Məhkəmə qərarları › İş №1(042)-22/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-22/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-22/2025 08.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamın müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayında, istintaqa məlum omlayan tarixdə və vaxtda Gədəbəy rayonu, Böyük Qaramurad kəndi ərazisində meşə fonduna aid olmayan Gədəbəy rayonu, Qaraməmmədli Bələdiyyəsinin balansında olan 01 ədəd diamteri 52 sm ölçüdə söyüd cinsli olmaqla, köküstə yaş halda söyüd ağacını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydaları”nın tələbinə uyğun olaraq yaşıllıqlarının götürülməsinə dair ərizə ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmədən və yaşıllığın götürülməsi vərəqəsini almadan Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın tələblərinə uyğun olaraq dəyəri 1600 manat qiymətləndirilən, meşə fonduna daxil olmayan cəmi 01 ədəd bioloji inkişafda olan söyüd ağacını qəsdən kəsməklə ümumilikdə Qaraməmmədli bələdiyyəsinə 1600 manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində yaşayır, rəsmi iş yeri yoxdur, fərdi əməklə məşğul olub ailəsini saxlayır. 2024-cü ilin may ayında, dəqiq xatırlamadığı tarixdə və vaxtda Gədəbəy rayonu, Böyük Qaramurad kəndi ərazisində olan 01 ədəd söyüd ağacını kəsmişdir. Belə ki, həmin vaxt o, “Aztelekom” şirkətində gündəlik 20 manata işləmiş, kabel çəkilişi ilə bağlı ağacları budadığı vaxt 01 ədəd söyüd ağacını da kəsmişdir. Sonradan maaşı verilməsi ilə bağlı yaranmış problemlə əlaqdəar işdən çıxmışdır. Kəsilən ağacın pulu ödənilmişdir. Ağac kəsdiyi üçün əməlindən peşmandır. Barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs- Gədəbəy rayonu, Qaraməmmədli bələdiyyəsinin nümayəndəsi olan Nümayəndə Abbas oğlu ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu Qaraməmmədli bələdiyyəsinin sədri vəzifəsində işləyir. Gədəbəy rayonu, Böyük Qaramurad kənd sakini Şahid3 Ekologiya Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə ona məxsus ağacın kəsilməsi barədə müraciət etmiş, bu barədə onun sədri olduğu bələdiyyəyə bildiriş gəlmiş və onlar tərəfindən həmin əraziyə baxış keçirilən zaman 01 ədəd söyüd ağacının kəsilməsi məlum olmuşdur. Sonradan bilinmişdir ki, həmin ağac Təqsirləndirilən şəxs tərəfindən sonuncu “Aztelekom” şirkətində işlədiyi vaxt kəsilmişdir. Kəsilmiş ağacla bağlı dəymiş 1600 manat ziyan bələdiyyənin hesabına ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 02 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Gədəbəy rayonu, Böyük Qaramurad kənd sakini Şahid3 adlı şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət edərək ona məxsus ağacların kəsilməsini bildirmişdir. Onlar araşdırma ilə bağlı Böyük Qaramurad kəndinə gətmişlər və baxış keçirən zaman 01 ədəd ağacın çayın kənarında kəsilmiş olmasını müəyyən etmişlər. Şikayət edən şəxs onlara ağacı Təqsirləndirilən şəxs kəsdiyini bildirmişdir. Daha sonra onlar nə qədər ziyan dəyməsini hesablamış, sənədləşdirmiş, aktlaşdırmış və aidiyyatı üzrə baş idarəyə göndərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 eyni məzmunlu ifadə verib onun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yaşayır. Təqsirləndirilən şəxs Niami İbrahimovla əvvəllər aralarında narazılıq,ədavət olmamışdır. Qeyd olunan söyüd ağacını Nizami kəsdiyi vaxt görməmiş, lakin ağacın Nizami tərəfindən kəsilməsini bilmiş, sonra isə bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Baxış keçirilməsi haqqında 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış aparılan yer Gədəbəy rayonu Böyük Qaramurad ərazisində olan Qaraməmmədli bələdiyyəsinə məxsus torpaq sahəsidir. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, 13 iyun 2024-cü il tarixdə həmin əraziyə tərəflərindən baxış keçirilmiş, diametri 30 sm olan 01 ədəd göyrüş ağacı və diametri 52 sm olan 01 ədəd söyüd ağacı olmaqla, cəmi 02 ədəd ağacın kəsilməsi faktı aşkar edilmiş və 13 iyun 2024-cü il tarixli akt rətib edilmişdir. Ağacların kəsildiyi yerə Gədəbəy rayonu Böyük Qaramurad kəndində şikayətçi Şahid3 fərdi yaşayış evinin yanında yolun qırağında və həyətyanı sahənin aşağısında Arıçayın mühafizə sahəsində kəsilmiş ağaclara baxış keçirilmiş və müəyyən edilmişdir ki, kənd arası yolun qırağında diametri 30 santimetr olan 01 ədəd göyrüş cinsli və Arıçayın mühafizə sahəsində diametri 52 santimetr olan 01 ədəd söyüd cinsli köküstə inkişafda olan ağaclar 1,0-1,2 metr hündürlükdən kəsilərək məhv edilmişdir. Baxış zamanı Gədəbəy rayonu Qaraməmmədli bələdiyyəsi xx.xx.2024-cü il tarixli 34 №-li arayış verərək göstərilmişdir ki, Böyük Qaramurad kəndi ərazisində kəsilmiş ağacların kəsildiyi yer bələdiyyə mülkiyətinə aid sahədir. - Gədəbəy rayonu Qaraməmmədli Bələdiyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gədəbəy rayonu, Böyük Qaramurad kənd ərazisində Qaraməmmədli Bələdiyyəsi ərazisində olan 01 ədəd göyrüş cinsli və 52 santimetr 01 ədəd söyüd cinsli kəsilmiş ağaclar Bələdiyyə mülküyyətinə aiddir. Ağacların kəsilməsinə dair Qaraməmmədli Bələdiyyəsinə heç bir müraciət daxil olmamış, optik internet xəttinin çəkilməsi barədə Qaraməmmədli Bələdiyyəsi ilə hər hansı layihə razılaşdırılmamışdır. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 oktyabr 2024-cü il tarixli, 9/7906 rəyində tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş hesablama cədvəlinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən Gədəbəy rayonu Böyük Qaramurad kənd ərazisində meşə fonduna daxil olmayan, Qaraməmmədli kənd bələdiyyəsinə aid torpaq sahəsindən 01 ədəd diamteri 30 sm olan 600 manat dəyərində göyrüş cinsli, 01 ədəd diamteri 52 sm olan 1600 manat dəyərində söyüd cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 2200,00 manat müəyyən edilir. - Məhkəmə psixiatrik və psixoloji ekspertizasının 07 noyabr 2024-cü il tarixli 843 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda X4 Pozuntusu XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs X4 Pozuntusu XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. - Gədəbəy rayon İcra və Probasiya şöbəsinin 27 sentyabr 2024-cü il tarixli, 5\2019- PŞ nömrəli məktubundan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuş, məhkum barəsində olan hökm “8 noyabr- Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli qərarının təsiri altına düşdüyü üçün xx.xx.2021-ci il tarixdə cəza çəkməkdən azad edilmişdir. - İbtidai istintaq zamanı verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Gədəbəy rayonu, Böyük Qaramurad kəndi ərazisində meşə fonduna daxil olmayan, Qaraməmmədli kənd bələdiyəsinə aid torpaq sahəsində köküstə yaş bioloji inkişafda olan 01 ədəd 52 diametrli söyüd cinsinə aid ağacı 2024-cü ilin may ayında Gədəbəy rayon Kiçik Qaramurad kənd sakini Təqsirləndirilən şəxs kəsmişdir. Lakin bir sıra tədbirləri həyata keçirilməsinə baxmayaraq, Gədəbəy rayonu, Böyük Qaramurad kəndi ərazisində meşə fonduna daxil olmayan, Qaraməmmədli kənd bələdiyəsinə aid torpaq sahəsində köküstə yaş bioloji inkişafda olan 01 ədəd 30 sm diametrli göyrüş cinsinə aid olan ağacın kim tərəfindən kəsildiyini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Gədəbəy rayonu, Böyük Qaramurad kəndi ərazisində meşə fonduna daxil olmayan, Qaraməmmədli kənd bələdiyəsinə aid torpaq sahəsində köküstə yaş bioloji inkişafda olan 01 ədəd 30 sm diametrli göyrüş cinsinə aid olan ağacın kim tərəfindən kəsildiyini müəyyən etmək və məsuliyyətə cəlb etmək məqsədilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. - Gədəbəy rayonu Qaraməmmədli Bələdiyəsi xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 2024-cü ilin may ayında Gədəbəy rayonu Böyük Qaramurad kənd ərazisində Gədəbəy rayonu Qaraməmmədli Bələdiyyəsinin mülkiyyətində olan 01 ədəd 52 santimetr diametrli söyüd cinsindən ağacın Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi nəticəsində Qaraməmmədli Bələdiyyəsinə vurulmuş 1600 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən Bələdiyyənin hesabına tam şəkildə ödənildiyini, odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbin olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs da cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.1 və 43.1.2-ci maddələrinin tələbinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulan hal olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin, 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40.2, 43.3, 299 və 305.1-ci maddələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin “cinayət qanunu müddəalarının qüvvəsinə görə” müddəası cinayət qanununun zamana və məkana görə qüvvəsinə əsasən cinayət məsuliyyətindən azad etməni nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixl Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin qeyd hissəsində dəyişiklik edilmiş və qeydin ikinci hissəsinə görə Bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Belə olan halda məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 29 noyabr 2024-cü il tarixl Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin qeyd hissəsində dəyişiklik nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, onun inzibati məsuliyyəti ilə bağlı məsələ araşdırılmaqdan ötrü materiallar Gədəbəy rayon prokurorluğuna göndərilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilsin, o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyəti ilə bağlı məsələ araşdırılmaqdan ötrü materiallar Gədəbəy rayon prokurorluğuna göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar