Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-18/2024 29.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Gədəbəy rayonu, Çobankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gədəbəy rayonu, Çobankənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə saat 19-20 radələrində Gədəbəy rayonu, Şahdağ kənd sakini Zərərçəkmiş şəxs mobil telefonla zəng edib onu söyüb təhqir etməsinə əsəbləşərək qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək evin giriş darvazasının qarşısında aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı sonuncunu əli ilə vuraraq ona burun şişkinliyi, qançırı, burun sümüyünün yer dəyişməyən sınığı qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Çobankənd kəndində yaşayır və özünə məxsus marşurut avtobusu ilə Gəncə-Novo İvanovka marşurutunu idarə edib, ailəsini dolandırır. Gədəbəy rayonu Şahdağ kənd sakini X1 uzun illərdir tanıyır və əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. 15 sentyabr 2023-cü il tarixdə Novruz istifadəsində olan mobil nömrəyə zəng edib, Gəncə şəhərinə kartof göndərmək istədiyini demişdir. O, da razılaşmışdır. 16 sentyabr 2023-cü il tarixdə tanışları ilə meşəlik ərazisinə yeyib-içmək üçün getmiş, saat 18 radələrində Novruz ona zəng edib, kartofu gətirdiyini, yaşadığı evin qarşısında onu gözlədiyini bildirmişdir. O, hazırda meşə ərazisində tanışları ilə yeyibiçməkdə olduğunu, 15-20 dəqiqəyə gələcəyini demiş, Novruz əsəbləşərək onun ünvanına təhqiramiz sözlər demişdir. O, Novruza zəng edərək “bu nə sözlərdir ünvanıma deyirsən” demiş, Novruz isə sərxoş vəziyyətdə onun ünvanına nalayiq söyüşlər etmişdir. O, Novruza yaşadığı evin qarşısına söhbət etmək üçün gələcəyini deyib, Novruzun yaşadığı evin qarşısına gəlmişdir. Orada avtomobilindən düşmüş, Zərərçəkmiş şəxs evinin girişində darvazadan çöldə dayanaraq əlində daş onu gözlədiyini görmüşdür. Novruz əlindəki daşları ona tərəf atmış, həmin daşlardan biri onu sağ qoluna dəymişdir. O, Novruzun üzərinə gedərək yaxasından tutmuş, əlbə-yaxa olaraq bir-birlərinin ünvanına nalayiq söyüşlər etmişlər. O, yumruq ilə Novruzun sifət nahiyyəsinə vurmuş, sonuncu zərbənin təsirindən yerə yıxılaraq burnundan qan axmağa başlamışdır. Novruzun bacısı Nazlı və yaxın qonşuları gəlib onları aralaşdırmışlar. Əməlindən səmimi peşmandır, Novruzla barışmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Şahdağ kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. 16 sentyabr 2023-cü il tarixdə o, Gəncə şəhərinə kartof məhsulu göndərmək istəmiş, bu məqsədlə Gədəbəy- Novoİvanovka-Gəncə marşurutunda işləyən Təqsirləndirilən şəxs zəng etmiş, lakin Anara zəng çatmadığına görə Səbuhiyə zəng etdikdə sonuncu Anarın tanışları ilə birlikdə yeyibiçməkdə olduğunu bildirmişdir. O, “əgər işi var idisə nə səbəbdən mənə xəbər verməyib, kartofu maşına qoyub gətirmişəm” dedikdə Səbuhi ona telefonda kobud cavab verib, təhqir etmişdir. Bu səbəbdən telefonda aralarında mübahisə yaranmış və bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin gün axşam saat 08 radələrində Səbuhi, qardaşı Anar və Səbuhinin oğlu Qeyrət yaşadığı evin yaxınlığına özlərinə məxsus avtomobillə gəlib, ona zəng etmişlər. Bundan sonra o, həyətinin giriş qapısında olan dəmir darvazanı açıb, çölə çıxaraq Səbuhi və Anardan hansı səbəbdən gələmələrini soruşarkən Anar avtomobildən düşüb, üzərinə hücum edərək yumruq ilə burun nahiyyəsindən vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış yerdə olarkən ona təpiklə zərbələr vurmuşdur. X4 18 sentyabr 2023-cü il tarixdə evə gələrkən onun döyülməsini eşidib, 102 xidmətinə məlumat vermişdir. Hazırda onlar barışmışlar və Anardan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını ona dəymiş ziyanın ödənildiyini bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Şahid6 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Çobankənd kəndində yaşayır. 16 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində evində olarkən əmisi oğlu Elimxan ona zəng edərək '‘atam davaya gedir gəl” dediyi üçün o, avtomobilinə əyləşmiş, bu vaxt nənəsi Solmaz onunla gəlmək istədiyi üçün birlikdə Şahdağ kənd sakini Zərərçəkmiş şəxs evinin qarşısına getmişlər. Dərhal əmisi Anarın qolundan tutub, avtomobilinə əyləşdirmiş, Novruz yerdən daş götürüb, ona və Anara tərəf atmaq istədikdə o, Novruzu arxadan tutub, daşı əlindən almışdır. Daha sonra Novruzun qolundan tutub, onu həyətindəki pilləkanların yanına aparmış, sakitləşdirməyə çalışmışdır. O, münaqişə barədə eşitmiş və münaqişəni sakitləşdirmək məqsədilə həmin ünvana getmişdir. Şahid5 məhkəmə iclasında Şahid6 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu Şahdağ kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə giriş olan dəmir darvazanın qarşısıdır. Həmin yolun eni 04 metrə olmaqla, dəmir darvazadan həyətə daxil olduqda yaşayış evinə qalxan pilləkan var. Baxışda iştirak etmiş şəxs Zərərçəkmiş şəxs həmin həyətin giriş darvazasının qarşısında Təqsirləndirilən şəxs onu xx.xx.2023-cü il tarixdə döyüb, xəsarət yetirməsini bildirmişdir. - Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 478 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ göz ətrafı yumşaq toxumaların qançırı, sol göz altının qançırı, burunun şişkinliyi, qançırı, burun sümüyünün yer dəyişməyən sınığı, sağ dirsək oynağının, sağ əlin 4-cü barmağının sıyrıqları, sol yanağın qançırı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri müayinə olunanın göstərdiyi xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burun şişkinliyi, qançırı, burun sümüyünün yer dəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz etirafları ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi, eləcə də həmin ifadələri tamamlayan ekspert rəyi ilə tam sübuta yetir. Məhkəmə onlarının törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını, onlardan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmalarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqbinə zərər çəkmiş şəxslə barışdıqlarına, vurulmuş zərəri aradan qaldırdıqlarına görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-18/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-18/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver