Məhkəmə qərarları › İş №1(042)-22/2023

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-22/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-22/2023 25.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli Hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2. və 29-cu maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Şəmkir şəhəri,Ə.Cavad küçəsi, ev 1-də yaşayan, barəsində 02 dekabr 2022-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 may 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2.-ci maddəsi ittiham edilmişdir ki, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 18 mart 2022-ci il tarixdən 20 mart 2022-ci il tarixədək olan müddət ərzində Gədəbəy rayonu, Arıxdam kənd sakini Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Qida X1 rayonunda açılacaq şöbəsinə sürücü kimi işə düzəltmək adı ilə yalan vədlər verib, Zərərçəkmiş şəxs1 inandıraraq sonuncudan hissəhissə yəni, 18 mart 2022-ci il tarixdə Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən “Tac” marketdə yerləşən “E-manat” ödəmə terminalı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum omayan şəxsə məxsus olan “Kapital Bank” plastik kartına 800 manat və 20 mart 2022-ci il il tarixdə Gədəbəy Rayon Mərkəzi Bazarında yerləşən “Ucuz” marketdə yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə X8 istifadəsində olan “X14 Bankı” ASC-ə məxsus plastik kartına 100 manat pul göndərtdirməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə, 900 (doqquz yüz ) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin mart ayının əvvəllərindən 03 aprel 2022-ci il tarixədək olan müddət ərzində Gədəbəy rayonu, Çaldaş kənd sakini Zərərçəkmiş şəxs2 oğlunu Azərbaycan Respublikası Qida X1 rayonunda açılacaq şöbəsinə sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib, Zərərçəkmiş şəxs2 inandıraraq sonuncudan hissəhissə yəni, 2022-ci ilin mart ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə X9 vasitəsilə ünvan 1 ünvanının qarşısında 700 manat pulunu, 17 mart 2022-ci il tarixdə ünvan 2ində yerləşən ərzaq mağazasındakı “E Manat” ödəmə terminalı vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə məxsus olan “Kapital Bank” plastik kartına 200 manat və 03 aprel 2022-ci il tarixdə ünvan 2ində yerləşən “E Manat” ödəmə terminalı vasitəsi ilə X8 istifadəsində olan “X14 Bankı” ASC-ə məxsus məxsus plastik kartına kartına 300 (üç yüz) manat pul göndərtdirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə, 1200 (bir min iki yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir və fərdi əməklə məşğul olur. Evlidir, himayəsində bir uşaq var. Gədəbəy rayonu, Arıxdam kənd sakini Zərərçəkmiş şəxs1 Gədəbəy rayon sakini X9 və Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Onun Azərbaycan Respublikası X3 ilə heç bir əlaqəsi yoxdur. 4-5 il əvvəl Azərbaycan Respublikası X6 işə düzəltmək üçün müraciət etmişdir. Lakin, o, həqiqi hərbi xidmətə olmadığı üçün onu işə götürməkdən imtina etmişlər. Həmin vaxt agentliyə işə götürülmə qaydalarını öyrənmişdir. Onun maddi imkanı zəif olmuş və Gədəbəy rayon sakini olan tanışı X11 ilə söhbət edərkən X6 işə düzəldə bildiyini demiş və sonuncu bir nəfər tanışını düzəltməsini xahiş etmişdir. O, Vüqardan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 nömrəsini alıb, özünün edə bilməyəcəyini dərk etdiyini bildiyi halda, Bayramı aldadaraq, onu Azərbaycan Respublikası X6 sürücü kimi işə düzəldəcəyini vəd edərək, bunun üçün 800 manat pul tələb etmişdir. Bayram onunla razılaşmış və sonuncudan hərbi biletinin, şəxsiyyət vəsiqəsinin, digər sənədlərinin surətini ***-***-**-** saylı Vhatsapp nömrəsinə göndərməsini istəmişdir. Bayram həmin sənədlərin surətini göndərdikdən sonra razılaşdıqları pulu xx.xx.2022-ci il tarixdə tanışı Kənan Zamanova məxsus plastik karta yükləməsini bildirdiyi üçün Bayram 800 manat pulu həmin karta göndərmişdir. xx.xx.2022ci il tarixdə Zərərçəkmiş şəxs1 onun istəyi ilə 100 (yüz) manat pulu Kənan Zamanova məxsus karta yükləmiş və o, Kənan Zamanovdan həmin 100 manat pulun bir qismini futbol oyun hesabına yazmasını istəmişdir. Digər qismini isə kartdan götürüb şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 bir müddət gözləməsi xahiş etmişdir. Bundan başqa, Gədəbəy rayonu, Çaldaş kənd sakini Zərərçəkmiş şəxs2 ilə də şəxsi tanışlığı olmamaqla sonuncunu Gədəbəy rayon sakini X9 vasitəsilə tanımışdır. Vüqar Quliyev ilə söhbət zamanı sonuncu bir tanışını agentliyə düzəltməsini istəmişdir. O, Vüqardan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 nömrəsini alaraq, zəng edib, X4 Gədəbəy rayon şöbəsinin açılacağını, həmin şöbədə sürücü ştatının olduğunu, sürücü kimi ayda 550 (beş yüz əlli) manat maaş verildiyini və həftədə 3 gün işdə olacağını bildirmişdir. Məhəmməd isə razı olduğunu dedikdə o, əvvəlcə 700 (yeddi yüz) manat pul lazım olduğunu demiş və onun xx.xx.2022-ci il tarixə kimi işə çıxacağına söz vermişdir. 2022-ci ilin mart ayının əvvəllərində Məhəmməd 700 manat pulu Vüqar ilə Şəmkir şəhərinə ona göndərmişdir. O, pulu qəbul etdikdən sonra Məhəmmədə zəng edərək Bakı şəhərinə təlimə getməli olduğunu bildirmişdir. Lakin, sonuncu Bakı şəhərində qalmağa yeri olmadığını dedikdə, təlimə getməmək üçün 200 manat göndərməsini istəmişdir. Məhəmməd razılaşmış və Şəmkir şəhərində Kapital Bankın qarşısında olan zaman tanımadığı şəxsin kart nömrəsini alıb, Məhəmmədə həmin kartın nömrəsini verərək, 200 manatı həmin nömrəyə göndərməsini bildirmişdir. xx.xx.2022-i il tarixdə Zərərçəkmiş şəxs2 200 manat pulu “E manat” ödəmə terminalı vasitəsilə göndərmişdir. Həmin pulu kartdan çəkib, Şəmkir şəhərində şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra müxtəlif bəhanələrlə Məhəmməd Qurbanoun,ümumilikdə, 1200 manat pulu ələ keçirərək, dələduzluq etmişdir. Onun həmin pulları dələduzluq yolu ilə ələ keçirməsi barədə Kənan Zamanovun heç bir xəbəri olmamışdır. O, zərərçəkmişlərdən aldığı pulları qaytarmışdır və onlarla barışıq əldə etmişdir. Zərəçəkmişlərin ondan şikayətləri yoxdur. Ona görə də qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmənin 20 aprel 2023-cü il tarixdə keçirilmiş iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək, bildirmişdir ki, Şəmkir rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında ədavət, narazılıq olmamışdır. 2022ci ilin mart ayının əvvəllərində bacanağı Zərərçəkmiş şəxs2 bir nəfər tanışının olduğunu və həmin şəxsin onu Azərbaycan Respublikası X6 sürücü kimi işə düzəldəcəyini demişdir. O, Məhəmmədə işsiz olduğunu və həmin agentliyə özü də işə düzəlmək istədiyini bildirmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək Azərbaycan Respublikası Qida X1 rayonunda filalı açılacağını, onu həmin agentliyə sürücü kimi işə düzəldə biləcəyini və rüsum üçün 900 (doqquz yüz) manat pul lazım olduğunu, həmin pulu Novruz Bayramına kimi verməsini, bayramdan sonra işlərin tətilə görə gecikəcəyini bildirmişdir. Həmçinin Elnur işə düzəldikdən sonra avtomobillərin Gəncə şəhərinə gedəcəyini oradan götürləcəyini, hər ay 450 (dörd yüz əlli) manat maaş alacağını, həftədə 3-4 gün işdə olacağını bildirmişdir. Elnur əvvəlcə 800 manat göndərməsini istədiyi üçün xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Gədəbəy şəhərinin mərkəzində yerləşən TAC marketdə “Milli Ön” vasitəsilə Elnurun göndərdiyi kart nömrəsinə 800 manat pulu göndərmiş və çekin şəklini Elnurun vatsap nömrəsinə atmışdır. xx.xx.2022-ci il tarixdə Elnur ona zəng edərək daha 100 manat pul göndərməsini istədiyi üçün o, həmin tarixdə saat 13 radələrində Gədəbəy rayon Mərkəzi Bazarında yerləşən “Ucuz Market”-də olan “E Manat” ödəmə sistemi vasitəsilə Elnurun dediyi kimi X10 məxsus “Uni Bankın” plastik kartına 100 manat pul göndərib, çekin şəklini Elnura atmışdır. Bundan sonra Elnur ona xx.xx.2022-ci il tarixə kimi işə düzələcəyinə vəd etmişdir. Lakin, həmin müddətdən xeyli keməsinə baxmayaraq Elnur onu işə düzəltməmiş, hər dəfə işə düzəlmək barədə soruşduqda, müxtəlif bəhanələr gətirərək onu aldadıb, 900 manat pulunu ələ keçirmişdir. Hazırda təqsirləndirlən şəxs ona vurduğu ziyanı aradan qaldırmışdır. Ondan heç bir şikayəti yoxdur. Ona görə də ona cəza verilməsini istəmir. Qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmənin 20 aprel 2023-cü il tarixdə keçirilmiş iclasında iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək, bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır və fərdi əməklə məşğul olur. Şəmkir rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında ədavət, narazılıq olmamışdır. 2022-ci ilin mart ayının əvvəllərində həmkəndlisi Vüqar Quliyev ona bir nəfər tanışının onu Azərbaycan Respublikası X3nə anbardar olaraq düzəldəcəyini bildirmişdir. O, Vüqara işsiz olduğunu, onu da həmin agentliyə işə düzəltməsi üçün tanışından xahiş etməsini demişdir. Bundan bir müddət sonra əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona zəng edərək agentliyin Gədəbəy rayon şöbəsində açılacağını, orada sürücü ştatının olduğunu, hər ay 550 (beş yüz əlli) manat pul alacağını, həftədə 2-3 gün işdə olacağını demişdir. O, razılşamış, Elnur işə düzəlmək üçün ondan 700 manat pul lazım olduğunu demiş və əlavə olaraq iş haqqında məlumat verərək sürücü kimi Gədəbəy rayonunda yerləşən şöbəyə gələcək malları Şəmkir rayonu ərazisində yerləşən Üç Yol adlanan yerdən götürüb, Gədəbəy rayonuna gətirməli olduğunu, Novruz Bayramı bitdikdən sonra xx.xx.2022-ci il tarixə qədər işə çıxacağını demişdir. O, Elnur ilə razılşadıqdan sonra 700 manat pulu Vüqar Quliyevə vermiş ki, Elnura çatdırsın. Sonuncu pulu Vüqarın çatdırdığını dedikdən bir neçə gün sonra ona zəng edərək, həmin iş üçün Bakı şəhərinə təlimə getməli olduğunu, getməməyinin qarşılığında 200 manat pul verməli olduğunu bildirmişdir. O, Bakı şəhərini tanımadığı üçün getmək istəmədiyini bildirmiş və Elnur ona hazırda yadında qalmayan kart nömrəsi atıb, pulu göndərməsini istəmişdir. xx.xx.2022-ci il tarixdə “E Manat” ödəmə terminalı vasitəsilə 200 manat pulu Elnurun dediyi kart nömrəsinə göndərib, çekin şəklini atmışdır. Bundan bir müddət sonra Elnur ona zəng edərək maaşının daha da yüksək olması üçün 300 manat lazım olduğunu dedikdə o, razılaşmış və Elnur ona X10 məxsus kartın şəklini göndərib, pulu həmin karta atmasını istəmişdir. xx.xx.2022-ci il tarixdə o, şəxsi ehtiyacları üçün yığdığı puldan 300 manatını Kənan Zamanova məxsus karta göndərib, çekin şəklini Elnura atmışdır. Bundan bir müddət keçdikdən sonra o, Elnur ilə mütəmadi əlaqə saxlayıb, işi ilə maraqlanmaq istəsə də, Təqsirləndirilən şəxs zəng çatmamışdır. O, aldadıldığını başa düşüb, bu barədə polisə müraciət etmişdir. Həmçinin Təqsirləndirilən şəxs işə düzəltmək üçün ondan 2 ədəd 3*4 ölçüdə fotoşəkil, hərbi biletin surəti, sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin ksero surətlərini istədiyi üçün o, həmin sənədləri Elnurun vatsap nömrəsinə öz nömrəsindən atmışdır. Hazırda təqsirləndirilən şəxs onun pulunu qaytarmış, ona vurduğu ziyanı aradan qaldırmışdır. Ona görə də onu bağışlamışdır və ona cəza verilməsini istəmir. Qərar çıxarılarkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, ailə üzvləri iə birlikdə Gədəbəy rayonu, Arıxdam kəndində yaşayır və fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs Şəmkir şəhər sakini kimi tanıyır, Elnurun mərhum atası Qalib ilə dostluq münasibəti olduğu üçün Elnurla tanışlığı yaranmış və əvvəllər aralarında heç bir ədavət, narazılıq olmamışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanıyır, həmkəndliləri olmaqla sonuncularla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Elnurla söhbət edərkən sonuncu ona Azərbaycan Respublikası X3nə işə düzəldə biləcəyini demişdir. O, bu barədə tanışı Zərərçəkmiş şəxs2 bildirdikdə, sonuncu işsiz olmasını Elnurun onu işə düzəltməsini istədiyini demişdir. Buna görə o, Zərərçəkmiş şəxs2 mobil telefon nömrəsini Elnura əlaqə saxlamaqları üçün vermişdir. Bundan xeyli sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Qida X1 rayonunda açılacaq filalına Məhəmmədi sürücü kimi işə düzəldəcəyi vədi ilə aldadaraq, 1200 manat pulunu, Zərərçəkmiş şəxs1 agentliyə sürücü kimi işə düzəldəcəyi vədi ilə aldadaraq, 900 manat pulunu ələ keçirməsi barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ələ keçirdiyi pullardan ona heç bir məbləğdə pul verməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli Hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 29-cu maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz ) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 18 yanvar 2023-cü il tarixli 136/23-7 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 1(076)-18/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 29-cu maddəsi ilə təqsirli bilinərək 3500 ( üç min beş yüz ) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, ona təyin olunmuş cərimə cəzasından 950 manat məbləğində ödəniş etmişdir və hazırda cəzasının ödənilməmiş qalan hissəsi 2550 manat təşkil edir. İşdə olan X5 surətindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladı X7 12 mart 2008-ci il tarixdə doğulmuşdur. İşdə olan Ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqsirləndirlən şəxs tərəfindən onlara vurulmuş ziyanın aradan qaldırıldığını, onunla barışdıqlarını, ondan heç bir tələb, şikayətilərinin olmadığını bildirmişlər. İşdə olan Şəmkir RİHB-nın Şəmkir Şəhər İƏD üzrə Nümayəndəsi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteizə edilir. İşdə olan Vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlillik var. Azərbaycan Respublikası CM-nin 178.1; 178.2.2.-ci maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrar olaraq, ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxsin, zərərçəkmişlərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 18 mart 2022-ci il tarixdən 20 mart 2022-ci il tarixədək olan müddət ərzində Gədəbəy rayonu, Arıxdam kənd sakini Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Qida X1 rayonunda açılacaq şöbəsinə sürücü kimi işə düzəltmək adı ilə yalan vədlər verib, Zərərçəkmiş şəxs1 inandıraraq sonuncudan hissə-hissə yəni, 18 mart 2022-ci il tarixdə Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən “Tac” marketdə yerləşən “E-manat” ödəmə terminalı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum omayan şəxsə məxsus olan “Kapital Bank” plastik kartına 800 manat və 20 mart 2022-ci il il tarixdə Gədəbəy Rayon Mərkəzi Bazarında yerləşən “Ucuz” marketdə yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə X8 istifadəsində olan “X14 Bankı” ASC-ə məxsus plastik kartına 100 manat pul göndərtdirməklə, Zərərçəkmiş şəxs1 ümumilikdə, 900 (doqquz yüz ) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin mart ayının əvvəllərindən 03 aprel 2022-ci il tarixədək olan müddət ərzində Gədəbəy rayonu, Çaldaş kənd sakini Zərərçəkmiş şəxs2 oğlunu Azərbaycan Respublikası Qida X1 rayonunda açılacaq şöbəsinə sürücü kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib, Zərərçəkmiş şəxs2 inandıraraq sonuncudan hissəhissə yəni, 2022-ci ilin mart ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə X9 vasitəsilə ünvan 1 ünvanının qarşısında 700 manat pulunu, 17 mart 2022-ci il tarixdə ünvan 2ində yerləşən ərzaq mağazasındakı “E Manat” ödəmə terminalı vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə məxsus olan “Kapital Bank” plastik kartına 200 manat və 03 aprel 2022-ci il tarixdə ünvan 2ində yerləşən “E Manat” ödəmə terminalı vasitəsi ilə X8 istifadəsində olan “X14 Bankı” ASC-ə məxsus məxsus plastik kartına kartına 300 (üç yüz) manat pul göndərtdirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə, 1200 (bir min iki yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir.etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ələ keçirməklə dələduzluq etmiş və bununla Azərbaycan Respublikası CM-nin 178.2.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4; 59.1.12 və 59.1.13. və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmişlərlə barışıq əldə etməsini və cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq, tamamilə ödəməsini, İİ qrup əlil olmasını, təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə işin faktiki hallarına və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusuna qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Yəni, təqsirləndirlən şəxsə Şəmkir Rayon Məhkəməsinin 1(076)-18/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 29-cu maddəsi ilə təyin edilmiş cərimə cəzası yeni hökm üzrə təyin edilmiş cəza ilə toplanılmalı və müstəqil icra olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri höknm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2.-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Şəmkir rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 1(076)- 18/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 29-cu maddəsi ilə təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar