Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-16/2022 17.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1971-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Аzərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, X6ində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 mart 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Gədəbəy rayonu X6i ərazisində çöllük sahədə qardaşı arvadı Zərərçəkmiş şəxs ilə qarşılaşan zaman qardaşı Şahid2la aralarında olan torpaq mülki mübahisəsinə görə Zərərçəkmiş şəxs tərəfindən edilmiş təhqirlər səbəbindən şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona başın qançırı, sol bud-çanaq oynağı nahiyənin şişkinliyi və geniş ölçülü qançırı qismində sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, X6ində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla himayəsində üç azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs qardaşı Telmanın arvadıdır. O, ailə üzvləri ilə birlikdə ata yurdunda yaşadığına görə qardaşı Telman onların qonşuluğunda ev tikib, arvadı Yeganə ilə qonşuluqda yaşayır. Qardaşı Telman və onun ailəsi ilə 15 il olar ki, torpaq üstündə mübahisələri yaranmışdır. Telman və arvadı onlara məxsus olan atadan qalma torpaq sahəsini əllərindən alıb mənimsəmək istədiyinə görə ata-anasının sağlığından Telmanın özü və ailəsi ilə danışmamışdır. Atası və anası öləndə qardaşı Telman və ailəsi onların yasında belə iştirak etməmişdir. 21 noyabr 2021-ci ildə saat 10 radələrində arvadı Şahid1 ilə Novosaratovka kəndinin bazarına gedən zaman, qardaşı arvadı Zərərçəkmiş şəxs ilə həmin yerdə qabqalaşmışlar. Yeganə onları görüb onu söyməyə başlamışdır. Yeganənin onu söyməyindən əsbləşərək, onun yaxasından tutub dartmış, həmin vaxt Yeganə yerə yıxılmışdır. Yeganə yenə onu və arvadı söymüş, o, hirslənib təpiklə Yeganənin sol bud nahiyəsindən vurmuşdur. Həmin vaxt arvadı Gülnarə Vaqif qızı onu sakitləşdirib Yeganədən aralımışdır, Sonra arvadı ilə Saratovka bazarına gemişdir. Yeganə isə evinə tərəf getmişdir. Baş vermiş hadisəni başqa şəxslər görməmişlər, ətrafa başqa şəxslər toplaşmamışdır. X4 vurmamışdır. Qərar çıxarılarkən himayəsində azyaşlı uşaqların olmasının və müharibə veteranı olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, X6ində yaşayır. Təqsirləndirilən şəxs qaynır. Təqsirləndirilən şəxs ata yurdunda onlarla qonşuluqda yaşayır. İlham və onun ailəsi ilə torpaq üstündə mübahisələri vardır. İlhamın onlara məxsus olan torpaq sahəsini əllərindən alıb mənimsəmək istədiyinə görə on il olar ki, onun özü və ailəsi ilə danışmamışdır. 21 noyabr 2021-ci ildə saat 10 radələrində b X2 kəndinin ərazisindən ara yolu ilə piyada evinə gedən zaman kəndə təxminən, 200 metr qalmış, qaynı İlham və arvadı Gülnarə onunla yolda qarşılaşmışlar. İlham və arvadı Gülnarə onu görüb söyməyə başlamışlar. Onların söyüşlərinə əhəmiyyət verməyib yoluna davam etmiş, lakin İlham və arvadı Gülnarə onun ünvanına söyüşlərini davam etdirib, hər ikisi onun üstünə gəlmişlər. Gülnarə yaxasından tutub dartmış, İlham isə saçından dartaraq onu yerə yıxmışdır. Yerə yıxılanda İlham onun sol bud-çanaq nahiyəsindən təpiklə iki dəfə zərbə endirib ona bədən xəsarəti yetirmişdir. Sonra onlar yolla maşın gəldiyini görüb ondan aralanıb, hadisə yerindən uzaqlaşmışlar. Hadisə təxminən beş dəqiqə davam etmişdir. Dalaşdqları yer çöllük sahə olduğundan ətrafa kənardan başqa şəxslər toplaşmamışdır. Təqsirləndirilən şəxs müalicə edilməsi üçün ona maddi yardım etməmiş və barışığa cəhd göstərməmişdir. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, himayəsində üç azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs qaynı Telmanın arvadıdır. Telman və onun ailəsi ilə 15 il olar ki, torpaq üstündə mübahisələri yaranmışdır. Qaynatası və qaynanası öləndə Telman və ailəsi onların yasında belə iştirak etməmişdir. 21 noyabr 2021-ci ildə saat 10 radələrində əri Təqsirləndirilən şəxsla Novosaratovka bazarına getmişdir. X2 kəndinin ərazisi ilə gedəndə,Zərərçəkmiş şəxs ilə qabqalaşmışlar. Yeganə onları gördükdə, ərinin ata-anasını söyə-söyə ərinin üstünə gəlmişdir. Əri İlham onun söyüşlərindən əsəbləşərək, onun yaxasından tutub dartmış, həmin vaxt Yeganə yerə yıxılmışdır. Baş vermiş hadisəni başqa şəxslər görməmiş, ətrafa başqa şəxslər toplaşmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı, Zərərçəkmiş şəxs arvadıdır. Qardaşı İlham ailəsi ilə birlikdə onlarla qonşuluqda ata yurdunda yaşayır. Qardaşının ailəsi ilə onun ailəsinin arasında torpaq üstündə narazılıqlar vardır. Bu səbəbdən onlarla, danışmamışlar və biri-birilərinə gediş-gəlişləri olmamışdır. 20 noyabr 2021-ci ildə kənd icra nümayəndəsi və bələdiyyə sədrinə müraciət edərək qardaşı ilə onların torpağının arasını göstərmələrini bildirmişdir. Kənd icra nümayəndəsi və bələdiyyə sədri gəlib həmin gün baxış keçirəndə qardaşı İlham onları qovmuşdur. Onlar çıxıb gedəndən sonra qardaşı İlham onu söyüb təhqir etmiş, iki qız nəvəsinin ünvanına əxlaqsız sözlər demişdir. Həmin vaxt İlhama əhəmiyyət verməyərək evinə kemişdir. Qardaşı İlham onu təhqir edərkən yanlarında başqa heç kim olmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-cimaddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X5 Gədəbəy Rayon Şöbəsindən verilmiş 23 noyabr 2021-ci il tarixli 744 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın qançırı, sol bud-çanaq oynağı nahiyənin şişkinliyi və geniş ölçülü qançırı, küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 21 noyabr 2021-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol bud-çanaq oynağı nahiyənin şişkinliyi və geniş ölçülü qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. -Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyələrinə əsasən demək olar ki, qeyd olunan xəsarətlərin onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, göstərdiyi şəraitdə ala bilməsi inkar olunmur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları Coşqun İbrahimov 04 mart 2005-ci il tarixdə, Qoşqar İbrahimov 18 sentyabr 2006-cı il tarixdə və Turan İbrahimov 20 may 2013-cü il tarixdə doğulmuşlar. İşdə olan Hərbi Biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs mügairbə veteranıdır. İşdə olan Gədəbəy RİHB-nın X6 İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, iş üzrə məhkəmə istintaqı zamanı təhqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 21 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Gədəbəy rayonu X6i ərazisində çöllük sahədə qardaşı arvadı Zərərçəkmiş şəxs ilə qarşılaşan zaman qardaşı Şahid2la aralarında olan torpaq mülki mübahisəsinə görə Zərərçəkmiş şəxs tərəfindən edilmiş təhqirlər səbəbindən şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı yumruq və təpiklə Zərərçəkmiş şəxs qəsdən vuraraq, ona başın qançırı, sol bud-çanaq oynağı nahiyənin şişkinliyi və geniş ölçülü qançırı qismində sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirmiş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirlən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən himayəsində üç yetkinlik yaşına çatmayan övladlarının olmasını,yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Vətən Uğrunda döyüşlərdə iştirak etməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə pul tutulmaları aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-16/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-16/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver