Məhkəmə qərarları › İş №1(042)-19/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-19/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-19/2022 31.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirlən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1994-ci il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o, 20 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Gədəbəy rayonu, İnəkboğan kəndindən keçən çayın kənarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs əlləri və ağacla vuraraq, ona döş qəfəsinin arxa səthinin dərialtı hematomaları, genişölçülü qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirlən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs qonşusudur. Şəxsi münasibətlər zəminində münasibətləri yaxşı deyil. Zərrəçəkmiş kənd sakinləri arasında onun barəsində şaiyələr yaratmış, onun guya. Kimisə söydüyünü demişdir. 20 yanvar 2022-ci il tarixdə, təxminən, saat 13 radələrində, o, kənd sakini Şahidla birlikdə olarkən, zərərçəkmişin çayda heyvanlarını suladığını görmüş, barəsində niyə şaiyələr yaydığını öyrənmək üçün ona yaxınlaşmışdır. Onlar arasında mübahisə yaranmış, biri-birlərini söymüşlər. Zərərçəkmiş əlindəki ağacla onu vurmuş, lakin o, ağacı zərərçəkmişin əlindən almışdır. Zərərçəkmiş yerdən daş götürüb onu vurmaq istədiyinə görə, o, da ağacla zərərçəkmişin belinə və başına vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışığa cəhd etmiş, lakin zərərçəkmiş, onunla barışmaqdan imtina etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qonşusudur. Təqsirləndirlən şəxs onun təqsirləndirlən şəxs haqqında qonşular arasında şaiyələr yaydığını güman edir, bununla əlaqədar aralarında mübahisələri yaranmışdır və münasibətləri yaxşı deyildir. 20 yanvar 2022-ci il tarixdə yaşadıqları Gədəbəy rayonu, İnəkboğan kəndinin ərazisində çayda heyvanlarını sulayarkən, təqsirləndirlən şəxs həmkəndliləri Şahid ilə birlikdə ona yaxınlaşmış, qonşuların ondan şikayət etmələri üçün barəsində şaiyələr yaydığını demişdir. O, bildirmişdir ki, heç yerdə onun barəsində şaiyələr yaymamışdır. Lakin təqsirləndirlən şəxs söyüş söyərək, onun üstünə gəlmiş, boğazından tutmuş, yumruqla qarnına vuraraq, onu yerə yıxmışdır. Şahid onları aralamış, lakin təqsirləndirlən şəxs onun heyvanları otarmaq üçün istifadə etdiyi ağacı əlindən alaraq, onu yerə yıxmış və ağacla belindən vurmuşdur. Şahid yenidən onları aralamış, bundan sonra o, evə gedərək, hadisə barədə polisə məlumat vermişdir. Dava zamanı o, təqsirləndirlən şəxsi vurmamışdır. Ona bir neçə daş atsa da, daşlar təqsirləndirilən şəxsə dəyməmişdir. Təqsirləndirlən şəxslə barışmamışdır. Ona qanunda nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid ifadə verərək, bildirmişdir ki, təqsirləndirlən Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs qonşularıdır. Onlarla münasibətləri yaxşıdır. Lakin təqsirləndirlən şəxslə zərərçəkmişin münasibətləri yaxşı deyildir. 20 yanvar 2022-ci il tarixdə təqsirləndirlən şəxslə birlikdə yaşadıqları İnəkboğan kəndinin ərazisində axan çaydan keçərkən zərərçəkmişi görmüşlər. Təqsirləndirlən şəxs zərərçəkmişə yaxınlaşıb, onun barəsində kənd sakinlərinin arasında niyə görə şaiyələr yaydığını soruşmuş və onlar arasında mübahisə yaranmışdır. Onlar biri birini söymüş və dava etməyə başlamışlar. Təqsirləndirlən şəxs zərərçəkmişin boğazından yapışmış, o, isə əlindəki ağacla təqsirləndiriləni vurmuşdur. O, dalaşanları ayırmışdır. Lakin zərərçəkmiş əyilib yerdən daş götürəndə, təqsirləndirlən şəxs onun əlində olan ağacı tutub əlindən almış, onun ayağından və belindən ağacla vurmuşdur. Bundan sonra o, yenidən dalaşanları ayırmış və onlar təqsirləndirlən şəxslə oradan getmişlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Gədəbəy Rayon Şöbəsinin 21 yanvar 2022ci il tarixli 50 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin arxa səthinin dərialtı hematomaları, genişölçülü qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 20 yanvar 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancının 20 faizi miqdarında pul dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 04 fevral 2022-ci il tarixli məktubundan görünür ki, “08 X4 münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-cı il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzanı çəkməkdən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. İşdə olan Gədəbəy RİHB-nın İnəkboğan Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Gədəbəy rayonu, İnəkboğan kəndindən keçən çayın kənarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs əlləri və ağacla vuraraq, ona döş qəfəsinin arxa səthinin dərialtı hematomaları, genişölçülü qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş və bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Yəni, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də, o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən hesab edir ki, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmaqla ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində islah işləri növündə cəza təyin edilməlidir. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar