Məhkəmə qərarları › İş №1(042)-23/2021

Gədəbəy Rayon Məhkəməsi Hökm — İş №1(042)-23/2021

08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gədəbəy rayonu İş № 1(042)-23/2021 08.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Gədəbəy rayonunun Arıqdam kəndində doğulmuş, hazırda Gədəbəy rayonunun Arıqdam kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, barəsində xx xxxxxxx 2020-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxx 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham edilmişdir ki, ona görə ki, o, 2020-ci ilin sentyabr ayında Gədəbəy rayonunda yerləşən meşə zolağında baxımsız sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan özü istifadə etmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,286 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib üstündə saxlamış, daşımış və xx xxxxxxx 2020-ci il tarixdə saat 22:30-da Gədəbəy rayonu, Arıqdam kəndində Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Gədəbəy şəhəri, 20 yanvar küçəsində yerləşən Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan qırmızı rəngli gödəkcənin sol yan cibində saxladığı həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ifadə verərərək, göstərmişdir ki, arvadı və üç azyaşlı övladı ilə birlikdə Gədəbəy rayonu, Arıqdam kəndində yaşayır. Əvvəllər işləmək üçün Rusiya Federasiyasına getmişdir. Orada marixuanadan istifadə etməyə başlamışdır. Ona görə də Gədəbəy rayonunda yabanı halda bitən çətənə kolları örəndə yığıb qurudub çəkmişdir. 2020-ci ilin sentyabr ayının ortalarında meşəy getmiş, meşənin aşağısında çayın kənarında yarpaqları qurumuş halda çətənə bitkisi görmüşdür. Həmin bitkinin yarpaqlarından yığıb cibinə qoymuş, çöldə heyvan otaranda onu günəşin qabağına qoyub qurudaraq, kibrit qutusuna yığmışdır. Uzun müddət yığdığı yarpaqları cibində gizlətmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Arıxdam kəndindən VAZ-2106 markalı 57- CD-038 dövlət qeydiyyat nişanlı maşını ilə yanacaqdoldurma məntəqəsinə gedərkən, kəndin aşağısında onu polis əməkdaşları saxlamış və polis şöbəsinə gətirmiş, vəkil də dəvət etmişlər. Onun cibində bir ədəd “Ayfon 6” markalı mobil telefon, “Vest” markalı siqaret, alışqan, 62 manat 30 qəpik pul və əynində olan qırmızı rəngli gödəkçəsinin sol yan cibində həmin kibrit qutusundakı marixuana narkotik vasitəsi aşkar edib götürmüşlər. Həmin marixuananı elektron tərəzidə çəkmişlər, kibrit qutusu ilə bir yerdə 9,11 qram olmuşdur. Bu barədə protokol tərtib etmiş, narkotik vasitəni, zərfə qablaşdırıb möhürləmişlər. Törətdiyi əməldən peşmandır. Ona görə də himayəsində üç azyaşlı uşağının olmasını və bu əməli törətməsindən peşman olmasının nəzərə alınmasını, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, Gədəbəy RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Gədəbəy rayonu. Arıxdam kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, onun narkotik vasitənin istifadəçisi olması barədə heç bir məlumatı olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə xidməti iş otağında olan zaman ona əməliyyat məlumatı daxil olmuşdur ki, Gədəbəy rayonu, Arıqdam kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir və hazırda üzərində narkotik vastə var. Məlumatın yoxlanılması üçün o, şöbə rəhbərliyinə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi məqsədi ilə raport yazılmışdır. Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmiş və qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ilə əlaqədar Gədəbəy rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin komandiri Şahid3 iştirakı ilə müvafiq əməliyyat tədbirləri keçirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində görmüş, ona yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını bildirərək onu Gədəbəy RPŞ-ə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını izah etmişlər. O, müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunan əşyanın olub-olmaması soruşmuş, o, üzərində hər hansı bir qadağan oğlunmuş əşyanın olmadığını bildirdiyi üçün müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibində içərisində yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olan kibrit qutusu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, kibrit qutusunun içərisindəki kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, o, bir neçə ildir ki, marixuanadan istifadə edir, özü istifadə etmək məqsədilə Gədəbəy rayonunun meşə zolağından yabanı halda bitən çətənə kollarından yığıb qurutmuşdur. Həmin kütlə əczaçı tərəzisində çəkilmiş, kibrit qutusu ilə birlikdə aşkar olunmuş kütlənin ümumi çəkisi 9.11 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana çəkiləndən sonra bir ədəd zərfə qabaşdırılmış və zərfin üzəri onların iştirakları ilə imzalanaraq möhürlənib dəqiq çəkisini müəyyən etmək məqsədilə ekspertizaya göndərilmişdir. Daha sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Protokol bütün iştirakçılara ucadan oxunmuş, işrtirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, Gədəbəy RPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Gədəbəy rayonu, Arıxdam kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, onun narkotik vasitənin istifadəçisi olması barədə heç bir məlumatı olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə xidməti iş otağında olan zaman ona əməliyyat məlumatı daxil olmuşdur ki, Gədəbəy rayonu Arıqdam kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasında, üzərində daşımasında şübhəlidir, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyi üçün üzərində saxlayır. Bunun üçün də tərəfindən şöbə rəhbərliyinə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi məqsədi ilə raport yazılmışdır. Şöbə rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verdiyi üçün qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ilə əlaqədar Gədəbəy rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin PPXB-nin komandiri Şahid3 iştirakı ilə müvafiq əməliyyat tədbirləri keçirmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Arıxdam kəndi ərazisində görmüş, ona yaxınlaşaraq özlərini təqdim edib polis işçiləri olduqlarını bildirərək onu Gədəbəy RPŞ-ə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs növbətçi hissəyə aparıb ona hüquqlarını izah etmişlər. Hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla saxlanılması və daşınması qadağan olunan əşyanın olub- olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qadağan oğlunmuş əşyanın olmadığını bildirdiyi üçün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunda kütlə aşkar olunmuşdur. Həmin kibrit qutusuna bükülmüş kütləyə baxış zamanı kibrit qutusunun içərisindən yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olunmuş kibrit qutusunun içərisindəki kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, bir neçə ildir ki, marixuanadan istifadə edir, özü istifadə etmək məqsədilə Gədəbəy rayonunun meşə zolağından yabanı halda bitən çətənə kollarından yığıb qurutmuş və istifadə etmək məqsədilə üzərində saxlamışdır. Sonra da həmin büküm əczaçı tərəzisində çəkilmiş və kibrit qutusu ilə birlikdə aşkar olunmuş kütlənin ümumi çəkisi 9.11 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana çəkiləndən sonra bir ədəd zərfə qabaşdırılmış və zərfin üzəri onların iştirakları ilə imzalanaraq möhürlənib dəqiq çəkisini müəyyən etmək məqsədilə ekspertizaya göndərilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuşdur. Protokol bütün iştirakçılara ucadan oxunmuş, işrtirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. İşdə olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olmuş qırmızı rəngli gödəkçənin sol yan cibindən içərisində yaşıl rəngli, kəskin iyli, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olan bir ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 16/697 nömrəli Rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotuk vasitəyə bənzər yaşıl kütlə olan kibrit qutusu” yazı və imzalar olan bir ədəd kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,286 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin məhkəmə- narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9918 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş AR DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 332.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona 2 il şərti sınaq müddəti təyin olunmuşdur. Hazırda məhkumluğu ödənilmişdir. İşdə olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6.286 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkidə olan 6.086 qram qurudulmuş marixuana saxlanılması məqsədilə Gədəbəy RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan və xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuş, xx xxxxxxx 2020ci il tarixdə azad edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Arıqdam Kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İşdə olan X2 surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirərək təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs X4 vurmaması və ona xəsarət yetirməməsi, əslində onun döyülüb xəsarət alması barədə ifadəsini əsaslandırılmayan və məhkəmə iclasında tədqiq olunmuş təkzibolunmaz sübutlarla təsdiq olunmayan şəxsi mülahizəsi hesab edərək özünü müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkəti protokollarını, ekspertiza rəyini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında Gədəbəy rayonunda yerləşən meşə zolağında baxımsız sahədən yabanı halda bitən çətənə kollarından satış məqsədi olmadan özü istifadə etmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 6,286 qram çəkidə olan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib üstündə saxlamış, daşımış və xx xxxxxxx 2020-ci il tarixdə saat 22:30-da Gədəbəy rayonu, Arıqdam kəndində Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Gədəbəy şəhəri, 20 yanvar küçəsində yerləşən Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan qırmızı rəngli gödəkcənin sol yan cibində saxladığı həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsuirləndirilənin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. İş üzrə təqsirləndirlən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Məhkəmə iş üzrə təqsirləndirlən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4. və 59.2-ci maddələrinə əsasən himayəsində üç azyaşlı övladının olmasını, təqsirini etiraf etməsini, səmimi peşman olmasını, və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə işin faktiki hallarına və cəzanı yüngülləşdirən hallara qiymət verərək, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, hesab edir ki, şəxsiyyətini səciyyələndirən hallar, əvvəllər məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, himayəsində üç azyaşlı övladının olmasını, eləcə də, təyin ediləcək cəzanın onun sonrakı həyat tərzinə, davranışına, başqalarına münasibətinə təsiri nəzərə alınmalı, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələblərini nəzərə alıb, iş üzrə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və təhqiqatdan sonra qalıq çəkidə olan 6.086 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1-ci, 197.1.4-cü, 198.1-ci və 198.3-cü maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının dəyəri olan 30 manat 40 qəpik məhkəmə xərci təqsirləndirilən şəxsdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlığın məhdulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulması, xx xxxxxxx 2020-ci il tarixdə azad edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 1 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Gədəbəy rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrasının müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və təhqiqatdan sonra qalıq çəkidə olan 6.086 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 30,40 manat Təqsirləndirilən şəxs alınaraq, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar