Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-21/2021 18.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Gədəbəy rayonu, Zəhmətkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Gədəbəy rayonu, Zəhmətkənd kəndində yaşayan, barəsində xx xxx 2020-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxx 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə gecə saatlarında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin həyətyanı sahəsinə giriş qapısını açma yolu ilə qanunsuz daxil olaraq həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan əl damından Zərərçəkmiş şəxs2 mülkiyyətində olan bir ədəd 180 manat dəyərində “Saft” markalı "ZF- 770” modelli dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli yolla talamaqla oğurluq etdiyinə, bundan başqa, təkrarən, xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin həyətyanı sahəsinə giriş qapısını açma yolu ilə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan çardağın altına qoyulmuş Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 1 ədəd 150 manat dəyərində ağ rəngli təxminən 28 ölçülü, üzərində “Stels Navigator” yazıları olan velosipedi gizli yolla talamaqla oğurluq etdiyinə görə Azərbaycan Rerspublikası CM-nin 177.2.2. və 177.2.3-cü maddələri ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 həmkəndlisidir onun velosipedi vardır. Yusif bir neçə dəfə ona icazə verdiyi üçün onun velosipedini sürmüşdür. Şəmkir rayonuna gəzməyə getmək istəmiş, maşınla getməyə pulu olmadığı üçün velosipedlə getmək qərarına gəlmişdir. Bunun üçün də həmkəndlisi Yusifin velosipedini oğurlamaq fikrinə düşmüşdür. xx xxx 2020-ci il tarixdə saat 01 radələrində yaşadığı evdən çıxmış, Yusifgilin yaşadığı evə gəlmişdir. Yusifin evinin həyəti hasarla əhatəli olmuşdur. Evin həyətinə avtomobil və adamların keçməsi üçün dəmir darvazalarının olduğunu əvvəlcədən bildiyinə görə darvazanı əli ilə itələmiş və arxasındakı daşı itələyib darvazanı açmışdır. Bundan sonra həyətə daxil olmuş və velosipedin həyətdə olan damın yanında olduğunu bildiyi üçun birbaşa ora getmişdir. Orada velosipedin damın pəncərəsinin qarşısında olan armatura məftil ilə bağlı olduğunu görmüşdür. Məftili kəsmək üçün tövlənin pəncərəsinin qarşısında olan dəmir kəsəni götürmüş və məftili kəsmişdir. Sonra velosipedi sakitcə çölə çıxarmış və sürərək Şəmkir rayonuna getmişdir. xx xxx 2020-ci il tarixdə saat 03 radələrində həmin velosipedi Şəmkir şəhərində sürmüş, sonra isə Şəmkir şəhərində dayanacaqların birində dincəldikdən sonra Gəncə şəhərinə getmişdir. Həmin gün saat 06 radələrində Gəncə şəhərinə çatmış, Yeni Gəncə adlanan ərazidə bir müddət dincəlmişdir. Sonra velosipedi sürüb Gəncə şəhərində “Alov” ticarət mərkəzinə gəlmişdir. Həmin Ticarət Mərkəzində oğurlamış olduğu velosipedi tanımadığı şəxsə 85 manata satmışdır. Əldə etdiyi pulla bir gün Gəncə şəhərində qaldıqdan sonra Şəmkir şəhərində olan “bazar küçəsi” adlanan yerə gəlmişdir. Şəmkir şəhərində olan zaman polislər onu saxlamışlar və Gədəbəy RPŞ-ə gətirmişlər. Oğurluğu özü tək etmiş, ona heç kəs köməklik etməmiş, oğurluq edən zaman gecə saatları olduğundan onu heç kəs görməmiş və oğurluq etdikdən sonra hər hansı bir şəxsə oğurluq etməyi barədə məlumat verməmişdir. Bundan başqa Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Zərərçəkmiş şəxs1 və Pərvin Bağırov həmkəndliləridir. Onları tanıyır münasibətləri normal olmuşdur. Pərvin ondan yaşca kiçik olsa da dostudur. Pərvinin qara-qırmızı rəngli velosipedi vardır, həmin velosipedi kənddə bir neçə dəfə sürmüşdür. 16 avqust gecə saatlarında yuxudan oyandıqdan sonra Gəncə şəhərinə getmək fikrinə düşmüşdür. Həmin vaxt Gəncə şəhərinə velosipedlə getmək istəmiş, ancaq velosipedi olmadığına görə Bəxtiyargilin velosipedini oğurlamaq qərarına gəlmişdir. Bunun üçün də ata-anasına heçnə demədən gizli şəkildə evdən çıxmış və Pərvingilin yaşadığı evin qarşısına gəlmişdir. Saat təxminən 05 radələrinə Bəxtiyarın yaşadığı evin darvazasını itələmiş, darvaza açıq olduğu üçün rahat şəkildə içəri keçmişdir. Həyətdə hasarın kənarında velosipedi görmüş və tez bir şəkildə velosipedi götürüb küçəyə çıxarmışdır. Sonra da velosipedə əyləşib Gəncə şəhərinə getmişdir. Həmin gün saat 12 radələrində Gəncə şəhərinə çatmışdır. Gəncə şəhərində velosipedlə bir qədər gəzdikdən sonra nahar etmək üçün velosipedi satmaq qərarına gəlmişdir. Ona görə də velosipedi sürərək 18 saylı məktəbin yanında olan velosiped təmiri olan yerə gəlmişdir. Orada tanımadığı şəxsə velosipedini satmaq istədiyini bildirmiş və velosipedi 50 manata satmağa razılaşmışdır. Həmin 50 manat puldan 5 manatın özünə 2 dönər və ayran almışdır. Həmin günü axşamı gəzmək üçün Bakı şəhərinə getməyi qərar vermişdir. Gəncə şəhərində “Yevlax” avtovağzalına getmiş və taksi avtomobilinə minib Bakı şəhərinə getmişdir. Bakı şəhərində olan zaman 45 manat puldan 15 manatını xərcləmiş, 20 manatını taksiyə vermiş, qalan 10 manat pulu Bakı şəhərində xərcləmişdir. Bakı şəhərində 2-3 gün qaldıqdan sonra onu polis şöbəsinə aparmışlar və sonradan Gədəbəy RPŞ-ə gətirmişlər. Oğurluğu özü tək etmiş, ona heç kim kömək etməmişdir. Oğurluq edən zaman gecə saatları olduğundan onu heç kim görməmiş və oğurluq etdikdən sonra hər hansı bir şəxsə oğurluq etməyi barədə məlumat verməmişdir. Zərərçəkmişlər onun qonşularıdır. Onlardan üzr istəmişdir və onlar onu bağışlamışlar. Ona görə də qərar çıxarılarkən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Bir neçə il bundan əvvəl Gəncə şəhərindən 285 manata "Saft” firmasına məxsus boz rəngli velosiped almışdır. xx xxx 2020-ci il tarixdə saat 06 radələrində velosipedinə baxmaq üçün velosipedi qoyduğu dama girmiş, orada bir ədəd dəmir kəsmək üçün istifadə olunan kəlbətin və velosipedi bağladığı trosun orada olduğunu, lakin velosipedin oğurlandığını aşkar etmişdir. Əvvəlcə velosipedi tanıdığı şəxslərdən hansınınsa götürərək onunla zarafat etdiyini düşünmüş, lakin sonradan tanışlarının heç birinin trosu kəsməyəcəyini anlayıb DİN-nin 102 xidmətinə zəng etmiş, hadisə barədə məlumat vermişdir. xx xxx 2020-ci il tarixdə Gədəbəy Rayon Polis Şöbəsindən onu çağırmışlar və velosipedini həmkəndliləri Təqsirləndirilən şəxs oğurladığını bildirmişlər. O, təqsirləndirilən şəxsi bağışlamışdır və qərar çıxarılarkən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmənin xx xxxx 2021-ci il tarixdə keçirilmiş iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu Zəhmətkənd kəndində ailə uzvulərı ilə birlikədə yaşayır. 2020-ci ilin may ayında Goranboy rayonunun Goran qəsəbəsində “Desna" markalı velosipedi 200 manata almışdır. Həmin velosipedi oğlu Pərvin və arada bir özü sürmüşdür. Velosipedi adətən evin qarşısında olan çardağın altında saxlamışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində velosipedi çardağın altına qoyub həyətə giriş qapılarını bağladıqdan sonra yatmışdır. Ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08 radələrində yuxudan oyanıb evin qarşısına çıxanda velosipedin çardağın altında olmadığını görmüşdür. Həyətdən küçəyə çıxmaq üçün qapının kilidini açmaq istəyəndə küçəyə açılan qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Qapını açıb küçəyə çıxanda küçədə tövlənin damına çıxmaq üçün qoyulmuş pilləkənin yerə paralel vəziyyətdə olduğunu görmüşdür. Eyni zamanda pilləkənin əvvəlki yerindən tərpədildiyini və həmin pilləkənin ayaq hissəsinin izlərinin olduğunu görmüşdür. Bundan sonra velosipedin oğurlandığını bilmiş və DİN-nin 102 xidmətinə zəng etmişdir. Velosipedin oğurlanmasında qonşuluğunda yaşayan Cavid adlı şəxsdən şübhələnmişdir. Hazırda velosipedi polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. Caviddən şikayəti yoxdur. Məhkəmə iclasında elan edilmiş Şahid1 ifadəsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Turqut Ozal küçəsi, ev 46-da yaşayır. 14 ildir ki, velosiped təmiri ilə və işlənmiş velosipedlərin alqı-satqısı ilə məşğuldur. Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx xxx 2020-ci il tarxidə saat 11 radələrində Gəncə şəhərində yerləşən “Alov” ticarət mərkəzində olan dükanda işləyən tanışı Şahid2 ona zəng edərək, bir nəfər şəxsin Mağazaya gəlib velosiped satmaq istədiyini bildirmişdir. Telefon əlaqəsi zamanı Ruslandan həmin velosipedin fotoşəklini çəkib “VhatsApp” sosial şəbəkə vasitəsi ilə ona göndərilməsini xahiş etmişdir. Ruslan da həmin velosipedin şəklini çəkib ona göndərmişdir. Velosipedə baxıb bəyənmiş və Ruslanın iş yerinə getmişdir. Həmin velosipedi özünü Cavid kimi təqdim etmiş şəxs 110 manata satdığını demiş və sonda 105 manata almağa razılaşmışdır. Cavidin şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüş və 100 manat pul vermiş və velosipedi almışdır. Bir neçə gündən sonra Ruslan ona zəng edərək velosipedin oğurluq oluğunu dediyi üçün velosipedi götürüb Ruslanın dükanına gəlmişdir. Həmin gun polis əməkdaşları velosipedi ondan protokol əsasında götürmüşlər. Caviddən aldığı velosipedin oğurluq olmasını həmin gün bilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki, Gəncə şəhəri, Məhərrəmov küçəsi, ev 30-da yaşayır. 2013-cü ildən etibarən Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Alov” ticarət mərkəzində satıcı işləyir. Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx xxx 2020-ci il tarxidə saat 10 radələrində sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs telefon almaq üçün velosipedini satmaq istədiyini bildirmişdir. O, bu barədə tanışı Bəxtiyara məlumat vermişdir. Bəxtiyar həmin velosipedi 105 manata Caviddən almışdır. Bu zaman o, Cavidin şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və onun velosipedlə birlikdə şəklini çəkmişdir. Bundan təxminən 3-4 gün sonra mağazaya polis əməkdaşları gəlmiş və Cavidin həmin velosipedi oğurladını bildirmişlər. Bundan sonra protokol tərtib edilmiş və velosipedi polis əməkdaşlarına təhvil vermişlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1579 saylı ekspert Rəyindən görünür ki, "Saft” markalı "ZF-770” modelli, dəyişən sürətli, yeni-yetmələr üçün nəzərdə tutulmuş velosipedin istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 180 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/5507 saylı ekspert Rəyindən görünür ki, ekspertiza tədqiqatına fotoşəkili təqdim edilmiş 1 ədəd ağ rəngli təxminən 28 ölçülü, üzərində Stels Navigator yazıları olan velosipedin istifadədə olması nəzərə alınmaqla 2020-cı ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 150 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx xxxxxx 2020-ci il tarixli 438 saylı ekspertiza Rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərim idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İşdə olan X1 Haqqında qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx xxx 2021-ci il tarixdə azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Zəhmətkənd Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq-özgənin əmlakını gizli olaraq talamadır. Həmin maddənin 177.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə; 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirlən şəxsin, zərərçəkmişlərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə gecə saatlarında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin həyətyanı sahəsinə giriş qapısını açma yolu ilə qanunsuz daxil olaraq həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan əl damından Zərərçəkmiş şəxs2 mülkiyyətində olan bir ədəd 180 manat dəyərində “Saft” markalı "ZF- 770” modelli dəyişən sürətli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli yolla talamaqla oğurluq etmiş, bundan başqa, təkrarən, xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin həyətyanı sahəsinə giriş qapısını açma yolu ilə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan çardağın altına qoyulmuş Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 1 ədəd 150 manat dəyərində ağ rəngli təxminən 28 ölçülü, üzərində “Stels Navigator” yazıları olan velosipedi gizli yolla talamaqla oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CMnin 177.2.2. və 177.2.3-cü maddələrində nəzərədə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2; 59.1.12. və 59.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmamasını, zərərçəkmişlərlə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddlərin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 158.2. və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd velosipedin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 100 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə qədər 02 gün tutulması nəzərə alınsın və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 11 ( on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd velosipedin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.Albabayev Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №1(042)-21/2021
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-21/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver