Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-20/2024 18.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy şəhəri, Qumlu yaşayış massivində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “Vüqarın kafesi” adlanan kafenin mətbəxində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə telefon zənginə cavab verməməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə və mübahisə zamanı onu əli ilə vuraraq göz ətrafı yumşaq toxumaların şişkinliyi, qançırı, sağ almacıq nahiyəsinin şişkinliyi, əzilmiş səthi yarası, üst dodağın şişkinliyi, selikli qişasının qançırı, əzilmiş yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və göstərdi ki, o, Zərərçəkmiş şəxs bir ildən artıqdır ki, tanıyır, onların arasında qeyri-rəsmi nikah münasibətləri vardır. 21 noyabr 2023-cü il tarixdə günorta o, Zərərçəkmiş şəxs zəng vurmuş, Vəfa cavab vermədiyinə görə işlədiyi Vüqarın kafesi adlanan kafeyə getmişdir. Orda əsəbləşdiyindən Vəfaya sillə ilə vurmuşdur. Hazırda əməlindən səmimi peşmandır. Barışmışlar. Bu barədə məhkəməyə ərizə vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gədəbəy şəhərinin mərkəzində yerləşən Vüqar adlı şəxsə məxsus kafedə aşpaz vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə onun təxminən bir ildir ki, münasibəti vardır. 21 noyabr 2023-cü il tarixdə o, işlədiyi kafedə olan zaman Cəbrayıl həmin kafeyə gəlib kafenin mətbəxinə keçmiş, Cəbrayıl ona yaxınlaşaraq hansı səbəbdən zənglərini açmadığını demiş, o, isə Cəbrayıla ondan əl çəkməsini, borcunu qaytarmasını bildirmiş, Cəbrayıl onu sillə ilə vurmuşdur. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ona məxsus ünvan 2 ünvanında olan “Vüqarın kafesi” adlanan yerdə qabyuyan işləyir. 21 noyabr 2023-cü il tarixdə saat 11 radələrində o, kafedə olan zaman mətbəxdən səs-küy gəldiyini eşitmiş, dərhal kafenin mətbəxinə getmiş, oraya daxil olan zaman Vəfa və Cəbrayılın orada olduğunu, Vəfanın göz nahiyəsindən xəsarət aldığını, həmin şəxslər arasında mübahisə olduğunu görmüş, o, əlavə problemlər olmaması üçün Cəbrayılı tutub oradan çıxarmışdır. Bundan sonra Cəbrayıl oradan çıxıb getmişdir. Vəfa ilə danışan zaman ona Vəfanı Cəbrayılın vurduğu məlum olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 605 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-göz ətrafı yumşaq toxumaların şişkinliyi, qançırı, sağ almacıq nahiyəsinin şişkinliyi, əzilmiş səthi yarası, üst dodağın şişkinliyi, selikli qişasının qançırı, əzilmiş yarası küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 21 noyabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri özüözünə yetirə bilməsi inandırıcı deyildir, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs Vəfa Hüseynovu vurduğu yer ünvan 3 ünvanında yerləşən kafenin mətbəxidir. - cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş məliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılan sübutları hərtərəfli təhlil edib, qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadəsi, eləcə də həmin ifadələri tamamlayan ekspert rəyi ilə tam sübuta yetir. Məhkəmə onun törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını, onlardan şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda, o cümlədən zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda işə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqbinə zərər çəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-20/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-20/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver