Məhkəmə qərarları › İş №1(042)-21/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-21/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-21/2023 11.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon(Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu il tаriхdə Gədəbəy rayonu, Qaradağ kəndində doğulmuş, Аzərbаycаn Rеspubliкаsının vətəndаşı, subay, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonu, Qaradağ kəndində qеydiyyаtdа olan və Gədəbəy rayonu, Qarıkənd kəndində yаşаyаn, bаrəsində 10 yanvar 2023-cü il tаriхdən bаşqа yеrə gеtməməк hаqqındа iltizаm qətimкаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 may 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin pəncərəsini dəmir əşya ilə fiziki təsir etmək yolu ilə açıb içəri qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan 75 manat pul, 1 ədəd 510 manat dəyərində 583 əyarlı 6 qram çəkisi olan tros formalı qızıl boyunbağı, 1 ədəd 255 manat dəyərində 583 əyarlı 3 qram çəkisi olan qızıl qolbağı,1 ədəd 425 manat dəyərində 583 əyarlı 5 qram çəkisi olan qızıl üzüyü və 160 manat dəyərində bir cüt sadə qaşlı 583 əyarlı 4 qram çəkisi olan qızıl sırğanı, ümumilikdə, 1425 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə ittiham edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatdadır. Heç bir yerdə işləmir. Əvvəllər Rusiya Federasiyasında işləyib yaşamışdır. Bir ildir ki, Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Azərbaycana gəldikdən sonra bəzi vaxtlarda Gədəbəy rayonu, Qarıkənd kəndində qardaşı X2 məxsus evdə, bəzi vaxtlarda isə Qaradağ kəndində babası X4 məxsus evdə yaşamışdır. Zərərçəkmiş şəxs tanıyır, münasibətləri əvvəllər yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən evi qardaşı X5 rayonu, Qarıkənd kəndində yerləşən evinə yaxın məsafədə yerləşdiyinə görə onlarla mehriban qonşuluq münasibətləri, bir-birinin evinə ailəvi gəliş-gedişləri olmuşdur. 31 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs arvadı Şahid1, qızı Qəmzə Orucova və oğlu Akif Orucovla birlikdə qardaşı Mövlanın Qarıkənd kəndində yerləşən evinə Mövlanın ad gününə gəlmişdir. Həmin vaxt pula çox ehtiyacı olduğu üçün Elçingilin onların evində olmasından, sonuncunun evində heç kimin olmamasından istifadə edib Zərərçəkmiş şəxs evinə oğurluğa getmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs evinə tez-tez gedib gəldiyi üçün sonuncunun pulu və qızılı harada saxladığını dəqiq bilirmiş. 31 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Mövlan Əsgərovun evindən çıxıb Zərərçəkmiş şəxs evinin yaxınlığına getmişdir. Evin qarşısında yerdən tapdığı ucubiz dəmir əşya ilə güc tətbiq etməklə evin plastik materialdan olan pəncərəsini açmışdır. Lakin pəncərənin nə çərçivəsi, nə də şüşəsi qırılmamışdır. Daha sonra həmin pəncərədən içəri daxil olmuşdur. Zərərçəkmiş şəxs evinin birinci mərtəbəsində yaşadıqları otaqda olan şkafdan 75 manat pul və qızıl zinət əşyaları, o cümlədən bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa, bir ədəd qızıl üzük və bir ədəd qızıl boyunbağı götürmüşdür. Pullar və qızıl zinət əşyaları şkafda sandıqcanın içində olmuşdur. Həmin sandıqca olan pulun və qızılın hamısını deyil, müəyyən bir hissəsini götürmüşdür, qalan pul və qızıllar isə yerində qalmışdır. Zərərçəkmiş şəxs evindən oğurluq etdikdən sonra oradan çıxıb Qarıkənd kəndində yerləşən kafeyə getmişdir. Kafedə həmkəndliləri ilə çay içmişdir. Təxminən 2 saat sonra qardaşı Mövlan Əsgərov zəng edib Zərərçəkmiş şəxs evindən oğurluq olması barədə ona məlumat vermişdir. Bir qonşu kimi Zərərçəkmiş şəxs evinə getmişdir ki, hadisə barədə maraqlansın, heç kim ondan şübhələnməsin. Həmin vaxt Zərərçəkmiş şəxs evindən oğurladığı qızılların hamısı, pulun isə 10-15 manatını xərclədikdən sonra qalan hissəsi cibində olmuşdur. Zərərçəkmiş şəxs evində olan zaman özünü qəsdən elə aparmıdır ki, ondan şübhələnməsinlər. 2-3 gün sonra Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl boyunbağını 225 manata Gədəbəy şəhəri, Heydər Əliyev prospektində dairəvi yol adlanan yerin yaxınlığında yerləşən qızıl dükanında işləyən sonradan adının Şahid2 olduğunu bildiyi şəxsə satmışdır. Şahid2 boyunbağının oğurluq olduğunu bilməmişdir. Belə ki, həmin şəxsə yalandan boyunbağının özünə məxsus olduğunu bildirib pula ehtiyacı olduğu üçün satdığını demişdir. Qalan qızıl-zinyət əşyalarını isə 2022-ci ilin noyabr ayının ortalarında Bakı şəhərinə gedib orada tanımadığı şəxsə 680 manata satıb pulunu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin şəxslə əvvəllər heç bir əlaqəsi olmamışdır. Heç kimə oğurluq etməyi barədə məlumat verməmiş, heç kimin bundan xəbəri olmamışdır. Oğurluq etmək üçün qabaqcadan heç kimlə arasında razılaşma, sövdələşmə olmamışdır. Başqa heç bir yerdən oğurluq etməmişdir. Əməlindən peşmandır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmişə vurduğu ziyanı ödəmişdir. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. 06 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Yaşadığı ev ikimərtəbəli olmaqla natamam təmirlidir. Ona görə də evin birinci mərtəbəsində yerləşən bir otaqda yaşayırlar. Həmin otaqdan həm yataq otağı kimi, həm də qonaq otağı kimi istifadə edirlər. Pulları, qızıl zinət əşyaları həmin otaqda yerləşən paltar şkafında kiçik sandıqcanın içərisində olur. Həmin sandıqcada pulun və qızıl zinət əşyalarının olduğunu ailə üzvləri, qardaşı Nicat Orucov, evinə tez-tez gedib gələn qonşuları Mövlan, Kənan, Ruhan və Ruhanın anası Gülnaz adlı şəxslər bilmişdir. Çünki xərclik lazım olan zaman oradan götürürmüş. 31 oktyabr 2022-ci il tarixdə axşam saatlarında ailə üzvləri ilə birlikdə qonşusu Mövlanın ad günündə sonuncunun yaşadığı evdə olmuşlar. Mövlangilə saat 17 radələrində gedib təxminən 22:00-da evinə qayıtmışdır. Ad günü mərasimində Mövlanın arvadı Günay, nənəsi Mərmər, qardaşı Kənan olmuşdur. Mövlanın qardaşı Kənan 2-3 saat onlarla oturub yemək yedikdən sonra saat 20 radələrində evdən çıxıb getmiş və onlar qayıdana kimi geri qayıtmamışdır. Digər şəxslər isə evdə olmuşdur. Mövlangildə olduqları zaman evində heç kim olmamış, evin çölə açılan qapısı və pəncərələri bağlı olmuşdur. Evə qayıdan zaman arvadı Şahid1 yaşadıqları otaqda olan şkafdan paltar götürən zaman qızılların və pulun olduğu sandıqcanın şkafda yerinin dəyişdirildiyini bildirmişdir. Şahid1 bildirmişdir ki, sandıqca əvvəl paltarların altında olmuş, həmin vaxt isə paltarların üstündə olmuşdur. Şahid1 sandıqcanı yoxlayan zaman oradan 75 manat pulun və qızıl zinət əşyalarının yerində olmadığını bildirmişdir. Həmin vaxt evin çölə açılan pəncərələrindən birinin açıq olduğunu görmüşdür. Şahid1 bildirmişdir ki, ad gününə getməzdən əvvəl evin pəncərələri bağlı olmuşdur. Ona görə də başa düşmüşlər ki, evlərindən oğurluq edilmişdir. Həmin pəncərənin çərçivəsi və şüşəsi sındırılmamışdır. Eləcə də evdə heç bir yer dağıdılmamış, ev səliqəli halda olmuşdur. Evindən 75 manat nağd pul, oğlu Akif Orucova məxsus 2012-ci ildə 450-500 manata alınmış 583 əyarlı təxminən 6 qram çəkisi olan bir ədəd tros formalı qızıl boyunbağı, 2012ci ildə 80-90 manata alınmış 583 əyarlı bir ədəd 3 qram çəkisi olan qızıl qolbaq, 2005-ci ildə 150 manata alınmış özünə məxsus bir ədəd 583 əyarlı təxminən 5 qram çəkisi olan qızıl üzük və 2009-cu ildə 160 manata alınmış qızı Qəmzə Orucovaya məxsus bir cüt sadə qaşlı 583 əyarlı 4 qram çəkisi olan qızıl sırğa oğurlanmışdır. Oğurluq hadisəsindən sonra 92 manat nağd pul, bir ədəd qızıl boyunbağı və iki ədəd qızıl üzük həmin sandıqcada qalmışdır. Oğurluq hadisəsi nəticəsində təxminən ona 1000 manat maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanın əvəzini ödəmişdir. Ona qarşı şikayəti yoxdur və qərar çıxarılarkən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Düzyurd kəndində yaşayır. Yaşadıqları ev ikimərtəbəli olmaqla natamam təmirlidir. Ona görə də evin birinci mərtəbəsində yerləşən bir otaqda yaşayırlar. Pulları, qızıl zinət əşyaları həmin otaqda yerləşən paltar şkafında kiçik sandıqcanın içində olur. 31 oktyabr 2022-ci il tarixdə axşam radələrində ailə üzləri ilə birlikdə qonşu Mövlanın ad günündə sonuncunun evində olmuşlar. Həmin vaxt evlərində heç kim olmamış, evin çölə açılan qapısı və pəncərələri bağlı olmuşdur. Təxminən, saat 22:00-da evlərinə gəlib birinci mərtəbədə yaşadıqları otaqda olan paltar şkafını açan zaman orada olan kiçik sandıqcanın yerinin dəyişdirildiyini görüb həmin sandıqcanın içərisini yoxlamışdır. Məlum olmuşdur ki, sandıqcada olan pulun 75 manatı, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir ədəd qızıl kişi üzüyü, bir cüt qızıl sırğa oğurlanmışdır. Qalan 92 manat pul və iki ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı isə yerində olmuşdur. Evdə heç bir əşyanın yeri dəyişdirilməmiş, ev dağıdılmamış və qapı pəncərə sındırılmamışdır. Lakin evin birinci mərtəbəsinin həyətə açılan plastik materialdan olan pəncərələrindən biri açıq halda olmuşdur. Lakin dəqiq xatırlayır ki, Mövlan Əsgərovun ad gününə gedərkən bütün çölə açılan pəncərələr və qapı bağlı halda olmuşdur. Ad gününə getməmişdən əvvəl oğurluq olan otağın qapısı evin daxilində olduğu üçün bağlamamışlar. Evdə pulun və qızılların yerini ailə üzvləri, o cümlədən evinə tez-tez gəlib-gedən qaynı Nicat Orucov, qonşuları Kənan, Ruhan, Mövlan, Gülnaz adlı şəxslər bilmişdir. Məhkəmə iclasında elan edilmiş, Şahid2 şahid qismində dindirilmə protokolundan görünür ki, ünvan 1 ünvanında yaşayır. Gədəbəy şəhərinin mərkəzində “dairəvi yol” adlanan yerin yaxınlığında anası X3 məxsus qızıl mağazası vardır. X6 həmin mağazada işləyir və qızıl satışı ilə məşğul olur. O, vaxtı olanda gedib dükanda durur ki, anası istirahət etsin. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onların qızıl mağazasına gəlib işlənmiş qızıl boyunbağısının olduğunu və onu satmaq istədiyini bildirmişdir. Həmin vaxt X6 mağazada olmadığı üçün alış-satışı özü etmişdir. Təqsirləndirilən şəxs satmaq üçün təqdim etdiyi tros formalı 583 əyarlı qızıl boyunbağını tərəzidə çəkib 6 qram çəkisinin olduğunu müəyyənləşdiriərək həmin boyunbağını 225 manata sonuncudan almışdır. Təqsirləndirilən şəxs həmin boyunbağını alan zaman şəxsiyyət vəsiqəsinin kserosurətini də götürüb özündə saxlamışdır. Həmin boyunbağı köhnə Rusiya istehsalı olduğu üçün hal-hazırda onların satışı zəifdir və tələbat azdır. Ona görə də boyunbağını Təqsirləndirilən şəxs aldıqdan bir neçə gün sonra Gəncə şəhərində əridilib xammal kimi istifadə edilməsi üçün tanımadığı zərgərə satmışdır. Təqsirləndirilən şəxs həmin boyunbağını təqdim edən zaman tək olmuş və yanında heç kim olmamışdır. Həmin boyunbağının oğurluq olması barədə heç bir məlumatı olmamışdır. İşdə olan Hadisə yerinə baxış keçirilməsi haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Ev natamam təmirli olmaqla ikimərtəbəlidir. Evin çölə açılan plastik pəncərələrindən biri-giriş qapısından sağda üçüncü pəncərə açıq haldadır. Evin birinci mərtəbəsində yerləşən hadisənin baş verdiyi otaq həm yataq, həm də qonaq otağı kimi istifadə olunan otaqdır. Həmin otağın uzunluğu 5 metr, eni 4.5 metr, hündürlüyü 2.4 metr olmaqla dəmir qapısı və plastik materialdan olan pəncərəsi vardır. Həmin otaqda divan, çarpayı, stol və stul vardır. Otağın küncündə 3 hissəli taxta materialdan olan şkaf yerləşir ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs pulların və qızıl zinət əşyalarının həmin şkafda olan kiçik sandıqcadan oğurlandığını, hadisədən sonra orada 92 manat nağd pul, 1 ədəd qızıl boyunbağı və 2 ədəd qızıl üzüyün qaldığını bildirərək onları göstərmişdir. Otaqda əşyalar səliqəli haldadır, heç bir yer dağıdılmamışdır. Evin qapılarında və pəncərələrində sındırma, kənar təsir izi yoxdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs hadisədən əvvəl evin çölə açılan qapısının və pəncərələrinin, o cümlədən də açıq halda olan, yəni, giriş qapısından sağda üçüncü pəncərənin də bağlı olduğunu bildirmişdir. İşdə olan 03 fevral 2023-cü il tarixli 9/72 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2022-ci ilin oktyabr ayına 1 ədəd 2012-ci ildə alınmış 583 əyarlı 6 qram çəkisi olan tros formalı qızıl boyunbağının orta bazar qiyməti təxminən 510,00 manat, 1 ədəd 2012-ci ildə alınmış 583 əyarlı 3 qram çəkisi olan qızıl qolbağın orta bazar qiyməti təxminən 255,00 manat, 1 ədəd 2005-ci ildə alınmış 583 əyarlı 5 qram çəkisi olan qızıl üzüyün orta bazar qiyməti təxminən 425,00 manat müəyyən edilmişdir. 2009-cu ildə alınmış 583 əyarlı 4 qram çəkisi olan bir cüt sadə qaşlı qızıl sırğanın üzərində olan qaşların mənşəyi, keyfiyyəti, sayı və s. olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşdə olan Zərərçəkmiş şəxs Ərizəsindən görünür ki, 31 oktyabr 2022-ci il tarixdə Gədəbəy rayonu Düzyurd kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etmiş Təqsirləndirilən şəxs оğlu sonradan ondan üzr istəyərək, dəymiş maddi zərəri tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs hal-hazırda heç bir şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Gədəbəy RİHB-nın Gərgər Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin, zərərçəkmişin, şahidlərin ifadələri və istintaq hərəkətlərinin protokolları ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin pəncərəsini dəmir əşya ilə fiziki təsir etmək yolu ilə açıb içəri qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs mülkiyyətində olan 75 manat pul, 1 ədəd 510 manat dəyərində 583 əyarlı 6 qram çəkisi olan tros formalı qızıl boyunbağı, 1 ədəd 255 manat dəyərində 583 əyarlı 3 qram çəkisi olan qızıl qolbağı,1 ədəd 425 manat dəyərində 583 əyarlı 5 qram çəkisi olan qızıl üzüyü və 160 manat dəyərində bir cüt sadə qaşlı 583 əyarlı 4 qram çəkisi olan qızıl sırğanı, ümumilikdə, 1425 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmiş və bununla da Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.13. və 59.2-ci maddələrinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu zərəri aradan qaldırmasını, zərərçəkmişin onu bağışlamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən halları, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd dəmir əşya hökm qanuni qüvvəsini mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yохdur. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd dəmir əşya hökm qanuni qüvvəsini mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar