Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-21/2024 01.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Tovuz rayonu, Qəribli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə saat 23 radələrində Gədəbəy rayonu Qızıltorpaq kəndində yerləşən xalası Şahid3 məxsus yaşayış evində aralarında iki ildən çox yaş fərqi olmaqla onun üçün aşkar surətdə on altı yaşına çatmayan xx xxxxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Yaşadığı kənddə yerləşən “avtoyuma” məntəqəsində avtomobil yuyub ailəsini dolandırır. O, 2-ci Qarabağ müharibəsində könüllü iştirak etmiş, üç medal almış, bir dəfə yaralanmış, lakin yenidən sağaldıqdan sonra döyüşə qayıtmışdır. Torpaqlar azad olunan günədək döyüşmüşdür. O, 2023-cü ilin iyun ayında Gədəbəy rayonu Novosaratovka kəndində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs həmin il həmkəndlisi Mafiləgilə qonaq gəlmiş və həmin vaxtdan bir-birlərini görüb, aralarında sevgi münasibətləri yaranmışdır. Onun fikri ciddi olmuş, 29 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə telelonla danışan zaman evlənməsi üçün onunla qoşulub qaçmağı təklif etmişdir. Leyla onun təklifi ilə razılaşmışdır. 30 avqust 2023-cü il tarixdə Gədəbəy rayonundan özünə məxsus VAZ-21011 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə Leylanın dediyi ünvana getmiş, həmin yerdən Leylanı götürüb avtomobili ilə Gədəbəy rayonu, Qızıltorpaq kəndində yaşayan xalası Nargilənin evinə gətirmişdir. Xalası Nargilənin evində Leyla ilə ikisinə birlikdə yer salmışlar. Həmin vaxt Leyla ilə cinsi əlaqədə olmaq istəmiş, Leyla ona 16 yaşının tamam olmadığını demişdir. Bu səbəbdən o, Leyla ilə onun öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs qaçıran zaman, eləcə də onunla cinsi əlaqədə olan vaxt ona qarşı hər hansı zorakılıq, fiziki və ya psixi təsir göstərməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə Gədəbəy rayonu Novosaratovka kəndində ər-arvad münasibətlərində birlikdə yaşayırlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun qanuni nümayəndəsi Şahid2 iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, o Gəncə şəhəri, M.Hüseynzadə küçəsi, ev 47 də valideyinləri və digər ailə üzvləri ilə birlikdə yaşayır. Gədəbəy rayonu Novosaratovka kəndində yaşayan xalası Mafilənin evinə qonaq gedib, qalarkən təsadüfən həmin kənddə yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuş və telefon nömrələrini bir-birlərinə verib, mütəmadi əlaqə saxlamışlar. Yaşar onunla evlənmək istədiyini demiş və ona ailə qurmaq məqsədilə qoşulub qaçmağı təklif elmişdir. 29 avqust 2023-cü il tarixdə saat 20 radələrində Yaşarla telefonla danışmış və danışıq zamanı Yaşar birlikdə evlənmək məqsədilə Gədəbəy rayonuna getməsini təklif etmiş və o, təklifilə razılaşmışdır. 30 avqust 2023-cü il tarixdə saat 21 radələrində Yaşar ilə onun yaşadığı evin yaxınlığında görüşmüş və Yaşarın avtomobili ilə Gədəbəy rayonu, Novosaratovka kəndinə Yaşarın xalası X1 yaşadığı evə gəlmişlər. Həmin gecə saat 23 radələrində Yaşarın təklifi ilə razılaşaraq könüllü razılığı əsasında Yaşar ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. O, Yaşardan şikayətçi deyil, bir ailə kimi birlikdə yaşayırlar. O, hazırda hamilədir. Şahid2 ifadəsində göstərdi ki, əri Şahid1 və digər ailə üzvlərilə birlikdə Gəncə şəhəri, M.Hüseynzadə küçəsi, ev-47 də yaşayır. Gədəbəy rayonu Novosaratovka kənd sakini Təqsirləndirilən şəxs və onun ailə üzvlərini əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 30 avqust 2023-cü il tarixdə saat 21 radələrində istifadəsində olan mobil telefon nömrəsinə Yaşarın anası İradə zəng edərək oğlu Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs ailə qurmaq məqsədilə, Leylanın öz könüllü razılığı əsasında qaçırmasını, hazırda onların Gədəbəy rayonu Novosaratovka kəndində olduqlarını demişdir. O, İradəyə qızının hələ 18 yaşının tamam olmadığını demiş, İradə isə Leyla ilə Yaşarın bir-birilərini sevdiklərini və ailə qurmaq məqsədilə qoşulub getdiklərini, geri qayıtmayacağını, onların birlikdə Bakı şəhərinə yola çıxmağa hazırlaşdıqlarını demişdir. Bundan sonra o, bu barədə əri Şahid1 məlumat vermiş və sonuncu 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şahid1 məlumatından sonra Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşları 31 avqust 2023-cü il tarixdə qızı X2 rayonu Novosaratovka kəndindən götürüb, polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən qızı Zərərçəkmiş şəxs ona və X5 Gədəbəy rayonunda görməsini, bir-birlərini sevmələrini, telefon əlaqəsi saxlamalarını, özünün könüllü razılığı əsasında Yaşarla Gədəbəy rayonuna getmələrini bildirmişdir. Qızı Leyla ona Yaşarı sevdiyini, onunla yaşamaq istədiyini demiş və evə qayıtmaqdan imtina etmişdir. Bu səbəbən onun Yaşar ilə bağlı heç bir tələbi, şikayəti yoxdur. Şahid1 məhkəmə iclasında Şahid2 ifadəsinə uyğun ifadə verdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Qızıltorpaq kəndində yaşayır. Təqsirləndirilən şəxs bacısı oğludur. Gəncə şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 30 avqust 2023-cü il tarixdə saat 22 radələrində bacısı oğlu Yaşar və bacısı İradə ona zəng edərək Gəncə şəhərindən Leyla adlı qızı Yaşarın onun evinə ailə qurmaq məqsədilə gətirdiyini bildirmişlər. Həmin gün saat 22:30 radələrində Yaşar idarə etdiyi avtomobildə yanında Leyla adlı qızla birlikdə onun ailə üzvlərilə birlikdə yaşadığı evə gəlmişlər. Leyla və Yaşarın gəlişi münasibətilə o, yemək süfrəsi açmış, yemək yedikdən sonra bacısı İradə də evinə gəlib Leyla ilə görüşmüşdür. Daha sonra İradə onun yanında Leylanın anası Təranəyə zəng edərək Yaşar ilə Leylanın bir-birilərini sevdiklərini və ailə qurmaq məqsədilə qaçdıqlarını, hazırda Gədəbəy rayonu Novosaratovka kəndində olduqlarını bildirmişdir. Həmin axşam Leyla və Yaşar onun evində olan digər otaqda birlikdə yatmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1371 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı hal-hazırda pozulmamışdır. Zərərçəkmiş şəxs anus dəliyi nahiyyəsində müəyyən edilmiş anal dəlik sfinktorunun boşalması, şüavari büküşlərin qismən hamarlaşması anal dəlik vasitəsilə dəfələrlə qeyri-təbbi yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdəndir. Zərərçəkmiş şəxs anal dəlik nahiyyəsində aşkar edilmiş sıyrıq bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Belə ki, gərginləşmiş kişi cinsiyyət üzvünün təsiri nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti müayinə olunan vaxtda nəzərən 1-3 gündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - İ-12955 və İ-67694 nömrəli “Azərbaycan Respublikası Medalı”nın vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. - Gədəbəy RİHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on altı yaşına çatmamış Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olma cinayət əməlini törətməsi məhkəmə iclasında tam sübuta yetir. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddələri ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibətgöstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Əməlindən səmimi peşman olması, 2-ci Qarabağ müharibəsində fəal iştirak etməklə medallarla təltif edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cinayəti evlənmək məqsədi ilə törətməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, əməlində cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın olmamasını, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına nəzərə alınmalı, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanı çəilib-çəkməməsi məsələsini müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri sayır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müsbət xarakterizə olunur. O, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Döyüşlərdə fəal iştirak etmiş, medallarla təltif edilmişdir. Həmçinin təqsirləndirilən şəxslə zərər çəkmiş Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olmuş, təqsirləndirilən şəxsin niyyəti onunla evlənmək olmuş, zərər çəkmiş şəxslə qanunla qadağan olunsa da, könüllü, fiziki və ya psixoloji təsirlər olmadan cinsi əlaqədə olmuşdur. Həm təqsirləndirilən şəxsin valideynləri, həm də zərər çəkmiş şəxsin valideynləri sonradan bu evliliklə razılaşmışlar. Eləcə də, hazırda da təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs ər-arvad münasibətlərində yaşayırlar. Bu sübut olunmuş hallar onu göstərir ki, təqsirləndirilən şəxs 16 yaşına çatmamış zərər çəkmiş şəxslə cinsi əlaqəyə girməsi cinayət qanunu ilə təhdid altında olsa belə, niyyəti ailə qurmaq olmuş və bununla həm zərər çəkmiş şəxs, həm də sonradan onun valideynləri razılaşmışlar. Hazırda da onlar ailə olaraq birlikdə yaşayırlar. Bu halllar təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəliyini və şəxsiyyətinin təhlükəliliyini azaldır. Qeyd olunanları əsas götürərək məhkəmə hesab edir ki, cəmiyyətdən təcrid etmədən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunması ilə də təqsirləndirilən şəxsin islah olunması mümkündür. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə sınaq müddətində Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsində nəzərdə tutulan onun islah olunmasına kömək edən bəzi vəzifələrin qoyulması da məqsədəmüvafiq və zəruridir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə maddi sübut və mülki iddia yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351- 353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 08 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-21/2024
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-21/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver