Məhkəmə qərarları › İş №1(042)-2/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-2/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-2/2023 23.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X39 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X30, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2tiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 312-1.1-ci maddələri ilə və xx.xx.1959-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, 29 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş, hazırda 11 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının həkim eksperti vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Xaçmaz rayonunda yeni tikilidə kirayəçi yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirmələrinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 övladı Quluyev Etimad İsmayıl oğlunun sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin iyun ayında özünə müraciət etmiş X31 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsini bildirərək Quluyev Etimad İsmayıl oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Etimad Quluyevin “keçirilmiş qapalı kəllə beyin travması, hipertenzion sindrom, teztez baş verən qıcolma tutmaları ilə” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2021-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 29 iyun 2015-ci il tarixli **********01 saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra, bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, cinayətdən xəbərsiz mərkəzin direktoru X26 tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Etimad Quluyevin anası və qəyyumu X31 6 may 2015-ci il tarixdən 1 iyun 2017-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 12 noyabr 2015-ci il tarixli 411 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X31 1 aprel 2019-cu il tarixdən 1 sentyabr 2021-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Aygün Quluyevaya 6 may 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 8.003,35 manat (səkkiz min üç manat otuz beş qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 30 avqust 2021-ci il tarixədək ümumilikdə 1.448 (bir min dörd yüz qırx səkkiz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867*******1428 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta sənədlərdən qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, təkrarən, övladı Tağıyev Sarvan Asif oğlunun sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin iyul ayında özünə müraciət etmiş Tağıyev Asif Nazim oğluna özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 Sarvan Tağıyevdə sağlamlıq imkanları məhdud hesab edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə, müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Asif Tağıyevdən maddi nemət olan 500 manat məbləğində pul vəsaitini 2015-ci ilin iyul ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü üçün birbaşa yolla istəyib maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq, şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsini davam edərək, törətdiyi əməli gizlətmək, eləcə də Tağıyev Sarvan Asif oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Sarvan Tağıyevin “kvadroplegik spastik serebral iflic, kvadroplegik spesifik serebral iflic xəstəliyi”ndən əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2025-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 9 iyul 2015-ci il tarixli **********01 saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra təkrarən, bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə çıxarışın surətini Asif Tağıyevə, əslini isə Sarvan Tağıyevə verib, sonuncu vasitəsilə həmin saxta sənədi müvafiq olaraq Gədəbəy şəhərində yerləşən müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Sarvan Tağıyevin anası və qəyyumu X41 29 iyun 2015-ci il tarixdən 26 noyabr 2025-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 23 noyabr 2015-ci il tarixli 429 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X41 1 aprel 2019-cu il tarixdən 26 noyabr 2025-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Şəkər Tağıyevaya 29 iyun 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.889,47 manat (yeddi min səkkiz yük səksən doqquz manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******0304 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, övladı Tağıyeva Fatimə Nəsimi qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin iyul ayında özünə müraciət etmiş Şahid2 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsini bildirərək, Tağıyeva Fatimə Nəsimi qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Fatimə Tağıyevanın “kvadroplegik spastik serebral iflic, kvadroplegik spesifik serebral iflic xəstəliyi”ndən əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2030-cu ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 9 iyul 2015-ci il tarixli **********1 saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra, təkrarən, bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, cinayətdən xəbərsiz mərkəzin direktoru X26 tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Fatimə Tağıyevanın anası və qəyyumu X42 29 iyun 2015-ci il tarixdən 1 iyul 2017-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 23 noyabr 2015-ci il tarixli 430 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X42 1 aprel 2019-cu il tarixdən 29 noyabr 2030-cu il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Leyla Əsədovaya 29 iyun 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.889,47 manat (yeddi min səkkiz yüz səksən doqquz manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******1118 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta sənədlərdən təkrarən qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, təkrarən, övladı X27nun sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş Şahid9 Zülfüqar qızına özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsini bildirərək, X27na sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Elmin Dünyamalıyevin “keçirilmiş qapalı kəllə beyin travmasının hipertenzion sindrom, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2027-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 23 noyabr 2015-ci il tarixli **********1 saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra, təkrarən, bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, cinayətdən xəbərsiz mərkəzin direktoru X26 tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Elmin Dünyamalıyevin anası və qəyyumu Şahid9 Zülfüqar qızına 23 noyabr 2015-ci il tarixdən 30 sentyabr 2027-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 9 iyun 2016-cı il tarixli 90 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, Şahid9 1 aprel 2019-cu il tarixdən 30 sentyabr 2027-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Şahid9 23 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.567,87 manat (yeddi min beş yüz altmış yeddi manat səksən yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867*******3737 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta sənədlərdən təkrarən qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, 05 iyun 2015-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib nəvəsi Ələkbərova Nazlı Əflatun qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş Şahid6 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 Nazlı Ələkbərovada sağlamlıq imkanları məhdud hesab edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə və müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Şahid6 maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitini 2015-ci ilin noyabr ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü və əlbir olduğu X36 üçün aralarındakı cinayətkar razılığa əsasən birbaşa yolla istəyib maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini özü və Rəhim Hacıyev üçün birbaşa yolla almaqla, qabaqcadan əlbir olduğu Rəhim Hacıyev ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayətkar niyyətinin realizəsini davam edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək, eləcə də Ələkbərova Nazlı Əflatun qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Nazlı Ələkbərovanın “keçirilmiş qapalı kəllə beyin travması, hipertenzion sindrom, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2031-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 29 noyabr 2015-ci il tarixli **********1 saylı, həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşən inzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra, “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə təkrarən, həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Nazlı Ələkbərovanın anası və qəyyumu X18 29 noyabr 2015-ci il tarixdən 29 noyabr 2031-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 11 iyul 2016-cı il tarixli 111 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X18 1 aprel 2019-cu il tarixdən 31 oktyabr 2031-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Simurə Ələkbərovaya 29 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.554,47 manat (yeddi min beş yüz əlli dörd manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******7487 nömrəli hesaba köçürülməklə həmin pul vəsaitinin sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəhim Hacıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, övladı Məmmədli Aytac Fariz qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş X12 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsini bildirərək, Məmmədli Aytac Fariz qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Aytac Məmmədlinin “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2028-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 23 noyabr 2015-ci il tarixli **********1 saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra, təkrarən, biləbilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, cinayətdən xəbərsiz mərkəzin direktoru X26 tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Aytac Məmmədlinin anası və qəyyumu X12 23 noyabr 2015-ci il tarixdən 1 mart 2028-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 5 fevral 2016-cı il tarixli 517 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, Rəsmiyə Məmmədovaya 1 aprel 2019-cu il tarixdən 15 mart 2028-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Rəsmiyə Məmmədovaya 23 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.567,87 manat (yeddi min beş yüz altmış yeddi manat səksən yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867*******1770 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta sənədlərdən təkrarən qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, 05 iyun 2015-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib nəvəsi Namazova Gültac Səddam qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş Şahid3 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 Gültac Namazovada sağlamlıq imkanları məhdud hesab edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə və müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Şahid3 maddi nemət olan 200 manat məbləğində pul vəsaitini 2015-ci ilin noyabr ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü və əlbir olduğu X36 üçün aralarındakı cinayətkar razılığa əsasən birbaşa yolla istəyib maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü və Rəhim Hacıyev üçün birbaşa yolla alaraq, qabaqcadan əlbir olduğu Rəhim Hacıyev ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, cinayətkar niyyətinin realizəsini davam edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək, eləcə də Namazova Gültac Səddam qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Gültac Namazovanın “Postensefalit sindrom. Perinatal-toksiki-hipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2032-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 10 noyabr 2015-ci il tarixli **********1 saylı, həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşən inzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra, “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə təkrarən, həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Gültac Namazovanın anası və qəyyumu X32 10 noyabr 2015-ci il tarixdən 19 dekabr 2032-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 25 aprel 2016-cı il tarixli 60 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X32 19 dekabr 2032-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Günay Namazovaya 10 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.596,90 manat (yeddi min beş yüz doxsan altı manat doxsan qəpik) sosial müavinətin, 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******0464 nömrəli hesaba köçürülməklə həmin pul vəsaitinin sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəhim Hacıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən, övladı Bayraməliyeva Ləman Sakit qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş X4 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 Ləman Bayraməliyevaya sağlamlıq imkanları məhdud hesab edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə və müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Sakit Bayraməliyevdən maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini 2015-ci ilin noyabr ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü üçün birbaşa yolla istəyib maddi nemət olan 200 (iki yüz) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla alaraq, şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətinin realizəsini davam edərək, törətdiyi əməli gizlətmək, eləcə də Bayraməliyeva Ləman Sakit qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Ləman Bayraməliyevanın “Postensefalit sindrom. Perinatal-toksiki-hipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2026-cı ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 23 noyabr 2015-ci il tarixli O********** saylı, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan şəraitdə tərtib edib “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə çıxarışın əslini Sakit Bayraməliyevə verib, sonuncu vasitəsilə təkrarən, həmin saxta sənədi müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Ləman Bayraməliyevanın anası və qəyyumu X13 23 noyabr 2015-ci il tarixdən 19 may 2026-cı il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 5 fevral 2016-cı il tarixli 516 saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X13 1 aprel 2019-cu il tarixdən 19 may 2026-cı il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Fərqanə Məmmədovaya 23 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 7.500 (yeddi min beş yüz) manat sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******9342 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, 05 iyun 2015-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir Tibbi Sosial Ekspert Komissiyasının 01 iyul 2005-ci il tarixli qərarı ilə “Sağ gözdə travmatik katarakta” diaqnozu ilə müddətsiz 3-cü dərəcə əlillik təyin edilmiş, lakin 2-ci dərəcə əlillik təyin edilməsində köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş X19 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 ona 2-ci dərəcə əlilliyin təyin edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya 2-ci dərəcə əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə və müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Səfa Hüseynovdan maddi nemət olan 400 manat məbləğində pul vəsaitini 2015-ci ilin noyabr ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü və əlbir olduğu X36 üçün aralarındakı cinayətkar razılığa əsasən birbaşa yolla istəyib maddi nemət olan 400 (dörd yüz) manat məbləğində pul vəsaitini özü və Rəhim Hacıyev üçün birbaşa yolla almaqla, qabaqcadan əlbir olduğu Rəhim Hacıyev ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayətkar niyyətinin realizəsini davam edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək, eləcə də X19 2-ci dərəcə əlilliyin müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Səfa Hüseynovun “Sağ gözdə travmatik katarakta, VOD=0.7.VOS=0.1” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun barəsində müddətsiz 2-ci dərəcə əlilliyin müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 25 noyabr 2015-ci il tarixli Z4B1EK10003 saylı həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşən inzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra, “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə təkrarən, həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən X19 25 noyabr 2015-ci il tarixdən müddətsiz sosial müavinətin təyin edilməsi haqqında qərarın qəbul edilməsinə nail olmaqla, Səfa Hüseynova 25 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.018 (bir min on səkkiz) manat sosial müavinətin ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-də olan 676867******8457 nömrəli hesaba köçürülməklə həmin pul vəsaitinin sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəhim Hacıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Bundan başqa, o, 05 iyun 2015-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib övladı Şahid5 2-ci dərəcə əlilliyin müəyyən edilməsinə köməklik göstərilməsi üçün 2015-ci ilin noyabr ayında özünə müraciət etmiş X43 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsini bildirərək, Şahid5 2-ci dərəcə əlilliyin müəyyən edilib bununla əlaqədar pensiyanın təyin olunmasına nail olmaq üçün qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Şahid5 “Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez baş verən qıcolma tutmaları ilə, şəxsiyyət dəyişkənliyi ilə” diaqnozundan əziyyət çəkməsi və bu səbəbdən onun barəsində müddətsiz 2-ci dərəcə əlilliyin müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” alt sistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 15 aprel 2015-ci il tarixli 8P5AYTO0003 saylı, həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşən inzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra, “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə təkrarən, həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, cinayətdən xəbərsiz şöbənin müdiri X45 tərəfindən Şahid5 15 aprel 2015ci il tarixdən müddətsiz pensiyanın təyin edilməsi haqqında 6 noyabr 2015-ci il tarixli 640 saylı qərarın qəbul edilməsinə nail olmaqla, Şahid5 15 aprel 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 14.405,13 manat (on dörd min dörd yüz beş manat on üç qəpik) pensiyanın ödənilməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən "xxxx" ASC-də olan 676867*******6948 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, təkrarən əlbir olduğu Rəhim Hacıyevlə birlikdə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış və bilə-bilə saxta sənədlərdən tərkarən əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qanunsuz olaraq istifadə etmişdir. Bundan başqa, o, 05 iyun 2015-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib övladı Əlinağıyeva Lamiyə Kamran qızının sağlamlıq imkanları məhdud hesab edilən şəxs qismində müəyyən edilməsi və ona qulluq edən şəxs kimi sosial müavinətin təyin edilməsində köməklik göstərilməsi üçün 2016-cı ilin mart ayında özünə müraciət etmiş Şahid1 özünün 2013-cü ilin əvvəllərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi qismində işləməsi ilə əlaqədar həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru X6 Lamiyə Əlinağıyevada sağlamlıq imkanları məhdud hesab edilməsinə əsas verəcək hər hansı bir xəstəliyi olmadığı halda onda guya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə və müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərara qanunsuz təsir etmək imkanına malik olmasını bildirib, bunun üçün Şahid1 maddi nemət olan 1.500 manat məbləğində pul vəsaitini 2016-cı ilin mart ayında 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında özü və əlbir olduğu X36 üçün aralarındakı cinayətkar razılığa əsasən birbaşa yolla istəyib maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini özü və Rəhim Hacıyev üçün birbaşa yolla alaraq, qabaqcadan əlbir olduğu Rəhim Hacıyev ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayətkar niyyətinin realizəsinə davam edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək, eləcə də Əlinağıyeva Lamiyə Kamran qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilib bununla əlaqədar sosial müavinətin təyin olunmasına nail olmaq məqsədilə qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən, hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompyuter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya Lamiyə Əlinağıyevanın “kvadroplegik spastik serebral iflic, kvadroplegik spesifik serebral iflic xəstəliyi”ndən əziyyət çəkməsi və bu səbəbdən onun 18 yaşınadək, yəni 2025-ci ilədək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan 27 iyul 2016-cı il tarixli 7WXWOFN0003 saylı, həkim məsləhət komissiyasının qərarından çıxarışı məlum olmayan vaxtda və şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşən inzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra, “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla hazırladıqdan sonra bilə-bilə həmin saxta çıxarışdan qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə təkrarən, həmin saxta çıxarışın əslini müvafiq olaraq Gədəbəy şəhərində yerləşən müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməklə, sonuncu tərəfindən sağlamlıq imkanları məhdud şəxsə qulluq edən hesab edilən Lamiyə Əlinağıyevanın anası və qəyyumu X33 27 iyun 2016-cı il tarixdən 3 mart 2025-ci il tarixədək sosial müavinətin təyin edilməsi haqqında 22 sentyabr 2016-cı il tarixli 179 saylı saylı qərarın qəbul edilməsinə, habelə Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən, X33 1 aprel 2019-cu il tarixdən 3 mart 2025-ci il tarixədək aylıq 50 (əlli) manat təqaüd təyin edilməsinə nail olmaqla, Aynurə Əhmədovaya 27 iyul 2016-cı il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 6.983,94 manat (altı min doqquz yüz səksən üç manat doxsan dörd qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ümumilikdə 1.500 (bir min beş yüz) manat təqaüdün ödənilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-də olan 676867******6033 nömrəli hesaba köçürülməklə sonuncu və ailə üzvləri tərəfindən bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olaraq, qeyd edilənlərlə əlaqədar Məsud Məmmədovun qərarına, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəhim Hacıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 7 may 2015-ci il tarixli 09/12-107 saylı əmrlə təyin edilməklə 12 may 2015-ci il tarixdən 21 dekabr 2015-ci il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 29 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsini icra edərkən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 dekabr 2006-cı il tarixli 16 №-li qərarı ilə təsdiq edilmiş “Sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X24”ndakı Tibbi-Sosial Ekspert Komissiyasının sədrinin vəzifə təlimatına əsasən, xidmət göstərilən ərazinin Tibbi-Sosial Ekspert Komissiyasına rəhbərlik etmək, “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında əsasnamə”yə uyğun olaraq Komissiyanın işini təşkil etmək, Tibbi-Sosial Ekspert Komissiyasının üzvlərinin, eləcə də tabelikdə olan işçilərin işinə nəzarət etmək, əlillik problemlərinə dair məsələlərin həlli məqsədi ilə Tibbi- Sosial Ekspert Komissiyasının xidmət göstərdiyi ərazinin tibb müəssisələri ilə qarşılıqlı işgüzar əlaqələrinin yaradılmasını təmin etmək, yerli icra hakimiyyətlərinə, həmkarlar ittifaqı təşkilatlarına, idarə və müəssisələrin rəhbərlərinə əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin reabilitasiyası və bu istiqamətdə aparılmalı profilaktik tədbirlər barədə məlumat vermək, Tibbi-Sosial Ekspert Komissiyasının işinin təşkili, əlilliyin qiymətləndirilməsi kimi aidiyyəti məsələlər üzrə nəzəri və praktiki biliklərə və hazırlığa malik olmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi öz işinə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, yəni Komissiya sədri kimi müraciət etmiş şəxslərin qəbulu, dinlənilməsi, sənədlərinin araşdırılması, zəruri məsləhət və istiqamətin verilməsi, habelə aparılan sənədləşməyə müəyyən şəxslərin buraxılışının qarşısının alınması prosesinə lazımi diqqət və ehtiyatlılıq göstərərək nəzarət etməli olduğu halda, üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməyib, yol verdiyi hərəkətlərin dövlətə ziyan vurmaqla ictimai təhlükəli nəticəyə səbəb olacağını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, həmin nəticəni görmədən, yəni cinayətkarcasına etinasızlıq göstərməklə rəhbərlik etdiyi Tibbi- Sosial Ekspert Komissiyasında Təqsirləndirilən şəxs2 ayrıca ayrılmış xidməti otaqda heç bir rəsmiləşdirmə aparmadan, məsuliyyəti ilə bağlı xəbərdaredici tədbir görmədən ştatdan kənar kompüter mütəxəssisi kimi işləməsinə və heç bir əsas və zərurət olmadan sonuncunun inzibati binanın həmin otağında müxtəlif əsaslarla Komissiyaya gəlmiş şəxsləri şəxsən qəbul edib onlarla cinayətkar niyyətinə uyğun söhbətlər aparmasına şərait yaratması nəticəsində sonuncu ona müraciət etmiş sağlamlıq imkanları məhdud hesab edilməsi və əlillik dərəcəsinin müəyyən edilməsi üçün əsas olmayan Gədəbəy rayon sakinlərini 2015-ci ilin may ayından 2016-cı ilin yanvar ayınadək olan müddətdə 29 Saylı Tibbi Sosial Ekspert Komissiyasının Şəmkir şəhərində yerləşən inzibati binasında qəbul edərək sağlamlıq imkanlarının məhdud hesab edilməsinə və əlillik dərəcəsinin müəyyən edilməsinə əsas verəcək hər hansı bir xəstəliklərinin olmadığı halda onlarda guya sağlamlıq imkanlarının məhdudluğunun və əlillik dərəcəsinin müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması barədə təhrif edilmiş çıxarışın qeyd edilən komissiyada qəbul edilib Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilməsinə, müvafiq müəyyən etmə və sosial müavinətin təyin edilməsinə dair qərarlara qanunsuz təsir etmək imkanına malik olmasını və onlara kömək etmək səlahiyyətində olduğunu bildirib, sosial müavinətin təyin olunmasına nail olmaq məqsədilə 10 aprel 2011-ci il tarixdən 24 iyun 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasında həkim pulmonoloq vəzifəsində işləməklə öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X36 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, fəaliyyət göstərdiyi xidməti otaqda quraşdırılmış kompüter vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə guya müraciət edən şəxslərdə sağlamlıq imkanlarının məhdudluğunun və əlillik dərəcəsinin müəyyən edilməsi üçün əsas olan xəstəliklərin olması görüntüsü yaradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmayan, üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan müxtəlif tarix və nömrəli o cümlədən, Ələkbərova Nazlı Əflatun qızında “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Namazova Gültac Səddam qızında “Postensefalit sindrom. Perinatal-toksikihipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli, X14 “Sağ gözdə travmatik katarakta” diaqnozu ilə 2-ci dərəcə əlilliyin müəyyən edilməsini barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, cəmi 3 (üç) şəxslə bağlı həkim məsləhət komissiyasının qərarlarından çıxarışları məlum olmayan şəraitdə tərtib edib Rəhim Hacıyevlə aralarında olan razılığa əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-Sosial Ekspert Komissiyasının ünvan 5 ünvanında yerləşən inzibati binasına apararaq Rəhim Hacıyevə təqdim etdikdən və sonuncunun hüquq verən rəsmi sənəd hesab edilən qeyd edilən həkim məsləhət komissiyasının qərarını sənədlər üçün nəzərdə tutulmuş üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” yazısı olan möhürlə təsdiq etməsindən sonra müvafiq olaraq “TSEK sədri: Şahid7” yazısının qarşısında olan qrafanı Təqsirləndirilən şəxs2 məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu Rəhim Hacıyevlə birlikdə qəsdən fərqli formada imzalamaqla, eləcə də, eyni qaydada üzərində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı olan skaynerlə köçürülmüş möhürlə təsdiq edilməsi görüntüsü yaradan Tağıyeva Fatimə Nəsimi qızında “Kvadroplegik spastik serebral iflic” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunda “Kvadroplegik spastik serebral iflic” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Quluyev Etimad İsmayıl oğlunun “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********01 nömrəli, X7 “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Məmmədli Aytac Fariz qızının “Kvadroplegik spastik serebral iflic” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli **********1 nömrəli və Bayraməliyeva Ləman Sakit qızının “Postensefalit sindrom. Perinatal-toksikihipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozunun olması barədə məlumatın qeyd olunduğu xx.xx.2015-ci il tarixli 0********** nömrəli, cəmi 6 (altı) şəxslə bağlı həkim məsləhət komissiyasının qərarlarından çıxarışları məlum olmayan şəraitdə tərtib edib müvafiq olaraq “TSEK sədri: Təqsirləndirilən şəxs1” yazısının qarşısında olan qrafanı Təqsirləndirilən şəxs2 məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalayaraq rəsmi sənəd, möhür və blankı saxtalaşdırma cinayət əməllərini törətdikdən sonra bilə-bilə həmin saxta çıxarışdan sonuncunun qanunsuz olaraq istifadə edərək sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar sosial müavinətin təyin olunması məqsədilə çıxarışları şəxsən və ya müraciət edən şəxslər vasitəsilə Gədəbəy şəhərində yerləşən Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməsinə, mərkəzin direktoru X6 qərarına qanunsuz təsir göstərməsinə, sonuncu tərəfindən müvafiq qərarlar əsasında qeyd edilən şəxslərə və onların qəyyumlarına sosial müavinət, eləcə də Azərbaycan Respublikasının Prezidentinin “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanına əsasən təqaüdün, o cümlədən, Nazlı Ələkbərovanın anası və qəyyumu X18 29 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 7.554,47 manat (yeddi min beş yüz əlli dörd manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, Gültac Namazovanın anası və qəyyumu X32 10 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 7.596,90 manat (yeddi min beş yüz doxsan altı manat doxsan qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, Səfa Hüseynova 25 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 1.018 (bir min on səkkiz) manat sosial müavinətin, Fatimə Tağıyevanın anası və qəyyumu X42 29 iyun 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 7.889,47 manat (yeddi min səkkiz yük səksən doqquz manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, Sarvan Tağıyevin anası və qəyyumu X41 29 iyun 2015-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 7.889,47 manat (yeddi min səkkiz yük səksən doqquz manat qırx yeddi qəpik) sosial müavinətin, eləcə də 01 aprel 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, Etimad Quluyevin anası və qəyyumu X31 6 may 2015-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 8.003,35 manat (səkkiz min üç manat otuz beş qəpik) sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 30 avqust 2021-ci il tarixədək cəmi 1.448 (bir min dörd yüz qırx səkkiz) manat təqaüdün, Elmin Dünyamalıyevin anası və qəyyumu X3 23 noyabr 2015-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 7.567,87 manat (yeddi min beş yüz altmış yeddi manat səksən yeddi qəpik) sosial müavinətin, eləcə də 01 aprel 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, Aytac Məmmədlinin anası və qəyyumu X12 23 noyabr 2015-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 7.567,87 manat (yeddi min beş yüz altmış yeddi manat səksən yeddi qəpik) sosial müavinətin, eləcə də 01 aprel 2019-cu il tarixdən 01 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün və Ləman Bayraməliyevanın anası və qəyyumu X13 23 noyabr 2015-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 7.500 (yeddi min beş yüz) manat sosial müavinətin, eləcə də 1 aprel 2019-cu il tarixdən 1 oktyabr 2021-ci il tarixədək cəmi 1.500 (bir min beş yüz) manat təqaüdün, qeyd edilən qaydada ümumilikdə 62.587,86 manat sosial müavinətin və 11.948 manat təqaüdün təyin olunmasına, yəni cəmi 74.535,86 manat (yetmiş dörd min beş yüz otuz beş manat səksən altı qəpik) məbləğində pul vəsaitinin qanunsuz və əsassız olaraq həmin şəxslərə ödənilməsinə şərait yaradıb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun dövlətin insanların sosial təlabatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın təmin edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 320.1, 320.2 və 312-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 29 saylı Tibbi Sosial Ekspert Komissiyasında ştatdan kənar kompyuter mütəxəssisi kimi işləmiş və həmin komissyanın qara qutusu olmuş, pul alışverişləri onun əli ilə olmuş, buna səbəb isə onun ştatdan kənar işçi olması olmuşdur. Onlar həftənin üçüncü günləri Gədəbəy rayonuna getmiş və orada da vətəndaşları qəbul etmişlər. Onların Gədəbəydə qəbul etdikləri vətəndaşlar Təqsirləndirilən şəxs1 əvvəlcədən pul aldıqları öz xəstələri olmuşdur. Təqsirləndirilən şəxs1 vətəndaşları onun yanına göndərərək sənədlərini axşam aparması üçün ona vermələrini bildirmişdir. Onun əlində vətəndaşlara aid kifayət qədər skayner edilmiş sənədlər olmuş və o bu sənədləri hazrda da məhkəməyə təqdim etməyə hazırdır. O, bəzi vaxlarda gecə saat ikiyədək vətəndaşların sənədlərini skayner etmişdir. Təqsirləndirilən şəxs1 onun öz qohumuna əlillik yazmış, sistemdə imtina gəlməsinə baxmayaraq qohumu qeyri-qanuni olaraq beş il əsassız pensiya almışdır. Bəzi vətəndaşlara sistemdə beş illik əlillik verilsə də, qeyri qanuni olaraq onlara ömürlük əlillik verilmiş, hətta o, həmin vətəndaşların verdikləri 2500 manat pulu Təqsirləndirilən şəxs1 yerinə ödəmişdir. O, Təqsirləndirilən şəxs1 qanunsuzluqları ilə bağlı kifayət qədər sübut təqdim edə bilər. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirdi ki, o, 30 sentyabr 2013-cü il tarixdən 2 dekabr 2015-ci il tarixinədək işləmişdir. Bəzi vətəndaşlara sistem ilə 5 illik əlillik verilsə də, həmin vətəndaşlar onlara 1000-1500 manat pul verdikləri üçün onların əlilliklərini qeyri -qanuni olaraq ömürlük etmişlər. O, Gədəbəy rayonuna hər həftə həkim komissyasının işçiləri və Təqsirləndirilən şəxs1 ilə birlikdə gəlmiş, ancaq onun qeyri-rəsmi olaraq iş yeri Şəmkir rayonunda olmuşdur. O, ştatdan kənar işlədiyi üçün pul alış- verişlərini onun əli ilə etmişlər və ona hər işdən 20 manat pul vermişlər. O, bu pulu uşaqlarını dolandırmaq üçün məcbur olaraq götürmüşdür. Onun kompyuterində “World” və “Excell” proqramlarından başqa heç bir proqram olmamış, onun işi təcrübəli olduğu üçün ancaq şikayətlərə cavab yazmaq olmuşdur. Ona pulları pensiyaları tutulan vətəndaşlar vermiş, o isə axşam pulları Təqsirləndirilən şəxs1 vermişdir. O işlədiyi vaxt vəzifəli şəxs Təqsirləndirilən şəxs1 olmuş, o, Təqsirləndirilən şəxs1 hər hansı qanunsuz təsir göstərməmiş, onun işi ancaq şikayətlərə cavab vermək olmuş, hətta Təqsirləndirilən şəxs1 barəsində olan şikayətlərə də o cavab vermişdir. Onlar beş illik əlillik alan vətəndaşların əlilliklərini ömürlük etmək üçün başqa -başqa sənədləri bir birinə yapışdıraraq skayner etmişlər. Gədəbəydən olan vətandaşları 4-cü və 5-ci günlər Gədəbəy rayonunda qəbul etmişlər. Bəzən çatdıra bilmədikləri üçün vətəndaşları Şəmkir rayonunda da qəbul etmişlər. O, çox adamdan pul aldığı üçün onların heç biri yadında qalmamışdır. Bakı şəhərinə hər ay sənədlər apardığı üçün həkimləri yaxşı tanımışdır. Onların əvvəlcə saxtakarlıq üçün imkanları olmamış, struktur dəyişikliyindən sonra sənədlərdə saxtakarlıq etmişlər. Onlar həftənin üçüncü günləri Gədəbəy rayonunda vətəndaşları qəbul etdikdə xəstəxananın arxasında onlara iki ədəd otaq ayrılmış, o həkimlərlə birgə əyləşməmiş, həkimlər vətəndaşlara baxdıqdan sonra vətəndaşlar onun yanına gəlmişlər. Xəstələrlə pul danışıqları onun yanında aparılmışdır. Pullar sənədlərin arasında ona verilmişdir. Xəstələr üçün hər hansı müəyyən məbləğ təyin edilməmişdir. İmkanı olmayan vətəndaşlara köməklik etmişlər. Əvvəllər məlumatları sistemdən görmək mümkün olmamışdır. Pensiya fondu ilə Dövlət Sosial Müdafiə Fondu birləşdirildikdən sonra məlumatlar sistemə yerləşdirilməyə başlanılmış, ondan sonra bəzi vətəndaşların məlumatlarının olmaması aşkar edilmişdir. Onlar skayner vasitəsilə lazım olan xəstənin məlumatlarına başqa xəstənin məlumatlarını montaj etmiş, daha sonra qol çəkərək Gədəbəy rayon Pensiya Fonduna vermişlər. Sənədləri Bakı şəhərinə sonuncu dəfə 2015-ci il tarixdə aparmışlar. O, əvvəlcə Pensiya fondunda işlədiyi üçün əlaqələri olmuşdur. Sənədləri montaj edən o, Gülarə, Günay və Təranə olmuşlar. Pensiya üçün uşaqlar üçün 1500 manat, böyüklər üçün isə 3000 manat pul təyin etmişlər. Bu barədə göstərişi isə ona komissiyanın sədri vermişdir. O, Gülarə ilə faizə işləməmiş, sadəcə onun tapşırığı ilə pulu alıb Gülarəyə vermişdir. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 2006-cı ildən 2014-cü ilə qədər Gəncə şəhər Tibbi Sosial Ekspert Komissiyasında həkim ekspert işləmiş, 2014-cü ildə isə Şəmkir-Gədəbəy TSEK-ə köçürülmüşdür. 2021-ci ilin may ayına kimi qeyd olunan vəzifədə işləmiş və həmin tarixdə Quba-Qusar-Xaçmaz-Şabran-Siyəzən rayonlarını əhatə edən 11 saylı Tibbi Sosial Ekspert Komissiyasına təyinat almış və hazırki vaxtda da qeyd olunan komissiyada həkim ekspert kimi fəaliyyət göstərir. Həkim-ekspert kimi vəzifəsi pensiya və ya sosial müavinət almaq üçün xəstəxanalara müraciət etmiş şəxslərin barəsində tərtib edilərək sistemə yerləşdirilmiş və Nazirlik tərəfindən yoxlanılması üçün gizlin şəkildə göndərilmiş forma 88 arayışlarını yoxlayıb rəy verməkdən ibarətdir. 29 saylı Şəmkir-Gədəbəy Tibbi Sosial Ekspert Komissiyasında 2014-cü ildən 2021-ci ilə kimi işləmişdir. İşlədiyi müddətlərdə komissiyanın sədri Bahəddin Bayramov olmuş, 2015-ci ildə Bahəddin həkim komissiyanın sədrliyindən çıxarılmış və komissiyanın üzvləri onunla birlikdə Əmanət Hacıyev olmuşdur. 2015-ci ilin avqust ayında Əmanət həkim rəhmətə getdiyi üçün komissiyada tək o qalmış, oktyabr ayında isə Pərvanə Əliyeva adlı həkim komissiyanın üzvü təyin edilmişdir. 2015-ci lin dekabr ayından komissiyanın sədri Fəridə Abdullayevə təyin edilmiş və 2020-ci ilə kimi həmin vəzifədə işləmişdir. 29 saylı Tibbi Ekspert Komissiyası həm Şəmkir, həm də Gədəbəy rayonunun sakinlərinə xidmət göstərmişdir. Belə ki, Komissiya əsasən Şəmkir rayonunda olmuş, həftənin üçüncü günləri isə Gədəbəy rayonuna gedərək rayon Mərkəzi Xəstəxanasının arxasında olan inzibati binada müraciət edən vətəndaşları qəbul etmişlər. 29 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyəti əlilliklə bağlı pensiya təyin edilməsi və əlilliyə görə 18 yaşına çatmamış xəstə uşaqlara sosial müavinət təyin edilməsi ilə əlaqədar müraciət edən vətəndaşları qəbul edib onların sənədlərini yoxlamaq, əlillik və ya sosial müavinət düşdüyü halda, həmin şəxslər barədə anket yazaraq toplanmış sənədləri Bakı şəhərində yerləşən Mərkəzi Tibbi Sosial Ekspert Mərkəzinə göndərmək, oradan da təsdiq cavabı gəldikdə sənədləri ya vətəndaşın özünə, ya rayon üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, ya da Dövlət Sosial Müdafiə Fonduna verməkdən ibarət olmuşdur. Sonra da həmin sənədlər əsasında vətəndaşlara pensiya və ya sosial müavinət ayrılmışdır. 11 nəfər barəsində tərtib edilmiş saxta həkim məsləhət komissiyasının qərarlarından xəbəri olmamış, onların tərtibində iştirak etməmiş, heç kimdən buna görə pul və ya sair maddi nemət tələb etməmişdir. Təqsirləndirilən şəxs2 tanımış, Jalə o, TSEK sədri işləyən vaxt TSEK-də ştatdan kənar kompyuter mütəxəssisi olaraq işləmiş, Jaləni işə ondan əvvəlki sədr Bahəddin həkim qəbul etmiş, Jalə əsasən TSEK-də gündəlik hər bir işlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, o və Hacıyev Əmanə iki həkim olmaqla xəstələri qəbul edərək müayinə etmişlər. Əlillik təyin edildikdə onlar arayış tərib edərək protokola əlavə edərək kompyuterlə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi Əlillik alt sisteminə yerləşdirmişlər. Əlillik alt sistemində adı görünməyən ancaq pensiya alan 11 nəfər barəsində məlumatı olmamış və onların sistemə yerləşdirilmədən pensiya almaları mümkünsüz olmuşdur. Təqsirləndirilən şəxs2 rəsmi işçiləri olmamış, o sadəcə fiziki işlərdə köməklik etmiş, aralarında hər hansı başqa münasibət olmamış, Jaləyə heç bir tapşırıq verməmiş, o, çox vaxt otaqda olduğu üçün bayırda baş verənlərdən xəbəri olmamışdır. Şahid10 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərin heç birini tanımamış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Onun uşağı xəstə olduğuna görə əlillik verilməsi üçün uşağını Şəmkir rayonuna və Gəncə şəhərinə tibbi yoxlanış üçün aparmış, həkim övladına pensiya düşdüyünü bildirmişdir. Onun bu proseslər zamanı birinci dəfə 50 manat olmaqla, cəmi 200-250 manat pulu çıxmışdır. Şahid10 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid10 ibtidai istintaq zamanı verdiyi və elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2006-cı ildə X20 ilə ailə həyatı qurmuş və birgə nigahdan dörd, yəni 2008ci il təvəllüdlü Ləman, 2013-cü il təvəllüdlü Səma, 2018-ci il təvəllüdlü Yusif və 2020-ci il təvəllüdlü Asif adlı uşaqları doğulmuşdur. Ləmanın anadangəlmə sağ ayağının topuğunda şiş olduğundan bununla bağlı mütəmadi olaraq Bakı şəhərində və Şəmkir rayonunda yerləşən xəstəxanalarda müalicələr almışdır. Bundan əlavə, uşaqda həmçinin qıcolma olmuşdur. Müalicəni həmin bu iki xəstəlik üzrə almışdır. 2015-ci ildə növbəti dəfə həkim müayinəsində olan zaman həkimlərdən hazırda xatırlamadığı biri ona uşağa 18 yaşına kimi müavinət verilə biləcəyini demiş və sənədlərini TSEK-in Gədəbəy rayon şöbəsinə aparmağı məsləhət görmüşdür. O, da uşağın tibbi sənədlərini götürüb TSEK-in Gədəbəy rayon şöbəsinə getmiş və növbəsi çatanda içəri daxil olmuşdur. İçəridə olan Jalə adlı xanım onu qəbul edərək qızının sənədlərinə baxmış, Jalənin dəqiq hansı vəzifədə işləməsini bilməmişdir. Sonuncu ondan sənədləri alıb baxaraq sənədlərin onda qalmasını istəyərək bir həftəyə əlaqə saxlayacağını bildirmişdir. Bir həftədən sonra Jalə zəng edərək sənədlərə baxdıqlarını, uşağa xəstəliyə görə 18 yaşına kimi müavinət verə biləcəklərini, lakin, bunun üçün bir neçə sənəd düzəltmək lazım olduğunu, bunun üçün 120 manat pula ehtiyac olduğunu bildirmiş, o da etiraz etməyib cibindən 120 manat çıxarıb Jaləyə vermişdir. Dörd gündən sonra yenidən gəldikdə əlavə olaraq çatmayan sənədə görə daha 80 manat vermişdir. Bundan bir neçə gün sonra da gedib maraqlandıqda Jalə artıq uşağa müavinət verilməsi ilə bağlı çıxarışın sistemə yükləndiyini bildirərək, çıxarışı ona təqdim etmişdir. Bundan sonra cibindən daha 300 manat çıxarıb həmin işə görə Təqsirləndirilən şəxs2 vermiş, sonuncu da təşəkkürünü bildirərək pulu götürmüşdür. Bundan sonra çıxarışı aparıb pensiya fonduna vermiş və orada təyinat aparılmış, uşağa ayrılan pul üçün arvadının adına kart verilmiş, hər ay karta pul köçmüşdür. 2021-ci ilin sentyabr ayında isə karta pul gəlmədiyi üçün DSMF-nin Gədəbəy rayon şöbəsinə gedib bu barədə maraqlandıqda ona müavinətin saxta sənədlər əsasında təyin edildiyi üçün dayandırıldığı bildirilmişdir. Şahid10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsini təsdiq etdiyini bildirdi. Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uşağının müavinət işi ilə bağlı tanımış, Təqsirləndirilən şəxs1 isə ümumiyyətcə tanımamış, təqsirləndirilən şəxslər ilə əvvəllər aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2016-2017-ci illərdə uşağı xəstə olmuş, o, uşağı üçün əlillik almaq istədikdə ona bir nəfər Jalə adlı şəxsin olmasını, bu işdə ona köməklik göstərə biləcəyini demişlər. O, Təqsirləndirilən şəxs2 uşağının əlillik alması ilə bağlı müraciət etdikdə, Jalə ona 1500 manat rüsum pulu verilməli olmasını bildirmiş, o da həmin pulu Jaləyə vermişdir. Uşağı bir il əlilliyə görə pensiya almış, bir ildən sonra pensiyası kəsildikdə əlilliyin saxta düzəldilməsini bilmişdir. Jaləyə vermiş olduğu 1500 manat pulu Şəmkir şəhərində ondan rüsum pulu adı ilə almış, pulu banka ödəməsini bildirdikdə isə Jalə ona özünün ödəyəcəyini demişdir. Onun Təqsirləndirilən şəxs1yla hər hansı əlaqəsi olmamış, pulu verdikdən sonra uşağını yoxlanışa aparmamış, ancaq sənədlərini vermişdir. Şahid2 ifadəsində göstərdi ki, 2011-ci ildə X52 ilə ailə həyatı qurmuş və birgə nigahdan üç, 2012-ci il təvəllüdlü Fatimə, 2014-cü il təvəllüdlü İbrahim və 2018-ci il təvəllüdlü Ömər adlı uşaqları doğulmuşdur. Fatimənin anadangəlmə belində qüsuru olduğuna görə 5 yaşına kimi yeriyə bilməmiş, həmin illərdə mütəmadi olaraq Bakı şəhərində yerləşən Travmatologiya İnstitutunda və Gəncə şəhərində yerləşən xəstəxanada müalicələr almışdır. Hazırki vaxtda da müalicələri davam edir. 2015-ci ildə Fatiməyə sosial müavinət verilməsi üçün tibbi sənədlərini yığıb TSEK-in Gədəbəy rayon şöbəsinə getmiş və orada hansı vəzifədə işlədiyini bilmədiyi Jalə adlı xanım sənədləri ondan götürərək baxmış və qucağında olan Fatiməni də müayinə edərək bir müddətdən sonra məlumat veriləcəyini bildirmiş, bundan bir müddət sonra hazırda xatırlamadığı bir şəxs ona zəng vuraraq Fatiməyə müavinət təyin olunduğunu, gedib "xxxx" ASC-dən kartı götürə biləcəyini bildirmiş, Fatimənin yaşı az olduğu üçün qəyyumu anası təyin edildiyindən kart onun adına hazırlandığı üçün arvadı ilə banka gedib kartı götürmüşdür. O, bu köməyin qarşılığında Jalənin ondan heç bir məbləğdə pul və ya başqa maddi nemət almadığını qeyd etmişdir. 2021-ci ilin sentyabr ayında digər uşağını Bakı şəhərinə həkimə apardığı zaman adını xatırlamadığı bir şəxs ona zəng vuraraq Fatiməyə təyin edilən müavinətin saxta olduğunu və ona görə də kəsildiyini bildirmişdir. Şahid5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O uşaq vaxtı yıxılaraq travma aldığına görə xəstəliyi olmuş, bununla bağlı uzun müddət müalicə almışdır. Ona pensya ala biləcəyini demişlər, atası da ona kimin vasitəsilə olmasını bilməsə də pensiya düzəlmişdir. Ona 150 manat pensiya təyin edilmiş, o bu pulu 3-4 il aldıqdan sonra pensiyası kəsilmiş və ona əlilliyinin saxta olması bildirilmişdir. Şahid5 əlavə olaraq bildirdi ki, ona pensiyanı atası düzəltmiş, kimin vasitəsi ilə düzəlməsini və pul verib verməməsini bilməmiş, hazırda atası rəhmətə getmişdir. O almış olduğu pensiyanın 6500 manatını bank vasiəsilə geri qaytarmışdır. Şahid6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 həkim komissiyasının işçisi, Təqsirləndirilən şəxs1 isə həmin komissiyanın sədri kimi tanımış, onlarla əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Onun nəvəsinin xəstəliyi “beyin travması” olmuş, o, nəvəsini əlillik dərəcəsi almaq üçün Şəmkir şəhərində tibbi komissiyadan keçirmişdir. Nəvəsinin sənədini yazaraq ona vermişlər, o isə Gədəbəy rayonuna Dövlət Sosial Müdafiə Fonduna gətirib vermiş və nəvəsi üçün pensiya almağa başlamışlar. 2 ildən sonra nəvəsinin pensiyası kəsilmiş və ona nəvəsinin əlilliyinin saxta olması bildirilmişdir. Onun nəvəsinin əlilliyini düzəldərkən hər hansı xərci olmamışdır. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid6 ibtidai istintaq zamanı verdiyi və elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, oğlu Əflatun Ələkbərov 1997-ci ildə Simurə Ələkbərova ilə evlənmiş, həmin nigahdan 4 övladı doğulmuş, ən kiçikləri 2013-cü il təvəllüdlü Nazlıdır. Nazlı uşaq yaşlarında tez-tez xəstələndiyi, eləcə də yaşayış şəraitləri pis olduğundan onda astma xəstəliyi, habelə gözlərində çəplik və zəifləmə yaranmış, müalicə üçün uşağı Şəmkir rayon xəstəxanasına aparmış, 2015-ci ildə Şəmkir rayonunda xəstəxanadan çıxarkən Jalə adlı bir xanımla rastlaşmış, onu tibb bacısı olaraq tanımış, uşağın xəstəliyi barədə sonuncuya məlumat vermiş, Jalə isə uşağa əlillik təşkil etməyə köməklik edə biləcəyini deyərək bunun üçün 2.000 manat pul lazım olduğunu bildirmişdir. O, isə ailə üzvləri ilə məsləhətləşdikdən sonra razılıq vermiş, bu məqsədlə "xxxx" ASC-dən 2.000 manat kreditlə pul götürərək Jaləyə təqdim etmişdir. Bundan təxminən bir neçə həftə sonra Jalə ona zəng edərək gəlib göndərişi götürməyini istəmiş, o, da Jalədən göndərişi götürərək DSMF-yə təqdim etmişdir. Bundan sonra nəvəsi Nazlı üçün müavinət təyin edilmişdir. Nəvəsi beyin travmasından və qıcolmalardan əziyyət çəkməmiş, uşaqda göz ilə əlaqədar sağlamlıq problemləri olmuş, eləcə də Nazlı göndərişdə qeyd edildiyi kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində müayinədən keçməmişdir. Şahid6 elan olunmuş ifadəyə münasibətdə bildirdi ki, o, Jaləyə pul verməmiş, aralarında 2000 manat söhbəti olmamışdır. Şahid8 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tibbi komissiyanın işçisi kimi tanımış, Təqsirləndirilən şəxs1 isə sadəcə adını eşitmişdir. Onlarla əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy şöbəsində məsləhəçi vəzifəsində işləmiş, Jalə onlara iş gətirmiş, onu həkim komissiyasının işçisi kimi tanımış, komissiyanın sədri isə Təqsirləndirilən şəxs1 olmuşdur. O, sənədləri təhvil almış, təsdiq etmiş və göndərmişdir. Onun işi müavinətlərin ayrılması üçün məsləhətçilik olmuşdur. Şahid9 Zülfüqar qızı ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tanımır, onlarla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Onun övladı xəstə olmuş, başından travma almışdır. Övladının əlillik alması ilə bağlı həkim komissiyaya apardıqda ona əlilliklə bağlı sənəd vermişlər, o isə həmin sənəd əsasında övladına pensiya almışdır. Onlar övladının əlilliyi ilə bağlı təxminən üç il pensiya almış, lakin 2021-ci ilin sentyabr ayında övladının pensiyası kəsilmiş, səbəbinin nə olmasını maraqlandıqda isə ona kompyuterə düşməməsini bildirmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Namazova Gültac Səddam qızı 2014-cü il təvəllüdlü olmaqla nəvəsidir, Gültac doğuş zamanı travma aldığı üçün inkişafı zəif getmiş, təzyiqi və qıcolmaları olmuşdur. Ona görə də mütəmadi olaraq Gəncə şəhərində və Şəmkir rayonunda xəstəxanalarda müalicə almışdır. 2015-ci ildə növbəti dəfə həkim müayinəsində olan zaman orada İ qrup əlil olan oğluna əlillik təyin edilməsi üçün sənədlərini yığan zaman tanış olduğu, TSEK-in Şəmkir-Gədəbəy şöbəsində işləyən Jalə adlı xanımla qarşılaşmış, sonuncu hansı səbəbdən xəstəxanaya gəldiyini soruşan zaman nəvəsində anadangəlmə sağlamlıq problemlərinin olduğundan inkişafının zəif getdiyini, ona görə də uşağı həkimə gətirdiyini bildirmiş, Jalə sənədləri götürüb baxaraq uşağa xəstəliyinə görə 18 yaşınadək müavinət düşdüyünü bildirmiş və onu şöbəyə dəvət etmişdir. O, da növbəti gün uşağın sənədləri ilə birlikdə Jalənin yanına getmiş, sonuncu müavinəti düzəltmək üçün müəyyən lazımi sənədlərin hazırlanmalı olduğunu bildirmişdir. O, isə oğlunun müalicəsi üçün İran İslam Respublikasına getməli olduğu üçün Jaləyə bu işləri görə bilməyəcəyini demiş, sonuncu isə 200 manat müqabilində həmin sənədləri özünün təşkil edə biləcəyini bildirmiş, o da etiraz etməyərək yanındakı puldan 200 manat Jaləyə vermişdir. Jalə bir neçə günə sənədlərin hazır olacağını bildirmiş, bir müddət keçdikdən sonra yenidən sonuncuya müraciət etdikdə artıq sənədlər hazır olmuş və ona çıxarış təqdim etmişdir. O da həmin çıxarışı gətirib DSMF-in Gədəbəy rayon şöbəsinə vermiş və şöbədə təyinat aparılmışdır. Həmin vaxtdan sosial müavinəti özü almışdır. O, 2021-ci ilin sentyabr ayında karta pul köçmədiyi üçün DSMF-in Gədəbəy rayon şöbəsinə müraciət etdikdə orada verilmiş pensiyanın saxta sənədlər əsasında təşkil edildiyini öyrənmiş, daha sonra Jaləni axtarsa da tapa bilməmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 1987-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, 2015-ci ildə Dövlət Tibbi Sosial Ekspertiza Sektorunun müdir müavini, ekspertiza şöbəsinin müdiri vəzifəsində işləmiş, 2017-ci ilin iyul ayından isə nazirlikdə işləyir, 2015-ci ildə ekspertiza şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə şöbənin əsas vəzifəsi region komissiyalarından narazı olan xəstələrin şikayətinə baxılması, o cümlədən rayonlar tərəfindən verilmiş qərarın yenidən qiymətləndirilməsindən ibarət olmuşdur. Yəni, əlillik üçün müraciət edən şəxsin yaşadığı və qeydiyyatda olduğu rayon üzrə səhiyyə müəssisəsinin göndərişi əsasında (Forma 88) regional komissiyalarda müayinələrdən keçmədən və müvafiq regional komissiyaların qərarları olmadan onun rəhbərlik etdiyi komissiyaya birbaşa müraciət edə bilmə imkanı olmamışdır. Onun rəhbərlik etdiyi həkim məsləhət komissiyası müvafiq regional komissiyaların qərarlarından verilmiş şikayətlərə baxmışdır. O, Əlinağıyeva Lamiyə Kamran qızının, Namazova Gültac Səddam qızının, X15, Şahid5 və X16 adına onun adı ilə tərtib edilmiş həkim məsləhət komissiyasının qərarlarına baxaraq həmin şəxsləri tanımadığını, sənədlərin saxtalaşdırıldığını, həmin şəxslərin heç birinin komissiyadan keçmədiyini və onlara əlillik təyin edilmədiyini, heç vaxt bu formada təyinatlar vermədiyini bildirmişdir. Bundan əlavə, o, təqdim edilmiş qərarlardan Şahid5 Mehti qızı barədə tərtib edilmiş qərara baxaraq, qərarda qeyd edilmiş diaqnoz ilə şəxsə müddətsiz əlilliyin təyin edilməsinin mümkün olmadığını, X34 barədə olan qərarda göstərilən diaqnoz ilə isə şəxsə əlilliyin düşmədiyini bildirmişdir. O, işlədiyi dövrdə Rəhim həkim ilə birlikdə işlədiyini, Rəhim həkimin mərkəzdə ağ ciyər xəstəlikləri üzrə mütəxəssis vəzifəsində işlədiyini, 2017-ci ildə infarkt səbəbindən rəhmətə getdiyini, təbiətcə sakit adam olduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş 30 noyabr 2021-ci il tarixli **********2 saylı məktubun əlavəsindən görünür ki, pensiya və sosial müavinət işlərinin düzgünlüyü vəziyyəti seçmə qaydada yoxlanılarkən əlilliyə görə əmək pensiyası təyin olunmuş 1 nəfərin və sosial müavinət təyin olunmuş 10 nəfərin əlilliklərini təsdiq edən məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində (TSERAS), eləcə də müvafiq protokollarda və müayinə aktlarında mövcud olmadığı halda təhrif olunmuş məlumatları özündə əks etdirən və saxtalaşdırılması ehtimal olunan sənədlər əsasında pensiya və müavinət təyinatlarının həyata keçirildiyi aşkarlanmış, nəticədə həmin işlər üzrə 97424,47 manat vəsait artıq ödənilmişdir. Belə ki, Şahid5 2-ci dərəcə əlilliyə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 14.405,13 manat, Tağıyeva Fatimə Nəsimi qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7889,47 manat, sonuncunun qəyyumu və anası X42 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9389,47 manat, Tağıyev Sarvan Asif oğluna sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7889,47 manat, sonuncunun qəyyumu və anası X41 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9389,47 manat, Quluyev Etimad İsmayıl oğluna sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 8003,35 manat, sonuncunun qəyyumu və anası X31 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9451,35 manat, X50 oğluna sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7567,87 manat, sonuncunun qəyyumu və anası X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9067,87 manat, Əlinağıyeva Lamiyə Kamran qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 6983,94 manat, sonuncunun qəyyumu və anası X33 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 8483,94 manat, Ələkbərova Nazlı Əflatun qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7554,47 manat, sonuncunun qəyyumu və anası X18 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9054,47 manat, Məmmədli Aytac Fariz qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7567,87 manat, sonuncunun qəyyumu və anası X12 xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9067,87 manat, Namazova Gültac Səddam qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7596,90 manat, sonuncunun qəyyumu və anası X32 xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9096,90 manat, Bayramaliyeva Ləman Sakit qızına sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 7500,0 manat, sonuncunun qəyyumu və anası X13 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1500 manat təqaüd olmaqla, cəmi 9000,0 manat, X17 2-ci dərəcə əlilliyə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi 1018,0 manat olmaqla, ümumilikdə 97424,47 manat vəsait artıq ödənilmişdir. - "xxxx" ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışlardan və bankomat görüntülərindən görünür ki, pensiya və müavinət almış vətəndaşların bank kartlarından qeyd edilən məbləğdə pul vəsaitləri, o cümlədən Şahid5 məxsus bank kartından 14.405,13 manat, X42 məxsus bank kartından 9389,47 manat, X41 məxsus bank kartından 9389,47 manat, X31 məxsus bank kartından 9451,35 manat, X2 məxsus bank kartından 9067,87 manat, X33 məxsus bank kartından 8483,94 manat, X18 məxsus bank kartından 9054,47 manat, X12 məxsus bank kartından 9067,87 manat, X32 məxsus bank kartından 9096,90 manat, X8 məxsus bank kartından 9000,0 manat və X17 məxsus bank kartından 1018,0 manat pul vəsaiti onların özləri və ailə üzvləri tərəfindən məxaric olunmuşdur. - “Şəmkir rayon Mərkəzi Xəstəxanası” X60 8 fevral 2022-ci il tarixli və “Gədəbəy rayon Mərkəzi Xəstəxanası” X60 9 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Şahid5, Tağıyeva Fatimə Nəsimi qızı, Tağıyev Sarvan Asif qızı, X37, X27, Əlinağıyeva Lamiyə Kamran qızı, Ələkbərova Nazlı Əflatun qızı, Məmmədli Aytac Fariz qızı, Namazova Gültac Səddam qızı, Bayraməliyeva Ləman Sakit qızı və X21 xəstəxanalara heç bir ambulator və ya stasionar müraciətləri olmamış və onlar barəsində əlillik dərəcəsinin qiymətləndirilməsi üçün göndəriş tərtib edilməmişdir. - Milli Oftomologiya Mərkəzinin 22 fevral 2022-ci il tarixli məktubundan görünür ki, “Sağ gözdə travmatik katarakta, VOD=0.7.VOS=0.1” diaqnozu ilə 2-ci dərəcə əlillik təyin edilmiş X15 Mərkəzdə hər hansı müraciəti qeydə alınmamışdır. - Cinayət işi materiallarına əlavə edilmiş 8 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Şahid5, Tağıyeva Fatimə Nəsimi qızı, Tağıyev Sarvan Asif qızı, X37, X27, Əlinağıyeva Lamiyə Kamran qızı, Ələkbərova Nazlı Əflatun qızı, Məmmədli Aytac Fariz qızı, Namazova Gültac Səddam qızı, Bayraməliyeva Ləman Sakit qızı və X38 barədə tərtib edilmiş həkim məsləhət komissiyasının qərarlarında qeyd edilmiş FİN nömrələrindən yalnız Əlinağıyeva Lamiyə Kamran qızı və anası X33 məxsus FİN nömrələrinin düzgün qeyd edilmişdir. Bundan əlavə, müvafiq qərarlarda Bayraməliyeva Ləman Sakit qızının qəyyumu və anası X5 adı qarşısında qeyd edilən FİN nömrəsinin əslində Gədəbəy rayonu, Parakənd kənd sakini X28 və Məmmədli Aytac Fariz qızının qəyyumu və anası X9 adı qarşısında qeyd edilən FİN nömrəsinin isə əslində Gədəbəy rayonu, Qurudərə kənd sakini X1 məxsus olduğu müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022-ci il tarixli 54/KEŞ saylı rəyindən görünür ki, Şahid5 Mehti qızının əyani müayinəsi zamanı onda “Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez baş verən qıcolma tutmaları və şəxsiyyət dəyişkənliyi” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. - xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022-ci il tarixli 54- 10/KEŞ saylı rəyindən görünür ki, Bayraməliyeva Ləman Sakit qızının əyani müayinəsi zamanı onda “Postensefalit sindrom. Perinatal-toksiki-hipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. - xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022-ci il tarixli 54- 8/KEŞ saylı rəyindən görünür ki, X27nun əyani müayinəsi zamanı onda “Keçirilmiş qapalı kəllə beyin travması; Elipertenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. - xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022-ci il tarixli 54- 5/KEŞ saylı rəyindən görünür ki, Tağıyeva Fatimə Nəsimi qızının əyani müayinəsi zamanı onda “Kvadroplegik spastik serebral iflic” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. - xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022-ci il tarixli 54- 6/KEŞ saylı rəyindən görünür ki, Tağıyev Sarvan Asif oğlunun əyani müayinəsi zamanı onda “Kvadroplegik spastik serebral iflic” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. - xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022-ci il tarixli 54- 3/KEŞ saylı rəyindən görünür ki, Namazova Gültac Səddam qızının əyani müayinəsi zamanı onda “Postensefalit sindrom; Perinatal-toksiki-hipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. - xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022-ci il tarixli 54- 2/KEŞ saylı rəyindən görünür ki, Ələkbərova Nazlı Əflatun qızının əyani müayinəsi zamanı onda “Keçirilmiş qapalı kəllə beyin travması, hipertenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. - xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Sağlamlıq vəziyyətinin təyin edilməsinə dair komissyon məhkəmə-tibbi ekspertizasının 3 mart 2022-ci il tarixli 54- 1/KEŞ saylı rəyindən görünür ki, Əlinağıyeva Lamiyə Kamran qızının əyani müayinəsi zamanı onda “İmbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi, daun sindromu; Kvadroplegik spastik serebral iflic” diaqnozu müəyyən edilməmiş və həmin diaqnozla əlaqədar müalicəyə ehtiyacı yoxdur. - Namazova Gültac Səddam qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Əlinağıyeva Lamiyə Kamran qızının adına xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli, Tağıyeva Fatimə Nəsimi qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, X10 adına xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, X27nun adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Bayraməliyeva Ləman Sakit qızının adına xx.xx.2015-ci il tarixli 0********** nömrəli, Məmmədli Aytac Fariz qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Ələkbərova Nazlı Əflatun qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunun adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Şahid5 Mehti qızının adına xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli, X22 adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim məsləhət komissiyasının qərarlarından görünür ki, qərarlar A4 formatda vərəq üzərində olmaqla beş hissədən ibarətdir. Birinci hissədə qərarı verən orqanın adı, yəni “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti” və ya “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazıları, ikinci hissədə “Müayinə olunan şəxs barədə məlumat”, üçüncü hissədə “Valideynlər (qəyyumlar) barədə məlumat”, dördüncü hissədə “Müayinə barədə məlumat” (diaqnoz, təyinat tarixi, növbəti müayinənin tarixi və s.) və beşinci hissədə “Məlumatların elektron informasiya sisteminə daxil edilməsini imzalayan şəxs, TSEK sədri, adı, imzası, möhür və sistemə daxil edilmə tarixi qeyd edilmişdir. Həmin möhür əksləri 39x37x30x23 mm ölçülü 4 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti”, orta dairədə isə “sənədlər üçün” yazısı vardır, 39x38x31 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”, orta dairədə isə “29 Saylı Tibbi Sosial Ekspert Komissiyası” yazısı vardır. Qərarlar yuxarıda qeyd edilən formada tərtib edilməklə, Bayraməliyeva Ləman Sakit qızı barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli 0********** nömrəli həkim məsləhət komissiyasının qərarında onun "Postensefalit sindrom. Perinatal-toksikihipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış" diaqnozundan əziyyət çəkməsi, X27 barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********1 nömrəli həkim məsləhət komissiyasının qərarında onun "keçirilmiş qapalı kəllə beyin travmasının hipertenzion sindrom, tez-tez baş verən qıcolma tutmaları ilə" diqnozundan əziyyət çəkməsi, Tağıyeva Fatimə Nəsimi qızı barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********1 nömrəli həkim məsləhət komissiyasının qərarında onun "kvadroplegik spastik serebral iflic, kvadroplegik spesifik serebral iflic xəstəliyi" diaqnozundan əziyyət çəkməsi, X37 barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim məsləhət komissiyasının qərarında onun "keçirilmiş qapalı kəllə beyin travması, hipertenzion sindrom, tez-tez baş verən qıcolma tutmaları ilə" diqnozundan əziyyət çəkməsi, Tağıyev Sarvan Asif oğlu barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim məsləhət komissiyasının qərarında onun "kvadroplegik spastik serebral iflic, kvadroplegik spesifik serebral iflic" diqnozundan əziyyət çəkməsi, Məmmədli Aytac Fariz qızı barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********1 nömrəli həkim məsləhət komissiyasının qərarında onun "kvadroplegik spastik serebral iflic.uşaq serebral iflici" diaqnozundan əziyyət çəkməsi qeyd edilərək, 39x38x31 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi", orta dairədə isə "29 Saylı Tibbi Sosial Ekspert Komissiyası" yazısı olan möhür əksi ilə təsdiq edilməsi görüntüsü yaradılmışdır. Bundan əlavə, Şahid5 Mehti qızı barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli həkim məsləhət komissiyasının qərarında onun “Keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri, tez tez baş verən qıcolma tutmaları ilə, şəxsiyyət dəyişkənliyi ilə” diaqnozundan əziyyət çəkməsi, X34 barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli həkim məsləhət komissiyasının qərarında onun “Sağ gözdə travmatik atarakta, VOD=0.7.VOS=0.1” diaqnozundan əziyyət çəkməsi, Namazova Gültac Səddam qızı barəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********1 nömrəli həkim məsləhət komissiyasının qərarında onun “Postensefalit sindrom. Perinataltoksiki- hipoksikienselepatiyasının nəticəsi kimi formalaşan qıcolma tutmaları, psixotabənzər davranış” diaqnozundan əziyyət çəkməsi, Ələkbərova Nazlı Əflatun qızı barədə tərtib edilmiş xx.xx.2015-ci il tarixli **********1 nömrəli həkim məsləhət komissiyasının qərarında onun “Keçirilmiş qapalı kəllə beyin travması, hipentenzion sindrom, tez-tez baş verən qıcolma tutulmaları ilə” diaqnozundan əziyyət çəkməsi, Əlinağıyeva Lamiyə Kamran qızı barədə trtib edilmiş xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli həkim məsləhət komissiyasının qərarında onun “Kvadroplegik spastik serebral iflic, kvadrplegik spesifik serebral iflic” diaqnozundan əziyyət çəkməsi qeyd edilməklə, 39x37x30x23 mm ölçülü 4 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca “ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertizavə Reabilitasiya Xidməti”, ortadairədə isə “sənədlər üçün” yazısı olan möhürlə təsdiq edilmişdir. - xx.xx.2022-ci il tarixli qərar əsasında keçirilmiş Kompleks məhkəmə sənədlərin texniki və məhkəmə-xətşünaslıq ekspertizasının 19 aprel 2022-ci il tarixli 4/533-5/452 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin Namazova Gültac Səddam qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Əlinağıyeva Lamiyə Kamran qızının adına xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli, Tağıyeva Fatimə Nəsimi qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, X10 adına xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, X27nun adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Bayraməliyeva Ləman Sakit qızının adına xx.xx.2015-ci il tarixli 0********** nömrəli, Məmmədli Aytac Fariz qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Ələkbərova Nazlı Əflatun qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunun adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Şahid5 Mehti qızının adına xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli, X22 adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim-məsləhət komissiyanın qərarlarında “TSEK sədri” qrafalarındakı imzalar Şahid7 və Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuş, həmin imzaların Təqsirləndirilən şəxs2 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.Tədqiqata təqdim edilmiş Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin Namazova Gültac Səddam qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Əlinağıyeva Lamiyə Kamran qızının adına xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli, X10 adına xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, Ələkbərova Nazlı Əflatun qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Şahid5 Mehti qızının adına xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli həkim-məsləhət komissiyanın qərarlarında olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tağıyeva Fatimə Nəsimi qızının adına xx.xx.2015-ci il tarixli, X27nun adına xx.xx.2015-ci il tarixli, Bayraməliyeva Ləman Sakit qızının adına xx.xx.2015-ci il tarixli, Məmmədli Aytac Fariz qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunun adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli, X22 adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim-məsləhət komissiyanın qərarlarında olan möhür əksləri olan möhür əksləri hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin Namazova Gültac Səddam qızının adına 10.11.2.015-ci il tarixli **********1 nömrəli, Əlinağıyeva Lamiyə Kamran qızının adına xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli, Tağıyeva Fatimə Nəsimi qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, X10 adına xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, X27nun adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Bayraməliyeva Ləman Sakit qızının adına xx.xx.2015-ci il tarixli 0********** nömrəli, Məmmədli Aytac Fariz qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Ələkbərova Nazlı Əflatun qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunun adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Şahid5 Mehti qızının adına xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli, X22 adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim-məsləhət komissiyanın qərarlarında olan "TSEK sədri” qrafasındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. - 13 may 2014-cü il tarixli 09111-470 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ekspert – həkim nevropatoloqu vəzifəsinə təyin edilmiş, 7 may 2015-ci il tarixli 09112-107 Saylı əmrlə isə 29 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsinin icrası ona həvalə edilmiş, 21 dekabr 2015-ci il tarixli 09111-592 saylı əmrlə isə sonuncu komissiyanın ekspert - həkim nevropatoloqu vəzifəsinə qaytarılmışdır. - Təqsirləndirilən şəxs2 məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs2 2007-ci il tarixdən bir sıra vəzifələrdə, son olaraq, 11 may 2012-ci il tarixdən 3 oktyabr 2013-cü il tarixədək DSMF-in Şəmkir rayon şöbəsinin baş mütəxəssisi – böyük inspektoru vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdən daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Respublika Narkoloji Mərkəzdə müalicə olunmamış və qeydiyyatda yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışdır. - Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş 8 fevral 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, bilə-bilə saxta rəsmi sənədlərdə təkrarən qanunsuz olaraq istifadə etmiş, öz həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir), qabaqcadan əlbir olan bır qrup şəxs qismində hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, qabaqcadan əlbir olan bir qrup şəxs qismində biləbilə saxta rəsmi sənədlərdən təkrarən qanunsuz olaraq istifadə etmiş qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz həqiqi və ehtimal edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və üçüncü şəxs üçün birbaşa yolla şəxsən maddi neməti istəyərək almaqla təkrarən vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmişdir (nüfuz alveri etmişdir). X35 vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası CM-nin 320.1-ci,320.2-ci və 312-2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 314.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Məhkəmə təqsirləndirilən şəxslərin cəzalandırılıb-cəzalandırılmaması məsələsinin aydınlaşdırarkən aşağıdakıların qeyd edilməsini zəruri sayır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayətinə görə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 320.2-ci maddəsində Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətinə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 314.2ci maddəsində isə CM-nin 214.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin, yəni Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması əməllərinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması cinayətinə görə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsində cinayətlərin təsnifatı müəyyən edilmiş, əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölündüyü təsbit olunmuşdur. Həmin Məcələnin 15.2-ci maddəsinə əsasən, Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, CM-nin 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd olunan hüquq normalarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı elan olunmuş ittihamlar üzrə CM-nin 320.1 və 320.2-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, Təqsirləndirilən şəxs1 qarşı elan olunmuş ittiham üzrə CM-nin 314.2-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, X53 ona qarşı elan olunmuş CM-nin 320.1 və 320.2-ci maddələri olan ittihamlar üzrə və Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş CM-nin 314.2-ci maddəsi ilə olan ittiham üzrə cinayət əməllərini 2015-ci ilin iyun-noyabr aylarında törətmişlər ki, həmin vaxtdan 7 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsinin əsasları müəyyən edilmişdir. Həmin normanın tələblərinə görə cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.1.1 böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2 az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3 ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.3 xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Eyni zamanda maddədə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayandırılması və bərpa olunmasının da əsaslar göstərilmiş, 75.3-cü maddədə qeyd edilmişdir ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Göründüyü kimi, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş, davam edən və ya uzanan cinayətlər üçün fərqli qayda müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 15, 75, 320.1-ci, 320.2-ci və 314.2-ci maddələrinin birgə təhlilindən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı elan olunmuş CMnin 320.1 və 320.2-ci maddələri ilə olan ittihamlar üzrə həmin əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, bunun üçün iki il cinayət məsuliyyətinə cəlb etmə müddəti nəzərdə tutulduğundan və cinayətlərin törədildiyi gündən hökm çıxarılan günədək iki ildən artıq müddət keçdiyindən, Təqsirləndirilən şəxs1 qarşı elan olunmuş CM-nin 314.2-ci maddəsi ilə olan ittiham üzrə həmin əməllər az ağır cinayətlər kateqoriyasına aid olduğundan və bunun üçün yeddi il cinayət məsuliyyətinə cəlb etmə müddəti nəzərdə tutulduğundan, cinayətin törədildiyi gündən hökm çıxarılan günədək yeddi ildən artıq müddət keçdiyindən onların qeyd olunan ittihamlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göstərilən Məcəllənin 43.3-cü maddəsinin məzmunundan göründüyü kimi, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən edildiyi halda məhkəmə yalnız müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Belə razılıq olmadığı halda isə məhkəmə CPM-in 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barədə ittiham hökmü çıxarır, lakin ona cəza təyin etmir. Məhkəmə iclasdında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən cinayət əməllərini etiraf etməmişlər və cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar icraata xitam verilməsini xahiş etməmişlər. Odur ki, məhkəmə hesab edir ki, CPM-in 44.2.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-nin 320.1 və 320.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 isə CM-nin 314.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmalı, lakin onlara həmin maddələrlə cəza təyin edilməməlidir. Məhkəmə həmçinin toplanmış sübutları bir-biri ilə müqayisəli və məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdr. Belə ki, onun nüfuz alveri cinayətini törətməsi, yəni öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayonu Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən direktoru Məsud Məmmədovun qərarına öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş Rəhim Hacıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən qanunsuz təsir göstərməsi məhkəmə iclasında tədqiq olunmuş, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sübutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs2 qeyd olunan ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsi və ya onun məsuliyyətini istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi ilə əlaqədar aşagıdakıların qeyd edilməsini zəruri sayır. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Zərər çəkmiş şəxsə dəymiş ziyanın qismən ödəməsini, qadın olmasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 qızının cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, qeyd etməyi zəruri sayır ki, səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 təyin ediləcək cərimə cəzasının miqdarı məsələsini müzakirə edərkən, qeyd edir ki, cinayət qanunun zamana görə qüvvəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Resbublikası CM-nin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. “ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2017-ci il tarixli (707-VQD nömrəli) qanunu ilə Azərbaycan Respublikasının CM-nin 312-1.1-ci maddənin sanksiyasında “üç min manatdan beş min” sözləri “altı min manatdan on min” sözləri ilə əvəz edilmilşdir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət əməllərini 2016-cı ilin mart ayında törətmişdir. Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi cinayətinə görə, altı min manatdan on min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə cəzası nəzərdə tutur. “ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 31 may 2017-ci il tarixli qanunu ilə edilmiş dəyişiklikdən əvvəl isə, Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsinin sanksiyasında təsbit edilmiş cərimə cəzasının həddi nisbətən yüngül olmaqla, üç min manatdan beş min manatadək miqdarda nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət əməllərini 2016-cı ilin mart ayında törətdiyindən, CPM-nin 10.3-cü maddəsində cəzanı yüngülləşdirən və ya cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi nəzərdə tutulduğundan, 31 may 2017-ci il tarixədək qüvvədə olan cinayət qanunun qeyd olunan norması Təqsirləndirilən şəxs2 vəziyyətini yüngülləşdirdiyindən ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsinin xx.xx.2017-c il tarixədək qüvvədə olan redaksiyada sanksiyası həddi daxilində cərimə cəzası təyin edilməsi daha ədalətli və qanunidir. Məhkəmə iş üzrə mülki iddianı araşdıraraq hesab edir ki, mülki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.3-cii maddəsinə əsasən, dövləl büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. Mülkiyyətə vurulmuş ziyan isə ziyan vurmuş şəxs (şəxslər) tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-ın 89.1-cı maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179.1 və 179 2-ci maddələrinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia uzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlmə gorə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 187.1-cı maddəsinə əsasən mülki iddianın miqdarından aslı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli nəticəsində iş üzrə zərər çəkmiş və mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ziyan dəymişdir. Dəymiş ziyanın məbləği 97424,47 manat (doxsan yeddi min dörd yüz iyirmi dörd manat qırx yeddi qəpik) manat təşkil etmiş, məhkəməyədək icraat zamanı ziyanın 6493,50 manat hissəsi ödənilmişdir. Ödənilmiş məbləğ də, mülki iddia həll edilərkən nəzərə alılnmalıdır. Azərbaycan Respublikası CPM-nin 185-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilərək, 90.930.97 manat (doxsan min doqquz yüz otuz manat doxsan yeddi qəpik) manat vurulmuş ziyan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlundan müştərək qaydada tutularaq iş üzrə mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilməlidir. Məhkəmə, həmçinin, təqsirləndirilən şəxs G.İ.Vəliyevanın müdafiəçisinin hazırkı cinayət əməllərinin iki şəxs tərəfindən deyil, dörd şəxs tərəfindən törədilməsi, barəsində bəraətverici əsaslar olmadan, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs olmuş Şahid7 və öldüyünə görə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 320.1,320.2 və 312-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs olmuş X23 hüquqi varisindən də tutulmalı olması barədə fikrinə qiymət verərək qeyd edir ki, məhkəmə mülki iddiaya iddia tələbinin həddində baxmalı və iddia ərizəsində verilmiş tələblər üzrə qərar qəbul etməlidir. Cinayət işi materiallarında olan iddia ərizəsindən görünür ki, mülki iddiaçının tələbləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı yönəlmişdir. Odur ki, məhkəmə yalnız bu həddə iddiaya baxmalı, həmçinin təqsirləndirilən şəxslərə mülki mühakimə icraatı qaydasında birgə borclulara qarşı reqress qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində olan qətimkan tədbirinin növünün dəyişdirilib-dəyişdirilməməsi məsələsini müzakirə edərək hesab edir ki, hökmün icrasını təmin etmək məqsədilə onların haqqında məhkəməyədək icraat zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış Namazova Gültac Səddam qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Əlinağıyeva Lamiyə Kamran qızının adına xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli, Tağıyeva Fatimə Nəsimi qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, X10 adına xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, X27nun adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Bayraməliyeva Ləman Sakit qızının adına xx.xx.2015-ci il tarixli 0********** nömrəli, Məmmədli Aytac Fariz qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Ələkbərova Nazlı Əflatun qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunun adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Şahid5 Mehti qızının adına xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli, X22 adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkim-məsləhət komissiyanın qərarları, təyinat almış şəxslərin bank hesablarından çıxarışlar və bankomat görüntülərinin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza xərci- 124 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Şəmkir rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə (mülki iddiaya və ekspertiza xərcinə aid hissədə) Gəncə şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1, 197-198, 344-349, 351-354, 356, 358 və 383- 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, Azərbaycan Respublikası CM-nin 39.1.3-cü və 44.2.1-ci maddələrinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CM-nin 39.1.3-cü və 44.2.1-ci maddələrinə əsasən ona həmin maddələrlə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nun barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Namazova Gültac Səddam qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Əlinağıyeva Lamiyə Kamran qızının adına xx.xx.2016-cı il tarixli 7WXWOFN0003 nömrəli, Tağıyeva Fatimə Nəsimi qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, X10 adına xx.xx.2015-ci il tarixli Z4B1EK10003 nömrəli, X27nun adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Bayraməliyeva Ləman Sakit qızının adına xx.xx.2015-ci il tarixli 0********** nömrəli, Məmmədli Aytac Fariz qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Ələkbərova Nazlı Əflatun qızının adına xx.xx.2015-ci il tarixli **********1 nömrəli, Tağıyev Sarvan Asif oğlunun adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli, Şahid5 Mehti qızının adına xx.xx.2015-ci il tarixli 8P5AYT00003 nömrəli, X22 adına xx.xx.2015-ci il tarixli **********01 nömrəli həkimməsləhət komissiyanın qərarları, təyinat almış şəxslərin bank hesablarından çıxarışlar və bankomat görüntülərinin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza xərci- 124 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP(XİİS ) hesabı, adı Dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ********************, SFİFT BİKCTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************) köçürülsün. Mülki iddia qismən təmin edisin. 90930,97 manat (doxsan min doqquz yüz otuz manat doxsan yeddi qəpik) məbləğində dəymiş zərər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilsin. Təqsirləndirilən şəxslərə mülki mühakimə icraatı qaydasında birgə borclulara qarşı reqress qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Şəmkir rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs1 aid hissədə (mülki iddiaya və ekspertiza xərcinə dair hissədə) Gəncə şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar