Məhkəmə qərarları › İş №1(042)-17/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-17/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-17/2023 11.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1972-ci il tarixdə Gədəbəy rayonu, Şəkərbəy kəndində doğulmuş, Azərbaycan Rеspubliкasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Şəkərbəy kəndində qеydiyyatda оlmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 may 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu, Şəkərbəy kəndi ərazisində küçədə iribuynuzlu heyvanlarının Zərərçəkmiş şəxs əkin sahəsinə girməsi səbəbindən sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı ağacla Zərərçəkmiş şəxs qarın nahiyyəsinə vuraraq, ona qarının geniş ölçülü qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, zərərçəkmişlə yaranmış mübahisə zamanı həqiqətən onu ağacla vurmuş və ona xəsarət yetirmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, ona dəymiş zərəri ödəmiş, onunla barışmışdır. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Aralarında düşmənçilik və ədavət olmamışdır. Lakin son 3 il ərzində Təqsirləndirilən şəxs iribuynuzlu heyvanları onun əkin sahəsinə girdiyi üçün bir neçə dəfə aralarında münaqişə olmuş, Təqsirləndirilən şəxs onu söyüb təhqir etmişdir. 13 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs 6-7 baş iribuynuzlu heyvanının əkin sahəsinə girdiyini görüb sonuncunu səsləmişdir ki, gəlib heyvanlarını aparsın. Heyvanları əkin sahəsindən küçəyə çıxardıb Zakirin evinə tərəf ötürərkən qonşusu Şahid1 evinin yaxınlığında küçədə Təqsirləndirilən şəxsla rastlaşmış, sonuncu onu nalayiq söyüşlərlə söyərək, heyvanları çıxartdığı üçün narazılığını bildirmiş, əlində olan heyvan otardığı ağacla onun qarnına, sinəsinin alt tərəfinə vurmuş, zərbənin təsirindən o, arxası üstə yıxılmış və xəsarət almışdır. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayır. Zərərçəkmiş şəxs xalasıdır, eyni zamanda həmkəndlisidir. Təqsirləndirilən şəxs da həmkəndlisidir. Onların heç biri ilə düşmənçilik və ədavəti yoxdur. 13 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı Şahid2 ilə birlikdə evinin həyatyanı sahəsində olan zaman Zərərçəkmiş şəxs Zakiri səsləyib “ay Zakir, gəl heyvanlarını apar” dediyini eşitmişdir. Təqsirləndirilən şəxs isə öz evinin həyətindən Zərərçəkmiş şəxs səslənərək “mənim heyvanlarım deyil” dediyini eşitmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs əkin sahəsinə girmiş 6-7 baş iribuynuzlu heyvanı oradan çıxarıb, Zakirin evinə tərəf aparmağa başlamışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onların evinin yaxınlığında küçədə rastlaşmışlar. Rastlaşan zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “bunlar sənin heyvanların deyilmi” demişdir. Təqsirləndirilən şəxs həmin vaxt əlində olan çomaqla Zərərçəkmiş şəxs qarnına vuraraq, onu yerə yıxmışdır. Yaxınlaşıb irad bildirib, Zakiri uzaqlaşdırmışdır. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Oraya kənar şəxslər toplaşmamışdır. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndlisidir. Onların heç biri ilə düşmənçilik və ədavəti yoxdur. 13 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı Şahid1lə birlikdə evinin həyatyanı sahəsində olan zaman Zərərçəkmiş şəxs Zakiri səsləyib “ay Zakir, gəl heyvanlarını apar” dediyini eşitmişdir. Təqsirləndirilən şəxs isə öz evinin həyətindən Bənövşəyə səslənərək, “mənim heyvanlarım deyil” demişdir. Zərərçəkmiş şəxs əkin sahəsinə girmiş 6-7 baş iribuynuzlu heyvanı oradan çıxarıb Zakirin evinə tərəf apararkən küçədə Zakirə “utanmırsanmı yalan danışırsan, bunlar sənin heyvanların deyilmi” demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs küçədə onların evin yaxınlığında Zərərçəkmiş şəxs çatıb əlində olan çomaqla onun qarnına bir zərbə vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış, Şahid1 səsləyərək kömək istəmişdir. Şahid1 gedib Bənövşəni yerdən qaldırmışdır. Təqsirləndirilən şəxs isə heyvanlarını aparıb oradan uzaqlaşmışdır. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Səs-küy nalayiq söyüşlər eşitməmişdir. Ora kənar şəxslər toplaşmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 X3 tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli 585 nömrəli canlı şəxsin ekspertizası Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət – qarının geniş ölçülü qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddəti 13 oktyabr 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına əsasən həmin xəsarəti onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat aşkar edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın Şəkərbəy Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata xitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayəti olmadığını, onunla barışdığını bildirmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidlərin ifadələrinin protokolları, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə əməlindən pеşman olmuş və zərərçəkmiş şəxslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini azırlaşdıran hallar yоxdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə xitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yоxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş polisin nəzatəri altına vermə qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar