Məhkəmə qərarları › İş №1(042)-15/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-15/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-15/2023 06.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı Zahi oğlu, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 10 avqust 1995-ci ildə Gədəbəy rayonu, Qumlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qumlu kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 06 iyul 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 06 sentyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində Gədəbəy rayonu, Qumlu kəndinin örüş-otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 1 baş 2 yaşlı, diri çəkisi 35 kiloqram olan 255 manat dəyərində erkək xırda buynuzlu heyvanı gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 21 sentyabr 2022-ci il tarixdə günorta saatlarında təxminən, saat 13 radələrində Gədəbəy rayonu, Qumlu kəndinin örüş-otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 01 baş 1 illik yerli cins, diri çəkisi 36 kiloqram çəkidə 270 manat manat dəyərində erkək xırda buynuzlu heyvanı gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 13 sentyabr 2022-ci il tarixdə günorta saatlarında təxminən, saat 12 radələrində Gədəbəy rayonu Qumlu kəndinin örüş-otlaq sahəsindən həmin kənd sakini X2 mülkiyyətində olan 1 baş 3 illik yerli cins, damazlıq, diri çəkisi 50 kiloqram olan 300 manat dəyərində qoyunu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 15 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu, Qumlu kəndinin örüşotlaq sahəsindən həmin kənd sakini X2 mülkiyyətində olan 02 baş 4 illik, yerli cins, hər birinin diri çəkiləri 50 kiloqram olan, 1 başının qiyməti 300 manat təşkil edən 600 manat dəyərində qoyunu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 16 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu, Qumlu kəndinin örüşotlaq sahəsindən həmin kənd sakini X2 mülkiyyətində olan 02 baş 4 illlik, yerli cins, diri çəkiləri 55 kiloqram olan, damazlıq, 1 başının qiyməti 375 manat təşkil edən 750 manat dəyərində qoyunu və 01 baş 1 illik, yerli cins, ağ rəngli, təxmini diri çəkisi 17 kiloqram olan 150 manat dəyərində erkək xırda buynuzlu heyvanı, ümumilikdə 900 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 17 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu, Qumlu kəndinin örüşotlaq sahəsindən həmin kənd sakini X2 mülkiyyətində olan 02 baş 4 illlik, yerli cins, təxmini diri çəkiləri 83 kiloqram olan 1 başının qiyməti 500 manat təşkil edən 1000 manat dəyərində damazlıq erkək xırda buynuzlu heyvanı gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, heç bir yerdə işləmir fərdi əməklə məşğuldur. Gədəbəy rayonu, Qumlu kənd sakinləri X6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun kəmkəndliləridir. 06 sentyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində Gədəbəy rayonu, Qumlu kəndinin örüş-otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 01 baş xırda buynuzlu heyvanı tutaraq, Şahid1 zəng etmiş, xırda buynuzlu heyvanının olmasını bildirib, həmin heyvanı satmaq lazım olduğunu demişdir. Təbriz ona Slavyanka kəndində Azər adlı qəssab olduğunu bildirmişdir. Təbriz idarə etdiyi avtomobil ilə onun yanına gəlmiş, heyvanı onun avtomobilinin yük yerinə yükləyərək, birlikdə heyvanı Azər adlı şəxsin yanına aparmışlar. Azər heyvanı çəkdikdən sonra ona 170 manat pul verəcəyini demişdir. Azərin dediyi ilə razılaşıb heyvanı ona satmışdır. Təbrizə 10 manat yolpulu vermişdir. 13 sentyabr 2022-ci il tarixdə günorta, təxminən, saat 12 radələrində Gədəbəy rayonu Qumlu kəndinin örüş-otlaq sahəsindən həmin kənd sakini X3 məxsus 1 baş qoyunu oğurlamış, heyvanı aparmaq üçün Təbrizə zəng vuraraq gəlməsini istəmişdir. Təbriz gəldikdən sonra heyvanı onun avtomobilinin yük yerinə qoyaraq, yenidən Slavyanka kəndində qəssab işləyən Azərin yanına aparmış,Azər həmin heyvan üçün ona 180 manat pul vermişdir. Yolpulu kimi 10 manat Təbrizə vermişdir. Həmin hadisədən bir neçə gün, yəni, 15 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu, Qumlu kəndinin örüş-otlaq sahəsindən X3 məxsus 02 baş heyvanı oğurlamış, heyvanları Azərin maşınında aparmış, Gədəbəy rayonu, Slavynaka kəndi ərazisində Çanaqçı kənd yolu deyilən yerdə Bayram adlı qəssaba 240 manata satmışdır. Təbrizə yalnız yolpulu vermişdir. Bundan başqa, iki dəfə də Fəxrəddin Hüseynova məxsus heyvanları oğurlayaraq, Azərə və Şəmkir rayonunda Mərkəzi Bazarın yaxınlığında Əliş adlı şəxs ilə görüşmüş, 03 baş xırda buynuzlu heyvan olduğunu bildirib həmin heyvanları satmaqda kömək etməsini xahiş etmişdir. Əliş ondan heyvanları harada aldığını soruşduqda, ona heyvan alqı-satqısı ilə məşğul olduğunu demişdir. Heyvanları kirayədə yaşadığı Sahilə adi ilə tanıdığı Şahid5 yaşadığı evin tövləsinə salmışdır. Onlar şübhələndikləri üçün heyvanı əvvəllər heyvan aldığı tanışı Gədəbəy rayonu, Söyüdlü kənd sakini Ceyhun Həsənovdan aldığını bildirmiş, onlarla birlikdə Gədəbəy rayonu Söyüdlü kəndinə gəlmişdir. Orada Əli X9 xırda buynuzlu heyvan satıb satmadığını soruşmuşdur. Ceyhun Həsənovdan əvvəllər xırdabuynuzlu heyvan aldığı üçün, Ceyhun ona heyvan satdığını təsdiq etmişdir. Şahid4 və digərləri ona inandıqdan sonra birlikdə Şəmkir rayonua geri qayıtmışdırlar. O biri gün, heyvanın bir başını 120 manata ev sahibi olan Şahid5, bir başını 80 manata Şahid4 və bir başını isə 70 manata Şahid7 satmışdır. Təxminən, 17 sentyabr 2022-ci il tarixdə də 02 baş xırdabuynuzlu heyvan oğurlamış, onları satmağa aparmaq üçün Təbrizi çağırmışdır. Təbriz ilə həmin heyvanları Şəmkir rayonuna aparıb Mərkəzi bazarda tanımadığı şəxsə birini 200 manata satmışdır. O, ümumilikdə 10 baş xırdabuynuzlu heyvan oğurlamışlar. Həmin heyvanların 04 başını Azər adlı şəxsə, 03 başını Şəmkir rayonunda kirayədə qaldığı evdə, 01 başını Gədəbəy rayonu, Slavyanka kəndində Bayram adlı qəssaba və 02 başını isə Şəmkir Rayon Mərkəzi Bazarında tanımadığı şəxsə satmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişlərə vurduğu ziyanı ödəmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. 23 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. Özünün və ailəsinin dolanışığını təmin etmək üçün təsərrüfatında xırdabuynuzlu heyvanlar saxlayır. 06 sentyabr 2022-ci il tarixdə səhər saatlarında təsərrüfatında olan 02 baş xırda buynuzlu heyvanı otlaması üçün həyətyanı sahəyə buraxmış və heyvanlar otlaya-otlaya həyətdən bayıra örüş sahəsinə çıxmışlar. Həmin gün saat 18 radələrində heyvanlardan biri qayıtmış, digər bir baş 2 illik, boğaz, yerli cinsdən, damazlıq, diri çəkisi 35 kiloqram qırmızı rəngli dişi xırdabuynuzlu heyvan gəlməmişdir. Heyvanının itməsini zənn edib bir qədər axtarsa da, tapa bilməmiş və bu barədə Gədəbəy RPŞ-ə müraciət etmişir. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin heyvanın həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlaması müəyyən olunmuşdur. İman ona dəymiş 255 manat maddi ziyanı tam olaraq ödəmişdir. Ona qarşı şikayəti yoxdur və qərar çıxarılarkən bunun nəzərə alınmasını xahiş edir. 30 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qumlu kəndində yaşayır və X15 X8 rayonu üzrə X13 işləyir. Təsərrüfatında 52 baş xırdabuynuzlu heyvanlar saxlayır. Heyvanları qardaşı Nürəddin Hüseynov yaşadıqları kəndin örüş sahəsində otarır. 13 sentyabr 2022-ci il tarixdə axşam heyvanları tövləyə salan zaman 01 baş 3 illik, yerli cins, diri çəkisi 50 kiloqram olan damazlıq dişi heyvanı digər xırdabuynuzlu heyvanlarının içərisində aşkar edə bilməmişdir. Heyvanın itməsini zənn edib bir qədər axtarsa da, tapa bilməmişdir. 15 sentyabr 2022-ci il tarixdə axşam heyvanlar gələn zaman onlardan 02 baş 4 illik, yerli cins, diri çəkisi 50 kiloqram olan damazlıq dişi heyvanların gəlmədiyini müəyyən etmiş və yenə də itdiyini zənn edib kənd sakinlərindən heyvanları barədə soruşmuş, lakin heç bir nəticə əldə edə bilməmişdir. 16 sentyabr 2022-ci ili tarixdə axşam saatlarında heyvanlar tövləyə gələn zaman heyvanlardan 02 baş 4 illik, yerli cins, diri çəkisi 55 kiloqram çəkidə olan damazlıq dişi heyvanların və 01 baş 1 illik, yerli cins, ağ rəngli, diri çəkisi 17 kiloqram olan erkək quzunun heyvanların içərisində olmadığını müəyyən etmişdir. 17 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində qardaşı Nürəddin təsərrüfatlarında olan xırdabuynuzlu heyvanları həyətə gətirən zaman yenidən heyvanları saymış və onlardan 02 baş 4 illik, yerli cins, diri çəkisi 83 kiloqram olan damazlıq kimi saxladığı erkək heyvanların gəlmədiyini müəyyən etmişdir. Bu barədə qardaşı Nürəddin Hüseynovdan soruşduqda, sonuncu həmin günü günorta saatlarında heyvan otaran zaman onun yanına həmkəndliləri olan İbiş təxəllüsü ilə tanınan Təqsirləndirilən şəxs gəldiyini bildirmişdir. İmanın heyvanları oğurlamasından şübhələnib İmanın atası Qurban Məmmədova zəng vurub hadisəni ona danışmışdır. Qurban onun dediklərini təsdiq edib məhlədə kartof yığan zaman İmanın onun qardaşı Nürəddinin yanında getməsini gördüyünü bildirmişdir. İmanla görüşüb danışmaq istədiyini bildirmiş, lakin Qurban ona İmanın hazırda Şəmkir şəhərində olduğunu demişdir. Bir qədər sonra Qurban ona zəng edib, İmanı zəngə qoşmuş, o İmandan Nürəddinin yanına nə üçün getməsini soruşduqda, Təqsirləndirilən şəxs Nürəddinin yanına getmədiyini demişdir. O, heyvanlarının İman tərəfindən oğurlanmasına əmin olmuş və 18 sentyabr 2022-ci il tarixdə bu barədə Gədəbəy Rayon Polis Şöbəsinə müraciət etmişdir. Onun müraciətindən sonra Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Onun ümumilikdə 08 baş xırda buynuzlu heyvanları 13 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə oğurlanmışdır. Oğurluq nəticəsində ona 2000 manat maddi ziyan dəymiş və təqsirləndirilən şəxs ona vurduğu ziyanın əvəzini ödəmişdir. Ona qarşı şikayəti yoxdur və qərar çıxarılarkən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qumlu kəndində yaşayır, işləmir, təqaüdçüdür. Özünün və ailəsinin dolanışığını təmin etmək üçün təsərrüfatında 25 baş xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanlardan 04 başı xəstə olduğu üçün tövlədə saxlamış, qalan 21 baş xırda buynuzlu heyvanı isə kənd sakinləri arasında olan heyvan otarma növbəsinə qatmışdır. 12 sentyabr 2022-ci il tarixdə öz heyvan növbələri olduğu üçün xırdabuynuzlu heyvanları otarmaq üçün kəndin örüş sahəsi olan Gədəbəy rayonu, Söyüdlü kəndində gedən yolun yaxınlığına aparmışdır. Həmin günü saat 20 radələrində heyvanları tövləyə gətirib sayarkən bir baş birillik, yerli cins, diri çəkisi 36 kiloqram çəkidə olan erkək heyvanın əskik olmasını görmüşdür. Heyvanının itməsini zənn edib bir neçə gün axtarsa da, tapa bilməmişdir. Sonradan həmin heyvanının həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından şübhələndiyi üçün bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra İmanın valideynləri ona dəymiş maddi ziyanı tam şəkildə ödəmişlər. Bir baş xırdabuynuzlu heyvanın oğurlanması nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. Özünə məxsus VAZ- 21063 minik markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərir. Gədəbəy rayonu, Qumlu kənd sakinləri X4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımır, aralarında narazılıq və ədavət baş verməmişdir. Gədəbəy rayonu, Qumlu kənd sakini Təqsirləndirilən şəxs 4dörd ildir rayon sakini kimi tanımış, aralarında narazılıq və ədavət baş verməmişdir. Təxminən sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlayaraq satmaq üçün xırdabuynuzlu heyvanlar olmasını bildirib, həmin heyvanları satmaq istədiyini bildirmişdir. Buna görə də avtomobili ilə Gədəbəy rayonu, Qumlu kəndi ərazisində yerləşən Boru yolu adlanan yerə getmişdir. Oraya çatan zaman Təqsirləndirilən şəxs tək dayandığını, yanında isə ayaqları bağlanmış halda olan 01 baş xırda buynuzlu heyvan olmasını görmüşdür. İman həmin heyvanı onun idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Təqsirləndirilən şəxs heyvanın özünün olduğunu və heyvanı satmaq üçün qəssab lazım olduğunu bildirmişdir. Ona Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində Azər adlı qəssab olduğunu bildirmişdir. İmanın xahişi ilə Slavyanka kəndinə getmişlər. Orada yolun sağ kənarında yerləşən qəssabxanada Azər adlı qəssab heyvanın kimin olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs heyvanın ona məxsus olmasını bildirmişdir. Azər heyvanın diri çəkisini 6 manatdan alacağını bildirmişdir. İman və Azər heyvanın alqısatqısı barədə razılaşmışlar. Azər İmana heyvana görə təxminən 180 manat pul vermişdir. İman pulu aldıqdan sonra onu əvvəldən razılaşdıqları kimi Şəmkir rayonu ərazində Mərkəzi Bazardan bir qədər aşağıda Çinarlı kənd yolunun sol kənarında yaşayan adını sonradan bildiyi Şahid6 yaşadığı evə aparmışdır. Orada İmanı düşürüb yolpulu kimi 30 manat alıb, geri yaşadığı evə geri qayıtmışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən zəng edərək adını demədiyi bir nəfər yaşlı şəxsdən 01 baş xırda buynuzlu heyvanı 110 manata aldığını bildirib, həmin heyvanı Azərə satmaq istədiyini bildirmişdir. İmanın sözünə əsasən Qumlu kəndinin ərazisində yerləşən bulaqdan sağa dönərək İman dediyi yerə getmişdir. Oraya çatan zaman artıq hava qaranlıq olmuşdur. İmanın yanına çatan zaman tanımadığı bir nəfər yaşlı şəxsin heyvan apararaq getməsini görmüşdür. İman bir baş xırdabuynuzlu heyvanı avtomobilin yük yerinə qoymuşdur. İman ilə birlikdə heyvanı Azərin yanına aparmışlar. Orada Azər heyvana görə İmana məbləğini bilmədiyi pul vermişdir. İman pulu aldıqdan sonra onu Şəmkir rayonuna Ramilənin yanına aparmağını istəmişdir. Onun istəyi ilə İmanı Şəmkir rayonuna Ramilənin yaşadığı evə aparmışdır. İman ona 30 manat yolpulu vermişdir. Təxminən, 10 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində İman onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq, Qumlu kəndi ərazisində bulaqdan aşağıya gəlməsini istəmişdir. Onun sözünə əsasən dediyi yerə getmişdir. İman yanında ayaqları bağlı halda olan 01 baş xırdabuynuzlu heyvanı avtomobilin yük yerinə qoymuşdur. Heyvanı satmaq üçün Slavyanka kəndinə getmişlər. Slavyanka kəndində olan zaman Azər ilə mobil telefon vasitəsi ilə danışdıqda Azər Gəncə şəhərində olduğunu bildirmişdir. Buna görə də heyvanı Slavyanka kəndinin mərkəzində Çanaqçı yolunda ət dükanı olan Bayram adlı şəxsə 240 manata satmışdır. İman pulu aldıqdan sonra yenidən onu Şəmkir rayonuna Ramilənin yanına aparmağını istəmişdir. Onun sözünə əsasən İmanı Şəmkir rayonuna Ramilənin evə düşürüb geri qayıtmışdır. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs adını demədiyi kənd sakinindən 02 baş xırda buynuzlu heyvan almasını bildirib, onu Slavyanka kəndinə aparmağını xahiş etmişdir. Onu yenidən Slavyanka kəndində əvvəllər heyvan satdığı Azər adlı qəssabın yanına aparmışdır. İman heyvanları avtomobilin yük yerindən düşürüb Azərə satmışdır. Bundan sonra İmanı yenidən Şəmkir rayonuna aparmışdır. İmanı orada düşürüb, yenidən Gədəbəy rayonuna geri qayıtmışdır. Bundan bir neçə gün sonra İman zəng edərək, ucuz qiymətə 03 baş xırda buynuzlu heyvan almasını bildirib, ondan Qumlu kəndinə bulaqdan aşağıya gəlməsini istəmişdir. Onun sözünə əsasən həmin yerə getmişdir. İman orada ayaqları bağlı halda olan 03 baş xırda buynuzlu heyvanı avtomobilin yük yerinə qoymuşdur. İman avtomobildə ona Azər heyvanı ucuz alır, Ramilə Şəmkirdə heyvan danışıb aparıb orada verəcəyik demişdir. Onlar Şəmkir rayonuna Ramilə yaşadığı yerə getmişlər. Orada heyvanı satmaq istəsə də, heyvanları alan olmadığı üçün Ramilənin yaşadığı evin həyətində yığmışlar. İman yolpulu kimi ona 20 manat pul vermişdir. 17 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində İman ona zəng vuraraq, yenidən Nürəddinin heyvan otardığı yerə gəlməsini istəmişdir. Onun dediyi yerə getmişdir. İman Nürəddindən bir qədər kənarda ayaqları bağlı halda olan 02 baş heyvanları avtomobilin yük yerinə yığmış və onlar Şəmkir rayonu Mərkəzi Bazarına gəlmişlər. Bazarda Təqsirləndirilən şəxs heyvanı avtomobilin yük yerindən düşürüb orada tanımadığı şəxsə satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona Şəmkir rayonunda qalacağını bildirmişdir. İmanı orada qoyub geri qayıtmışdır. Təqsirləndirilən şəxs ona ilkin olaraq heyvanların özününə məxsus olmasını, sonradan isə heyvan alqı-satqısı ilə məşğul olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üçün ümumilikdə, 6 dəfə olmaqla 10 baş xırda buynuzlu heyvan aparmışdır. Həmin heyvanlarıdan 04 başını Slavyanka kəndində Azər adlı şəxsə, 01 başını Slavyanka kəndində Bayram adlı şəxsə satmış, 03 başını İmanın istəyinə əsasən Şəmkir rayonu ərazisində Ramilənin yaşadığı evin həyətinə düşürmüş, sonuncu 02 baş heyvanı Şəmkir Rayon Mərkəzi bazarına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qumlu kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. Gədəbəy rayonu, Qaradağ kənd sakini X5 taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir.Təxminən, sentyabr ayının əvvəllərində rayon sakini kimi tanıdığı Şahid1 İmanla birlikdə idarə etdiyi avtomobil ilə onun ət dükanım gəlmişlər. Təbriz ona İman adlı tanışının satmaq üçün bir baş xırda buynuzlu heyvanının olmasını bildirmişdir. Heyvanın diri çəkisini 6 manatdan alacağını bildirmişdir. İman ilə heyvanın alqı-satqısı barədə razılaşmış, İmana 170 manat pul vermişdir. Bir necə gün sonra Təbriz Priverdiyev ona zəng vuraraq dükanda olub-olmadığını soruşmuşdur. Bundan təxminən 5 gün sonra Təbriz Priverdiyev və Təqsirləndirilən şəxs yenidən onun yanına 01 baş xırdabuynuzlu heyvan gətirmişlər. Heyvanı tərəzidə çəkdikdən sonra əvvəllər razılaşdığı qaydada heyvanın diri çəkisi üçün İmana 180 manat pul vermişdir. Bundan sonra sentyabr ayında dəqiq yadında qalmayan günü X14 Məmmədov ilə yenindən xırdabuynuzlu heyvan satmaq üçün onun yanına gəlmişlər. Həmin vaxtı Gəncə şəhərində olduğu üçün quzunu ala bilmiyəcəyini demişdir. Bundan sonra onların quzunu kimə satması barədə heç bir məlumatı yoxdur. Sentyabr ayı ərzində dəqiq yadında qalmayan günü Təqsirləndirilən şəxs və Təbriz Priverdiyev yenindən qəssablıq etdiyi yerə gəlmişdirlər. Təqsirləndirilən şəxs ona 02 baş quzu olduğunu və onları satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə heyvanların qiymətini razılaşmış, heyvanın bir başı üçün 190 manat, digəri üçün isə 200 manat pul vermişdir. İmanla Təbriz 2022-ci ilin sentyabr ayı ərzində ümumilikdə, yanına satmaq üçün 04 baş xırdabuynuzlu heyvan gətirmişlər. Həmin heyvanların qiymətini diri çəkiyə əsasən hesablayıb ona 740 manat pul vermişdir.Təbriz Priverdiyev və Təqsirləndirilən şəxs ona satmaq üçün heyvan gətirən zaman yanlarında başqa heç kim olmamış, onlar heyvanın Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Könüllü kəndində yaşayır və fəhləlik edərək, özünü və ailəsini dolandırır. Gədəbəy rayonu, Qumlu kənd sakini Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Əli Nəvaşir küçəsində Şahid5 evində kirayədə qalan Şahid6 tanışı kimi tanımışdır. 16 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs ona satlıq üç baş xırda buynuzlu heyvan olmasını bildirmiş, heyvanları əvvəllər tanımadığı VAZ-21063 markalı avtomobilin sürücüsü olan Şahid1 avtomobilinin yük yerindən düşürüb, Şahid5 evinin həyətində yerləşən tövləyə salmışdır. Gülgəz və tanışı Şahid7 həmin heyvanları almaq üçün tövləyə baş çəkərkən İmanın hərəkətlərindən şübhələndiyi üçün heyvanları haradan alması barədə maraqlandıqda, Təqsirləndirilən şəxs ona heyvanları Gədəbəy rayonunda ucuz qiymətə aldığını, ona heyvan satmış şəxsin yanına onları apara biləcəyini bildirmişdir. O, biri gün axşam saatlarında Şahid5, İman və Ramilə tanımadıqları taksi sürücüsü ilə Gədəbəy rayonu, Söyüdlü kəndinə gəlib, orada əvvələr tanımadığı şəxsin yaşadığı evə gəlmişlər. O və yanında olan şəxslər həmin ev sahibindən İmanın onlara heyvan satmaq istədiyini və həmin heyvanları ondan aldığını dediyini bildirmişlər. Özünü Nicat kimi təqdim edən şəxs təsərrüfatında xırdabuynuzlu heyvanlar saxlamasını, Təqsirləndirilən şəxs Gədəbəy rayonunda heyvan bazarından özünə məxsus olan xırdabuynuzlu heyvan satmasını təsdiq etmişdir. Onlar birlikdə evə qayıtmışlar və o biri gün Təqsirləndirilən şəxs ilə heyvanların alqı-satqısı barədə danışıb, heyvanı almış, kəsdikdən sonra pulunu verəcəyini bildirmişdir. İman onun təklifi ilə razılaşmış və o, bir baş quzunu kəsmiş quzu 15 kiloqram ət vermişdir. Həmin quzuya görə İmana 80 manat pul vermiş, digər iki baş xırda buynuzlu heyvanı isə Şahid5 və Şahid7 almışlar. Sonuncular aldıqları 02 baş heyvanlara görə İmana nə qədər pul verdiyini o, bilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ilə bir daha görüşməmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid7 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Ələsgərli kəndində yaşayır. Gədəbəy rayonu, Qumlu kənd sakini Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Əli Nəvaşir küçəsində Şahid5 evində kirayədə qalan qardaşı Nemətin tanışı kimi tanımış, İman özünü İbiş adı ilə təqdim etmişdir. 16 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Şahid5 evində olan zaman Təqsirləndirilən şəxs satlıq 3 baş xırdabuynuzlu heyvan olmasını bildirib, heyvanları əvvəllər tanımadığı avtomobilin sürücüsü olan Şahid1 avtomobilinin yük yerindən düşürüb, Şahid5 evinin həyətində yerləşən tövləyə salmışdır. O, Gülgəz və tanışları Şahid4 həmin heyvanları almaq üçün tövləyə baş çəkdikdə, İmanın hərkətlərindən şübhələndikləri üçün heyvanları haradan almasını soruşmuşlar. Sonuncu heyvanları Gədəbəy rayonunda ucuz qiymətə aldığını, onları heyvanı satmış şəxsin yanına apara biləcəyini dediyinə görə o biri gün axşam saatlarında Şahid4, Şahid5, İman və Ramilə tanımadığı taksi sürücüsü ilə Gədəbəy rayonu, Söyüdlü kəndinə əvvəllər tanımadığı şəxsin yaşadığı evə getmişlər. Həmin ev sahibi heyvanların ona məxsus olmasını bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs ilə heyvanların alqı-satqısı barədə danışmış, heyvanı kəsdikdən sonra onun ətinin pulunu verəcəyini bildirmişir. Təqsirləndirilən şəxs ilə razılaşmalarına əsasən o, bir quzunu kəsib Şahid4 ilə bölmüş, buna görə Təqsirləndirilən şəxs 70 manat pul vermişdir. İmanın heyvanların digər ikisini neçəyə satması barədə dəqiq məlumatı olmamışdır. İşdə olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X2 Ərizələrindən görünür ki, onlara vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs Musa oğlu tərəfindən tam şəkildə ödənilmişdir, ondan şikayət və tələbləri yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 noyabr 2022-ci il tarixli 9/7619 saylı Rəyindən görünür ki, ekspertiza təyin haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir. 1.X3 məxsus xırdabuynuzlu heyvanlar – 2800,00 manat. 2.Zərərçəkmiş şəxs1 məxsus xırdabuynuzlu heyvan - 255,00 manat.

3. Zərərçəkmiş şəxs2 məxsus xırdabuynuzlu heyvan – 270,00 manat. O cümlədən, 01 baş, 3 illik, yerli cins, təxmini diri çəkisi 50 kq olan damazlıq dişi heyvan 300 manat, 02 baş, 4 illik, yerli cins, təxmini diri çəkiləri 50 kq olan damazlıq dişi heyvanlar 300 manat (2 baş * 600 manat). 02 baş, 4 illik, yerli cins, diri çəkilləri 55 kq olan damazlıq dişi heyvanlar 375 manat ( 2 baş * 750 manat). 01 baş, 1 illik, yerli cins, ağ rəngli, təxmini diri çəkisi 17 kq olan erkək quzu 150 manat (1 baş * 150 manat). 02 baş, 04 illik yerli cins, təxmini diri çəkiləri 83 kq olan damazlıq xırdabuynuzlu heyvanlar 500 manat (2 baş * 1000 manat) ümumilikdə 2800, 00 manat, Zərərçəkmiş şəxs1a məxsus 01 baş, 2 illik, boğaz, yerli cins, damazlıq, diri çəkisi 35 kq, qırmızı rəngli, dişi xırdabuynuzlu heyvan 255 manat. Zərərçəkmiş şəxs2 məxsus 01 baş, 01 illik, yerli cins, təxmini diri çəkisi 36 kq, erkək xırdabuynuzlu heyvan 270 manat miqdarında müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy RİH Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin, zərərçəkmişlərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 06 sentyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində Gədəbəy rayonu Qumlu kəndinin örüş-otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 1 baş 2 yaşlı, diri çəkisi 35 kiloqram olan 255 manat dəyərində erkək xırda buynuzlu heyvanı gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 21 sentyabr 2022-ci il tarixdə günorta saatlarında təxminən saat 13 radələrində Gədəbəy rayonu Qumlu kəndinin örüş-otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 01 baş 1 illik yerli cins, diri çəkisi 36 kiloqram çəkidə 270 manat manat dəyərində erkək xırda buynuzlu heyvanı gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 13 sentyabr 2022-ci il tarixdə günorta saatlarında təxminən saat 12 radələrində Gədəbəy rayonu Qumlu kəndinin örüş-otlaq sahəsindən həmin kənd sakini X2 mülkiyyətində olan 1 baş 3 illik yerli cins, damazlıq, diri çəkisi 50 kiloqram olan 300 manat dəyərində qoyunu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 15 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu Qumlu kəndinin örüş-otlaq sahəsindən həmin kənd sakini X2 mülkiyyətində olan 02 baş 4 illik, yerli cins, hər birinin diri çəkiləri 50 kiloqram olan, 1 başının qiyməti 300 manat təşkil edən 600 manat dəyərində qoyunu gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 16 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu Qumlu kəndinin örüş-otlaq sahəsindən həmin kənd sakini X2 mülkiyyətində olan 02 baş 4 illlik, yerli cins, diri çəkiləri 55 kiloqram olan, damazlıq, 1 başının qiyməti 375 manat təşkil edən 750 manat dəyərində qoyunu və 01 baş 1 illik, yerli cins, ağ rəngli, təxmini diri çəkisi 17 kiloqram olan 150 manat dəyərində erkək xırda buynuzlu heyvanı, ümumilikdə 900 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 17 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Gədəbəy rayonu Qumlu kəndinin örüş-otlaq sahəsindən həmin kənd sakini X2 mülkiyyətində olan 02 baş 4 illlik, yerli cins, təxmini diri çəkiləri 83 kiloqram olan 1 başının qiyməti 500 manat təşkil edən 1000 manat dəyərində damazlıq erkək xırda buynuzlu heyvanı gizli yolla talayıb oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12; 59.1.13; və 59.2-ci maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş mülki iddia və maddi sübut yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar