Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-21/2022 14.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X28 oğlunun katibliyi ilə, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və müdafiəçi, Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Gədəbəy rayonu, Arabaçı (Çiçəkli) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşaq olan, ali təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X46 Təhcizatı və Satışı İdarəsinin Gədəbəy X13 X14 şəbəkə sahəsinin ustası vəzifəsində işləyən, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs1 və xx.xx.1969-cu ildə Gədəbəy rayonu, Orcanikidze (hazırki Nərimankənd) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqiliyyat Nazirliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 1 nömrəli sahə üzrə 12-ci dərəcəli sahə rəisi vəzifəsində işləyən, Gədəbəy rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 sentyabr 2018-ci il tarixli K/18-05345 nömrəli əmri ilə "xxxx" ASC-nin Qərb X36 və Satışı idarəsinin, X19 Saratovka şəbəkə sahəsinin ustası vəzifəsində işləməklə "xxxx" ASC-nin sədri tərəfindən 20 aprel 2015-ci il tarixdə təsdiq edilmiş rayon X13 şəbəkə sahəsinin ustasının vəzifə təlimatına əsasən hadisə baş vermiş Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən X5 məxsus rabitə dayağının yuxarı hissəsinə yolverilməz qaydada üçqat dolanmış elektrik xəttinə vaxtaşırı və növbədənkənar baxışlar keçirməklə aşkar edilmiş qüsurların aradan qaldırılmasını təmin etməyə cavabdeh olan məsul şəxs kimi "xxxx" ASC-nin rayon X13 şəbəkə sahəsinin ustasının vəzifə təlimatının 12-ci bəndinə əsasən illik qrafik üzrə hava və kabel xətlərinin, habelə bütün elektrik avadanlıqlarının əsaslı və cari baxım təmir işlərinin aparılmasını, 14-cü bəndinə əsasən hava xətlərinə baxış keçirilməsini, 15-ci bəndinə əsasən hava kabel xətlərinin normal vəziyyətdə olmasını, 32-ci bəndinə əsasən meqoometr və gərginlik zədə göstəricisi ilə transformator və kabellərin vəziyyətinin yoxlanılmasını, elektrik avadanlığında qoruyucuların dəyişilməsini, torpaqlamanı quraşdırıb və çıxartmasını, 37-ci bəndinə əsasən hava və kabel xətlərində bütün əsaslı və cari təmir bərpa işlərini yerinə yetirməsini, 39-cu bəndinə əsasən elektrik avadanlıqlarına mütəmadi baxış keçirməsini və qəza açılmalarının səbəblərini müəyyən etməsini, elektrik xətlərinə vaxtaşırı və növbədənkənar baxışlar keçirməklə aşkar edilmiş qüsurların aradan qaldırılmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik qurğularının quraşdırılması qaydaları»nın 2.1.2.19-cu bəndinə əsasən elektrik xətlərinin mexaniki zədələnmələrini mümkün olan yerlərdə açıq çəkilmiş naqillər və kabellərin öz mühafizə örtükləri ilə onlardan mühafizə olunmasını, əgər belə örtüklər yoxdursa və ya mexaniki zədələnmələrə qarşı kifayət qədər davamlı deyillərsə - borularla, qutularla, çəpərlərlə və ya gizli elektrik xətti tətbiq edilməklə mühafizə olunmasını, 2.4.4.2-ci bəndinə əsasən izoləedilməmiş və izoləedilmiş naqilli hava xəttlərində dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə olunmasını, 2.4.4.3-cü bəndinə əsasən izoləedilməmiş və izoləedilmiş naqilli hava xəttindən budaqlanma dayaqlarında, bir qayda olaraq, çoxboyunluqlu və ya əlavə izolyatorlar tətbiq edilməsini, 2.4.7.3-cü bəndinə əsasən hava xətt naqillərindən asma rabitə xəttləri (RX) və naqilli yayım xəttləri (NYX) kabellərinə və ya naqillərinə qədər şaquli istiqamətdə olan məsafə kəsişmə aşırımındakı hava xətti naqillərinin ən böyük sallanma oxunda olmasını, (a) özüdaşıyan izoləolunmuş naqillər (ÖİN)- dən və izoləedilmiş naqillərdən - 1 m-dən az olmamaqla; b) izoləedilməmiş naqillərdən - 1,25 m-dən az olmamaqla, 2.4.7.15-ci bəndinə əsasən hər bir izoləedilmiş hava xətt (İHX) dayağının torpaqlayıcı qurğuya malik olmasını, bu halda torpaqlama müqavimətinin 10 Om- dən artıq olmamasını, hər bir izoləedilmiş hava xətt dayağında təkrar torpaqlayıcı PEN-naqili quraşdırılmasını, 20 fevral 1989-cu il tarixdə keçmiş SSRİ Energetik naziri tərəfindən təsdiq olunmuş «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının 5.7.1-ci bəndinə əsasən elektrik hava xətlərinin (HX) istismarı zamanı, onların etibarlı işləməsini təmin etmək üçün, texniki xidmət və təmirlərin aparılmasını, 5.7.5-ci bəndinə əsasən texniki xidmət zamanı profilaktik yoxlama və ölçmələr aparılmaqla, nasazlıq və qüsurlar aradan qaldırmaqla HX-nin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısının alınmasını, 5.7.16-cı bəndinə əsasən HX-nin istismarında onlara vaxtaşırı və növbədənkənar baxışların təşkil edilməsini, hər bir HX-nə vaxtaşırı baxış xəttin bütün uzunluğu üzrə ildə bir dəfədən az olmamasını, bundan əlavə, ildə bir dəfədən az olmayaraq, mühəndis-texniki heyət tərəfindən, əsaslı təmirə aid olan bütün xətlər (sahələr) daxil olmaqla, xətlərin ayrı-ayrı sahələrinə seçmə baxışlar aparılmasını, 5.7.19-cu bəndinə əsasən hava xəttlərində baxış, profilaktik yoxlama və ölçülmələr zamanı aşkar edilmiş nasazlıqların istismar sənədlərində qeyd olunmasını və onların xarakterindən asılı olaraq tezliklə, yaxud texniki xidmət apararkən və ya hava xəttlərinin əsaslı təmirində aradan qaldırılmasını təmin etməli olduğu halda vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək, cinayətkarcasına etinasızlıq göstərmiş, bu əməlləri ilə Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində quraşdırılmış üzərinə elektrik və rabitə xətləri asılmış taxta materialdan ibarət X5 aid dayağın yaxınlığında yerləşən Şahid2 məxsus bərbərxanaya 25 iyul 2021-ci il tarixdə saat 19 radələrində saçını kəsdirmək üçün gəlmiş Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayan X18 əli ilə həmin rabitə dayağının üzərinə qoşulmuş, dayağa bərkidilməmiş və torpaqla əlaqələndirilməmiş ildırımötürücü naqildən tutarkən dayağın yuxarı hissəsinə yolverilməz qaydada üçqat dolanmış elektrik xəttindəki naqilin vaxtında aşkar edilərək aradan qaldırılması təmin edilməmiş elektrik cərəyanının təsirindən yaranmış zədələrinin açıq hissəsinin ildırımötürücü naqillə birləşməsi səbəbindən Ceyhun Paşayevin elektrik cərəyanı vurma nəticəsində sağ əlin ovuc səthi və sol daban nahiyələrində “elektrik nişanələri”, daxili orqanların dolu və duru qanlılığı ilə müşayiət olunan elektrik vurma halı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq ehtiyyatsızlıqdan ölümünə səbəb olmaqla səhlənkarlıq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 rəisinin 18 iyul 2014-cü il tarixli 134/KƏ nömrəli əmri ilə X3 1 nömrəli sahə üzrə 12-ci dərəcəli sahə rəisi vəzifəsində işləməklə X3 rəisi tərəfindən 01 noyabr 2018-ci il tarixdə təsdiq edilmiş «Sahə rəisinin vəzifə təlimatı» na əsasən Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən X5 məxsus üzərinə elektrik və rabitə xətləri asılmış taxta materialdan ibarət dayağın ildırım ötürücü naqilinin torpaqla əlaqələndirilməsini təmin etməyə cavabdeh olan məsul şəxs kimi «Sahə rəisinin vəzifə təlimatı»nın 7-ci bəndinə əsasən xətt təsərrüfatında köhnəlmiş dirəklər, kabellər və başqa avadanlıqların vaxtaşırı yoxlanılmasını təşkil etmək, onların təmiri və ya dəyişdirilməsi barədə məsələ qaldırmaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik qurğularının quraşdırılması qaydaları»nın 2.4.7.15-ci bəndinə əsasən hər bir izoləedilmiş hava xətt (İHX) dayağının torpaqlayıcı qurğuya malik olmasını, bu halda torpaqlama müqavimətinin 10 Om-dən artıq olmamasını, hər bir İHX dayağında təkrar torpaqlayıcı PEN-naqil quraşdırılmasının təşkilini təmin etməli olduğu halda etməməklə vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq göstərmiş, bu əməlləri ilə Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən üzərinə elektrik və rabitə xətləri asılmış taxta materialdan ibarət X5 aid dayağın yaxınlığında yerləşən Şahid2 məxsus bərbərxanaya 25 iyul 2021 -ci il tarixdə saat 19 radələrində saçını kəsdirmək üçün gəlmiş Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayan X18 əli ilə həmin rabitə dayağının üzərinə qoşulmuş, dayağa bərkidilməmiş və torpaqla əlaqələndirilməmiş ildırımötürücü naqildən tutarkən dayağın yuxarı hissəsinə yolverilməz qaydada üçqat dolanmış elektrik xəttindəki naqilin vaxtında aşkar edilərək aradan qaldırılması təmin edilməmiş elektrik cərəyanının təsirindən yaranmış zədələrinin açıq hissəsinin ildırımötürücü naqillə birləşdiyi üçün həmin ildırımötürücü naqilin cərəyan ötürməsi və dayağa bərkidilməməklə torpaqla əlaqələndirilməməsindən ibarət pozuntunu vaxtında aşkar edib aradan qaldırılmasını təmin etməməsi səbəbindən Ceyhun Paşayevin elektrik cərəyanı vurma nəticəsində sağ əlin ovuc səthi və sol daban nahiyəsində “elektrik nişanələri”, daxili orqanların dolu və duru qanlılığı ilə müşayiət olunan elektrik vurma halı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alaraq ehtiyyatsızlıqdan ölümünə səbəb səbəb olan səhlənkarlıq cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, X20 Novosaratovka Şəbəkə sahəsi üzrə sahə ustasıdır. Onun vəzifəsi xidməti ərazisində olan elektrik xətlərinin qəzalarını aradan qaldırmaq, abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Gədəbəy rayonunun Novosaratovka, Qızıltorpaq, Qaraməmmədli, Kəsəmən, Dikdaş, Bayramdərəsi, Böyük Qaramurad, Toplar, Çayqarışan, Ataxal, Çay Ataxal, Poladlı, Emir, Kəlaman, Hacıalılar, Heriknaz, Arıqıran, Əyrəvəng, İnəkboğan, Kərimli, Qasımlı, Köhnə Qışlaq, Şahdağ, Qızılqaya, Çobankənd, Novoivanovka, Çiçəkli kəndləri xidməti ərazisidir. Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisinə elektrik xətləri və dayaqları 1964 və ya 1965-ci ildə çəkilmişdir. Novosaratovka kəndi ərazisində X5 məxsus rabitə xətləri və dayaqları da mövcuddur. Həmin rabitə xətləri və dayaqlarının nə vaxt quraşdırıldığını bilmir. Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən Şahid2 məxsus bərbərxana və Novosaratovka poçt şöbəsini elektrik enerjisi ilə təchiz edən elektrik xəttinin X3 balansında olan rabitə dayağına bağlanmasından məlumatı olmuş, lakin elektrik xəttinin həmin rabitə dayağına nə vaxt və kim tərəfindən bağlanmasını bilməmişdir. Belə ki, bir dəfə həmin elektrik xəttinin təmiri ilə əlaqədar montyora göstəriş vermişdir. Rabitə xətlərinin quraşdırıldığı dayaqlara elektrik xətlərinin, o cümlədən elektrik xətlərinin quraşdırıldığı dayaqlara rabitə xətlərinin qoşulması qadağandır. O, bu barədə X20 rəhbərliyi qarşısında məsələ qaldırmamışdır. 25 iyul 2021-ci il tarixdə həftənin bazar günü olduğundan yaşadığı evdə olarkən saat 18 radələrində X20 nəzarətçi-mühəndisi işləyən Şahid7 onun istifadəsində olan mobil telefona zəng edib Novosaratovka kəndində Şahid2 bərbərxanasının qarşısında bir nəfərin elektrik cərəyanının vurmasını bildirib həmin yerə getməsini tapşırmışdır. Bundan sonra o, 35/10 kilovoltluq Novosaratovka yarımstansiyasında növbədə olan Natiq Allahverdiyevə zəng edib Novosaratovka kəndində bir nəfəri elektrik cərəyanın vurmasını deyib 10 kilovoltluq Novosaratovka kəndinə gedən elektrik enerjisinin verilişini dayandırması barədə göstəriş vermişdir. Sonra Novosaratovka kəndinin mərkəzində yerləşən Hafiz adlı şəxsin bərbərxanasının qarşısına getmiş, orada çoxlu vətəndaşların, habelə polis və prokurorluq orqanı əməkdaşlarının olduğunu görmüşdür. Hadisə yerində danışılanlardan ona məlum olmuşdur ki, 2004-cü il təvəllüdlü Ceyhun Paşayev adlı Novosaratovka kənd sakini X5 aid rabitə dayağına bağlanmış torpaqlama məftilindən tutarkən elektrik cərəyanı vurub öldürmüşdür. Hadisə baş vermiş rabitə dayağının üzərində olan ildırımötürücü xətt X3 balansındadır və həmin idarənin əməkdaşları tərəfindən nəzarət olunur. Qeyd olunan elektrik kabelinin rabitə dirəyinə bağlanmasını görmüş, lakin bu barədə rəhbərliyə məlumat verməmişdir. O, əməlindən səmimi peşmandır. Səhlənkrlıq etdiyindən nəzarəti və digər xidməti vəzifələrini düzgün aparmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X3 sahə rəisidir. Onun vəzifəsi xidməti ərazisində olan telekommunikasiya qovşağına məxsus xətt təsərrüfatlarındakı nasazlıqları aşkar edib aradan qaldırmaq, rabitə dayaqlarına və xətlərinə baxış keçirmək, yararsız vəziyyətə düşmüş rabitə dayaqları və xətlərinin təmir-bərpa işlərinə, habelə xətt mantyorlarının fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Xidməti ərazisi rayonun 17 kənd və 1 şəhərdə yerləşən Elektron X21na aid xətt şəbəkələridir. İş rejimi həftənin 5 günü səhər saat 09:00-dan saat 18:00-a kimidir. Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisinə rabitə xətləri və dayaqları təxminən 30 il əvvəl quraşdırılmış və həmin kənddə X21 (ATS) yaradılmışdır. Novosaratovka kəndi ərazisində olan rabitə xətləri və dayaqları X3 balansındadır, həmçinin həmin kənd təxminən 4 il olar ki, onun xidməti ərazisinə daxil edilmişdir. Rabitə dayaqlarına elektrik xətlərinin qoşulması qəti qadağandır. Rayon ərazisində olan rabitə xətlərinə və dayaqlara xətt mantyorları nəzarət edərək, hər-hansı nasazlıq aşkar etdikdə ona məlumat verir, o, isə öz növbəsində həmin məsələni qovşağın baş mühəndisi Şahid5 məruzə edir. Novosaratovka kəndində yerləşən rabitə xətlərinə və dayaqlarına nəzarəti xətt mantyoru Şahid4 Ələmdar oğlu həyata keçirir. Novosaratovka kənd sakini X32 tanımamış, onunla və valideynləri ilə münasibəti, əlaqəsi, düşmənçiliyi, ədavəti olmamışdır. 25 iyul 2021-ci il tarixdə həftənin bazar günü olduğundan səhər saat 10 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan bacısı Sənubər Məmmədovanın yaşadığı evə xəstə ziyarətinə gedib gün ərzində orada olmuş və həmin tarixdə gecə saat 12 radələrində yaşadığı evə qayıtmışdır. 26 iyul 2021-ci il tarixdə saat səhər 9 radələrində işə gəldikdə baş mühəndis Şahid5 ona 25 iyul 2021-ci il tarixdə, saat 18 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndində rabitə dayağında bir uşağı elektrik cərəyanı vurub öldürdüyünü bildirmişdir. Qeyd olunan elektrik kabelinin rabitə dirəyinə bağlanmasına heç vaxt fikir verməmiş, həmçinin hadisədən təxminən 1 il əvvəl həmin kəndin ərazisində təmir-bərpa işləri görərkən rabitə dayağına elektrik xətlərinin qoşulmasını görmüşdür. Xidməti ərazisində olan Gədəbəy rayon Telekommunikasiya Qovşağına məxsus xətt təsərrüfatlarındakı nasazlıqları aşkar edib aradan qaldırmaq, rabitə dayaqlarına və xətlərinə baxış keçirmək, yararsız vəziyyətə düşmüş rabitə dayaqlarının və xətlərinin təmir-bərpa işlərinə, habelə xətt mantyorlarının fəaliyyətinə nəzarət etmək onun vəzifəsidir. Səhlənkarlıq etdiyindən vəzifəsini yerinə yetirməmişdir. Əməlindən səmimi peşmandır. Zərər çəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində bildirdi ki, oğlu X39 hər həftənin bazar günü Novosaratovka bazarında ərzaq satışı ilə məşğul olan Qızıltorpaq kənd sakini Fazil adlı şəxsin yanında işləmişdir. 25 iyul 2021-ci il tarixi həftənin bazar günü olduğundan oğlu Ceyhun Paşayev səhər təxminən saat 07 radələrində Fazil adlı şəxsin yanında işləmək üçün Novosaratovka bazarına getmişdir. Həmin tarixdə saat təxminən 13 radələrində Ceyhun Paşayev bazardan evə gəlmiş, evə gəldikdən təxminən 10 dəqiqə sonra telefonuna zəng gəlmiş və o evdən çıxıb babası Şahid1 yaşadığı evə getmişdir. 25 iyul 2021-ci tarixdə saat 19 radələrində qaıynatası Şahid1 və Novosaratovka kəndinin mərkəzində yaşayan eltisi X25 onun istifadəsində olan mobil telefona zəng edib “tez bizə gəl” demişlər. Dərhal eltisi Lamiyəgilə gedərkən Novosaratovka kəndinin mərkəzinə çatdıqda oğlu X43 adlı qadının məhləsində torpağa basdırılmasını görmüşdür. Orada olan kənd sakinləri X16 kəndinin mərkəzində bərbər işləyən Şahid2 bərbərxanasının yanında elektirk cərəyanı vurduğunu demişlər. Onun təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Şahid1 Məhəmmədəli oğlu ifadəsində göstərdi ki, X39 onun oğul nəvəsidir. 25 iyul 2021-ci il tarixdə gün ərzində suvaq işlərinin görülməsi üçün evində usta işlədərək özü də müəyyən işlərin görülməsində ustalara köməklik etmişdir. Həmin gün saat 18 radələrində evinin həyətində suvaq üçün palçıq hazırlayarkən nəvəsi Ceyhun yaşadıqları evə gəlib onun əlindən beli alaraq özü palçıq qatmaqla məşğul olmuşdur. Təxminən 5-10 dəqiqə sonra Ceyhun saçını düzəltdirmək üçün onların yaşadıqları evdən təxminən 100 metr məsafədə yerləşən bərbər Şahid2 yanına gedəcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Hafiz adlı şəxsin işlətdiyi bərbərxana istiqamətində səs-küy gəldiyini eşidib, qonşuların həmin istiqamətdə getdiklərini görərək nə baş verməsi ilə maraqlanmaq üçün həmin yerə tərəf qaçmışdır. Yaşadığı evdən təxminən 80-100 metr məsafədə yerləşən İsrayıl adlı qonşularının həyətyanı sahəsinə çatarkən nəvəsi Ceyhunun torpağa basdırılmış vəziyyətdə olduğunu görüb nə baş verməsi ilə maraqlanmış, Ceyhunu elektrik cərəyanı vurduğunu öyrənmişdir. Şahid2 ifadəsində göstərdi ki, Gədəbəy rayonu, Novosaratovka kəndinin mərkəzində Poçt şöbəsinin yanında yerləşən köşk ona məxsusdur və 2003-cü ildən etibarən həmin köşkdə bərbərlik fəaliyyəti ilə məşğul olur. İşlədiyi bərbərxananın yanında Gədəbəy rayon Telekommunikasiya Qovşağına aid rabitə dirəyi vardır və bərbərxanaya gələn elektrik xətti həmin rabitə dirəyinin üzərinə qoşulmuş kabeldən çəkilmişdir. Gədəbəy rayonu, Novosaratovka kənd sakini X32 uşaq yaşlarından tanımış, sonuncu çox mərifətli, tərbiyəli, sakit, heç kimlə işi olmayan uşaq olmuş, həmişə saçını ona kəsdirmişdir. 25 iyul 2021 -ci il tarixdə saat 18 radələrində Ceyhun Paşayev işlədiyi bərbərxanaya gəlib saçını kəsdirmək istədiyini söyləmişdir. Ceyhun Paşayev bərbərxananın yanındakı qaz borusunun üzərində oturub növbəsini gözləmişdir. Təxminən 5 dəqiqə keçməmiş, çöldən qışqırıq səsləri eşidərək dərhal çölə çıxmış, Ceyhun Paşayevin sağ əlinin rabitə dirəyinin üzərindəki dəmir məftildə olduğunu və Samirin Ceyhunun əynindəki şalvarın ayaq hissəsindən tutub çəkdiyini görmüşdür. Ceyhunun sağ əli dəmir məftildə olmaqla bədəni titrəmiş, bu zaman Ceyhunu elektrik cərəyanının vurduğunu başa düşmüşdür. Belə olduqda o da Ceyhunun əynindəki şalvardan tutub çəkmiş və beləliklə çox çətinliklə Ceyhunu çəkib əlini məftildən ayırmışlar. Ceyhunun dili qatlanmış, huşsuz vəziyyətdə olmuşdur. Belə olduqda qışqırıb qonşuları köməyə çağırmış, qışqırıq səslərinə oraya toplaşan şəxslər Ceyhunu götürüb evlərinə aparmışlar. Bir qədər sonra Ceyhun Paşayevin öldüyünü eşitmişdir. Şahid3 ifadəsində göstərdi ki, X32 Novosaratovka kəndində həmkəndlisi kimi tanımış, həmçinin Ceyhun Paşayevin atası X40 ilə bir yerdə böyümüş və dostluq münasibətləri vardır. Adil Paşayev və ailə üzvləri ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 25 iyul 2021-ci il tarixdə səhər saat 09 radələrində yuxudan oyanıb qardaşı Seymur Tapdıqov kömək etmək üçün sonuncuya məxsus Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən kafeyə getmişdir. Həmin gün saat 17 radələrinə qədər kafedə qardaşına kömək etmiş, sonra saçını qırxdırmaq məqsədilə Şahid2 məxsus Novosaratovka kəndinin mərkəzi küçəsində yerləşən bərbərxanaya gəlmişdir. Həmin bərbərxanada növbə gözləyərkən ondan başqa bərbərxananın içərisində üzünü qırxdıran tanımadığı bir nəfər şəxs, soyadını bilmədiyi Nizami adlı həmkəndlisi və X39 da bərbərxanada saç kəsdirmək üçün növbə gözləmişlər. Həmin yerdə növbə gözləyərkən Nizami adlı həmkəndlisi növbəsini ona verib işinin olduğunu deyib çıxıb getmişdir. Növbə gözləyərkən Ceyhun Paşayev həmin bərbərxananın qarşısında olan rabitə xətti dirəyinin atında, qaz borusunun üzərində oturmuş, o, isə özünə məxsus mobil telefonla oynamışdır. Ceyhun Paşayevlə arasında təxminən 2 metr məsafə olmuşdur. Bu vaxt Ceyhunun yıxıldığını və yerdə çırpındığını görmüş, sağ əli bərbərxananın qarşısında olan rabitə dirəyinin üzərindəki dəmir məftilə yapışmış, sol əli yerdə, ayaqları isə yola tərəf olmaqla, sağ əli ilə məftildən yapışıb sallanmışdır. Bunu gördükdə Ceyhunu elektrik cərəyanı vurduğunu bilmiş, dərhal Ceyhuna tərəf gedib xilas etmək məqsədilə qolundan tutarkən elektrik cərəyanı onu da vurub bərbərxananın qarşısında olan asfalt yola tərəf atmışdır. Özünə gəlib bir daha Ceyhunu xilas etmək üçün ona tərəf getmiş və Ceyhunu dartıb çıxarmağa çalışmış, bu zaman Ceyhunun ayağından tutub əlini məftildən qoparmaq və oradan aralaşdırmaq istəyəndə ikinci dəfə elektrik cərəyanı onu .vurmuşdur. Belə olduqda Ceyhunu xilas etmək üçün özünü toparlayıb üçüncü dəfə yaxınlaşdıqda Ceyhunun əynində olan şalvarının balağından dartaraq əlini dəmir məftildən qoparıb Ceyhunu dirəkdən kənarlaşdırmışdır. Şahid4 Ələmdar oğlu ifadəsində göstərdi ki, təxminən 17-18 il olar ki Gədəbəy rayon X1 kənd ATS-nin xətt mantyoru işləyir. Vəzifəsi evlərə və digər binalara telefon xətlərinin çəkilməsi, həmin xətlərdə olan nasazlıqların aradan qaldırılması və xidməti ərazisində olan rabitə dirəklərinə nəzarət etməkdən ibarətdir. Xidməti ərazisi Gədəbəy rayonunun Novosaratovka və Ataxal kəndləridir. X33 uşaq yaşlarından həmkəndlisi kimi tanıyır, onunla və ailə üzvləri ilə heç vaxt düşmənçiliyi və ədavəti olmamışdır. X44 adlı oğlunun olduğunu bilsə də Ceyhunu üzdən tanımamış və münasibəti, əlaqəsi olmamışdır. 25 iyul 2021 -ci il tarixdə yaşadığı kənddə təşkil olunan mal-qara növbəsində olmuş və heyvanları otarmışdır. Həmin gün axşam saat 19 radələrində növbədə olduğu vaxt X3 rəisi Elşad Bayramov öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib Novosaratovka kəndi ərazisində poçtun qarşısında bir nəfər şəxsin ölməsini və həmin şəxsin kim olmasını ondan soruşmuşdur. O, cavabında heyvan növbəsində olduğunu və xəbəri olmadığını bildirmişdir. Şahid5 ona zəng edib təcili Novosaratovka poçt şöbəsinin qarşısına gedib orada nə baş verməsini öyrənməsini və ona məruzə etməsini bildirmişdir. Dərhal Novosaratovka poçt şöbəsinin qarşısına getmiş və oraya çoxlu sayda insan, o cümlədən polis və prokurorluq əməkdaşlarının yığışdığını görmüşdür. Həmin vaxt məlum olmuşdur ki, X27 Paşayev Gədəbəy rayon Telekommunikasiya Qovşağına aid rabitə dirəyinin üzərində olan torpaqlama məftilindən tutarkən onu elektrik cərəyanı vurmuş və nəticədə ölmüşdür. O, rabitə dirəyinə çıxıb abonent qutularına baxır, əgər hər hansı nasazlıq olarsa aradan qaldırır. İldırımötürücü məftillərə nəzarət etmir və baxmır, həmin məftillərə kimin nəzarət etdiyini bilmir. Qeyd olunan elektrik kabelinin rabitə dirəyinə bağlanmasına heç vaxt fikir verməmiş, sonuncu dəfə hadisə baş vermiş rabitə dirəyinə nə vaxt çıxdığını xatırlamır. Şahid5 ifadəsində göstərdi ki, X3 baş mühəndisi kimi vəzifəsi qovşağın balansında olan texniki avadanlıqlar və xətt təsərrüfatına, yəni rabitə dayaqları və rabitə xətlərinə ümumi nəzarəti həyata keçirməkdən ibarətdir. Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisinə rabitə xətləri və dayaqları 1980-ci illərdə quraşdırılmış və X21 (ATS) yaradılmışdır. Novosaratovka kəndi ərazisində olan rabitə xətləri və dayaqları X3 balansındadır. Rabitə dayaqlarına elektrik xəttlərinin qoşulması qəti qadağandır. Novosaratovka kəndində yerləşən rabitə xətlərinə və dayaqlarına nəzarəti bilavasitə sahə rəisi və xətt mantyoru həyata keçirir. Novosaratovka kənd ATS-nin sahə rəisi Təqsirləndirilən şəxs2, xətt mantyoru isə Şahid4 Ələmdar oğludur. 25 iyul 2021-ci il tarixdə saat 19 radələrində X3 rəisi Elşad Bayramov istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan 050-662- 80-65 mobil nömrəsinə zəng edib «Novosaratovka kəndi ərazisində olan rabitə dayağında bir uşağı tok vurub öldürüb təcili oraya get» demişdir. O, dərhal həmin kəndin xətt mantyoru Şahid4 zəng edib, bu barədə maraqlandıqda Şahid4 qoyun növbəsində olduğunu və baş vermiş hadisədən məlumatsız olduğunu söyləmişdir. Şahid4 hadisə yerinə gəlməsini və özünün də oraya gəldiyini bildirmişdir. Hadisə yerinə çatarkən artıq polis və prokurorluq əməkdaşlarının orada olduqlarını görmüş və hadisə yerində danışılanlardan ona məlum olmuşdur ki, 2004-cü il təvəllüdlü Ceyhun Paşayev adlı Novosaratovka kənd sakinini Telekommunikasiya Qovşağına aid rabitə dayağına bağlanmış torpaqlama məftilindən tutarkən elektrik cərəyanı vurub onu öldürmüşdür. Hadisə yerində olarkən həqiqətən də yaxınlıqdakı bərbərxana və Novosaratovka poçt şöbəsini elektrik enerjisi ilə təchiz edən elektrik xəttinin yolun əks tərəfində olan işıq dirəyindən çəkilərək X5 məxsus rabitə dayağının üzərinə bağlanmış halda olduğunu görmüşdür. Sonra xətt mantyoru Şahid4 rabitə dayağına qalxıb bərbərxananı elektriklə təchiz edən elektrik kabelini açmışdır. Həmin kabel ildırımötürücü məftilə paralel vəziyyətdə olmuş, kabelə baxarkən üzərində izolyasiyası pozulmuş açıq hissənin olmasını görmüşdür. Baş mühəndis kimi nəzarət funksiyası qeyd etdiyi kimi sahə rəislərinin təqdim etdikləri məlumatları daxili yazışma ilə "xxxx" MMC-nə bildirməkdən ibarətdir. Lakin baş mühəndis kimi yerlərdə rabitə dayaqlarına və rabitə xətlərinə ayrı-ayrılıqda texniki baxış keçirmək kimi vəzifəsinin olub-olmadığını bilmir, şəxsən rabitə dayaqlarına və xətlərinə heç vaxt texniki baxış keçirməmişdir. X5 məxsus rabitə dirəklərinin istismar müddətinin nə qədər olduğunu bilmir. Hadisə baş verən X5 aid rabitə dirəyinə bərbərxana və Novosaratovka poçt şöbəsini elektriklə təchiz edən elektrik xəttinin nə vaxt və kim tərəfindən bağlandığını bilmir. Bu barədə istər Novosaratovka ATSnin sahə rəisi Təqsirləndirilən şəxs2, istərsə də xətt mantyoru Şahid4 tərəfindən ona və ümumiyyətlə X3 rəhbərliyinə şifahi və ya yazılı məlumat verilməmişdir. Novosaratovka ATS-nin sahə rəisi Təqsirləndirilən şəxs2 və xətt mantyoru Şahid4 tərəfindən rabitə dayağına elektrik xəttinin qoşulması barədə X3 rəhbərliyinə və ona məlumat verilməli, onlar isə bu barədə tədbir görməli idilər. Əgər Təqsirləndirilən şəxs2 məlumat versəydi dərhal həmin dirəyə baxış keçirməsini və nasazlığın aradan qaldırılmasını təmin edərdi. Rabitə xətlərinə və dayaqlarına baxış keçirmək və buna dair texniki baxış aktlarını tərtib etmək baş mühəndis və ya rəisin deyil, sahə rəislərinin vəzifəsidir. Şahid6 ifadəsində göstərdi ki, 1986-cı ilin oktyabr ayından hal-hazıradək “Azərişıq ASC”-nin X20 Gər-Gər kəndi üzrə elektrik sahə montyoru işləyir. Vəzifəsi idarənin balansında olan elektrik hava xəttlərində yaranmış qüsurları aradan qaldıraraq abonentləri fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Xidməti ərazisi Gədəbəy rayonu, Gər-Gər kəndi olsa da, bir çox hallarda idarə rəhbərliyinin göstərişi ilə dəstələr şəklində rayonun müxtəlif kəndlərinə gedərək elektrik təchizatında yaranmış qüsurları aradan qaldırır. Gədəbəy rayonu Novosaratovka kənd sakini X32 tanımamış, onunla və ailə üzvləri ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Həmçinin həmin kənd sakini olmaqla sonradan Ceyhun Paşayevin ata babası olduğunu öyrəndiyi Şahid1 işlədiyi müddət ərzində kənd sakini kimi tanımış, onunla heç bir münasibəti olmamışdır. 25 iyul 2021 -ci il tarixdə səhər saat 9 radələrində evdən çıxaraq Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən yarımstansiyaya gedərək sahə ustası Təqsirləndirilən şəxs1 müvafiq naryad alıb birlikdə Gədəbəy rayonu, Poladlı kəndinə gedərək həmin kəndin ərazisində dayaq üçün yer qazıb 2 ədəd dəmir dayaq quraşdırmışlar. Gün ərzində Təqsirləndirilən şəxs1la birlikdə həmin işi görüb axşam saat 18 radələrində Novruzla sağollaşıb yaşadığı evə getmişdir. Evə gəldikdən sonra yemək yeyib istirahət edərkən Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində bir nəfər şəxsi elektrik cərəyanı vurduğunu və tez həmin yerə getməsini bildirmişdir. O, yaşadığı evdən çıxaraq Novosaratovka kəndinin ərazisində yerləşən hadisə yerinə gəlmiş, hüquq mühafizə orqanı əməkdaşlarının və Təqsirləndirilən şəxs1 orada olduğunu görüb nə baş verdiyini soruşmuşdur. Ona məlum olmuşdur ki, 2004-cü il təvəllüdlü Ceyhun Paşayev adlı Novosaratovka kənd sakini X5 aid rabitə dayağına bağlanmış torpaqlama məftilindən tutarkən elektrik cərəyanı vurub öldürmüşdür. Hadisə yerində olarkən hadisə baş vermiş ağac dayağa baxdıqda həmin dayağın X5 aid olduğunu və dayağın başından gövdəsi boyunca çəkilməklə bir ucu yerdə olan polad məftilin yerdəki ucunun havada olduğunu görmüşdür. X23 məxsus elektrik dayaqlarına baxışı sahə ustası keçirir və akt tərtib edir. Heç bir halda rabitə dayağına və xəttinə elektrik enerjisi xəttinin qoşulmasına, eləcə də elektrik dayağına rabitə xəttinin qoşulmasına icazə verilmir. Rabitə dayaqlarının üzərində olan məftil bütün rabitə və elektrik dirəklərində mövcuddur. Məftil ildırımötürücü rolunu oynayır həmçinin baş verə biləcək hər hansı ifrat gərginlik halında əlavə elerjini yerə ötürmək üçündür. X5 məxsus rabitə dayaqlarına qoşulmuş elektrik xəttlərinə, həmçinin xidməti ərazilərində olan hava xəttlərinə baxış sahə ustası və sahə mantyorları tərəfindən keçirilir. Onlar həmin hava xətlərinə hər gün vizual baxış keçirirlər. Əgər xəttlərdə hər hansı qüsur aşkar etsələr dərhal təmir edir, bununla bağlı qüsur aktını sahə ustası tərtib edir və həmin aktı X23 təqdim edir. Şahid7 ifadəsində göstərdi ki, Novosaratovka və Qaraməmmədli kəndləri üzrə X20 nəzarətçi mühəndisi işləyir. Vəzifəsi ayda bir dəfə sayğacın göstəricisini oxumaqdan ibarətdir. Novosaratovka kəndi ərazisində olan rabitə xəttləri və dayaqları X3 balansındadır. Həmin dayaqların nə vaxt və kim tərəfindən quraşdırılması barədə məlumatı yoxdur. Novosaratovka kənd sakini X32 tanımamış, onunla və valideynləri ilə münasibəti, əlaqəsi, düşmənçiliyi, ədavəti olmamışdır. 26 iyul 2021 -ci il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs1 25 iyul 2021 -ci il tarixdə Novosaratovka kəndində, həmin kənd sakini Şahid2 məxsus bərbərxanın qarşısında olan rabitə dirəyində bir nəfər şəxsi elektrik cərəyanı vurması nəticəsində öldüyünü bildirmişdir. X5 məxsus rabitə dirəklərinə texniki baxış həmin idarənin əməkdaşları tərəfindən həyata keçirilir. Şahid2 məxsus bərbərxanaya çəkilmiş elektrik xəttinin rabitə dirəyinə bağlanmasını görməmiş, belə ki, onun vəzifəsinə aid olmadığı üçün həmin bərbərxanaya gedən elektrik xəttin haraya bağlanmasına fikir verməmişdir. Onun vəzifəsi ancaq abonetlərə bildiriş vermək və sayğac işləməsə X23 məlumat verməkdən ibarətdir. Hadisə baş vermiş rabitə dayağının üzərində olan ildırımötürücü xətt X3 balansındadır və xəttə həmin idarənin əməkdaşları tərəfinən nəzarət olunur. Qeyd olunan elektrik kabelinin rabitə dirəyinə bağlanması barədə məlumatı olmamışdır. Şahid8 ifadəsində göstərdi ki, X20 aparıcı mühəndisi kimi vəzifəsi istismar şöbəsində əsaslı və cari təmir işləri görməkdən ibarətdir. Yəni istismara yararsız olan çürük ağac dayaqların yeniləri ilə əvəz edilməsi, zədəli naqillərin yeni naqillə əvəz edilməsi, transformator məntəqələrində təmir işləri görmək və yağ əlavə etməkdən ibarətdir. Novosaratovka kəndi ərazisində olan rabitə xətləri və dayaqları X3 balansındadır. Novosaratovka kənd sakini X32 tanımamış, Ceyhun Paşayev və valideynləri ilə münasibəti, əlaqəsi, düşmənçiliyi, ədavəti olmamışdır. 25 iyul 2021 -ci il tarixdə həftənin bazar günü olduğundan yaşadığı evdə olarkən saat 19 radələrində X20 35/10 kilovolt Saratovka yarımstansiyasında növbədə olan Natiq Allahverdiyev onun istifadəsində olan mobil telefonuma zəng edib 10 kilovoltluq Saratovka hava xəttinin açılıb torpaqlandığını, yəni elektrik xəttinin gərginlikdən azad edildiyini bildirmişdir. O, Saratovka şəbəkə sahəsinin ustası Təqsirləndirilən şəxs1 zəng etmiş, Novosaratovka kəndində nə hadisə baş verməsini soruşmuş, Təqsirləndirilən şəxs1 X5 məxsus ağac dayaqda bir nəfəri elektrik cərəyanının vurmasını bildirmişdir. O, X20 inzibati binasına getmiş, daha sonra idarənin rəisi Şahid9, baş mühəndis Məhəmməd Qurbanov və Gədəbəy şəhər şəbəkəsinin sahə ustası Məzahir Əliyevlə birlikdə Novosaratovka kəndində baş vermiş hadisə yerinə getmişlər. X5 məxsus rabitə dirəklərinə texniki baxış həmin idarənin əməkdaşları tərəfindən həyata keçirilir. Rabitə dirəklərinə elektrik xəttlərinin qoşulmasına icazə verilmir. Rabitə dirəklərinin üzərində olan məftil ildırımötürücü rolunu oynayır. Məftilin bir ucu rabitə dirəyinin başında, digər ucu isə torpaqda olmalıdır ki, ildırım düşdükdə avadanlıqları və dayağı yandırmasın. Hadisənin baş verdiyi həmin dayaq X20 balansında olmamış, kütləvi sayğaclaşma zamanı dayaq yaxınlıqda olduğuna görə, abonentlərin enerji təchizatı həmin dayaq vasitəsi ilə kabel xətti ilə verilmişdir. Şəbəkənin balansında olan elektrik hava xəttlərində hər hansı nasazlıq aşkar olunan zaman sahə ustaları tərəfindən ona məruzə olunur, o, isə öz növbəsində şəbəkənin baş mühəndisinə və ya rəisinə məruzə edərək baş vermiş nasazlıqlar barədə məlumat verir. Adi qaydada baxış rəhbərlik tərəfindən tərtib olunmuş plan-qrafik əsasında həyata keçirilir və şəbəkənin balansında olan hansısa elektrik xəttində və ya avadanlığında nasazlıq yaranarsa həmin sahəyə sahə ustası və elektrik montyorları tərəfindən növbədən kənar baxış keçirilərək yaranmış qüsur barədə qüsur aktı tərtib olunur. Şahid9 ifadəsində göstərdi ki, Novosaratovka kəndi ərazisində olan rabitə xətləri və dayaqları X4 balansındadır. Novosaratovka kənd sakini X32 tanımamış, onunla və valideynləri ilə münasibəti, əlaqəsi, düşmənçiliyi, ədavəti olmamışdır. 25 iyul 2021 -ci il tarixdə həftənin bazar günü olduğundan saat 17 radələrində Gədəbəy rayonu, Slavyanka kəndində olarkən Azərışıq ASC-nin Gədəbəy rayon filialında Novosaratovka kənd şəbəkə sahəsinin ustası işləyən Təqsirləndirilən şəxs1 telefonla ona zəng edərək Novosaratovka kənd sakinini elektrik cərəyanı vurduğunu bildirmişdir. Həmin məlumat əsasında o, Azərişıq ASC-nin Gədəbəy rayon filialının baş mühəndisi Məhəmməd Qurbanov və Gədəbəy şəhər şəbəkəsinin sahə ustası X22 kəndində baş vermiş hadisə yerinə getmişlər. Hadisə yerinə getdikdə rayon prokurorluq və polis əməkdaşları orada olmuşlar. Hadisə baş verməmişdən əvvəl, Novosaratovka kəndi üzrə sahə ustası Təqsirləndirilən şəxs1 tərəfindən həmin kəndin ərazisində hansısa elektrik avadanlığında nasazlığın olması barədə ona heç bir məlumat verilməmiş, bu səbəbdən qeyd edilən kəndin ərazisindəki hadisə baş verən dayaqdakı kabel xəttində hər hansı nasazlığın olması barədə məlumatı olmamışdır. Hadisə baş verən zaman Gədəbəy rayonu, Novosaratovka kəndində X5 məxsus rabitə dirəyinin üzərində olan torpaqlama məftili X3 işçiləri tərəfindən torpağa bərkidilməmişdir. Hadisə baş vermiş yerin yaxınlığında yerləşən Şahid2 işlədiyi bərbərxananın sayğac uçot dəstini qidalandıran elektrik xətti sayğaclaşma aparılan 2013cü il tarixdə "xxxx" ASC-nin Şəmkir regional filialının əməkdaşları tərəfindən çəkilmişdir. X5 məxsus rabitə dirəklərinə texniki baxış həmin idarənin əməkdaşları tərəfindən həyata keçirilir. Rabitə dirəklərinə elektrik xətlərinin qoşulmasına icazə verilmir, lakin 2013-cü ildə Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən X5 məxsus rabitə dirəyinə elektrik xətləri "xxxx" ASC-nin Şəmkir regional idarəsinin əməkdaşları tərəfindən qoşulmuşdur. Rabitə dirəklərinin üzərində olan məftil ildırımötürücü rolunu oynayır. Həmin məftilin bir ucu rabitə dirəyinin başında, digər ucu isə torpaqda olmalıdır ki, ildırım düşdükdə avadanlıqları və dayağı yandırmasın. Hadisə yerinə gedib vizual olaraq baxış keçirdikdə rabitə dirəyində olan ildırımötürücünün düzgün quraşdırılmadığını görmüşdür. Belə ki, həmin ildırımötürücü katinka məftil və 1.5 metr uzunluğunda armaturla 1.5 metr dərinliyində yerə basdırılmalı, həmin katinka armatura qaynaq olunmalı və ya bolt-qayka ilə bərkildilməlidir, lakin həmin ildırımötürücü yerə basdırılmamış, ildırımötürücünün yerə tərəf olan uc hissəsi qatlanmış halda yerdən təxminən 1,5-2 sm yuxarıda olmuşdur. Rabitə dayaqlarına elektrik xətlərinin qoşulmasına icazə verilməsi ilə bağlı "xxxx" ASC-nin rəhbərliyi, o cümlədən Gədəbəy elektrik şəbəkəsi tərəfindən "xxxx" MMC-nə və ya X5 müraciət edilməmişdir. Hadisənin baş verdiyi yerdəki elektrik xətti onun işlədiyi vaxtdan əvvəl, təxminən 2013-cü ildə çəkilmiş, qeyd olunan elektrik kabelinin rabitə dirəyinə bağlanması barədə məlumatı olmamışdır. X23 məxsus elektrik xətləri X5 məxsus rabitə dirəyi ilə çəkilmiş və ya X5 məxsus rabitə xətləri X23 məxsus elektrik dirəyi ilə çəkilmişdir. Konkret olaraq hadisə baş vermiş Novosaratovka kəndi ərazisində yerləşən hava kabel xətlərinə bilavasitə baxış keçirib akt tərtib etmək, qüsurları rəhbərliyə çatdırmaq sahə ustasının səlahiyyətlərinə aiddir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hadisə yerinə ilkin baxış keçirilməsi haqqında 25 iyul 2021-ci il tarixli və əlavə baxış keçirilməsi haqqında 26 iyul 2021-ci il tarixli protokollardan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Novosaratovka kəndinin mərkəzində, Novosaratovka-Şınıx avtomobil yolunun sol tərəfində yerləşən Azərbaycan Respublikası Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin, X6 məxsus taxta materialdan rabitə dayağıdır. Həmin dayaq asfalt örtüklü yolun kənarından 4,1 metr, X9 məxsus evin hasarından 1,1 metr, Şahid2 məxsus bərbərxanadan 2,4 metr, Novosaratovka poçt şöbəsindən 5 metr, məsafədə yerləşir. Baxış keçirilən rabitə dayağının hündürlüyü 5,9 metr, çevrəsi 81,5 sm-dir. X9 məxsus evin hasarının kənarında yerdən 50 sm hündürlükdə üzəri boz rəngdə boyanmış dəmir materialdan qaz boru xətti keçir. Həmin boru xətinin sağ tərəfində, Şahid2 məxsus bərbərxananın qarşısında tərs üzünə çevrilmiş halda 1 ədəd çəkələyin sağ tayı vardır. Dirəyin sol, yəni avtomobil yoluna baxan tərəfində aşağıdan yuxarıya doğru 3 metr uzunluğunda, 0,5, 1, 2,5 və 3 sm enində çatlama xətti vardır. Rabitə dirəyinin üzərinə Şahid2 məxsus bərbərxanaya baxan hissəsində yerdən 1 metr hündürlükdə alüminium materialdan əl-üzyuyan bərkidilmişdir və həmin əlüzyuyanın içərisində su vardır. Qeyd olunan əlüzyuyanının kranına paralel yerdə, yəni torpağın üzərində bənövşəyi rəngdə içərisində müxtəlif boş plastik butulkalar olan vanna vardır. Yerdən 4,5 metr hündürlükdə rabitə dirəyinə 50 x 60 sm ölçüdə kabel meydançası (ayaqaltı) bərkidilmişdir. Bundan başqa rabitə dirəyinə yuxarıdan aşağıya doğru 5,7 metr uzunluğunda ildırımötürücü (torpaqlama) məftil bərkidilmişdir ki, həmin məftil telekommunikasiya qovşağına aid xətlərə düşən gərginliyin və ya ildırımın torpağa ötürülməsi rolunu oynayır. Qeyd olunan məftil dirəyin yuxarısından aşağısına doğru 1,68 metr məsafədə aralıdır, yəni məftil dirəkdən 3, 7, 8, 10, 13 sm ölçüdə aralı haldadır. Ağacın gövdəsindən yuxarıya doğru 97 sm məsafədə məftilin dirəkdən 9 və 13 sm ölçüdə aralı hissələri rəngini dəyişmişdir, yəni məftlin həmin qeyd olunan hissələri ağımtıl-bozumtul rəngdədir. Həmin məftilin aşağı hissəsi ağacın gövdəsindən Şahid2 məxsus bərbərxananın giriş qapısı istiqamətində əyilmiş haldadır, torpaqda deyil, torpaqdan 1,5, 2 sm yuxarıdadır. Bir sözlə məftil torpağa basdırılmamışdır. Eləcədə məftilin torpaqdan çıxarılmasına xarakterik torpaq üzərində hər hansı iz yoxdur. Rabitə dirəyinin yuxarı hissəsində üzərində qoruyucu şüşələr (izolyator) olan metal çubuq (traves), onun altı hissəsində yəni dirəyin üzərində abonent qutusu vardır. Rabitə dirəyinin və metal çubuğun (traves) üzərinə kabel və naqillərin dolanması müşahidə edilir. Habelə rabitə dirəyinin yuxarı hissəsinə, yəni yuxarıdan aşağıya doğru 25- 30 sm məsafədə 3 qat məftil dolanması müşahidə edilir ki, həmin məftil ildırım ötürən məftilin üzərindədir. Habelə 3 qat dolanmış məftilin digər tərəflərinə rabitə kabelləri bağlanmışdır. Baxışda iştirak edən Novosaratovka kənd ATS-nin xətt mantyoru Şahid4 bildirmişdir ki, rabitə dayağının üzərinə bərkidilmiş abonent qutusuna birləşdirilmiş naqillər və kabellər telekommunikasiya qovşağına aiddir və həmin kabellərdə gərginlik olmur. Rabitə dirəyinin yuxarı hissəsinə dolanmış halda olan kabeldə gərginlik vardır. Belə ki, həmin gərginlik olan kabel yolun əks tərəfindəki işıq dirəyindən çəkilərək metal çubuğa (traves) bağlanmış kabelə bərkidilmişdir ki, qeyd olunan elektrik kabeli Şahid2 məxsus bərbərxana və Novosaratovka poçt şöbəsini elektriklə təchiz edir. Şahid4 həmçinin bildirdi ki, rabitə dirəyinin üzərinə 3 qat dolanmış məftil həm rabitə kabellərini saxlamaq, həm də xəttlərə düşən gərginlik və ildırımı torpağa ötürmək məqsədi daşıyır. Bundan sonra Novosaratovka kənd ATS-nin xətt mantyoru Şahid4 tərəfindən rabitə dayağının üzərindəki Telekommunikasiya qovşağına məxsus abonent qutusuna bərkidilmiş naqillər və kabellərdə gərginliyin olub-olmaması yoxlanıldı və həqiqətən də gərginliyin olmadığı müəyyən olundu. Şahid2 məxsus bərbərxana 3 x 3 metr ölçüdə olmaqla xaricdən divarları mavi rəngli boyaq maddəsi ilə boyanmışdır. Bərbərxananın giriş qapısından solda, yerdən 2 metr hündürlükdə 2017-ci ildə istehsal olunmuş ******* nömrəli elektrik sayğacı vardır. Həmin sayğacın alt hissəsinə qoşulmuş qara rəngli elektrik kabelinin digər tərəfi rabitə dirəyinin yuxarı hissəsində olan ildırımötürücü (torpaqlama) məftilin üzərinə dolanmış 3 qat məftildən bir qədər yuxarıda, yuxarıdan aşağıya doğru çəp istiqamətdə 2 qat dolanmış vəziyyətdədir. Avtomobil yolunun əks tərəfində 2 mərtəbəli binanın sol tərəfində işıq dirəyi vardır ki, həmin dirəklə baxış keçirilən rabitə dirəyi arasındakı məsafə 20 metrdir. Həmin dirəkdən rabitə dirəyinə elektrik kabeli çəkilmişdir və çəkilmiş kabel rabitə dirəyinin üzərindəki metal çubuğa (travesə) bağlanmışdır. Şahid2 məxsus bərbərxananı elektriklə təchiz edən elektrik kabeli ikili qoruyucu qatdan ibarətdir. Kabelin üst qatı qara rəng, alt qatlarından biri mavi, digər isə qırmızı rəng qoruyucu ilə örtülüdür. Şahid2 məxsus bərbərxananı elektrik cərəyanı ilə təmin edən kabel rabitə dirəyinə dolanmaqla kabelin qırmızı rəngdə olan naqilinin uc hissəsi yolun əks tərəfindəki işıq dirəyindən çəkilərək metal çubuğa (travesə) dartılıb bərkidilmiş elektrik kabelinə bağlanmışdır və bağlandığı yerin üzəri izolyasiya edilməmişdir. Elektrik kabelinin qırmızı rəngdə olan naqili yolun əks tərəfindəki işıq dirəyindən çəkilərək metal çubuğa (travesə) dartılıb bərkidilmiş elektrik kabelinə bağlanmış hissədən 56 sm məsafədə (rabitə dirəyinə doğru) torpaqlama (ildırımötürücü) məftilin üzərinə dolanmış halda olan məftilə paralel haldadır. Elektrik kabelinin qırmızı rəngdə olan naqilinin torpaqlama (ildırımötürücü) məftilinin üzərinə dolanmış halda olan məftilə paralel hissəsində zədə olması görünür. Bundan sonra X20 rəisi Şahid9 göstərişi ilə elektrik verilişi bərpa olunmuşdur. Rabitə dirəyinin üzərində olan ildırımötürücü (torpaqlama) məftil baxışda iştirak edən Gədəbəy şəbəkə sahəsinin ustası Məzahir Əliyev tərəfindən indikatorla yoxlanılmış və məftildə gərginlik olmadığı müəyyən edilmişdir. Daha sonra elektrik verilməsi X20 rəisi Şahid9 göstərişi ilə yenidən dayandırılmış və Novosaratovka kənd ATS-nin xətt mantyoru Şahid4 rabitə dirəyinə qalxaraq Şahid2 bərbərxanasını elektrik cərəyanı ilə təmin edən kabel rabitə dirəyindən açmışdır. Baxış keçirilən həmin kabel 4 mm qalınlığında olmaqla 2 hissədən ibarətdir. Kabel ikili qoruyucu qatdan ibarətdir. Üst qatı qara rəngdə, alt qatlarından biri mavi, digər isə qırmızı rəng qoruyucu ilə örtülüdür. Kabelin qırmızı rəngdə olan naqilinin uc hissəsindən 60 sm məsafədə 1,7 x 0,4 sm ölçüdə zədə vardır. Hadisə yerinə baxış keçirilərkən 1 ədəd çəkələyin sağ tayı və Şahid2 məxsus bərbərxananı elektriklə təchiz edən, rabitə dirəyinə dolanmış üzərində zədə olan kabel, rabitə dirəyinin üzərində olan ildırımötürücü (torpaqlama) məftil və həmin məftilin üzərinə 3 qat dolanmış məftil çıxarılmaqla müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. - Meyitə baxış keçirilməsi haqqında 25 iyul 2021-ci il tarixli protokoldan görünür ki, müayinə olunan meyit kişi cinsli olub kafi bədən quruluşludur, uzunluğu 170 sm-dir. Əllə toxunduqda meyit soyuqdur. Meyit qacıması müayinə olunan əzələ qruplarında kafi dərəcədə inkişaf etmişdir, gövdənin arxa səthində çəhrayımtıl-bozumtul rəngli meyit ləkələri vardır ki, barmaqla təzyiq etdikdə avazımır. Başın tüklü hissəsində xəsarət və deformasiya yoxdur. Göz qapaqları örtülüdür, bəbəklər dairəvi olub, 0.7-sm diametrindədir, ağlı qişada qansızma yoxdur. Burunun sümük və qığırdaqları əllədikdə tamdır, burun və xarici qulaq keçəcəklərində hər-hansı bir ifrazat yoxdur, ağızı qapalıdır, dil ağız boşluğunda sərbəst yerləşir, dişlər təbiidir. Boynu gövdəyə uyğun inkişaf etmiş, adi uzunluqda və qalınlıqdadır. Döş qəfəsi slindrik olub simmetrikdir. Qarnı qabırğa qövsü səviyyəsindədir, köpməmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmiz və zədəsizdir. Sağ əlin ovuc səthində - İİİ və İV daraq sümüyü proyeksiyasında bozumtul-ağ rəngli “Xalabənzər” elektrik nişanəsi (giriş nöqtəsi) vardır. Sol daban nahiyəsində qırmızımtıl rəngli 0,4 x 0,3 sm ölçüdə kiçik yara formalı “elektrik nişanəsi” (çıxış nöqtəsi) vardır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa hər hansı bir xəsarət aşkar edilməmişdir. - 27 noyabr 2021-ci il tarixli İstintaq Eksperimentinin keçirilməsi haqqında protokoldan görünür ki, X6 məxsus taxta materialdan olan rabitə dirəyinin bünövrəsi 28 sm dərinliyədək qazılaraq X3 əməkdaşları tərəfindən gətirilmiş torpaqlama (ildırımötürücü) naqili həmin dərinlikdə rabitə dayağına paralel yerləşən, paslanmış, qırılmış torpaqlama (ildırımötürücü) naqilə “bolt” vasitəsilə ilə bağlanmış, digər ucu isə, X5 məxsus rabitə dayağının üzərinə qaldırılaraq heç bir yerə bağlanmadan adi halda asılmış, bundan sonra həmin torpaqlama naqilinin səthinin torpaqdan təxminən 50-60 sm yuxarıda yerləşən kiçik bir hissəsi “elektrod” aləti vasitəsilə təmizlənərək torpaqlama naqilinin müqaviməti ölçülmüş və müqavimətin 290 Om olması müəyyən edilmişdir. Eksperimentdə iştirak edən X20 baş mühəndisi Məhəmməd Qurbanov müqavimətin 290 Om olması halında həmin naqilə elektrik cərəyanı tətbiq ediləcəyi təqdirdə bunun 100 faiz yəqinliklə insan ölümünə səbəb ola biləcəyini bildirmiş, bu səbəbdən istintaq eksperimentinin aparılmasına insanların həyatı və sağlamlığı üçün təhlükə yaranmadıqda yol verilməsinə dair cinayət prosessual qanunvericiliyin tələbinə əsasən naqilə elektrik cərəyanı tətbiq edilməmişdir. - 03 fevral 2022-ci il tarixli X12 keçirilməsi haqqında protokoldan görünür ki, Gədəbəy hadisənin baş verdiyi Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən X7 məxsus rabitə dirəyinin üzərindəki torpaqlama naqilinin müqavimət ölçülmüş və müqavimətin 530 Om olması müəyyən edilmişdir. Bundan sonra təhlükəsizlik qaydalarına riayət edilməklə torpaqlama naqilinə elektrik gərginliyi verilmiş və naqildə 311 Volt elektrik cərəyanının olması müəyyən edilmişdir. Bununla da torpaqlama naqilində torpağa və ya yerə keçiciliyin olmadığı müəyyən edilmişdir. - Məhkəmə-tibbi ekspertizasının 26.07.2021-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, X26 meyitinin bədənində sağ əlin ovuc səthində və sol daban nahiyyəsində “elektrik nişanələri” aşkar edilmişdir, bunlar da elektrik cərəyanının təsirindən (elektrik vurma) törənmiş, törənmə müddətləri 25 iyul 2021 -ci ilə uyğun gəlir. Qeyd olunan (“elektrik nişanələri”, daxili orqanların dolu və duru qanlılığı ilə müşaiyət olunan) elektrik vurma halı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. X10 ölümünə səbəb elektrik cərəyanının altına düşmə- elektrik vurma olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 16- 18 saat əvvəl müddətə baş vermişdir. X10 meyitindən götürülmüş qanın məhkəmə-kimya müayinəsi zamanı etil spirti aşkar edilməmişdir. - Məhkəmə texniki təhlükəsizlik ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 10/4666 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydalarının” 2.1.2.19, 2.4.4.2, 2.4.4.3, 2.4.7.3, 2.4.7.15 bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının 5.7.1, 5.7.5, 5.7.16, 5.7.19 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Elektrik xətlərinə (hadisə baş vermiş taxta materialdan ibarət dayağın yuxarı hissəsinə yolverilməz qaydada 3 qat dolanmış elektrik xəttinə) vaxtaşırı və növbədənkənar baxışlar keçirilməklə aşkar edilmiş qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə “Elektrik qurğularının quraşdırılması qaydalarının 2.1.2.19, 2.4.4.2, 2.4.4.3, 2.4.7.3, 2.4.7.15 bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının 5.7.1, 5.7.5, 5.7.16, 5.7.19 bəndlərinin tələbləri öz vəzifə funksiyalarına görə "xxxx" ASCnin Rayon X13 Şəbəkə Sahəsinin ustası tərəfindən pozulmuşdur. Elektrik və rabitə xətləri asılmış taxta materialdan ibarət dayağın ildırım ötürücü naqilinin torpaqla əlaqələndirilməsi təmin olunmadığına görə “Elektrik qurğularının quraşdırılması qaydalarfnın 2.4.7.15 bəndinin tələbləri Gədəbəy TKQ-nin sahə rəisi tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitinin nəzərə aldıqda zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. - Əlavə məhkəmə texniki təhlükəsizlik ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 10/6705 nömrəli rəyindən görünür ki, rəyin təsviri hissəsində qeyd olunanlara əsasən ildırımötürücü naqil torpaqla əlaqələndirilsəydi və dayağın yuxarısına yolverilməz qaydada bağlanmış elektrik kabelinin açıq hissəsi həmin torpaqlama naqilinə birləşsəydi bu halda torpaqlama naqilində yaranmış elektrik cərəyanının təsiri insan ölümünə səbəb olmaya bilərdi. Lakin bu hal hadisə ərəfəsində elektrik xəttinin qoşulu olduğu mühafizə aparatlarının (avtomatik açarlar və.s) texniki (açarların qapanma cərəyanı hiss etmə) vəziyyətindən və toxunma nöqtəsində torpaqlama ilə xətt arasındakı müqavimətinin (qapanma cərəyanının) ölçüsündən asılıdır. - Məhkəmə-trasoloji ekspertizasının 13.09.2021-ci il tarixli, 3/1479 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 ədəd kabel kəsiyinin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri verilib. Tədqiqata təqdim edilmiş 03 ədəd kabel kəsiyinin üzərində olan zədələr, elektrik cərəyanının təsirindən yaranması mümkündür. - X20 26.07.2021-ci il tarixli, 463 nömrəli məktubundan görünür ki, Novosaratovka kəndində yerləşən bər-bər Şahid2 məxsus bərbərxana elektrik sayğacı kütləvi sayğaclaşma zamanı ("xxxx" ASC dövrü) quraşdırılmışdır. 2013-cü ildə isə köhnə tipli sayğacların yeni model tipli sayğaclarla əvəz olunması zamanı dəyişdirilmişdir. Həmin əraziyə şəbəkənin Saratovka şəbəkə sahəsinin ustası Təqsirləndirilən şəxs1 xidmət göstərir. - X20 04.08.2021-ci il tarixli, 494 nömrəli məktubundan görünür ki, Novosaratovka kəndində 25.07.2021-ci il tarixdə, saat 18 radələrində baş vermiş X26 ölümünə səbəb olan taxta dayaq Telekommunikasiya qovşağına məxsusdur. - X20 02.09.2021-ci il tarixli, 584 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-nin X36 və Satışı İdarələrinin rayon Elektrik Şəbəkələrində çalışan əməkdaşların vəzifə təlimatı "xxxx" ASC-nin sədri tərəfindən 20 aprel 2015-ci il tarixdə təsdiq edilmiş və X19 çalışan işçilərin hər biri həmin təlimatla tanış edilmişlər. - "xxxx" ASC-nin sədri tərəfindən 20 aprel 2015-ci il tarixdə təsdiq edilmiş Rayon X13 Şəbəkə Sahəsinin ustasının vəzifə təlimatının 6-cı bəndinə əsasən elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, sənədləşməni düzgün və dəqiq aparmaq, tabeliyində olan işçi heyətinin təhlükəsizliyini təmin etmək, 12-ci bəndinə əsasən illik qrafiklər üzrə hava və kabel xətlərinin, habelə bütün elektrik avadanlıqlarının əsaslı və cari baxım/təmir işlərinin aparılmasını təmin etmək, 14-cü bəndinə əsasən hava xətlərinə baxış keçirilməsini təmin etmək və 15-ci bəndindən hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək, 32- ci bəndindən meqoometrnən və gərginlik zədə göstəricisi ilə, transformator və kabellərin vəziyyətini yoxlamaq, elektrik avadanlığında qoruyucuları dəyişmək, fazlaşma aparmaq, torpaqlama quraşdırıb və çıxarmaq, 37-ci bəndinə əsasən hava və kabel xətlərində, KTM, TM və Y/st da bütün əsaslı və cari təmir bərpa işlərini yerinə yetirmək, 39-cu bəndinə əsasən elektrik avadanlıqlarına mütəmadi baxış keçirmək və qəza açılmalarının səbəblərini müəyyən etmək X30 ustasının vəzifəsidir. - "xxxx" MMC-nin X3 18 iyul 2014-cü il tarixli, 134 K/Ə nömrəli əmrinin surətindən görünür ki, qovşağın 1 nömrəli sahəsi üzrə xətt mantyoru Təqsirləndirilən şəxs2 18 iyul 2014-cü il tarixdən 1 nömrəli sahə üzrə 12-ci dərəcəli sahə rəisi vəsifəsinə keçirilmişdir. - "xxxx" MMC-nin X3 23 noyabr 2021-ci il tarixli, 6/45 nömrəli məktubundan görünür ki, Novosaratovka kəndi 1 nömrəli sahənin ərazisinə aiddir. - "xxxx" MMC-nin X3 23 noyabr 2021-ci il tarixli, 6/46 nömrəli məktubuna əlavə olunmuş X3 rəisi tərəfindən 01 noyabr 2018-ci il tarixdə təsdiq edilmiş «Sahə rəisinin vəzifə təlimatı»nın 7-ci bəndinə əsasən xətt təsərrüfatında köhnəlmiş dirəklər, kabellər və başqa avadanlıqların vaxtaşırı yoxlanılmasını təşkil etmək, onların təmiri və ya dəyişdirilməsi barədə məsələ qaldırmaq Sahə rəisinin vəzifəsidir, qovşağın sahə rəisi Təqsirləndirilən şəxs2 sahə rəisi vəzifə təlimatı ilə tanış olmuş və tanış olmasına dair imza etmişdir. - "xxxx" MMC-nin 24 avqust 2021-ci il tarixli, 102-3-18/10546-21 nömrəli məktubundan görünür ki, məsələ ilə əlaqədar Cəmiyyətdə müvafiq araşdırma aparılmış və məlum olmuşdur ki, Novosaratovka kəndindəki Elektron ATS və xətt təsərrüfatı, o cümlədən hadisənin baş verdiyi rabitə dayağı 1980-ci illərdə inşa olunaraq istismara verilmişdir. Dayağın üzərində hava ilə çəkilmiş və dayaqdan ayrılmaqla bərbərxananı və Novosaratovka poçt şöbəsini qidalandıran elektrik xətlərinin nə vaxt, kim tərəfindən çəkilməsi haqqında X11 (TKQ) məlumatlı olmamışdır. Elektrik xəttinin çəkilməsi ilə bağlı Gədəbəy TKQ-yə rəsmi qaydada müraciət olunaraq icazə alınmamışdır. Rabitə dirəyinə qeyri-qanuni olaraq çəkilmiş elektrik xətti X31 Şəbəkəsinin balansındadır. Rabitə dirəklərinə texniki baxış xətt sahə montyoru tərəfindən aparılır, lakin xidmət olunan coğrafi ərazinin həddindən artıq böyük olması, nəqliyyat vasitələrinin qıtlığı və həmçinin rabitə dirəklərinin sayının çoxluğu səbəbindən heç də bütün dirəklərə mütəmadi texniki xidmət etmək mümkün olmamışdır. Dayağa vaxtaşırı texniki baxışlar keçirilsə də, onlar aktlaşdırılmamışdır. Sonuncu dəfə 27 iyul 2021-ci il tarixdə Novosaratovka kəndində sahə rəisinin rəhbərliyi ilə texniki baxış keçirilmiş və aktlaşdırılmışdır. Adı gedən dayaqda təmirbərpa işləri aparılmamışdır. Dayağın üzərində olan yerləbirləşdirmə (torpaqlama) xətti 1980-ci illərdə dayaq quraşdırılan zaman quraşdırılmışdır. Yerləbirləşdirmə (torpaqlama) xəttinin müqaviməti yoxlanılmayıb. - X17 daxil olmuş, 23 noyabr 2021-ci il tarixli, 764 nömrəli məktuba əlavə olunmuş 19 sentyabr 2018-ci il tarixli, k/18-05345 nömrəli əmrin surətindən görünür ki, Qərb RETSİnin (Gəncə) hava və kabel xidmətinin ustası, Təqsirləndirilən şəxs1 19 sentyabr 2018-ci il tarixdən Qərb RETSİ-nin X19 X37 usta vəzifəsinə keçirilmişdir. - Gədəbəy rayon Polis Şöbəsindən daxil olmuş 22 oktyabr 2021-ci il tarixli 198- 18203-1221 nömrəli məktuba əlavə olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olmamışlar. - yaşayış yeri və iş yeri üzrə tərtib edilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri və ximəti iş yeri üzrə müsbət xarakterizə olunurlar. - Gədəbəy rayonu İHB-nın Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 03.07.2014-cü il təvəllüdlü X38 adında bir nəfər az yaşlı uşaq vardır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Qərb RETSİ-nin X19 X37 usta vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və Aztelekom” MMC-nin X3 sahə rəisi Təqsirləndirilən şəxs2 vəzifəli şəxslər kimi işlərinə vicdansız və laqeyd münasibətləri nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməmələri nəticəsində 25 iyul 2021-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayan X26 ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq cinayəti törətmələri tam sübuta yetir. Odur ki, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətikləri cinayət əməlinin CM-nin 314.2ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyəedilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətmələri, zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin hüquqi varisinin onlardan şikayət və tələbinin olmaması, Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı uşaq olmasını, yaşayış yeri üzrə və xidməti yer üzrə müsbət xarakterizə olunmaları onların cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmasını və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını cəza təyini zamanı nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsinin sanksyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəza növləri nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində tətbiq edilməli olan cəza növünün seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onların şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, zərər çəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxslərin ektiyatsızlıqdan cinayət törətməklə ictimai təhlükə nəticəsində baş verməsində iştirakları dərəcəsini, təyin ediləcək cəzanın onların sonrakı həyat tərzinə, davranışlarına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, ədalətli, məqsədə uyğun və onların islah olunmaları, həm də cəzanın məqsədlərinə nail olunması baxımından mümkün olduğundan onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək qeyd edir ki, onların barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğvi üçün əsaslar olmadığından hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gədəbəy rayon Prokurorluğunda saxlanılan mərhum X34 məxsus bir ədəd çəkələyin sağ tayi zərər çəkmişin hüquqi varisinə, bir ədəd ildırım ötürücü (torpaqlama) naqil, bir ədəd məftil və bir ədəd kabel Gədəbəy Telekomunikasiya Qovşağına qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən, iş üzrə məhkəmə ekspertizaları xərci 328 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 1i ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək Gədəbəy rayonu, Nərimankənd ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübutlar - Gədəbəy rayon Prokurorluğunda saxlanılan mərhum X34 məxsus bir ədəd çəkələyin sağ tayi zərər çəkmişin hüquqi varisi X35 qizina, bir ədəd ildırım ötürücü(torpaqlama) naqil, bir ədəd məftil və bir ədəd kabel qanuni sahibi X2ytarılsın. İş üzrə məhkəmə ekspertizaları xərci 328 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-21/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-21/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver