Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-22/2022 05.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gədəbəy rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 04.08.1988-ci ildə Gədəbəy rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 3-cü qrup əlil olmaqla təqaüd alan, Gədəbəy şəhəri, X6 küçəsi, ev 36 A, mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə Gədəbəy rayon X4 Hüquqi Şəxsin inzibati binasında “COVİD-19” virusu ilə əlaqədar boğaz nahiyyəsindən yaxı götürmə üsulu ilə analiz verib verdiyi testin cavabının pozitiv çıxmasına və ev müalicəsinə cəlb olunmasına baxmayaraq, bilə-bilə özünü təcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə minimum kontaktda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli, xüsusi karantin rejiminə əməl etməli və monitorinq müddətini evdə keçirməli olduğu halda, yaşayış yerini tərk etməməsi və ailə üzvləri və digər şəxslərlə yaxın ünsiyyətdə olmaması barədə xəbərdar edilməsinə baxmayaraq, 03 sentyabr 2021-ci il tarixdə saat 10:30-da yaşadığı Gədəbəy şəhəri X6 küçəsi ev 36 A mənzil 3 ünvanından çıxıb Gədəbəy şəhəri Heydər Əliyev prospektində yerləşən “Laçın” kafesinin qarşısına, ictimai yerə getməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimlərini pozaraq “COVİD- 19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Gədəbəy şəhərində yaşayır. Heç bir yerdə işləmir. 2021-ci ilin avqust ayının axırlarında özünü çox pis hiss etmiş, qızdırması olmuşdur. 2021 -ci ilin avqust ayında Gədəbəy rayon Mərkəzi xəstənasında boğazından yaxma üsulu ilə test analizi vermişdir. Analiz verən zaman xəstəxanada qardaşı Şahid1 ***-***-**-** saylı mobil nömrəsini vermişdir ki, analizin cavabını həmin nömrəyə göndərsinlər. Analiz verdikdən 3-4 gün sonra Şəfayət ona zəng edərək analizinin cavabının gəldiyini və yüngül formada “COVİD-19” virusunun aşkar olunduğunu bildirmişdir. 03 sentyabr 2021 -ci il tarixdə darıxdığına görə evdən çıxıb gəzə-gəzə Gədəbəy şəhərinin mərkəzində “dairəvi yolun” yaxınlığında yerləşən “Laçın” kafesinin qarşısına gəlmişdir. Təxminən 10 dəqiqə orada dayanıb bir çox tanışlarını görmüş və onlarla uzaqdan dayanıb söhbət etmişdir. “Laçın” kafesinin qarşısında bir stəkan çay içib evinə getmək istəyən zaman polis əməkdaşları gəlmişlər və “COVİD-19” xəstəsi ola-ola niyə küçəyə çıxdığını ondan soruşmuşlar. O, bildirmişdir ki, darıxdığı üçün küçəyə çıxmışdır və insanlara yaxın getməmişdir. Sonra onu təcili tibbi yardım maşını ilə evlərinə aparmışlar. Əməlindən çox peşmandır. Şahid2 ifadəsində göstərdi ki, 2016-cı ildən Azərbaycan Respublikası DİO-da xidmət edir və 2021-ci ildən Gədəbəy rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində işləyir. Gədəbəy şəhəri, X6 küçəsi ev 36 A, mənzil 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı münasibəti olmamışdır. Gədəbəy şəhəri xidməti ərazisidir. 03 sentyabr 2021-ci il tarixdə təxminən saat 10:20-də Gədəbəy şəhərinin mərkəzində “dairəvi yol” adlanan yerdə olarkən aktiv COVİD-19 virusunun daşıyıcısı Təqsirləndirilən şəxs “Laçın” kafesinin qarşısında ictimai yerdə olduğunu və insanların virusa yoluxması üçün real təhlükə yaratmasını görmüşdür. O, bu barədə Gədəbəy RPŞ-in növbətçi hissəsinə məlumat vermişdir. Ətrafdakı insanları Təqsirləndirilən şəxs aktiv COVİD-19 virusunun daşıyıcısı olması ilə əlaqədar məlumatlandırmış və həmin yerdən uzaqlaşdırmışdır. Bir qədər sonra Gədəbəy RPŞ-in İBin müstəntiqi polis baş leytenantı Ayxan Qarayev, İTB-in sahə rəisi polis mayoru Şahid3, CAB-in əməliyyat müvəkkili Şahid4 həmin yerə gəlmişlər. Karantin qaydalarında uyğun olaraq Təqsirləndirilən şəxs təcridolma müddətinin sonunadək yaşadığı evi tərk etməməli olduğu, etdiyi əməlin cinayət olması izah olunmuşdur. Sonra təcili tibbi yardım avtomobili ilə Təqsirləndirilən şəxs Gədəbəy şəhəri, X6 küçəsində yerləşən evinə aparılmışdır. Şahidlər Şahid3 və Şahid4 Şahid2 ifadələrinə uyğun ifadə verdilər. Şahid5 ifadəsində göstərdi ki, 2012-ci ildən DİO-da xidmət etməklə 2021 -ci ildən Gədəbəy Rayon Polis Şöbəsinin İTB-in sahə polis nəfəri vəzifəsində işləyir. Gədəbəy şəhəri X6 küçəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xidmət etdiyi ərazidə şəhər sakini kimi tanımışdır. Gədəbəy şəhəri onun xidməti ərazisidir. Digər aktiv korona xəstələri ilə olduğu kimi Təqsirləndirilən şəxsla da bir neçə dəfə telefon əlaqəsi saxlamış, təcrid olma müddətinin sonunadək yaşadığı evi tərk etməməli, ətrafdakı insanların virusa yoluxması üçün təhlükə yaratmamalı olduğunu ona bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. Ramin psixi qüsurludur, üçüncü qrup əlil olduğuna görə təqaüd alır. Ailə üzvləri 2021-ci ilin avqust ayında COVİD-19 virusuna yoluxmuşdur. 26 avqust 2021-ci il tarixdə səhər o, Təqsirləndirilən şəxs və digər ailə üzvləri birlikdə özlərini pis hiss etdiklərinə və qızdırmaları olduğuna görə Gədəbəy rayon Mərkəzi xəstəxanasında yaxma üsulu ilə test analizi vermişlər. Test analizinin cavabının göndərilməsi üçün xəstəxanada istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni qeyd etmişlər. Sonra Gədəbəy şəhəri X6 küçəsində yerləşən evlərinə gəlmişlər. Həmin gün axşam ***-***-**-** saylı mobil nömrəyə ayrıayrılıqda ailə üzvlərinin, o cümlədən də Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxması ilə bağlı mesaj gəlmiş, mesajda Raminin verdiyi test analizinin nəticəsinin “pozitiv” olduğu qeyd olunmuşdur. Eyni zamanda həmin mesajda göstərilmişdir ki, digər insanları virusa yoluxdurmamaq üçün yaşadıqları yeri tərk etməməlidirlər. Təqsirləndirilən şəxs izah etmişdir ki, koronavirusa yoluxmuşlar və yaşadıqları yeri tərk etmək qadağandır. 27 avqust 2021-ci il tarixdə təcili tibbi yardım avtomobili ilə müvafiq qaydada Şəmkir rayonunda yerləşən Kür qəsəbə xəstəxanasına yerləşdirilmişlər. Xəstəxanada Raminlə ayrı-ayrı otaqlarda yatmışlar. Raminin psixi vəziyyəti normal olmadığı üçün xəstəxanada olanda da tez-tez ona tapşırırmışdır ki, onda virus aşkarlanıb, ona görə də karatin qaydalarına əməl etməlidir. 31 avqust 2021-ci il tarixdə xəstəxanadan çıxıb ev müşahidəsinə cəlb olunmuşlar. Xəstəxanadan çıxarkən onlara tapşırılmışdır ki, müalicəni evdə davam etdirsinlər və 14 gün ərzində yaşadıqları evi tərk etməsinlər. Bununla bağlı sənədə imza etmişlər. Evlərinə gəldikdən sonra yenə də dəfələrlə Raminə izah etmişdir ki, evi tərk etmək olmaz. 03 sentyabr 2021-ci il tarixdə səhər polis əməkdaşları atası Şahvələd Qasımova zəng edib Raminin Gədəbəy şəhərində “dairəvi yol” adlanan yerdə olduğunu bildirmişlər. Sonra təcili tibbi yardım maşını ilə Ramini yaşadıqları evə gətirmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını və digər sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gədəbəy Rayon Xəstəxanası” X5 Poliklinika Şöbəsinin 18.09.2021 -ci il tarixli 1490 nömrəli məktubundan görünür ki, 26.08.2021-ci il tarixdə Qasımov X2 Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində “COVİD-19” virusuna qarşı test müayinəsindən keçmiş, müayinənin cavabı Pozitiv (+) olmuş, 26 avqust 2021 -ci il tarixdən ev müşahidəsinə cəlb olunmuşdur. 26 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “COVİD-19” virusuna qarşı müalicə olunmaq üçün Şəmkir rayonu Kür qəsəbə xəstəxanasına göndərilmiş, xəstəxanada müalicə aldıqdan sonra 02 sentyabr 2021-ci il tarixdən evə yazılmış və ev müşahidəsinə götürülmüşdür. - Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Komunikasiya İdarəsindən daxil olmuş 10.09.2021-ci il tarixli 020-11869-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (AA*******) “COVİD-19” virusuna yoluxduğu və 31.08.2021-ci il saat 10:43:28-dən 14.09.2021-ci il saat 10:43:28-dək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat X7 Agentliyinin Tibbi Ərazi X1 (TƏBİB) informasiya sistemi tərəfindən 31.08.2021-ci il saat 20:39:53-də Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. - 03 sentyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə saat 10:30-da Gədəbəy şəhəri Heydər Əliyev prospektində “dairəvi yol” adlanan yerin yaxınlığında yerləşən “Laçın” kafesinin qarşısında ictimai yerdə olaraq insanların “COVİD- 19” virusuna yoluxmasına real təhlükə yaranması öz əksini tapmışdır. - məhkəmə-psixatriya ekspertizasının 26 yanvar 2022-ci il tarixli 53 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsası kimi təqdim edilmiş və iş materiallarında olan sübutlar ayrı-ayrılıqda və bir –biri ilə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, həmin ifadəsini tamamlayan və təsdiq edən şahid ifadələri, eləcə də digər yazılı sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası olaraq qəbul edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış sübutlara və onun məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışlar. Odur ki, onun əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edirki, cəza təyin edilərkən CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır. Belə ki, bu prinsiplərə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (CM-in 5.1, 7.1 və 8.1-ci maddələri). Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Hadisələrin təsadüfü axarı zəminində tibbi ehtiyaclarını ödəmək üçün ilk dəfə az ağır cinayət törətməsi, əməlini səmimi etiraf etməklə peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, cəza təyin edərkən onun əməlində cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halın olmaması, eləcə də şəxsiyyətini səciyyələndirən digər hallar nəzərə alınmalı və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməlidir. Bu növ cəzanın təyin edilməsi sosial ədalətin bərpası, eləcə də Təqsirləndirilən şəxs islah olunması və cəzanın tərbiyəedici funksiyasının realizəsi baxımından yetərli olmaqla törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə də uyğundur. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək qeyd edir ki, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğvi üçün əsaslar olmadığından hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək Gədəbəy şəhəri, X6 küçəsi, ev 36 A, mənzil 3 ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hökmün icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(042)-22/2022
Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-22/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver