Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-19/2023 17.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmişlər Zərərçəkmiş şəxs1, X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tаriхdə Tovuz rayonu, Hacallı kəndində doğulmuş, Аzərbаycаn Rеspubliкаsının vətəndаşı, evli, işləməyən, məhkum olunmamış, Tovuz rayonu, Hacallı kəndində qеydiyyаtdа olan və Tovuz rayonu, Abulbəyli kəndində yаşаyаn, bаrəsində 27 sentyabr 2023-cü il tаriхdən polisin nəzarəti altına vermə qətimкаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 avqust 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin sentyabr ayının əvvəllərində saat təxminən saat 10 radələrində Tovuz rayonu, Əhmədabad kəndinin otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs4 mülkiyyətində olan 1000 manat dəyərində 15-16 yaşlarında, boz rəngli, dişi cinsli, qarnında 8 aylıq balası olan diri çəkisi 200 kiloqram olan 01 baş inəyi, 1500 manat dəyərində təxminən 7-8 yaşlarında, ağ rəngli, dişi cinsli, qarnında 8 aylıq balası olan, diri çəkisi 250 kiloqram olan 01 baş inəyi, 1500 manat dəyərində təxminən 3 yaşlı, sarı rəngli, dişi cinsli, qarnında 6 aylıq balası olan, diri çəkisi 220 kiloqram olan 01 baş inəyi, 1500 manat dəyərində təxminən 4 yaşında, qara rəngli, dişi cinsli, oğurlanmazdan əvvəl yanında balası olan, diri çəkisi 200 kiloqram olan 01 baş inəyi, 1550 manat dəyərində təxminən 2 yaşlı, qara rəngli, erkək cinsli, diri çəkisi 240 kiloqram olan dananı, ümumilikdə 7050,00 manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etdiyinə və təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 21 sentyabr 2022-ci il tarixdə Gədəbəy rayonu, Çanaqçı kəndinin yaylaq sahəsindən Gədəbəy rayonu, Çanaxçı kənd sakini Zərərçəkmiş şəxs3 mülkiyyətində olan 1800 manat dəyərində boz rəngli, diri çəkisi 300 kiloqram olan, 3 yaşlı 01 baş inəyi, 3700 manat dəyərində qara rəngli, diri çəkisi 600 kiloqram olan 01 baş inəyi, 1800 manat dəyərində qəhvəyi rəngli 2 yaşlı diri çəkisi 300 kiloqram olan 01 baş inəyi, Gədəbəy rayonu, Samanlıq kənd sakini Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 2200 manat dəyərində 2 yaşlı təmiz ət çıxarı 200 kiloqram olan sarı rəngli 01 baş düyəni, 3000 manat dəyərində, boz rəngli 5 yaşlı, təmiz ət çıxarı 250 kiloqram olan bir buynuzu qırıq olan 01 baş inəyi, 3000 dəyərində qara rəngli, 6 yaşlı, təmiz ət çıxarı 250 kiloqram olan 01 baş inəyi və Şəmkir rayonu, Atabəy kənd sakini Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 1800 manat dəyərində qara rəngli, şeşə buynuzlu, diri çəkisi 300 kiloqram olan 01 baş inəyi, 2000 manat dəyərində göy rəngli gödək buynuzlu, diri çəkisi 350 kiloqram olan 01 baş inəyi, 1200 manat dəyərində sarı rəngli, yaşyarımlıq, diri çəkisi 200 kiloqram olan 01 baş inəyi, 1750 manat dəyərində sarı rəngli, diri çəkisi, 290 kiloqram olan 01 baş inəyi, 2700 manat dəyərində sarı rəngli, hündür, diri çəkisi 450 kiloqram olan inəyi, 2250 manat dəyərində şeşəbuynuzlu, diri çəkisi 380 kiloqram olan inəyi, 2550 manat dəyərində göy rəngli gödəkbuynuzlu, diri çəkisi 430 kiloqram olan 01 baş inəyi, ümumilikdə 29750 manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.4-cü maddələrilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Tovuz rayonu, Əhmədabad kəndində yaşayan Zərərçəkmiş şəxs4 əvvəllər tanımamış, onunla ədavət və yaxud düşmənçiliyi olmamışdır. 2022-ci ilin sentyabr ayının 17-də əkin sahəsində günəmuzd fəhlə kimi işləmək üçün Tovuz rayonu, Əhmədabad kəndinə getmişdir. Həmin kəndin ərazisində, adını xatırlamadığı sahibkarın kartof əkini sahəsində günəmuzd fəhlə kimi işləyərkən yaxınlıqında olan örüş sahəsində təxminən 6-7 baş iri buynuzlu heyvanın sahibsiz otladığını görmüşdür. Həmin gün, təxminən saat 18 radələrində əkin sahəsində işlərini yekunlaşdırıb yaşadığı Tovuz rayonuna qayıtmışdır. Bir gün sonra yəni, xx.xx.2022-ci il tarixdə yenidən günəmuzd fəhlə kimi əkin sahəsində işləmək üçün Tovuz rayonu, Əhmədabad kəndinə getmiş, bir gün əvvəl gördüyü təxminən 6-7 baş iribuynuzlu heyvanların sahibləri olmadan orada otladıqlarını görmüşdür. O, həmin iribuynuzlu heyvanları sayaraq, 7 baş olduğunu müəyyən etmişdir. Həmin gün Tovuz rayonu, Əhmədabad kəndində günəmuzd fəhlə kimi işlədiyi əkin sahəsində işlər günortaya qədər yekunlaşmışdır. Adını xatırlamadığı və əvvəlcədən tanımadığı sahibkar ona günlük əməkhaqqını vermişdir. İş yekunlaşdığı üçün həmin ərazidə heç kəs qalmamışdır. O, bir qədər dincəlmək məqsədi ilə heyvanlar otlayan örüş sahəsinə gedib orada əyləşmiş, heyvanları oğurlamaq qərarına gəlmişdir. O, zəng edib tanışı Teymura avtomobili ilə Tovuz rayonu, Əhmədabad kəndinə gəlməsini bildirmişdir. Təxminən, bir saat sonra Teymur gəlib çıxmışdır. O, Teymura yaxınlaşıb yaxınlıqdakı örüş sahəsində otlayan 7 baş iribuynuzlu heyvanın 5 başını sahibindən aldığını və onları Tovuz rayonu, Hacallı kəndinə aparmaq lazım olduğunu demişdir. Teymur isə həmin vaxt ona yük yerinin boş olduğunu deyərək, 30 manat pula 5 baş iri buynuzlu heyvanları yaşadığı Tovuz rayonu, Hacallı kəndinə apara biləcəyini bildirmişdir. O da Teymura həmin pulu verəcəyini demişdir. Teymur onunla birlikdə idarə etdiyi “Qazel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyələşib avtomobili heyvanlar otlayan örüş sahəsinə tərəf sürmüşdür. Onlar oraya çatmış, Teymurun köməyi ilə 3 baş inəyi və 2 baş dananı avtomobilin yük yerinə mindirmişlər. Sonra Teymur onu və 5 baş iri buynuzlu heyvanları yaşadığı Tovuz rayonu, Hacallı kəndinə gətirmiş və heyvanları idarə etdiyi avtomobilin yük yerindən düşürməyinə kömək etmişdir. Bu zaman Teymur ondan 30 manat zəhməthaqqını alaraq, çıxıb getmişdir. O, həmin gün iribuynuzlu heyvan ticarəti ilə məşğul olan həmkəndlisi Niyaməddin adlı şəxsə zəng edərək, yaşadığı evdə olan 5 baş iri buynuzlu heyvanı ona satmaq istədiyini bildirmişdir. Çox keçməmiş ki, Niyaməddin yaşadığı evə gələrək 5 baş iri buynuzlu heyvanı ondan 3800 manat pula ala biləcəyini demişdir. O, Niyaməddinin bu təklifi ilə razılaşmış və Niyaməddin ona 3800 manat pul verərək 3 baş iri buynuzlu inəyi və 2 baş dananı almışdır. Daha sonra o, eşitmişdir ki, Tovuz rayonu, Əhmədabad kəndində yaşayan Zərərçəkmiş şəxs4 5 baş iri buynuzlu heyvanlarının oğurlanması ilə bağlı Tovuz RPŞ-ə müraciət etmişdir. O, 18 sentyabr 2022-ci il tarixdə Tovuz rayonu, Əhmədabad kəndi ərazisindəki örüşdən oğurladığı 5 baş iri buynuzlu heyvanın, yəni 3 baş inəyin və 2 baş dananın oğurluq olması barədə Teymura heç bir məlumat verməmişdir. Niyaməddinə 5 baş iri buynuzlu heyvanları satarkən ona heyvanları aldığını demişdir. Niyaməddin heyvanların oğurluq olduğunu bilməmişdir. Bundan başqa, 21 sentyabr 2022-ci il tarixdə Gədəbəy rayonu,Çanaxçı kənd yaylağına gəlmiş, 13 baş heyvanın bir yerdə otladığını görmüşdür. Həmin heyvanları Gədəbəy rayonu, Çanaxçı kəndi istiqamətində gətirib yol kənarına çıxarmış, daha sonra tanışı Teymura zəng edib, Gədəbəy rayonundan 13 baş iribuynuzlu heyvanlar aldığını demiş, gəlib avtomobili ilə onu aparmasını xahiş etmişdir. Teymur avtomobilinə həmin heyvanları yığa bilməyəcəyini deyib başqa bir iri yük avtomobili tapmalı olduğunu demişdir. O, Teymurdan bir ədəd avtomobil tapıb özü və bir nəfər də başqa fəhlə götürüb həmin heyvanları aparmağı üçün oraya gəlmələrini xahiş etmişdir. Bundan təxminən yarım saat sonra Teymur ona zəng edib Tovuz rayonu, Əlibəyli kənd sakini Natiqin avtomobili ilə bir nəfər azyaşlı uşaq götürüb gəldiyini demişdir. O, həmin müddətdə heyvanları otara-otara yol kənarında saxlamışdır. Bundan iki saat sonra Teymurla Natiq ora gəlmiş və heyvanları yük maşınına yığmışlar. O, həmin heyvanları Natiqin maşını ilə Tovuz rayonuna aparmışdır. Həmin günü axşam saatlarında heyvanları Niyaməddin adlı həmkəndlisinə 8400 manata satmışdır. Niyaməddin ona həmin vaxt cəmi 5200 manat vermiş, 3200 manat borcu qalmışdır. Həmin oğurluğu edərkən Şahid2, Natiq Nağıyevin və yanlarında olmuş uşağn heyvanların oğurluq olmasından xəbərləri olmamışdır. Onlara heyvan alveri etdiyini və həmin heyvanları pulu ilə aldığını demişdir. O, əvvəllər qəssablıq etdiyi üçün və bir müddət Teymurla şərikli heyvan alveri etdiyi üçün Niyaməddin heyvanları haradansa aldığını və alver etdiyini düşünmüşdür. Onun da heyvanların oğurluq yolu ilə əldə etməyindən heçbir xəbəri olmamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişlərə vurduğu ziyanı ödəmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. 06 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək, bildirmişdir ki, heyvandarlıqla məşğul olub ailəsini dolandırır. Onun 7 baş iribuynuzlu heyvanı vardır. Həmin heyvanları səhər saat 07 radələrində tövlədən çıxarıb otlaq sahəsinə yola salır. Axşam saat 20 radələrində heyvanlar otlaq sahəsindən evə özləri qayıdırlar. Bəzi vaxtlarda isə özü heyvanları qarşılamaq üçün otlaq sahəsi istiqamətində gedir. 2022-ci ilin sentyabr ayının ortalarında, yəni təxminən 17-18 sentyabr tarixlərində axşam saatlarında heyvanlarından iki başı otlaq sahəsindən geri qayıtsalar da, qalan 5 baş iribuynuzlu heyvanın qayıtmadığını görüb heyvanların otladığı otlaq sahəsi istiqamətində getmişdir. Lakin otlaq sahəsində heyvanları axtarsa da, heyvanları tapa bilməmişdir. O, otlaq sahəsinin yaxınlığında olan bulağın yaxınlığında 1 ədəd qara rəngli qış gödəkçəsi tapmışdır. O, şübhələnmişdir ki, ona məxsus heyvanlar oğurlanmış ola bilər. Həmin gödəkçənin də heyvanları oğurlamaq üçün gəlmiş şəxslərə aid olduğunu düşünmüş və gödəkçəni götürmüşdür. Həmin günün səhəri və bir neçə gün ondan sonra heyvanlarını axtarmışdır. Heyvanların oğurlana biləcəyindən şübhələnsə də, bir neçə gün axtarmışdır ki, tam əmin ola bilsin. Lakin heyvanları tapa bilmədikdə o, polisə məlumat vermək qərarına gəlmişdir. 24 sentyabr 2022-ci il tarixdə o, polis bölməsinə gedərək orada şikayət ərizəsi ilə müraciət etmişdir. Ona məxsus oğurlanmış 5 baş iribuynuzlu heyvanlardan 1 başı, 15-16 yaşlarında, boz rəngli, dişi cinsli, qarnında 8 aylıq balası olan, diri çəkisi 200 kiloqram, 1 başı təxminən 7-8 yaşlarında, ağ rəngli, dişi cinsli, qarnında 8 aylıq balası olan, diri çəkisi 250 kiloqram, 1 başı təxminən 3 yaşlı, sarı rəngli, dişi cinsli, qarnında 6 aylıq balası olan, diri çəkisi 220 kiloqram, 1 başı təxminən 4 yaşında, qara rəngli, dişi cinsli, oğurlanmazdan əvvəl yanında balası olan, diri çəkisi 200 kiloqram, 1 başı təxminən 2 yaşlı, qara rəngli, erkək cinsli, diri çəkisi 240 kiloqram olmuşdur. Təqsirləndirlən şəxs onun heyvanlarını qaytarmış, ona dəymiş ziyanı ödəmişdir. Ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmuiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Çanaqçı kəndində yaşayır. Fərdi əməklə məşğuldur. Təsərrüfatında 150 baş xırdabuynuzlu, 7 baş iribuynuzlu heyvanı vardır. 21 sentyabr 2022-ci il tarixdə axşam saatlarında oğlu Araz zəng edərək ümumilikdə, 13 baş iribuynuzlu heyvanı otlaq sahəsində tapa bilmədiyini demişdir. Səhəri gün ətraf əraziləri axtarıb heyvanları tapa bilmədiyi zaman başa düşmüşdür ki, heyvanlar oğurlanıb və bununla bağlı polisə məlumat verilmişdir. Oğurlanmış heyvanlardan 7 başı ona, 3 baçı Sakit Yəhyayaevə, 3 başı isə Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Təqsirləndirlən şəxs onun heyvanlarını qaytarmış, ona dəymiş ziyanı ödəmişdir. Ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmuiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oğlu ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Samanlıq kəndində yaşayır. Heç bir yerdə işləmir. Təsərrüfatında 10 baş iribuynuzlu heyvan vardır. Özünə məxsus heyvanlardan 4 başını Gədəbəy rayonu Çanaqçı kəndi ərazisində Öküz dağı deyilən yerdə saxlatdırır. 21 sentyabr 2022-ci il tarixdə dayısı oğlu Arzu zəng edərək yaylaqdan 13 baş heyvanın itdiyini , həmin heyvanlardan 3 başının ona məxsus olduğunu bildirmişdir. Həmin gün yaylağa gəlib heyvanları axtarsalar da, 13 baş iribuynuzlu heyvanı tapmayıb onların oğurlandığını başa düşmüşlər. Oğurlanmış heyvanlardan 3 başı onun, digər 7 başı dayısı Daşdəmirin, 3 başı isə Zərərçəkmiş şəxs3 olmuşdur. Ona məxsus oğurlanmış inəklərin bir başı 2 yaşlı, təmiz ət çıxarı 200 kiloqram olan, sara rəngli dişi düyə, 1 başı boz rəngli 5 yaşlı, təmiz ət çıxarı 250 kiloqram olan, bir buynuzu qırıq inək, bir başı isə qara rəngli 6 yaşlı, təmiz ət çıxarı, 250 kiloqram olan inək olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona təxminən 4500 manat ziyan dəymişdir. Təqsirləndirlən şəxs onun heyvanlarını qaytarmış, ona dəymiş ziyanı ödəmişdir. Ona cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, Gədəbəy rayonu, Samanlıq kəndində yaşayır. Heç bir yerdə işləmir, təqaüd alır. Təsərrüfatında 3 baş iribuynuzlu heyvan vardır. Heyvanlarını Gədəbəy rayonu, Çanaqçı kəndi ərazisində Öküz dağı deyilən yerdə Zərərçəkmiş şəxs1 oğlu Araz otarırdı. 21 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Araz heyvanları geri qaytaran zaman iribuynuzlu heyvanların oğurlandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yaşayır. Tovuz rayon ərazisində fərdi qaydada heyan al-veri ilə məşğul olur. Şahid3 uzun müddətdir ki, tanıyır. Şahid3 tanışı olmaqla yanaşı qohumudur. O da uzun müddətdir ki, heyvan alqı-satqısı ilə məşğuldur. 21 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Şahid3 ona zəng edərək Tovuz rayonunda heyvan bazarında 13 baş iribuynuzlu heyvanının olduğunu və satmaq istədiyini demişdir. O, bazara gedib heyvanlara baxmış və bəyənmişdir. O, 13 baş iribuynuzlu heyvanları Niyaməddindən 9980 manata almağa razılaşmış və heyvanları yaşadığı evin həyətyanı sahəsinə gətirib Niyaməddinə pulu vermişdir. O, heyvanları alan zaman həmin heyvanların oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Onun həmin heyvanların oğurluq olmasından yalnız polis Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, hazırda Tovuz rayonunun Hacallı kəndində yaşayır. Tovuz rayonunda heyvan alveri ilə məşğuldur. 18 sentyabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs ona zəng edib satılası 5 baş iribuynuzlu heyvanının olduğunu bildirərək gəlib onlara baxmağını xahiş etmişdir. Telefon danışğında Vaqif həmin heyvanları Gədəbəy rayonundan aldığını demişdir. O, Tovuz rayonu Avılbəyli kəndinə Vaqifin bacısı Cəmalənin evinə gedib orada olan 5 baş iribuynuzlu heyvana baxıb bəyənmiş və almağa qərar vermişdir. Həmin iribuynuzlu heyvanlardan ikisi inək, biri erkək dana, biri dişi doğmamış dana, digəri isə doğmuş dana olmuşdur. Həmin heyvanları almaq üçün ümumilikdə, 3820 manat, 20 manat isə əlavə olaraq Teymura yanacaq pulu vermişdir ki, heyvanları QAZEl markalı yük avtomobili ilə onun evinə gətirsinlər. Teymur və Vaqif həmin gün heyvanları Tovuz rayonunun Hacallı kəndində onun yaşadığı evin həyətinə gətirib boşaltmışlar və orada yemək yemişlər. 21 sentyabr 2022-ci il tarixdə Vaqif ona zəng edib Haça Qaya ziyarətgahının yaxınlığından 13 baş iribuynuzlu heyvan aldığını, onları bazara gətirib satacağını demiş və həmin heyvanlara baxmağını məsləhət görmüşdür. O, 21 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Tovuz rayonunda yerləşən heyvan bazarına gedib həmin heyvanlara baxmış və bəyənmişdir. Həmin 13 baş iribuynuzlu heyvanı Teymur və Vaqiflə 8400 manata razılaşıb almış və heyvanları bazarda saxlayıb təxminən 2 saat sonra qohumu Şahid1 ümumilikdə, 9980 manata satmışdır. Namiq heyvanları aparmışdır. Bazarda Teymur və Vaqifin yanında tanımadığı təxminən 13-14 yaşlı bir oğlan olmuşdur. Teymur və Vaqifdən 19 sentyabr 2022-ci il tarixdə aldığı 5 baş iribuynuzlu heyvanı isə 22 sentyabr 2022-ci il tarixdə Tovuz rayon heyvan bazarında satmışdır. Həmin heyvanlardan bir inəyi Şəmkir rayonundan olan heyvan alverçisi Rəşad adlı şəxsə, birini Şahid1, digər 3 baş heyvanı isə tanımadığı şəxslərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır. O, Təqsirləndirilən şəxsla 2022-ci il ilin təxminən may ayından avqust ayınadək olan müddət ərzində bir neçə dəfə şərikli olaraq heyvan alveri etmişdir. Həmin vaxtdan Vaqifin ona 5500 manat pul borcu qalmışdır. 18 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Tovuz rayonu, Sarıtala kəndindən 5 baş iribuynuzlu heyvan aldığını və QAZEL markalı yük avtomobili ilə gedib onları gətirməyi ondan xahiş etmişdir. O, hər dəfə gedib gəlməyə 50 manata razılaşaraq iki dəfəyə Vaqifin aldığı iribuynuzlu heyvanları Tovuz rayonu, Sarıtala kəndindən Avılbəyli kəndinə Vaqifin bacısı Cəmalənin evinə gətirmişdir. Həmin gün Vaqif, Şahid3 zəng edərək iribuynuzlu heyvan satdığını deyib onu gəlib heyvanlara baxmağa dəvət etmişdir. Niyaməddin gəlib heyvanlara baxmış və Vaqifdən həmin heyvanları almağa razılaşmışdır. Daha sonra heyvanları onun QAZEL markalı avtomobili ilə Niyaməddinin Tovuz rayonu Hacallar kəndində yerləşən evinin həyətinə aparıb boşaltmışlar. Niyaməddin ona 20 manat yolpulu vermişdir. 21 sentyabr 2022-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Haçaqaya ziyarətgahının yaxınlığından 13 baş iribuynuzlu heyvan aldığını bildirərək onları gətirmək üçün QAZEL markalı avtomobili ilə oraya getməyini ondan xahiş etmişdir. O, avtomobilinin həcmi kiçik olduğundan 13 baş iribuynuzlu heyvanın yerləşməyəcəyini bildirmişdir. Həmin vaxt Vaqif başqa bir irihəcmli yük avtomobili və bir nəfər fəhlə tapıb onun yanına getməyini ondan xahiş etmişdir. O, zəng edib Natiq Nağıyevdən xahiş etmişdir ki, Ateko markalı yük avtomobili ilə gedib Vaqifin heyvanlarını gətirsin. Natiq Nağıyev 150 manata gedib heyvanları gətirəcəyini bildirmişdir. O, da bu barədə Vaqifə demişdir. Bu zaman Vaqif onunla razılaşmış və ondan özünün də Natiqlə gəlməyini həmçinin yanında bir nəfər də fəhlə götürməyini xahiş etmişdir. Ona görə də o, X10 markalı yük avtomobili ilə Vaqifin dediyi Gədəbəy rayonu Çanaqçı kəndində yerləşən əraziyə Tovuz rayon bazarının qarşısından günəmuzd fəhləlik edən bir nəfər 16-17 yaşlarında fəhləni də götürüb getmişdir. Təxminən saat 16 radələrində Gədəbəy rayonu Çanaqçı kəndinin ərazisində Vaqiflə görüşmüşlər, onun gətirdiyi 13 baş iribuynuzlu heyvanı Natiqin Ateko markalı yük avtomobilinə mindirmişlər və Tovuz rayonunda yerləşən heyvan bazarına gətirmişlər. Həmin heyvanları Vaqif bazarda Şahid3 8400 manata satmışdır. Həmin vaxt Vaqif heyvanları satıb əldə etdiyi puldan 150 manat Natiq Nağıyevə, 50 manat ona 15 manat isə apardığı həmin fəhləyə vermişdir. Həmin heyvanların oğurluq olması barədə məlumatı olmamışdır. İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2022-ci il tarixli 9/7736 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların ayrı-ayrılıqda 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: Zərərçəkmiş şəxs3 məxsus heyvanlar-7300 manat - 01 baş boz rəngli, diri çəkisi 300 kiloqram olan, 3 yaşlı inək- 1800 manat, -01 baş qara rəngli, diri çəkisi 600 kiloqram olan inək- 3700 manat -01 baş qəhvəyi rəngli 2 yaşlı diri çəkisi 300 kiloqram olan inək-1800 manat Zərərçəkmiş şəxs1 məxsus heyvanlar-14250 manat -01 baş qara rəngli, şeşə buynuzlu diri çəkisi 300 kiloqram olan inək-1800 manat, -01 baş göy rəngli gödək buynuzlu, diri çəkisi 350 kiloqram olan inək- 2000 manat, -01 baş sarı rəngli, yaşyarımlıq, diri çəkisi 200 kiloqram olan inək-1200 manat, -01 baş sarı rəngli, diri çəkisi, 290 kiloqram olan inək-1750 manat -01 baş sarı rəngli, hündür, diri çəkisi 450 kiloqram olan inək-2700 manat -01 baş şeşəbuynuzlu, diri çəkisi 380 kiloqram olan inək-2250 manat -01 baş göy rəngli gödəkbuynuzlu diri çəkisi 430 kiloqram olan inək-2550 manat Zərərçəkmiş şəxs2 məxsus heyvanlar-8200 manat -01 baş 2 yaşlı təmiz ət çıxarı 200 kiloqram olan sarı rəngli düyə-2200 manat -01 baş boz rəngli 5 yaşlı, təmiz ət çıxarı 250 kiloqram olan bir buynuzu qırıq olan inək- 3000 manat -01 baş qara rəngli, 6 yaşlı, təmiz ət çıxarı 250 kiloqram olan inək-3000 manat İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 dekabr 2022-ci il tarixli 9/8651 saylı Rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 05 baş iribuynuzlu heyvanların 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 7050 manat müəyyən edilir: -01 baş 15-16 yaşlarında, boz rəngli, dişi cinsli, qarnında 8 aylıq balası olan diri çəkisi 200 kiloqram olan inək-1000 manat -01 baş təxminən 7-8 yaşlarında, ağ rəngli, dişi cinsli, qarnında 8 aylıq balası olan, diri çəkisi 250 kiloqram olan inək-1500 manat -01 baş təxminən 3 yaşlı, sarı rəngli, dişi cinsli, qarnında 6 aylıq balası olan, diri çəkisi 220 kiloqram olan inək-1500 manat -01 baş təxminən 4 yaşında, qara rəngli, dişi cinsli, oğurlanmazdan əvvəl yanında balası olan, diri çəkisi 200 kiloqram olan inək-1500 manat -01 baş təxminən 2 yaşlı, qara rəngli, erkək cinsli, diri çəkisi 240 kiloqram olan dana-1550 manat. İşdə olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs onlara vurduğu ziyanı tam şəkildə ödəmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan X6 Haqqında Protokol və Təqsirləndirlən Şəxsin MSY-dən Azad olunması və X4 X3 görünür ki, təqsirləndirlən şəxs 25 sentyabr 2022-ci il tarixdə tutulmuş və 27 sentyabr 2022-ci il tarixdə azad edilmişdir. İşdə olan X2 surətlərindən görünür ki, Təqsirləndirilən şəxs övladları X7 25 sentyabr 2013-cü il tarixdə, X8 23 aprel 2019-cu il tarixdə doğulmuşlar. İşdə olan Tovuz RİHB-nın Abulbəyli Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni, özgənin əmlakını gizli olaraq talama təkrar olaraq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin, zərərçəkmişlər, şahidlərin ifadələri və istintaq hərəkətlərinin protokolları ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin sentyabr ayının əvvəllərində saat təxminən saat 10 radələrində Tovuz rayonu, Əhmədabad kəndinin otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs4 mülkiyyətində olan 1000 manat dəyərində 15-16 yaşlarında, boz rəngli, dişi cinsli, qarnında 8 aylıq balası olan diri çəkisi 200 kiloqram olan 01 baş inəyi, 1500 manat dəyərində təxminən 7-8 yaşlarında, ağ rəngli, dişi cinsli, qarnında 8 aylıq balası olan, diri çəkisi 250 kiloqram olan 01 baş inəyi, 1500 manat dəyərində təxminən 3 yaşlı, sarı rəngli, dişi cinsli, qarnında 6 aylıq balası olan, diri çəkisi 220 kiloqram olan 01 baş inəyi, 1500 manat dəyərində təxminən 4 yaşında, qara rəngli, dişi cinsli, oğurlanmazdan əvvəl yanında balası olan, diri çəkisi 200 kiloqram olan 01 baş inəyi, 1550 manat dəyərində təxminən 2 yaşlı, qara rəngli, erkək cinsli, diri çəkisi 240 kiloqram olan dananı, ümumilikdə 7050,00 manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etdiyinə və təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 21 sentyabr 2022-ci il tarixdə Gədəbəy rayonu, Çanaqçı kəndinin yaylaq sahəsindən Gədəbəy rayonu, Çanaxçı kənd sakini Zərərçəkmiş şəxs3 mülkiyyətində olan 1800 manat dəyərində boz rəngli, diri çəkisi 300 kiloqram olan, 3 yaşlı 01 baş inəyi, 3700 manat dəyərində qara rəngli, diri çəkisi 600 kiloqram olan 01 baş inəyi, 1800 manat dəyərində qəhvəyi rəngli 2 yaşlı diri çəkisi 300 kiloqram olan 01 baş inəyi, Gədəbəy rayonu, Samanlıq kənd sakini Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 2200 manat dəyərində 2 yaşlı təmiz ət çıxarı 200 kiloqram olan sarı rəngli 01 baş düyəni, 3000 manat dəyərində, boz rəngli 5 yaşlı, təmiz ət çıxarı 250 kiloqram olan bir buynuzu qırıq olan 01 baş inəyi, 3000 dəyərində qara rəngli, 6 yaşlı, təmiz ət çıxarı 250 kiloqram olan 01 baş inəyi və Şəmkir rayonu, Atabəy kənd sakini Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 1800 manat dəyərində qara rəngli, şeşə buynuzlu, diri çəkisi 300 kiloqram olan 01 baş inəyi, 2000 manat dəyərində göy rəngli gödək buynuzlu, diri çəkisi 350 kiloqram olan 01 baş inəyi, 1200 manat dəyərində sarı rəngli, yaşyarımlıq, diri çəkisi 200 kiloqram olan 01 baş inəyi, 1750 manat dəyərində sarı rəngli, diri çəkisi, 290 kiloqram olan 01 baş inəyi, 2700 manat dəyərində sarı rəngli, hündür, diri çəkisi 450 kiloqram olan inəyi, 2250 manat dəyərində şeşəbuynuzlu, diri çəkisi 380 kiloqram olan inəyi, 2550 manat dəyərində göy rəngli gödəkbuynuzlu, diri çəkisi 430 kiloqram olan 01 baş inəyi, ümumilikdə 29750 manat dəyərində özgə əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.2. və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.13. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını, onun zərərçəkmişlərə vurduğu zərəri aradan qaldırmasını, zərərçəkmişlərin onu bağışlamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın qəti müddətini müəyyən edərkən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə 27 sentyabr 2022-ci il tarixədək tutulmasının nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış 16 baş mal-qaranın sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 100 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yохdur. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixə qədər tutulması nəzərə alınsın və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Tovuz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 16 baş iribuynuzlu heyvanların sahiblrinə qaytarılması nəzərə alınsın. İş üzrə 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-19/2023
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-19/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver