Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-20/2025 06.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru X13, zərərçəkmiş şəxs X8, Təqsirləndirilən şəxs İsfəndiyar qızı və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə Gədəbəy rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Gədəbəy rayonu, Gər-Gər kəndində yaşayan, barəsində 18 oktyabr 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs İsfəndiyar qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs İsfəndiyar qızı 29 avqust 2024-cü il tarixdə saat 10:30 dəqiqədə Gədəbəy rayonu, Yenikənd kəndi ərazisində əmisi oğlu X8 ilə qardaşı Şahid4 arasında olan yol mübahisəsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı yerdən götürdüyü daş parçası ilə Nadir Bayraməliyevin ağız nahiyyəsinə vuraraq, ona üst dodağın əzilmiş sıyrılmış yarası, sol almacıq nahiyyəsinin sıyrığı qisimində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs İsfəndiyar qızı ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Gər-Gər kəndində yaşayır. Şahid4 qardaşı, X8 isə əmisi oğludur. Onunla həyat yoldaşı arasında narazılıq olması səbəbilə bir neçə ildir ki, o, qardaşı Akifin ailə üzvləri ilə birlikdə yaşadığı evdə yaşamışdır. 2018-ci ildən Nadir və onun ailə üzvləri ilə qardaşı Akifin aralarında yol üstündə narazılıq olmuşdur. 29 avqust 2024-cü il tarixdə saat 10:30 radələrində qardaşı Akif evinə tanımadığı taksi avtomobili ilə tikinti materialları gətirərkən Nadir taksinin qabağını kəsib, təhqiramiz sözlərlə söymüş, yoldan keçməməsini bildirmişdir. Bununla əlaqədar, o və Günel Nadirlə mübahisə etsələr də, aralarında məsafə çox olduğu üçün evlərinə gəlmişlər. Bundan 5-10 dəqiqə sonra Günel ilə birlikdə Gədəbəy şəhərinə yol ilə piyada gedərkən Nadirin əlində kərəntə ilə yolun kənarında anası Mehribanla dayandığını görmüşlər. Bu zaman Mehriban Günelin üstünə hücum edərək, saçından tutub, Güneli döyməyə başlamışdır. O, Güneli Mehribanın əlindən almaq istəyərkən Nadir onları nalayiq söyüşlərlə söymüş, onu təpik-yumruqla döyməyə başlamışdır. Daha sonra Nadir onun yaxasından tutub, onu geri itələmiş, o müqavimətini saxlaya bilməyib, yerə yıxılmış, Nadir onu yerdə təpiklə vurmağa başladığı üçün əsəbləşib, yerdən daş parçasını götürərək Nadirin başına vurmaq istəmiş, Nadir çevrildiyinə görə daşı onun sifətinə çırpmış, Nadirin sifətindən qan axmış, Mehriban, Bayram, Turanə tez qaçaraq Nadirin başına toplaşmışlar. Həmin vaxt səs-küyə ora qardaşı Akif gəlmiş, Nadir Akifin üstünə gedib, onunla mübahisə edərək, yumruqla Akifi vurmuşdur. Bayram isə Akifin qulağından tutub, dartışdırmış, Nadirlə birlikdə onu döymüşlər. Həmin münaqişə zamanı orada Nadirin arvadı Turanə, anası Mehriban, atası Bayram, Nadirin övladları olmuşlar və münaqişə 10-15 dəqiqə davam etmişdir. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2018-ci ildən Şahid4 və onun ailə üzvləri ilə aralarında yol üstündə mülkü mübahisələri olmuş, mübahisə ilə əlaqədar məhkəmə qərarları çıxarılmışdır. 29 avqust 2024-cü il tarixdə saat 10:30 radələrində biçənək sahəsindən evinə gələrkən Akifin tanımadığı taksi avtomobilində tikinti materialları gətirməsini və həmin taksi ilə mübahisəli yoldan keçib, evinə getməsini görmüş, taksi sürücüsünə yaxınlaşıb, ona məxsus ərazi ilə avtomobilini sürməməsini xahiş etmişdir. Akif həmin sürücüyə avtomobili dayandırmamasını, sürməsini dediyi üçün taksi avtomobili Akifin həyətinə tərəf sürmüşdür. O, bunlara əhəmiyyət verməyib, evə keçərək su içmiş və bu zaman küçədə səs-küy gəldiyini eşidib, çölə çıxanda görmüşdür ki, Akif anası Mehribanı saçından tutaraq döyür. Bu zaman ora Akifin arvadı Günel və bacısı Dürdanə gəlmişlər. O, qaçaraq, yaxınlaşmış, Akifin yaxasından tutaraq onu geri itələmiş, Mehribanı döyməməsini bildirmişdir. Akif müqavimətini saxlaya bilməyib yerə yıxılmış və qalxanda orada olan daş parçasını götürüb, onun sifət nahiyyəsinə vurmuş, ona xəsarət yetirmiş, bundan sonra oradan qaçaraq uzaqlaşmışdır. Orada olan valideyinləri onu evə gətirmişlər. Ona Dürdanə deyil, Akif xəsarət yetirmişdir. Ona görə də Akifin məsuliyyətə cəlb edilməsini xahiş edir. Təqsirləndirilən şəxslə barışmamışdır. Ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Yenikənd kəndində yaşayır. X4 onun qaynı oğludur. 2018-ci ildən aralarında yol üstündə narazılıq olduğu üçün münasibətləri yaxşı olmamışdır. 29 avqust 2024-cü il tarixdə saat 10:30 radələrində Akif taksi ilə evinə tikinti materialları gətirmiş və taksi mübahisəli yolla hərəkət etmişdir. Buna görə də Nadir sürücüyə yolun ona məxsus torpaqda yerləşdiyini və oradan keçməməsini demişdir. Lakin sürücü ona əhəmiyyət verməmiş, Akifin materiallarını aparmışdır. O, dava-dalaş olmasın deyə Nadiri evə aparmış, ona evdə oturmasını, dava-dalaşdan uzaq olmasını demiş, özü yolda dayanıb gözləmişdir ki, həmin taksi geri qayıtsın və ona tapşırsın ki, bir daha bu yoldan keçməsin. Bu zaman görmüşdür ki, Dürdanə ilə Günel bir qədər irəlidə, Akif isə onların arxasınca gəlir. Onlara onun məhləsindən bir daha yol kimi istifadə etməmələrini demişdir. Günel, Akif və Dürdanə ona yoldan onların da istifadə etmək hüquqları olduğunu deyərək, onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Günel ilə bir-birlərin saçlarından tutub, qarşılıqlı dalaşmağa başlamışlar. Bu zaman Akif saçını arxadan dartıb,onu yerə yıxmışdır. Bu vaxt oraya Nadir gəlmişdir ki, onu Akifin əlindən alsın. O, yerdən qalıxıb, özünə gələrkən görmüşdür ki, oğlu Nadirin sifətinən qan gəlir. Buna görə də qışqırıb, Nadirdən əl çəkmlərini deyərək, Nadiri evə gətirmişdir. O, həmin münaqişə zamanı Günel ilə qarşılıqlı dalaşmış, Akif oraya gələrək saçından dartaraq onu yerə yıxmış, Nadir isə həmin dava zamanı heç kimi döyməmişdir. Nadiri Dürdanə deyil, Akif vurmuşdur. Dava zamanı orada gəlini Turanə, əri Bayram, nəvələri, Dürdanə, Günel və Akif olmuşlar. Münaqişə 10-15 dəqiqə davam etmiş, ətrafdan ora heç kim gəlməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X9 ifadə verərək, bildirmişdir ki, ailə üzvlərilə birlikdə Gədəbəy rayonu,Yenikənd kəndində yaşayır. Zərərçəkmiş şəxs onun övladıdır. Şahid4lə aralarında 2018-ci ildən yol üstündə mübahisələri var. 29 avqust 2024cü il tarixdə saat 10:30 radələrində yaşadığı evin yaxınlığında səs-küy gəldiyini görüb, evdən çölə çıxanda görmüşdür ki, Akif Bayraməliev arvadı Şahid3 saçından tutub dartır. Nadir ona yaxınlaşıb anasını onun əlindən almaq istəyəndə, Akif daş götürərək, Nadirin sifətindən vurmuşdur. Onlar Nadirin sifətindən qan axdığını və onun xəsarət aldığını görüb, onu evə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 İsfəndiyər oğlu ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, Səmədbəy Mehmandarov küçəsində yaşayır. X8 onun doğma əmisi oğlu və yaxın qonşusudur. Nadir və onun ailə üzvləri ilə aralarında narazılıq olduğu üçün münasibətləri yaxşı olmamışdır. Belə ki, evinə gələn avtomobil yolunu Nadir bağlayaraq, həmin yolun onun əkin sahəsi olduğunu bildirmiş, yoldan onun istifadə etməsinə imkan verməmişdir. 29 avqust 2024-cü il tarixdə saat 10:30 radələrində yaşadığı ərazidə yerləşən inşaat materialları mağazasından evinə tikinti materialları alıb, oradan tanımadığı taksi avtomobili ilə həmin tikinti materiallarını evinə gətirərkən yolda Nadir taksinin qarşısını kəsərək, sürücüyə təhqiramiz sözlər deyib, yoldan keçməməsini bildirmişdir. O, həmin taksi sürücüsünə Nadirlə yol üstündə aralarında mübahisə olmasını, buna görə də onun sözlərinə əhəmiyyət verməməsini, deyərək materiaları qapıya aparmasını xahiş etmiş, sürücü avtomobili dayandırmayıb, onun evinin həyətinə sürmüşdür. O, materaları həyətinə boşaltmış, evində olan ustalar ilə məşğul olarkən küçədən səs-küy gəldiyini eşidib çölə çıxanda görmüşdür ki, arvadı Günel, bacısı Dürdanə, əmisi arvadı Mehriban və Nadir dalaşırlar. O, Günel və Dürdanəni evə gətirmək istəyərkən Bayram və Nadir onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Bayram onun qulağından tutmuş, Nadir isə başına və bel nahiyyəsinə yumruqla vurub, ona xəsarət yetirmişdir. Bundan sonra o, Dürdanə və Günellə birlikdə evinə gəlmişdir Həmin münaqişə zamanı Mehribanı və yaxud Nadiri döyməmiş, onlara heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy şəhəri, Səmədbəy Mehmandarov küçəsində yaşayır. Şahid4 onun həyat yoldaşıdır. Akifin 2018-ci ildən Nadir və onun ailə üzvləri ilə aralarında narazılıq olduğu üçün münasibətləri yaxşı olmamışdır. Belə ki, evinə gələn avtomobil yolunu Nadir bağlayaraq həmin yolun onun əkin sahəsi olduğunu bildirərək, yolu kəsmişdir. Bununla əlaqədar, yolun açılması, hər iki tərəfin yoldan istifadə etməsi üçün məhkəmə qərarları qəbul edilməsinə baxmayaraq, Nadir yoldan avtomobillərin keçməsinə mane olur. 29 avqust 2024-cü il tarixdə saat 10:30 radələrində həyat yoldaşı Akif tanımadığı taksi ilə tikinti materiaları gətirmişdir. Həmin vaxt o, əlində qatıq qabları baldızı Dürdanə ilə birlikdə bazara gedərkən Nadirgilin yaşadığı evin yaxınlığındakı yolda Nadirin yolun kənarında anası Mehribanla birlikdə dayanmasını görmüş, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Mehriban üzərinə hücum edərək saçından tutub, dartmağa başlamış, onun əlində qatıq qabları olduğu üçün saçını Mehribanın əlindən almağa çalışmışdır. Bu zaman Nadir arxa tərəfdən boynuna və başına zərbələr endirmiş, Dürdanə onu Mehribanla Nadirin əllərindən almağa çalışarkən Nadir yumruqla Dürdanənin sinəsindən vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. Nadir Dürdanəni təpiklə vurmağa başlamış, Dürdanə isə Nadirə müqavimət göstərə bilməmişdir. Bu zaman Dürdanə yerdən daş parçası götürüb, Nadirin sifətinə çırpmış, Nadirin sifətindən qan axmağa başlayarkən Mehriban onun saçını buraxıb, Nadirə tərəf qaçmış, münaqişə sakitləşmişdir. Həmin vaxt əri Akif ora gəlmiş, nə baş verməsini soruşmuş, Bayram və Nadir əri Akifi söymüş, onunla mübahisə edib, onu döymüşlər. Bundan sonra o, Dürdanə və Akif birlikdə oradan uzaqlaşmışlar. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 X16 29 avqust 2024-cü il tarixli 382 nömrəli Rəyindən görünür ki, vət. X5 bədən səthində aşkar edilmiş xəsarətlər – üst dodağın əzilmiş sıyrılmış yarası, sol almacıq nahiyyəsinin sıyrığı küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 29 avqust 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Nadir Bayraməliyevin bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, yerləşmə nahiyyəsinə əsasən demək olar ki, qeyd olunnan xəsarətləri onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir, onun öz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilməmişdir. İşdə olan 04 sentyabr 2024-cü il tarixdə keçirilmiş hadisə yerinə baxış protokolundan görünür ki, 01 ədəd daş parçası iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işi materialları ilə tanış olduqdan sonra Gədəbəy RPŞ-ə məsul saxlanca verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsfəndiyar qızı əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nin Gərgər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsfəndiyar qızı yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, zərərçəkmiş şəxs xəsarətin ona təqsirləndirlən şəxs tərəfindən deyil, Şahid4 tərəfindən yetirildiyini bildirmiş, şahidlər X9 və X2 bunu təsdiq etmişlər. Lakin təqsirləndirlən şəxs və şahidlər Şahid4 və Şahid2 zərərçəkmişə xəsarətin təqsirləndirilən şəxs tərəfindən yetirildiyini bildirmişlər. Məhkəmə Şahid4 ilə zərərçəkmiş X6 arsında uzun müddət davam edən mülki xarakterli mübahisənin olduğunu və münasibətlərin kəskinliyini nəzərə alaraq, zərərçəkmiş şəxs və onun yaxın qohumları olan şahidlər X9 və X1 xəsarətin məhz Şahid4 tərəfindən yetirildiyini israr etməklə, həm də mülki xarakterli mübahisənin həll edilməsində üstünlük əldə etmək niyyətlərinin olması nəticəsinə gəlir və zərərçəkmiş şəxs və şahidlər X9 və X1 ifadələrinə tənqidi yanaşraq, belə nəticəyə gəlir ki, iş üzrə təhqiq edilmiş sübutlarla təsdiq edilir ki, Təqsirləndirilən şəxs İsfəndiyar qızı 29 avqust 2024-cü il tarixdə saat 10:30 dəqiqədə Gədəbəy rayonu, Yenikənd kəndi ərazisində əmisi oğlu X8 ilə qardaşı Şahid4 arasında olan yol mübahisəsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı yerdən götürdüyü daş parçası ilə Nadir Bayraməliyevin ağız nahiyyəsinə vuraraq, ona üst dodağın əzilmiş sıyrılmış yarası, sol almacıq nahiyyəsinin sıyrığı qisimində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş və bununla da Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Yəni, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs İsfəndiyar qızının əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona görə də o, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə Təqsirləndirilən şəxs İsfəndiyar qızının əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs İsfəndiyar qızının Azərbaycan Respublikası CM-nin 59.1.1. və 59.2-ci maddələrinə əsasən hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs İsfəndiyar qızına azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd daş parçası hökm qanuni qüvvəsinə mindikdən sonra təbiətə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs İsfəndiyar qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs İsfəndiyar qızının üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs İsfəndiyar qızının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs İsfəndiyar qızının barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alan kimi dəyişdirilməsin. İş üzrə maddi sübut olan daş parçası höküm qanuni qüvvəsinə mindikdən sonra təbiəta qaytarılsın. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-20/2025
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-20/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver