Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-20/2021 10.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 47-25 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 iyun 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Gədəbəy rayonu, Zəhmətkənd kəndində X4 məxsus, işlədiyi Gədəbəy rayonu X12 Orta Məktəbinin qarşısında saxladığı “VAZ-2106 minik” markalı ** BC *** qeydiyyat nömrə nişanlı avtomobili sahibinin iradəsinə zidd olaraq mühərriki işə salıb həmin ərazidən idarə edərək talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirdiyinə görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, təxminən bir aydır ki, babası Qələndərin yaşadığı Gədəbəy rayonu, Slavyanka kəndinə gəlmiş və onun yanında yaşamışdır. 14.10.2020-ci il tarixdə Slavyanka kəndinin mərkəzində yerləşən kafelərin birində spirtli içki olan araq içmişdir. Daha sonra Gəncə şəhərinə getmək üçün kənd mərkəzində yerləşən dayancaqda gözləyib modelini və markasını xatırlamadığı maşınlardan birinə minmişdir. Həmin maşının sürücüsü onu rayonun Zəhmət kəndinə kimi aparmış və Zəhmət kəndinin mərkəzində düşürmüşdür. Daha sonra saat təxminən 21 radələrində piyada yol ilə Şəkmir rayonu istiqamətində getmişdir. Zəhmət kəndində yerləşən işıqforu keçdikdən sonra yolun sağ tərəfində yerləşən məktəbin qarşısında bir VAZ-2106 markalı avtomobilin dayandığını görmüş və həmin maşının yanına getdikdə qapısının açıq olduğunu görmüşdür. Hava soyuq olduğu üçün maşında əyləşmişdir. Daha sonra yadına düşmüşdür ki, o, təcili olaraq Gəncə şəhərinə getməlidir. Ona görə də maşının işə salma qıfılını sındırıb maşının mühərrikini işə salmış və maşının işıqlarını yandırıb geriyə doğru sürmüşdür. Maşını geriyə doğru sürərkən maşının sükanı kilidləndiyinə görə o, maşından düşmüşdür. Bu zaman adını bilmədiyi iki nəfər şəxs ona yaxınlaşaraq maşının məktəb direktoruna məxsus olduğunu bildirmişlər. Bu zaman maşının sahibi də ora gəlmişdir. Həmin şəxslər onu tutub orada saxlamış və yoldan keçən polis patrul xidməti əməkdaşlarını saxladıb onlara təhfil vermişlər. O, maşını işə salmaqda məqsədinin Gəncəyə gedib gəlmək olduğunu, talamaq kimi bir niyyətinin olmamasını demişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, onunla barışmış, ona dəymiş zərəri aradan qaldırmışdır. Ona görə də cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Zəhmət kəndində yaşayır, Gədəbəy rayon X11 Məktəbinin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti olmamışdır. 14.10.2020-ci il tarixdə axşam saatlarında işlədiyi məktəbdə iş otağında işləyən zaman özünə məxsus olan VAZ-2106 markalı, 21BC 484 dövlət qeydiyyat nişanlı avtomobili məktəbin qarşısında saxlamışdır. Təxminən, saat 21 radələrində məktəbin müşahidə kamerasından maşının işıqlarının yandığını və maşının arxaya doğru hərəkət etdiyimi görmüşdür. Dərhal iş otağından həyətə çıxmış və məktəbin ocaqçısı Samir İsmaylovın və məktəbin gözətçisi Şahid1 maşının yanına tərəf qaçdıqlarını görmüşdür. Dərhal onların arxasınca maşına tərəf qaçmışdır. Maşının yanına tərəf çatanda görmüşdür ki, maşından bir qədər aralıda Məzahir və Samir maşından düşüb qaçmaq istəyən şəxsi tutmuşlar. Bundan sonra onlar ərazidə xidmət edən polis əməkdaşlarına, yəni post patrul xidmətinə məlumat vermişlər. Polis əməkdaşları tez hadisə yerinə gəlmiş və həmin şəxsi xidməti avtomobilləri ilə rayon polis şöbəsinə gətirmişlər. Həmin şəxsi tanımır və adını bilməmişdir. Sonradan bilmişdir ki, maşını qaçıran şəxs Slavyanka kəndində yaşayan Qələndər kişinin nəvəsi Təqsirləndirilən şəxsdur. Avtomobil maşını saxladığı yerdən təxminən 10 metr hərəkət etmişdir. Həmin vaxt avtomobilin digər qapıları bağlı olsa da, sürücü tərəf qabaq qapı açıq olmuş, lakin, avtomobilin açarları özündə olmuşdur. Həmin şəxs avtomobili işə salmaq üçün maşının işə salma qıfılını sındırmış, lakin, açar üzərində olmadığı üçün maşının sükanı kilidlənmiş və məktəbin işçiləri oraya çatdıqda isə o, qorxaraq qaçmağa çalışmışdır. Təqsirləndirilən şəxs hazırda ondan üzr istəmişdir. O, təqsirləndirlən şəxslə barışmışdır. Ona görə də cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu X12 Orta Məktəbinin gözətçisi vəzifəsində işləyir. 14.10.2020-ci il tarixdə axşam saatlarında işlədiyi məktəbin həyətində məktəbin ocaqçısı Şahid2la birlikdə söhbət etmiş, məktəbin direktoru Fəzayıl müəllim isə iş otağında işləmişdir. Fəzayıl müəllim VAZ- 2106 markalı avtomobili isə məktəbin qarşısında saxlamışdır. Saat 21 radələrində həmin maşının işıqlarının yandığını və arxaya doğru hərəkət etdiyini görmüşdür. Onlar dərhal maşına tərəf qaçmışlar. Maşın təxminən 10 metr hərəkət etdikdən sonra dayanmışdır. Onlar maşının yanına çatdıqda maşından bir nəfər saqqallı şəxs düşüb qaçmağa cəhd etmişdir. Samirlə onu maşından bir neçə metr aralıda tutub saxlamışlar. Bu zaman Fəzayıl müəllim də yanlarına gəlib çatmışdır. Ərazidə xidmət aparan polis patrul xidməti maşını oradan keçmiş, onları saxlayıb hadisə barədə məlumat vermişlər. Bundan sonra həmin şəxsi polis əməkdaşları xidməti avtomobilə mindirib polis şöbəsinə aparmışlar. Həmin şəxsi tutan zaman ondan spirtli içki iyi gəlmişdir. Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Məhkəmə iclasında Şahid2 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, Gədəbəy RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 14.10.2020-ci il tarixdə saat 21 radələrində Gədəbəy RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə rayonun Zəhmət kəndi ərazisində xidmətdə olmuşdur. Məktəbin qarşısından keçərkən adını sonradan bildiklələri həmin məktəbin direktoru X5 onlara yaxınlaşaraq məktəbin qarşısında saxladığı avtomobilini bir şəxsin idarə edərək qaçırmaq istədiyini və həmin şəxsi tutub saxladıqlarını bildirmişdir. Ona görə də maşını saxlayıb hadisə yerinə getmişlər. Hadisə yerində saxlanılmış şəxsdən adını soruşduqda bildirmişdir ki, adı Emindir. Emindən kəskin spirtli içki iyi gəlmişdir. Hadisə yerində Fəzayıl Kərimovdan başqa iki nəfər məktəbin işçiləri olan şəxs olmuşdur. Həmin şəxslər bildirmişlər ki, avtomobili qaçırarkən Emin adlı həmin şəxsi onlar tutub saxlayıblar. Ona görə də Emini xidməti avtomobil ilə Gədəbəy Rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhfil vermişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Gəncə şəhər sakini Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında elan edilmiş Şahid3 ifadəsindən görünür ki, 2017-ci ildən DİOda xidmət etməklə Gədəbəy RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 14.10.2020-ci il tarixdə saat 21 radələrində Gədəbəy RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 ilə rayonun Zəhmət kəndi ərazisində xidmətdə olarkən Gədəbəy rayon Zəhmətkənd məktəbinin qarşısından keçərkən adını sonradan bildiklələri həmin məktəbin direktoru X5 onlara yaxınlaşaraq məktəbin qarşısında saxladığı avtomobilini bir şəxsin idarə edərək qaçırmaq istədiyini və həmin şəxsi tutub saxladıqlarını bildirmişdir. Ona görə də maşını saxlayıb hadisə yerinə getmişlər. Hadisə yerində saxlanılmış şəxs üzü saqqalı arıq orta boylu cavan oğlan olmuşdur. Həmin şəxsdən hadisə yerində adını soruşduqda bildirmişdir ki, adı Emindir. Emindən kəskin spirtli içki iyi gəlmişdir. Hadisə yerində Fəzayıl Kərimovdan başqa iki nəfər məktəbin işçiləri olan şəxs olmuşdur. Həmin şəxslər bildirmişlər ki, avtomobili qaçırarkən Emin adlı həmin şəxsi tutub saxlayıblar. Ona görə də Emini xidməti avtomobil ilə Gədəbəy Rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhfil vermişlər. Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Gəncə şəhər sakini Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan 505 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli sərxoşluq olmuşdur. İşdə olan Hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, hadisə yeri Gədəbəy rayonu Zəhmətkənd məktəbinin qarşısıdır. Məktəb Gədəbəy-Şəmkir avtomobil yolunun sağ tərəfində yolun asfalt örtüyündən 15-20 metr aralıda yerləşir. Məktəbin yaxınlığında piyadaların keçməsi üçün işıqfor və körpü yürləşir. Məktəbin giriş hissəsin dəmirdən düzəldilmiş diriş qapısı vardır. İşdə olan Avtomobilə baxış keçirilməsi protokolundan görünür ki, X4 məxsus VAZ 2106 markalı ** BC *** dövlət qeydiyyat nişanlı qırmızı-narıncı rəngli avtomobildə hərhansı bir zədə aşkar edilməmişdir. İşdə olan Gədəbəy rayonu, X11 Məktəbinin görüntü kameralarından götrülmüş videogörüntü olan diskdən görünür ki, məktəbin qarşısında dayanmış Vaz 2106 markalı avtomobilə yaxınlaşan şəxs həmin avtomaşına əyləşdikdən sonra maşının işıqları yanır və həmin maşın geriyə doğru təxminən 10 metr hərəkət etdikdən sonra dayanır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntüdəki Zəhmət kəndində yerləşən məktəbin qarşısında dayanmış VAZ 2106 markal ** BC *** markal avtomaşına yaxınlaşaraq onu işə salmaqla geriyə doğru hərəkət etdirən şəxs özüdür. İşdə olan Cinayət işinə əlavə edilmiş Tələbnamədən görünür ki, Əsgərov X7 Rayon Məhkəməsinin 18.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1, 66.3, 66.5-ci maddələri ilə təqsirli bilinib 05 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27.12.2017-ci ildə Salyan Rayon Məhkəməsinin 26.12.2017-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 10 ay 26 gün vaxtından əvvəl azad edilmiş, 22.11.2018-ci ildə cəzası başa çatmışdır. İşdə olan protokoldan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış X4 məxsus VAZ 2106 markalı ** BC *** qeydiyyat nişanlı avtomobil zərərçəkmiş və təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra qəbzlə zərərçəkmiş şəxs X2 özünə qaytarılmışdır. İşdə olan Gədəbəy RİHB-nın Düzyurd Kənd İƏD tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəхs X6 ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X6 təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 185.1-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidlərin ifadələri və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə əməlindən pеşman olmuş və zərərçəkmiş şəхslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini azırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD diski cinayət işinin materiallarında qalmalı və VAZ- 2106 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilsin. İş üzrə iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD diski cinayət işinin materiallarında saxlanıllsın və VAZ-2106 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-20/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-20/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver