Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-16/2025 15.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Ağstafa rayonu, Marksovka (hazırki Xətai) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla, həbs edilənədək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, X15 küçəsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 avqust 2011-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1n və əsas fəaliyyət istiqaməti müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsullarının daxili bazarda satışından ibarət olan Zərərçəkmiş şəxs məxsus sahibkarlıq obyektində sonuncu ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli elektron əmək müqaviləsi əsasında işə qəbul edilməklə, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixli elektron əmək müqaviləsi bildirişlərinə əsasən, “ekspeditor” vəzifəsində işləyib, eyni zamanda Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli “tam maddi məsuliyyət haqqında” müqaviləyə müvafiq olaraq, ona etibar edilmiş əmlak, maddi və digər sərvətlərə dəyən zərərə görə cavabdehlik daşıyan maddi məsul şəxs kimi Zərərçəkmiş şəxs mülkiyyətində olan ərzaq və qeyri-ərzaq məhsullarının Azərbaycan Respublikasının Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Beyləqan, Gədəbəy rayonları, habelə Gəncə şəhərində yerləşən və ona təhkim olunmuş ticarət obyektlərinə satılması nəticəsində əldə etdiyi satış pulunu Zərərçəkmiş şəxs məxsus obyektin xəzinəsinə mədaxil etməli olduğu halda etməyib, inanılıb ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə tutduğu vəzifə ilə əlaqədar öz qulluq mövqeyindən istifadə etməklə talayıb qanunsuz qazanc əldə etmək qərarına gələrək 01 yanvar 2023-сü il tarixdən 22 may 2023-cü il tarixədək olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda Zərərçəkmiş şəxs ilə ticarət münasibətlərində olan Beyləqan rayonunun Daşburun qəsəbəsində yerləşən “XƏZƏR MANDALİN DAŞBURUN X14” adlı müştəridən aldığı 5470,85 manat, Göygöl şəhəri, H.Əliyev prospekti 69 ünvanında yerləşən “S.313 MARKET XANLAR Şahid35” adlı müştəridən aldığı 36,80 manat, Gədəbəy rayonunun Miskinli kəndində yerləşən “G.ADİL MİSKİNLİ” adlı müştəridən aldığı 1007,39 manat, Şəmkir rayonunun Morul kəndində yerləşən “G.AİLƏ MARKET ARAZ YOLU” adlı müştəridən aldığı 100 manat, Şəmkir rayonunun Dağ Cəyirli kəndində yerləşən “S.AKİF DAĞ CƏYİRLİ” adlı müştəridən aldığı 700 manat, Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən “G.AKİF ZAUR SÖYÜDLÜ” adlı müştəridən aldığı 500 manat, Gədəbəy rayonunun Əyridərə kəndində yerləşən “G.ARAZ ŞİNİX *** *** ** **” adlı müştəridən aldığı 16,17 manat, Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən “G.ARİF SARATOVKA” adlı müştəridən aldığı 2100 manat, Gədəbəy rayonunun Leşkər kəndində yerləşən “G.AYAZ KARVAN MARKET” adlı müştəridən aldığı 150 manat, ünvan 3 ünvanında yerləşən “G.BALL M-T GÖY-GÖL MƏMMƏDOV ZAUR TAPDİQ O” adlı müştəridən aldığı 311 manat, Tovuz rayonunun İbrahimhacılı kəndində yerləşən “G.ƏLİ İBRAHİM HACİLİ” adlı müştəridən aldığı 50 manat, Gədəbəy şəhərində yerləşən “G.ELNUR AVTOVAĞZAL” adlı müştəridən aldığı 581,45 manat, Gədəbəy rayonunun Şınıx kəndində yerləşən “G.ƏSGƏR ŞİNİX MARKET” adlı müştəridən aldığı 16,50 manat, Gədəbəy rayonunun Qumlu kəndində yerləşən “G.FAİQ GƏDƏBƏY” adlı müştəridən aldığı 20 manat, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən “S.FAİQ ZƏYƏM” adlı müştəridən aldığı 100 manat, Gədəbəy şəhərində yerləşən “G.GƏDƏBƏY DÖNƏR” adlı müştəridən aldığı 1743,62 manat, Gədəbəy şəhərində yerləşən “G.HAMLET GƏDƏBƏY *** *** ** **” adlı müştəridən aldığı 324,40 manat, Tovuz rayonunun Yanıqlı kəndində yerləşən “G. KƏNAN MARKET YANİQLİ” adlı müştəridən aldığı 411,45 manat, Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsində yerləşən “G.MEHMAN TAĞİYEV BAĞMAN” adlı müştəridən aldığı 170 manat, Gədəbəy şəhərində yerləşən “G.MÜBARİZ SUPER MARKET GƏDƏBƏY” adlı müştəridən aldığı 200 manat, Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən “G.NADİR SARATOVKA” adlı müştəridən aldığı 500 manat, ünvan 4 ünvanında yerləşən “G.NƏVƏMİN MT Şahid33” adlı müştəridən aldığı 420 manat, Gədəbəy rayonunun Pirbulaq kəndində yerləşən “G.NEYMƏT PİRBULAQ” adlı müştəridən aldığı 200 manat, Şəmkir rayonunun Düyərli kəndində yerləşən “S.NİCAT DÜYƏRLİ” adlı müştəridən aldığı 70 manat, Tovuz rayonunun Könə Qala kəndində yerləşən “G.NİYAZİ KÖHNƏ QALA” adlı müştəridən aldığı 230 manat, Gədəbəy şəhərində yerləşən “G.NUR MARKET GƏDƏBƏY ƏLİYEV ANAR ELŞƏN O” adlı müştəridən aldığı 3736,44 manat, Tovuz rayonunda yerləşən “G.ORXAN SERXAN MARKET” adlı müştəridən aldığı 18,84 manat, Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən “G.RAMİZ DAYİ GƏDƏBƏY” adlı müştəridən aldığı 58,18 manat, Ağstafa şəhərində yerləşən “G.RƏŞAD MAĞAZA A” adlı müştəridən aldığı 460,80 manat, Gədəbəy rayonunun Arıqdam kəndində yerləşən “G.SƏBUHİ HALAL MARKET” adlı müştəridən aldığı 324,84 manat, Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən “G.SLAVYANKA MARKET RÜSTƏMOV ŞAHİN” adlı müştəridən aldığı 173,32 manat, Tovuz rayonunun Yanıqlı kəndində yerləşən “G.ŞAHİD YANİQLİ” adlı müştəridən aldığı 100 manat, Gədəbəy şəhərində yerləşən “G.TAC MARKET” adlı müştəridən aldığı 251,70 manat, Gədəbəy rayonunun Zəhmətkənd kəndində yerləşən “G.TƏBRİZ ZƏHMƏTLİ BİZİM MARKET” adlı müştəridən aldığı 50 manat, Gədəbəy rayonunun Qaradağ kəndində yerləşən “G.TƏBRİZ MARKET QARADAĞ” adlı müştəridən aldığı 200 manat, Gədəbəy rayonunun Zəhmətkənd kəndində yerləşən “G.TEYMUR MARKET” adlı müştəridən aldığı 200 manat, Gədəbəy rayonunun Miskinli kəndində yerləşən “G.TOFİQ MİSKİNLİ” adlı müştəridən aldığı 484,50 manat, Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yerləşən “G.VƏFADAR K.QARAMURAD” adlı müştəridən aldığı 40 manat, Gədəbəy rayonunun Arıqdam kəndində yerləşən “G.Vüqar Gədəbəy Bazar” adlı müştəridən aldığı 2290,10 manat, Şəmkir rayonunun Yeni Göyçə kəndində yerləşən “G.VÜSAL AYDAN MARKET” adlı müştəridən aldığı 2226,80 manat, Gədəbəy rayonunun Yenikənd kəndində yerləşən “G.VÜQAR ƏLİ MARKET” adlı müştəridən aldığı 200 manat, Gədəbəy şəhəri, S.Vurğun küşəsində yerləşən “G.VÜSAL GƏDƏBƏY” adlı müştəridən aldığı 2950,85 manat, Şəmkir rayonunda yerləşən “S.07 MARKET” adlı müştəridən aldığı 400 manat və sonda, yəni 2023-cü ilin may ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən “G.RUSLAN SARATOVKA TOPDAN” adlı müştəridən aldığı 3.119,19 manat məbləğində satış pullarını Zərərçəkmiş şəxs məxsus sahibkarlıq obyektinin xəzinəsinə mədaxil etməyib, ümumilikdə, həmin 44 müştəri üzrə cəmi 32.715,20 manat satış pulunu, yəni xeyli miqdar təşkil edən özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək qanunsuz olaraq ələ keçirərək mənimsəyib gəlir əldə etmək məqsədilə sosial şəbəkə üzərindən oyuna köçürməklə israf edib talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Xətai kəndində yaşayır. O, əvvəlcə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs məxsus anbarda fəhlə kimi işləməyə başlamış, daha sonra həmin anbarda operator, sonda isə ekspeditor, yəni satış təmsilçisi işləmişdir. Sözügedən cinayət hadisəsi ekspeditor vəzifəsində işlədiyi müddətdə baş vermişdir. Zərərçəkmiş şəxs sifarişi əsasında xarici ölkələrdən ərzaq və qeyri-ərzaq məhsulları həmin anbara gətirilib yığılır, daha sonra isə ekspeditorların götürdükləri sifarişlər əsasında ərzaq və qeyri-ərzaq məhsulları ticarət obyektlərinə paylanılır. Onun işi də mağazalardan sifarişlərin götürülməsi, məhsulların dəyəri olan pul məbləğlərinin yığılması və anbarın kassasına təhvil verilməsindən ibarət olmuşdur. O, mağazalara gedib sifarişləri götürür, sürücü isə malları aparırdı. İşlədiyi müddətdə onun əsas əmək haqqı 400 manat təşkil etmiş, həmçinin satışdan da əlavə olaraq 0,6 faiz gəlir əldə etmişdir. Aylıq təxmini qazancı ***-**** manat təşkil etmişdir. Həmçinin onun benzin və kontur kimi əlavə xərcləri də sahibkar Zərərçəkmiş şəxs tərəfindən qarşılanmışdır. O, ayda bir dəfə mağazalardan pulu yığılması üçün getmişdir. O, pulun yığılmasına bəzən tək, bəzən isə satış müdiri ilə birlikdə getmişdir. O, mağazalardan dəfələrlə pul yığmışdır. O, yığılmış, anbarın kassasına təhvil verilməli olan pul məbləğlərini əlavə qazanc əldə etmək məqsədi ilə sosial şəbəkədə tapdığı proqrama qoymuşdur. Ona elan edilmiş ittiham üzrə bütün epizodları qəbul edir. O, 2023-cü ilin mart ayından həmin proqrama pul qoymağa başlamışdır. 2023-cü ilin aprel ayında onun kassaya təhvil verməli olduğu pul məbləğlərinin verilmədiyi məlum olmuşdur. İttihamda qeyd edilmiş pul məbləğlərinin hamısını özü götürmüş və proqrama qoymuşdur. Proqrama qoyduğu pul vəsaitlərini qaytarmaq istəsə də, bu mümkün olmamışdır. Sahibkar Zərərçəkmiş şəxs satışdan əldə edilmiş pul məbləğlərinin kassaya təhvil verilməsini tələb etdikdə, pul vəsaitlərini əlavə qazanc əldə etmək məqsədi ilə proqrama köçürdüyünü bildirmiş və bundan sonra yoxlama aparılmışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, zərərdən 4.355,2 manat ödəmiş, qalan dəymiş zərərlə bağlı aralarında razılaşma olmuşdur. Zərərçəkmiş şəxs onunla barışmışdır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun Ağstafa rayonunda topdansatış anbarı vardır ki, onlar həmin anbarda ayrı-ayrı rayonlara sifariş əsasında ekspeditorlar vasitəsilə ərzaq və qeyri-ərzaq məhsullarının satışını təşkil edirlər. Təqsirləndirilən şəxs əvvəlcə ona məxsus anbarda fəhlə, operator, sonra isə ekspeditor, yəni satış təmsilçisi vəzifələrində işləmişdir. 20 may 2023-cü il tarixdə anbarda satış rəhbəri vəzifəsində işləyən Şahid1 ona məlumat vermiş ki, Təqsirləndirilən şəxs tərəfindən müştərilərdən toplanmış pulların kassaya mədaxili barədə problemlər mövcuddur. O, Müşfiqə Bahadur ilə görüşməsini bildirmiş, Müşfiq Bahadur ilə görüşdükdə Bahadur satışdan gələn pul məbləğlərini sosial şəbəkədə tapdığı proqrama qoyduğunu bildirmişdir. O, Bahadurla özü də görüşmüş, Bahadur ona da müştərilərə təhvil verilmiş məhsulların dəyəri əvəzində topladığı pulları sosial şəbəkəsində olan oyuna qoyduğunu, bunun qarşılığında əlavə gəlir əldə edəcəyini, bir-iki gün ərzində pulu oradan götürüb kassaya ödəyəcəyini bildirmişdir. Bahadur həmin zaman oyunun şokunda olmuşdur. O, Bahadura aldadıldığını bildirmiş, Bahadur əməlini ona etiraf etmişdir. Bundan sonra o Bahaduru işlədiyi vəzifədən azad etmişdir. Bahadurun mənimsədiyi pul məbləği 32.715,20 manat təşkil etmişdir. Bahadur ona bankda işləyib, hər ay 500-800 manat məbləğində pul göndərəcəyini bildirmiş, iki ay ona pul göndərmiş, həmçinin borcundan əlavə ödənişlər aparmış, daha sonra qalan pul məbləğini ödəməmişdir. Ümumilikdə 32.715,2 manat zərərdən 4.355,2 manatı Bahadur tərəfindən ona ödənilmiş, Bahadurun ona 28.360 manat borcu qalmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək bildirmişdir ki, təqsirləndirilən şəxs və onun qohumları ilə vurulmuş ziyanla bağlı öz aralarında razılığa gəlmişlər. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır və həbsdə saxlanılmasını istəmir, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs məxsus ticarət obyektində satış müdiri kimi fəaliyyət göstərir. Satış müdiri kimi vəzifəsi ona təhkim olunmuş ərazilər üzrə satış təmsilçilərinin-ekspeditorların işinə nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs da həmin ticarət obyektində təmsilçisi-ekspeditor vəzifəsində işləmişdir. Ekspeditorlar xidmət göstərdikləri ərazilərdə yerləşən ticarət obyektlərindən sifarişləri götürüb müvafiq sistem vasitəsilə anbara ötürmüş, sifariş verilmiş məhsullar aidiyyəti məntəqələrə çatdıqdan sonra satışından əldə olunmuş məbləğləri toplayıb mərkəzi kassaya ödəmişlər. Toplanmış pul vəsaitləri isə onlara nağd şəkildə verilir. Hər bir ekspeditor müştəriyə satılmış malın pulunu aldıqdan sonra özündə olan müvafiq terminala bununla bağlı, yəni ödənişi qəbul etməsinə dair qeydlər daxil etmiş və o, vahid proqram vasitəsilə ekspeditorun daxil etdiyi həmin qeydləri görmüşdür. 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs müştərilərdən 16.000-18.000 manat aralığından pul topladığını və həmin məbləğdə pulu mərkəzi kassaya ödəmədiyini görüb sonuncuya zəng edərək malların satışından əldə etdiyi pul məbləğini mərkəzi kassaya ödəməsini demişdir. Daha sonra o Bahadurla Ağstafa rayonunda görüşəndə Bahadurdan topladığı pul məbləğini kassaya vurub-vurmamasını soruşmuş, Bahadur isə topladığı pul məbləğlərini sosial şəbəkə vasitəsi ilə oyuna qoyduğunu bildirmişdir. Həmçinin Bahadur müştərilərdən topladığı bəzi pul vəsaitlərinin sistemə vurmamışdır. O, bu barədə sahibkar Zərərçəkmiş şəxs məlumat vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonunun Qumlu kəndində yerləşən özünə məxsus obyektdə ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışını həyata keçirir. Təqsirləndirilən şəxs ekspeditor olmaqla onun verdiyi sifariş əsasında işlətdiyi mağazaya ərzaq və ya qeyri ərzaq məhsulları göndərmişdir. O aldığı məhsullara görə Bahadura hissə-hissə ödənişlər etmişdir. Daha sonra Bahadurun müdiri gəlmiş, ona bir daha Bahadura pul verməməsini və yığılmış pulları Bahadurun mənimsəməsini bildirmişdir. Onun həmin ticarət obyektinə 20 manat borcu qalmış, həmin pul məbləğini ticarət obyektinin müdirinə vermiş və borcu qalmamışdır. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, Gədəbəy şəhərində yerləşən X3 məxsus super marketdə işləyir. İşi mağazaya gətiriləcək malları müəyyənləşdirmək, gələn malları qəbul etmək, onları yerləşdirmək və həmin mallara görə ödənişləri etməkdən ibarətdir. Təqsirləndirilən şəxs ekspeditor olmaqla onun verdiyi sifariş əsasında işlədiyi marketə ərzaq və qeyri-ərzaq məhsulları göndərir və daha sonra sifariş verilmiş məsulların dəyərini nağd şəkildə alırdı. Bahadurla aralarında heç bir problem yaşanmamışdır. Bahadur və sifariş verdikləri mağazanın satış müdiri ilə hesabat zamanı onların aralarında 100-150 manat fərq yaranmışdır. Halbuki o aldığı məhsulların dəyərini Bahadura ödəmiş, lakin Bahadur pulu məhsulu aldıqları mağazanın kassasına ödəməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Gədəbəy şəhəri, Səməd Vurğun küçəsində yerləşən icarəyə götürdüyü obyektdə ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışını həyata keçirir. Təqsirləndirilən şəxs Ağstafa rayonunda yerləşən topdan satış mağazasında işləyirdi. Təqsirləndirilən şəxs onun yanına gələrək verdiyi sifarişlər əsasında işlətdiyi mağazaya ərzaq və qeyri-ərzaq məhsulları göndərmiş, növbəti ayın 20-də isə yaranmış borcları Təqsirləndirilən şəxs ödəmişdir. Məhsulları sifariş verdikləri ticarə obyektinin satış müdiri Müşfiq ona zəng edərək, aldığı məhuslların dəyərini ödəmədiyini bildirmiş, o Bahadurla üzləşmiş və aldığı məsulların dəyərini Bahadura ödədiyini təsdiq etmişdir. Daha sonra o Bahadurun mağazalar tərəfindən ödənilmiş pul məbləğlərini məsimsədiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13, Şahid33, Şahid34, Şahid28, Şahid27, Şahid25, Şahid2, Şahid24, Şahid31, Şahid32, Şahid21, Şahid39, Şahid9, Şahid3, Şahid7, Şahid6, X4, Şahid30, Şahid16, Şahid26, Şahid20 və Şahid17 da digər şahidlər Şahid4, Şahid8 və Şahid5 ilə eyni məzmunlu ifadələr verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-mühasibat ekspertizasının 12 iyun 2024-cü il tarixli, 9/3684 nömrəli rəyindən görünür ki, iş materiallarında öz əksini tapan sənədlərdə göstərilən əməliyyatların aparılması və sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə, həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 32.715,20 manat (otuz iki min yeddi yüz on beş manat iyirmi qəpik) müəyyən olunmuşdur. - “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayışdan görünür ki, Zərərçəkmiş şəxs adına qeydiyyata alınmış təsərrüfat subyekti (anbar) 26 avqust 2011-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir. Təsərrüfat subyektinin hüquqi ünvanı Ağstafa rayonu, Dağ Kəsəmən kəndidir. Təsərrüfat subyekti olduğu yer üzrə uçota alınmışdır. - 01 noyabr 2016-cı il tarixli elektron “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən”dən görünür ki, 01 noyabr 2016-cı il tarixdə Təqsirləndirilən şəxs işə götürən Zərərçəkmiş şəxs məxsus mağaza Dağkəsəməndə kompüterçi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. - 01 noyabr 2016-cı il tarixli əmək müqaviləsinə 30 aprel 2021-ci il tarixli 5 nömrəli əlavə razılaşmadan görünür ki, işçi Təqsirləndirilən şəxs 02 iyul 2020-ci il tarixdən mağaza Dağkəsəmənə ekspeditor (əsas iş yeri) vəzifəsinə işə qəbul edilmişdir. - 30 aprel 2021-ci il tarixli elektron “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, işçi Təqsirləndirilən şəxs 02 iyul 2020-ci il tarixdən ekspeditor vəzifəsinə keçirilmişdir. - 15 dekabr 2021-ci il tarixli elektron “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Təqsirləndirilən şəxs (işçi) ilə Zərərçəkmiş şəxs (işəgötürən) arasında müddətsiz əmək müqaviləsinin “müddətli” olması ilə bağlı elektron bildiriş daxil edilmiş, müqavilənin bitmə müddəti “xx.xx.2022” kimi qeyd edilmişdir. - 01 noyabr 2016-cı il tarixli əmək müqaviləsinə 01 dekabr 2021-ci il tarixli 7 nömrəli əlavə razılaşmadan görünür ki, Təqsirləndirilən şəxs (işçi) ilə Zərərçəkmiş şəxs (işəgötürən) arasında bağlanmış əmək müqaviləsinə aşağıdakı əlavələr edilmişdir: İşçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: malları müştərilərin ünvanında təklif etmək və sifarişləri qəbul etmək, məhsulun geri qayratmasının qarşısını almaq məqsədi ilə müştərinin ehtiyacına uyğun satışın həyata keçirilməsi, satılmış malların müştərinin dükanında vitrində olub-olmamağına nəzarət etmək, satdığı malların pulunu qəbul etmək və baş operatora təhvil vermək, hər gün iclasda malların satışı və tələb olunan mallar barədə müdiriyyətə məlumat vermək, bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsini təmin etmək. - 06 iyul 2022-ci il tarixli elektron “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Təqsirləndirilən şəxs (işçi) ilə Zərərçəkmiş şəxs (işəgötürən) arasında “müddətli” əmək müqaviləsinin bitmə müddəti “xx.xx.2022” kimi qeyd edilmişdir. Həmçinin həmin bildirişdəki qeydə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəfələrdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - sahibkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş 23 may 2023-cü il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ç bəndi ilə (işçi öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) 23 may 2023-cü il tarixdən xitam verilmişdir. - 23 may 2023-cü il tarixli elektron “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Təqsirləndirilən şəxs (işçi) ilə Zərərçəkmiş şəxs (işəgötürən) arasında əmək müqaviləsinə 23 may 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70ç bəndi ilə (işçi öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. - “Tam maddi məsuliyyət haqqında müqavilə”dən görünür ki, işçi Təqsirləndirilən şəxs ona verilmiş əmlakın çatışmamazlığına, zədələnməyinə və itirilməsinə görə "İşəgötürənə" vurduğu hər cür zərər üçün tam maddi məsuliyyət daşıyır, o cümlədən "İşçinin" təqsirli hərəkətləri, eləcə də öz vəzifə funksiyalarına, yarıtmaz və məsuliyyətsiz münasibətin nəticəsində "İşəgötürənin" başqa şəxslərə ödəməli olduğu zərər üçün. İşçi ona "İşəgötürən tərəfindən etibar edilmiş (təhvil verilmiş) avadanlıqların, pul vəsaitinin, maddi nemətlərin salamatlığını qorumağının tam maddi məsuliyyətini öz üzərinə götürür və bu məsqədlə öhdəlik götürür ki: a) Saxlamaq, xidməti istifadə, ötürmək və ya digər məqsədlər üçün ona verilmiş maddi nemətlərə qarşı səliqə ilə yanaşmaq; b) Ona etibar edilmiş maddi nemətlərin salamatlığının qorunmasına hər hansısa təhlükənin yaranmasının bütün vəziyyətləri barədə "İşəgötürənə" vaxtında məlumat vermək; c) Ona etibar edilmiş maddi nemətlərin hərəkəti və qalıqları barədə uçot aparmaq, bu barədə müəyyən edilmiş qaydada hesabatları tərtib etmək və təqdim etmək; d) Ona etibar edilmiş maddi nemətlərin inventarizasiyasının aparılmasında iştirak etmək; e) Avadanlıqların, pul vəsaitinin və digər maddi nemətlərin saxlanılması, daşınması, göndərilməsi, mühafizəsi, o cümlədən onlarla bağlı xidməti tapşırığlar və əməliyyatlar barədə məlumatların yayılmasına yol verməmək. Həmin müqavilə 01 noyabr 2016-cı il tarixdə işəgötürən Zərərçəkmiş şəxslə işçi Təqsirləndirilən şəxs arasında bağlanıb müvafiq qaydada imzalanmışdır. - Şahid5 ifadəsinə əlavə etdiyi sonuncuya məxsus qeydiyyat dəftərçəsinin səhifəsinin surətindən görünür ki, o, 17 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 20 manat ödəməsinə, beləcə 178,60 manat borcundan çıxılmaqla 158,60 manat borcunun qalmasına dair qeydiyyat aparmışdır. - “Whatsapp sosial şəbəkə mesajı”ndan görünür ki, Şahid6 600 manat borcunu ödəməsinə dair Təqsirləndirilən şəxs mesaj yazdıqdan sonra sonuncu borcunun 1220 manat qalmasına dair mesaj yazmış, 19 may 2023-cü il tarixdə isə Şahid6 həmin məbləği Təqsirləndirilən şəxs bank kartına atmaqla borcunun qalmadığına dair sonuncuya “Biz 0” mesajı yazmışdır. - Şahid10 ifadəsinə əlavə etdiyi üzərində qeydlər aparılmış satış fakturasının surətindən görünür ki, qeydlərin sonunda Şahid10 1007,39 manat qeyd etməklə fakturanın üzərindən “X” şəklində xətt çəkmiş, sonuncu ifadəsində həmin xəttin borcunu ödəməsini, sıfırlmasını xatırlatmaq, göstərmək üçün çəkdiyini bildirmişdir. - X1 ifadəsinə əlavə etdiyi sonuncuya məxsus qeydiyyat dəftərçəsinin səhifəsinin surətindən görünür ki, sonuncu 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs olan 173,28 manat borcunu ödəməsinə dair qeydiyyat aparmış, Təqsirləndirilən şəxs da həmin ödənişi qəbul etməsinə dair imza çəkmişdir. - Şahid23 ifadəsinə əlavə etdiyi sonuncuya məxsus qeydiyyat dəftərçəsinin səhifəsinin surətindən görünür ki, o Təqsirləndirilən şəxs olan 1740,64 manat borcun 700 manatını ödəməsini və 1040,64 manat borcunun qalmasına dair qeydiyyat aparmışdır. - Şahid41 ifadəsinə əlavə etdiyi “sistem çıxarışı”ndan görünür ki, işlədiyi deponun (şirkətin) 20 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs (ELSAD AGSTAFA) olan borcu 10000 (on min) manatdır (12 may 2023-cü il tarixdə 16670,580 manat ödəniş edildikdən sonra qalan borc məbləği 10000 manat göstərilmişdir). -“30 yanvar 2024-cü il tarixli auditor rəyi”ndən görünür ki, sərbəst auditor X7 tərəfindən ekspeditor vəzifəsində işləmiş Təqsirləndirilən şəxs öhdəsində olan pul vəsaitlərində və mallarda ümumi kənarlaşma və çatışmayan pul məbləği 32715,20 manat (otuz iki min yeddi yüz on beş manat iyirmi qəpik) təşkil etmişdir. - Zərərçəkmiş şəxs 26 iyun 2024-cü il tarixi müraciətindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs ödəniş şəklində qəbul olunan pulların siyahısı: xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs avtomobilinin satışından 3500 manat əldə olunmuşdur. Bu məbləğin 1148 manat 44 qəpiyi Təqsirləndirilən şəxs ona olan şəxsi borcuna ödəniş edilmişdir, 2351 manat 56 qəpik isə Təqsirləndirilən şəxs mənimsədiyi puldan ödəniş şəklində qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs 800 manat ödəniş qəbul olunmuşdur. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs yenə 800 manat qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində 200 manat ödəniş qəbul olunub xx.xx.2024-cü il tarixində 200 manat ödəniş qəbul olunub. Təqsirləndirilən şəxs mənimsədiyi pul 28360 manat qalmışdır. - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(042)-62/2024 saylı qərarından görünür ki, vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətində olan Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və üzərində fərdi yaşayış evi olan 0,0781 ha həyətyanı torpaq sahəsinin payına düşən hissələrinin üzərinə cinayət təqibinin sonunadək həbs qoyulması qərara alınmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Ağstafa RİHB-nın Xətai kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Ağstafa RİHB-nın Xətai kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 adında iki övladı var. - Gədəbəy rayon Məhkəməsinin 03 avqust 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 179.2.3 və 179.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsas yoxdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsdən üzrxahlıq edərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurduğu ziyanın bir hissəsini ödəməsini, zərərçəkmiş şəxslə vurulmuş zərərlə bağlı razılıq əldə edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxstəqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CMnin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 09 ay 13 gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalı, onun üzərinə yaşadığı Ağstafa rayonu, Xətai kəndində olan ünvanını saat 23:30-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağstafa rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalında dərhal həbsdən azad edilməli, barəsində seçilən polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, iş materiallarında saxlanılan satış fakturaları və müştərilərlə üzləşmə aktları cinayət işinin materiallarına əlavə edilib orada saxlanılmalı, iş üzrə məhkəmə xərciaparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul ondan alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, ona məxsus, ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan, Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və üzərində fərdi yaşayış evi olan 0,0781 ha həyətyanı torpaq sahəsinin payına düşən hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 09 (doqquz) ay 13 (on üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Ağstafa rayonu, Xətai kəndində olan ünvanını axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağstafa rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan, iş materiallarında saxlanılan satış fakturaları və müştərilərlə üzləşmə aktları cinayət işinin materiallarına əlavə edilib orada saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ **********0000003944, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs məxsus, ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan, Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və üzərində fərdi yaşayış evi olan 0,0781 ha həyətyanı torpaq sahəsinin payına düşən hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Hökmün icrası Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №1(042)-16/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-16/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver