Məhkəmə qərarları › İş №1(042)-2/2020

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-2/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-2/2020 10.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Verdiyev Mövlanverdi Allahverdi oğlu, zərərçəkmişlər Azərbaycan Respublikası Azəravtoyol ASC-nin 2 nömrəli X2 Yaşılaşdırılması və Ekologiya MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, X4 nümayəndəsi X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1959-cu ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, оrtа-ixtisas təhsilli, evli, əvvəllər məhкum оlunmаmış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Gədəbəy şəhəri, Sabir küçəsi, 14 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimкаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxxxx 2020-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində ümumi istifadədə olmaqla meşə fonduna daxil olmayan Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinə və X7 məxsus ərazilərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 saylı xx xxxxxxx 2016-cı il tarixli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarına” 1 nömrəli Əlavənin İİ sutunu üzrə hesablama nəticəsində ümumi dəyəri 14960 (on dörd min doqquz yüz altmış) manat olan altmış səkkiz ədəd akasiya cinsli ağacları balta və istintaqa məlum olmayan motorlu mişar vasitəsilə qanunsuz kəsərək, Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinə və X7 14960 (on dörd min doqquz yüz altmış) manat dəyərində külli miqdarda ziyan vurduğuna görə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, o, hazırda ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 1983-cü ildən sahibkarkıqla məşğul olur. 2004-cü ildə Gədəbəy şəhərinin Heydər Əliyev prospektində yanacaq doldurma, kafe, istirahət mərkəzi, maye-qaz satışı, avtomobil təmiri sexləri və başqa ictimai iaşə obektləri olan “xxxxxxxxxx” MMC adlı şirkəti olmuşdur. 2014-cü ildə icra hakimiyyət tərəfindən dövlət planı çərçivəsində həmin ərazi ondan alınmışdır. Sonradan həmin yerin əvəzinə Şəmkir-Gədəbəy avtomobil yolunun Gədəbəy-Söyüdlü avtomobil yolu ilə kəsişməsində ona obyektlər verilmiş, sökülmüş obyektlərə görə isə 120 000 manat kompensasiya almışdır. Həmin ərəfələrdə banka borcu olduğu üçün aldığı kompensasiyanı borcunun əvəzi kimi ödəyib ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşdür. 2018-ci ilin aprel ayında o, yenidən Gədəbəy rayonuna qayıtmışdır. Rayona gəldikdən sonra “xxxxxx MMC” şirkətini yenidən bərpa edib dövlət tərəfindən ona verilmiş ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Hazırda həmin ərazidə ona məxsus “xxxxxx 777” adlı benzin və maye-qaz yanacaq doldurma məntəqəsi vardır. xx xxxxxxxx 2018-ci il tarixdə saat 12 radələrində yanacaq doldurma məntəqəsində və ətrafında təmzilik-abadlıq işləri görmüşdür. Həmin gün yanacaq doldurma məntəqsinin arxasından və məntəqənin yanından keçən Söyüdlü kəndi istiqamətindəki avtomobil yolunun kənarında olan diametrləri 3-4 santimetrdən, 7-8 santimetrə kimi olan müxtəlif ölçülü kolları və ağacları kəsmişdir. Diametri az olan kolları balta ilə, diametri böyük olanları isə motorlu mişarla kəsmişdir. Ağacları özü ilə gətirdiyi balta və motorlu mişarla kəsib təmizləmiş və yancaq doldurma məntəqəsinə qayıtmışdır. Məntəqədə olan zaman adını sonradan bildiyi özünü ekologiyanın əməkdaşı kimi təqdim edən Şahid1 gəlmiş və akasiya ağaclarını niyə görə kəsdiyimi soruşmuşdur. O, isə akasiya ağaclarını kol-kos zənn etdiyi üçün kəsdiyini bildirmişdir. Daha sonra ekologiyanın Aydın və bir nəfər tanımadığı əməkdaşları da gəlmiş və əraziyə baxış keçirmiş və ona cərimə yazmışlar. O biri gün Gədəbəy rayon icra hakimiyyətinin və yolların mühafizə idarəsinin əməkdaşları da əraziyə gəlmişlər. O, kəsdiyi ağaclara görə ziyan ödəməyə hazır olduğumu demişdir. O, xx xxxxxxxx 2018-ci il tarixdə 1600 manat dəyərində 200 ədəd şam ağacı alıb, kəsdiyi akasiya ağaclarının yerinə əkmişdir. Onların cins ağaclar olduğunu əvvəlcədən bilsə idi heç vaxt kəsib ekologiyaya ziyan vurmazdı. Bu işdə ona heç kim kömək etməmiş, yanında heç kim olmamışdır. xx xxxxxxxx 2018-ci il tarixdə akasiya ağaclarını kəsməkdə istifadə etdiyi balaca ölçülü taxtasaplı baltanı istintaqa təqdim etmişdir. Motorlu mişarı isə ağacları kəsdikdən sonra yeni ağaclar almaq üçün pul lazım olduğuna görə hazırda xatırlamadığı bir nəfər Gədəbəy rayon sakininə satmışdır. O, zərərçəkmişlərə vurduğu zərəri aradan qaldırmışdır. Onda bir neçə ağır xəstəliklər var. Törətdiyi əməldən peşmandır. Ona görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Azərbaycan Respublikası Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, 2004-cü ildən Azərbaycan Respublikası Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətində bölmə rəisi vəzifəsində çalışır. İşlədiyi orqan avtomobil yollarının mərkəzindən sağa və sola 25 metr olmaqla orada olan yaşıllıqların mühafizəsinə nəzarət edir. Gədəbəy rayonu ərazisindən keçən Şəmkir-Gədəbəy avtomobil yolunun mühafizə zolağı da işlədiyi təşkilatın ərazisinə daxildir. Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs Gədəbəy şəhər sakini kimi tanıyır. Təqsirləndirilən şəxs qarşı əvvəllər düşmənçiliyi, ədavəti olmamışdır. xx xxxxxxxx 2018-ci il tarixdə səhər Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə Gədəbəy rayonu ərazisində Şəmkir-Gədəbəy və Gədəbəy-Söyüdlü avtomobil yolunun ehtiyat hissələrində akasiya ağaclarını kəsməsi haqqında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər Şöbəsindən məlumat alıb, digər işçilər Şahid3, Şahid4 və Şahid5 ilə birlikdə hadisə yerinə gəlmişlər. Onlar hadisə yerinə gəldikdən sonra Şəmkir-Gədəbəy avtomobil yolu ilə Gədəbəy-Söyüdlü avtomobil yolunun mühafizə zolağında, həmçinin avtomobil yolunun kənarında yerləşən “xxxxxx 777” yanacaq doldurma məntəqəsinin ətrafında kəsilmiş akasiya ağaclarını aşkar etmişlər. Elə həmin gün onlara məlum olmuşdur ki, akasiya ağaclarını kəsən şəxs Təqsirləndirilən şəxsdur və o, “xxxxxx 777” yanacaq doldurma məntəqəsinin sahibidir. Onlar əraziyə baxış keçirən zaman Şəmkir-Gədəbəy avtomobil yolunun mühafizə zolağına düşən hissədə 15, 20, 25 və 30 diametrləri olan 23 ədəd yaş akasiya ağaclarının kəsilməsini aşkar etmişlər. Həmçinin onlar hadisə yerində olan zaman ora Gədəbəy rayon İcra Hakimiyyətinin və Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları da gəlmişlər. 23 ədəd kəsilmiş akasiya ağacları Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinin ərazisinə düşdüyü üçün təşkilatın işçiləri ilə birlikdə bu barədə akt tərtib etmişlər. Sonra 23 ədəd akasiya ağaclarını kəsmiş şəxs Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün aktı Gədəbəy Rayon Polis Şöbəsinə göndərmişlər. Gövdəsi balaca olan ağacların balta, gövdəsi daha iri olanlarının isə motorlu mişarla kəsilməsi açıq-aşkar hiss olunmuşdur. Təqsirləndirilən şəxs cəmi, 68 ədəd akasiya ağaclarının kəsmışdır. Lakin kəsilmiş aksiya ağacların 23 ədədi Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinin ərazisinə yəni, Şəmkir-Gədəbəy avtomobil yolunun mühafizə zolağına düşdüyü üçün onlar həmin ağacları aktlaşdırmışlar. Digər 45 ədəd kəsilmiş akasiya ağaclarının yerləşdiyi ərazi X4 ərazisidir. Akasiya ağaclarının Təqsirləndirilən şəxs tərəfindən hansı məqsədlə kəsilməsini bilmir. Həmin ağacların kəsilməsi nəticəsində 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinə 4500 manat dəyərində maddi ziyan dəymişdir. Lakin təqsirləndirləbn şəxs həmin ərazidə yeni ağaclar əkməklə onlara vurulmuş zərəri aradan qaldırmışdır. Ona görə də ondan şikayətləri yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş X4 nümayəndəsi X10 ifadə verərək, bildirmişdir ki, X5 sədr müavini vəzifəsində işləyir. Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs Gədəbəy rayonu ərazisində yerləşən ozünə məxsus “xxxxxx 777” adlı benzin və maye-qaz yanacaq doldurma məntəqəsinin ətrafında və Şəmkir-Gədəbəy və Gədəbəy- Söyüdlü avtomobil yollarının kəsişməsində yolun kənarında yerləşən 68 ədəd akasiya ağaclarının kəsilməsi haqqında 2 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsindən məlumat almışdır. Həmin günü ekologiyanın əməkdaşları əraziyə baxış keçirmiş və məlum olmuşdur ki, avtomobil yolunun kənarında 23 ədəd, bələdiyyə ərazisi sayılan “xxxxxx 777” yanacaq doldurma məntəqəsinin arxasından isə 45 ədəd aksiya ağacları kəsilmişdir. xx.xx.2018-ci il tarixdə X4 sədri X1 Hakimiyyəti nümayəndələri Şahid2 və Babək Hümbətov ilə birlikdə akasiya ağaclarının kəsildiyi ərazidə olmuşlar. Onlar ərazidə olan zaman müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs 68 ədəd akasiya ağaclarını balta və motorlu mişarla kəsmiş və kəsilmiş ağacların bir hissəsini “xxxxxx 777” yanacaq doldurma məntəqəsinin arxasına, bir hissəsini isə Şəmkir-Gədəbəy avtomobil yolunun kənarına şəkildə yığımışdır. Kəsilmiş ağacların bir hissəsi Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinin ərazisinə düşdüyünə görə həmin idarənin əməkdaşları da orada olmuşlar. Həmçinin ekologiyanın əməkdaşları da orada olmuşlar. xx xxxxxxxx 2018-ci il tarixdə Gədəbəy şəhər Bələdiyyəsi X1 Hakimiyyəti nümayəndələri Şahid2 və Babək Hümbətov ilə birlikdə Təqsirləndirilən şəxs heç bir icazə sənədi olmadan Gədəbəy- Söyüdlü yolunun kənarında və yanacaq doldurma məntəqəsinin kənarında 68 ədəd akasiya ağaclarını qanunsuz kəsməsini aşkar etdiklərinə görə akt tərtib etmişlər. Daha sonra həmin akt araşdırılması üçün Gədəbəy Rayon Polis Şöbəsinə göndərilmişdir. Kəsilmiş ağaclar isə məhkəməyədək saxlanması üçün Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs həmin ərazidə yeni ağaclar əkmiş və vurulmuş zərəri aradan qaldırmışdır. Ondan şikayətləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək, bildirmişdir ki, 1992ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsində işə başlamışdır. xx.xx.2016-ci il tarixdən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsində baş məsləhətçi müfəttiş vəzifəsinə təyin olunmuşdur. Hazırda həmin vəzifədə işləyir. Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər rayon sakini kimi tanısa da onunla heç bir münasibəti olmamışdır. xx xxxxxxxx 2018-ci il tarixdə saat 11 radələrində Gədəbəy şəhərinin girişində ağacların kəsilməsi barədə məlumat almışdır. O, şöbənin əməkdaşları Şahid1 və Dilqəm Məmmədov ilə Gədəbəy rayonuna gəlmişlər. Onlar rayona çatanda şəhərin girişində Şəmkir-Gədəbəy avtomobil yolundan Söyüdlü kəndi istiqamətinə ayrılan avtomobil yolunun mühafizə zolağında kəsilmiş ağacları görmüşlər. Həmin əraziyə baxış keçirən zaman 68 ədəd kəsilmiş akasiya ağaclar aşkar etmişlər. Onlar əraziyə baxış keçirən zaman bu vaxt yaxınlıqda yerləşən “xxxxxx” MMC-yə məxsus yanacaq doldurma məntəqəsinin təsisçisi Təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs həmin ağacları kimin kəsməsini soruşmuş, o, aksiya ağaclarını balta və motorlu mişarla özü kəsdiyini onlara demişdir. O, Təqsirləndirilən şəxs sənədlərini istəmiş və sənədləri aldıqdan sonra akasiya ağaclarını kəsdiyi üçün təbiətə ziyan vurduğunu və buna görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdığını izah etmişdir. Təqsirləndirilən şəxs isə ona bir neçə il bundan əvvəl Gədəbəy şəhər Heydər Əliyev prospektində ona məxsus “xxxxxx” MMC-nin yanacaq doldurma məntəqəsi olduğunu, həmin yanacaq doldurma məntəqəsi abadlıq və quruculuq işləri zamanı şəhərin arxitekturasına uyğun olmadığına görə göstərilən ünvandan götürüldüyünü, həmin yanacaq doldurma məntəqəsinin yenidən tikilməsi üçün isə İcra Hakimiyyəti tərəfindən akasiya ağaclarının kəsildiyi yerdə ona ərazi verildiyini demişdir. Akasiya ağaclarını isə kəsməkdə məqsədinin həmin yerdə yenidən yanacaq doldurma məntəqəsi inşa etdirmək istəməsi olduğunu ona izah etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs və şöbənin əməkdaşları Şahid1 və Dilqəm Məmmədov ilə birlikdə əraziyə baxış keçirib 68 ədəd kəsilmiş akasiya ağacı aşkar etmişlər. Sonra həmin akasiya ağaclarının kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs və şöbənin əməkdaşlarının iştirakı ilə birlikdə Akt tərtib etmişlər. Həmin aktı tərtib edildikdən sonra Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün aktın surətini Gədəbəy rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək, bildirmişdir ki, o və şöbənin əməkdaşları Şahid1 və Dilqəm Məmmədov vətəndaş Təqsirləndirilən şəxs iştirakı ilə əraziyə baxış keçirib orada 68 ədəd kəsilmiş aksiya ağaları aşkar etdikdən sonra Akt tərtib etmişlər. Kəsilmiş ağaclar akasiya olmaqla diametrləri 4,1-8 sm ölçülərində olan 46 ədədinin hər birinin dəyəri 200 manat, diametrləri 8,1-12 sm ölçülərində olan 16 ədədinin hər birinin dəyəri 240 manat, diametrləri 12,1-16 sm ölçülərində olan 4 ədədinin hər birinin dəyəri 300 manat, diametrləri 16,1-20 sm ölçülərində olan 2 ədədinin hər birinin dəyəri 360 manat olmaqla, ümumilikdə 68 ədəd ağac kəsilərək təbiətə 14960 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ağaclar gövdələrinin ölçülərinə görə müxətlif yaşlarda, yəni təqribən 3 yaşdan 15 yaşa kimi olmuşlar. Kəsilmiş ağaclara baxış keçirən zaman onların xırda diametrli olanlarının balta, böyük diametrli olanlarının isə isə motorlu mişar ilə kəsildiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özü həmin ağacları balta və motorlu mişar ilə kəsdiyini ona və şöbənin əməkdaşlarına etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid X11 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Zəhmət kəndində yaşayır. xx.xx.2004-cü ildən Azərbaycan Respublikası Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətində sahə ustası vəzifəsində işləyir. xx xxxxxxxx 2018-ci il tarixdə saat 10 radələrində Şəmkir- Gədəbəy və Gədəbəy-Söyüdlü avtomobil yolunun ehtiyat hissəsində akasiya ağaclarının kəsilməsi haqqında məlumat almışdır. Sonra o, idarənin əməkdaşları ilə birlikdə Şəmkir- Gədəbəy və Gədəbəy-Söyüdlü avtomobil yolunun kənarında Təqsirləndirilən şəxs məxsus yanacaq doldurma məntəqəsinin qarşısına gəlmişlər. Onlar yolun ehtiyyat hissəsində 15, 20, 25 və 30 diametrləri olan yaş akasiya ağaclarının qəsdən kəsilmələrinin şahidi olmuşdur. Həmin ağaclar yerdən təqribən 10-15 sm ölçülərdə kəsilmişlər. Ağacların gövdələri isə kəsilmiş köklərin ətrafına atılmışdı. O, idarənin əməkdaşları ilə hadisə yerinə baxış keçirmişdir. Onlar 23 ədəd yaş akasiya ağaclarının kəsilməsini aşkar etmişlər. Həmin ağaclar müxtəlif yaşlarda təqribən 5-7 yaşlarında olardı. Onlar hadisə yerində akt tərtib etmişlər. Orada olarkən hadisə yerinə polis və yerli icra hakimiyyətinin əməkdaşları gəlmişlər. Daha sonra onlar tərəfindən tərtib edilmiş akt hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Gədəbəy Rayon Polis Şöbəsinə göndərilmişdir. Həmin ağaclar kəsilmə üsuluna görə motorlu mişarla kəsilmişdir. Sonradan ona məlum olmuşdur ki, akasiya ağaclarını yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinin sahibi Gədəbəy şəhər sakini Təqsirləndirilən şəxs kəsmişdir. Kəsilmiş yaş ağaclar o və idarənin digər əməkdaşlarının iştirakı ilə sayılıb aktlaşdırılmışdır. Həmin ağaclar 15, 20, 25 və 30 diametrləri olan 23 ədəd yaş akasiya ağacları olmuşdur. Digər ağaclar isə X4 ərazisində olmuşdur. Məhkəmə iclasında Şahid5 Şahid3 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2017-ci ildən Azərbaycan Respublikası Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətində sahə rəisi vəzifəsində işləyir. xx xxxxxxxx 2018-ci il tarixdə saat 10 radələrində idarənin əməkdaşları ilə birlikdə Şəmkir-Gədəbəy və Gədəbəy- Söyüdlü avtomobil yolunun kənarında Əli adlı şəxsə məxsus yanacaq doldurma məntəqəsinin qarşısına gəlmişlər. Həmin günü avtomobil yolunun ehtiyyat hissəsində 15, 20, 25 və 30 diametrləri olan yaş akasiya ağaclarının qəsdən motorlu mişarla kəsilmələrini aşkar etmişlər. Həmin ağaclar yerdən təqribən 10-15 sm ölçülərdə kəsilmişlər. Ağacların gövdələri isə kəsilmiş köklərin ətrafına atılmışdı. Onlar hadisə yerinə baxış keçirən zaman 23 ədəd yaş akasiya ağaclarının kəsilməsini aşkar etmiş və akt tərtib etmişlər. Orada olarkən hadisə yerinə polis və yerli icra hakimiyyətinin əməkdaşları gəlmişlər. Daha sonra onlar tərəfindən tərtib edilmiş akt Gədəbəy Rayon Polis Şöbəsinə göndərilmişdir. Həmin ağaclar kəsilmə üsuluna görə motorlu mişarla kəsilmişdir. Həmin günü ağacları kimin nə ilə kəsməsini görməsə də, sonradan ona məlum olmuşdur ki, akasiya ağacları Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2012-ci ildən etibarən Gədəbəy RİHB-nın Gədəbəy Şəhər İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. xx xxxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətindən Təqsirləndirilən şəxs tərəfindən magistral yolun kənarında akasiya ağaclarını kəsməsi haqqında məlumat daxil olmuşdur. O, X4 sədri Zülfiqar Yusibov və icra hakimiyyəti başçısının aparatının daha bir əməkdaşı ilə hadisə yerinə gəlmiş və onlar Şəmkir-Gədəbəy avtomobil yolunun kənarında çoxlu miqdarda akasiya ağaclarının kəsilməsini aşkar etmişlər. Məlum olmuşdur ki, ağacları Əli Adgözəlov heç bir icazə olmadan kəsmişdir. Ona görə də onlar müvafiq akt tərtib etmişlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxxx 2018-ci il tarixdə tərtib olunmuş 49023 nömrəli Aktdan görünür ümumi istifadədə olmaqla meşə fonduna daxil olmayan Gədəbəy-Şəmkir avtomagistral yolunun Söyüdlü yolu ilə kəsişməsində yolun mühafizə sahəsində Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinə və X7 məxsus, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 saylı xx xxxxxxx 2016-c ıil tarixli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarına” 1 nömrəli əlavənin İ sütunu üzrə hesablama nəticəsində 68 (altmış səkkiz) ədəd kəsilmiş akasiya cinsli ağacların ümumi dəyərinin 14960 (on dörd min doqquz yüz altmış) manat olması müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli 26639 nömrəli məhkəmə-əmtəəşünaslıq Rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 49023 nömrəli akt və ona əlavə edilmiş cədvələ əsasən Gədəbəy-Şəmkir avtomagistral yolunun Söyüdlü yolu ilə kəsişməsində yolun mühafizə sahəsində xüsusi təyinatlı yaşıllıqdan kəsilmiş akasiya cinsli 68 ədəd müxtəlif diametrli ağacların qanunsuz kəsilməsinə görə təbiətə dəymiş ziyanın məbləği 14960,00 manat müəyyən edilir. Həmin ağacların diametrləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli qəbz və qərardan görünür ki, Adıgözlov Əli Miri oğlundan götürülmüş bir ədəd balta cinayət işi üzrə maddi sübut kimi tanınmaqla məhkəmyədək sахlаnılmаsı üçün Gədəbəy Rayon Polis Şöbəsində sахlаncа vеrilmiş, 63 ədəd akasiya ağaclarının hissələri isə Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinə təhvil verilmişdir. İşdə olan Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinin 4 saylı Bölməsi tərəfindən verilmiş Ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinə vurulmuş zərər aradan qaldırılmışdır və təqsirləndirilən şəxsdən şikayət və tələb yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Adıgözlov Əli Miri oğlu əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy şəhəri İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Adıgözlov Əli Miri oğlu müsbət xarakterizə edilir. İşdə olan tibbi sənədlər və Epikrizdən görünür ki, Təqsirləndirilən şəxs şəkərli diabet, 2 tip, orta ağır forma, aşağı ətrafların diabetik neyropatiyası, postxolesistoextomik sindrom, paranoid əlamətlərlə kontuziyadan sonrakı psixi pozuntu xəstəlikləri var. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X15 Şəxsi tərəfindən verilmiş 69/KES saylı Ekspert Rəyindən görünür ki, Təqsirləndirilən şəxs baş beyin qan dövranının hemorragik insult tipli kəskin hiperkinezlərlə, hipertoniya xəstəliyi İİ dərəcə, Əlavə risk-İV, diskulyator ensefalatopiya İİ-İİİ mərhələ, şəkərli diabet İİ tip orta ağır forma, asteno-nevrotik sindrom xəstəlikləri var və bu xəstəliklər xroniki gedişli xəstəliklər qrupuna aiddirlər. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, onun barəsində axtarış elan edilmiş, xx xxxx 2019-cu il tarixdə o, tutulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) külli miqdarda ziyan vurmaqla törədildikdə-yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X18 hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin, zərərçəkmişlərin nümayəndələrinin və şahidlərin ifadələri, işdə olan digər istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edilmişdir ki,Təqsirləndirilən şəxs xx xxxxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində ümumi istifadədə olmaqla meşə fonduna daxil olmayan Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinə və X7 məxsus ərazilərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 saylı xx xxxxxxx 2016-cı il tarixli “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarına” 1 nömrəli Əlavənin İİ sutunu üzrə hesablama nəticəsində ümumi dəyəri 14960 (on dörd min doqquz yüz altmış) manat olan altmış səkkiz ədəd akasiya cinsli ağacları balta və istintaqa məlum olmayan motorlu mişar vasitəsilə qanunsuz kəsərək, Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinə və X7 14960 (on dörd min doqquz yüz altmış) manat dəyərində külli miqdarda ziyan vurmuş və bununla da Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də, o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12; 59.1.14. və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmişlərlə barışıq əldə etməsini, onlara vurulmuş zərəri aradan qaldırmasını, xəstəliklərini, məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, cəzanı yüngülləşdirən halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2; 158.2.1. və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Yəni, təqsirləndirilən şəxsin xx xxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə qədər 01 bir il 06 ay 03 gün müddətində həbsdə və ev dustaqlığında saxlanılma müddəti nəzərə alınmalı və təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edir ki, tərqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Gədəbəy RPŞ-nin saxlancında saxlanılan bir ədəd balta və Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətində saxlınılan 63 ədəd akasiya ağaclarının hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7000 manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 il 06 ay 03 gün həbs və ev dustaqlığında olması nəzərə alınsın, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cəza yüngülləşdirilsin və qəti olaraq, 200 (iki yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Gədəbəy RPŞ-nin saxlancında saxlanılan bir ədəd balta və Azəravtoyol X9 2 nömrəli X2 Yaşıllaşdırması və X3 Cəmiyyətinə təhvil verilmiş 63 ədəd akasiya ağaclarının hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cəzanın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar