antenası keçdiyi rayonların antena dairəsində qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 07 yanvar 2020-ci il tarixdən saat 03.26 dəqiqədən saat 03:58 dəqiqəyə dək Gədəbəy rayonu inzibati ərazisinin antenna dairəsində qeydə alınmışdır. Bundan başqa baxışla müəyyən edilmişdir ki, X4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 08 yanvar 2020-ci il tarixdə saat 16:46 dəqiqədə ünvan 9 ünvanının antenna dairəsində olmuş və həmin dəqiqədən etibarən Gədəbəy rayonu istiqamətində hərəkətdə olduğu üçün mobil telefonun antenası keçdiyi rayonların antena dairəsində qeydə alınmışdır. X4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 09 yanvar 2020-ci il tarixdə saat 00:42 dəqiqədən saat 01:45 dəqiqəyədək Gədəbəy rayonu inzibati ərazisinin antenna dairəsində qeydə alınmışdır. X4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 08-09 yanvar 2020-ci il tarixlərdə telefon danışıqları olmuşdur. İşdə olan “Azerfon MMC”-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 25 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 08 yanvar 2020-ci il tarixdə saat 18:12 dəqiqədə Bakı şəhəri Moskva Prospekti 73 ünvanının antenna dairəsində olmuş və həmin dəqiqədən etibarən Gədəbəy rayonu istiqamətində hərəkətdə olduğu üçün mobil telefonun antenası keçdiyi rayonların antena dairəsində qeydə alınmışdır. Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 09.01.2020-ci il tarixdən saat 02:03 dəqiqədən saat 02:12 dəqiqəyə dək Gədəbəy rayonu inzibati ərazisinin antenna dairəsində qeydə alınmışdır. Təqsirləndirilən şəxs5 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 09 yanvar 2020-ci il tarixdə telefon danışıqları olmuşdur. İşdə “Azersell MMC”-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 25 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 13 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonunun antenna dairəsində olmuş, 14 dekabr 2019-cu il tarixdə saat 00:47 dəqiqədən Göy-göl rayonunun, 14 dekabr 2019-cu il tarixdə saat 01:32 dəqiqədən Şəmkir rayonu Qasımalılar kəndi və 14 dekabr 2019-cu il tarixdə Gədəbəy rayonunun antena dairəsində olmuşdur. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi 07 yanvar 2020-ci il tarixdə Şəmkir rayonu inzibati ərazisinin və 09 yanvar 2020-ci il tarixdə isə Gədəbəy rayonun inzibati ərazisinin antenna dairəsində olmuşdur. Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə 06 yanvar 2020-ci il tarixdə, X3 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə ilə 06 yanvar 2020-ci il tarixdə və 07 yanvar 2020-ci il tarixlərdə, Təqsirləndirilən şəxs5 ilə 07-09 yanvar 2020-ci il tarixlərdə və X4 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə telefon danışıqları olmuşdur. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr 06 yanvar 2020-ci il tarixdə Bakı şəhərinin inzibati ərazisinin antenna dairəsində olmuş və Gədəbəy rayonu istiqamətində hərəkətdə olduğu üçün mobil telefonun antenası keçdiyi rayonların və Gədəbəy rayonunun inzibati ərazisinin antena dairəsində olmuşdur. Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə 06-07 yanvar 2020-ci il tarixlərdə Şahid1 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mütəmadi danışıqlar olmuşdur. Bundan başqa Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 06 yanvar 2020-ci il tarixdə Bakı şəhərinin inzibati ərazisinin antenna dairəsində olmuş və həmin tarixdən etibarən Gədəbəy rayonu istiqamətində hərəkətdə olduğu üçün mobil telefonun antenası keçdiyi rayonların və Gədəbəy rayonunun inzibati ərazisinin antena dairəsində olmuşdur. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** və ***-***-**- ** saylı mobil nömrələr ilə mütəmadi olaraq 06-07 yanvar 2020-ci il tarixlərdə danışıqlar olmuşdur. İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 məxsus avtomobilə baxış zamanı aşkar olunaraq götürülmüş 20 qutu qənd maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxs cinayət işi materialları ilə tanış olandan sonra Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statitstik İnformasiya İdarəsindən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statitstik İnformasiya idarəsindən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Şəmkir rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycav Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 06 mart 2017-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən cazasını çəkilməmiş 01 ay 29 gün çəkməkdən vaxtından əvvəl şərti azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statitstik İnformasiya İdarəsindən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statitstik İnformasiya İdarəsindən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statitstik İnformasiya İdarəsindən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. İşdə olan Ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 atası Çingiz Əliyevin ona vurulmuş maddi ziyandan 3000 (üç min) manat, Təqsirləndirilən şəxs2 atası Fərhad İsmayılovun isə 2000 (iki min) manat ödədiyini bildirmişdir. İşdə olan Ərizədən görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hər birinin adından 1500 manat olmaqla ümumilikdə, 3000 manat poçt vasitəsi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilmişdir. İşdə olna 10.09.2020-ci il tarixli ********* saylı Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 3000 ( üç min) manat pul göndərilmişdir. İşdə olan Ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan Ərizədən görünür ki, zərərçəkmiş Əliyev X9 Bahadur Əli oğlu tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyinini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan X2 surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 övladları X14 11 noyabr 2010-ciu il tarixdə, X18 isə 20 noyabr 2012-ci il tarixdə doğulmuşlar. İşdə olan X5 surətindən görünür ki, Təqsirləndirilən şəxs4 övladları X7 04 oktyabr 2021-ci il tarixdə, X10 isə 18 may 2018-ci il tarixdə doğulmuşlar. İşdə olan X5 surətindən görünür ki, Təqsirləndirilən şəxs5 övladı X27 24 may 2021ci il tarixdə doğulmuşdur. İşdə olan Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 11 ünvanında yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İşdə olan Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Gədəbəy şəhəri, Nizami küçəsi, ev 42-də qeydiyyatdadır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İşdə olan Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatdadır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İşdə olan Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 75A, mənzil 13-də yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İşdə olan Xasiyyətnamədn görünür ki, Təqsirləndirilən şəxs5 Şabran rayonu, Söhbətli kəndində yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs4 10 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 fevral 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə Gədəbəy RPŞ-nin X12 azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X19 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq-özgənin əmlakını gizli olaraq talamadır. Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2; 177.2.3. və 177.2.4-cü maddələrinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxslərin, zərərçəkmişin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Şahid2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 2019-cu ilin dekabr ayında, istintaqa məlum olmayan vaxtda gecə saatlarında Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 7000 qutu, cəmi 9800 (doqquz min səkkiz yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti, hər bir qutusunun qiyməti 1 manat, ümumi dəyəri 24 manat təşkil edən 24 qutu 250 mlqram çəkidə HELL energy içkisi və 160 manat dəyərində kamerası Çin istehsalı olan EURONET firmasına məxsus X24 4CH AHD DV 2 MP markalı təhlükəsizlik kamerasını, ümumilikdə 9984 (doqquz min doqquz yüz səksən dörd) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs4, Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 07 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 3500 qutu, cəmi 4900 (dörd min doqquz yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti, hər bir qutusunun qiyməti 1,50 (bir manat əlli qəpik) manat, ümumi dəyəri 750 manat təşkil edən 500 qutu Caspian Galaxy MM tərəfindən Azərbaycan Respublikası ünvan 2 ünvanında istehsal olunmuş MAGNA markalı siqareti, hər bir qutusunun qiyməti 0,60 manat, ümumi dəyəri 28,80 manat təşkil edən 48 qutu 120 qram çəkisi olan ünvan 3 ünvanında “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasimlərində istifadə olunan qənd və hər bir qutusunun qiyməti 1 manat, ümumi dəyəri 24 manat təşkil edən 24 qutu 250 mlqram çəkidə HELL energy içkisini, ümumilikdə 5702,80 (beş min yeddi yüz iki manat səksən qəpik) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CMnin 177.2.1; 177.2.2; 177.2.3. və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 2019-cu ilin dekabr ayında, istintaqa məlum olmayan vaxtda gecə saatlarında Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 7000 qutu, cəmi 9800 (doqquz min səkkiz yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti, hər bir qutusunun qiyməti 1 manat, ümumi dəyəri 24 manat təşkil edən 24 qutu 250 mlqram çəkidə HELL energy içkisi və 160 manat dəyərində Çin istehsalı olan EURONET firmasına məxsus X24 4CH AHD DV 2 MP markalı təhlükəsizlik kamerasını, ümumilikdə 9984 (doqquz min doqquz yüz səksən dörd) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllrini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları X16, Şahid1 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 09 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 6500 qutu, cəmi 9100 (doqquz min yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs4 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 Mirzə oğlu, Şahid1 və Şahid2 qabaqcadan əlbir olan bir qrup təşkil edərək 07 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 3500 qutu, cəmi 4900 (dörd min doqquz yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti, hər bir qutusunun qiyməti 1,50 (bir manat əlli qəpik) manat, ümumi dəyəri 750 manat təşkil edən 500 qutu Caspian Galaxy MM tərəfindən Azərbaycan Respublikası ünvan 2 ünvanında istehsal olunmuş MAGNA markalı siqareti, hər bir qutusunun qiyməti 0,60 manat, ümumi dəyəri 28,80 manat təşkil edən 48 qutu 120 qram çəkisi olan ünvan 3 ünvanında “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasimlərində istifadə olunan qənd və hər bir qutusunun qiyməti 1 manat, ümumi dəyəri 24 manat təşkil edən 24 qutu 250 mlqram çəkidə HELL energy içkisini, ümumilikdə 5702,80 (beş min yeddi yüz iki manat səksən qəpik) manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CMnin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları X16, Şahid1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 09 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs mülkiyyətində olan bir qutusunun qiyməti 1,40 (bir manat qırx qəpik) manat olan 6500 qutu, cəmi 9100 (doqquz min yüz) manat dəyərində Tabaterra QSC tərəfindən Azərbaycan Respublikası ünvan 1 ünvanında istehsal olunmuş ARGO markalı siqareti gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir.X8 gizli yolla talamaqla oğurlamış və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir; Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmişdir, onun əməlləri ilə cinayətlərin residivi yaranmamış və onun əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs3 zərərçəkmişə vurulmuş ziyanın tamamilə ödəməsi və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Azərbaycan Respublikası CM-nin 59.13. və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.13. və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı uşaqların olması, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13. və 59.2-ci maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.14. və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.14. və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı uşaqların olması, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətlərini səciyyələndirən halları, məhkumluqlarının olmaması, eləcə də, təyin ediləcək cəzanın onların sonrakı həyat tərzinə, davranışlarına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yəni, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 cəmi, 02 gün tutularaq, Gədəbəy RPŞ-nin MST-da saxlanılması cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirlən şəxslər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 20 qutu qəndin saxlanılması üçün zərərçəkmişə təhvil verilməsini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 175 manat məhkəmə xərcinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 alınaraq, dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası təqsirləndirlən şəxslərin yaşayış yerləri üzrə İcra və Probasiya Şöbələrinə həvalə edilməlidir. İş mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2; 177.2.3. və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 10 fevral 2020-ci il tarixdən 11 fevral 2020-ci il tarixə və qədər olan müddətdə tutularaq, cəmi, 02 gün müddətində Gədəbəy RPŞ-nin MST-da saxlanılması nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3. və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şabran rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 20 qutu qəndin saxlanılması üçün zərərçəkmişə verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 175 manat təqsirləndirilən şəxslərdən alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası təqsirləndirlən şəxslərin yaşayış yerləri üzrə İcra və Probasiya Şöbələrinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar