Məhkəmə qərarları › İş №1(042)-2/2024

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-2/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-2/2024 01.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1946-cı ildə Gədəbəy rayonu, Çayrəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, evli, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarından 2021-ci ilin yanvar ayınadək olan müddətdə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan Gədəbəy rayonu, Novosaratovka kəndində Novo Saratovka-Şınıx avtomobil yolunun sağ tərəfində “EL OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs "xxxx" X7 MMC-nin mülkiyyətində olan əkinə yararlı kənd təsərrüfatı təyinatlı 0.2840 ha örüş torpaq sahəsini özbaşına tutaraq ətrafını metal torla hasarladıqdan sonra həmin torpaq sahəsində Azərbaycan Respublikalı Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2 bəndlərinin tələblərini kobud surətdə pozaraq qəsdən əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan qum və mişar daşından istifadə edib özbaşına 8 metr enində və 12 metr uzunluğunda tikili inşa etdirməklə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Gədəbəy rayonunda yaşamaq üçün torpaq sahəsi verilməsi barədə müraciət etmiş, həmin müraciət əsasında Gədəbəy rayonu Novo-Saratovka kəndi ərazisindəki yanacaq doldurma məntəqəsinin üst tərəfində yerləşən 0,12 ha torpaq sahəsi həmin kəndin bələdiyyəsi tərəfindən ona verilmişdir. Novo-Saratovka kənd bələdiyyə sədri Şahid1 həmin yerdə ev tikmək istədiyini demiş, Şahid1 ona evi tikməsini və sənədləşməni sonra həll edəcəyini demişdir. Sonra o, həmin yerdə 1 mərtəbəli, 2 otaqlı kürsülü ev tikdirmişdir. 2020-ci ilin sentyabr ayında evin həyətyanı sahəsində ürək xəstəliyindən əziyyət çəkdiyinə görə müalicəvi əhəmiyyəti olan 150 ədəd şam ağacı əkmişdir. Həmin şam ağaclarına hər biri 5 manat olmaqla cəmi 800 manat pul vermişdir. Evin tikintisi 2021-ci ilin yanvar ayında başa çatmışdır. Gədəbəy rayon Novo-saratovka kəndi ərazisindən torpaq sahəsi ayrılması üçün Novo-Saratovka Bələdiyyəsinə rəsmi müraciət etməmiş, Fərdə Əliyeva ona ev tikməsini, sənədləşməni sonra aparacağını bildirmişdir. Ona məxsus olduğunu iddia etdiyi 0.12 ha torpaq sahəsi əvvəllər heç kimin istifadəsində olmamış və həmin torpaq sahəsi heç kimin adına rəsmiləşdirilməmişdir. Üzərində ev tikdirdiyi 0.12 ha torpaq sahəsinin təyinatı barədə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olub-olmaması barədə məlumatı olmamışdır. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu Böyük Qaramurad kəndində yaşayır. 2016-cı ildən "xxxx" X7 Məhdud Məsuliyyətli Cəmiyyətin qərb bölgəsinin baş aqranomu vəzifəsində işləyir. Gədəbəy rayonu, Novo Saratovka kəndində ümumilikdə 200.7 hektar torpaq sahəsi "xxxx" X7 Məhdud Məsuliyyətli Cəmiyyətə məxsusdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibəti, düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Gədəbəy rayonu Novo Saratovka kəndində ev tikməsindən 2022-ci ildə xəbəri olmuşdur. Ev tikilən torpaq sahəsinin həmin vaxt onların müəssisəsinə məxsus olmasından xəbəri olmamışdır. Məhdud Məsuliyyətli Cəmiyyətə rəsmi sorğu daxil olduqdan sonra araşdırma zamanı qeyd edilən torpaq sahəsinin müəsisəyə aid olduğunu bilmişlər. Cinayət işi üzrə ona etibarnamə verilmiş, nümayəndə qismində müəssisəsinin hüquq və vəzifələrini icra etmək ona tapşırılmışdır. Həmin torpaq sahəsi əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaqlardır. Mövcud vəziyyətdə həmin torpaq sahəsində tikinti aparmaq, həmin torpaq sahəsini satmaq yolverilməzdir. Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona torpaq sahəsinin verilməsi ilə bağlı qeyri-rəsmi müraciət etdikdə həyətyanı torpaq sahələrinin bitdiyini, lakin bələdiyənin ehtiyat fondunda olan torpaqların təyinatının dəyişdiriləcəyi halda rəsmi müraciət əsasında torpaq sahəsinin ayrılmasının mümkünlüyünü izah etmişdir. Təqsirləndirilən şəxs qanunsuz ev tikməsinə görə onun və Qazax ərazi şöbəsinin əməkdaşı Şahid2 tərəfindən akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs zəbt etdiyi və qanunsuz tikinti apardığı torpaq sahəsi bələdiyyənin mülkiyyəti deyil, "xxxx" X7 Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsidir. Təqsirləndirilən şəxs izahatında onun barəsində söylədikləri yalandır, şər-böhtandır. Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Parakənd kəndində yaşayır. 2015-ci ildən hazıradək Azərbaycan Respublikası ƏMDX-nin Qazax ərazi şöbəsində aparıcı məsləhətçi müfəttiş vəzifəsində işləyir. Onlar torpağa nəzarət qaydasında monitorinq keçirən orqandır. Bununla bağlı xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonu Novo Saratovka kəndində monitorinq aparan zaman Novo Saratovka-Şınıx avtomobil yolunun sağ tərəfində Təqsirləndirilən şəxs 0.2840 ha torpaq sahəsini çəpərləyərək həmin ərazinin 80 kv metrində yaşayış evi tikməsini aşkar etmişlər. Bunun üçün həmin vaxt Təqsirləndirilən şəxs sənədlərini tələb etmişlər. Təqsirləndirilən şəxs bizə heç bir sənəd təqdim etməmişdir. Həmin vaxt ərazinin kənd təsərrüfat təyinatlı torpaq olması səbəbindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonra ona tikintini dayandırması üçün rəsmi qaydada bildiriş göndərilmişdir. Araşdırma dövründə DƏDRX-nin Şəmkir ərazi şöbəsinə torpaq sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi üçün rəsmi qaydada müraciət etmişlər. DƏDRX-nin 11 saylı Şəmkir ərazi şöbəsinin nümayəndələri tərəfindən “TEKUS” vasitəsi ilə yoxlanıldıqda Təqsirləndirilən şəxs ev tikib hasarladığı sahənin dövlət mülkiyyətində yəni X1 balansında olmasını müəyyən etmişlər. Bununla da Təqsirləndirilən şəxs özgə mülkiyyətində olan torpaq sahəsini zəbt etməsi faktı aşkarlandığından barəsində toplanmış inzibati araşdırma materialına xitam verilmişdir. Toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilmişdir. Təqsirləndirilən şəxs heç bir hüquqverici sənədi olmadan X2 məxsus olan 0.2840 ha torpaq sahəsini özbaşına çəpərləyərək, zəbt etmiş və kənd təsərrüfatlı təyinatı olan torpaq üzərində özbaşına 80 kv metr sahəsi olan yaşayış evi tikmişdir. Şahid5 Nasir oğlu ifadəsində göstərdi ki, torpaq sahəsi almaq üçün müxtəlif vaxtlarda Gədəbəy rayon İcra Hakimiyyətinə və Novo-Saratovka bələdiyyəsinə rəsmi müraciət etsə də müraciətlərinə cavab vermədiyini görüb 2018-ci ilin yaz aylarında Gədəbəy rayonu, Novo-saratovka kəndi ərazisində Novosaratovka-Şınıx avtomobil yolunun sağ tərəfində yerləşən “EL OİL" adlı yanacaq doldurma məntəqəsindən təxminən 100 metr məsafədə yerləşən örüş sahəsi üçün nəzərdə tutulmuş yerdən 0.20 ha torpaq sahəsini özbaşına tutmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ilin yaz aylarında onun zəbt etdiyi torpaq sahəsinin təxminən 17 sot torpaq sahəsini tutaraq özünə fərdi yaşayış evi tikdirmişdir. Bundan sonra o, zəbt etdiyi qalan 0.03 ha torpaq sahəsində özünə fərdi yaşayış evi tikmək üçün 2021-ci ilin mart ayında Gədəbəy rayon İcra Hakimiyyətinə gəlmiş və Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev və Memarlıq şöbəsinin müdiri Şahid3 qəbulunda olduqda sonuncular ona “get işini gör, sənədləşməsi sonra apararıq" demişdir. Bundan sonra həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmək üçün evin bünövrəsini traktorla qazdırıb “Kamaz” markalı avtomobillə bir maşın daş tökdürmüş və müvəqqəti qalmaq üçün “Qazel" markalı avtomobilin kuzasını yerləşdirmişdir. Zəbt etdiyi həmin torpaq sahəsinə getdikdə traktorla qazdırdığı evin bünövrəsini Təqsirləndirilən şəxs torpaqla basdırdığını və sonuncunun kanalizasiya quyusu qazdıraraq onun həmin əraziyə tökdürdüyü daşdan həmin quyunun iç hissəsini hördürdüyünü görmüşdür. Bundan sonra baş vermiş həmin hadisə ilə əlaqədar şikayət etmək üçün Yeni-Saratovka polis bölməsinə getdikdə Təqsirləndirilən şəxsla bölmənin qarşısında və sonuncuya öz iradını bildirərək “sən kimsən mənim torpaq sahəmi zəbt edib tikinti işləri aparırsan?" demişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinə girməmiş və oradan ağac çıxarmamış, həmin ağacların necə və hansı şəraitdə çıxarılması haqqında məlumatı olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında ki, 0,03 ha torpaq sahəsinə daş tökərək özünə yaşayış evi tikmək üçün sahə tutduğuna görə Təqsirləndirilən şəxs ondan incimiş və buna görə də onun barəsində əsassız şikayət etmişdir. Evin bünövrəsi qoyulan zaman isə həmin ərazidə heç- bir ağac görməmişdir. Şahid3 ifadəsində göstərdi ki, 2019-cu ildə Təqsirləndirilən şəxs torpaq sahəsi ilə təmin olunması ilə əlaqədar Gədəbəy rayon İcra Hakimiyyətinə rəsmi müraciəti olmuşdur. Həmin müraciəti ilə bağlı ona aidiyyəti üzrə bələdiyyə müraciət etməsi barədə cavab məktubu göndərilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin tikilməsi ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılması üçün Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinə müraciət etməmiş, bu barədə ona heç bir sənəd təqdim edilməmişdir. Təqsirləndirilən şəxs Novosaratovka kənd ərazisində bələdiyyə mülkiyyətində olan ümumi örüş sahəsindən 0.12 ha torpaq sahəsini zəbt etməsi və qanunsuz olaraq həmin torpaq sahəsində fərdi yaşayış evi tikməsi barədə heç bir məlumatı yoxdur. Bələdiyyə torpaqlarının təyinatını təyin etmək üçün icra hakimiyyətlərində baza məlumatları və xüsusi alətlər olmadığından bələdiyyə balansında olan torpaq mülkiyyətləri barədə konkret olaraq heç bir söz deyə bilmir. Fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması məqsədilə bələdiyyələr tərəfindən Rayon İcra Hakimiyyətinə rəy verilməsi üçün müraciət olunur(Tovuz Layihə-Tikinti İdarəsinin tərtib etdiyi kadastr göstəriciləri təqdim olunmalıdır). Bundan sonra ayrılacaq torpaq sahəsinin təyinatı, mühafizə zonalarından kənar olması, sürüşmə zonalarının olmaması faktları araşdırılıb və memar tərəfindən müvafiq rəy verilir. Novosaratovka bələdiyyəsi tərəfindən bu cür müraciət olunmamış, onun tərəfindən hər hansı rəy verilməmişdir. Bundan sonra 5 iş gün müddətində tikinti niyyəti barədə məlumatlandırma icraatı aparılaraq 3 iş gün müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintiyə X8 Agentliyinə, Şəhərsalma və Arxitektura komitəsinə göndərilir. Məlumatlandırma icraatının aparılması ilə bağlı vətəndaşa verilmiş cavab məktubu icazə sənədi hesab olunur və həmin gündən vətəndaş tikinti işlərinə başlaya bilər. Vətəndaş Təqsirləndirilən şəxs tikinti niyyəti barəsində Gədəbəy rayon İcra Hakimiyyətinə müraciət etməmişdir. Novosaratovka inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Elnur Qarayev ona Təqsirləndirilən şəxs Novosaratovka kəndində örüş sahəsində qanunsuz ev tikdirməsi barədə nə rəsmi, nə də mobil telefon vasitəsilə məlumat verməmişdir. Təqsirləndirilən şəxs qanunsuz ev tikməsi barədə xx.xx.2021-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, Novosaratovka kənd bələdiyyəsinin sədri Şahid1 və Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin Gədəbəy rayonu üzrə torpaq müfəttişi Şahid2 Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus torpaq sahəsində qanunsuz fərdi yaşayış evi tikməsi barədə akt tərtib edərək bu barədə ona məlumat vermişlər. Bununla bağlı görüləcək tədbirlər mülkiyyət sahibi kimi bələdiyyə tərəfindən həyata keçirilir. Şahid X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 7-8 ay əvvəl Təqsirləndirilən şəxs Novosaratovka kəndi ərazisindən özünə torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikdirmişdir. Lakin həmin torpaq sahəsinin nə vaxt, kimdən və hansı qiymətə alması barədə, tikintiyə dair sənədinin olub-olmaması barədə məlumatı yoxdur. Təxminən 1 ay əvvəl Təqsirləndirilən şəxs torpaq sahəsində əkməsi üçün 100 ədəd müxtəlif növ meyvə ağacı hədiyyə etmiş, Təqsirləndirilən şəxs həyətyanı sahəsində bundan başqa çoxlu sayda şam ağacları əkmişdir, lakin həmin ağacları nə vaxt əkdiyini və sayını bilməmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsindən hər hansı bir ağac, o cümlədən şam ağacı çıxarmamışdır. 2021-ci ilin yanvar-fevral aylarında Təqsirləndirilən şəxs ona zəng edib “mənim yerimə daş tökən adamı tanıyırsanmı” sualını verdikdə sonuncunun torpaq sahəsinə daş tökülməsindən xəbərsiz olduğunu bildirmişdir. Həmin zəngdən 3 gün sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edərək “torpağıma daş tökən adam Əkbərdir, get ona de mənim yerimdən çıxsın” dedikdə Şahid5 zəng edərək daş tökdüyü yerin sahibinin bibisioğlu olduğunu deyərək tökdüyü daşı oradan yığışdırmasını tələb etdikdə Şahid5 “mən özüm bilərəm, daşı yığışdırası deyiləm, Teymurun oğlu ilə danışıb razılaşmışam” demişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs gecə vaxtı Novosaratovka kəndinə gəlmiş və Şahid5 daş tökdüyü yerin ətrafına çoxlu sayda şam ağacı əkmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsində şam ağacları olmuş, lakin həmin ağacların kimin tərəfindən çıxarılıb-çıxarılmaması barədə məlumatı olmamış və Təqsirləndirilən şəxs özü də ona bu barədə heçnə deməmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsində təxminən 40-50 ədəd şam ağacı olmuşdur. Həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən əkildiyini bilsə də nə vaxt əkildiyini bilmir. Teymurun əkdiyi şam ağacları hazırda yerindədir. Şahid5 kimdən və hansı qaydada icazə alaraq Təqsirləndirilən şəxs torpaq sahəsinə daş tökdürməsi barədə məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 31 may 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı birmərtəbəli fərdi yaşadığı ev Novosorotovka kəndinin Şınıx istiqamətində asfalt yolda yolun sağ kənarından təxminən 10 metr məsafədə yerləşir. Həmin istiqamətdə yolun 30 metr aşağı hissəsində “El Oil” yanacaq doldurma məntəqəsi yerləşir. Qeyd edilən evə asfalt yoldan çıxmaqla nisbətən yoxuşlu torpaq yolla getmək mümkündür. Baxış keçirilərkən Təqsirləndirilən şəxs evin həyətində dayanaraq üfüqi istiqamətdə 6 sot, şaquli istiqamətdə 3 sot, kənarları metal torla çəpərlənmiş torpaq sahəsinin göstərərək həmin sahənin Novosaratovka kənd bələdiyyəsi tərəfindən ona verildiyini, həmin sahədə müxtəlif növ şam və meyvə ağacları əkdiyini bildirdi. Baxış zamanı 47 ədəd şam ağacları aşkar edildi. Baxış zamanı torpaq sahəsinin 6 sot olmaqla üfüqi istiqamətdə yerləşən torpaq sahəsində aşağı çəpər boyunca 4 ədəd şam ağacının yerini göstərərək həmin ağacların çıxarılmış olduğunu bildirdi. Həmin ağaclar sayılarkən qeyd edilən sahədə müxtəlif növ meyvə ağacları və 33 ədəd şam ağacları müəyyən olundu. Bundan sonra Təqsirləndirilən şəxs evin aşağı hissəsində yerləşən ümumi sahəsi 3 sot olan sahəni göstərərək həmin sahənin aşağı hissəsində çoxlu ağaclar əkdiyini bildirdi. Həmin ağaclar sayılarkən qeyd edilən sahədə müxtəlif növ meyvə ağacları və 14 ədəd şam ağacları müəyyən olundu. Təqsirləndirilən şəxs həmin sahədə ağacların çox olduğunu, lakin onun icazəsi olmadan çıxarıldığını bildirdi. Həmçinin evinin qabağında çıxarılan ağacların yerinin boş qalmaması üçün həmin sahədə kartof əkdiyini bildirdi. Gədəbəy rayon Novosaratovka kəndində Təqsirləndirilən şəxs məxsus kürsülü fərdi yaşayış evinə baxış zamanı müəyyən edildi ki, həmin ev mişar daşından tikilmişdir. Evin eni 8 metr, uzunluğu 10 metr, hündürlüyü isə yola tərəfdən 5 metr, giriş qapısı tərəfindən 4.30 metrdir. Həmin evə mişar daşından hörülmüş pilləkanla qalxıb giriş qapısından içəri daxil olduqda sol tərəfdə dəhliz, sağ tərəfdə hamam-tualet və giriş qapısı ilə üzbəüz istiqamətdə yaşayış üçün nəzərdə tutulmuş 2 otaq vardır. Dəhliz yeni təmir olunmuş, dəhlizdə bir ədəd soyuducu, iki ədəd stul və müxtəlif məişət əşyaları vardır. Həmin evin birinci otağının giriş qapısından içəri daxil olub baxdıqda tam təmir olunmamış, ikinci otağın giriş qapısından içəri daxil olduqda saat əqrəbi istiqamətində baxdıqda bir ədəd divan, üç ədəd stul, politrenə bükülmüş bir ədəd xalça, üzərində yorğan və döşək olan divan vardır. Evin hamam-tualeti tam təmir olunmamış vəziyyətdədir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs evin tikilməsi üçün rəsmi sənədlərinin olmadığını, lakin Gədəbəy rayon İcra Hakimiyyətindən və Novosaratovka bələdiyyəsindən şifahi razılıq əsasında icazə aldığını bildirmişdir. Digər baxış iştirakçıları Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Şahid3 Qəmbər oğlu və Novosaratovka kənd bələdiyyəsinin sədri Şahid1 bildirdi ki, həmin ev Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq dövlət torpaq sahəsində tikilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özbaşına tutduğu torpaq sahəsinin ətrafının dəmir torla çəpərlənməsi aşkar edildi - Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tikilini həqiqətən 2020-ci ilin yay aylarından 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində təsadüfi olaraq çağırdığı ustaya tikdirmişdir, həmin ustaların kimliyinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs özbaşına zəbt edərək tikdirdiyi torpaq sahəsi hazırda "xxxx" X7 MMC-nin mülkiyyətində olması müəyyən edilmişdir. - Məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2023-ci il tarixli, 10/6779 nömrəli rəyindən müəyyən edilmişdir ki, Gədəbəy rayonu Novo saratovka kəndi ərazisində Şınıx avtomobil yolunun kənarında inşa edilmiş yaşayış evinin eni 8 metr uzunluğu 12 metr olmaqla və həmin aparılmış tikinti işləri Azəbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 2 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısına əsasən yenidən qurma işlərinə aid olduğu müəyyən edilmişdir. Azəbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırması” Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə əsasən Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində, Şınıx avtomobil yolunun kənarında aparılmış tikinti işlərinə müvafiq icazə alınmalı idi. Tədqiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hərhansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 160 JM°-li qərarı ilə təsdiq edilmiş təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və 4.1 və 4.2 bəndlərinin tələbləri pozulduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Qazax Ərazi Şöbəsinin xx.xx.2021-ci tarixli aktından görünür ki, Gədəbəy rayonu torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişi tərəfindən 04 iyun 2021-ci il tarixdə X6 Sistemi (TSMS) vasitəsilə Gədəbəy rayonu, Novosaratovka bələdiyyəsinin ərazisində keçirilmiş növbəti monitorinq zamanı qanun pozuntuları barədə məlumatlar hazırlanarkən DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsinə xx.xx.2021 tarixli ********** saylı sorğu verilmiş və həmin torpaq sahəsinin Gədəbəy rayonu, Novosaratovka kəndi yaşayış məntəqəsi torpaqlarının qonşuluğuna yaxın ərazidə, Novosaratovka kəndində yerləşən X2 aid olmaqla üzərində Bakı şəhəri, Xətai rayonu, A.Novruzov küçəsi, ev 29/3 sakini Təqsirləndirilən şəxs tərəfindən heç bir mülkiyyət, icarə və ya istifadə hüququ olmadan müvafiq olaraq 80 kv.m ölçüdə tikinti işlərinin (fərdi yaşayış evi) aparıldığı, 0.2840 ha torpaq sahəsi isə metal torla hasara alındığı faktı aşkar olunmuşdur. - Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hasarlanarq tikinti inşa edilən Gədəbəy rayonu, Novosaratovka kəndində Novosaratovka-Şınıx avtomobil yolunun sağ tərəfində “EL OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən 0.2840 ha torpaq sahəsinin sərhədləri müəyyən edildi (faktiki istifadədə 0.2925 ha -dək torpaq sahəsi vardır). Təqsirləndirilən şəxs tərəfindən hasarlanarq tikinti inşa edilən Gədəbəy rayonu, Novosaratovka kəndində Novosaratovka-Şınıx avtomobil yolunun sağ tərəfində “EL OİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən 0.2840 ha torpaq sahəsinin cinayət əməli törədilən tarixə olan hüquqi statusu Dövlət mülkiyyətidir. Təqdim olunmuş sənədlər toplusundan məlum olur ki, həmin ərazi “X4 və Emal birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətin balansında olmaqla başqa şəxslərə, təşkilatlara, hüquqi şəxslərə və s., icarəyə və ya istifadəyə verilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutları ayrılıqda və bir-biri ilə müqayisəli təhlil edərək formalaşmış daxili inamına əsasən qiymətləndirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, özgənin mülkiyyətində olan torpaq sahəsini tutaraq hasara aldığını və tikinti işləri apardığını, bu torpaq sahəsindən istifadəyə və tikinti işləri aparmasına hüquqmüəyyənedici sənədləri olmadığını bildirmişdir. Onun ifadəsi zərər çəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, aparılmış isintaq hərəkətləri protokolları, ekspert rəyi və məhkəmə iclasında tədqiq olunmuş digər sümutlarla tam təsdiq olunur. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutları hərtərəfli və obyektiv araşdırıb qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətini törətməsi, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama və qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparması tam sübut olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə tövsifi ilə razılaşır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs qocalığını və təqaüddə olmasını, cinayət hadisəsini öz yaşayış ehtiyaclarını təmin etmək səbəbindən törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də təyin ediləcək cəzanın onun yaşına, sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin ediməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən cəzanın çəkilib-çəkilməməsi məsələsini müzakirə edərkən yüngülləşdirici halları və onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin törədilməsində torpaq sahəsinin mülkiyyətçisinin, tikinti işləri aparılmasına qanunla nəzarət etmə səlahiyyəti olan orqanların hərəkətləri də bilavasitə şərait yaratmışdır. Belə ki, təqsirləndirilən şəxs mülkiyyətçinin hüquqlarını pozarkən ona hər hansı bir etiraz bildirilməmiş, tikintinin qanunla müəyyən edilmiş torpaq sahəsində aparılmasına buna nəzarət etmə səlahiyyəti olan qurumlar və ya vəzifəli şəxslər tərəfindən lazımi diqqət yetirilməmiş, tikinitiyə nəzarət edən qurumlar və vəzifəli şəxslər tərəfindən hadisənin törədilməsinin qarşısı alınmamışdır. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi isə torpaq sahəsinin onların mülkiyyətində olduğunu bilmədiklərini, yalnız hadisə aşkara çıxarıldıqdan sonra araşdırma nəticəsində bunun onlara məlum olduğunu qeyd etmişdir. Bu hallar təqsirləndirilən şəxsdə rahatlıq, qanuna əməl edilməsində etinasızlıq yaratmış, özgənin mülkiyyətində olan torpaq sahəsini nəinki özbaşına tutma, habelə orada tikinti işləri aparmasına, boş sahəni hasarlamağa imkan yaratmış, cinayət hadisəsinin törədilməsinə bu və ya digər şəkildə şərait yaradılmışdır. Təqsirləndirilən şəxs torpaq sahəsinin ona məxsus olmamasını bilsə də, tikinti işlərini iki il ərzində aparmışdır. Yalnız Gədəbəy rayon Prokurorluğunda onun şikayət ərizəsi araşdırılarkən Təqsirləndirilən şəxs tərəfindən özgənin mülkiyyət hüququnun pozulması və burda ev tikilməsi faktı aşkar olmuşdur. Qeyd olunanlar təqsirləndirilən şəxsin törətdiyi əmələ bəraət qazandıran hal olmasa da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin və onun əməlinin ictimai təhlükəlilik dərəcəsinin müəyyən edilməsinə təsir edir və bu hallar ona təyin edilmiş cəzanın çəkilibçəkilməməsi, cəmiyyətdən təcrid olunmadan islah olunub-olunmamasının müəyyən edilməsi üçün nəzərə alınmalı hallardır. Eləcə də, təqsirləndirilən şəxs 78 yaşındadır. Əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli deyildir və onun təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunması mümkündür. Odur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından mümkün hesab edir. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197.-ci və 197.1.4-cü maddəsinə əsasən, mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi materiallarından görünür ki, iş üzrə məhkəmə ekspertizaları keçirilmiş, ekspertə ödənilməli haq 100 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci - 100 manat Təqsirləndirilən şəxs tutularaq Dövlət nəfinə ödənilməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci – 100 manat Təqsirləndirilən şəxs tutularaq Dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar