Məhkəmə qərarları › İş №1(042)-17/2025

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-17/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-17/2025 08.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Gədəbəy rayonu, Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Daryurd kənd İƏD üzrə Cəfərli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdə, saat 22 radələrində özünə məxsus olmaqla BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi «KİA Sorento» minik markalı, **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gədəbəy-Novosaratovka avtomobil yolunun Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi ərazisindən keçən hissəsində Gədəbəy rayonu Novosaratovka kəndi istiqamətində 85-90 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamaqla və avtomobilini yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətlə idarə etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyib yaşayış məntəqəsində avtomobilini 85-90 km/saat sürətlə idarə etməklə öz hərəkətini davam etdirərək yolun sol hissəsində piyada hərəkət edən Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncunun sağlamlığına başın əzilmiş-cırılmış yarası və sıyrıqları ilə müşayiət olunan qapalı kəllə-beyin travması, baş beyin qişalarına və baş beyin maddəsində qansızma, kəllə daxili hematoma, sifətin yuxarı və aşağı ətrafların çox saylı sıyrıqları, sol mil sümüyünün qapalı, qəlpəli sınığı, sol budun əzilmiş, cırılmış, deşilmiş yarası, sol bud və sağ baldır sümüklərinin qapalı, qəlpəli sınıqları qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək qapalı kəllə-beyin travması, baş beyin qişalarına və baş beyin maddəsində qansızma, kəllə daxili hematoma səbəbindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ehtiyyatsızlıqdan ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 19 mart 2024-cü il tarixdə Bakı şəhərindən Gədəbəy rayonuna gəlmişdir. 21 mart 2024-cü il tarixdə o, oruclu olduğu üçün iftardan sonra saat 21 radələrində sinif yoldaşları Tofiq, Zaur və Elburusla görüşüb, birlikdə Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən kafelərdən birinə kabab yemək üçün getmişlər. Həmin gün kafedən çıxıb yaşadıqları kəndə getmək üçün ona məxsus olan “KİA Sorento minik” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola çıxmışlar. Avtomobili özü idarə etmiş, Elburus ön oturacaqda, Tofiq və Zaur isə arxa oturacaqda oturmuşlar. Gədəbəy-Novosaratovka avtomobil yolunun rayonun Kiçik Qaramurad kəndindən keçən hissəsində hərəkətdə olarkən, saat 22 radələrində yolun sağ tərəfində “VAZ 2107” markalı avtomobil qabağında saxlamaq istəyəndə o həmin avtomobili ötmə əməliyyatı etmiş, ötmə əməliyyatı edən zaman yolun solunda 2 nəfər piyadanı az bir məsafə, təxminən 3-4 metr qalan zaman görmüşdür. Onlardan biri yolun səki hissəsində digəri isə yolun asfalt hissəsində hərəkət edirdi. O, avtomobilini mümkün qədər qaçırtsa da avtomobilinin sol tərəfi uşağın birinə dəymiş, həmin vaxt qorxub şok vəziyyətinə düşdüyündən avtomobili saxlaya bilməmiş və bir qədər, 400-500 metr irəliyə getmiş və saxlamışdır. Avtomobildən düşüb avtomobilə baxan zaman avtomobilinin güzgüsünün olmadığını və avtomobilin qabaq sol hissəsinin əzildiyini görmüşdür. Həmin an şokdan ayılmış, kömək etmək məqsədi ilə dönüb qayıtmaq istəyən zaman hadisə yerindəkilər üstünə gəlmiş və o, qorxduğu üçün avtomobili hadisə yerindən qabaqda saxlayıb avtomobildəki şəxsləri düşürüb hadisə yerinə getmələrini, xəsarət almış şəxslə maraqlanmalarını deyib, özü isə avtomobilini idarə edib Gədəbəy rayon Polis Şöbəsinə gedib könüllü təslim olmuşdur. Hadisə baş verən vaxt avtomobili 85-90 km/saat surətlə idarə etmişdir. Həmin vaxt hava şəraiti yağışlı olmuşdur. Yolun asfalt örtüyü yaş olduğundan, yolun hərəkət hissəsini yaxşı görmək mümkün olmamışdır. Həmin vaxt ayıq olmuş, ümumiyyətlə sprtli içki qəbul etməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisindən üzrxahlıq etmiş, onunla barışmağa cəhd göstərmiş, lakin onun üzrxahlığını qəbul etməmişlər. Hazırda da bir daha üzrxahlıq edir və məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs olan mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs anasıdır. Ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Kiçik Qaramurad kəndində yaşayır və heyvandarlıqla məşğul olur. Onların yaşadığı ev avtomobil yolunun kənarında yerləşir. Novruz bayramı zamanı yaşadıqları Kiçik Qaramurad kəndində, kəndin uşaqları kəndin çıxış hissəsində, yəni yaşayış evlərindən kənarda el adəti üzrə tonqal yandırırlar. 21 mart 2024-cü il tarixdə də bayram olduğuna görə kəndin uşaqları həmin yerdə tonqal yandırmışlar. Axşam Elmir, dostu Hüseynəli Ələkbərov ilə birlikdə tonqalın ətrafına getmişlər, bayram vaxtı olduğuna görə o, uşaqlara tonqalın ətrafına getməyə icazə vermişdir. Elmir və dostu tonqalın ətrafına getdikdən bir müddət sonra o, Elmirə zəng vuraraq gec olduğuna görə evə gəlmələrini bildirmiş, Elmir və dostu evə doğru gəlməyə başlamışlar. O, yaşadığı evin həyətində yerləşən tövləyə mal-qaraya isti su vermək məqsədi ilə getmiş və isti su olmadığını görüb, geri qayıdıb evin pilləkəninin aşağısında dayanıb evdəkilərdən isti su istəmişdir. Bu zaman Elmir və dostu Hüseynəlinin yolun kənarı ilə, torpaq hissə ilə söhbət edə-edə, zarafatlaşa-zarafatlaşa gəldiklərini görmüş, isti suyu gözləyən zaman pilləkənin başına çıxmaq istəmiş, bu zaman səs gəlmiş, o, hansısa avtomobilin ağaca çırpılmasını güman etmiş, lakin uşaqların yol tərəfdə olması ağlına gəlmiş və yol tərəfə baxdıqda uşaqlardan birini görmüş, digərini görə bilməmişdir. Bu zaman yola tərəfə qaçmış və Hüseynəli onu gördükdə qışqıraraq Elmiri avtomobilin vuraraq qaçmasını bildirmişdir. O, baxdıqda Elmirin yolun kənarında yerdə olmasını görmüş və qışqırıb onu qucağına qaldırmış, Elmirin ağız və burun nahiyəsindən qan axmasını, nəbzinin atmadığını, ayaq hissələrindən xəsarət aldığını görmüşdür. Bundan sonra Hüseynəli ona səslənərək Elmiri vuran avtomobilin qayıtdığını demiş, onlar kömək etməsi məqsədi ilə avtomobilin qarşısına durmaq istəyəndə avtomobil saxlamamış, Hüseynəli kömək etmələri məqsədi ilə avtomobilin arxası ilə qaçmış, avtomobil bir neçə dəfə surətini aşağı salmış, Hüseynəli yaxınlaşdıqca surətini artırıb oradan torpaq yolla qaçıb getmişdir. Təqsirləndirilən şəxsin avtomobilindən heç kəs gəlib onlara kömək etməmişdir. Bundan sonra Hüseynəlidən qonşuları köməyə çağırmasını istəmiş, ailə üzvləri və qonşular gəlmiş, baldızının oğlu Elnur hadisəni eşidib “Vita” markalı avtomobili ilə ora gəlmiş və Elmiri avtomobilə əyləşdirib Gədəbəy Mərkəzi rayon Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər oğlu Elmirin artıq almış olduğu xəsarətlərdən öldüyünü demişlər. Sonradan Elmiri avtomobillə vuran şəxsin X6 olmasını bilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, onun üzrxahlığını qəbul etmir, Təqsirləndirilən şəxs qəzadan sonra düşüb Elmirə kömək etmədoyii üçün onunla barışmır, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisini tanıyır, təqsirləndirilən şəxsi tanımır, görməmişdir. 21 mart 2024-cü il tarixdə Elmir ilə birlikdə “Novruz bayramı” ilə əlaqədar Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində Qarabulaq adlanan yerdə yandırılmış tonqalın ətrafına getmişlər və daha sonra Elmirgilin yaşadığı evə tərəf qayıtmışlar. Onlar asfalt yolun kənarında olan torpaq sahə ilə piyada hərəkət etmişlər və Elmirgilin evinin yanında qarşı tərəfdən, onlarla üzə-üz gələn avtomobil qarşısında olan avtomobili keçərkən asfalt yoldan kənara çıxaraq yanında Elmiri vurdu və qaçdı. Bu zaman Elmirin anası Könül evlərinin qarşısında olmuş və yola çıxmışdır. O isə təcili tibbi yardım çağırmaq məqsədi ilə “103” xidmətinə zəng vurmuşdur. Bu zaman Elmiri vuran avtomobilin geri gəldiyini görmüş, kömək etməsi məqsədi ilə avtomobilin qarşısına durmuş, lakin avtomobil saxlamamış, o avtomobilin arxası ilə qaçmış, lakin avtomobil dayanmamış və getmişdir. Həmin zaman hava yağışlı olmamışdır. Hadisə olan zaman avtomobil çox surətlə hərəkətdə olmuşdur. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Mərhum Zərərçəkmiş şəxs dayısı oğludur. Hadisə zamanı evində olmuşdur. Hadisə 21 mart 2024-cü il tarixdə, saat 9-10 radələrində baş vermişdir. Evləri dayısı gilə yaxındır. Çöldən səs-küy gəlmiş və o səs-küy gələn yerə gələndə görmüşdür ki, dayısı oğlunu avtomobil vurmuşdur. O, tez dayısı oğlunu avtomobilinə qoyub xəstəxanaya aparmış, xəstəxanada onlara artıq gec olduğunu və Elmir dünyasını dəyişdiyini bildirmişlər. O, hadisəni görməmiş, hadisədən sonra gəlmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində o, Amil, Elburus və Tofiq görüşüb, birlikdə iftar açmaq üçün yaşadıqları kənddə kafe olmadığı üçün Amilin özünə məxsus olan və idarə etdiyi avtomobili ilə Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən kafeyə getmişlər. Kafedən onlar kabab yemişlər, çay içmişlər, heç kəs spirtli içki qəbul etməmiş və təxminən 1 saatdan sonra avtomobilə əyləşərək yaşadıqları kəndə tərəf hərəkət etməyə başlamışlar. Avtomobildə Amilin yanında, yəni ön oturacaqda Elburus, Amilin arxasında – arxa oturacaqda Tofiq və Tofiqin yanında o əyləşmişdir. Amil avtomobili təxminən 80-90 km/saat surətlə sürürdü. Onlar Amilə avtomobili aşağı surətlə idarə etməsini bildirmişlər. Həmin zaman hava dumanlı və yağışlı idi. Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi ərazisində Amil idarə etdiyi avtomobil ilə qarşıda olan “VAZ 2107” markalı avtomobili ötmək istəyərkən anidən qarşısına uşaq çıxmış və bu hadisə baş vermişdir. O, həmin zaman avtomobilin uşaq vurulan hissəsində deyil, digər tərəfində əşləşdiyindən hadisəni həmin an hissə etməmiş, Elburus qışqıraraq Amilə adam vurduğunu bildirmişdir. Onlar təxminən hadisə yerindən 400-500 metr uzaqlaşdıqdan sonra avtomobili saxlamış və avtomobildən düşdükdə avtomobilin güzgüsünün qırıldığını görüb geri qayıtmışlar. Amil avtomobili rayon istiqamətində saxlamış və hadisə yerinə yaxınlaşmağa qorxduğunu bildirmişdir. O, Elburus və Tofiq hadisə yerinə yaxınlaşdıqda çoxlu adam yığışdığını və uşağı başqa bir avtomobilə əyləşdirdiklərini görmüşlər. Həmçinin hadisə yerində zərərçəkmiş şəxsin hüquqi varisini də görmüşlər. Bundan sonra Amil qardaşı ilə əlaqə saxlamış və Gədəbəy rayonuna polisə təslim olmaq üçün getmişdir. Daha sonra onlar uşağın vəfat etdiyini eşitmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X4 da Şahid1 eyni məzmunlu ifadələr verib onun göstərdiklərini bir daha təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 21 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy-Novo Saratovka avtomobil yolunun Gədəbəy rayonu Kiçik Qaramurad kəndi ərazisindən keçən hissəsində Azər Nağıyevin evinin yaxınlığından keçən eni 6.80 metr olan iki tərəfli yoldur. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Piyada Zərərçəkmiş şəxs yolun Novo Saratovka kəndi istiqamətində sol tərəfində vurulmuşdur. Hadisə yerindən hadisəni törətmiş avtomobilə məxsus plastik qırıntılar və avtomobil güzgüsü götürülmüşdür. - Meyidə baxış keçirilməsi haqqında 22 mart 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən meyit meyit kişi cinsli olub, düzgün bədən qurluşlu, kafi qidalıdır, uzunluğu 158-sm-dır. Əllə toxunduqda meyit soyuqdur. Meyit qacması müayinə olunan əzələlərdə kafi dərəcədə inkişaf etmişdir. Gövdənin arxa səthində zəif çəhrayımtıl rəngli meyit ləkələri varıdır ki, barmaqla təzyiq etdikdə itmir. Başın tüklü hissəsinddə alının mərkəzində 2,4x0,5 sm nahamar kənarlı yara vardır. Alının sol yarısında 2x0,3 sm, 3x0,3sm, 3,5x0,4sm ölçülü sıyrılmış yara vaardır. Göz qapaları yarı açıqvəziyyətdədir, bəbəklər dairəvi olub, 0,6sm diamertindədir, ağlı qişalarda qansızma yoxdur. Sol gözün üst qapağında 2x0,6 sm ölçüdə göyümtul rəngli qançır vardırr. Burunu bir qədər şişkindir, sümük və qığırdaqlarrı əllədikdə tamdırlar, burunun uc hissəsində 2x0,5sm, burnun sağ qanadında 1x0,4 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Sol yanaqda 12 ədəd 0,3x0,2 sm-dən 0x0,3 sm-ə kimi qırmızımtıl rəngli sıyrıq vardır. Ağzı yarı açıq vəziyyətdədirr, dil ağız boşluğunda sərbəst yerləşir, üst və alt dodaqlar şişkindir, göyumtul rəngli qançırlıdır. Alt dodağın selikli qişasında 4 ədəd 1x0,3 sm ölçüdə əzilmiş-cırılmış yara varrdır. Üst sol 1-2-ci sağ, 1-2-ci kəsici dişləri tac hissəsindən sınmış, yerində yoxdur. Diş əti və diş yuvası qırımızımtılgöyumtul rəngli qançırrdır, şişkindir, digər dişləri təbiidir. Alt çənədə (sol yarısında) 2,5x0,3 sm altçənənin mərkəzi hissəsində 1,5x0,3 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vaardır. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və qalınlıqdadır. Döş qəfəsi silindirik olub, simmetrikdir. Qarnı qabırğa qövsü səviyyəsindədir, köpməmişdir. Qarının ön divarında göbək səviyyəsində, göbək sağa 6x3,sm ölçüdə 2 ədəd, göbəkdən solda 3x0,2 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün formalaşmışdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir. Yuxarı və aşağı ətraflar düzgün formalaşmışdır. Sol saidin yuxarı üçdə birinin arxa səthində 0,7x0,3 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Sol saidin orta üçdə birinin arxa səthində 0,7x0,3 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardır. Sol saidin orta üçdə birinin arxa səthində 4,5x3sm ölçüdə göyumtul rəngli qançır vardır, əllədikdə sol mil sümüyü orta üçdə birində qəlpəli sınmışdır. Sol əlin üst səthində 2-ci daraq sümüyü proyeksiyasında 2,5x0,6sm,3-4cü daraq sümüyü proyeksiyasında 4,5x2 sm, sol əlin 1-ci barmağının proksimal falanqasının üst səthində 0,5x0,4 sm ölçüdə qırmızımtıl rəngli sıyrıq vardırr. Sağ əlin üst səthində 4-5-ci barmaq arası nahiyyədə 3x0,5sm ölçüdə nahamar kənarlı yara vardır. Sol budun orta üçdə birinin ön bayır səthində 12x10 sm ölçüdə əzilmiş-cırılış yara vardır. Həmin yaradan 2,5sm sağa 1x1 sm ölçüdə deşilmiş yara vardır. Sol budun orta üçdə birində deformasiyası qeyd olunur, sol bud sümüyü orta üçdə qəlpəli sınmışdır. Sağ baldırın yuxarı üçdə birinin ön səthində 5x1sm, 4x0,6sm, orta üçdə birinin ön səthində 2,5x0,6sm, aşağı üçdə birinin ön səthində 4 ədəd 1,6x0,3 sm-dən 3x-1 sm-ə kimi qırmızımtıl rəngli sıyrıq vardır. Sağ baldırın aşağı üçdə birində şişkinlik, deformasiya qeyd olunur, sağ ayaq bayıra doğru rotasiya etmişdir, sağ baldır sümükləri aşağı üçdə birində qəlpəli sınmışdır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilməmişdir. - Avtomobilə baxış keçirilməsi haqqında 01 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil Təqsirləndirilən şəxs məxsus KİA Sorento markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilin ön dol qanadı və ön sol hissəsi əzilmiş və sınmış, işıq farı həmçinin sol güzgüsü sınmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə piyadanı vurduqdan sonra avtomobilin həmin hissələri zədələnmişdir. Avtomobilin əzilmiş sınmış yer olmamışdır. - Hadisə yerinə baxış keçirilməsi haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy – Novosaratovka avtomobil yolunun Gədəbəy rayonu, Kiçik Qaramurad kəndindən keçən hissəsində Azər Nağıyevin evinin yaxınlığındadır. Novo-Saratovka kəndi istiqamətində hadisə yerinə 300 (üç yüz) metr məsafədə yolun sol tərəfində surəthəddini saatda 60 km saat həddə məhdudlaşdıran yol nişanı quraşdırılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs ötmə əməliyyatı edən zaman yolun sol kənarında vurduğunu piyada Zərərçəkmiş şəxs qarşı hərəkət zolağı ilə Gədəbəy şəhəri istiqamətində gəldiyini bildirdi. Piyada Zərərçəkmiş şəxs yolun sağ kənarından 6.50 metr məsafədə yolun sol kənarında vurulmuşdur. Toqquşma yeri Azər Nağıyevin yaşadığı evin arxa künc hissəsindəki yolda vurulmuşdur Hadisə baş verdiyi yerdə yolun eni 6.8 metrdir. Gədəbəy rayonu – Novo Saratovka kəndi istiqamətində yolun sağ ehtiyyat hissəsi 2.20 metr, sol ehtiyyat hissəsi 1.6 metrdir. Novo- Saratovka - Gədəbəy rayonu istiqamətində toqquşma yerindən 22.8 metr məsafədə “ötmə qadağandır” nişanı yerləşdirilmişdir. Təqsirləndirilən şəxs ötmə əməliyyatına başladığı yerdən toqquşma yerinə kimi olan məsafə 40 (qırx) metr olmuşdur. - Məhkəmə-tibb ekspertizasının 22 mart 2024-cü il tarixli 07 nömrəli ekspertiza rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərbaşın əzilmiş-cırılmış yarası və sıyrıqları ilə müşayət olunan qapalı kəllə-beyin travması, baş beyin qişalarına və baş beyin maddəsinə qansızma, kəllə daxili hematoma, sifətin yuxarı və aşağı ətraflarının çox saylı sıyrıqları, sol mil sümüyünün qapalı, qəlpəli sınığı, sol budun əzilmiş-cırılmış-deşilmiş yarası, sol bud və sağ baldır sümüklərinin qapalı, qəlpəli sınıqları KÜT əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixli avtomobil qəzası-avtomobilin piyadanı vurması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölmünə səbəb qapalı-kəllə beyin travması, baş beyin qişalarına və beyin maddəsinə qansızma, kəllə daxili hematoma olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 10-12 saat əvvəl müddətə baş vermişdir. - Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1297/K saylı məhkəmə kimyəvi rəyində göstərilmişdir ki, vət. Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fentiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən) maddə aşkar edilmədi. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/2777 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkcənin arxa hissəsində sol tərəfində ətəyin son kənarından 155 mm yuxarı məsafədə bir ədəd 70 x 20 mm ölçüdə bir qatlı tünd boz metalik rəngli boya sürtünmə izləri və mikrohissəcikləri vardır. Həmin boya tədqiqata təqdim olunmuş 01 ədəd plastmas hissənin üzərində olan tünd boz metalik rəngli lak-boya örtüyündən götürülmüş boya hissəcikləri ilə tünd qırmızı metalik rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 avqust 2024-cü il tarixli, 3- 16-16/2-8/1443 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş “KİA Sorento” markalı **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotunda, qabaq bamperində, qabaq sol farada, qabaq sol qanadda, sol yan güzgüdə) olan zədələr, izlər öz formasına, marfoloji qurluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk olmayan predmetlə kontakda olması , o cümlədən insanın (piyadanın ) vurulması nəticəsində yaranması mümkündür. Müvafiq elmi metodika olmadığından təqdim edilmiş “KİA Sorento” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələrin yaranma müddətini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş plastmas hissələr “KİA Sorento” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsində olan qırılmış detalları ilə vahid bütövlük təşkil edir və eyni predmetin hissələridir. - Məhkəmə-avtotexniki ekspertizasının 21 avqust 2024-cü il tarixli, 3-16-16/2-8/1808 saylı məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş materiallara əsasən “KİA Sorento” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxshərəkətlərində “Yol hrəkəti haqqında” Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatda sürətdən artıq, yəni 85-90 km/saatda surətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - DİN-in Baş Dövlət Yol polisi idarəsinin 15 aprel 2024-cü il tarixli 016-632 saylı məktubundan görünür ki, xx.xx.1987-ci-il təvəllüdlü Gədəbəy rayonu, Cəfərli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixə kimi BD- 029000 saylı “ B1, B, C1,C “ kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin “ X1” sisteminə əsasən həmin şəxsin adına etibarnamə aşkarlanmamış və xx.xx.2024-cü il tarixdə KİA Sorento markalı **-MZ-*** qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının müayinə protokolundan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur. - Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə hadisə zamanı idarə etdiyi KİA Sorento minik markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bağlamada avtomobilə məxsus sınmış plastik hissələr və mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarlar maddi sübut hesab edilmiş və KİA Sorento minik markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılması üçün mülkiyyətçi X5 qaytarılmış, 01 ədəd bağlamda sınmış plastik hissələr və mərhum Zərərçəkmiş şəxs paltarları Gədəbəy rayon Polis Şöbəsinin maddi sübutları saxlanc otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Bakı şəhəri Binəqədi RİH başçısının Binəqədi qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, məhkəmə ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd göstərməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərər alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar- “KİA Sorento minik” markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, Gədəbəy rayon Polis şöbəsinin Maddi sübutların saxlanc otağında saxlanılan “KİA Sorento minik” markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə məxsus sınmış hissələr məhv edilməli, mərhum Zərərçəkmiş şəxs paltarları onun hüquqi varisinə qaytarılmalı, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 349 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - “KİA Sorento minik” markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, Gədəbəy rayon Polis şöbəsinin Maddi sübutların saxlanc otağında saxlanılan “KİA Sorento minik” markalı, **-MZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə məxsus sınmış hissələr məhv edilsin, mərhum Zərərçəkmiş şəxs paltarları onun hüquqi varisi X7 qaytarılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 349 (üç yüz qırx doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar