Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-18/2023 30.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 14 avqust 1996-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, evdar qadın, himayəsində iki azyaşlı uşaq olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Plankənd kəndində yaşayan, 09 dekabr 2022-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə saat 10:30 dəqiqədə Zərərçəkmiş şəxs məxsus Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Univermaqda olan qızılzinət əşyaları satış mağazasına yaxın qohumları ilə birlikdə müştəri qismində daxil olaraq, mağazada heç kəsin onu görmədiyinə əmin olduqdan sonra özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs piştaxtanın üzərinə seçim edilməsi üçün qoyduğu 01 ədəd 625 manat dəyərində kustar üsulla hazırlanmış, 3,45 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində 32 ədəd təxminən hər biri 0.020 karat ölçüdə, 04 ədəd hər biri təxminən 0.056 karat ölçüdə, ümumilikdə, 36 ədəd rəngsiz, şəffaf brilyant qaşı olan, gümüş rəngli üzüyü və 01 ədəd 595 manat dəyərində kustar üsulla hazırlanmış, 4,43 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində 01 ədəd təxminən 0.050 karat ölçüdə, 10 ədəd hər biri təxminən 0.025 karat ölçüdə, 04 ədəd hər biri təxminən 0.020 karat ölçüdə, 04 ədəd hər biri təxminən 0.010 karat ölçüdə, 02 ədədin hər biri təxminən 0.005 karat ölçüdə,ümumilikdə, 21 ədəd rəngsiz, şəffaf brilyant qaşlar olan, sarı rəngli qızıl üzüyü, ümumilikdə, 1220 (min iki yüz iyirmi) manat dəyərində özgə əmlakını gizli yolla talayib oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 177.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, heç bir yerə işləmir, fərdi əməklə məşğuldur. Onun övladları Qədim 14 iyul 2014-cü il tarixdə, Nuray isə 16 iyun 2015-ci il tarixdə doğulmuşlar. 09 dekabr 2022-ci il tarixdə qardaşı Şahid nişan mərasimi keçirilməsi ilə əlaqədar Akşidin nişanlısı Tahirə Quluyeva üçün qızıl zinnət əşyaları almaq qərarına gəlmişlər. Qızıl zinət əşyaları almaq üçün 07 dekabr 2022-ci il tarixdə Gədəbəy şəhərinin mərkəzinə gəlib, bir neçə qızıl zinət əşyaları satan mağazalarında olmuşlar. Həmçinin əvvələr tanımadığı Zərərçəkmiş şəxs mağazasına özü, atası Ağa, anası Qəribə, qardaşı Akşid, qardaşının nişanlısı Tahirə, onun bacısı Lalə, Lalənin əri Şamo və əmisi oğlu Aminlə birlikdə daxil olaraq, qızıl zinət əşyalarına baxmışlar. Zərərçəkmiş şəxs təqdim etdiyi qızıl üzüklərə baxıb seçim edərkən Tahirə bir neçə üzüyə baxıdıqdan sonra onları saxlamaq üçün ona vermiş, o, həmin üzərində qaşları olan üzüyü sağ əlinin dördüncü barmağına taxmış, digər qızılı rəngli üzərində səkkizguşəli qaşları olan üzüyü isə sol əlində saxlamış, lakin əlində telefon olduğu üçün həmin üzüyü özündən asılı olmayaraq, sol cibinə qoymuşdur. Bir qədər üzüklərə baxdıqdan sonra bəyənmədikləri üçün həmin mağazanı tərk etmiş və o, fikirli olduğu üçün üzükləri satıcıya qaytarmamışdır. O, yanında olan şəxslərlə birlikdə digər mağazaları gəzdikdən sonra Şəmkir rayonuna getmiş, Qasımallar kəndi ərazisinə üzüklərin onda qaldığını görmüşdür. O, Şəmkir rayonundan qayıtdıqdan sonra üzükləri sahibinə geri qaytarmağı düşünmüş, lakin həmin gün Şəmkirdə qaldıqları üçün Gədəbəy rayonuna qayıda bilməmişdir. Lakin Gədəbəy rayonuna qayıtdıqdan sonar da üzükləri sahibinə qaytarmamışdır. Buna baxmayaraq, polis şöbəsində o, törətdiyi əməli etiraf etmiş və qızılları sahibinə qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Himayəsində iki azyaşlı usagı var, hazırda uşaqları Rusiya Federasiyasında atalarının yanındadırlar. O, cinayət məsuliyyətinə cəlb edildiyi üçün uşaqlarının yanına getmək, onıarı görmək imkanından məhrum olunmuşdur. Hazırda üçüncü uşağa da hamilədir. O, zərərçəkmişə vurduğu ziyanı tam olaraq aradan qaldırmış, onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs onu bağışlamışdır. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy şəhərinin mərkəzində yerləşən Unvermağın birinci mərtəbəsində qızıl zinət əşyaları satışı mağzasında işləyir. 07 dekabr 2022-ci il tarixdə saat 10.30 radələrində mağazaya bir neçə müştəri gəlmiş, piştaxtaya yaxınlaşıb, qızıl əşyalarına baxmışlar. Onların söhbətlərindən başa düşmüşdür ki, bir-birləri ilə qohumdurlar. Qadınlar yanlarında gətirdikləri 20-22 yaşlı qızı göstərib, həmin qıza nişan üzüyü almaq istədiklərini demiş və piştaxtadan bir neçə ədəd qızıl nişan üzüklərini baxmaqları üçün verməsini xahiş etmişlər. O, hər bir üzüyü piştaxtadan çıxarıb, qızıl qabından götürərək qadınlara baxmaqları üçün təqdim etmiş və verdiyi üzüklərin qiymətlərini bildirmişdir. Daha sonra həmin müştərilər üzükləri ona qaytarıb, almaq istəmədiklərini deyərək, getmişlər. O, üzükləri piştaxtanın içində olan üzük qablarına yerləşdirərkən üzüklərin iki ədədinin olmadığını görmüş, üzüklərin həmin şəxslər tərəfindən oğurlandığını başa düşərək, dərhal mağazadan çölə çıxıb ətrafa boylanmış, Lakin həmin şəxsləri görməmişdir. Sonra Gədəbəy Rayon Polis Şöbəsinə bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Oğurlanmış iki ədəd qızıl üzüklərdən biri gümüşü rəngli, 3,45 qram çəkidə, 583 əyarlı, brillyantqaşlı olmaqla qiyməti 360 manat, digəri isə sarı rəngə olmaqla 4,34 qram çəkidə, brillyantqaşlı, 585 əyarlı olmaqla, qiyməti 525 manat olmuşdur. Hazırda üzüklər ona qaytarılmışdır. Ona heç bir zərər vururlmamışdır. Təqsirləndirilən şəxs ondan üzür istəmişdir. O, təqsirləndirlən şəxsi bağışlamış, onunla barışmışdır. Ona görə də təqsirləndirlən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək, bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Plankənd kəndində yaşayır və fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs doğma bacısıdır. Gədəbəy şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. X1 ilə 09 dekabr 2022-ci il tarixdə yaşadıqları kənddə nişan məclisi keçirmək qərarına gəlmişlər. Buna görə də nişan üzüyü almaq üçün 07 dekabr 2022-ci il tarixdə o, digər atası X9, anası X6, bacısı Təqsirləndirilən şəxs, nişanlısı X4 və digər qohumlarla birlikdə Gədəbəy şəhərinə gəlib, Mərkəzi Unvermağın birinci mərtəbəsində qızıl-zinət əşalarının satışı ilə məşğul olan Gədəbəy şəhər sakini Zərərçəkmiş şəxs mağazasına girib, qızıl əşyalarına baxmışlar. Mağaza sahibi onların göstərdikləri qızıl əşyalarını piştaxtadan çıxarıb, baxmaqları üçün onlara təqdim etişdir. Özü və yanında olan digər şəxslər qızıllara bir qədər baxıb, qiymətləri ilə maraqlandıqdan sonra bəyəndikləri qızıl əşyası olmadığı üçün mağazanı tərk etmişlər. Daha sonra Şəmkir şəhərinə gedib, qızıl alıb, gecə Şəmkir rayonunda qalmışlar. 08 dekabr 2022-ci il tarixdə Şəmkirdən yaşadıqları kəndə gəlmiş və həmin gün Gədəbəy şəhərinin mərkəzində polis əməkdaşları ona yaxınlaşıb, onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində olarkən Zərərçəkmiş şəxs mağazasından 02 ədəd qızıl üzüklərin oğurlanmasını öyrənmişdir. Zərərçəkmiş şəxs mağazasından bacısı Təqsirləndirilən şəxs üzük götürməsini görməmişdir. Ayşən ailəlidir, iki azyaşlı övadı var. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2022-ci il tarixli, 6/7002-9/8978 saylı Rəyindən görünür ki, 1) 3,45 qram kütləli, üzərində 36 ədəd rəngsiz, şəffaf qaş olan, gümüş rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Üzüyün üzərində olan qaşlar qiymətli qaşlara aiddirbriliyantdır. Qaşlardan 4 ədədi hər biri təxminən 0,056 karat ölçüdə, 32 ədədi hər biri təxminən 0,020 karat ölçüdə olmaqla ümumilikdə ¾ keyfiyyətlidir. 2) 4,34 qram kütləli, üzərində 21 ədəd rəngsiz, şəffaf qaş olan, sarı rəngli 1 ədəd üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Üzüyün üzərində olan qaşlar qiymətli qaşlara aiddir-brilyantdır. Qaşlardan 1 ədədi təxminən 0,050 karat ölçüdə, 10 ədədi hər biri təxminən 0,025 karat ölçüdə, 4 ədədi hər biri təxminən 0,020 karat ölçüdə, 4 ədədi hər biri təxminən 0,010 karat ölçüdə, 2 ədədi hər biri təxminən 0,005 karat ölçüdə olmaqla ümumilikdə ¾ keyfiyyətlidir. Tədqiqata təqdim edilmiş 02 ədəd üzüyün üzərində kifayət qədər xüsusi əlamətlər olmadığından və kustar üsulla hazırlandığından harada istehsal olunduğunu müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş əşyaların istifadə olunması, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına orta bazar qiyməti təxminən aşağıdakı kimidir. 1) 3,45 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində 36 ədəd rəngsiz, şəffaf qaş olan, gümüşü rəngli 01 ədəd üzük -625, 00 manat; 2) 4,34 qram kütləli, 583/585 əyarlı qızıldan hazırlanmış, üzərində 21 ədəd rəngsiz, şəffaf qaş olan, sarı rəngli 01 ədəd üzük 595,00 manat. Tədqiqata təqdim edilmiş 02 ədəd üzüyün 2022-ci ilin dekabr ayına olan ümumi orta bazar qiyməti təxminən 1220,00 (625,00 + 595,00) manat müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülümş 01 ədəd üzərinə bağlanmış kağız parçasında BUTA jewellery çəki- 4,4 qram, əyyar-585, karat -17,8 yazıları olan üzük və 01 ədəd üzərinə bağlanmış kağız parçasında BUTA jewellery çəki-17,8 qram, əyyar-585, karat-3,45 yazıları olan qızıl qadın üzüyü iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. İşdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, o, təqsirləndirlən şəxslə barışmışdır, onun cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. İşdə olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, təqsirləndirlən şəxsə dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, o, zərərçəkmişlə barışmışdır, ona görə də cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. İşdə olan Arayışlardan görünür ki, X5 övladları X8 14 iyul 2014-cü il, X7 isə 16 iyun 2015-ci il tarixdə doğulmuşlar. İşdə olan Şəmkir Sağlamlıq Tibb Mərkəzi tərəfindən 23 yanvar 2023-cü il tarixdə verilmiş Arayışdan görünür ki, Təqsirləndirilən şəxs hamiləlik müəyyən edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Plankənd Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaraktеrizə оlunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2. və 177.1-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham edilir. Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə istintaqı zamanı təhqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmişdir. Lakin bundan sonra təqsirləndirlən şəxs oğurladığı əmlakı zərərçəkmişə qaytarmış, yəni, ona vurduğu zərəri tam aradan qaldırmış, ondan üzür istəmiş, onunla barışıq əldə etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsini və həmin maddənin şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022ci il tarixli qərarında nəzərdə tutulmuş məhkəmənin böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad etməsi hüququnun olduğunu, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olduğunu, hazırda uşaqların Rusiya Federasiyasında olduqlarını, cinayət məsuliyyətinə cəlb edildiyi üçün təqsirləndirlən şəxsin onların yanına getmək imkanından məhrum olunduğunu, onun üçüncü uşağa hamilə olduğunu, zərərçəkmişə vurduğu ziyanı tam olaraq aradan qaldırdığını və onunla barışdığını, həmçinin zərərçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışdığını, onu bağışladığını və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad еdilməli və onun barəsində оlan cinayət işi üzrə cinayət təqibinə xitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış iki ədəd üzüyün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yоxdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd üzüyün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-18/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-18/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver