Məhkəmə qərarları › İş №1(042)-2/2022

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-2/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-2/2022 24.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Kamil oğlu, təqsirləndirilən şəxs Məmmədov Zülfüqar Valeh oğlu və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Gədəbəy rayonu, Çalburun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olunmayan, Gədəbəy rayonu, Çalburun kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 30 mart 2021-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 fevral 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məmmədov Zülfüqar Valeh oğlu 26 may 2020-ci il tarixdə saat 18 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Gədəbəy rayonu, Çalburun kəndinin yaxınlığında yerləşən “Govdu” adlanan yaylaq sahəsində özünə məxsus bir baş donuzun qonşusu Zərərçəkmiş şəxs binəsinin qarşısında olan əkin sahəsinə daxil olduğu üçün, sonuncu onu çağırıb iradını bildirdiyinə görə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı əvvəlcə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən vurmuş, daha sonra binələrdən bir qədər aralıda qoyun otaran zərərçəkmiş şəxs Elşən İmamquliyevin arxasınca UAZ-69 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək getmiş və orada Zərərçəkmiş şəxs yaxın qohumu olan arvadı Şahid3 gözləri qarşısında sonuncuya əzab və iztirab verdiyini dərk edib bunu arzulayaraq xüsusi amansızlıqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruqla və sağ baldır nahiyəsinə daşla vuraraq sonuncuya başın şişkinliyi və sağ baldırın şişkinliyi qismində dərəcəsi təyin edilməyən və sol göz altını və qismən sol almacıq nahiyyəsini əhatə edən dərialtı hematoma, qançır, sol almacıq nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan hər iki gözdə travmatik fəsadlaşmış katarakta ilə nəticələnən Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına az-ağır zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, həyat yoldaşı Şahid1 və üç azyaşlı uşaqları ilə birlikdə Gədəbəy rayonu, Çalburun kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla xırda və iribuynuzlu heyvanlar, o cümlədən, donuz saxlayır. Həmkəndliləri Çalburun kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır. Onunla əvvəllər aralarında ədavəti, düşmənçiliyi olmamışdır. O, yay mövsümü ilə əlaqədar təsərrüfatında olan iri və xırda buynuzlu heyvanları, o cümlədən donuzları Çalburun kəndi ərazisində yerləşən “Govdu” adlanan yaylağa aparıb saxlamışdır. Həmin yaylaqda Zərərçəkmiş şəxs də öz şəxsi heyvanlarını saxlamışdır. Yaylaqda istifadə etmək üçün hər biri binəsinin ətrafını ağacdan hasara alaraq, gündəlik istifadə etmək üçün kartof, soğan və müxtəlif tərəvəz məhsulları əkib becərmişlər. 26 may 2020-ci il tarixdə təxminən, saat 18 radələrində bir baş donuzunun Zərərçəkmiş şəxs kartof sahəsinə girdiyini görüb onu çıxarmaq üçün getmək istəyəndə, Zərərçəkmiş şəxs onu çağırıb iradını bildirmişdir. O, isə Elşənə heç bir söz deməyib, binəsinin ətrafında şəxsi işləri ilə məşğul olmuşdur. Bu zaman Elşənin arvadı Kəmalə İmamquluyeva da donuzun kartof sahəsinə girməsinə görə onu nalayiq sözlərlə təhqir etmişdir. O, Elşənə bunu qəsdən etmədiyini demiş və onların arasında mübahisə yaranmışdır. Kəmalə İmamquluyeva əlinə torpaq topası götürüb onun üstünə atmışdır. Sonra bostanın hasarının bir tərəfində o, digər tərəfində isə Elşən olmaqla, əvvəlcə Elşən yumruqla onun sifətinə vumuş, o da özünü müdafiə etmək üçün onun sifətinə yumruqla vurmuşdur. Onların mübahisə etdiklərini görüb həyat yoldaşı Xəyalə gəlib onları ayırmış və onlar binələrinə getmişlər. Aradan bir neçə dəqiqə keçdikdən sonra o, özünə məxsus “UAZ-69” markalı avtomobili ilə yaşadıqları Çalburun kəndinə gedərkən binələrindən təxminən, 200-300 metr məsafədə Zərərçəkmiş şəxs qoyunlarının yanında görüb avtomobili saxlamış və yenidən onunla mübahisə etmişdir. Həmin vaxt Kəmalə də ora gəlib, əlində olan çubuqla onu vuraraq ona xəsarət yetirmişdir. Elşən də onun üstünə hücum edərək onu vurduğu üçün o, sonuncunun sifət nahiyyəsindən yumruq vurub qaçaraq oradan binəsinə getmişdir. Elşən ilə dalaşmaqlarından təxminən 30-40 dəqiqə keçmiş o, örüş sahəsindən heyvanlarını gətirmək üçün binədən çıxıb gedərkən Elşənin kənddən gəlmiş oğlu Hüseyn atasını döydüyü üçün onu nalayiq söyüşlərlə söymüşdür. Onu vurmaq istədikdə o, kənara çəkilmiş və onun ayağı sürüşərək yerə yıxılmışdır. Onun yıxılmağından istifadə edib Hüseyn İmamquluyev belində oturub yumruqla başına bir neçə dəfə zərbə ilə vurmuşdur. Həyat yoldaşı Xəyalə onu Hüseynin əlindən almaq istədikdə sonuncu, yumruqla Xəyalənin gözündən vurub ona xəsarət yetrimişdir. Sonra isə onlar binələrinə gəlmişlər. İmamquliyev Elşən ilə mübahisə və davaları təxminən 15-20 dəqiqə davam etmişdir. Elşən İmamquliyevə vurduğu zərbələrdən o, az ağır xəsarət ala bilməzdi. Ona görə də ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Kamil oğlu ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Çalburun kəndində yaşayır. O, təsərrüfatında iribiynuzlu və xırdabuynuzlu heyvanlar saxlayır. Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Şahid1 tanıyır. Əvvəllər aralarında ədavətləri olmamışdır. Həmişə olduğu kimi yay mövsümü ilə əlaqədar təsərrüfatında olan iribuynuzlu və xırdabuynuzlu heyvanları Çalburun kəndi ərazisində yerləşən “Govdu” yaylağına aparıb saxlayır. “Govdu” yaylağında bir neçə Çalburun kənd sakinləri olmaqla Təqsirləndirilən şəxs da öz malqarasını aparıb saxlayır. Binəsinin yan tərəfində yerləşən əkin sahəsində kartof, lobya, göy-göyərti əkib becərir. 26 may 2020-ci il tarixdə saat 19 radələrində Zülfüqara məxsus bir baş donuz gəlib onun əkin sahəsinə girmiş, o, donuzu əkin sahəsindən çıxarmış, Təqsirləndirilən şəxs iradını bildirmişdir. Zülfüqar Məmmədov onu söymüş, gəlib çəpərdən əlini uzadaraq onun jaketinin sağ çiyin nahiyyəsindən dartıb cırmış və əli ilə sinəsinə vurmuşdur. Bu vaxt qonşular gəlib Zülfüqarı ondan aralayıb aparmışlar. O, binəsinə gedib cırılmış paltarını dəyişib binədən təxminən 700-800 metr aralıda qoyun otarmağa getdikdə, Təqsirləndirilən şəxs özünə məxsus “VİLİS” markalı avtomobili ilə onun yanına gəlib, avtomobili saxlayaraq onu çağırıb “kişi deyilsən gəl otur maşına gedək dava edək” demişdir. O, Təqsirləndirilən şəxs avtomobilinin qapısını açıb oturmaq istədikdə, Nofəl Əli oğlu onun qolundan tutub avtomobildə oturmağına mane olmuşdur. Zülfüqar həmin vaxt maşından düşüb yenidən onu və ailə üzvlərini söymüş, üzərinə gedib əlində olan daşla sol gözünün alt nahiyyəsindən vurmuşdur. Həmin anda qonşular gələrək Zülfüqarı ondan biraz kənara aparmışlar. Sonuncu əlində olan daşı onun üzərinə atdıqda daş sağ ayağının topuq nahiyyəsindən dəymişdir. Bundan sonra o, 102 xidmətinə zəng edib Təqsirləndirilən şəxs tərəfindən döyülməyi barədə məlumat vermişdir. Daha sonra isə ayağından xəsarət aldığına görə yeriməkdə çətinlik çəkdiyi üçün həyat yoldaşı Kəmalənin köməyi ilə binələrinə gələrək Çalburun kəndində olan oğlu Hüseyn İmamquluyevə zəng edib oğluna gəlib onu kəndə aparmasını dediyinə görə təxminən 20-25 dəqiqə sonra Şahid2 yaylağa gəlmişdir. Yaylaqda Hüseyn onun gözünün alt nahiyyəsindən qan gəldiyini görüb nə olması ilə maraqlandıqda ona guya yıxıldığını demişdir. Lakin, Hüseyn onun yıxılmağına inanmayıb, kimləsə dalaşdığını düşünüb təkidlə nə olmasını soruşduqda, Zülfüqar qarşı tərəfdən gələrək “mən döymüşəm, gəl görüm nə demək istəyirsən” deyib onlar tərəfə gəldikdə, oğlu Hüseyn Zülfüqara tərəf getmişdir. Onlar arasında mübahisə olmuşdur. Bundan sonra polis əməkdaşları evlərinə gəlib ondan izahat almış, o, döyülməsi barədə Gədəbəy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin günün səhəri yəni, 27 may 2020-ci il tarixdə Gədəbəy Rayon Mərkəzi Xəsatəxanasına gəlib məhkəmə tibbi ekspetizasından müayinədən keçmişdir. Təqsirləndirilən şəxs mübahisə zamanı sərxoş vəziyyətdə olmuşdur. O, təqsirləndirlən şəxslə barışmamışdır. Ona görə də ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, o, ailə üzvləri ilə bilikdə Gədəbəy rayonu Çalburun kəndində yaşayır. Onlar şəxsi təsrrüfatlarında iri və xırdabuynuzlu heyvanlar saxlamaqla məşğluldurlar. Təqsirləndirilən şəxs və onun arvadı Şahid1 tanıyır. Onlar hər il olduğu kimi bu ildə yay mövsümü ilə əlaqədar olaraq təsərüffatlarında olan iri və xırdabuynuzlu heyvanlarını Çalburun kəndi ərazisində yerləşən “Govdu” yaylağına aparıb saxlamışlar. Həmkəndliləri Zülfüqar Məmmədov da özünə məxsus heyvanları aparıb “Govdu” yaylağında saxlamışdır. Zülfüqarın binəsi ilə onların binəsi arasında təxminən 70-80 metr məsafə var. Binələrin arasında heyvanları bir-birlərinin həyətinə keçməsin diyə taxtadan çəpər çəkilmişdir. Hər kəsin öz binəsinə yaxın məsafədə əkin sahəsi vardır. Onlar da binənin yan tərəfində sahədə istifadə etmək üçün kartof, lobya və göy-göyərti əkib becərmişdir. 26 may 2020-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı ilə birlikdə binənin yaxınlığında çörək bişirmək üçün kürsü düzəldərkən qonşusu Şəmsinin arvadı Kifatyət onu çağırıb Zülfüqara məxsus bir baş donuzun onların əkin sahəsinə girdiyini demişdir. X15 çağırıb “heyvanı mənim əkin sahəmə ziyan vurur, heyvanına niyə yiyəlik etmirsən demişdir”. Həmin vaxt Zülfüqar Elşəni çəpərin kənarına çağırıb nalayiq söyüşlərlə söyüb təhqir etmiş, əlini uzadıb çəpərdən Elşənin sinəsinə vuraraq, jaketini cırmışdır. Zülfüqarla Elşənin süpürləşdiyini görən qonşulardan Əfqan, Nofəl, Şəmsi və Zülfüqarın arvadı Xəyalə Zülfüqarı çəkib kənara aparmışlar. Onlar isə öz binələrinə getmişlər. Aradan təxminən 2-3 saat keçdikdən sonra Elşən binələrindən təxminən 800-900 metir aralı məsafədə yerləşən örüş sahəsində xırdabuynuzlu heyvanlarını otarmağa getmişdir. O, isə binənin yaxınlığında tikilmiş olan kürsünün yanında oturarkən Zülfüqarın özünə məxsus avtomobilini idarə edib Elşənin heyvanları otardığı örüş sahəsi istiqamətində getdiyini gördükdə Zülfüqarın gedib, Elşənlə dava edə biləcəyini düşünüb onların ardınca getmişdir. Örüş sahəsinə gedən yolun yoxuş olmasına görə o, kənd istiqamətində olan düz yola dönüb baxanda görmüşdür ki, Zülfüqar gedib avtomobilini örüş sahəsində olan heyvanların yanında saxlamış və avtomobildən düşüb Elşəni çağırdığına görə Zülfüqarla birlikdə onun avtomobilinə minmişdir. Bu vaxt o, həyacanlı şəkildə onların yanına gedərkən Xəyalə, qonşulardan Əfqan, Şəmsi və Tünzalə də onun ardınca gəlmişlər. O, Elşəngilin yanına çatmaq üçün tez-tez yeriyərkən Nofəlin avtomobilə yaxınlaşıb Elşəni və Zülfüqarı avtomobildən düşürdüyünü görmüşdür. Onlar həmin yerdə danışmağa başlamış amma ara məsafələri təxminən 300 metr olmasına görə nə haqda danışdıqlarını və Zülfüqarın Elşəni nə məqsədlə avtomobilə mindirməsini bilməmişdir. O, Elşəngilin yanına çatar-çatmaz Zülfüqar onun üzərinə hücum çəkəndə X15n qarşısına keçib Zülfüqarın onu vurmasına mane olduğuna görə Zülfüqar Elşənin sifətindən vurmuş və sonuncunun sol göz altı nahiyyəsindən qan gəlmişdir. Zülfüqarın Elşəni nə ilə vurmasını bilməmişdir. Qonşulardan Əfqan, Əli və Nofəl yenə Zülfüqarı tutub Elşəndən aralıyarkən Zülfüqar daş götürüb Elşən olan istiqamətə atmışdır. Bundan sonra Zülfüqarı qonşuların və arvadı Xəyalənin köməyi ilə Elşəndən ayırmışlar. Həmin anda Elşən DİN-nin 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Daha sonra onlar Zülfüqargilin yanından bir qədər uzaqlaşıb gələrkən Zülfüqar arxalarınca onları təhqir etmişdir. Onlar Zülfüqarın sözlərinə məhəl qoymayıb yollarına davam etmişlər. X16 kəndində olan oğlu Hüsen İmamquliyeva zəng edərək gəlib onu kəndə aparmasını demişdir. Aradan 20-25 dəqiqə keçdikdən sonra Hüseyn yaylağa gəlmişdir. Hüseyn atası Elşənin xəsarətlərini görüb maraqlandıqda, ona atasının kürsüdən yıxıldığını demişlər. Lakin Zülfüqar qarşı tərəfdən gələrək “mən döymüşəm atanı, gəl sözünü mənə de” deyib Hüseyni yaynına çağırmışdır. Bundan sonra Hüseynlə Zülfüqar arasında da dava olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, o, həyat yoldaşı Təqsirləndirilən şəxs və iki azyaşlı uşaqları ilə birlikdə Gədəbəy rayonu, Çalburun kəndində yaşayır. Əvvəllər aralarında ədavətləri, düşmənçilikləri olmamışdır. Yay mövsümü ilə əlaqədar olaraq təsərrüfatında olan iri və xırdabuynuzlu heyvanları Çalburun kəndi ərazisində yerləşən “Govdu” yaylağına aparıb saxlayırlar. Onların da Zərərçəkmiş şəxs də kartof əkib becərdiyi sahələri var. 26 may 2020-ci il tarixdə saat 20 radələrində onlara məxsus bir baş donuzu arxaca gətirərkən qabağından qaçıb Zərərçəkmiş şəxs kartof sahəsinə girmiş, lakin heyvanın özü sahədən çıxmışdır. O, donuzu gətirib çəpərə salmış, özü isə evə getmişdir. Bu zaman Elşənin arvadı Kəmalənin həyat yoldaşı Zülfüqarın ünvanına söyüş söydüyünü eşitmiş, ancaq əhəmiyyət verməmişdir. Kəmalə söyə-söyə əlinə torpaq topası alıb Zülfüqarın üzərinə atmış. Elşənlə Zülfüqar arasında dava baş vermiş. Onlar bir-birilərinə zərbələr endirmişlər. Elşən ilə Zülfüqarın dava etdiklərini görüb yaxınlaşıb, Zülfüqarı evə gətirmişdir. Davadan bir qədər keçdikdən sonra Zülfüqar öz idarə etdiyi avtomobil ilə Çalburun kəndinə getmək üçün yola düşmüşdür. O, xırdabuynuzlu heyvanlarına nəzarət etmək üçün evin arxa tərəfinə getdikdə, Elşənin kəndə gələn yolda Zülfüqar ilə nəsə danışdıqlarını görmüşdür. Elşənin arvadı Kəmalə təlaşlı halda yolun kənarından əlinə çubuq götürüb Zülfüqar və Elşənin söhbət etdikləri yol istiqamətinə getmişdir. O,Kəmalənin ardınca Zülfüqargilin tərəf getmişdir. Kəmalə Zülfüqarın yanına çatan kimi əlindəki çubuqla sonuncunun sifətinə, başına vurmuşdur. Elşən də bu zaman Zülfüqarı vurmağa başlamışdır. O, yaxınlaşaraq davaya mane olmağa çalışdıqda Kəmalə əlində olan tikanlı çubuqla onun sifət nahiyyəsindən vurmaq istədikdə sağ qolunu üzünə tutduğu üçün çubuq qoluna dəymişdir. O, Zülfüqarı Elşəngildən aralayıb evə gətirmişdir. Təxminən yarım saat sonra Zülfüqar azyaşlı uşaqları ilə birlikdə heyvanlarını gətirməyə getdikdə, uşaqlarının qışqırıq səslərini eşidib Elşənin oğlu Hüseyn və arvadı Kəmalənin birləşib Zülfüqarı döydüklərini görmüşdür. Zülfüqar Elşəngilin əlindən çıxıb qaçmaq istədikdə Hüseyn yumruqla Zülfüqarın başının arxa nahiyyəsindən vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Çalburun kəndində yaşayır. Təqsirləndirilən şəxs, sonuncunun həyat yoldaşı Şahid1 həmkəndli kimi tanıyır. Əvvəllər aralarında ədavətləri olmamışdır. 2020-ci ilin yay mövsümü ilə əlaqədar atası, anası öz şəxsi xırdabuynuzlu və iribuynuzlu heyvanlarını aparıb “Govdu” yaylağında saxlayır. O, isə mütamadi olaraq gedib heyvanların saxlanması üçün valideyinlərinə kömək edir. Təqsirləndirilən şəxs da öz şəxsi heyvanlarını “Govdu” yaylağında qonşuluqda saxlayır. Yaylaqda olan hər bir şəxs binəsinin yanında ağacdan hasar çəkərək göy-göyərti, kartof əkib becərir. 26 may 2020-ci il tarixdə təxminən saat 18 radələrində Gədəbəy rayonu, Çalburun kəndində evində olarkən atası İmamquliyev Elşən zəng edərək ayağının zədələndiyini bildirmiş, avtomobillə gəlib, onu kəndə gətirməyini xahiş etmişdir. O, “Govdu” yaylağına gəlmiş, binələrinin qarşısında atası Elşənin sifətindən qan axdığını görmüşdür. Atasından nə baş verməsini soruşduqda, atası və anası olanları ondan gizləsələr də təxminən 35-40 metr aralı məsafədən Təqsirləndirilən şəxs atasını o, döydüyün bildirmiş və onu da dava etməyə çağırmışdır. O, əsəbləşib Zülfüqara tərəf qaçmış, lakin ayağı ilişmiş və yerə yıxılmışdır. Qonşular onları dava etməyə qoymamışlar. Onun atası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, polis əməkdaşları evlərinə gəlib izahat və ərizə almışlar. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid5 ifadə verərək, bildirmişdir ki, yay mövsümü ilə əlaqədər olaraq heyvanlarını Gədəbəy rayonu “Govdu” yaylağına aparıb saxlayır. “Govdu” yaylağında qonşu olan Təqsirləndirilən şəxs, onun həyat yoldaşı Şahid1, Zərərçəkmiş şəxs, onun həyat yoldaşı Kəmaləni və oğlu Hüseyni tanıyır. Əvvəllər aralarında ədavətləri olmamışdır. 26 may 2020-ci il tarixdə saat 20 radələrində binəsinin yanında becərdiyi kartof məhsulunun alağını təmizləyərkən səs-küy eşidib yaxınlaşdıqda, Təqsirləndirilən şəxs bir baş donuzunun Elşən İmamquliyevin kartof sahəsinə girdiyinə görə aralarında mübahisə yarandığını və dalaşdıqlarını eşitmişdir. Lakin onların davasını özü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonunun Çalburun kəndində yaşayır. Təqsirləndirilən şəxs, onun həyat yoldaşı Şahid1, Zərərçəkmiş şəxs Şəmil oğlunu, onun oğlu Şahid2i həmkəndli kimi tanıyır. Əvvəllər aralarında düşmənçilikləri olmamışdır. Yay mövsümü ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayından öz şəxsi heyvanlarını aparıb Gədəbəy rayonunun “Govdu” adlanan yaylaq sahəsində saxlayır. 26 may 2020-ci il tarixdə təxminən saat 16 radələrində ulaqla gedib meşə sahəsindən odun gətirdikdən sonra örüş sahəsindən gələn heyvanlarını seçərkən yaxınıqda olan binələrin qarşısında dava-dalaş baş verdiyini bilmişdir. Lakin eşitmə qüsuru olduğu üçün kimin-kimlə dalaşdığını bilməmişdir. Sonradan Zülfüqarın bir baş donuzunun Zərərçəkmiş şəxs əkin sahəsinə daxil olduğuna görə aralarında mübahisə yarandığını və dalaşdıqlarını və bundan sonra Şahid2in kənddən yaylağa gedərək Zülfüqar ilə dalaşdığını eşitmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Hadisə yerinə baxış keçirilməsi haqqında 27 may 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Miskinli kəndində “Govdu” adlanan yaylaq sahəsi Daşkəsən rayonu istiqamətdə sağ üst tərəfində yerləşən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus binələrin sərhəd çəpərlərinin yaxınlığında və yolun üst tərəfində yerləşən bulağın üst tərəfidir. Təqsirləndirilən şəxs həmin ərazidə döyüldüyünü bildirmişdir, mübahisə oradan çəpərlərin yanında başlamış sonra isə binələrdən aşağı hissədə və otlaq ərazisində davam etmişdir. Hadisənin baş verdiyi ərazinin sol tərəfində Nofəl, İman və Fərhad adlı şəxslərə məxsus binələr yerləşir, sol tərəfində sonuncu binə Allahverdi adlı şəxsə məxsusdur, yolun sağ tərəfində olan binə Mehman adlı şəxsə məxsusdur, bundan sonra ardıcıl olaraq Mamed, Elşən və Xəyal adlı şəxslərə məxsus binələr yerləşmişdir. Hadisənin baş verdiyi ərazi daşlıq və nahamar olmaqla Elşən adlı şəxsin binəsinə yaxın yerləşir. Hadisənin davamının baş verdiyi ərazi İlham adlı şəxsin binəsinin alt tərəfində nahamar yerdə yerləşməklə nahamar relyefə malik olan ərazidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X14 27 may 2020-ci il tarixli 335 saylı tibbi rəyinə 01 saylı əlavədən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər başın şişkinliyi, sol göz altını və qismən sol almacıq nahiyyəsini əhatə edən dəri altı hematoma qançır, sol almacıq nahiyyəsinin əzilmiş yarası ilə müşaiyət olunan hər iki gözdə travmatik fəsadlaşmış katarakta, sağ baldırın şişkinliyi küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsiviri hissəsində göstərilən 26 may 2020-ci ilə uyğundur. Qeyd olunan xəsarətlərdən başın şişkinliyi, sol göz altını və qismən sol almacıq nahiyyəsini əhatə edən dərialtı hematoma qançır, sol almacıq nahiyyəsinin əzilmiş yarası ilə müşaiyət olunan hər iki gözdə travmatik fəsadlaşmış katarakta sağlamlığın az ağır zəzər vurmaya aiddirlər, digər xəsarət isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərcəsi təyin edilmir. İşdə olan 18.09.2021-ci il tarixli, 453 saylı təkrar məhkəmə ekspertizası Rəyindən görünür ki, 1. E.Ş.İmamquliyevin 27.05.2020-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı başında şişkinlik, sol göz altının qismən sol almacıq nahiyəsinə keçən dərialtı hematoması, qançırı, sol almacıq nahiyəsinin əzilmiş yarası, sağ baldırın şişkinliyi aşkar edilmişdir. Onun 08.01.2021-ci il tarixdə Gəncə şəhər oftomoloji xəstəxanasında müayinəsi zamanı hər iki gözdə fədaslaşmış katarakta, zəif dərəcəli hipermetropiya diaqnozu qoyulmuşdur. Həmin fəsadlaşmış kataraktanın travmatik mənşəli olması da göz həkimi tərəfindən inkar edilməmişdir. Odur ki, yuxarıda qeyd edilən bütün xəsarətlər- bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni, 26.05.2020-ci ilə tarixə uyğun gələ bilər və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər.

2. E.Ş.İmamquliyevin adına istər 27.05.2020-ci il tarixdə, istərsə də 05.04.2021 -ci il tarixdə tərtib edilmiş rəylərin hər birinin nəticəsi təsviri hissəyə uyğun olmuşdur. Belə ki, ilkin rəyin tərtibatı zamanı şəxs səhhəti ilə əlaqədar, o cümlədən gözlərinin zəif görməsi ilə əlaqədar şikayət etməmiş bu səbəbdən də göz həkiminə müayinəyə göndərilməmişdir. 05.04.2021-ci il tarixli rəyin tərtibatı zamanı isə E.Ş.İmamquliyev gözlərinin zəif görməsi ilə əlaqədar şikayət etdiyindən Gəncə şəhəri Göz xəstəxanasına müayinəyə göndərilmiş rəyin tərtibatı zamanı aşkar edilənlər travma mənşəli olduğu müəyyən edildiyindən buna uyğun rəy tərtib edilmişdir.

3. “Katarakta” görmə qabiliyyətinin zəifləməsi-billurun bulanması müxtəlif səbəblərdən yaranır. Buna şəkərli diabetli xəstələr, yaşlı şəxslər, gözün travması və sair misal ola bilər. İşdə olan Gədəbəy Rayon Mərkəzi X9 şəxs tərəfindən verilmiş Arayışdan görünür ki, Gədəbəy rayonu, Çalburun kənd sakini 1973-cü il təvəllüdlü X3 ümumi səbəbdən İİ dərəcəli əlillik təyin edilibmişdir. Növbəti komissiya vaxtı ona həqiqətən 26.09.2012-ci il tarixdən ümumi səbəbdən İİ dərəcəli müddətsiz əlillik təyin edilib. DZ: - "Revmatizm aktiv faza, aktivlik İİ dərəcə, qaydan revmokardit, mitral qapaq çatışmazlığı, qan dövranı çatışmazlığı İİ dərəcə." Əsas: 29 N-li tibbi-sosial ekspert komissiyasının 26.09.2012- cil 2621-li aktın çıxarışı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 26 may 2020-ci il tarixli, 200 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədiilə aparılan tibbi müayinə protokolundan göründüyü kimi Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş var. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Məmmədov Zülfüqar Valeh oğlu əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, təqsirləndirlən şəxsin himayəsində olan azyaşlı uşaqlar X6 15 fevral 2022-ci il tarixdə, X5 25 may 2012-ci il tarixdə və X4 21 fevral 2014cü il tarixlərdə doğulmuşlar. İşdə olan Gədəbəy RİHB-nın Çalburun Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Məmmədov Zülfüqar Valeh oğlu müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertin rəyini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib sübut kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 127.2.2-ci maddəsinə əsasən isə eyni əməllər xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9 v. 9.1-ci hissələrinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır Həmin Qərarın 28-ci hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Rеspublikası CPM-nin 44.2. 44.2.2-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda, təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 39.1. və 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında təhqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 26 may 2020-ci il tarixdə saat 18 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Gədəbəy rayonu, Çalburun kəndinin yaxınlığında yerləşən “Govdu” adlanan yaylaq sahəsində özünə məxsus bir baş donuzun qonşusu Zərərçəkmiş şəxs binəsinin qarşısında olan əkin sahəsinə daxil olduğu üçün, sonuncu onu çağırıb iradını bildirdiyinə görə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı əvvəlcə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən vurmuş, daha sonra binələrdən bir qədər aralıda qoyun otaran zərərçəkmiş şəxs Elşən İmamquliyevin arxasınca UAZ-69 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək getmiş və orada Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruqla və sağ baldır nahiyəsinə daşla vuraraq sonuncuya başın şişkinliyi və sağ baldırın şişkinliyi qismində dərəcəsi təyin edilməyən və sol göz altını və qismən sol almacıq nahiyyəsini əhatə edən dərialtı hematoma, qançır, sol almacıq nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan hər iki gözdə travmatik fəsadlaşmış katarakta ilə nəticələnən Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına az-ağır zərər yetirmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirlən şəxsin əməlində onun törədiyi əməlin xüsusi amansızlıq kimi tövsüf edilməsi üçün zəruri olan halların məcmusu yoxdur. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, əməlin xüsusi amansızlıqla törədəilməsinin tövsüfü zamanı təqsirləndirilənin bu əməli hər hansı başqa amansızlıq deyil, məhz xüsusi amansızlıq, yəni, müstəsna rəhmsizlik və qəddarlıqla törətməsi sübut edilməlidir. Lakin tərəflər arasında baş vermiş dava qısa zaman kəsiyi ərzində davam etmiş, təqsirləndirlən şəxsin zərərçəkmiş şəxsə onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etməklə xəsarət yetirmək niyyəti və qəsdi müəyyən edilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsindən 127.1-ci maddəsinə tövsüf edilməli, ona cəza təyin edilməli, “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən o, təyin edilmiş cəzadan azad edilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası CPMnin 39.1.12; 44.2; 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən o, təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar