Məhkəmə qərarları › İş №1(042)-22/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-22/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-22/2021 19.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Gədəbəy rayonu, Düzyurd kəndində yaşayan, Gədəbəy Rayon Məhkəməsinin 1(042)-32/2020 saylı 06 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 05 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 10 iyun 2021-ci il tarixdən etibarən cəzasını çəkən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 avqust 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 sentyabr 2020-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı Gədəbəy rayonu, Novo-Saratovka kəndində qonşusu Şahid1 evinin həyətinə gedərək, onunla söhbət edərkən, sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs evinə gədikdə onları bir yerdə görərək, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əlində olan vintaçanla Zərərçəkmiş şəxs kürək nahiyəsindən vuraraq, oradan qaçıb getmiş və həmin gün saat 18 radələrində yenidən Zərərçəkmiş şəxs həyətinə gələrək, ona aid sənədləri tələb etdikdə, verməyərək 30 manat pul tələb etdiyi üçün ona sənədləri gətirib evlərinin yaxınlığından axan çayın kənarında görüşməyi təklif edərək, orada ona pul verəcəyini vəd etdiyi üçün hər ikisi çayın kənarında görüşərək, spirtli içki qəbul etmiş və sənədləri vermədiyinə görə Zərərçəkmiş şəxs yumruqla döyərək və daş parçaları ilə vuraraq, ona başın əzilmiş yaraları, sol bazu oynağının, sol baldırın sıyrıqları, döş qəfəsinin arxa səthinin, sağ budun əzilmiş səthi yaraları qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduğuna görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərək, göstərmişdir ki, Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayır. Zərərçəkmiş və onun həyat yoldaşı olmuş Şahid1 onun həmkəndliləri və qonşularıdır. O, dəfələrlə zərərçəkmişin evində olmuşdur. Onun Şahid1 ilə münasibətləri yaranmış, nəticədə Şahid1 zərərçəkmişdən ayrılmış və onunla ər-arvad kimi yaşamağa başlamışdır. O, Şahid1 ilə birlikdə bir müddət Bakı şəhərində yaşamış, lakin sonradan Şahid1 yenidən kəndə qayıtmış və Zərərçəkmiş şəxsla yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs Bakı şəhərindən o, evdə olmayanda Şahid1 yanına gələrkən onun hərbi biletini və X2 də özü ilə götürmüşdür. O, bir neçə dəfə Zərərçəkmiş şəxs ona məxsus sənədləri qaytarmağı tələb etmiş, lakin o, qaytarmamışdır. Bununla əlaqədar aralarında mübahisələr olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə o, sənədlərini almaq üçün Zərərçəkmiş şəxs evinə getmişdir. Lakin o, evdə olmadığı üçün həyətdə Şahid1 ilə söhbət etməyə başlamışdır. Bu zaman, Söbbət Hüseynov gəlmiş və onları bir yerdə gördüyünə görə qısqanaraq, onunla mübahisə etməyə başlamışdır. O, Söbbət Hüseynovdan sənədlərini tələb etmiş, Söbbət Hüseynov sənədlərə görə ondan 30 manat pul istəmiş, o, əlində olan vintaçanla Söbbət Hüseynovun yanından yavaşca vuraraq, oradan uzaqlaşmışdır. Həmin gün saat 18 radələrində o, Söbbət Hüseynovla telefonda danışmış, ona 30 manat verəcəyini bildirmiş, sənədlərini çay kənarına gətirməsi haqqında onunla razılaşmışdır. O, araq və bir qədər yemək alıb çay kənarına gəlmişdir. Onlar yeyibiçdikdən sonra Söbbət Hüseynov sənədləri verməkdən imtina etdiyinə görə mübahisə etmiş və o, Söbbət Hüseynov yumruq və daş parçası ilə bir neçə dəfə vurmuşdur. Səsküyə ora Şahid1 gəlib onları aralamışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmişdən üzr istəmiş, onunla barışmış, ona dəymiş zərəri aradan qaldırmışdır. Ona görə də cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusudur. Təqsirləndirlən şəxs onun arvadı Şahid1 ilə münasibət yaratmış, nəticədə Şahid1 ondan ayrılmış və təqsirləndirlən şəxslə ailə quraraq, bir müddət onunla birlikdə Bakı şəhərində yaşamışdır. Lakin o, sonradan Baklıya gedib, Şahid1 yenidən evinə gətirmişdir. Onu gətirərkən paltarların arasında təqsirləndirlən şəxsin sənədlərini görmüş və onları götürərək, özündə saxlamışdır. Təqsirləndirlən şəxs sənədlərini tələb edərkən, ondan sənədləri qaytarmaq müqabilində 30 manat istəmişdir. 27 sentyabr 2020-ci il tarixdə saat 11 radəlrində evə gəldikdə, təqsirləndirlən şəxsin Şahid1 ilə söhbət etdiyini görmüş və qısqanclıq zəminində ona iradını bildirmişdir. Təqsirləndirlən şəxs əlində olan vintaçanla onun kürəyindən vuraraq, qaçmışdır. Bundan sonra, təqsirləndirlən şəxs zəng edib, sənədlərinin müqabilində ona 30 manat verməyə razı olduğunu bildirmiş və sənədləri çay kənarına gətirməyi xahiş etmişdir. O, saat 18 radələrində çay kənarına gəlmiş, lakin təqsirləndirlən şəxs 30 manat verməkdən imtina etdiyinə görə, o da sənədləri verməmişdir. Ona görə də aralarında mübahisə yaranmış, təqsirləndirlən şəxs ona daş parşaları ataraq, xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs hazırda ondan üzr istəmişdir. O, təqsirləndirlən şəxslə barışmışdır. Ona görə də cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs onun keçmiş əridir. Onunla nikahları pozulmuşdur. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsla ailə qurmuşdur. Onlar arasındakı bu münasibətlərlə əlaqədar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında ədavət yaranmışdır. 27 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs onların evinin həyətinə gəlmişdir. Onlar söhbət edərkən zərərçəkmiş gəlmiş və onunla Təqsirləndirilən şəxs arasında qısqanclıq zəminində mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vintaçanla vuraraq, oradan qaçmışdır. Bundan sonra, təxminən saat 18 radələrində Zərərçəkmiş şəxs çayın kənarına getmişdir. Bir qədər sonra o, mübahisə səslərini eşidib, ora getmiş və Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dalaşdıqlarını görmüşdür. Təqsirləndirilən şəxs daşla Söhbət Hüseynvaa xəsarətlər yetirmiş, sonra kənd adamlarının gəldiyini görüb, oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək, bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs anasıdır. 27 sentyabr 2020-ci il tarixdə ailə münasibətləri zəmində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs əvvəlcə vintaçanla, sonra isə daşla vurub, ona xəsarət yetirmişdir. Məhkəmə iclasında elan edilmiş şahidlər Şahid2 və Şahid3 elan edilmiş ifadələrindən görünür ki, onlar da təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarətlər yetirildiyini təsdiq etmişlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X4 Şəxsinin Gədəbəy Rayon Şöbəsinin 01 oktyabr 2020-ci il tarixli 745 saylı Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər: başın əzilmiş yaraları, sol bazu oynağının, sol baldırın sıyrıqları, döş qəfəsinin arxa səthinin, sağ budun əzilmiş səthi yaraları küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 27 sentyabr 2020-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlərdən başın əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İdarəsi tərəfindən verilmiş Tələbnamədən görünür ki, Əsgərov X3 Rayon Məhkəməsinin 1(042)- 32/2020 saylı 06 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 01 il 05 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Novosaratovka Kənd İƏD üzrə Nümayəndə tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə edilir. İşdə olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sazlamlızın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sazlamlıza yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlızın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 128-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə prоsеsində təqsirləndirilən şəxsin özünün еtirafеdici ifadəsi, zərərçəkmişin və şahidlərin ifadələri, məhkəmə-tibb еkspеrtinin rəyi və işin digər halları ilə tam sübut edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. O, təqsirini еtiraf еtməklə əməlindən pеşman olmuş və zərərçəkmiş şəхslə barışıq əldə еdib, ona dəyən zərəri aradan qaldırmışdır. Onun məsuliyyətini azırlaşdıran hallar yохdur. Ona görə də o, cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzaəri altına vermə qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırğına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar