Məhkəmə qərarları › İş №1(042)-19/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-19/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-19/2025 23.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qumlu yaşayış massivi ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 16 oktyabr 2024-cü il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcələsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ilə Gədəbəy rayonu Şəkərbəy kəndi ərazisində yerləşən “Qızılca” yaylağında iri buynuzlu heyvanların onların binəsinə daxil olaraq qida məhsullarını yeməsinə görə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə və münaqişə zamanı əlində olan istintaqa məlum olmayan kəsici alət ilə sonuncuya qəsdən vuraraq ona sağ əlin 4-cü barmağının kəsilmiş yarası kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər və sağ əlin 5-ci barmağının kəsilmiş yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun heyvanları xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs otlaq sahəsinə keçmiş və aralarında münaqişə yaranmışdır. Birinci dəfə idi ki, onların heyvanı zərərçəkmiş şəxsin otlaq sahəsinə keçirdi. O, yemək yeməyə getmiş qayıdanda görmüşdür ki heyvanlar zərərçəkmiş şəxs gil tərəfə keçmişdir. Zərərçəkmiş şəxslə Qızılca yaylağında qarşılaşmışlar və aralarında söz- söhbət olmuşdur. Mübahisə zamanı orada ikisi olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, o özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Bundan sonra zərərçəkmiş şəxslə hər hansı münaqişə yaratmayacağına söz verir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Turac onlarla yaylaqda dana otarmışdır. Aralarında münaqişə yaranmış, əli kəsilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o evdə olan zaman yoldaşı Zərərçəkmiş şəxs əli qanlı halda evə gəlməsini görmüşdür. Hadisə barədə başqa heçnə görməmişdir. Zərərçəkmiş şəxs nə olmasını və kimlə dalaşmasını soruşmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-tibbi ekspertizasının 25 iyun 2024-cü il tarixli 262 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ əlin 4-5-ci barmaqlarının kəsilmiş yaraları deşici-kəsici əşyanın tiyəsinin kəsici hissəsinin təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 23 iyun 2024-cü ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ əlin 5-ci barmağının kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuramaya aiddir, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aidd olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasma əsasən demək olar ki, həmin xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsində yıxılmağa xarakterik xəsarət aşkar edilməmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - Gədəbəy RİHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində başlanmış cinayət təqibinə cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar