Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-15/2025 23.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 20 avqust 2024-cü il tarixdən başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin (CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə saat 19 radələrində Gədəbəy rayonu, İnəkboğan kəndində “Göyrüclük” adlanan otlaq ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncunun iribuynuzlu heyvanlarının onun otardığı xırdabuynuzlu heyvanlara qarşıması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı sonuncunun baş çiyin və kürək nahiyyələrinə ağacla vurmaqla döyüb ona sifətin sağ yarısının şişkinliyi, qançırı, əzilmiş yarası, sağ qulaq seyvanın şişkinliyi, qançırı, boyunun sağ və sol kürək nahiyyəsinin, sağ bazunun, sağ dirsək oynağının geniş ölçülü qançırları qisimində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onunla əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Mustafa malı quzunun içərisinə qatmış, sözləri çəpləşmiş, ona söyüş söymüş, aralarında dava-dalaş yaranmışdır. Mustafa ifadəsində bildirir ki, guya o, içkili olmuşdur. Lakin, onun mədəsi xəstədir, içki içmir. Özünü təqsirli bilir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Azər onun heyvanının içərisinə öz quzusunu gətirib salmış, sonra atın hörüyünü dəyişmişdir. Buna görə də, aralarında mübahisə yaranmışdır. Bir-birlərini vurmağa başlamışlar. Həmin vaxt qarşı tərəf içkili olmuşdur. Hazırda həmkəndli olmaqlarına görə Təqsirləndirilən şəxs bağışlamışdır və onunla barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Odur ki, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu İnəkboğan kəndində oğlu Bəhlulla birlikdə yaşayır. Gədəbəy rayonu İnəkboğan kəndində yaşayan Təqsirləndirilən şəxs həmkəndlisidir. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 17 iyun 2024-cü il tarixdə saat 19 radələrində Azər Gədəbəy rayon İnəkboğan kəndində yerləşən Göyrüclük adlanan otlaq sahəsindən otardığı xırdabuynuzlu heyvanları kəndə gətirərkən o, özlərinə məxsus xırdabuynuzlu heyvanlarını oğlu Mustafa isə iribuynuzlu heyvanlarını otarmışdır. Azər xırdabuynuzlu heyvanları aparan zaman Bəhlul iribuynuzlu heyvanları Azərin qarşısındakı xırda buynuzlu heyvanların içərisinə qatmışdır. Bu zaman Azər Bəhlula irad bildirməsinə görə Azər əsəbləşib Mustafanın ünvanına nalayiq ifadələr işlətməyə və onu söyüb təhqir etməyə başlamışdır. Azər ona ayıb olmasını və sakit olmasını desə də oğlu Mustafa sakitləşməmişdir. O, Azərlə Mustfanın dalaşmalarından narahat olub yanlarına gəlmişdir. Oğlu Mustafanı sakitləşdirib aparmaq istəsə də Mustafa əl çəkməmişdir. Bundan sonra oğlunu oradan təxminən 100-150 metr aralıya aparsa da, oğlu əlindən çıxıb yerdən daş götürüb Azərə tərəf qaçmağa başlamışdır. O, Azərin yanma çatdıqda Azər əlindəki ağacla Mustafanın başına, belinə, çiyninə və qoluna zərbələr vurmağa başlamışdır. Bundan sonra oğlu Musatafa Azərdən ayrılıb yanına gəlmiş və daha sonra polisə bu barədə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə oğlu Mustafa ilə Azər mübahisə edən zaman onları sakitləşdirməyə çalışsa da oğlunu sakitləşdirə bilməmiş və Azərin üzərinə gedib onunla dalaşmaq istəməsinə görə Azər onu ağacla döyüb xəsarət yetirmişdir. Həmin vaxt oğlunun üzərində bıçaq olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu İnəkboğan kəndi ərazisində Çaytala kimi bilinən ərazinin qarşı tərəfi meşə fondu torpağıdır. Hadisə yeri İnəkboğan çayından 100 metr məsafədə yerləşən düzənlik sahədir, üst tərəfi meşəlik və heyvan örüşü kimi istifadə olunan təpədir. Həmçinin hadisə yerinin yaxınlığında yaşayış yeri yoxdur, yaxın ətrafında tək-tək ağaclar mövcuddur və səth hamar olmaqla otluqdur; - Məhkəmə - tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 242 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sifətin sağ yarısının şişkinliyi, qançırı, əzilmiş yarası, sağ qulaq seyvanının şişkinliyi, qançırı, boyunun sağ və sol kürək nahiyyəsinin, sağ bazunun, sağ dirsək oynağının geniş ölçülü qançırları KÜT əşyaların təsirindən törənmiş, törənmə müddətləri müayinə olunanın göstərdiyi 17 iyun 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burun şişkinliyi, qançırı, burun sümüyünün yer dəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun öz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilməmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Gədəbəy RİHB-nın İnəkboğan İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində başlanmış cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-15/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-15/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver