Məhkəmə qərarları › İş №1(042)-17/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-17/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-17/2022 17.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, 28 avqust 1994-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy şəhəri, X8 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1985-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gədəbəy şəhəri, X8 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 17 mart 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə, 15 avqust 2021-ci il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, işlədikləri Gədəbəy rayonu, Arıqdam kəndi ərazisində yerləşən “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” X5 həmin şirkətə məxsus 463.91 manat dəyərində 3x150+1x70 mm2 göstəriciləri olan mis ərintidən hazırlanmış 6 metr uzunluğunda naqilləri gizli talamaqla zərərçəkmiş “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinə” cəmi, 463 manat 91 qəpik (dörd yüz altmış üç manat doxsan bir) maddi ziyan vurmaqla oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham edilmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə, 15 avqust 2021-ci il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, işlədikləri Gədəbəy rayonu, Arıqdam kəndi ərazisində yerləşən “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” X5 həmin şirkətə məxsus 463.91 manat dəyərində 3x150+1x70 mm2 göstəriciləri olan mis ərintidən hazırlanmış 6 metr uzunluğunda naqilləri gizli talamaqla zərərçəkmiş “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinə” cəmi, 463 manat 91 qəpik (dörd yüz altmış üç manat doxsan bir) maddi ziyan vurmaqla oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, 2014-cü ildən “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətində” mühafizəçi işləyir. X9 onun həmkəndlisidir. Elnur da şirkətdə operator vəzifəsində işləmişdir. Onunla hərdən eyni vaxtda növbədə olmuşlar. 14 avqust 2021-ci il tarixdə saat 19 radələrində gecə növbəsində işdə olmaq üçün iş yerinə gəlib növbəni təhvil almış, şirkətin Gədəbəy rayonu, Arıqdam kəndi ərazisində yerləşən X6 ərazisində mühafizə postunda xidmət aparmışdır. Onun xidməti işi həmin ərazini mühafizə etməkdən ibarət olmaqla səhər saatlarına qədər ərazidə gəzmək olmuşdur. Təqsirləndirilən şəxs2 isə həmin vaxt zavodun içərisində işləmişdir. Hadisədən bir neçə gün əvvəl parkda olarkən Elnur ona zavodun ərazisində mis kabellər olduğunu, həmin kabelləri birlikdə oğurlamağı təklif etmiş, o, Elnurla razılaşaraq mis kabelləri oğurlamağa qərar vermişdir. 15 avqust 2021-ci il tarixdə saat 01 radələrində Elnur xidmətdə olarkən kabelləri sürüyərək zavodun ərazisindən çıxarıb otluq əraziyə atıb gizlətmiş, həmin vaxtı xidmətdə olduğu üçün ona kabeli oğurlayıb zavodun ərazisindən çıxarmasına şərait yaratmışdır. O, mühafizə postunda olduğu üçün kabelləri oğurlandığını gördüyü, bunun qarşısını almalı olduğu halda, bunu etməmiş, əvvəlcədən razılaşdıqları kimi Elnurun həmin kabelləri oğurlamasının qarşısını almamışdır. Bundan sonra gecə saatlarında Elnur şəxsi işi ilə bağlı evə getmək adı ilə işdən icazə alıb getmiş, gizlətdiyi kabelləri götürüb avtomobilinə yükləmiş və səhər saatlarına qədər onu gözləmişdir. 15 avuqst 2021-ci il tarixdə saat 08 radələrində iş növbəsini təhvil verərək zavodun ərazisindən çıxmış, Elnurun onu Gədəbəy şəhəri ərazisində gözlədiyi yerə getmişdir. Oğurluq yolu ilə əldə etdikləri mis kabeli Şəmkir rayonu ərazisində metal qəbulu ilə məşğul olan şəxslərdən birinə satıb pul əldə etmək üçün Elnura məxsus Vaz 21074 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonuna getmişlər. Ancaq kabelin üzərini soyub təmizləmək lazım olduğu üçün Şəmkir rayonu Qasımalılar kəndi ərazisində yol kənarında Elnur avtomobili saxlamış, birlikdə həmin yerdə kabeli bıçaqla təmizləməyə başlamışlar. Bu aman Şəmkir RPŞ-nin post patrul xidməti əməkdaşları onlara yaxınlaşıb, mis kabeli haradan əldə etdikləri barədə sorğu sual etmiş, onlar həmin kabeli işlədikləri şirkətdən oğurladıqlarını etiraf etmişlər. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə vurduqları ziyanı ödəmişlər. Ona görə də onun hazırda Gəncə şəhərində işləməsi nəzərə alınmaqla, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək göstərmişdir ki, 2010-cu ildən “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətində” kimyəvi işlər üzrə operator işləyir. Himayəsində dörd azyaşlı övladı var. Azyaşlı övladları 2012-ci il təvəllüdlü Hüseyn Nəbiyev, 2008-ci il təvəllüdlü Hava Nəbiyeva, 2010-cu il təvəllüdlü Səma Nəbiyeva, 2007-ci il təvəllüdlü Elnurə Nəbiyeva onun himayəsində yaşayırlar. Təqsirləndirilən şəxs1 həmkəndlisidir. Təqsirləndirilən şəxs1 şirkətdə mühafizəçi vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxs1lə iş vaxtı bir-birilərini görməsələr də, hərdən Gədəbəy şəhəri ərazisində görüşüb, çayxanada oturub birlikdə vaxt keçirmişlər. Hazırki hadisədən bir neçə gün əvvəl Elçinlə parkın qarşısında görüşmüş, Elçinə zavodun ərazisində yararsız mis kabel olduğunu söyləmiş və həmin kabeli oğurlamağı təklif etmişdir. Elçin onunla razılaşmışdır. Onlar əvvəlcədən razılaşmışlar ki, hər ikisi gecə növbəsində xidmətdə olduğu zaman Elçinin mühafizə postu ərazisində kabeli ərazidən kənara çıxaracaq, Elnur da öz növbəsində ətrafı müşahidə edəcəkdir. 14 avqust 2021-ci il tarixdə saat 20 radələrində şirkətin Gədəbəy rayonu Arıqdam kəndi ərazisində yerləşən Gədəbəy kontrakt sahəsində növbəni təhvil alıb xidmətə başlamış, 15 avqust 2021-ci il tarixə keçən gecə saatlarında, yəni, təxminən saat 01 radələrində işlədiyi binadan həyətə çıxmış, sonra isə ərazidə olan kabeli götürüb, ərazidən kənara boş əraziyə tullamış, özü isə iş yerinə qayıtmışdır. O, kabeli ərazidən çıxararkən Elçin də onu müşahidə etmişdir. Həmin vaxtı Elçindən başqa ərazidə heç kim xidmət aparmadığı üçün asanlıqla kabeli ərazidən kənara çıxara bilmişdir. Həmin gün saat 04 radələrində şirkətin mühəndisi Elçin müəllimə səhhətinin pisləşdiyini deyərək evə getmək üçün icazə istəmiş, Elçin müəllim evə getməyi üçün ona icazə vermiş, o, işdən çıxaraq özünə məxsus Vaz 21074 markalı, ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə kabelin olduğu yerə getmiş, kabeli yerdən götürüb avtomobilinin yük yerinə yükəmiş, bundan sonra Gədəbəy şəhərinin mərkəzinə gəlib, səhər saatlarına kimi Elçinin işdən çıxmasını gözləmişdir. Həmin gün saat 08 radələrində Elçin işdən çıxıb onun olduğu yerə gəlmiş, birlikdə oğurladığıqları kabeli satmaq üçün Şəmkir rayonuna getmişlər. Ancaq kabelin üzərini soyub təmizləmək lazım olduğu üçün Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində yol kənarında avtomobili saxladıb, kabeli bıçaqla təmizləmişlər. Bu zaman Şəmkir RPŞ-nin post patrul xidməti əməkdaşları yaxınlaşıb, mis kabeli haradan əldə etdikləri barədə sorğu sual etmiş, onlar həmin kabeli işlədikləri Şirkətdən oğurladıqlarını etiraf etmişlər. Bundan sonra polis əməkdaşları onu və Elçini Şəmkir RPŞ-ə aparmış, orada izahatlarını alıb, daha sonra Gədəbəy RPŞ-nin əməkdaşlarına təhvil vermişlər. O, oğurluğu əvvəlcədən əlbir olaraq Elçin Aliyevlə törətmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə vurduqları ziyanı ödəmişlər. Ona görə də onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” nümayəndəsi Nümayəndə Talib oğlu ifadə verərək, bildirmişdir ki, 2009-cu ildən Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited şirkətində, İnsan resurslarının idarə edilməsi və inzibati işlər üzrə menecer vəzifəsində işləyir. O, hazırda həmin şirkətin insan resursları işinin təşkil olunması, işçilərin işə qəbulu və işdən azad olunması işinə nəzarət, işçi qəbuluna nəzarət, şirkətin kadr siyasətinin təşkil olunması, sahədaxili inzibati nəzarət sisteminin qurulması və sair vəzifələri icra edir. Gədəbəy rayon sakinləri Təqsirləndirilən şəxs1 şirkətdə mühafizəçi, Təqsirləndirilən şəxs2 isə kimyəvi işlər üzrə operator vəzifəsində işləmişdir. 14 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən kontrakt sahəsində xidmətdə olmuşlar. 14 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixə keçən gecə saatlarında təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq şirkətin X5 6 metr uzunluğunda mis kabelləri oğurlamışlar. Həmin gecə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladıqları naqilləri avtomobilin vük verinə qoyaraq, səhər saatlarında satmaq üçün Şəmkir rayonuna aparmış, lakin naqilləri Şəmkir rayonu ərazisində təmizləyərkən Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin gün hadisə barədə şirkətə şifahi məlumat verilmiş, sonra isə şirkətə rəsmi müraciət edilmişdir. Bundan sonra həmin əməkdaşlar işdən kənarlaşdırılmışlar. Oğurlanmış 6 metr uzunluğunda mis kabelin dəyəri 463.91 manatdır. Təqsirləndirilən şəxslər dəymiş ziyanın əvəzini ödəmişlər. Zərərçəkmişin onlara qarşı şikayəti yoxdur və qərar çıxarılarkən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətində” mühafizə işləri üzrə nəzarətçi vəzifəsində xidmət edir. Gədəbəy rayonu sakinləri Təqsirləndirilən şəxs1 şirkətdə mühafizəçi, Təqsirləndirilən şəxs2 isə kimyəvi işlər üzrə operator vəzifəsində işləmişdir. 14 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən kontrakt sahəsində xidmətdə olmuş, əlbir olaraq şirkətin X5 6 metr uzunluğunda mis naqilləri oğurlamışlar. Həmin gecə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladıqları naqilləri avtomobilin yük yerinə qoyaraq səhər saatlarında satmaq üçün Şəmkir rayonuna aparmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurladıqları naqilləri Şəmkir rayonu ərazisində təmizləyərkən Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid4 Şahid3 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş, Şahid1 şahid qismində dindirilmə protokolundan görünür ki, o, daxili işlər orqanlarında xidmət edir. Gədəbəy rayonu, Qumlu kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 15 avqust 2021-ci il tarixdə saat 10 radələrində şöbənin post patrul xidməti bölüyünün manqa komandiri Şahid2la birgə xidmətdə oduğu vaxt Şəmkir rayon Qasımalılar kəndi ərazisində, yəni uzu Gədəbəy rayonu istiqamətinə doğru Yasamal aşınmlarınin sonuncu aşırımında yoldan bir qədər aralıda Vaz 21074 markalı, ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dayandığını, iki nəfər adları sonradan məlum olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bıçaqla naqilləri təmizlədiklərini görmüş, onlara yaxınlaşmışlar. Həmin şəxslər avtomobili qoyub qaçmağa cəhd etsələr də, tərəflərindən saxlanılmışlar. Onların naqilləri oğurluq yolu ildə etmələrinə əsasli şübhələn yaranmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə söhbət əsnasmda həmin naqilləri Gədəbəy rayonu Arıqdam kəndi ərazisində yerləşən “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” X3rladıqlarını bildirmişlər. Ona görə də adları qeyd edilən şəxsləri oğurladıqları mis naqillərlə birgə Şəmkir RPŞ-ə aparmışlar. Daha sonra isə həmin şəxslər Gədəbəy RPŞ-nin əməkdaşlarına təhvil verilmişlər. Məhkəmə iclasında elan edilmiş Şahid2 şahid qismində dindirilmə protokolundan görünür ki, daxili işlər orqanlarında xidmət edir. Gədəbəy rayonu, Qumlu kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Onlarla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 15 avqust 2021-ci il tarixdə saat 10 radələrində şöbənin post patrul xidməti bölüyünün manqa komandiri Şahid1lə birgə xidmətdə oduğu vaxt Şəmkir rayonu, Qasımalılar kəndi ərazisində, yoldan bir qədər aralıda Vaz 21074 markalı, ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dayandığını, iki nəfər adları sonradan məlum olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bıçaqla naqilləri təmizlədiklərini görmüş, həmin şəxslərə yaxınlaşmışlar. Bu zaman həmin şəxslər avtomobili qoyub qaçmağa cəhd etsələr də tərəflərindən saxlanılmışlar. Onlarda həmin şəxslərin naqilləri oğurluq yolu ildə etmələrinə əsasli şübhələn yaranmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 söhbət əsnasmda həmin naqilləri Gədəbəy rayonu, Arıqdam kəndi ərazisində yerləşən “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” X3rladıqlarını bildirmişlər. Ona görə də adları qeyd edilən şəxslər oğurladıqları mis naqillərlə birgə tərəflərindən Şəmkir Rayon Polis Şöbəsinə aparılmış, şöbədə oğurluq yolu ilə əldə edilmiş mis naqillərə baxış keçirilmiş, baxış zamanı həmin naqillərin 6 metr uzunluğunda olması müəyyən edilmiş, daha sonra isə həmin şəxslər Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmişlər. İşdə olan “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətindən” alınmış 26 avqust 2021-ci il tarixli 92 nömrəli Məktubdan görünür ki, Şirkətin X3rlanmış 6 metr “3x150+1x70 mm2 kabelin qiyməti 463.91 manatdır. İşdə olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Talib oğlunun Ərizəsindən görünür ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinə” məxsus əmlakın oğurlanması nəticəsində vurulmuş 463 manat 91 qəpik maddi ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və X10 əvvəllər məhkum edilməmişlər. İşdə olan Gədəbəy RİHB-nın Şəhər İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilirlər. İşdə olan X2 surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 övladları Nəbiyeva Elnurə 26 may 2007-ci il tarixdə, Nəbiyeva Hava 25 iyul 2008-ci il tarixdə, Nəbiyeva Səma 10 fevral 2010-cu il tarixdə və Nəbiyev Hüseyn 17 sentyabr 2012-ci il tarixdə doğulmuşlar. İşdə olan Gədəbəy RİHB-nın Şəhər İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxslərin, zərərçəkmişin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyi ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə, 15 avqust 2021-ci il tarixdə saat 01 radələrində, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, işlədikləri Gədəbəy rayonu, Arıqdam kəndi ərazisində yerləşən “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” X5 həmin şirkətə məxsus 463.91 manat dəyərində 3x150+1x70 mm2 göstəriciləri olan mis ərintidən hazırlanmış 6 metr uzunluğunda naqilləri gizli talamaqla zərərçəkmiş “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinə” cəmi, 463 manat 91 qəpik (dörd yüz altmış üç manat doxsan bir) maddi ziyan vurmuş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə, 15 avqust 2021-ci il tarixdə saat 01 radələrində, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, işlədikləri Gədəbəy rayonu, Arıqdam kəndi ərazisində yerləşən “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin” X5 həmin şirkətə məxsus 463.91 manat dəyərində 3x150+1x70 mm2 göstəriciləri olan mis ərintidən hazırlanmış 6 metr uzunluğunda naqilləri gizli talamaqla zərərçəkmiş “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinə” cəmi, 463 manat 91 qəpik (dörd yüz altmış üç manat doxsan bir) maddi ziyan vurmaqla oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənlərin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmişə vurduğu zərəri aradan qaldırmasını, zərərçəkmişin onu bağışlamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs X7 himayəsində yetkinlik yaşına çatmayan dörd uşağın olmasını, onun məhkəmə istintaqı zamanı təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmişə vurduğu zərəri aradan qaldırmasını, zərərçəkmişin onu bağışlamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətlərini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onların sonrakı həyat tərzinə, davranışlarına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış naqillərin zərərçəkmişə verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, dövlət büdcəsinə keçirilməlidir. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış mis naqillərin zərərçəkmiş şəxs “Azərbaycan İnterneşnl Mayninq Kompani Limited Şirkətinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar