Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-16/2023 09.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Şahid, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri X7 və X6 iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Gədəbəy rayonu, Gərgər kəndində doğulmuş, Azərbaycan Rеspubliкası vətəndaşı, subay, X11 üçüncü kurs tələbəsi, işləməyən, məhkum olunmamış, Gədəbəy rayonu, Gərgər kəndində qеydiyyatda оlmaqla rayonun Qaradağ kəndində yaşayan, barəsində 09 noyabr 2022-ci il tarixdən yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 2006-cı il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində doğulmuş, Azərbaycan Rеspublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 09 mart 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 05 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən Şahid məxsus saxlanc yeri hesab olunan mağazanın arxa giriş qapısının şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq, oradan Şahid mülkiyyətində olan 66 manat dəyərində hər birinin qiyməti 2,20 manat təşkil edən 30 qutu “Viceroy Silver” markalı siqareti, 101 manat nəğd pulu, 10 manat dəyərində hər birinin qiyməti 1 manat olan 10 ədəd şüşə qabda olan ətiri, 4 ədəd 2 manatlıq və 9 ədəd 3 manatlıq Azercell danışıq kartlarını, ümumilikdə, 212 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir ki, ona görə ki, o, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 05 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən Şahid məxsus saxlanc yeri hesab olunan mağazanın arxa giriş qapısının şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan Şahid mülkiyyətində olan 66 manat dəyərində hər birinin qiyməti 2,20 manat təşkil edən 30 qutu “Viceroy Silver” markalı siqareti, 101 manat nəğd pulu, 10 manat dəyərində hər birinin qiyməti 1 manat olan 10 ədəd şüşə qabda olan ətiri, 4 ədəd 2 manatlıq və 9 ədəd 3 manatlıq Azercell danışıq kartlarını, ümumilikdə 212 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verməkdən imtina etmiş, bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Zərərçəkmişə vurduqları zərəri aradan qaldırmışlar. Ona görə də onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirlən şəxs qismində dindirilmə protokolundan görünür ki, o, X13 dərzilik ixtisası üzrə üçüncü kurs tələbəsidir, heç bir yerdə işləmir. Gədəbəy rayonu, Qaradağ kəndində anası Qanuni nümayəndə2 ilə birlikdə yaşayır. X3 2017-ci ildə vəfat etmişdir. Gədəbəy rayonu, Qaradağ kənd sakini Şahid tanıyır, aralarında düşmənçilik və ədavət yoxdur. Şahid yaşadığı evin qarşısında Gədəbəy-Şəmkir avtomobil yolunun kənarında ərzaq mağazası vardır. Təqsirləndirilən şəxs2 da həmkəndlisidir, aralarında düşmənçilik və ədavət yoxdur. 05 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs2la Qaradağ kəndində avtomobil dayanacağının yaxınlığında olan zaman sonuncu pula ehtiyacının olduğunu bildirib Şahid mağazasına girib oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2la razılaşıb, kənardan dayanıb Şahid mağazanı bağlamağını gözləmişlər. Təxminən, saat 21:00-da Şahid mağazasının işıqlarının sönməsini görüb başa düşmüşlər ki, sonuncu mağazanı bağlayıb evinə getmişdir. Şahid mağazanı bağlayıb getdikdən sonra Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun yaşadığı evin yanına getmişlər. Təqsirləndirilən şəxs2 evlərinə girib oğurlayacaqları əşyaları yığmaq üçün sellafon torba və rezin əlcək götürmüşdür. Mağazaya girməzdən əvvəl hər ikisi əlllərinə əlcək keçirmişlər. Şahid mağazasının həm Gədəbəy-Şəmkir avtomobil yolu tərəfdən giriş qapısı, həm də arxa tərəfdən yəni, evinin darvazasının qarşısında qapısı vardır. Arxa qapıya daş pilləkənlər vasitəsi ilə çıxılır. Düşünmüşlər ki, qabaq qapıdan girsələr onları görən olar. Ona görə də mağazaya arxa qapıdan girməyi qərar almışlar ki, orada qaranlıq hava şəraitində heç kim görməz. Yerdən götürdüyü daşla mağazanın arxa qapısının şüşəsini sındırmışdır. Təqsirləndirilən şəxs2 əlini içəri salıb qapının yanında olan pəncərəni açmış, hər ikisi həmin pəncərədən içəri daxil olmuşlar. Mağazanın içərisində kameranın olduğunu görüb Təqsirləndirilən şəxs2 ona demişdir ki, köynəyini başına dolayıb tutsun ki, kameraya düşməsin. Təqsirləndirilən şəxs2 özü isə qayıdıb pəncərədən çölə çıxmışdır ki, kimsə gəlsə səs etsin və qaçsınlar. İçəriyə girən zaman mağazanın işıqları avtomotik yanmışdır. Ona görə də əynində olan köynəyin boğazını başına dolayıb ümumi elektrik açarlar qutusundan işıqları söndürməyə çalışmışdır ki, onları görən olmasın. Lakin işıqları söndürə bilməmişdir. Köynəyini başına dolayıb mağazadan 3 ədəd şəffaf şüşə qablarda olan ətir, içərisində pullar və danışıq kartları olan qutunu, içərisində 10 qutu siqaret olan bir blok “Viceroy” markalı siqaretləri götürüb içəri daxil olduğu pəncərədən çölə çıxmışdır. Təqsirləndirilən şəxs2la birlikdə Qaradağ kəndində sonuncunun rəhmətə getmiş nənəsi Səadətin evinin həyətinə gedib orada danışıq kartlarını və pulu bölmüşlər. Həmin evdə yaşayış olmadığı üçün düşünmüşdür ki, onları heç kim görməz. Mağazadan 17 ədəd bir manatlıq əskinas olmaqla, cəmi, 17 manat pul, təxminən 15 ədəd hər biri 2 manat dəyərində olan Azercell danışıq kartı oğurlanmışlar. Həmin pulun 7 manatını özünə götürüb qalan 10 manatını isə Təqsirləndirilən şəxs2 vermişdir. Siqaret çəkmədiyi üçün siqaretin hamısını Təqsirləndirilən şəxs2 vermişdir. Danışıq kartlarını isə bərabər şəkildə bölüb istifadə etdiyikləri telefon nömrələrinin balansına yükləmişlər. Ətirlərdən ikisini özünə götürüb birini İlyasa vermişdir. Həmin vaxt payına düşən danışıq kartlarını istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə yükləmişdir. Pulları isə xərcləmişdir. İndiyədək başqa heç bir yerdən oğurluq etməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verməkdən imtina etmiş, bildirmişdir ki, o, törətdiyi əməldən peşmandır. Zərərçəkmişə vurduqları zərəri aradan qaldırmışlar. Onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirlən şəxs qismində dindirilmə protokolundan görünür ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun Qaradağ kəndində yaşayır. Heç bir yerdə işləmir. Şahid tanıyır, həmkəndlisidir, aralarında düşmənçilik və ədavətləri yoxdur. Şahid Gədəbəy rayonu, Qaradağ kəndində evinin qarşısında Gədəbəy-Şəmkir avtomobil yolunun kənarında ərzaq mağazası vardır. Təqsirləndirilən şəxs1 tanıyır, münasibətləri yaxşıdır, aralarında düşmənçilik və ədavətləri yoxdur. 05 noyabr 2022-ci il tarixdə saat 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1lə Qaradağ kəndi ərazisində yerləşən çayxanadan çıxıb evə gedən zaman sonuncu Şahid mağazasından oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 “birdən problem olar, oğurluq etməyək” demişdir. Təqsirləndirilən şəxs1 isə heç bir problem olmayacağını demişdir. Təqsirləndirilən şəxs1lə razılaşmış, əvvəlcə gedib evlərindən sellafon torba və əlcək götürmüşdür. Hər ikisi mağazaya girməmişdən əvvəl əlcəkləri əllərinə geyinmişlər. Təxminən, saat 21:30-da Şahid mağazasının yanına getmişlər. Təqsirləndirilən şəxs1 yerdən daş götürüb mağazanın arxa qapısının şüşəsini qırmış, özü isə əlini salıb qapının yanında olan plastik pəncərəni açmışdır. Həmin pəncərədən içəri daxil olmuş, içəri daxil olan zaman mağazanın işığı avtomatik yanmışdır. Sonra isə Təqsirləndirilən şəxs1 pəncərədən mağazaya daxil olmuşdur. Mağazanın içərisində kameranın olduğunu görüb çölə çıxmışdır. Təqsirləndirilən şəxs1 isə köynəyini başına dolayıb içəridən pul və danışıq kartları götürmüşdür. Təqsirləndirilən şəxs1 ona tapşırmışdır ki, çöldə dayansın, gələn olsa bərkdən fit çalıb xəbər etsin. Əvvəlcədən Təqsirləndirilən şəxs1lə oğurlanmış malları öz aralarında bölüşəcəklərinə dair razılaşmışlar. 3-4 dəqiqədən sonra Təqsirləndirilən şəxs1 içəridən çıxmışdır. Təqsirləndirilən şəxs1 mağazadan 1 blok, yəni, 10 qutu “Viceroy” siqareti, bir neçə ədəd Azercell danışıq kartları və 5-6 ədəd şəffaf şüşə qablarda ətir götürmüşdür. Mağazadan tez uzaqlaşıb Samirin oğurladığı əşyaları nənəsi Səadətin evinin həyətində bölüşdürmüşlər. Həmin evdə yaşayış olmadığı üçün onları heç kimin görməyəcəyini düşünmüşlər. Təqsirləndirilən şəxs1 həmin əşyalardan ona 1 blok yəni 10 qutu “Viceroy” siqareti, bir qutu ətir, bir neçə ədəd 2-3 manatlıq Azercell danışıq kartı vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 bildirmişdir ki, mağazadan cəmi, 17 manat pul oğurlayıb. Həmin pulun 7 manatını ona verib qalan 10 manatını Təqsirləndirilən şəxs1 özünə götürmüşdür. Daha sonra evlərinə getmişlər. Həmin siqaretləri yaşadığı evin qarşısında yerləşən vəfat etmiş nənəsi Səadət Əsgərovanın evinin həyətində olan tövlədə gizlətmiş, danışıq kartlarını həmin gün istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin balansına yükləmiş, pulu xərcləmiş, ətiri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonradan könüllü olaraq siqaretləri və ətiri istintaqa təqdim etmişdir. Başqa heç bir yerdən oğurluq etməmişdir. Şahid mağazasından oğurluq etməyi əvvəlcə Təqsirləndirilən şəxs1 təklif etmiş, o, da razılaşmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır, keçmiş polis əməkdaşıdır. Həmçinin bələdiyyə sədri vəzifəsində işləmişdir. Hazırda isə təqaüd alır və fərdi sahibkardır. Gədəbəy rayonunun Qaradağ kəndində yaşadığı evin qarşısında ərzaq mağazası var, oranı özü işlədir. Mağazanın Gədəbəy-Şəmkir avtomobil yolunun kənarında qabaq giriş qapısı vardır. Bundan başqa mağazanın sol yan tərəfində evinin darvazasının qarşısında arxa giriş qapısı vardır. 05 noyabr 2022-ci il tarixdə saat 21 radələrində mağazanı bağlayıb evinə getmişdir. 06 noyabr 2022-ci il tarixdə təxminən, saat 08:30-da mağazaya gedəndə mağazanın sol yan tərəfində olan plastik materialdan olan arxa giriş qapısının şüşəsinin sındırıldığını görüb mağazadan oğurluq olmasından şübhələnmişdir. Mağazanın qabaq giriş qapısında isə heç bir sındırma, kənar təsir izi olmamışdır. Mağazada olan malları və pulu yoxlayan zaman 101 ədəd bir manatlıq əskinasın, 4 ədəd 2 manatlıq, 9 ədəd 3 manatlıq ümumilikdə 35 manatlıq Azərcell danışıq kartlarının, bir bağlaması 20 manat olan cəmi, 60 manat dəyərində 3 bağlama, yəni 30 qutu “Viceroy” siqaretlərinin, hər biri 1 manat olan 10 ədəd şəffaf şüşə qablarda ətirlərin oğurlandığını görmüşdür. O, mağazanın daxilinə quraşdırılmış kameraya baxmış, lakin mağazadan oğurluq edən şəxsləri tanıya bilməmişdir. Çünki həmin şəxsin üzü görünməmişdir. Kamera görüntülərinə əsasən hadisənin 05 noyabr 2022-ci il tarixdə təxminən saat 21:30-da baş verməsini müəyyənləşdirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Onlar hadisədən sonra səmimi peşmançılıqla üzr istəyib, dəymiş maddi zərəri tamamilə ödəmişlər. Onlardan şikayəti yoxdur. Onlara yüngül cəza verilməsini xahiş edir. İşdə olan 17 dekabr 2022-ci il tarixli X4 haqqında protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 istintaqa vеrdiyi ifadəsini təsdiq еtdiyini bildirərək, Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində Şahid məxsus mağazanın yanına gəlmiş, mağazanın sol yan tərəfində olan hər iki tərəfində pəncərə olan plastik qapını göstərərək həmin qapının şüşəsini yerdən götürdüyü daşla qırdığını, Təqsirləndirilən şəxs2 şüşənin qırılmış yerindən əlini içəri salıb qapının yanında olan plastik pəncərəni açdığını, həmin pəncərədən içəri daxil olduqlarını, içəri daxil olarkən mağazanın işıqlarının avtomatik yandığını, sonra içəridə kameranın olduğunu görüb Təqsirləndirilən şəxs2 tez oradan çölə çıxdığını, özünün isə mağazanın içərisində tərəzi olan daxılın altından siqaret, pul və danışıq kartları götürdüyünü, həmin yerdə dayanıb ümumi elektrik açarları qutusundan mağazanın işıqlarını söndürməyə çalışsa da söndürə bilmədiyini bildirib həmin yerləri əyani olaraq göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. İşdə olan 07 dekabr 2022-ci il tarixli X4 Haqqında Protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 istintaqa vеrdiyi ifadəsini təsdiq еtdiyini bildirərək, Gədəbəy rayonu Qaradağ kəndi ərazisində Şahid məxsus mağazanın yanına gəlmiş, mağazanın sol yan tərəfində olan hər iki tərəfində pəncərə olan plastik qapını göstərərək Təqsirləndirilən şəxs1 məhz həmin qapının şüşəsini qırdığını, özünün əlini salıb qapının yanında olan plastik pəncərəni açdığını, həmin pəncərədən içəri daxil olduqlarını, sonra içəridə kameranın olduğunu görüb tez oradan çölə çıxdığını və çöldə gözlədiyini bildirib həmin yerləri əyani olaraq göstərmişdir. İşdə olan X17 Keçirilməsi Haqqında 06 noyabr 2022-ci il tarixli Protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində Gədəbəy-Şəmkir avtomobil yolunun kənarında yerləşən Şahid məxsus ərzaq mağazasıdır. Mağazanın əsas giriş qapısı Gədəbəy-Şəmkir avtomobil yolu ilə üzbəüz yerləşən qəhvəyirəngli plastik materialdan olan şüşəli qapıdır. Həmin qapıda hər hansı sındırma, kənar təsir izi yoxdur. Mağazanın sol tərəfində Şahid evinin darvasının qarşısında isə şüşəli ağ rəngli plastik materialdan olan arxa giriş qapısı vardır. Həmin qapının sağ və sol tərəfində ağ rəngli plastik materialdan pəncərələr vardır. Həmin qapının 60x90 sm ölçüdə şüşəsi vardır. Şüşənin aşağı hissəsi sındırılmış, sındırılmış şüşə qalıqları mağazanın döşəməsinə tökülmüş haldadır. Qapının sol tərəfindəki pəncərə açıq haldadır. Baxışda iştirak edən Şahid 06 noyabr 2022-ci il tarixdə saat 08:30-da mağazaya gələn zaman arxa giriş qapısının şüşəsinin sındırıldığını, mağazanın satıcı oturduğu daxılın arxasından siqaretlərin, danışıq kartlarının və pulların oğurlandığını bildirmişdir. Həmin yerdə istifadə olunmamış **********, **********, **********, **********, **********, ********** seriyalı Azercell danışıq kartları aşkar olunmuşdur. Mağazanın arxa giriş qapısından 3 metr məsafədə 16 sm uzuluğu, 14 sm eni və 6 sm hündürlüyü olan yastı daş vardır. X17 zamanı sübut əhəmiyyəti kəsb edə biləcəyindən həmin daş və 6 ədəd Azercell danışıq kartları götürülmüşdür. İşdə olan 12 yanvar 2023-cü il tarixli 9/9064 nömrəli Məhkəmə-X1 görünür ki, 2022ci ilin noyabr ayına 01 ədəd “Viceroy Silver” markalı siqaretin orta bazar qiyməti təxminən 2,20 manat, 01 ədəd istifadə olunmuş, üzərində heç bir markalanma göstəriciləri olmayan şüşə flakonun orta bazar qiyməti təxminən 0,30 manat müəyyən edilmişdir. 01 ədəd şüşə flakonun içərisində olan ətirəbənzər mayenin mənşəyi, adı, ətir olub-olmaması barədə məlumat olmadığından qiymətləndirmə aparılmamışdır. İşdə olan X10 və Götürülməsi Barədə 08 noyabr 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 2 ədəd içərisində ətirə bənzər maye olan şəffaf şüşə qablar baxış keçirilərək ondan götürülmüşdür. İşdə olan X10 Haqqında 08 noyabr 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 X17 zamanı maddi sübut əhəmiyyəti kəsb edilə biləcəyindən götürülmüş bir ədəd daşa baxaraq, məhz həmin daşla Şahid mağazasının qapısının şüşəsini sındırdığını bildirmişdir. İşdə olan X12 Haqqında 08 noyabr 2022-ci il tarixli Protokoldan görünür ki, Şahid mağazasında quraşdırılmış videokamerada qeydə alınmış videogörüntünün əks olunduğu videodiskə baxış keçirən zaman baxışda iştirak edən Təqsirləndirilən şəxs1 video görüntüdə olan şəxsin özü olduğunu, həmin vaxt üzünün görünməməsi üçün köynəyinin boğazını yuxarı qaldıraraq mağazanın içərisində olan ümumi elektrik açarlar qutusundan işıqları söndürməyə çalışdığını bildirmişdir. İşdə olan X10 və Götürülməsi Barədə 09 noyabr 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 10 qutu “Viceroy” siqaretləri və 1 ədəd içərisində ətirə bənzər maye olan şəffaf şüşə qab baxış keçirilərək, ondan götürülmüşdür. İşdə olan istintaq zamanı hadisə yerindən götürülmüş istifadə olunmamış Azercell danışıq kartlarının seriyalarının ardıcıllığına uyğun olaraq Azercell MMC-dən verilmiş cavabdan görünür ki, **********, **********, **********, ********** seriyalı 2 manatlıq Azercell danışıq kartları 05 noyabr 2022-ci il tarixdə saat 22:01, 22:04, 22:18 dəqiqələrdə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin balansına yüklənmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2005-ci il tarixdə doğulmuşdur. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2006-cı il tarixdə doğulmuşdur. İşdə olan Gədəbəy RİHB-nın Qaradağ Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan Gədəbəy RİHB-nın Qaradağ Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni, özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxslərin və zərərçəkmişin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 05 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən Şahid məxsus saxlanc yeri hesab olunan mağazanın arxa giriş qapısının şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq, oradan Şahid mülkiyyətində olan 66 manat dəyərində hər birinin qiyməti 2,20 manat təşkil edən 30 qutu “Viceroy Silver” markalı siqareti, 101 manat nəğd pulu, 10 manat dəyərində hər birinin qiyməti 1 manat olan 10 ədəd şüşə qabda olan ətiri, 4 ədəd 2 manatlıq və 9 ədəd 3 manatlıq Azercell danışıq kartlarını, ümumilikdə, 212 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1.177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, 05 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən Şahid məxsus saxlanc yeri hesab olunan mağazanın arxa giriş qapısının şüşəsini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan Şahid mülkiyyətində olan 66 manat dəyərində hər birinin qiyməti 2,20 manat təşkil edən 30 qutu “Viceroy Silver” markalı siqareti, 101 manat nəğd pulu, 10 manat dəyərində hər birinin qiyməti 1 manat olan 10 ədəd şüşə qabda olan ətiri, 4 ədəd 2 manatlıq və 9 ədəd 3 manatlıq Azercell danışıq kartlarını, ümumilikdə 212 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1. və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. İş üzrə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2; 59.1.12; 59.1.13. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2; 59.1.12; 59.1.13. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 cinayəti yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətlərini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onların sonrakı həyat tərzinə, davranışlarına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi, 10 qutu “Viceroy Silver” markalı siqaretin, içərisində ətirə bənzər maye olan 3 ədəd şüşə qabın zərərçəkmiş Şahid təhvil verilməsi nəzərə alınmalı, hökm qanuni qüvvəsinə mindikdən sonra bir ədəd daş torpaq qatına yerləşdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş mülki iddia yoxdur. Hökmün icrası Gədəbəy Rayon İcra və X5 həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1nın üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi, 10 qutu “Viceroy Silver” markalı siqaretin, içərisində ətirə bənzər maye olan 3 ədəd şüşə qabın zərərçəkmiş Şahid təhvil verilməsi nəzərə alınsın, hökm qanuni qüvvəsinə mindikdən sonra bir ədəd daş torpaq qatına yerləşdirilsin. İş üzrə ekspertiza xərci olan 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, dövlət büdcəsinə keçirilsin. Cəzaların icrası müddəti məhkumların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-16/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-16/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver