Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-19/2021 18.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 13.50 radələrində Gədəbəy- Novo Saratovka avtomobil yolunun Düzyurd kəndi ərazisindən keçən hissəsində yolun sağında yerləşən biçənək sahəsini biçib, otunu yığarkən Gəncə şəhərindən Gədəbəy rayonu Qarıkənd kəndinə babası X1 evinə qonaq gəlmiş Zərərçəkmiş şəxs babası və digər yaxın qohumları ilə oryaya gələrək həmin sahənin onlara məxsus olduğunu və otunu yığmamalarını bildirdiklərinə görə Zərərçəkmiş şəxsla mübahisə edərək dalaşmış, həmin vaxt əlindəki yaba sapı ilə Zərərçəkmiş şəxs vuraraq, ona başın şişkinliyi və geniş ölçülü qançırları, sağ dirsək oynağının sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonunun Düzyurd kəndində valideyinlərilə birlikdə yaşayır. Gədəbəy rayonunun Qarıkənd kəndində yaşayan X2 tanıyır. Onunla atası Akifin uzun illərdir Gədəbəy-Novo Saratovka avtomobil yolunun Düzyurd kəndi ərazisindən keçən hissəsində, yanacaqdoldurma məntəqəsinin əks tərəfində yerləşən torpaq sahəsinə görə mübahisələri vardır. Həmin torpaq sahəsini İsrafil qızı Şöhrətin yeri kimi qəbul edir. Lakin onların həmin yerə qanuni sənədləri vardır. Ona görə də həmin sahənin əkənək sahəsini də, biçənək sahəsini də özləri istifadə edirlər. Lakin hər il biçənək sahəsini biçəndə İsrafil və onun yaxın adamları gəlib atası ilə və onlarla mübahisə edirlər.xx xxxx 2020-ci il tarixdə İsrafilin nəvəsi Ceyhun həmin biçənək sahəsini biçərkən, atası Akif və qardaşı Rəfayıl gəlib görmüş, onları biçənəyiin qalanını biçməyə qoymamışlar. Onlar da bu barədə Gədəbəy RPŞ-ə şikayət eləmişdilər. xx xxxx 2020-ci il tarixdə o, atası Akif və Rəfayıl gedib biçənəyin qalanını da biçmişlər və həyətlərinə gətirmişlər. Anası Qəmzə və yengəsi Məryəm isə sahədə otun qalanını toplamışlar. O, atası Akif və qardaşı Rəfayılla həmin otu gətirmək üçün gələndə İsrafil, arvadı Manya, nəvələri Ceyhun və sonradan adını bildiyi Ruslanın biçənək sahəsində anası Qəmzə və yengəsi Məryəmlə mübahisə etdiklərini görmüşlər. Onlar da maşından düşüb yaxınlaşmış və onlarla münahisə etmişlər. Mübahisə zamanı o, əlində olan yabanın dəstək hissəsi ilə Ruslanın başına və bədəninə bir neçə dəfə zərbə endirmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, onunla barışmış, ona dəymiş zərəri aradan qaldırmışdır. Ona görə də cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gəncə şəhərində valideyinlərilə birlikdə yaşayır. Gədəbəy rayonu, Düzyurd kəndindən olan Təqsirləndirilən şəxs və onun ailə üzvlərini əvvəllər tanımamışdır. Ancaq bu ilin yayında tanımış və bilmişdir ki, uzun illərdir Gədəbəy-Novo Saratovka avtomobil yolunun Düzyurd kəndi ərazisindən keçən hissəsində, yanacaqdoldurma məntəqəsinin əks tərəfində yolun üstündə olan torpaq sahəsinə görə onlarla babası İsrafil arasında mübahisələri vardır. O, 2020-ci ilin iyul ayında Gəncə şəhərindən İsrafil babasıgilə qonaq gəlmişdir. xx xxxx 2020ci il tarixdə əmisi oğlu Ceyhun və babası İsrafil həmin biçənək sahəsini biçən vaxtı Akif və oğlu Rəfayıl gəlib otu biçməyə imkan verməmiş, babasını və Ceyhunu söyüb təhqir eləmişlər. Onlar yarımçıq çıxıb getmişlər.Bu barədə babasıgili polis şöbəsinə məlumat vermiş və bununla əlaqədar olaraq xx xxxx 2020-ci il tarixdə o, babası İsrafil, nənəsi Manya və əmisi oğlu Ruslanla Gədəbəy RPŞ-ə gəlmişlər. Onların polis şöbəsində olmağından istifadə edib Nicad və ailə üzvləri gedib bir gün əvvəl Ceyhunun və babasının biçdliyi otu yığıb aparmışlar. Otun bir hissəsi qalmış, onlar polis şöbəsindən qayıdıb Ceyhunun idarə etdiyi Niva markalı maşınla evə gedən vaxt, yəni xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində həmin biçənək sahəsinin yaxınlığında, yanacaqdoldurma məntəqəsinin yanında Akifin oğlu və sonradan bildiyinə görə gəlinləri qalan otu da aparmaq üçün yığdıqlarını görmüşlər. Ceyhun maşını saxlamış,onlar düşüb başa salmaq istəmişdir ki, otu yığmasınlar. Onlara yaxınlaşıb söhbət edən vaxt, birdən Akif VAZ 2107 markalı maşını ilə gəlib oraya çıxmış, Nicad və Rəfayıl da maşından düşmüşlər. Onlar dərhal söyə-söyə üstlərinə gəlmişlər. Rəfayıl Ceyhunun sinəsindən tutmuş, Nicad isə əlindəki yabanın sapı ilə onun kürəyindən zərbə ilə vurmuşdur. O, Ceyhunu Rəfayılın əlindən almaq istəyəndə Nicad onun da həm başına, həm də kürəyinə yabanın sapı ilə ardıcıl bir neçə zərbə vurmuş, həmin vaxt Akif gedib VAZ 2107 markalı maşınından mantirovka götürüb onlara yaxınlaşmış, ancaq vurmamış,onları mantirovka ilə vurmaqla hədələmişdir. Nənəsi yaxın gələndə Nicad onu da itələyib yıxmış, yenə onlara tərəf əlində yaba ilə gəlib vurmaq istəmiş, lakin qadınlar araya girib onları itələyə-itələyə yola doğru uzaqlaşdırmışlar. Onlar da Ceyhunun maşınına minib əvvəlcə Gədəbəy rayon xəstəxanasına, sonra isə polis şöbəsinə gəlib bu barədə şikayət etmişlər. Təqsirləndirilən şəxs hazırda ondan üzr istəmişdir. O, təqsirləndirlən şəxslə barışmışdır. Ona görə də cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, o, Gədəbəy rayonunun Qarıkənd kəndində arvadı Manya ilə birlikdə yaşayır. Düzyurd kəndindən olan Şahid3, onun oğulları Nicad, Rəfayıl, Elçini tanıyır. Onlarla 28 ildir ki, qızı Şöhrətin Gədəbəy-Novo Saratovka avtomobil yolunun Düzyurd kəndi ərazisindən keçən hissəsində, yanacaqdoldurma məntəqəsinin əks tərəfində yolun üstündə yerləşən torpaq sahəsinə görə mübahisələri vardır. xx xxxx 2020-ci il tarixdə nəvəsi Ceyhun Şöhrətin biçənək sahəsini biçən vaxtı yenə Akif və oğlu Rəfayıl gəlib otu biçməyə imkan verməmiş, onu və nəvəsi Cehunu söyüb təhqir eləmişlər. Onlar otu biçməyib yarımçıq çıxıb getmiş, lakin bu barədə polis şöbəsinə məlumat vermiş və bu şikayətilə əlaqədar olaraq, xx xxxx 2020-ci il tarixdə o, arvadı Manya və nəvələri Ceyhun və Ruslanla Gədəbəy RPŞ-ə gəlmişlər. Onların polis şöbəsində olmaqlarından istifadə edərək Akif və ailə üzvləri gedib bir gün əvvəl biçdliyikləri otun çox hissəsini yığıb aparmışlar. Onlar polis şöbəsindən qayıdıb nəvəsi Ceyhunun Niva markalı maşını ilə birlikdə evə gedən vaxt, yəni xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində Akifin oğlu Elçin və iki nəfər qadının qalan otu da aparmaq üçün yığdıqlarını görmüşlər. Onlar maşını saxlayıb başa salmaq istəmişlər ki, otu yığmasınlar. Onlara yaxınlaşıb söhbət edən vaxt, birdən Akif VAZ 2107 markalı maşını ilə gəlmiş, oğlu Nicad və Rəfayıl da maşından düşmüş, Akif, oğlu Nicad və Rəfayıl maşından düşən kimi söyə-söyə onların üstünə gəlmişlər. Rəfayıl Ceyhunu sinəsindən tutmuş, Nicat isə əlindəki yabanın sapı ilə Ceyhunu zərbə ilə vurmuşdur. X8 əlindən almaq istəyəndə Nicad onun da həm başına, həm də bədəninə yabanın sapı ilə bir neçə zərbə vurmuşdur. O və arvadı Manya isə onları ayırmağa çalışmışlar. Həmin vaxt Akif gedib VAZ 2107 markalı maşınından mantirovka götürüb onlara yaxınlaşmış, ancaq vurmamış, onları hədələmişdir. Manya onları aralamaq istəyəndə Nicat onu itələyib yıxmış, Nicad yenə Ceyhunun və Ruslanın üstünə cumub əlindəki yaba ilə vurmaq istəsə də, qadınlar araya girib onları itələyə-itələyə yola doğru uzaqlaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək, bildirmişdir, o, Gədəbəy rayonunun Qarıkənd kəndində yaşayırş. Düzyurd kəndindən olan Şahid3, onun oğulları Nicad, Rəfayıl, Elçini tanıyır. Onlarla 28 ildir ki, Gədəbəy-Novo Saratovka avtomobil yolunun Düzyurd kəndi ərazisindən keçən hissəsində, yanacaqdoldurma məntəqəsinin əks tərəfində yolun üstündə yerləşən torpaq sahəsinə görə mübahisələri vardır. Həmin sahənin Akif ona məxsus olduğunu iddia edir və hər il orada ot biçini vaxtı öz sahəsinin otunu biçib aparmağa imkan vermir. xx xxxx 2020-ci il tarixdə o, həmin biçənək sahəsini biçən vaxtı yenə Akif və oğlu Rəfayıl gəlib otu biçməyə imkan verməmişlər, onu və babası İsrafili söyüb təhqir eləmişlər. Onlar otu biçməyib, getmişlər. Lakin bu barədə polis şöbəsinə məlumat vermiş və şikayətilə əlaqədar olaraq, xx xxxx 2020-ci il tarixdə o, babası İsrafil, nənəsi Manya və Ruslanla Gədəbəy RPŞ-ə gəlmişlər. Onların polis şöbəsində olmaqlarından istifadə edərək Akif və ailə üzvləri gedib bir gün əvvəl biçdliyikləri otun çox hissəsini yığıb aparmışlar. Onlar polis şöbəsindən çıxıb evə gedən vaxt, yəni xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində biçənək sahəsinin yaxınlığında, yanacaqdoldurma məntəqəsinin yanında Akifin oğlu Elçin və iki nəfər qadınla qalan otu da aparmaq üçün yığdıqlarını görmüşlər. Onlar maşını saxlayıb başa salmaq istəmişlər ki, otu yığmasınlar. Onlara yaxınlaşıb söhbət edən vaxt, birdən Akif VAZ 2107 markalı maşını ilə gəlib oraya çıxmış, oğlu Nicad və Rəfayıl da maşından düşmüş, Akif, oğlu Nicad və Rəfayıl maşından düşən kimi söyə-söyə onların üstünə gəlmişlər. Rəfayıl onu sinəsindən tutmuş, Nicat isə əlindəki yabanın sapı ilə onu zərbə ilə vurmuşdur. Ruslan onu Rəfayılın əlindən almaq istəyəndə, Nicad onun da həm başına, həm də bədəninə yabanın sapı ilə bir neçə zərbə vurmuşdur. Babası İsrafil və nənəsi Manya isə onları ayırmağa çalışmışlar.Həmin vaxt Akif gedib VAZ 2107 markalı maşınından mantirovka götürüb onlara yaxınlaşmış, ancaq vurmamışdır. Onları mantirovka ilə vurmaqla hədələmişdir. Manya onları aralamaq istəyəndə Nicat onu itələyib yıxmış, Nicad yenə onun və Ruslanın üstünə cumub əlindəki yaba ilə vurmaq istəmiş, lakin qadınlar araya girib onları itələyə-itələyə yola doğru uzaqlaşdırmışlar. Onlar maşına minib əvvəlcə Gədəbəy rayon xəstəxanasına, sonra isə polis şöbəsinə gəlib bu barədə şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Düzyurd kəndində yaşayır.Gədəbəy rayonunun Qarıkənd kəndində yaşayan X2 tanıyır, onunla uzun illərdir Gədəbəy-Novo Saratovka avtomobil yolunun Düzyurd kəndi ərazisindən keçən hissəsində, yanacaqdoldurma məntəqəsinin əks tərəfində yolun üstündə yerləşən torpaq sahəsinə görə mübahisələri vardır. Həmin torpaq sahəsini İsrafil qızı Şöhrətin yeri kimi qəbul etsə də bunun ona hüququ yoxdur.Onun isə həmin yerə qanuni sənədi vardır. Ona görə də həmin yerin əkənək sahəsini də, biçənək sahəsini də özü istifadə edir.Lakin, hər il biçənək sahələrini biçəndə İsrafil və onun yaxın adamları gəlib onunla və ailə üzvlərilə mübahisə edirlər, narazılıq yaradırlar. Buna baxmayaraq qanuni torpaq sahəsi olduğu üçün özü istifadə edir. xx xxxx 2020-ci il tarixdə İsrafil nəvəsi Ceyhunla həmin biçənək sahəsini biçən vaxtı yenə o və oğlu Rəfayıl gəlib görmüş, onları biçənəyiin qalanını biçməyə qoymamışlar. Onlar da bu barədə Gədəbəy RPŞ-ə şikayət eləmişlər. xx xxxx 2020-ci il tarixdə o, oğlu Nicad və Rəfayıl gedib biçənəyin qalanını da biçmişlər və həyətlərinə gətirmişlər, otdan bir az qalmışdır, onu da arvadı Qəmzə və gəlini Məryəm toplamaq üçün sahədə olmuşlar. Saat 13 radələrində həmin otu aparmaq üçün o, Rəfayıl və Nicad oraya çatanda İsrafil, arvadı Manya, nəvələri Ceyhun və sonradan adını bildiyi Ruslanın biçənək sahəsində Qəmzə və Məryəmlə mübahisə etdiklərini görmüşlər. Düşüb onlara yaxınlaşanda Ruslan və Ceyhun hər ikisi onlara bıçaq çıxarmış üstlərinə gəlmişlər ki, siz kimsiniz ki, bizim biçənəyi biçib aparırsınız. Lakin Qəmzə və Məryəm araya girmişlər, o da kömək eləyib onları yola doğru uzaqlaşdmış, sonra maşınlarına minib şikayət edəcəklərini deyib Gədəbəy istiqamətinə getmişlər. Ola bilər ki, mübahisə vaxtı Nicad əlindəki ağacla Ruslanı vurub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Düzyurd kəndində yaşayır. Təqsirləndirilən şəxs qardaşıdır. Gədəbəy rayonunun Qarıkənd kəndində yaşayan X2 tanıyır, onunla uzun illərdir Gədəbəy-Novo Saratovka avtomobil yolunun Düzyurd kəndi ərazisindən keçən hissəsində, yanacaqdoldurma məntəqəsinin əks tərəfində yerləşən torpaq sahəsinə görə mübahisələri vardır. Hər il biçənək sahələrini biçəndə İsrafil və onun yaxın adamları gəlib mübahisə edirlər, narazılıq yaradırlar. xx xxxx 2020-ci il tarixdə İsrafil və nəvəsi Ceyhunu biçənəyi biçməyə qoymamışlar. Onlar da bu barədə Gədəbəy RPŞ-ə şikayət eləmişlər. xx xxxx 2020-ci il tarixdə o, atası və qardaşı Nicadla gedib biçənəyin qalanını da biçmişlər və həyətlərinə gətirmişlər. Saat 13 radələrində qalan otu aparmaq üçün yenidən sahəyə qayıtmış, İsrafil, arvadı Manya, nəvələri Ceyhun və sonradan adını bildiyi Ruslanın biçənək sahəsində Qəmzə və Məryəmlə mübahisə etdiklərini görmüşlər. Düşüb onlara yaxınlaşanda Ruslan və Ceyhun onlara bıçaq çıxarmış, üstlərinə gəlmişlər ki, siz kimsiniz ki, bizim biçənəyi biçib aparırsınız. Onlara izah eləməyə çalışmışlar ki, biçənək sahəsi onların deyildir. Qəmzə və Məryəm araya girib, onları yola doğru uzaqlaşdırmışlar. Onlar maşınlarına minib şikayət edəcəklərini deyib Gədəbəy istiqamətinə getmişlər. Məhkəmə iclasında X6 və Şahid4 da eyniməzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X9 Şəxsinin Gədəbəy Rayon Şöbəsinin xx xxxx 2020-ci il tarixli 495 saylı Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər başın şişkinliyi və qançırları, döş qəfəsinin arxa səthinin şişkinliyi və geniş ölçülü qançırları, sağ dirsək oynağının sıyrıqları küt əşyaların təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin arxa səthinin şişkinliyi və geniş ölçülü qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat aşkar edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın Düzyurd Kənd İƏD tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlızın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sazlamlıza yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, X4 ittiham olunduzu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidlərin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Orucov X11 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə əməlindən pеşman olmuş və zərərçəkmiş şəхslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini azırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləzv edilməsini əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD diski cinayət işinin materiallarında qalmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. İş üzrə iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD diski cinayət işinin materiallarında saxlanıllsın. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-19/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-19/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver