Məhkəmə qərarları › İş №1(042)-23/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №1(042)-23/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 1(042)-23/2020 17.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X3 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Verdiyev Mövlanverdi Allahverdi oğlu, zərərçəkmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Gədəbəy rayonunun Çiçəkli kəndində doğulmuş, subay, orta-ixtisas təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, 1N1 saylı Hərbi Hissədə qunbaraatan vəzifəsində xidmət edən, əvvəllər məhkum olunmamış, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, Gədəbəy rayonunun Çiçəkli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 12N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12N.1-ci maddəsi ilə ittiham edilir ona görə ki, xx xxxxxxx 2018-ci il tarixdə yaşadığı Gədəbəy rayonu, Çiçəkli kəndində yerləşən evlərinin həyətində olan zaman bacısı Fərqanə Nəbiyevanın keçmiş əri Zərərçəkmiş şəxs idarə etdiyi “UAZ 31519” markalı avtomobillə evlərinin yanından keçdiyini görüb, avtomobil yoluna çıxaraq sonuncunun avtomobilini saxlatdırıb, onların yaşadığı evin qarşısı ilə hansı səbəbə görə keçdiyini soruşan zaman aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə zərbə vuraraq, ona sol təpə sümüyünün basılmış sınığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 12N.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadə verərək, göstərmişdir ki, o, 2018-ci ilin mart ayında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmaq istədiyindən Gədəbəy rayonunda yerləşən N nömrəli hərbi hissəyə müraciət etmişdir. Oradan ona müvafiq sənədləri toplamaqla Şəmkir rayonunda yerləşəni N nömrəli hərbi hissəyə müraciət etməsini bildirmişlər. O, qısa müddət ərzində sənədlərini toplayaraq 1N nömrəli hərbi hissəyə təqdim etmişdir. Bundan əlavə 1N nömrəli hərbi hissənin təqdim etdiyi forma N əsasında 2018-ci ilin aprel ayının əvvəllərində 230 nömrəli hərbi hospitaldan müayinələrdən keçdikdən sonra həmin sənədlərini 1N nömrəli hərbi hissəyə təqdim etmişdir. 2018-ci ilin iyun ayının sonlarında 1N nömrəli hərbi hissənin nümayəndəsi tərəfindən ona məlumat verilərək, XN gəlməsini bildirmişlər. O, Müdafiə Nazirliyindən gəlmiş zabit heyətindən ibarət komissiya qarşısında imtahan vermişdir. xx.xx.2018-ci il tarixdə ona 1N nömrəli hərbi hissə komandanlığının nümayəndəsi tərəfindən mobil telefon vasitəsi ilə məlumat verilərək xx.xx.2018-ci il tarixdə XN müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlıq kursunun başlanmasını bildirmişlər. O, da xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həmin kursda təhsil almışdır. Kursu bitirdikdən sonar, elə həmin gün yəni xx.xx.2018-ci il tarixdə komissiyanın qarşısında imtahan vermişdir. Bundan sonra evə gəlmişdir. Daha sonra xx.xx.2018-ci SHXÇDX-nin Gədəbəy rayon şöbəsindən çağırılaraq müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunduğunu, bu barədə 3-cü Ordu Korpusu komandirinin əmrinin gəldiyini, təyinatının N nömrəli hərbi hissəyə verildiyini bildirmişlər. xx.xx.2018-ci il tarixdə 1N1 N°-li hərbi hissənin 2-ci tabor, 6-cı bölük, 2-ci tağım, 1-ci manqasına təyin edilmişdir. Hazırda da N nömrəli hərbi hissədə xidmət edir. Zərərçəkmiş şəxs bacısı Şahid2 keçmiş həyat yoldaşı olmuşdur. 2018-cı ilin təxminən aprel ayında bacısı Şahid2 həyat yoldaşı Zərərçəkmiş şəxs ayrılmışdır. Onların birgə nikahından doğulmuş iki azyaşlı övladları ilə birlikdə bacısı Fərqanə onların Gədəbəy rayonu, Arabaçı kəndində yerləşən evində yaşayır. Bacısı Fərqanə həyat yoldaşı Zərərçəkmiş şəxs ayrılandan sonar, Zərərçəkmiş şəxslə ailəsi arasında mütəmadi münaqişələr olmuşdur. O, həmin münaqişələrin bəzilərinin şahidi olmuşdur. Lakin xx.xx.2018-ci il tarixdə ailəsiylə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zamanı o, Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmiş, ümumiyyətlə o, həmin hadisə zamanı atası Şahid4 əvəzinə meşədə gözətçi olmuş və hadisədən bir neçə saat sonra evə gəldikdə əmisi Şahid6 ona məlumat vermişdir. Əmisinin deməsinə görə bacısı Fərqanənin keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs atasına məxsus UAZ markalı ** BB *** qeydiyyat nişanlı avtomobili idarə edərək evinin qarşısında qardaşı Şahid3 üzərinə sürərək, onu divara sıxmış və bu zaman səs-küyə əmisi Şahid6 və ailəsinin digər üzvləri həyətə çıxmış və onlar arasında münaqişə baş vermişdir. Münaqişə zamanı nə atası, nə əmisi Şahid6, nə də digər ailə üzvləri Zərərçəkmiş şəxs qarşı hər hansı zorakılıq hərəkətləri etməmişdir. Həmçinin atası Şahid4 ona hadisə zamanı Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə Elvin adlı şəxsin də olduğunu demişdir. Əvvəllər də atası ilə Zərərçəkmiş şəxs arasında münaqişələr olmasını nəzərdə tutaraq, əvvəlki ifadələrində Şəmkir rayonunda hərbi təlimlər üzrə kursda olduğunu bildirmişdir. Sadəcə olaraq anlaşılmazlıq olmuşdur. O, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şəmkir rayonu ərazisində yerləşən XN müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunda olmuşdur. Hadisə zamanı isə kursda olmamışdır. Lakin həmin zaman hadisə yerində olamamış, atasının əvəzinə gözətçi kimi meşədə olmuşdur. Həmçinin atası və əmisi Şahid6 deməsinə görə bilmişdir ki, hadisə zamanı nə əmisi, nə atası, nə də digər ailə üzvləri Zərərçəkmiş şəxs idarə etdiyi “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsməmişlər. Həmin avtomobil evin qarşısına gələn zaman həmin vəziyyətdə olmuş, onlar tərəfindən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə heç bir zədə yetirilməmişdir. X11 hadisə zamanı hər hansı xəsarət almamışdır. Zərərçəkmiş şəxs hadisədən sonra ona xəsarət yetirilməsi barədə ona heç nə deməmişdir. Əmisi və atasının deməsinə görə Elvin adlı şəxs hadisə zamanı, yəni, 2018-ci il tarixdə ailə üzvlərinə qarşı hər hansı zorakılıq hərəkətləri etməmişdir. Atası və əmisi Şahid6 deməsinə görə hadisə zamanı ailə üzvləri də Elvin adlı şəxsə qarşı hər hansı zorakılıq hərəkətləri etməmişlər. O, Şahid8 Məmmədova adlı şəxsi tanımır. Onunla arasında heş bir söhbəti olmamışdır. O, kursu bitirdikdən sonra Bakı şəhərində mebel sexlərinin birində fəhlə kimi, 2018-ci ilin sentyabr ayının sonlarınadək işləmişdir. 2018-ci ilin sentyabr ayının sonlarında yaşadığı Gədəbəy rayonu Arabaçı kəndinə gələrək atası Şahid4 işlərində kömək etmişdir. O, zərərçəkmişə hər hansı bir xəsarət yetirməmişdir. Bununla belə hazırda zərərçəkmişlə razılığa gələrək, onunla barışmışdır. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəхs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək, bildirmişdir ki, o, anası və atası ilə birgə Gədəbəy rayonu, Çobankənd kəndində yaşayır. Şahid2 ilə 2010-cu ildə ailə qurmuşdur. Həmin nikahdan iki övladı var. Təxminən 2018-ci ilin aprel ayında həyat yoldaşı Şahid2 ilə ailə daxili mübahisələri yaranmış və bu səbəbdən hal-hazıradək həyat yoldaşı Şahid2 qayınatası Ülfət Nəbiyavanın evində yaşayır. Təqsirləndirilən şəxs ilə arasında düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2018-ci il tarixdə həmkəndlisi Şahid1la birlikdə həyətində saat 15 radələrində kartof çıxartmışlar və daha sonra evdə yemək yemişlər. Daha sonra Elvinə meşədən çürük odun qırığı yığmağa getməyi xahiş etmiş və onlar həmin gün saat 16 radələrində atasına məxsus “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə meşəyə getmişlər. Meşəyə gedən yol Gədəbəy rayonunun Çiçəkli kəndindən keçmişdir. Təxminən saat yarıma meşəyə çatmışlar. Meşədə təxminən bir saat odun qırığı axtarsalar da, tapa bilmədikləri üçün geri qayıtmağa məcbur olmuşlar. Onlar meşədən qayıdan zaman qayınatası Şahid4gilin evinin yanından keçəndə qayınatası Şahid4, qayınanası Fəridə Nəbiyeva və qayınları Məqsət və Təqsirləndirilən şəxs yola çıxaraq, idarə etdiyi avtomobilin qarşısına çıxmışlar. Həmin vaxt yol daşlı olduğu üçün avtomobili asta sürətlə idarə etmiş, Şahid4 yola çıxan zaman onu vurmamaq üçün avtomobili yolun sağ kənarına çəkib saxlamışdır. Avtomobili saxlayan zaman qayınatası Ülfət, onun həyat yoldaşı Fəridə, Məqsət və Mətləb əilərində olan daş və ağac parçalan ilə avtomobilin şüşə və digər hissələrini sındırmağa başlamışlar. O, özünü qorumaq üçün başını aşağı əymişdir. Həmin vaxt Elvin də qolları ilə başını tutub aşağı əyilmişdir. Şahid4 avtomobilin onun tərəfdən qapısını açmaq istəmiş, o isə içəridən qapını özünə tərəf çəkərək Ülfətin qapını açmasına mane olmuşdur. Ülfət bir iki dəfə avtomobilin qapısını özünə tərəf çəkdikdə o, avtomobilin qapısını onunla birlikdə geri itələmiş və avtomobildən düşərək, avtomobilin arxasına tərəf meyilli sola qaçmaq istəmişdir. Geri çevrilən vaxt Mətləbin avtomobilin arxa tərəfindən çıxdığını görmüş və sağa tərəf qaçmaq istəmişdir. O, yerindən təzəcə tərpənən zaman başının təpə nahiyəsindən güclü zərbə dəymişdir. O, zərbənin təsiri güclü olsada özünü itirməmiş və qaçmağa davam etmişdir. O, qaçarkən arxaya baxmış və Mətləbin əlində ağac ona tərəf qaçdığını görmüşdür. O, qaçaraq oradan uzaqlaşmış və piyada öz kəndinə çayın kənarına gəlmişdir. Çayın kənarında özünə telefonla zəng edərək, Elvindən harada olmasını soruşmuşdur. Elvin ona evdə olduğunu dedikdə onu çayın kənarına çağırmışdır. Bundan sonra çayın kənarında yaşayan həmkəndlisi Şahid8 adlı şəxsə də çayın kənarına fənər gətirməsini bildirmişdir. Şahid8 çayın kənarına gələndə Elvin də təzə çatmış və Elvin ona niyə onu orada qoyub qaçdığını soruşmuşdur. O isə ona qorxduğunu demiş və başını göstərərək qaçanda Mətləbin onu vurduğunu demişdir. Şahid8 də ondan nə baş verməsini soruşduqda, hadisəni ona da danışmış və avtomobilini sındırdıqlarını və onu döydüklərini demişdir. Bundan sonra bir az söhbət etmişlər və hər kəs öz evinə çıxıb getmişlər. Hadisə zamanı başqa hər hansı xəsarət almamışdır. Hadisə vaxtə Şahid6, ümumiyyətlə, orada görməmişdir və onu tanımır. Yalnız hadisədən sonar polis bölməsində Şahid6 görüb tanımışdır. Təqsirləndirilən şəxs onun baş nahiyəsinə əlində olan ağac parçası ilə vuraraq xəsarət yetirmiş, onun ailə üzvləri isə əllərində olan daş, ağac parçası və çökəkbel ilə vurmaqla avtomobilə ziyan vurmuşlar. O, həmin vaxt iki övladına görə ailəsi ilə barışmaq istədiyinə görə əvvəlcə xəsarət alması barədə məlumat verməmişdir. Lakin sonradan Fərqanə Nəbiyevanın onunla barışıb ailəni bərpa etməkdən qəti şəkildə imtina etməsini görüb, xəsarət alması barədə şikayət etmişdir. Avtomobilinin sındırılması barədə şikayəti isə onları çəkindirmək və barışmağa imkan yaranması üçün etmişdir. Buna baxmayaraq, hər halda qaynı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Onunla hazırda barışmışdır. Ondan şikayət və tələbi yoxdur.Ona görə də işə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, bildirmişdir ki, o, ailəsi ilə birlikdə Gədəbəy rayonu, Çobankənd kəndində yaşayır. Gədəbəy rayonu, Çobankənd kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. Gədəbəy rayonu Çiçəkli kənd sakini Təqsirləndirilən şəxs və onun ailə üzvlərini qonşu kənd sakinləri kimi tanıyır və onlarla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. xx.xx.2018-ci il tarixdə saat təxminən 09 radələrində Zərərçəkmiş şəxs mobil telefonuna zəng edib həyətlərində kartof çıxarmağa kömək etməsi üçün onlara gəlməsini xahiş etmişdir. Vasif ona zəng etdikdən bir qədər sonra piyada onlara getmişdir. O, Vasifgilə getdikdən sonra təxminən saat 15-16 radələrinədək kartofu qazıb çıxarmışlar. Sonra Vasif ona rayonun Çiçəkli kəndi ərazisində yerləşən meşədən çürük ağac qırıqları yığmaq üçün getməsini xahiş etmişdir. Təxminən saat 16 radələrində Vasifin atasına məxsus “UAZ” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobill meşəyə getmişlər. Yol narahat olduğuna görə təxminən bir saat yarıma meşəyə çatmışlar. Təxminən bir saata qədər meşədə birlikdə çürümüş ağac qırıntıları axtarmış, ancaq həm meşəbəyini tapa bilmədiklərinə, həm də meşədə odun tapa bilmədiklərinə görə kəndə qayıtmalı olmuşlar. Onların yolu Vasifin qaynatası Ülfətgilin evlərinin qarşısından keçmişdir. Geri qayıdarkən Şahid4 rayonun Çiçəkli kəndində yerləşən evlərinin qarşısından keçərkən Şahid4 yola çıxıb dayanmışdır. Həmin yol torpaq yolu olduğuna görə Vasif maşını çox aşağı sürətlə idarə etmişdir. Ülfətin yolun ortasında dayandığına görən Vasif maşının sürətini tam azaldıb maşını saxlamaq məcburiyyətində qalmışdır. Vasif avtomobilini saxladıqdan sonra eyni vaxtda Ülfətin oğlu Mətləb, qızı Fərqanə və arvadı Fəridə də yola çıxmışlar. Həmin vaxt onlar əllərində olan daş və ağac parçası ilə avtomobilin şüşələrini sındırmağa başlamışlar. O, həmin vaxt maşının qabaq sağ oturacağında əyləşmişdir. Onlar zərbə ilə şüşələri sındırdıqlarına görə şüşə qırıntılarının onun üstünə töküldüyünü görüb baş və sifət nahiyəsindən xəsarət almaması üçün özünü qorumaq məqsədi ilə maşının salonunda əyilib əlləri ilə baş və sifət nahiyəsini tutmuşdur. Həmin vaxt Vasif onların onu vuracağından qorxub avtomobilin qapısını açıb avtomobildən düşmüşdür. Onun hansı tərəfə getməsini və ya qaçmasını görməmişdir. Vasif qaçdıqdan sonra onlar avtomobili sındırmağı dayandırmışlar. O, Ülfətgilin öz hərəkətlərini dayandırdıqlarına və Vasif də maşından düşüb qaçdığına görə avtomobilin qapısını açıb yerə düşdükdə, Ülfət ona tərəf gəlmiş və burada nə etdiyini soruşmuşdur. O, Ülfətə meşədən gəldiklərini, odun yığmağa getdiklərini dedikdən sonra ondan aralanmışlar. O, da oradan piyada evinə gəlmişdir. Evə gəldikdən, təxminən yarım saatdan sonra Vasif mobil telefonuna zəng edib harada olduğunu soruşduqda evdə olduğunu demişdir. O, Vasifdən harada olduğunu soruşduqda ona evinin yaxınlığından keçən çayın yaxınlığında olduğunu deyərək çaya tərəf çağırmışdır. Çayda görüşərkən Vasifin Şahid8 adlı həmkəndlisiylə orada olduğunu görmüşlər. Bundan sonra Vasifdən onu orada qoyub qaçmasının səbəbini soruşmuşdur. Vasif isə ona qaçmasaydı onu öldürəcəklərini demiş və baş nahiyyəsini göstərərərk, Təqsirləndirilən şəxs ağacla onu arxadan başından vurduöunu demişdir. Bundan sonra çayda Şahid8 onun da baş nahiyəsində şüşə parçaları olduğunu demiş və əli ilə şüşə parçasını təmizləmişdir. Onlar bir müddət orada söhbət etmişlər və evə getmişlər. Bu hadisədən təxminən 25-30 gün sonra Vasiflə görüşdükdə o, yenə ona başını göstərərək onu Mətləbin vurduğunu demişdir. Onun özünə qarşı hər hansı zorakılıq hərəkətləri olmamış və hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə vaxtı Şahid6, ümumiyyətlə, orada olmamışdır. Təqsirləndirilən şəxs isə hadisə zamanı orada olmuşdur. Hadisə baş verərəkən hava işıqlı olmuş və o, Təqsirləndirilən şəxs hadisə yerində aydın şəkildə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək, bildirmişdir ki, o, iki övladı ilə birgə Gədəbəy rayonu Çiçəkli kəndində atası Şahid4 məxsus evdə yaşayır. 2010-cu ildə Zərərçəkmiş şəxs ailə həyatı qurmuşdur. Ailə qurduğu müddətdə iki oğlan övladları olmuşdur. Təxminən 2018-ci ilin aprel ayında yoldaşı Zərərçəkmiş şəxs ayrılaraq övladları ilə birlikdə atası Şahid4 evində yaşamışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə ailəsi arasında mübahisələr yaranmağa başlamışdır. Zərərçəkmiş şəxs dəfələrlə onu və ailə üzvlərini mobil telefonlarına zəng edərək nalayiq ifadələrlə təhqir etmişdir. Həmçinin atasına məxsus “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə içkili vəziyyətdə yaşadığı kəndə gələrək yüksək sürətlə və təhlükəli avtomobil idarə edərək yaşadığı evin yanına gəlmiş və onu və ailə üzvlərini nalayiq söyüşlərlə söymüşdür. Hər dəfə atası Şahid4 evin qapısına çıxaraq onunla mübahisə etmiş və o, dərhal avtomobili ilə oradan uzaqlaşmışdır. xx xxxxxxx 2018-ci il tarixdə saat 20 radələrində evin birinci mərtəbəsində atası Şahid4 əmisi Şahid6lə nərd oyunu oynamışdır. Bu zaman küçədə səsküy düşmüşdür. O, çölə çıxmış, onun arxasınca isə əmisi Şahid6, anası Fəridə və atası Şahid4 gəlmişlər. Çölə çıxdıqda X11in keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs “UAZ" markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə divara sıxmış vəziyyətdə görmüşdür. O, da dərhal qardaşı Məqsəti oradan çəkərək evə aparmışdır. Həmin zaman əmisi Rafiq avtomobildə olan Zərərçəkmiş şəxs yaxasından tutaraq nə etdiyini soruşmuşdur. Bu zaman atası Ülfət avtomobilə yaxınlaşmaq istədikdə Zərərçəkmiş şəxs onu görmüş və avtomobili sürüb qaçmaq istəyərkən atası Şahid4 avtomobilin sükanını Vasifin idarə etdiyi tərəfin əks tərəfinə çevirərək onun getməsinə mane olmuşdur. Həmin zaman avtomobilin qabaq təkəri yolun sağındakı cığıra düşərək dayanmışdır. Bu zaman Şahid6 Vasifi avtomobildən düşürdərək qonşu Şahid9 evinə aparmışdır. Daha sonra Şahid6 onun, atası Ülfətin və anası Fəridənin yanına gələrək onlardan sakitləşməsini və özünün Zərərçəkmiş şəxslə söhbət edəcəyini bildirmişdir. Lakin əmisi Rafiq qonşu Ramizin evinə getdikdə Zərərçəkmiş şəxs oradan qaçıb getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs atasına məxsus “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə polis tərəfindən baxış keçirildikdən avtomobilin içərisində olan bıçaqlar götürülmüşdür. O biri gün Zərərçəkmiş şəxs atası Mehvalı Quliyev onların evinə gələrək özünə məxsus “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilini aparmaq istəmişdir. O, Zərərçəkmiş şəxs onun qızıllarını satdığını bu səbəbdən də həmin avtomobilin uşaqlarına qalmalı olduğunu bildirməklə avtomobili qaytarmağacağını bildirmişdir. Lakin bir müddət sonra avtomobili qanunsuz saxladığını başa düşərək atası Şahid4 “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili Mehvalı Quliyevə qaytarmışdır. O və ailə üzvləri Vasifin idarə etdiyi avtomobilin qarşısını kəsməmiş, həmin avtomobili evinin qarşısına gələn zaman həmin vəziyyətdə olmuşdur. O, atası Şahid4, anası Fəridə və X11 tərəfindən onun avtomobilinə heç bir zədə yetirilməmişlər. Həmçinin qardaşı Təqsirləndirilən şəxs də hadisə zamanı orada olmamışdır. Həmin zaman Təqsirləndirilən şəxs əmisi Şahid6 onlara gəldiyinə görə atası Şahid4 əvəzinə gözətçi kimi meşəyə getmişdir. Bu səbəbdən də hadisə zamanı Mətləb orada olmamışdır. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs əlində bıçaqları görməmiş, Həmçinin o, bıçaqla kiməsə xəsarət yetirməmişdir. Hadisə zamanı qardaşı Məqsəti qolundan tutaraq oradan uzaqlaşdırmışdır. Bu səbəbdən X11ə avtomobil dəyməmiş və o, hadisə zamanı heç bir xəsarət almamışdır. Hava qaranlıq olduğundan onun bədən nahiyəsində hər hansı xəsarət olub-olmamsını görməmişdir. Zərərçəkmiş şəxs hadisədən sonra ona xəsarət yetirilməsi barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs idarə etdiyi “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin tərəfində onun kəndçisi Elvin adlı şəxs əyləşmişdir. Elvin adlı şəxs nə ona, nə də ailə üzvlərinə qarşı hər hansı zorakılıq hərəkətləri etməmişdir. Nə o, nə də əmisi Rafiq, atası Ülfət, anası Fəridə və qardaşı Məqsət tərəfindən Zərərçəkmiş şəxs qarşı zorakılıq hərəkətləri edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və X1 Fərqanə Ülfət qızı ilə eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN ifadə verərək, bildirmişdir ki, o, ailəsi ilə birlikdə Çiçəkli kəndində yaşayır. Şahid4 onun qonşusudur. Şahid4 məxsus ev onun evindən təxminən N0-80 metr aralıda yerləşir. Təxminən 2018-cı ilin payız aylarında evdə olan zaman küçədən saat 20-21 radələrində səs-küy olduğunu eşitmişdir. Buna görə də evdən ümumi yola çıxan yolun birləşməsinə çıxmışdır. O, həmin yerə çıxan zaman Ülfətin qardaşı Rafiqin Vasifi qonşuluqda yaşayan Ramiz adlı şəxsin bağının yanına tərəf onun əks istiqamətində apardığını görmüşdür. Rafiq Vasifi ora aparıb geri yola çıxan kimi Vasifin digər məhləyə keçərək qaçdığını görmüşdür. O, sol tərəfə baxanda Vasifə məxsus “UAZ” markalı avtomobilin pəncərələrinin sındırılmış vəziyyətdə dayandığını görmüşdür. Bundan sonra geri öz evinə qayıtmışdır. Zərərçəkmiş şəxs həmin hadisədən təxminən 3 ay əvvəl 15-20 metr məsafədən avtomobil ilə keçən zaman görmüşdür. O, həmin vaxt ümumi yola çıxan vaxt küçədə Şahid4 və Şahid9 qapılarında işıqlar yanmışdır. Həmin vaxt orada Rafiqi, Ülfəti, Ülfətin həyat yoldaşı Fəridəni, qızı Fərqanəni və oğlu Məqsəti orada görmüşdür. Onun Zərərçəkmiş şəxslə təması olmamışdır. Ona görə də onun bədən nahiyəsində və yaxud digər yerlərində xəsarət olub-olmamasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək, bildirmişdir ki, o, hazırda ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Çiçəkli kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla yanaşı, həm də qonşusudur. Mətləb ondan yaşca kiçik olduğuna görə onunla ünsiyyəti yoxdur. Amma Mətləbin atası Ülfət ilə münasibətləri vardır. Zərərçəkmiş şəxs ilə heç bir münasibətləri olmamışdır. xx xxxxxxx 2018-ci il tarixdə axşam saatlarında təqribən 5-6 radələrində yaşadığı evindən çıxıb kəndin ərazisində yerləşən “Koroğlu Qayası” deyilən əraziyə getmiş və orada heyvanlarını axtarmışdır. Həmin ərazidə 5-6 saat gəzərək gecə saat 12 radələrində evinə gəlmiş və yatmışdır. Gecə saat 02 radələrində polis əməkdaşı onu yuxudan qaldırmış və küçədə maşın olub-olmadığını soruşmuşdur. O isə cavabında heçnə görmədiyini bildirmişdir. Sabah işləri ilə bağlı Gədəbəy şəhərinə getmişdir. Həmin gün axşam saatlarında evinə gəldikdən sonra eşidibbilmişdir ki, münaqişə olub. Lakin, kimlər arasında münaqişə olduğunu görməmiş və bu barədə heç nə bilməmişdir. Çünki həmin vaxt evində olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədova Şahid8 ifadə verərək, bildirmişdir ki, o, iki azyaşlı övladı ilə birlikdə Gədəbəy rayonu, Çobankənd kəndində yaşayır. Gədəbəy rayonu Çobankənd kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. Gədəbəy rayonu Çiçəkli kənd sakini Təqsirləndirilən şəxs və onun ailə üzvlərini qonşu kənd sakinləri kimi tanıyır, onlarla heç bir qohumluğu və ya düşmənçiliyi yoxdur. xx xxxxxxx 2018-ci il tarixdə axşam saat 21-22 radələrində evdə olarkən həmkəndlisi Zərərçəkmiş şəxs zəng edərək fənər götürərərk, çaya gəlməsini xahiş etmişdir. O, evdə olan fənəri götürərək yaşadığı evin yaxınlığında olan çaya getmişdir. Çayın yanına çatdıqda həmkəndlisi Şahid1 ayaq üstə, Zərərçəkmiş şəxs isə daşın üzərində oturduğunu görmüşdür. Onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs başına sulu vəziyyətdə əskini qoyduğunu görmüşdür. Həmin vaxt onlardan nə baş verdiyini soruşduqda Elvin ona Çiçəkli kəndinə meşəyə odun yığmağa gedib, qayıdanda həmin kənddə Mətləb, onun atası Ülfət və anası Fəridənin Vasifin idarə etdiyi avtomobilin qarşısını kəsərək onları döydüklərini bildirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs də Şahid1 dediyi sözləri təkrar edərək, onları döydüklərini, həmçinin ağac və daş parçaları ilə avtomobilin şüşələrini qırdıqlarını demişdir. Daha sonra Zərərçəkmiş şəxs Şahid1dən avtomobilin açarlarını istəmişdir. Ancaq Elvin ona həmin vaxt orada açarları itirdiyini demişdir. Bundan sonra o, fənərlə Şahid1 başında olan şüşə parçalarını təmizləyərkən Elvin ayağını göstərmiş və hadisə zamanı xəsarət almasını, həmçinin hadisə zamanı Vasif qaçdıqdan sonra Ülfət və onun ailə üzvlərinin onun üzərinə gəldiklərini, lakin, o, meşəyə odun yığmağa getdiyini, heç bir günahı olmadığını bildirmişdir. Orada olan zaman Zərərçəkmiş şəxs baş nahiyəsinə baxmış, başının arxa tərəfində şiş olduğunu görmüşdür. Vasif bildirmişdir ki, avtomobildən düşüb qaçanda, Təqsirləndirilən şəxs əlindəki ağacla arxadan onu vurmuşdur. Təxminən 20 dəqiqə orada olduqdan sonra Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərə və ona dəymiş ziyana görə şikayət etməsini demiş və oradan çıxıb evinə getmişdir. Hadisədən təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs atla onun evinin qarşısına gəlmiş və onu evin həyətinə çağırmışdır. Təqsirləndirilən şəxslə də əvvəllər münasibəti yaxşı olmuşdur. Həmişə onlar kənddən keçib gedən zaman evinin həyətinə və yaxud evə gəlib söhbət etmişlər. Həmin günü onu çağırmış və evin həyətinə çıxmışdır. Mətləblə salamlaşdıqdan sonra ona “bir quruşka su gətirdə bəri gəl” demişdir. O da su gətirib Mətləbin yanına gəlmiş və qaynı Vasiflə işlərinin nə yerdə olmasını soruşmuşdur. Mətləb isə Vasifi nalayiq sözlərlə söymüşdür. Həmçinin, Mətləb Vasifi həmin vaxtı ağacla vurduğunu, ancaq yaxşı vurmadığını demişdir. Həmçinin ona hazırda tam xatırlamadığı ya əmisinin, ya da dayısının orada olduğunu, qaçmayacağı halda onu öldürəcəklərini demişdir. Bundan sonra onlar söhbəti dəyişmişlər və bir qədər də özlərinə aid ümumi söhbətlər etdikdən sonra Mətləb çıxıb getmişdir. Bundan təxminən 2-3 gün sonra Vasiflə söhbət edən zaman Vasif ona telefonda səs yazısına qulaq asdıraraq qayınanası Fəridənin Çobankənd kənd sakini Cəlil müəllimlə danışan zaman “Vasif getsin Şahid8 uşaqlarını saxlasın” dediyini eşitdiyinə görə o da onların ailəsinin onun haqqında bu cür danışdıqlarına görə Mətləbin ona dediklərini Vasifə danışmışdır. Təqsirləndirilən şəxs onu çoxdan tanıdığını və münasibətləri olduğunu, həmçinin hadisədən bir neçə gün sonra onun evinə gəldiyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid6 Ramazan oğlu ifadəsindən görünür ki, o, ailəsilə birgə Qazaxıstan Respublikası Kostana şəhərində yaşayır. Təqsirləndirilən şəxs doğma qardaşı oğludur. Qardaşı qızı Şahid2 (Nəbiyeva) həyat yoldaşı Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə baş vermiş hadisə zamanı tanımışdır. xx xxxxxxx 2018-ci il tarixdə saat 21 radələrində qardaşı Şahid4 yaşadığı Gədəbəy rayonu Çiçəkli kəndində yerləşən evin birinci mərtəbəsində qardaşı Şahid4lə nərd oyunu oynamışlar. Həmin zaman küçədə yüksək səslə “basdırdı” deyə səs gəlmişdir. O dərhal küçəyə çıxmış və sonradan bildiyi qardaşı Ülfətin kürəkəni Zərərçəkmiş şəxs idarə etdiyi “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı oğlu Məqsət Nəbiyevi divara sıxdığını görmüşdür. O, dərhal həmin avtomobilin sürücü tərəfdən qapısını açaraq Zərərçəkmiş şəxs yaxasından tutaraq nə etdiyini demişdir. Bu zaman qardaşı qızı Fərqanə isə qardaşı Məqsəti oradan çəkərək evə aparmışdır. Həmin zaman qardaşı Ülfət də onlara tərəf gəldikdə Zərərçəkmiş şəxs avtomobili sürüb qaçmaq istəyərkən o və qardaşı Ülfət avtomobilin sükanını idarə etdiyi tərəfin əks tərəfinə çevirərək onun getməsinə mane olmuşlar. Həmin zaman avtomobilin qabaq təkəri təxminən 4 metr məsafədə yerləşən yolun sağındakı cığıra düşərək dayanmışdır. Bu zaman qardaşı Ülfət Zərərçəkmiş şəxs yaxasından tutaraq avtomobildən aşağı düşürtmək istəyəndə onların arasına girərək Vasifi oradan uzaqlaşdıraraq qonşu Şahid9 evinə aparmışdır. Orada Zərərçəkmiş şəxslə həyat yoldaşı qardaşı qızı Fərqanənin aralarında olan söz-söhbət barədə danışan zaman küçədə qardaşının yoldaşı Fəridənin, qızı Fərqanənin və digərlərinin səs küy saldıqlarına görə küçəyə qayıdaraq onları sakitləşdirmiş və yenidən Zərərçəkmiş şəxs yanına qayıtdıqda Zərərçəkmiş şəxs oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs atasına məxsus “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil küçədə qaldığı üçün və başqa zərər yetirməsinlər deyə qardaşı Ülfət avtomobili sürərək həyətdə çardağın altında saxlamışdır. Səhəri günü Zərərçəkmiş şəxs atası Mehvalı Quliyev evinə gələrək özünə məxsus “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilini aparmaq istəmişdir. Qardaşı Ülfət isə Mehvalıya oğlu Zərərçəkmiş şəxs həmin avtomobil ilə küçədə Məqsət Nəbiyevi divara sıxdığını, nə səbəbdən avtomobili oğlu Zərərçəkmiş şəxs verdiyini, avtomobili qaytarmağacağını, həmin avtomobili Zərərçəkmiş şəxs övladlarına verəcəyini bildirmişdir. Lakin bir müddət sonra qardaşı Ülfət “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili Mehvalı Quliyevə qaytarmışdır. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri yalandır. Şəxsən o özü həmin hadisənin birbaşa iştirakçısı olmuş və ifadəsində bütün hadisənin necə baş verdiyini bildirmişdir. Nə qardaşı Ülfət, nə onun yoldaşı Fəridə, nə qızı Fərqanə, nə oğullar Mətləb və Məqsət nədə ki “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsməmişlər, həmin avtomobil qardaşı Ülfətin evinin qarşısına gələn zaman avtomobil həmin vəziyyətdə olmuşdur. Qeyd etdiyi şəxslər və həmçinin onun tərəfindən Zərərçəkmiş şəxs avtomobilinə heç bir zədə yetirilməmişdir. Həmçinin qardaşı oğlu Təqsirləndirilən şəxs hadisə zamanı orada olmamışdır. Həmin günü Təqsirləndirilən şəxs onun qardaşıgilə gəlməyi səbəbindən atası Ülfətin əvəzinə gözətçi kimi meşəyə getmişdir. Bu səbəbdən də hadisə zamanı o, orada olmamışdır. Qardaşı oğlu ifadə verən zaman anlaşılmazlıq olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri yalandır. Hadisə günü qardaşı oğlu Təqsirləndirilən şəxs evdə yəni hadisə yerində olmamışdır. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs əlində bıçaqları görməmişdir. Həmçinin Vasif bıçaqla kiməsə xəsarət yetirməmişdir. Hadisə zamanı qardaşı qızı Fərqanə qardaşı Məqsəti qolundan tutaraq oradan uzaqlaşdırmışdır. Bu səbəbdən Məqsət Nəbiyevə avtomobil dəyməmiş və hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə günün ilk və son olaraq Zərərçəkmiş şəxs görmüşdür. Onun nə baş, nə də bədən nahiyəsində hər hansı xəsarət olmamışdır. Hətta hadisənin səhəri günü o, qardaşı Ülfət və onun yoldaşı Fəridə izahat vermək üçün Gədəbəy rayon polis şöbəsinə gedərkən Zərərçəkmiş şəxs də orada olmuşdur. Həmin zaman da onun baş nahisənində hər hansı xəsarət olmamışdır. Zərərçəkmiş şəxs hadisədən sonra ona xəsarət yetirmələri barədə heçnə deməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi “UAZ” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişin tərəfində onun kəndçisi adını sonradan bildiyi Elvin adlı şəxs əyləşmişdir. Elvin adlı şəxs nə ona nə də orada olan qardaşı və onun ailə üzvlərinə qarşı hər hansı zorakılıq hərəkətləri etməmişdir. Nə o, nə qardaşı Ülfət, nə də qardaşının yoldaşı Fəridə, oğlu Məqsət tərəfindən ona qarşı zorakılıq hərəkətləri edilməmişdir. Həmin hadisə zamanı küçədə səs-küy olduğundan qonşuları Araslan Nəbiyev, Talib Pənahov, Natiq Quliyev, ŞahidN və Şahid9 küçəyə çıxmaqla hadisənin şahidi olmuşlar. Hadisə zamanı o darvazadan çölə çıxarkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil üzü Çiçəkli kəndinin mərkəzinə doğru dayanmış və onun konkret olaraq haradan gəlməsini bilməmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ərizə ilə müraciət еdib Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, onun barəsində Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin icraatına хitam vеrilməsini хahiş еtmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ərizə ilə müraciət etmiş, zərərçəkmiş şəхs X6 ilə barışdığını bildirmiş, iş üzrə icraata хitam vеrilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Gədəbəy Rayon Şöbəsinin verdiyi xx xxxxxx 2019-cu il tarixli, 53 nömrəli Rəindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol təpə sümüyünün basılmış sınığı küt əşyanın təsirindən törənmiş,törənmə müddəti 3 (üç) aydan çoxdur (hazırda onun törənmə müddətini dəqiq təyin etmək mümkün deyildir). Qeyd olunan xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs hər iki gözündə aşkar edilmiş «miopik astiqmatizm» xəstəlik olmaqla, travma ilə əlaqəsi yoxdur. İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin T 334/2019 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol təpə sümüyünün köhnə basılmış sınığı aşkar edildi. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmiş, törənmə müddəti kəllənin tomoqrafik müayinəsi aparıldığı vaxtdan üç (3) ay əvvələ uyğun gəlir. bu barədə ilkin tibbi sənəd olmadığından hazırda daha dəqiq fikir söyləmək mümkün deyildir, basılma (sınıq) təpə sümüyündən yalnız xarici səhifəsini əhatə etdiyindən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası X9 xx xxxxxxx 2019-cu il tarixli, 558/225 nömrəli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir:

1. Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.

2. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixi emosional vəziyyətdə olmuşdur.

3. Təqsirləndirilən şəxs psixi emosional vəziyyəti ilə əlaqədar olaraq törətdiyi əməlin mənasını dərk edə bilərdi.

4. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizoloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İşdə olan Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 8N nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sol təpə sümüyünün xarici səhifəsinin bir qədər arxa hissədə içəriyə doğru köhnə basılmış sınığı, bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti kəllənin tomoqrafik müayinəsi aparıldığı tarixdən üç (3) ay əvvələ uyğun gələ bilər, bu barədə ilkin tibbi sənəd olmadığından sınığın müddəti barədə hazırda konkret fikir söyləmək mümkün olmadı və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Qeyd edilən nəticə hazırda qüvvədə olan təlimatın xəsarətlərin sağlamlığa zərər vurma dərcəsinin təyini qaydaları haqqında təlimatın xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsinin təyini qaydaları haqqında təlimatın müvafiq bəndinə uyğun olaraq sağlamlığa az-ağır zərər vurma kimi qiymətləndirilmişdir. Belə ki, həmin sınıq yalnız xarici sümük səhifəsini əhatə etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xüsusiyyətlərinə görə şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İşdə оlan Azərbaycan Rеspublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur, yəni, o, əvvəllər məhkum edilməmişdir. İşdə olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, onlar barışmışlar və ona görə də cinayət işinin icraatına хitam vеrilməsini хahiş еtmişlər. İşdə olan Gədəbəy RİHB-nın Çiçəkli kəndi İƏD-dən verilmiş Xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət хaraktеrizə оlunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2. və 12N.1-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham edilir. Həmin Məcəllənin N3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin N3.2-ci maddəsinə əsasən və Məcəllənin 12N.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 15N.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Rеspublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bеləliklə, məhkəmə iclasında təhqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Mehvalı oğlu xx xxxxxxx 2018-ci il tarixdə yaşadığı Gədəbəy rayonu, Çiçəkli kəndində yerləşən evlərinin həyətində olan zaman bacısı Fərqanə Nəbiyevanın keçmiş əri Zərərçəkmiş şəxs idarə etdiyi “UAZ 31519” markalı avtomobillə evlərinin yanından keçdiyini görüb, avtomobil yoluna çıxaraq sonuncunun avtomobilini saxlatdırıb, onların yaşadığı evin qarşısı ilə hansı səbəbə görə keçdiyini soruşan zaman aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə zərbə vuraraq, ona sol təpə sümüyünün basılmış sınığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Yəni, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12N.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs məhkəməyə ərizələrlə müraciət etmiş, barışdıqlarını, zərərçəkmişə vurulmuş zərərin aradan qaldırıldığını bildirmiş və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Məhkəmə bu halları və həmçinin, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad еdilməli və barəsində оlan cinayət işi üzrə cinayət təqibinə хitam vеrilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin ləğv edilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 19N.1-ci, 19N.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yохdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası CPM-nin 346- 34N, 356 və 358-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Rеspublikası CM-nin 12N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına, vurulmuş zərəri aradan qaldırdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad еdilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ləğv еdilsin. Qərardan еlan еdildiyi andan 20 (iyirmi) gün müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti və prоtеsti vеrilə bilər.

Sədrlik еdən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar