Məhkəmə qərarları › İş №1(042)-15/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-15/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-15/2024 01.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1970-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2. və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasi CM-nin 263.2. və 264-cü maddələrilə ittiham edilmişdir ona görə ki, o, 16 avqust 2023-cü il tarixdə saat 21 radələrində X6 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “VAZ 21063” minik markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qovlar-Novo-Saratovka avtomobil yolunun Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisindən keçən hissəsində Gədəbəy rayonu Novo-Saratovka istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamaqla hadisənin qarşısnı almağa texniki imkanı olduğu halda, öz hərəkətini davam etdirərək yolun sağ hissəsində piyada hərəkət edən X4 vurması nəticəsində sonuncunun sağlamlığına başın qançırı, sağ göz ətrafı yumşaq toxumaların şişkinliyi, qançırı, əzilmiş səthi yarası, döş qəfəsinin, qarının sıyrıqları, yuxarı və aşağı ətrafların çoxsaylı sıyrıqları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol qaş üstü nahiyənin, sol gözün bayır səthinin əzilmiş-cırılmış yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ 2-4-cü qabırğaların sınığı, sol bazu sümüyünün qapalı, qəlpəli sınığı qismində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır və döş qəfəsinin qapalı küt travması, sağ 2-4-cü qabırğaların sınığı, sağ 9-cu qabırğanın sınığı ilə müşaiyət olunan sağ ağ ciyərin zədələnməsi, qarının qapalı küt travması, dalağın zədələnməsi, daxili qanaxma qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətləri yetirməklə xəstəxanaya gətirilərkən yolda ehtiyyatsızlıqdan ölməsinə səbəb olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağımalı, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibb müəssiəsinə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə apamalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda, həmin yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasinda təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2. və 264-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, hazırda rəsmi olaraq işləmir. Uşaqlıqdan saz çalmağı öyrənmiş, 1997-ci ildən Aşıqlar Birliyinin üzvü olmuş, toy və şadlıq mərasimlərində saz çalıb, oxumuşdur. 6 ildir ki, yay fəslində Gədəbəy rayonuna gəlib, Gədəbəy rayonu, Novo-Saratovka kəndində kirayə tutub, Novosaratovka kəndində kafe və restoranlarda saz çalıb oxumuşdur. X6 məxsus VAZ 2106 markalı ** RD *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş və onun avtomobil idarə etmək üçün B kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. 16 avqust 2023-cü il tarixdə balaban ifaçısı olan dostu Rahiblə birlikdə avtomobilini texniki baxışdan keçirmək üçün Tovuz rayonu, Qovlar qəsəbəsinə getmiş, avtomobilini texniki baxışdan keçirdikdən sonra Qovlar-Novosaratovka avtomobil yolu ilə qayıtmışlar. Qayıdarkən yolda kafe və restoranlara nəzər salmışlar ki, çalıb oxuyaraq bir qədər pul qazansınlar. Bu məqsədlə əvvəlcə Tovuz rayonu, Şamlıq kəndində yerləşən “Şamlıq-Narzan” restoranına dönmüşlər. Orada Rahibin tanışları əyləşmiş və həmin məkanda bir-iki hava çalıb oxuduqdan sonra stolda əyləşib yemək yemişlər. Rahib spirtli içki qəbul etsə də o, səhhəti ilə bağlı spirtli içki qəbul etməmişdir. Saat 19 radələrində Tovuz rayonu ilə Gədəbəy rayonu, Qızıltorpaq kəndinin sərhədində yerləşən “Atlıbulaq” restoranında əyləşmişlər və bir saat yarım orada oxumaq üçün gözlədikdən sonra iki hava oxuyub saat 20:30-da oradan durub ona məxsus avtomobilə əyləşib, Gədəbəy rayonu Novosaratovka kəndi istiqamətinə gəlməyə başlamışlar. Rahib içkili vəziyyətdə avtomobildə mürgüləmiş, o isə Gədəbəy rayonu, Qızlıltorpaq kəndindən keçən avtomobil yolu ilə hərəkətdə olan zaman bir anlıq gözünə qarşıdan gələn yük avtomobilinin işığı düşmüş və gözləri qamaşmışdır. Həmin anda avtomobilin qabaq sağ qanadına və alın şüşəsinin sağ tərəfinə nəyinsə çırpıldığını hiss edib avtomobili dayandırmış və Rahiblə yerə düşüb baxmışlar. Lakin, yerdə heç bir şey görə bilmədikləri üçün avtomobilinə hansısa heyvanın dəyməsini fikirləşmişlər. Həmin zərbə nəticəsində avtomobilin ön alın şüşəsi sındğı üçün Rahibin üzərinə cilginlər tökülmüş və o,avtomobilin arxa tərəfinə keçib üst-başını çırpıb təmizləmişdir. Daha sonra avtomobilini idarə edib kirayədə yaşadığı Gədədəbəy rayonu, Novosaratovka kəndində, Klina küçəsində yerləşən evə getmiş və orada Rahib də avtomobildən düşüb evinə tərəf piyada getmişdir. Qəza etdiyi yerdə adam vurduğunu və həmin şəxsin öldüyünü 18 avqust 2023-cü il tarixdə öyrənmişdir. Həmin gün Tovuz rayonuna Rahiblə birlikdə gedib avtomobili üçün boya və alın şüşəsi alaraq, həmin gün axşam saatlarında evə qayıdıb avtomobilin boyası tökülmüş yerlərinə boya çəkmiş, avtomobilin alın şüşəsini dəyişmişdir. 19 avqust 2023-cü il tarixdə səhər saat 10 radələrində sınmış şüşəni avtomobilinin yük yerinə qoyub Gədəbəy rayonu, Başkənd kəndi ərazisində “Ləzimin dərəsi” adlanan sahədə atmışdır. Bundan bir saat sonra polis əməkdaşları onu X10 Bölməsinə dəvət etmişlər və orada törətdiyi hadisəni etiraf etmişdir. O, hadisəni törətməzdən əvvəl avtomobilini saatda 60 km sürətlə idarə etmiş, piyadanı vuduğunu bilmədiyi üçün hadisə yerindən yayınmışdır. O, hadisə yerindən gedərkən hər hansı maneənin üzərindən keçməmiş, o, avtomobili ilə piayadanı vurub, öldürdüyünü öyrəndikdən sonra avtomobilin boyası tökülmüş yerlərini boyamaqla və alın şüşəsini dəyişməklə hadisəni gizlətməyə çalışsa da sonradan vicdanı qarşısında cavab verə bilmədiyinə görə polis əməkdaşlarına törətdiyi hadisəni etiraf etmişdir. O, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Ona görə də qərar çıxarılarkən bu halın nəzərə alinmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun əri olmuşdur. Ələsgər Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən çörək sexində çörəkçi işləyib ailənin dolanışığını təmin etmişdir. 16 avqust 2023cü il tarixdə saat 21 radələrində əri Zərərçəkmiş şəxs yaşadığı evdə yemək yeyib piyada Gədəbəy rayonu, Qızıltorpaq kəndi istiqamətinə işə getmiş və bundan bir saat sonra oğlu Cavidə əmisi oğlu Şahid3 zəng edib Ələsgəri maşın vurduğunu bildirmişdir. Bundan sonra oğlu ilə birlikdə Qovlar-Novosaratovka avtomobil yolunun Gədəbəy rayonu, Qızıltorpaq kəndindən keçən hissəsindən Şahbaz Bayramovun evinin qarşısından keçən hissəyə gəlmişlər. Ora çatarkən hadisə yerində polis əməkdaşlarının olmasını, mərhum əri Zərərçəkmiş şəxs isə qan içində asfaltın üzərində uzandığını görmüşdür. Ələsgərin yanına yaxınlaşdıqda onun son nəfəslərini almasını görmüş və təcili yardıma məlumat vermişlər. Daha sonra Ələsgəri yoldan keçən bir avtomobilə mindirib xəstəxanaya gətirərkən Gədəbəy rayonu, Poladlı kəndinə çatdıqda təcili tibbi yardım avtomobili Ələsgəri götürmüşdür. Gədəbəy Rayon Xəstəxanasına çatdıqda həkimlər Ələsgərin artıq yolda öldüyünü bildirmişlər. Ələsgəri vurub ölümünə səbəb olan avtomobil hadisə yerindən qaçmışdır. O, təqsirləndirlən şəxslə barışmışdır, ona yüngül cəza verilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid kimi dindirlmiş Şahid2 Əsgər oğlu ifаdə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun atası olmuşdur. Atası əmisinə məxsus olan Gədəbəy rayonu Qızıltorpaq kəndində yerləşən çörək sexində çörəkçi işləmişdir. 16 avqust 2023-cü il tarixdə əmisi oğlu Elxan ona zəng edib atasının harada olmasını soruşmuş və o, atasının çoxdan evdən getdiyini demişdir. Bir müddət sonra Elxan ona yenidən zəng edib atası Ələsgəri naməlum avtomobilin vurub qaçmasını bildirmişdir. O, dərhal hadisə yerinə getmiş, 102 xidmətinə zəng edib polisə məlumat vermiş, 103 xidmətinə zəng edib təcili tibbi yardım avtomobilini hadisə yerinə çağırmışdır. Bundan sonra yoldan keçən avtomobilə atasını mindirib xəstəxanaya gətirərkən Gədəbəy rayonu, Poladlı kəndində təcili-tibbi yardım avtomobili çatmış və atasını təcili-tibbi yardım avtomobilinə mindirib başqa maşınla xəstəxanaya gəlmişlər. Gədəbəy Rayon Xəstəxanasına çatdıqda həkimlər artıq atasının vəfat etdiyini bildirmişlər. Məhkəmə iclasında şahid kimi dindirlmiş Şahid1 ifаdə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Rəsmi olaraq işləmir. Uşaqlıqdan balaban çalmağı öyrəndiyi üçün toy və şadlıq mərasimlərində aşıqlarla birlikdə balaban alətində musiqi ifa etmişdir. Təqsirləndirilən şəxs üç ildir ki, saz ifaçısı-aşıq kimi tanımış və söhbətləri tutduğu üçün 3 ildir ki, Vəli ilə birlikdə balaban ifa etmişdir. 16 avqust 2023cü il tarixdə Vəli ilə birlikdə sonuncuya məxsus Vaz 2106 markalı avtomobili texniki baxışdan keçirmək üçün Tovuz rayonu,Qovlar qəsəbəsinə getmişlər və avtomobili texniki baxışdan keçirdikdən sonra Qovlar-Novosaratovka avtomobil yolu ilə qayıtmışlar. Yolda kafe və restoranlara nəzər salıb, əvvəlcə Tovuz rayonu, Şamlıq kəndində yerləşən “Şamlıq-Narzan” restoranına dönüb, orada onun tanışlarının əyləşməsini görüb, yaxınlaşmışlar və bir-iki hava çalıb oxuduqdan sonra stolda əyləşib yemək yeyərkən o, spirtli içki qəbul etsə də, Vəli səhhəti ilə bağlı spirtli içki qəbul etməmişdir. Saat 19 radələrində oradan durub yol ilə gələn zaman Tovuz rayonu ilə Gədəbəy rayonu, Qızıltorpaq kəndinin sərhədində yerləşən “Atlıbulaq” restoranında əyləşib, bir saat yarım həmin restoranda oxumaq üçün gözləmişlər və həmin kafedə iki hava çalıb saat 20:30-da oradan durub Vəlinin avtomobilinə əyləşərək, Gədəbəy rayonu,Novosaratovka kəndi istiqamətinə gəlməyə başlamışlar. Həmin vaxt içkili vəziyyətdə olduğu üçün avtomobildə mürgüləmiş, Gədəbəy rayonu, Qızlıltorpaq kəndində avtomobilə nəyinsə çırpıldığını hiss edib oyanmış və avtomobilin alın şüşəsinin o, əyləşən tərəfinin sınmasını, qırıqlarının üzərinə düşməsini görmüşdür. Həmçinin, Vəlinin avtomobildən yerə düşdüyünü və avtomobilin qabaq tərəfində olmasını görmüş, üstünü təmizləmək və nə baş verdiyini öyrənmək üçün avtomobildən yerə düşərək, həyəcanlı vəziyyətdə ətrafa nəzər salıb avtomobilə nəyin dəyiyini öyrənməyə çalışsalar da, yerdə heç bir şey görməmişlər. O, avtomobilin arxa tərəfinə keçib üstündə olan qırıntıları silkələyib yerə tökmüş və Vəli ilə birlikdə avtomobilə əyləşib hadisə yerindən yaşadıqları Gədəbəy rayonu, Novosaratovka kəndinə getmişlər. Vəli avtomobili “Klina” küçəsində kirayədə yaşadığı evin qarşısında saxlamış, o düşüb piyada öz evimə getmişdir. 18 avqust 2023-cü il tarixdə Gədəbəy rayonu, Başkənd gölünün kənarında Vəli ilə birlikdə çalıb oxumağa getmişlər və orada heç kəsin olmadığını görüb ona məxsus VAZ 2106 markalı avtomobillə Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən “Bəbişin” restoranına getmişlər. Oradan keçən zaman 16 avqust 2023-cü il tarixdə saat 21 radələrində qəza baş verən yerdə qırmızı lent bağlandığını görüb, Vəlinin həmin gecə piyadanı vurduğunu və həmin şəxsin öldüyünü öyrənmişlər. Həmin gün Tovuz rayonuna Təqsirləndirilən şəxs ilə birlikdə gedib avtomobil üçün boya və alın şüşəsi alıb, həmin gün axşam saatlarında evə qayıdıqdan sonra Vəli avtomobilin boyası tökülmüş yerlərinə boya çəkmiş, avtomobilin alın şüşəsini də dəyişdirmişdir. 19 avqust 2023-cü il tarixdə səhər saat 12 radələrində onu X10 Bölməsinə dəvət etmiş və orada o, hadisəni etiraf etmişdir. O, yuxuda olduğu üçün hadisə baş verən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili hansı surətlə idarə etməsini bilməmişdir. O, Təqsirləndirilən şəxs piyada vurduğunu görmədiyi üçün bu barədə hüquq mühavizə orqanlarına məlumat verməmişdir. Bundan başqa o, həmin gün sərxoş olduğu üçün hadisə zamanı baş verənləri dəqiq xatırlamır. Məhkəmə iclasinda elan edilmiş Şahid3 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayır. Mərhum Zərərçəkmiş şəxs onun əmisidir və sonuncu onun atası Səyada məxsus olan Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən çörək sexində çörəkçi işləmişdir. 16 avqust 2023-cü il tarixdə o, atasına sexdə kömək edən zaman əmisi Ələsgərin həmişə gəldiyi vaxtda gəlmədiyini görüb narahat olmuşdur. Ələsgər telefon işlətmədiyi üçün o, narahatçılığı səbəbindən əmisi oğlu Cavidə zəng edib atasının harada olmasını soruşmuş,sonuncu atasının çoxdan evdən getdiyini demişdir. O, özünə məxsus İJ21175 markalı avtomobili işə salıb əmisini gətirmək üçün onun gəldiyi yol ilə hərəkət etməyə başlamışdır. Gədəbəy rayonu, Qızıltorpaq kəndindən Qovlar istiqamətində getdikdə yolun sol tərəfində, Gədəbəy rayonu, Qzıltorpaq kənd sakini Şahbaz Bayramovun evinin yaxınlığında asfalt yolda əmisinin uzanmış vəziyyətdə görüb tez yanına düşmüş və onun üzü-başının qan içində olmasını görmüşdür. O, Ələsgərdən nə baş verməsini dəfələrlə soruşsa da, əmisi yalnız xırıltılı nəfəs almış və ona cavab verməmişdir. O, əmisini naməlum avtomobilin vurub qaçmasını fikirləşib, yenidən əmisi oğlu Cavidə zəng edib atası Ələsgəri naməlum avtomobilin vurub qaçmasını bildirmişdir. 5 dəqiqə sonra Cavid hadisə yerinə gəlmiş, 102 Xidmətinə zəng edib polisə məlumat vermişlər. Bundan sonra 103 Xidmətinə zəng edib təcili tibbi yardım avtomobilini hadisə yerinə çağırmış, yoldan keçən avtomobilin birinə əmisini mindirib xəstəxanaya gətirərkən Gədəbəy rayonu, Poladlı kəndində təcili-tibbi yardım avtomobili çatmış və Cavidlə birlikdə əmisini təcili-tibbi yardım avtomobilinə mindirib başqa maşınla xəstəxanaya gəlmişlər. Gədəbəy Rayon Xəstəxanasına çatdıqda həkimlər artıq əmisi Ələsgərin vəfat etdiyini bildirmişlər. Azərbaycan Respublikasi CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokollari; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmiş bütün sübutlarin məcmusuna isə ittihamin həlli üçün onlarin kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçi, müstəntiq, prokuror, hakim qanunu və vicdanini rəhbər tutaraq sübutlarin məcmusunun hərtərəfli, tam və obyektiv baxilmasina əsaslanmaqla öz daxili inamina görə sübutlari qiymətləndirirlər. İşdə olan Məhkəmə-Tibbi Ekspertizasının 16 avqust 2023-cü il tarixli 17 nömrəli Rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərbaşın qançırı, sol qaş üstü nahiyyənin, sol gözün bayır səthinin əzilmiş-cırılmış yaraları, sağ göz ətrafı yumşaq toxumaların şişkinliyi, qançırı, əzilmiş səthi yarası, döş qəfəsinin qapalı küt travması, sağ 2 və 4-cü qabırğaların sınığı, sağ 9-cu qabırğanın sınığı ilə müşaiyət olunan sağ ağ ciyərin zədələnməsi, qarının qapalı küt travması, dalağın zədələnməsi, daxili qan axma, sol bazu sümüyünün qapalı. Qəlpəli sınığı, döş qəfəsinin, qarının sıyrıqları, yuxarı və aşağı ətrafların çox saylı sıyrıqları küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli avtomobil qəzasıavtomobilin piyadanı vurması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin qapalı küt travması, sağ 2-4-cü qabırğaların sınığı, sağ 9-cu qabırğanın sınığı ilə müşaiyət olunan sağ ağ ciyərin zədələnməsi, qarının qapalı küt travması, dalağın zədələnməsi, daxili qan axma həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma, sağ 2-4-cü qabırğaların sınığı, sol bazu sümüyünün qapalı, qəlpəli sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ-AĞİR zərər vurma, sol qaş üstü nahiyyənin, sol gözün bayır səthinin əzilmiş-cırılmış yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərin, digər xəsarətlər isə sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ ağ ciyərin və dalağın zədələnməsi nəticəsində törənmiş daxili qan axma olmuşdur. Mərhmun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 2-3 saat əvvəl müddətə baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimya müayinəsi zamanı etil spirti və hər hansı bir narkotik maddə aşkar edilməmişdir. İşdə olan Məhkəmə-genetik ekspertizasının 08 oktyabr 2023-cü il tarixli 23/751 nömrəli rəyindən görünür ki, təqdim olunmuş (01) ədəd alın şüşəsi üzərində sınıqlar və çatların olduğu vahid mərkəz hissədə insana məxsus qan nümunəsi aşkar edilməmiş və həmin vahid mərkəz hissədə 03 (üç) ədəd tük nümunəsi aşkar edilmişdir. Təqdim olunmuş 01 (bir) ədəd alın şüşəsi üzərində sınıqlar və çatların olduğu vahid mərkəz hissədən götürülmüş 03 (üç) ədəd tük nümunəsi və həmin vahid mərkəz hissədə mövcüd olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. İşdə оlаn Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 8/3034 nömrəli rəyindən görünür ki, VAZ-21063 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hrəkəti haqqında” Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan Məhkəmə yol-nəliyyat hadisələri və fiziki-kimyəvi ekspertizasının 04 dekabr 2023-cü il tarixli 8/3150-6/5621 nömrəli rəyindən görünür ki, Vaz-2106 markalı, 99- 476 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr rəyin tədqiqi hissəsində göstərilmişdir. Avtomoblin qabaq şüşəsi dəyişdirilmişdir. Avtomobilin qabaq sağ hissəsində olan zədələr avtomobilin sahəsinin sərtliyi bərk olmayan predmetlə kontakta olması, o cümlədən piyadanın vurulması nəticəsində yaranması mümkündür. Müvafiq elmi metodika olmadığından avtomobilin qabaq sağ hissəsində olan zədələrin yaranma vaxtını və qabaq şüşənin dəyişdirilmə vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilən Vaz-2106 markalı, 99-476 dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində (sağ və sol qanadlarında, kapotunda) lak-boya örtüyünün hissəciklərinin qatlarına sayına, təbiətinə və rənginə görə fərqli olub, hal-hazırkı vəziyyətdə yəni zədə sahələri üzərində təmir işləri (rəngləmə) aparılmışdır. Lakin, müvafiq elmi metodika olmadığından, sonuncu dəfə rəngləmənin vaxtını müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağının ön yuxarı hissəsinin üzərində olan bir qatlı ağ rəngli sürtünmə hissəcikləri avtonəqliyyata məxsus lak-boya maddələrinə aiddirlər. Həmin ağ rəngli sürtünmə izləri emal qatın üzərində örtükşəkilli təbəqə əmələ gətirmiş və emal qatdan asanlıqla ayrılır. Bu əlamət geyim əşyasının qarşılıqlı təmas nəticəsində əmələ gələn avtonəqliyyata aid boya sürtünməsi hissəcikləri olduğunu göstərir. Təqdim olunmuş Vaz-2106 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinin (sağ və sol qanadlarında, kapotunda) lak-boya örtüyündə yenidən rəngləmə (təmir-bərpa) işləri aparıldığından, Zərərçəkmiş şəxs məxsus şalvarın sağ ayağının ön yuxarı hissəsinin üzərində olan birqatlı ağ rəngli sürtünmə hissəcikləri ilə müqayisəli tədqiqatı aparılmadı. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 21 sentyabr 2023-cü il tarixli 016-04 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Elçin Əliyev küçəsi, ev-04 də qeydiyyatda olan hazırda Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs adına xx.xx.2016-cı il tarixdə “Tofaş Şahin” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə onun adından qeydiyyatdan çıxarılmışdır. DİN-nin “X5 Reyestrinə” əsasən yuxarıda qeyd edilən xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək BB-253974 saylı, “B1,B” kateoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin vətəndaş sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə оlаn Аzərbаycаn Rеspublikаsı DİN Bаş Əməliyyаt və Stаtistik İnfоrmаsiyа İdаrəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu əvvəllər məhkum оlunmаmişdır. İşdə olan X1 notarial qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, 16 avqust 2023-cü il tarixdə Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs ölməsi ilə bağlı ona dəymiş maddi ziyan ödənildiyi üçün sürücü Təqsirləndirilən şəxs heç bir tələbi, şikayəti yoxdur. İşdə olan Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayiş yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasi CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.2-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 264-cü maddəsinə əsasən Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs оğlu 16 avqust 2023-cü il tarixdə saat 21 radələrində X6 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “VAZ 21063” minik markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qovlar-Novo-Saratovka avtomobil yolunun Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisindən keçən hissəsində Gədəbəy rayonu Novo-Saratovka istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamaqla hadisənin qarşısnı almağa texniki imkanı olduğu halda, öz hərəkətini davam etdirərək yolun sağ hissəsində piyada hərəkət edən X4 vurması nəticəsində sonuncunun sağlamlığına başın qançırı, sağ göz ətrafı yumşaq toxumaların şişkinliyi, qançırı, əzilmiş səthi yarası, döş qəfəsinin, qarının sıyrıqları, yuxarı və aşağı ətrafların çoxsaylı sıyrıqları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol qaş üstü nahiyənin, sol gözün bayır səthinin əzilmiş-cırılmış yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ 2-4cü qabırğaların sınığı, sol bazu sümüyünün qapalı, qəlpəli sınığı qismində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır və döş qəfəsinin qapalı küt travması, sağ 2-4-cü qabırğaların sınığı, sağ 9-cu qabırğanın sınığı ilə müşaiyət olunan sağ ağ ciyərin zədələnməsi, qarının qapalı küt travması, dalağın zədələnməsi, daxili qanaxma qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətləri yetirməklə xəstəxanaya gətirilərkən yolda ehtiyyatsızlıqdan ölməsinə səbəb olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağımalı, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibb müəssiəsinə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə apamalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda, həmin yol nəqliyyat hadisəsi yerindən qaçmış və bununla da Azərbaycan Respublikasi CM-nin 263.2. və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Ona görə də o, təqsirə görə məsuliyyət prinsipi baximindan cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandirilmalidir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Məcəllənin 15, 263.2. və 264-cü maddələrindən görünür ki, təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlər böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təsnifatına aiddirlər. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasini aradan qaldiran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasi CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasi CM-nin 59.1.12.; 59.1.13. və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, yaşayiş yeri üzrə müsbət xarakterizə edilməsi, törətdiyi əməli etiraf etməsi və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasi CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzani ağırlaşdıran hallar yoxdur. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasi CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzani yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alir. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqinda” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 sayli Qərarinin 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşilmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarnın həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarin 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasi azadliqdan məhrumetmə ilə yanaşi yüngül cəza növləri də nəzərdə tutursa, hökm çixarılarkən azadliqdan məhrumetmə cəzasi təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, yaşayiş yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasini yüngülləşdirən hallar kimi qiymətləndirərək, belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası, 264-cü maddəsi ilə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqədə qeydiyyata düşdüyü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məcəllənin 56.1. və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış avtomobilin mülkiyyətçiyə verilməsi nəzərə alınmalı, digər maddi sübutlar hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri olan 385 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası Azərbaycan Respublikası Penitensiar Xidmətinin 2 saylı Təcridxanasına həvalə edilməlidir. Məhkəmə yuxarida göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2. və 66.4-cü maddələrinə əsasən əlavə cəzaları qismən toplamaq və az ciddi əsas cəzanı daha ciddi əsas cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə ekspertizalarının dəyəri olan 385 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış avtomobilin mülkiyyətçiyə verilməsi nəzərə alınsın, digər maddi sübutlar olan avtomobilin sınmış alın şüşəsi və zərərçəkmişin paltarları hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsinlər. Hökmün icrası Azərbaycan Respublikası Penitensiar Xidmətinin 2 saylı Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar