Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-19/2024 28.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində qeydiyyatda olan, Gədəbəy şəhəri, M.Sadıq küçəsində yaşayan, barəsində 26 dekabr 2023-cü il tarixdən barəsində başqa yerdə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir ona görə ki, o, 21 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə Gədəbəy şəhəri, Mirzə Sadıq küçəsində yerləşən mübahisəli torpaq sahəsində qoz yığan zaman aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı qəsdən əvvəlcə əlində olan ağac ilə Zərərçəkmiş şəxs sağ qulaq nahiyyəsinə vuraraq, ona sağ yanağın, sağ qulağın sıyrıqları qismində sağlamlığa zərər vurmadığı üçün dərəcələrini təyin edilməyən, sonuncu baltasını və əsasını almaq üçün onun yaşadığı evin həyətinə gedikdə evin həyətində qəsdən təpik və yerdən götürdüyü əsa ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona sağ dirsək oynağının qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələrini təyin edilməyən xəsarətlər və sol və sağ bazunun, hər iki kürək nahiyyəsinin, belin, sol budun qançırları qismində sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, heç bir yerdə işləmir fərdi əməklə məşğuldur. Zərərçəkmiş Zərərçəkmiş şəxs doğma qardaşıdır. Hazırda yaşadığı ev ata mülküdür. Qardaşı Xaləddin ondan ata mülklərində yaşadığına görə pul istəmişdir. Ona pul vermədiyi üçün onunla aralarında narazılıq yaranmışdır. 21 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində təsərrüfatlarında olan iribuynuzlu heyvanları örüş sahəsinə ötürüb geri qayıdan zaman qardaşı Zərərçəkmiş şəxs əlində balta ilə onun yaşadığı evin həyətində olmasını və arvadı Misri Süleymanova ilə mübahisə edərək, onun ünvanına nalayiq ifadələr işlətməsini eşitmiş, qardaşına iradını bildirmiş, onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı o, qardaşına zərbələr endirmiş, o, yerə yıxılmış və xəsarət almışdır. Arvadı Misri bunu görüb polisə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək, arvadı Misridən ərizə qəbul etmişlər. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, ona vurduğu ziyanı aradan qaldırmış, onunla barışmışdır. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ünvan 1 ünvanında arvadı Şahid ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 2007-ci ildən ömürlük birinci qrup əlillik dərəcəsi ilə əmək pensiyası alır. X2 doğma qardaşıdır. Aralarında əmisi Nəsrəddin Rüstəmovun vəsiyyətnamə ilə ona verdiyi 0,08 ha torpaq sahəsinə görə narazılıq vardır. Həmin torpaq sahəsi evindən bir qədər yuxarıda qardaşının evi ilə qonşuluqda yerləşir. X3 qardaşı Fəxrəddinin arvadı, Sədrəddin Rüstəmov isə oğludur. 21 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində aralarında mübahisəli olan 0,08 ha torpaq sahəsində olan qoz ağacından nəvələri üçün qoz yığmaq üçün getmişdir. Fiziki imkanları yaxşı olmadığı üçün əsa və qurumuş ağacları qırmaq üçün balta ilə getmişdir. Həyətə çatib orada əyləşmiş, qardaşı Fəxərəddinin oğlu Sədrəddini səsləyib qoz yığmaq üçün ona kömək etməsini istəmişdir. Həmin vaxtı onun dayandığı yerdən təxminən 15-20 metr kənarda evin həyətində olan qardaşı arvadı Misri Süleymanova onun ünvanına nalayiq ifadələr işlədərək, nə üçün həyətə gəldiyini bildirmişdir. Misri evdə olan əri Fəxrəddini səsləyərək, həyətə çağırmışdır. Qardaşı Fəxrəddin evin həyətinə çıxıb, onun ünvanına nalayiq ifadələr işlədərək, evin həyətindən onun oturduğu yerə gəlib, əlində olan ağacla onun sağ qulaq və sifət nahiyyələrinə zərbələr endirmiş, o, yerə yıxılmışdır. Təxminən, 15-20 dəqiqə özünü itirdiyi üçün yerdə qalmışdır. Yerdə olan zaman qardaşı Fəxrəddin onun baltasının və əsasını götürərək, evinin həyətinə aparmışdır. Yerdən qalxıb dəmir tordan tuta-tuta təxminən, 15 metr onun evinin həyətinə tərəf gedərək əsanı və baltanı verməsini istəmişdir. Evin həyətində qardaşı əlində olan ağacla onun qollarına və ayaqlarına zərbələr endirmiş, onun zərbələrindən yayınmaq istəsə də, fiziki cəhətdən məhdudiyyətli olduğu üçün ona güc çatdıra bilməmişdir. Qardaşı Fəxrəddin onun kürək, bel və sinə nahiyyələrinə təpik zərbələri endirmişdir. Fəxrəddin onun əlindən yerə düşmüş və özü ilə evinin həyətinə apardığı əsanı götürərək onun dirsəyinə zərbələr endirmişdir. Zərbələrin təsirindən pis olub Fəxrəddindən onu vurmamasını istəmişdir. Fəxrəddinin oğlu Sədrəddin onun boğazından tutaraq, sürüyüb evin həyətində olan dəmir çarpayıya tərəf aparmışdır. Orada Sədrəddin onun başını çarpayıya vurmuşdur. Onun səsinə evdən arvadı Şahid onların evinin həyətinə gəlmişdir. İp gətirib onu boğmaq istəyən Sədrəddin arvadı Sevincin gəlməsini görüb ipi yerə atmışdır. Arvadı Sevinc onlara irad bildirmiş, Sədrəddin onun boğazından tutaraq, yerə yıxıb ona təpik zərbələri endirmişdir. Sevinc onların əlindən çıxıb yaşadığı evə qaçmışdır. Yolda olan zaman polis əməkdaşlarını görüb onlara hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə verən yerə gəlmiş, Sevinc polis əməkdaşlarına hadisə barədə ərizə ilə müraciət etmişdir. Hadisə yerinə kənar şəxslər toplaşmamışlar. Məhkəmə iclasında elan edilmiş Şahid ifadəsindən görünür ki, əri Zərərçəkmiş şəxs ilə birlikdə Gədəbəy şəhəri, M.Sadıq küçəsi, ev 10-da yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs əri Xaləddinin qardaşı, Misri İsayeva onun arvadı, Sədrəddin Süleymanov isə oğludur. Təxminən 2 ildir Zərərçəkmiş şəxs ilə evlidir, evli olduğu müddətdə Fəxrəddin aravadı Misri ilə ayrılmış, bir müddət onlar ilə birlikdə yaşamış və sonradan arvadı Misri ilə barışaraq, onların evindən getmişdir. 21 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində evdə olan zaman əri Xaləddin qardaşı Fəxrəddinin evinin yanında yerləşən həyətdən qoz yığmaq üçün gedəcəyini bildirmişdir. Bir qədər sonra həyətdə olan zaman səs-küy gəlməsini eşitmişdir. Yola çıxan zaman Fəxrəddinin evinin həyətində Xaləddinin səsinin gəlməsini eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün həmin yerə getmişdir. Oraya çatan zaman Fəxrəddin onun qabağına gələrək, onun ünvanına nalayiq ifadələr işlətmiş, evin həyətinə daxil olmağa qoymayacağını bildirmişdir. Fəxrəddinə ayıbdır, qardaşını niyə belə edirsən, el-oba nə deyər deyib, həyətə girmişdir. Evin həyətində əri Xaləddinin Fəxrəddinin divarın yanında olan çarpayıda oturduğunu görmüşdür. Yenidən onlara irad bildirmişdir. Həmin vaxt evin həyətində olan Sədrəddin Süleymanov onun üzərinə gələrək, boğazından tutaraq yerə vurmuş və onu təpikləmişdir. Onların əlindən çıxıb evə qaçıb gəlmişdir. Evə gələn zaman yolda polis əməkdaşları ilə rastlaşmışdır. Polis əməkdaşlarını saxladaraq, hadisə barədə onlara məlumat vermişdir. Polis əməkdaşları ilə birlikdə Fəxrəddinin yaşadığı evin həyətinə getmişdir. Xaləddin onun baltasını götürməsini istəmişdir.Lakin Fəxrəddin baltanı verməmişdir. Xaləddini götürüb yaşadığı evə gəlmişdir. O, Fəxrəddin Xaləddini ilkin vuran zaman orada olmamışdır. Sonradan ora gələn zaman Fəxrəddinin əlində olan ağacla onun boyun nahiyyəsindən vurmasını görmüşdür. Sədrəddin əlində olan ip ilə Xaləddini boğmaq istəmiş, ona irada bildirən zaman ipi yerə atıb, onu vurmağa başlamışdır. Həmin vaxtı orada o, Xaləddin, Fəxrəddin, Sədrəddin və Misri olmuşdur. Ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisə təxminən bir saat davam etmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 X7 tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli 483 saylı canlı şəxsin Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol və sağ bazunun qançırları, sağ yanağın, sağ qulağın sıyırqları, döş qəfəsinin arxa səthinin, bel nahiyyəsinin, sol budun, sağ dirsək oynağının qançırları küt əşyaların təsirindən törnmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 21 sentyabr 2023-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol və sağ bazunun, hər iki kürək nahiyyəsinin, belin, sol budun qançırları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən deməkj olar ki, həmin xəsarəti onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy Şəhər İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs şikayətinin olmadığını, onunla barışdığını bildirmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxs və zərərçəkmişin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə törətdiyi əməldən pеşman olduğunu bildirmiş və zərərçəkmiş şəхslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini ağırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yохdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-19/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-19/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver