Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-16/2024 19.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşaq olan, işsiz, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 71 inzibati binada qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mədən 2-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 və xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ev 84 mənzil 89-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 2022-ci ilin fevral-oktyabr ayları ərzində Gədəbəy rayonu Gərgər kənd sakini Zərərçəkmiş şəxs oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin, Gədəbəy rayon X3 hissəsinə işə düzəldəcəyi adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs inandırıb, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, yəni, 2022-ci ilin fevral ayında istintaqa məlum olmayan tarixdə öz adına "xxxx" ASC-nin Gədəbəy rayon filialından “Xəzri” pul köçürmə sistemi vasitəsilə 300 manat, 25 fevral 2023-cü il tarixdə öz adına "xxxx" ASC-nin Gədəbəy rayon filialından “Xəzri” pul köçürmə sistemi vasitəsilə 1700 manat, 2022-ci ilin mart ayında istintaqa məlum olmayan tarixdə və vaxtda öz adına "xxxx" ASC-nin Gədəbəy rayon filialından “Xəzri” pul köçürmə sistemi vasitəsilə 150 manat, 09 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin Gədəbəy rayon poçt şöbəsindən 250 manat göndərtməklə, 2022-ci ilin mart ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Nəsimi rayonu ərazisində görüşərək əlbə-əl 8000 (səkkiz min) manat almaqla, 18 mart 2022-ci il tarixdə "xxxx" ASC-nin Gədəbəy rayon filialından “Xəzri” pul köçürmə sistemi vasitəsilə bibisi oğlu Şahid1 adına 1287 manat, 12 aprel 2023-cü il tarixdə "xxxx" MMC-nin Gədəbəy rayon poçt şöbəsindən bibisi oğlu Şahid1 adına 300 manat və 04 oktyabr 2023-cü il tarixdə tanışı Şahid3 adına "xxxx" ASC-dən “Xəzri” pul köçürmə sistemi vasitəsilə 300 manat pul göndərilməsini tələb edərək, ümumilikdə qeyd edilən dövr ərzində 12287 (on iki min iki yüz səksən yeddi) manat pulu alaraq ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 2022-ci ilin fevral-oktyabr ayları ərzində Gədəbəy rayonu Gərgər kənd sakini Zərərçəkmiş şəxs oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin, Gədəbəy rayon X3 hissəsinə işə düzəldəcəyi adı ilə yalan yalan vədlər verib Zərərçəkmiş şəxs inandırıb, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, yəni, 2022-ci ilin fevral ayında istintaqa məlum olmayan tarixdə Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-nin Gədəbəy rayon filialından “Xəzri” pul köçürmə sistemi vasitəsilə 300 manat, 25 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin Gədəbəy rayon filialından “Xəzri” pul köçürmə sistemi vasitəsilə 1700 manat, 2022-ci ilin mart ayında istintaqa məlum olmayan tarixdə və vaxtda "xxxx" ASC-nin Gədəbəy rayon filialından “Xəzri” pul köçürmə sistemi vasitəsilə 150 manat, 09 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin Gədəbəy rayon poçt şöbəsindən 250 manat göndərtməklə, 2022-ci ilin mart ayında istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri Nəsimi rayonu ərazisində görüşərək əlbə-əl 8000 (səkkiz min) manat, 18 mart 2022-ci il tarixdə "xxxx" ASC-nin Gədəbəy rayon filialından “Xəzri” pul köçürmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs1 bibisi oğlu Şahid1 adına 1287 manat, 12 aprel 2023-cü il tarixdə "xxxx" MMC-nin Gədəbəy rayon poçt şöbəsindən Təqsirləndirilən şəxs1 bibisi oğlu Şahid1 adına 300 manat və 04 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 tanışı Şahid3 adına "xxxx" ASC-dən “Xəzri” pul köçürmə sistemi vasitəsilə 300 manat pul göndərilməsini tələb edərək, ümumilikdə qeyd edilən dövr ərzində 12287 (on iki min iki yüz səksən yeddi ) manat pulu alaraq ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsində nömrəsiz evdə yaşayır. Gədəbəy rayonu, Gərgər kənd sakini Zərərçəkmiş şəxs rayon sakini kimi tanımış, aralarında heç bir narazılıq və ədavət olmamışdır. Zərərçəkmiş şəxs onun Rusiya Federasiyadında olan qaynı Qalib Məmmədovun iş yoldaşı Rahilin atası kimi tanımışdır. 2022-ci ilin fevral ayında Rahil ilə danışan zaman ona qardaşı Tunarın Vətən müharibəsi işitrakçısı olmasını, hal-hazırda işsiz olduğunu bildirmiş, X12 Nazirliyinə düzəlmək istədiyini və bu işdə ona kömək etməsini istəmişdir. O, soraqlaşdıqdan sonra Rahilə bir məlumat deyəcəyini bildirmişdir. Sonra tanışı olan və FHN-də işlədiyini bildiyi Təqsirləndirilən şəxs2 ilə Tunarın işə düzəldilməsi barədə danışmışdır. Təxminən 15 gündən sonra Təqsirləndirilən şəxs2 mobil telefonla ona zəng edərək 8000 manat qarşılığında Tunarı FHN-nə işə düzəldə biləcəyini bildirmişdir. Bu barədə Rahilə məlumat vermişdir. Rahil yenidən ona zəng etmiş, atasının razı olduğunu ona demişdir. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 ona zəng edərək ilkin olaraq Tunarın işi üçün adını çəkmədiyi kadr işi ilə məşğul olan işçilərə 300 manat pul lazım olduğunu demiş, o da bu barədə Zərərçəkmiş şəxs bildirmişdir. Zərərçəkmiş şəxs ona 300 manat pul göndərmiş, həmin pulları götürüb Rəfailə vermişdir. Rəfail Məmmədov bir müddət sonra zəng edərək Şahid2 Gədəbəy rayonu DYMX-nə işə düzəlməsi üçün kadra 1700 manat pul verilməli olduğunu demiş, o da bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. 25 fevral 2023-cü il tarixdə Zimisdanın oğlu Tunar onun adına "xxxx"ın “Xəzri” köçürmə sistemi vasitəsilə 1700 manat pul göndərmişdir. Pulu götürdükdən sonra Rəfailə pul barədə demiş, Rəfail isə “səndə qalsın, mən ümumi məbləği deyəcəm, qalsın səndə” demişdir. Pulu bir müddət özündə saxlamış, sonra şəxsi ehtiyacları üçün xərcləmişdir. Təxminən mart ayında Rəfail ona zəng edərək Şahid2 işi ilə bağlı 8000 manat pulun çatmalı olduğunu bildirmişdir. Pul tapması barədə Zərərçəkmiş şəxs demişdir. Mart ayında Zərərçəkmiş şəxs pulu düzəldib onlar ilə görüşmək üçün Bakı şəhərinə gəlmişdir. Qonşusu olan taksi sürücüsü Şahid3 onu Zimisdan ilə görüşməyə aparmağı xahiş etmişdir. Rəfaillə Bakı şəhəri Nəsimi rayonu Memar Əcəmi metro stansiyası tərəfdə görüşmüşlər. Orada Şahid3 idarə etdiyi avtomobil ilə Beynəlxalq Avtovağzalın qarşısına getmişlər. Zərərçəkmiş şəxs orada qarşılamışlar. Sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən adını dəqiq xatırlamadığı kafedə birlikdə əyləşmişlər. Orada söhbət zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs “arxayın ol oğlunun işini 3-6 ay ərzində düzəldəcəm, iş mənlikdi” demişdir. Orada söhbət zamanı Zərərçəkmiş şəxs 8000 manat pulu nəğd şəkilə onlara vermişdir. Zərərçəkmiş şəxs oğlu Tunarın işə düzəldilməsi üçün ümumilikdə 10000 manat pul vermişdir. 8000 manat pulu sayaraq Təqsirləndirilən şəxs2 vermişdir. Zərərçəkmiş şəxs Beynəlxalq avtovağzaldan yola salmışlar. 18 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs oğlu Tunarın işi üçün pul göndərməsini istəmişdir. Pulu şəxsi işləri olduğu üçün bibisi oğlu Şahid1 adına göndərilməsini xahiş etmiş, bunun üçün bibisi oğlunun şəxsiyyət vəsiqəsini ona göndərmişdir. Həmin tarixdə Tunar Şahid1 adına xidmət haqqı ilə birlikdə 1298 manat pul göndərmişdir. Şahid1 həmin pulları X7 rayon filialından götürüb ona vermişdir. Pulun gəlməsi barədə Rəfailə məlumat vermişdir. Rəfail ona “hələ cavab demiyiblər qoy səndə dursun” deimişdir. Həmin pulu özündə saxlamış və tədricən şəxsi ehtiyacları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs2 ilə birlikdə ümumilikdə Zərərçəkmiş şəxs 12287 manat pulunu ələ keçirmişlər. Təqsirləndirilən şəxs2 onu işdən çıxardıqları üçün Zərərçəkmiş şəxs oğlunu işə düzəldə bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs aldığı puldan 8000 manatını Rəfailə vermiş qalan hissəsi isə ona çatmışdır. Həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. O, hazırda Zərərçəkmiş şəxs aldığ pulları qaytarmışdır. Əlavə olaraq, Dövlət bücəsinə qaytardıqları pulun 25 faizini ödəmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsi ev 84 mənzil 89-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. 2014-2018-ci illər ərzində Fövqəladə Hallar Nazirliyində Daxili Təhqiqatlar idarəsində baş zabit vəzifəsində, baş leytenant rütbəsi ilə xidmət etmişdir. 2018-ci ilin noyabr ayında öz istəyi ilə təxris olunmuşdur. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 təxminən 4-5 il bundan əvvəl bir məhlədə qaldığı vaxtlardan tanıyır. Gədəbəy rayonu Gərgər kənd sakini Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tanışı kimi tanımış, aralarında heç bir narazılıq və ədavət olmamışdır. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 ona zəng edərək qohumu olan Zimisdan adlı şəxsin oğlu Tunarın Vətən müharibəsi işitrakçısı olduğunu, hal-hazırda işsiz olduğunu bildirib X12 Nazirliyinə düzəldə bilib- bilməyəcəyini soruşmuşdur. Özü əvvəllər FHN-də işlədiyi üçün Tunarı işə düzəldə biləcəyini düşünmüşdür. Bir necə gün sonra Təqsirləndirilən şəxs1 zəng etmiş, Zimisdan adlı qohumunun oğlu Tunarın işinə görə 8000 manat pul lazım olduğunu bildirmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona zəng edərək Zimisdanın Bakı şəhərində olduğunu, onunla görüşə getdiklərini bildirmiş, Azərdən Zimisdan ilə görüşmək üçün Bakı şəhəri Nəsimi rayonu, X16 küçəsində yerləşən “Alturka” restoranına gəlməsini istəmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1, onun tanışı olan Elməddin adlı taksi sürücüsü və əvvəllər görmədiyi Zərərçəkmiş şəxs onun olduğu yerə gəlmişlər. Bir masa ətrafında əyləşib yemək yemişlər. Zərərçəkmiş şəxs söhbət zamanı oğlu Tunarı 6 ay-1 il ərzində FHN-nə X3 Xidmətinin ya Şəmkir rayonunda, ya da Gədəbəy rayonunda olan hissəsinə işə düzəldəcəyini demişdir. Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmışdır. Zərərçəkmiş şəxs getdikdən sonra Təqsirləndirilən şəxs1 onun avtomobilində əyləşib 8000 manat pulu nəğd şəkildə ona vermişdir. Təqsirləndirilən şəxs1 verdiyi pulları özündə saxlamışdır. Tunarın dispanserlərdən aldığı arayışları, şəxsiyyət vəsiqəsinin kserosurətini və onun tərcümeyi-halını götürüb bir müddət gözləməsini Tunara bildirmişdir. Tunarın işə qəbulu ilə bağlı heç bir müraciət göndərməmişdir. Tunarın işinin alınmadığını görüb Təqsirləndirilən şəxs1 zəng vuraraq Zimisdanın oğlunun işə düzəlməsi üçün verdiyi 8000 manat pulu gəlib götürməsini bildirmişdir. Azər ilə danışdıqdan 20 dəqiqə sonra Zərərçəkmiş şəxs ona zəng etmiş, Azərin ona zəng vurub oğlunun işinin alınmadığını bildirdiyini demişdir. Ona yenidən oğlunun işinin uzandığını bildirib gəlib pulunu götürməsini istəmiş, Zərərçəkmiş şəxs pul lazım deyil, işi düzəldin demişdir. Zərərçəkmiş şəxs ona belə dedikdən sonra ondan gözləməsini istəmişdir. Bundan sonra bu məsələ olduğu kimi qalmışdır. Təxminən iyul ayında Azər ona zəng edərək Zərərçəkmiş şəxs onlardan şikayət etmək istədiyini bildirmiş, o Azərə “ Zimisdan gözlüyür gözləsin, gözləmir gəlsin 8000 manat pulunu götürsün” demişdir. Bu vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğlu Tunarı işə düzəltmək üçün əlavə 4300 manat pul almasını bildirmişdir. Həmin puldan onun xəbəri olmamışdır. Hazırda o, Zərərçəkmiş şəxs aldığı pulu geri qaytarmışdır. Əlavə olaraq da, 25 faizini dövlət nəfinə ödəmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gədəbəy rayonu Gərgər kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx xxxxxx 2000-ci il təvəllüdlü Şahid2 onun oğludur. X17 müharibəsi iştirakçısıdır. Tunar işsiz olduğu, onun Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayonunda yerləşən Yanğından mühafizə hissəsinə düzəltmək barədə qərara gəlmişdir. Bir necə dəfə oğlunun işə düzəldilməsi üçün müraciət etmişdir. Müsbət cavab ala bilməmişdir. Digər oğlu X9 Federasiyasının Moskva şəhərində yaşayır və orada işləyir. 2022-ci ilin fevral ayında oğlu Rahil ona zəng edərək Azər adlı tanış olduğunu, Azərin Tunarı işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 zəng vurmuşdur. Telelfon danışığı zamanı Təqsirləndirilən şəxs1 əslən Gədəbəy rayonu, Əli İsmayıl kəndində olduğunu, uzun müddətdir Bakı şəhərində yaşadığını, özünün Bakı şəhərində adını çəkmədiyi idarədə polis əməkdaşı işlədiyini, X4 İdarəsinə işə düzəldəcəyini bildirmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 oğlu Tunarı işə düzəlməsi üçün ilkin olaraq 8000 manat pul lazım olduğunu bildirmişdir. Azər oğlu Tunarın işinin düzəlməsi üçün ilkin olaraq orada olan altı nəfər adını çəməkdiyi şəxslərə hərəsinə 50 manat pul verilməli olduğunu bildirmişdir. Maddi imkanı olmadığı üçün oğlu Rahildən qardaşı Tunarın işi üçün pul göndərməsini xahiş etmişdir. Rahil Rusiya Federasiyasından oğlu Tunarın adına 300 manat pul göndərmişdir. Tunarda həmin pulu Təqsirləndirilən şəxs1 göndərmişdir. Təqsirləndirilən şəxs1 bundan bir necə gün sonra yenidən ona zəng edərək “300 göndərmisən,1700 manatda göndər, 2000 manat olsun” demişdir. Oğlunun öz ehtiyacları üçün yığdığı puldan 1700 manat pul düzəltmiş və pulu göndərməsi üçün oğlu Tunara vermişdir. Tunar 25 fevral 2023-cü il tarixdə "xxxx"ın Gədəbəy rayon filialından “ Xəzri ” pul köçürmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 adına 1700 manat pul göndərmişdir. Təxminən 2022-ci ilin mart ayının əvvələrində Təqsirləndirilən şəxs1 ona yenidən zəng edərək oğlunun işi üçün pul lazım olduğunu bildirmişdir. X18 150 manat pul göndərmişdir. Bundan sonra olan müddət ərzində daimi olaraq Təqsirləndirilən şəxs1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. Təqsirləndirilən şəxs1 telefon danışığı zamanı Tunarın işə düzəlməsi üçün ümumilikdə 10000 manat pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ona “2000 manat vermisən, 8000 manatda düzəlt gətir, uşağın işini həll edim” demişdir. Təsərrüfatında olan iri və xırda buynuzlu heyvanları satmış, Təqsirləndirilən şəxs1 dediyi 8000 manat pulu düzəltmişdir. Təqsirləndirilən şəxs1 ilə görüşmək üçün Bakı şəhərinə getmişdir. Beynəlxalq Avtovağzal kompleksində olan zaman Təqsirləndirilən şəxs1 ona Sumqayıt şəhərinə gedən yolda dayanmasını bildirmişdir. Sumqayıt şəhərinə gedən yolda dayanmışdır. Bir qədər sonra ona bir avtomobil yaxınlaşmışdır. Azəar Məmmədov avtomobildən düşərək özünü onu təqdim etmişdir. Təqsirləndirilən şəxs1 ilə salamlaşmış, sonra həmin avtomobilə əyləşmişdir. Avtomobildə olan tanımadığı sürücünün yanında 8000 manat pulu Beynəlxalq Avtovağzal kompleksinin yanında avtomobildə Təqsirləndirilən şəxs1 vermiş, bundan sonra yoluna davam etmişdir. Birlikdə Bakı şəhərində dəqiq tanımadığı yerədə yerləşən adını bilmədiyi kafeyə getmişdir. Orada Təqsirləndirilən şəxs1 onu avtomobilin sürücüsü olan Elməddin və Rəfail Ağayevi təqdim etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 ona X5 Nazirliyində yüksək vəzifədə işlədiyini, oğlu Tunarı işə düzəldəcəyini bildirmişdir. Rəfail ona “ arxayin ol, oğlunun işi 1-2 ay həll olacaq, işi mən əlimə almışamsa, həlll edəcəm, elə bil oğlun işləyir” demişdir. Orada birlikdə yemək yeyib ayrılmışlar. O, oğlu Tunara müxtəlif vaxtlarda pul vermişdir ki, Təqsirləndirilən şəxs1 tələbinə əsasən ona göndərsin. Belə ki, 09 mart 2022-ci il tarixdə Tunar Gədəbəy rayon Mərkəzi poçt filialından Təqsirləndirilən şəxs1 adına 250 manat, 18 mart 2022-ci il tarixdə "xxxx"ın Gədəbəy rayon Filialından Şahid1 adına “ Xəzri” pul köçürmə sistemi vasitəsi ilə 1300 manat, 12 aprel 2023-cü il tarixdə Gədəbəy rayon Mərkəzi poçt filialından Şahid1 adına 300 manat pul göndərmişdir. Azər pulu götürdükdən sonra ona zəng edərək pulun çatdığını bildirmişdir. O, Azər və Xasay ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq oğlu Tunarın işi ilə maraqlanmışdır. Onlar hər dəfəsində ona müxtəlif bəhanələr vermişlər. Təxminən 2022-ci ilin sentyabr-oktyabr aylarında Azər məndən yenidən oğlunun işin artıq həll olduğunu bildirib son dəfə 300 manat pul göndərməsini istəmişdir. Oğlu Tunar buna əsasən X8 rayonun Filialından 300 manat pulu Azərin dediyi hesaba göndərmişdir. Azər və Rafail onun ümumilikdə 12287 manat pulunu ələ keçirmiş və oğlu Tunarı işə düzəltməmişlər. Hazırda ondan alınmış pullar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 və X1 şikayəti və tələbi yoxdur. Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerə işləmir. Vətən müharibəsi iştirakçısıdır. Zərərçəkmiş şəxs atasıdır. Təqsirləndirilən şəxs1 əvvəllər tanınamış, onun ilə aralarında olan tanışılıqalrı onlara qarşı dələduzluq etdikdən sonra başlamışdır. 2022ci ilin fevral ayında qardaşı Rahil atasına zəng edərək Azər adlı tanış olduğunu, Təqsirləndirilən şəxs1 onu işə düzəldə biləcəyini bildirmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 atasına onun işə düzəlməyi üçün ilkin olaraq 8000 manat pul lazım olduğunu bildirmişdir. Azər onun işinin düzəlməsi üçün ilkin olaraq orada olan altı nəfər adını çəməkdiyi şəxslərə hərəsinə 50 manat pul verilməli olduğunu bildirmişdir. Maddi imkanları olmadığı üçün atası Zimisdan qardaşı Rahildən işi üçün Azərə pul verməli olduğumuzu bildirib pul göndərməsini istəmişdir. X11 Federasiyasından onlara 300 manat pul göndərmişdir. Həmin pulu Təqsirləndirilən şəxs1 göndərimişdir. 25 fevral 2023-cü il tarixdə "xxxx" ın Gədəbəy rayon filialından “Xəzri ” pul köçürmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 1700 manat pul göndərmişdir. 2022-ci ilin fevral ayında Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs1 atasına və ona zəng edib işə düzəlmək ilə bağlı olaraq vərəm dispanserindən arayış almalı olduqlarını bildirib Bakı şəhərinə gəlməli olduğunu bildirmişdir. Ona Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs1 ilə Elimlər Akademiyası metro stansiyasının yanında görüşmüşlər. Oradan Təqsirləndirilən şəxs1 ilə birlikdə Maştağa qəsəbəsinə getmişlər. Maştağa qəsəbəsində olan zaman Təqsirləndirilən şəxs1 onu tanımadığı xəstəxanaya aparmış və orada şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs1 onu orada olan həkimlərə xalası oğlu kimi təqdim etmişdir. Adını bilmədiyi şəxs saat 16 da gəlib götürərsiniz demişdir. Oradan çıxdıqdan sonra birlikdə 8 noyabr metro stansiyasının yanına gəlmişdirlər. Orada Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsini istədikdə vəsiqənin Maştağada qalmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə sağollaşıb ayrılmışdırlar. Sahil metrostansiyasının yanında kirayədə qaldığı evə gəlmişdir. Bundan sonra olan müddət ərzində Təqsirləndirilən şəxs1 ilə özünə məxsus olan mobil nömrə ilə Whatsapp mesajlaşma sistemi ilə yazışmışdır. Həmin yazışmaların birində Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkaloji X10 şəxs tərəfindən verilmiş arayışın şəkilini atmışdır. Təqsirləndirilən şəxs1 ilə danışan zaman onun işə düzəldilməsi üçün pul lazım olan zaman müxtəlif şəxslərin şəxsiyyət vəsiqəsinin foto şəkilini göndərmişdir. Təqsirləndirilən şəxs1 tələbinə əsasən 09 mart 2022-ci il tarixdə Gədəbəy rayon Mərkəzi poçt filialından Təqsirləndirilən şəxs1 adına 250 manat, 18 mart 2022-ci il tarixdə "xxxx"ın Gədəbəy rayon filialından Şahid1 adına “ Xəzri” pul köçürmə sistemi vasitəsi ilə 1300 manat, 12 aprel 2023-cü il tarixdə Gədəbəy rayon Mərkəzi poçt filialından Şahid1 adına 300 manat pul göndərmişdir. Sonuncu dəfə əvvəllər tanımadığı Şahid3 məxsus şəxsiyyət vəsiqəsinin foto şəkilini ataraq həmin şəxsə 300 manat pul göndərməsini istəmişdir. "xxxx" ASC-nin Gədəbəy rayon filialından Şahid3 adına Xəzri pul köçürmə sistemi vasitəsi ilə 300 manat pul göndərmiş və çekin şəkili çəkərək Təqsirləndirilən şəxs1 göndərmişdir. Təqsirləndirilən şəxs1 danışıq zamanı onlara müxtəlif bəhanələr gətirirmişdir. X12 Nazirliyinə işə düzətməmiş və ümumilikdə 12287 manat maddi ziyan vurmuşdur Şahid3 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus Opel Astra minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 tanıyır qonşusudur. Gədəbəy rayonu, Gərgər kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 zəng edərək Beynəlxalq Avtovağzal kompeksinə getməsini istəmişdir. İdarə etdiyi avtomobil ilə Beynəlxalq Avtovağzalın qarşısına getmişlər. Zərərçəkmiş şəxs orada qarşılamışlar. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağında əyləşib adını dəqiq bilmədiyi şəxsi işə düzəltmək barədə söhbət etmişlər. Təqsirləndirilən şəxs1 sözünə əsasən, onları Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən adını dəqiq xatırlamadığı kafeyə gətirmişdir. Orada onu əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 ilə görüşdürmüşlər və işə düzəltmək barədə söhbət edərək yemək yemişlər. Sonra Zərərçəkmiş şəxs Beynəlxalq Avtovağzal kompeksinə gətirib Gədəbəy rayonuna yola salmışlar. 2022-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona zəng edərək adını demədiyi şəxsin onun üçün pul göndərməli olduğunu bildirib şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərməsini istəmişdir. Azəri tanıdığı üçün ona etriaz etməmiş və şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək "xxxx"ın “Xəzri” pul köçürmə sistemi vasitəsi ilə 300 manat pul gəlməsini bildirmişdir. Xatırladığı qədəri ilə pulu “Kapital bank“ ın Sabunçu rayon filialından götürərək Təqsirləndirilən şəxs1 ilə görüşüb ona vermişdir. Təqsirləndirilən şəxs1 həmin pul məbləğlərindən ona pul verməyib və onun ilə heç bir cinayət əməlində iştirak etməmişdir. Bu barədə heç bir məlumatı yoxdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Alnabat kəndində qeydiydatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci mədəndə nömrəsiz evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir fərdi əməkələ məşğuldur. Təqsirləndirilən şəxs1 dayısı oğludur. Gədəbəy rayonu Gərgər kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir narazılıq və ədavət baş verməmişdir. 2022-ci ilin mart ayında Novruz bayramı ərəfələrində dayısı oğlu Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək işi ilə əlaqədar məşğul olduğunu onun adına onun üçün pul gəlməsini həmin pulu götürdükdən sonra ona göndərməsini istəmişdir. Bunun üçün şəxsiyyət vəsiqəsinin şəkilini Təqsirləndirilən şəxs1 atmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs1 ona zəng vuraraq “ pul sənə köçüb həmin pulu Kapital bankdan çıxar kart atacam mənə göndər” demişdir. Pulu götürmək üçün X13 qəsəbəsində yerləşən filialına getmişdir. Filialda vəsiqəsini təqdim edərək adına gəlmiş 1287 manat pulu götürmüşdür. Pulu götürdükdən sonra Azərin Whatsapp vasitəsi ilə göndərdiyi karta pulun hamısını göndərmişdir. Bundan sonra Azər üçün pul götürməsini dəqiq olaraq xatırlamır. Nə əvvəllər, nə də indi Fövqəladə Hallar Nazirliyində işləməmiş və heç bir bağlılığı yoxdur. Zərərçəkmiş şəxs görməmiş, onun ilə heç bir tanışlığı yoxdur. Dayısı oğlu Azərin Zərərçəkmiş şəxs kimin ilə görüşdürməsi və Rəfail adlı şəxsin kim olması barədə heç bir məlumatı yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. - işdə olan mobil telefona baxış keçirilməsi haqqında 24 iyul 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, baxış keçirilən mobil telefon “Redmi Not 9” markalı mobil telefondur. Mobil telefonun “Whatsapp” yazışma proqramında Azer adı ilə qeyd edilmiş ***-***-**-** şəxs ilə yazışmalar mövcuddur. Yazışmalara baxış keçirilən zaman Azer adı ilə qeyd edilmiş şəxs ilə aparılan yazışmaların 14 oktyabr 2022-ci il tarixdə başladığı və müxtəlif təqvim günləri ərzində davam etdiyi görünür. Həmin yazışmalarda Şahid2 Azer adlı şəxs işə işə düzəlmək mövzusundan danışıqlar aparması və ona müxtəlif bəhanlər gətirməsi gpö. 26 fevral 2023-cü il tarixdə olan yazışmada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkaloji X10 şəxs tərəfindən Şahid2 Azər oğluna verilmiş 6240 nömrəli 24 fevral 2023-cü il tarixli arayışın foto şəkilinin göndərilməsi görünür. Son yazışmaların 25 may 2023-cü il tarixinə aid olması görünür. Həmin yazşmada Şahid2 “ Azer sen bele edirsən canın sağ olsun zəng çatır sonra da interneti bağlıyırsan” kimi yazışmaların olmasını görünür. Telefona baxış zamanı həmçinin Şahid3 məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsinin və xx.xx.2022-ci il tarixdə Şahid2 Məqatil oğluna adına "xxxx" ASC-nin Gədəbəy rayon filialından 300 manat pulun göndərilməsi haqqında çekin foto şəkilinində göndərilməsi görünür. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefonda olan yazışmalar və foto şəkillər götürülərək protokola əlavə olundu. -işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 28 iyul 2023-cü il tarixli 3-18/2-3269/2023 saylı məktubundan görünür ki, Şahid1 fövqəladə hallar orqanlarında xidmət etməsi və vətəndaş Şahid2 fövqəladə hallar orqanlarına xidmətə qəbul ilə bağlı müraciət etməsi barədə Nazirliyin kadr siyasəti Baş idarəsində heç bir məlumat olmadığı göstərilmişdir. -işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 28 iyul 2023-cü il tarixli 3-18/2-4088/2023 saylı məktubundan görünür ki, ehtiyatda olan baş leytenantı Təqsirləndirilən şəxs2 xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Xidməti araşdırmalar idarəsinin Xidməti yoxlamalar şöbəsinin baş zabiti vəzifəsində həqiqi hərbi xidmətdə olmuşdur. Fövqəladə hallar nazirinin 12 oktyabr 2018-ci il tarixli 1459/ş nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” əsasnaməsinin 156-cı maddəsinin “V” bəndinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması göstərilmişdir. -işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olumamışdır. -Ödəniş qəbzlərdən görünür ki, X6 və Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişlər. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, X6 və Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslə barışmış və onlar dəymiş ziyanı tamamilə ödəmişlər. Beləliklə məhkəmə tədqiq olunmuş sübutları ayrı ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət əməlini törətmələri onların etirafı ilə yanaşı zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və digər mötəbər dəlillərlə tam sübuta yetirildi. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, qeyd edir ki, onların cinayət məsuliyyətindən azad olmaları üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri iqtisadi cinayətlər olmaqla mülkiyyət əleyhinə cinayətlərdir. Bu cinayət əməlləri iştirakçılıqla törədilmişdir və odur ki, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən paylarının müəyyən olunması zəruridir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində faktiki iştiraklarının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında bu iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində payı 4300 manat, Təqsirləndirilən şəxs2 isə payı 8000 manat təşkil edir ki, bu məbləğlər də zərər çəkmiş şəxsə ödənilmiş, zərər çəkmiş şəxs onlardan şikayət və tələbinin olamamasını bildirmişdir. Eləcə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişlər və bu barədə məhkəməyə ödəniş qəbzi təqdim etmişlər. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanın onların payına düşən hissəsini tam ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın onların payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərindən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri zərurət aradan qalxdığından ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış disklər və qəbzlər cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 73-1.2-ci və 321-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışdıqlarından, dəymiş ziyanı tamamilə ödədiklərindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərindən xitam verilsin və onlar cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanımış disklər və qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-16/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-16/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver