Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-16/2021 04.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçisi Şəmkir rayonu Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1973-cü ildə Gədəbəy şəhəri, Qumlu massivində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olmayan, fərdi əməklə məşgul olan, Gədəbəy şəhəri, Qumlu massivində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1992-ci ildə Gədəbəy şəhəri, Qumlu massivində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olmayan, fərdi əməklə məşğul olan, Gədəbəy şəhəri, Qumlu massivində qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə saat 18.30 radələrində orta dərəcəli sərxoş vəziyyətdə yaşadığı Gədəbəy şəhəri, Qumlu massivindəki meşə yolunda bibisi oğlu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərək əl və ayaq zərbələri ilə onu vuraraq sol budun dərialtı hematoması və geniş ölçülü qançırları kimi bədən xəsarətləri yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə xx xxxxxx 2020-ci il tarixdə saat 18.30 radələrində Gədəbəy şəhəri, Qumlu massivindəki meşə yolunda Zərərçəkmiş şəxs qarşısını kəsib bir gün əvvəl Təqsirləndirilən şəxs1lə dalaşdıqlarına görə onun polis şöbəsinə şikayət etməsini irad tutaraq buna görə üzr istəməsini tələb etmiş, bunu etmədikdə Təqsirləndirilən şəxs2 təpiklə ayaq nahiyəsinə vuraraq sol baldırın əzilmişsıyrılmış yarası ilə kimi bədən xəsarətləri yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi göstərdi ki, Gədəbəy şəhərinin Qumlu massivində yaşayır, Zərərçəkmiş şəxs həmyerlisi və bibisi oğludur. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Elşənlə görüşmüş və bazarda kafedə oturub yemək yeyib araq içmişlər. Saat 18.30 radələrində onlar maşınla Elşəngilin evinin yanına gəlmişlər. Elşən yolda kövrəlib ona demişdir ki, atası xəstədir, onlara gedək. O, imtina etmiş, bu səbəbdən aralarında mübahisə düşmüş və əbəyaxa olmuşlar. Sonra o və Elşən dəmir (setka) torun üstünə yıxılmışlar. Elşən onun altında qalmış, əlini qaldırıb Elşəni yumruqla sifətinə vurmaq istəyəndə yalvardığına görə vurmamış, qolundan tutub üzündən öpüb “yeri get” demişdir. Bu vaxt onun bibisi, Elşənin isə anası Nigar gəlmişdir. O, sakitləşib evlərinə getmişdir. Həmin gün saat 19.30 radələrində Qumlu massivində İsa babanın evinin yaxınlığında yolda Elşənin dəvəti ilə onunla yenidən görüşmüş, Elşən onu vurmaq istəsə də buna imkan verməmişlər. Elşəni Fəxri evlərinə aparmışdır. Onlar qarşılıqlı dalaşıblar. Ola bilər onda əli ilə Elşənə xəsarət yetirib. Elşən ondan Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə çıxıb şikayət etmiş, sonra o da qarşılıqlı şikayət etmişdir. Həmin günün səhəri, yəni xx xxxxxx 2020-ci il tarixdə yenə axşamüstü dostu Royalla bacısı Türkanə gildən paltarını gətirməyə gedərkən saat 18.30 radələrində İsa babanın evinin yanında Elşənlə mallarını meşədən gətirərkən rastlaşmışlar. O, Elşənə “günahım nə idi, gedib polis şöbəsinə şikayət etmisən” demiş, bu vaxt Röyal Elşənin sinəsindən itələmişdir. Röyal itələyəndə Elşən arxaya bir az səndələmiş, yıxılmamış, çevrilib qışqıra-qışqıra və söyə-söyə getmişdir. Sonra gedib yenə Gədəbəy rayon Polis şöbəsinə Röyaldan da şikayət etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin bildirdi ki, o əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxslə barışmış və ona vurduğu ziyan tam ödənilmişdir. Zərər çəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və göstərdi ki, Gədəbəy şəhəri, Qumlu massivində valideynlər ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs həmyerlisi və uzaq qohumudur. Təqsirləndirilən şəxs1 da həmyerlisi və dostudur. xx xxxxxx 2020-ci il tarixdə axşamüstü Baba ona xahiş etmişdir ki, bacısı gilə paltarlarını gətirməyə gedir, bir yerdə söhbət edə-edə gedib gəlsinlər. O da razılaşmışdır. Saat 18.30 radələrində İsa babanın evini yanında Elşənlə rastlaşmışlar. Baba polisə şikayət etdiyinə görə Elşənə iradını bildirmişdir. Bu vaxt o da söhbətə qarışmış və Elşənin sinəsindən itələmişdir. Təqsirləndirilən şəxs2 bildirdi ki, o əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxslə barışmış və ona vurduğu ziyan tam ödənilmişdir. Zərər çəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Odur ki, onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy şəhəri, Qumlu massivində valideyinləri və ailəsilə birlikdə yaşayır. Gədəbəy şəhər 2 saylı orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmyerliləridir. Baba dayısı oğludur, düşmənçilikləri olmamışdır, normal münasiətləri olmuşdur, Röyalla isə heç bir qohumluq və düşmənçiliyiləri olmayıb, onunla da normal münasibətləri olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə o, özünün Mini Pajero markalı **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gədəbəy rayon mərkəzi bazarına getmək istəmiş, saat 13 radələrində həmyerlisi Təqsirləndirilən şəxs1lə rastlaşmış, birlikdə bazara gəlmişlər. Bazarda Bəxtiyarın yeməkxanasında yeyib içmişlər. Sonra maşınla evlərinin yanına qayıtmışlar. O, atasının xəstə olduğunu, heyvanları gətirmək üçün onun getməli olduğunu deyib Babadan ayrılmaq istəmiş, lakin Baba içkili olduğundan buna imkan verməyərək aralarında mübahisə düşmüşdür. Baba onun boğazından tutub itələmiş, o, yıxılmış, özünü müdafiə etmək üçün Babanı itələyib ondan aralaşıb getmişdir. Həmin gün saat 19.30 radələrində Qumlu massivində İsa babanın evinin yaxınlığında yolda Baba qarşısını kəsmiş və dərhal da üstünə cumub əvvəlcə təpiklə sol budundan güclü zərbə ilə vurmuş, o səndələmiş, lakin yıxılmamışdır. Bu vaxt yoldan keçən iki nəfər tanımadığı qadın onu tutub saxlamış və ondan aralaşdırmışdır. O, dərhal uzaqlaşmış və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib Babanın onu döyməsi barədə məlumat vermişdir. xx xxxxxx 2020-ci il tarixdə danaları meşədən gətirərkən saat 18.30 radələrində İsa babanın evinin yaxınlığında Baba və dostu Təqsirləndirilən şəxs2 onun qarşısını kəsmişlər. Baba ona «sən məndən şikayət elədiyinə görə diz çöküb üzr istəməlisən» demişdir. Röyal da söhbətə qarışmış onu Babadan üzr istəməyə məcbur etməyə başlamışdır. Röyal kəllə ilə onun sol sifətindən vurmuş, sonra təpiklə sol ayağının diz nahiyəsindən aşağıya vurmuşdur. O, Röyalgilin əllərindən çıxıb arxaya qaçmışdır. Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxslərlə barışmış və ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Odur ki, onların barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Şahid1 ifadəsində göstərdi ki, ailsilə birlikdə Gədəbəy şəhərinin Qumlu massivində yaşayır. Oğlu Zərərçəkmiş şəxs da ailəsi ilə birlikdə onunla yaşayır. Təqsirləndirilən şəxs1 ilə həmyerldir və qaynı oğludur. O, Elşənlə Baba arasında və Elşənlə Röyal arasında olan dava-dalaşı görməmişdir. O, hadisələri Elşəndən və arvadı Nigardan eşitmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində eşitmişdir ki, Baba ilə Elşən onların evlərindən bir az aralıda küçədə mübahisə edirlər. Həm qohum olduqlarına görə, həm də xəstə olduğuna görə çıxıb maraqlanmamış, ancaq arvadı Nigar çıxıb bir azdan axsaya-axsaya evə qayıtmış, danışmışdır ki, Baba Elşəni yıxmış, onu Elşəndən ayırmaq istəyəndə Baba onu da itələmişdir. Elşən anasının qoluna girib gətirmiş, dərhal da çıxıb danaları meşədən gətirməyə getmişdir. Saat 19 radələrində, Elşən danaları gətirib evə gəlmiş və sifətində sıyrıq izləri və paltarının toz olduğunu görmüş, nə baş verdiyini soruşmuşdur. Elşən ona danışmışdır ki, Baba Elşənin arxası ilə gedib meşə yolunda onu döymüşdür. O, dayıoğlubibioğlu olmalarına görə əvvəlcə Elşəni, sonra zəng edib Babanı danlamışdır. Bir də səhəri yəni xx xxxxxx 2020-ci il tarixdə yenə axşamüstü Elşən həmişə olduğu kimi danaları meşədən gətirməyə getmiş və saat 19 radələrində evə gələndə Elşən danaları gətirməmiş, onun sol sifəti və gözünün şişmiş vəziyyətdə olduğunu, sol ayağının axsadığını görmüşdür. Elşəndən bunun səbəbini soruşmuş, Elşən bildirmişdir ki, Baba yenidən Royalla İsa babanın evinin yanında qabağını kəsmiş, Röyal kəllə ilə sifətindən və təpiklə ayağından vurmuş, əllərindən çıxıb qaçmış, danalar da yolda qalmışdır. Hazırda onlar barışmışlar. Məhkəmədən icraata xitam verilməsini xahiş edir. Şahid4 ifadəsində göstərdi ki, Gədəbəy şəhəri, Qumlu massivində valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 əmisi, Zərərçəkmiş şəxs atasının bibisi oğludur. Onların hər ikisi ilə normal münasibətləri var. xx xxxxxx 2020-ci il tarixdə saat 18.30 radələrində o, nənəsi Gülüstan gildə olarkən səs-küy eşitmiş, evdən çıxanda Elşənin əlində bir dəmir parçası olduğunu, onunla əmisi Babanı vurmaq istədiyini, arvadı Türkanənin isə onu saxladığını görmüşdür. Türkanə və başqa tanımadığı şəxslər Elşəni tutub saxlamışlar. O da gəlib dəmir parçasını Elşənin əlindən almış və onu qollarından tutaraq evlərinə gətirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 607 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər boyunun qançırları, sağ və sol bazunun qançırları, sol budun dərialtı hematoması və geniş ölçülü qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində həmçinin aşkar olunmuş sol almacıq nahiyəsinin şişkinliyi, qançırı, sağ və sol bazunun qançırları, sol əlin sıyrığı, sol baldırın əzilmiş-sıyrılmış yarası xəsarətləri isə xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir, qeyd olunan xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 385 saylı «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsəd ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 21.30 dəqiqədə sərxoşluq halı yoxlanılarkən spirtli içkidən orta dərəcəli sərxoş olması müəyyən olunmuşdur. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 məhkum olmamışdır. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci > il tarixli tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 məhkum olmamışdır. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmələri onların öz qismən etirafları ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi, eləcə də həmin ifadələri tamamlayan ekspert rəyi ilə tam sübuta yetir. Məhkəmə onlarının törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslərlə barışdığını, onlardan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmalarını, zərər çəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmalarını nəzərə alaraq hesab edir ki, onların barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqibinə zərər çəkmiş şəxslə barışdıqlarına, vurulmuş zərəri aradan qaldırdıqlarına görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-16/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-16/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver